Press "Enter" to skip to content

Nömrəmi necə bərpa edə bilərəm

Telefon nömrəsini dünyasını dəyişmiş şəxsin adından çıxarıb digər şəxsin adına keçirmək üçün ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya “Şəbəkə” xidmət mərkəzlərindən birinə müraciət etmək lazımdır. Müraciət zamanı dünyasını dəyişən şəxsin ölüm haqqında şəhadətnaməsi, nömrənin adına keçiriləcəyi şəxsin şəxsiyyət vəsiqəsi, yeni abunəçi dünyasını dəyişən şəxsin övladıdırsa, onun doğum haqqında şəhadətnaməsi, eləcə də digər valideynin icazə ərizəsi (əgər sağdırsa), həyat yoldaşıdırsa, nigah haqqında şəhadətnaməsi təqdim olunmalıdır.

Mobil telefonumda nəticələr səhifəsini necə bərpa edə bilərəm

Abonent öz nömrəsini daşıya bilər. Bu zaman Tarif cədvəlinə uyğun olaraq yenidən Telefonun çəkilişi haqqı – 30 AZN ödənməlidir.

Nömrəni dəyişmək üçün telefon nömrəsinin sahibi öz şəxsiyyət vəsiqəsi ilə ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya “Şəbəkə” xidmət mərkəzlərinə müraciət etməlidir.

Nömrəni ləğv etmək üçün telefon nömrəsinin sahibi öz şəxsiyyət vəsiqəsi ilə ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya “Şəbəkə” xidmət mərkəzlərinə müraciət etməlidir.

Abunəçi istifadəsində olan telefon nömrəsini ailənin digər üzvünün adına keçirmək istədiyi halda, şəxsin ailə üzvü olmasını təsdiq edən sənədlər ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya “Şəbəkə” xidmət mərkəzlərindən birinə təqdim olunur. Valideyn telefon nömrəsini hər hansı bir övladının adına keçirmək istədiyi halda, valideynin razılıq ərizəsi, şəxsiyyət vəsiqələri, övladın doğum haqqında şəhadətnaməsi ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya “Şəbəkə” xidmət mərkəzlərindən birinə təqdim olunmalıdır.

Telefon nömrəsini dünyasını dəyişmiş şəxsin adından çıxarıb digər şəxsin adına keçirmək üçün ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya “Şəbəkə” xidmət mərkəzlərindən birinə müraciət etmək lazımdır. Müraciət zamanı dünyasını dəyişən şəxsin ölüm haqqında şəhadətnaməsi, nömrənin adına keçiriləcəyi şəxsin şəxsiyyət vəsiqəsi, yeni abunəçi dünyasını dəyişən şəxsin övladıdırsa, onun doğum haqqında şəhadətnaməsi, eləcə də digər valideynin icazə ərizəsi (əgər sağdırsa), həyat yoldaşıdırsa, nigah haqqında şəhadətnaməsi təqdim olunmalıdır.

Müqaviləyə xitam verilməsindən sonra 2 ay ərzində nömrə digər abunəçilərə satılmır, yəni həmin müddətdə yenidən müraciət edən abunəçi (telefon çəkilişi tarifinə uyğun 30 AZN ödəniş edərək) əvvəlki nömrəsini əldə edə bilər.

Telefon rabitəsi xidmətinə görə abunə haqqını ayın 5-dək ödəməyən abunəçinin xidmətlərdən istifadəsi məhdudlaşdırılır. Xidmət haqqı sonrakı ayın sonunadək ödənilmədikdə xidmətdən istifadə birtərəfli qaydada dayandırılır. Abunəçi növbəti 3 (üç) ay ərzində yaranmış borcu ödədiyi halda xidmət bərpa edilir. Əks halda, onunla bağlanmış müqaviləyə xitam verilir və nömrə abunəçinin adından çıxarılır. Göstərilən müddətdə xidmətin bərpası üçün müraciət etməyən abunəçi yenidən xidmətdən istifadə etmək istədikdə operatora müraciət edir və onunla yeni qoşulma müqaviləsi bağlanılır. Təkrar xidmətə qoşulan abunəçi yenidənqoşulma haqqını və əvvəllər istifadə etdiyi xidmətə görə operatora yaranmış borclarını ödəməlidir.

