Молла Насреддин
Xoca Nəsrəddin insanlar tərəfindən o qədər sevilib ki, hər kəs onu öz dövlətinə aid edib. Ancaq avropalı və rus tədqiqatçılar onun türk mənşəli olduğunu təsdiq ediblər. Molla Nəsrəddinin şəxsiyyəti haqda çox az məlumat var.
“Molla Nəsrəddin”
Bu ilin aprel ayından Tiflisdә çıxan yumoristik “Molla Nәsrәddin” jurnalı ilk nömrәlәrindәn başlayaraq bizim ölkәnin müsәlmanları arasında canlı maraq oyatmışdır. Mәlumdur ki, Şәrq xalqları, xüsusilә azәrbaycanlılar öz danışıqlarını mәsәllәr, atalar sözlәri vә Şәrqin müdrik mәzhәkәçisi olan Molla Nәsrәddinin lәtifәlәri ilә bәzәmәyi sevirlәr. Bu әfsanәvi Molla xalq müdrikliyinin vә hazırcavablığının ifadәçisidir. Onun lәtifәlәri o qәdәr hәyati vә mәzәlidir ki, bu lәtifәlәrdә o qәdәr sәmimi bir yumor vardır ki, hamı onlarla maraqlanır vә azәrbaycanlıların arasında hәmin lәtifәlәri bilmәyәn vә yeri gәlәndә bu vә ya digәr bir lәtifәni danışmayan adam çox nadir tapılar. Hәtta Azәrbaycan dilindә danışa bilәn ermәnilәr vә gürcülәr dә Molla Nәsrәddinin lәtifәlәri ilә maraqlanırlar. Bu lәtifәlәrdәn çoxu isә müxtәlif müәlliflәr tәrәfindәn rus dilinә tәrcümә olunub “Sbornik materialov dlya opisaniya plemen i mestnostey Kavkaza”nın müxtәlif buraxılışlarında çap edilmişdir.
Jurnalı bir qrup ziyalı müsәlmanların әmәkdaşlığı ilә savadlı vә mәdәni azәrbaycanlı — Mirzә Cәlil Mәmmәdquluzadә nәşr edir. İndiyә qәdәr çapdan çıxmış nömrәlәrә әsasәn deyә bilәrik ki, “Molla Nәsrәddin”, nöqsanlara gülmәk yolu ilә müsәlman cәmiyyәtini islah etmәkdәn ibarәt olan mәqsәdini tamamilә yerinә yetirir. Belә nöqsanlar vә mövhumat isә bir neçә әsr qaranlıq vә cәhalәt içәrisindә yatıb qalmış bizim cәmiyyәtimizdә o qәdәr çoxalmış vә o qәdәr dәrin kök salmışdır ki, tәnqidә onların hansından başlamağı tәyin etmәk belә çәtindir. İlk zamanlar jurnal, hәr şeydәn әvvәl, müsәlmanların bu cәhalәt yuxusundakı vәziyyәtinә diqqәt yetirmişdir. Jurnalın 1-ci nömrәsinin birinci sәhifәsindәki şәkildә cәhalәt yuxusunda yatanların sәltәnәti tәsvir olunmuşdur. Jurnalın bütün nömrәlәrindә eyni qaydada tәsvir olunan Molla Nәsrәddin isә әlinin hәrәkәti vә istehzalı bir heyrәt ifadә edәn baxışı ilә bu mәnzәrәni seyr edir vә görür ki, bütün mömin müsәlmanlar müxtәlif vәziyyәtlәrdә vә paltarlarda yuxu allahı Morfeyin ağuşundadırlar. Gecә keçmiş, sәhәr açılmışdır. Pәncәrәdәn düşәn ziyalar bu yuxu sәltәnәtini işıqlandırmışdır. Lakin heç kәs vә heç bir şey bu möhkәm yatmış müsәlmanları oyatmağa qadir deyildir: qocalar vә cavanlar, orta yaşlı kişilәr — hamısı yatmışlar, bu alәmdәki hәr şeyi unudub yuxuya getmişlәr, sükunәti bütün dünyadan üstün tutmuşlar. Uzaqda cavan bir oğlan, deyәsәn, qüvvәsini toplayıb oyanmaq istәyir, lakin ağır yuxu ona da gözlәrini açmağa imkan vermir.
Molla öz oxucularına müraciәt edәrәk deyir: “Ey mәnim müsәlman qardaşlarım! Zamani ki, mәndәn bir gülmәli söz eşidib ağzınızı göyә açıb vә gözlәrinizi yumub o qәdәr “xa . xa! . ” edib güldünüz . o vaxt elә güman etmәyin ki, Molla Nәsrәddinә gülürsüz. Әgәr bilmәk istәsәniz ki, kimin üstünә gülürsünüz . o vaxt qoyunuz qabağınıza aynanı vә diqqәt ilә baxınız camalınıza”.
Jurnal hәr şeydәn çox müsәlmanlar arasındakı mövhumata, cәhalәtә vә fanatizmә gülür. Çünki bunlar müsәlmanların hәyatında böyük bir maneәyә çevrilib vә onların geri qalmağına sәbәb olubdur. Mәsәlәn, müsәlmanlardakı mövhumatı göstәrmәk üçün Molla onlara mәslәhәt görür ki, hәr ayın üçündә, beşindә, on üç, on altı, iyirmi bir, iyirmi dörd vә iyirmi beşindә, hәftәnin bazar vә bazar ertәsi günlәrindә, habelә hәr ayın 28 vә 29-da jurnala abunә yazılmasınlar. Çünki bu günlәr ağır vә nәhs günlәr hesab olunur. Hәmçinin Molla mәslәhәt görür ki, redaksiyaya göndәrilәn mәktublarda gәrәk metal pero ilә yox, mütlәq qamış qәlәmlә, özü dә elә dәbdәbәli vә ibarәli bir dillә yazsınlar ki, orada bir kәlmә dә Azәrbaycan sözü işlәnmәsin. Çünki Azәrbaycan sözlәrini işlәtmәk şәxsin elminin azlığına dәlalәt edir.
Susmaq müdrikliyin әn yüksәk dәrәcәsi hesab olunur. Әgәr hәzrәt Süleyman danışmağı gümüş, susmağı qızıl adlandırıbsa, “Molla Nәsrәddin”ә görә, susmaq lap brilyantdır. Buna görә dә o, öz hәmmәzhәblәrinә mәslәhәt görür ki, bu qiymәtli cәvahiri göz bәbәklәri kimi qoruyub saxlasınlar vә hәr hansı bir hәyati mәsәlәdәn söhbәt düşәndә danışmayıb sussunlar. Xüsusilә, yaşadığımız indiki hәyәcanlı zәmanәdә susmaq daha çox lazımdır. Yoxsa bir kәlmә artıq söz üçün ictimai qayda-qanunu vә ümumun sükutunu qoruyanların tәlәsinә asanlıqla düşmәk olar. Susmağın әhәmiyyәtinә dair jurnalda gözәl bir şer dәrc olunmuşdur ki, hәmin şerdә belә deyilir: “Әgәr qonşuların sәni döyüb incitsәlәr, sәnә gülsәlәr, var-yoxunu әlindәn alsalar, acıqlanma, başını aşağı sal vә lal ol. Çünki sәnin xeyrin vә qurtuluşun susmaqdadır”. Molla Nәsrәddin müsәlmanlar arasından dövlәt dumasına üzv seçilmiş adamlara da mәslәhәt görür ki, öz nüfuzlarını saxlamaq üçün özlәrini mәnasız hay-küy salanlara oxşatmasınlar. Müsәlmanlara mәxsus sәbr vә dәrin sükutla öz ağıl vә lәyaqәtlәrini büruzә versinlәr. Jurnalın beşinci nömrәsindә dәrc olunmuş “Mәclisi-әdәb” şәkli müsәlmanlarda susmağın, mütiliyin vә tam sükutun nә qәdәr uca bir mәrtәbәdә tutulduğunu göstәrәn әn yaxşı illüstrasiyadır.