Müqaviləyə əsasən aylıq abunə haqqı cari ay üçün ayın 1-dən 5-ə qədər tam ödənilməlidir.

Ödəniş üsulları: E-gov.az, GoldenPay, Hesab.az, easypay, kassam.az, banklar, ödəniş terminalları (Paypoint) və bilavasitə “BTR” MMC-yə məxsus ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzində və ya “Şəbəkə” xidmət mərkəzlərindən birində ödəyə bilərsiniz.

Abunəçi birdəfəlik ödənişi (2 AZN) və aylıq abunə haqqını (3.5 AZN) ödəməklə telefonunu müvəqqəti bağlayaraq abunəçiliyini saxlaya bilər.

Texniki dəstək almaq üçün siz “Baktelecom”un Çağrı Mərkəzi 155 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.baktelecom.az/elaqe-2 vasitəsilə müraciət edə bilərsiniz.

Yeni telefon çəkilişi üçün: Fərdi abunəçilər mənzildə qeydiyyat olduqda, yalnız şəxsiyyət vəsiqəsi, mənzildə qeydiyyat olmadıqda, mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi (etibarnamə); Fiziki şəxslər (Fərdi sahibkarlar) şəxsi mülkiyyət olarsa, şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, VÖEN, şəxsi mülkiyyət olmazsa, şəxsiyyət vəsiqəsi, icarə müqaviləsi, VÖEN; Hüquqi şəxslər yazılı müraciət (məktub), VÖEN, dövlət reyestrindən çıxarış, icarə müqaviləsi (mülkiyyətçi olmadıqda) və ya mülkiyyət sənədi (mülkiyyətçi olduqda) ilə müraciət edir və bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.

Müştəri xidmətlərimizlə birbaşa 155 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq olar. Eynilə şirkətimizin vebsaytında onlayn müraciət edərək (https://www.baktelecom.az/elaqe-2 və ya “Mənə zəng et” xidmətləri) Müştəri xidmətləri üzrə mütəxəssislərimizlə əlaqə saxlamaq olar.

Əlaqə

  • Ünvan: Bakı şəhəri, Tbilisi prospekti 107
    –>

Nömrəmi necə bərpa edə bilərəm?

Fakturasız xətt nömrələrinin bərpası əməliyyatının həyata keçirilməsi üçün abunəçilər öz (bərpa olunacaq nömrələrinin) hesablarını 5 AZN məbləğində kart təqdim etməklə artırmalıdırlar. Bu zaman 2 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək.

Fiziki şəxs:

Nömrəni bərpa etmək üçün abunəçi şəxsiyyət vəsiqəsi ilə Azercell Eksklüziv ofislərinə yaxınlaşmalıdır.

Xarici vətəndaş isə Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsini və xarici passport sənədlərini təqdim etməlidir.

Qeyd: Abunəçi Azercell Eksklüziv ofisinə gələ bilmirsə, əməliyyat etibarnamə əsasında həyata keçirilə bilər. Bu halda səlahiyyətli şəxsdən etibarnamədən əlavə nömrə sahibinin şəxsiyyət vəsiqəsinin surəti istənilir.

Hüquqi şəxs:

Əməliyyatın aparılması üçün öz istəyini açıqlayan və hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş istək məktubu ilə etibarlı şəxs Müştəri Xidmətləri ofislərinə müraciət etməlidir. Etibarlı şəxs həmçinin müvafiq etibarnaməni və öz şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

Qeyd: Fakturalı xətt nömrəsinin bərpası xidməti pulsuz təqdim edilir, lakin əməliyyat zamanı nömrədə borc olmamalıdır.

Tez-tez verilən suallar

Bir mobil operatordan digərinə necə keçmək olar?

Fiziki və hüquqi şəxslər nömrələrinin Azercell-ə daşınması üçün lazımi sənədlərlə birlikdə Azercell Eksklüziv ofislərinə yaxınlaşa bilərlər.