Molla heç özünün mәnsub olduğu tәbәqәyә dә rәhm etmir. Öz kәskin istehzalı vә kәsәrli sözlәri ilә o, müsәlman ruhanilәrinә tez-tez sataşır. Ruhanilәrә hücumu әsaslı olsa da, bizim fikrimizcә, hәddindәn çox kәskin vә bir qәdәr dә tendensiyalıdır. Bizim ruhanilәrin başlıca qüsuru onların cahilliyindә vә mәhdud düşünmәlәrindәdir. Ruhanilәrin әksәriyyәtinin әqidәsinә vә anlayışına görә, dinin mәnası yalnız zahiri xarakter daşıyan bәzi dini ayinlәrin icrasındadır; dinin daxili mәnası, onun әsas mәğzi, әxlaq tәlimi isә ya mollaların özlәrinin başa düşmәmәsi, ya da şәxsi mәnfәәtlәri üzündәn şüurlu surәtdә nәzәrdәn qaçırılır.
Jurnalın üçüncü nömrәsindә (Hacı Seyid Әzim Şirvaniyә tәqlid yolu ilә) dәrc olunmuş “Keçmişi yad” şerindә müәllif mollanın dili ilә keçmiş әyyamı xatırlayıb deyir ki, keçmiş zamanlarda mömin müsәlman bәndәlәrin hamısı cәhalәt içindә idi. Heç nәyi bilmir, heç nәyi anlamırdılar; mollanı hәr yerdә alim vә müqәddәs bir insan sayırdılar; onu plova, çaya qonaq edirdilәr. Vәz edib hamının canına qorxu salanda hәr yerdәn ona pul vә xәlәt verilirdi. Onda ki, övladi-vәtәn xam idi, kef çәkmәli әyyam idi. O gözәl әyyam keçmişdir, onu geri qaytarmaq mümkün deyildir.
Müsәlman arvadlarının ağır vә kölә vәziyyәti dә jurnalın diqqәtindәn kәnarda qalmamışdır. “Molla Nәsrәddin”in hәmin nömrәsindә belә bir şәkil verilmişdir: Evin başçısı taxtda döşәkçәnin üzәrindә uzanıb fikirli halda qәlyan çәkir; onun qabağında oturan kiçik bir oğlan uşağı qışqırıb ağlayır. Qәlyanı çәkәn kişinin arvadı otağa daxil olur, onun paltarı köhnә, ayaqları yalındır. Әlindә sәnәk var, bir uşağı da arxasına almışdır. Әr onu görәn kimi qәzәbli halda deyir: “Ay arvad, allah sәnә lәnәt elәsin, bu uşaq mәnim başımı apardı, gәl bunu da götür al dalına!”
Hәr şeyi bilmәyә çalışan kiçik bir qız nәnәsindәn soruşur ki, nә üçün onun sifәti saralmış vә qırışlarla örtülmüşdür. (Pozdnyakovun bu şeri tәrcümә olunub “Dәbistan” jurnalında çap edilmişdir). Molla nәnәnin әvәzinә qıza cavab verib, onun gözlәrini açaraq deyir ki, hәr bir Azәrbaycan qızının taleyi belәdir vә hәmin kiçik qızın özünü dә belә bir tale gözlәyir. O da vaxtından әvvәl solub saralacaq, sifәti qırışlarla örtülәcәk, qoca bir nәnә olacaqdır. Mәrhәmәtsiz vә qәzәbli atası 8-10 yaşlı bu kiçik qızı 40 yaşında dәvә boyda vә kütbeyin bir kişiyә әrә verәcәkdir. O zamandan qızın hәyatında qara günlәr başlanacaqdır. O bir daha ömründә ağ gün görmәyәcәk, sevincә hәsrәt qalacaq vә heç kәsdәn tәsәlli ala bilmәyәcәkdir. Molla hәmin kiçik qıza müraciәt edib deyir: “Qızım, bu elә bir dәrddir ki, әlacı yoxdur. Әrin tez-tez sәni döyüb, söyәcәk, heç bir günahın olmadan sәni tәhqir edib alçaldacaqdır. Günlәrin birindә sәnin әrin başqa bir arvad alacaq vә sәni hәmişәlik unudacaqdır. Çox çәkmәyәcәk ki, әrin üçüncü bir arvad alacaq, sonra sizin aranızda hәmişә dava-dalaş hökm sürәcәkdir. Dәrd vә kәdәr sәni yandıracaqdır. İstәr tәqsiriniz olsun, istәr olmasın әriniz gündә birinizi döyәcәkdir. Yaxın gәlәcәkdә sәni dә belә bir hәyat gözlәyir. O zaman sәn dә tezliklә qocalarsan, nәnәn kimi sәnin dә alnın qırışlarla örtülәr”.
Qonşu dövlәtin — “Qızıl İranın” hәyatı jurnala zәngin vә çox maraqlı material verir. Hәlә beş-altı il bundan әvvәl çapdan çıxmış olan mәşhur “Sәyahәtnamәyi-İbrahimbәy” bizi İran hәyatı ilә yaxşı tanış edir. Budur, qarşımızda belә bir şәkil vardır: İrandan bizә “әziz qonaqlar” kimi gәlәn, әslindә isә cәhalәt, zülmәt, mövhumat vә fanatizm carçıları olan dәrvişlәr, ilan oynadanlar, meymun oynadanlar, cadugәrlәr, gözbağlıcalar, nağıl deyәnlәr, fala baxanlar, cindarlar, mollalar, yuxu tәbir edәnlәr, tiryәk satanlar vә asan qazanc әldә etmәk üçün macәra axtaran digәr fırıldaqçılar әl-әlә verib, cәrgә ilә Araz çayından bu tәrәfә keçirlәr. Onlar hәr il Zaqafqaziyaya yüzlәrlә vә minlәrlә gәlir. Ölkәdәki cahil әhalini istismar edir, onların әxlaqını pozur, camaat arasında fanatizm toxumu yayır, özlәri dә bizim pulumuzu ciblәrinә doldururlar.
Budur, “Qızıl İranın” hәyatından verilmiş başqa bir şәkil (№ 9). İran şәhәrlәrindәn birinin küçәsindә örtülü karetada tanınmış bir şәxs öz xanımı ilә gedir; xanım tülә vә çadraya bürünmüşdür. Fәrraşlar qabaqda gedәrәk qışqırırlar: “Çәkil, yol ver, gözlәrini yum, kor ol!” Onlar tәsadüfәn hәmin küçәdә qarşılarına çıxan iranlıların kürәyinә vә peysәrinә zәrbәlәr endirirlәr, küçәdәki iranlılar fәrraşların әmrinә tabe olub, üzlәrini divara çevirir vә gözlәrini yumurlar ki, karetada gedәn mötәbәr şәxslәri görmәyә cәsarәt etmәsinlәr. Bütün bu hadisәlәr XX әsrdә baş verir.
“Molla Nәsrәddin” uşaqların ev vә mәktәb tәrbiyәsi mәsәlәsinә böyük diqqәt edir, müsәlmanlarda uşaqların ev tәrbiyәsinin nә qәdәr acınacaqlı bir vәziyyәtdә olduğunu vә bu mәsәlәnin, ümumiyyәtlә, necә yanlış qoyulduğunu göstәrәn kәskin qeydә jurnalın demәk olar ki, hәr nömrәsindә tәsadüf edә bilәrsiniz. Jurnalın altıncı nömrәsindә dәrc olunmuş “Laylay”dan görünür ki, müsәlman anaları uşaqlara hәlә beşikdә ikәn necә müdhiş mәtlәb vә fikirlәr aşılayırlar. Hazırcavablıqla yazılmış bir sıra mәqalәlәrdә, mәsәlәn, “Niyә mәn dәrsdәn qaçdım?” adlı mәqalәdә “Hop-hop” adlı bir nәfәr bizim mәktәblәrin nöqsanlarını çox aydın göstәrib deyir ki, bu mәktәblәr uşaqların mәnәvi keyfiyyәtlәrini vә zehni qabiliyyәtlәrini artırmaq әvәzinә, onların әxlaqi cәhәtdәn korlanıb şikәst olmalarına kömәk edir.