Nömrəmi necə bərpa edə bilərəm?

Fakturasız xətt nömrələrinin bərpası əməliyyatının həyata keçirilməsi üçün abunəçilər öz (bərpa olunacaq nömrələrinin) hesablarını 5 AZN məbləğində kart təqdim etməklə artırmalıdırlar. Bu zaman 2 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək.

Nömrəmi fakturasız xəttdən fakturalı xəttə necə keçirə bilərəm?

Fakturasız xətt abunəçiləri nömrələrini dəyişmədən Fakturalı xəttə keçirə bilərlər.

Nömrənin xəttini necə bağlamaq olar?

Fiziki şəxs əməliyyatın aparılması üçün:

  • Şəxsiyyət vəsiqəsi ilə Azercell Eksklüziv ofislərinə yaxınlaşmalıdır.
  • Fiziki şəxsə aid nömrənin Əlaqə Mərkəzi tərəfindən qısa müddətə bağlanılması üçün abunəçi *1111 nömrəsinə zəng etməlidir.

Bu gündən xaricdən gətirdiyiniz mobil telefonlara gömrük rüsumu tətbiq ediləcək – Vətəndaşların NƏZƏRİNƏ – FOTO

Bu gündən Azərbaycana fiziki şəxslər tərəfindən istifadə üçün gətirilən mobil telefonlara gömrük rüsumu tətbiq ediləcək.

Day.Az xəbər verir ki, telefonu gətirən şəxslər onun dəyərinin 36 faizi həcmində rüsum ödəməli və malları gömrükdə bəyan etməli olacaqlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1 nömrəli əlavəsinin 9-cu bəndinə əsasən, fiziki şəxslər tərəfindən səfər zamanı, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya elektron) formada gömrük orqanlarında bəyan edilməlidir.

Ancaq indiyə kimi praktikada bu normaya əməl edilməyib. İndi bəyannaməsiz telefonların gətirilməsinin qarşısı ciddi şəkildə alınacaq. Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vətəndaşların nəzərinə çatdırır ki, cari ilin fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların IMEI nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.

Mobil telefonların bəyan edilməsi qaydalarına dair Dövlət Gömrük Komitəsinin www.customs.gov.az internet səhifəsindən məlumat ala bilərsiniz. Mobil cihazın bəyan edilməsi üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://e.customs.gov.az/for-individuals/passenger-declaration.

Artıq bununla bağlı Dövlət Gömrük Komitəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytlarında da müvafiq bildirişlər göstərilir.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın gətirdiyi telefonun dəyəri 800 dollardan artıq olduqda, onlayn sifariş vasitəsilə isə ölkəyə gətirilən mobil telefonun dəyəri 300 dollardan artıq olduqda gömrük rüsumu ödənilməlidir:

“Rüsum yalnız məbləğin artıq hissəsindən ödənilir. Məsələn, vətəndaş özü ilə dəyəri 1000 dollar telefonu gətirirsə, 800 dollar çıxılır və rüsum yalnız yerdə qalan 200 dollardan ödənilir”.

Gömrük sərhədindən keçən mobil telefonun bəyan edilməməsi inzibati məsuliyyət yaradır.

Qeyd edək ki, IMEI (“International Mobile Equipment Identity” – beynəlxalq mobil avadanlıq identifikatoru) qeydiyyatı üçün telefonun qiymətindən asılı olaraq 20-150 dollar ödəmək lazımdır.

Xatırladaq ki, Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliyə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil telefonun IMEI nömrəsini dəyişdirənlər 12 min manatadək cərimələnəcəklər.

Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliklərə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil telefonun IMEI nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə görə fiziki şəxslər 300-400 manat, vəzifəli şəxslər 1 000-1 500 manat, hüquqi şəxslər isə 3 000-4 000 manat məbləğdə cərimə ediləcəklər.

Məcəllənin 368-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər 600-800 manat, vəzifəli şəxslər 2 000-2 500 manat, hüquqi şəxslər isə 9 000-12 000 manat cərimə ödəyəcəklər.

Comments are closed, but trackbacks and pingbacks are open.