Jurnalda verilәn mәktublar çox bacarıqla tәrtib olunur. Onlarda Qafqazın müxtәlif yerlәrindәki sakinlәrin adәtlәri vә әnәnәlәri göstәrilir. Xüsusilә İrandan vә Turkiyәdәn verilәn teleqramlar da maraqlı olurlar. Onlardan bәzilәrini misal çәkәk: “Tәbriz. 30 mart. Hacı Qurbanın şәkәr zavodu yandı vә iki milyon zәrәr mülahizә olunur”. “Tehran, Tehrandan Bәndәr-buşirә kimi telsiz teleqraf işlәmәyә başladı”. “German-Şiraz dәmir yollarının tәtillәri gözlәnir”. “İstanbul. 29 mart. Küçә gedәn vaxt öskürmәyi Osmanlı hökumәti әhaliyә qadağan edibdir” vә ilaxir.
İran tәqvimindәn alınan vә jurnalda verilәn mәlumat da çox maraqlıdır. Hәmin mәlumatda, mәsәlәn, deyilir: Bu il hәmişәki kimi çox toz olacaqdır. Hәrgah yağış yağsa, yerdәn nәbatat çox göyәrәcәk. İran tәrәqqi edәcәk, Yaponiya tәnәzzül. Osmanlı ilә Bolqariya ya dava edәcәk, ya etmәyәcәk. Dava etsә, ya Osmanlı basılacaq ya Bolqariya. Ulduzların vәziyyәti ülәmalar üçün saatın xoş olduğunu xәbәr verir. Ülәmalar “İrşad” qәzetini vә “Molla Nәsrәddin” jurnalını lәnәtlәyәcәk vә bütün yeni elmlәrin hamısını baykot edәcәkdir.
Jurnalın şәkillәrinә gәldikdә, demәk olar ki, onun rәssamı (O.Ş.-linq) yerli әhalinin mәişәtini, adәt vә әnәnәlәrini gözәlcә öyrәnmişdir. Onun bәzi şәkillәri bilavasitә hәyatdan alınmış lövhәlәri bütün dolğunluğu ilә oxucuya göstәrir. “Qoç döyüşdürmәk”, “Qәzet satan vә dövlәtli tacir”, “Әdalәt” (qalaq vermәk әhvalatı), “Әziz qonaqlar”, “Mәclisi-әdәb”, “İyirminci әsr”, “Cümә. Dükanlar bağlı”, “Qrammatika mübahisәlәri”, “Vәqf”, “Şәriәt dәrsindәn imtahan”, “Tacir Xoncaxani” vә başqa şәkillәr belәdir. Ümumiyyәtlә, “Molla Nәsrәddin” çox yaxşı tәsir bağışlayır vә öz çәtin vәzifәsini hәlәlik müvәffәqiyyәtlә yerinә yetirir. Yәni azәrbaycanlıların vaxtı keçmiş, köhnәlmiş görüşlәrini, anlayış vә adәtlәrini gülüş yolu ilә aradan qaldırmağa, onların adәtlәrini islah etmәyә vә özlәrini dә oyadıb, yeni, nәcib vә ciddi fәaliyyәtә sövq etmәyә çalışır. Biz C.Mәmmәdquluzadәyә sәmimi qәlbdәn müvәffәqiyyәtlәr arzu edirik vә ümidvarıq ki, müsәlman cәmiyyәti bu faydalı vә yeganә jurnalın nәşrinә kömәk göstәrәcәkdir.
- 1906-cı ilin məqalələri
- Molla Nəsrəddin jurnalı
Naviqasiya menyusu
- Bu səhifə sonuncu dəfə 1 iyun 2017 04:54 tarixində redaktə edilib.
- Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın.
- Gizlilik siyasəti
- Vikimənbə haqqında
- Məsuliyyətdən imtina
- Mobil görüntü
- Tərtibatçılar
- Statistikalar
- Kuki məlumatı
Молла Насреддин
Молла Насреддин (азерб. Molla Nəsrəddin ) — азербайджанский еженедельный иллюстрированный сатирический журнал, издававшийся в Тифлисе (1906—1914, 1917), Тебризе (1921) и в Баку (1922—1931). За 25 лет было издано 748 выпусков журнала (340 — в Тифлисе, 8 — в Тебризе и 400 — в Баку).
История
Марка СССР с изображением Джалила Мамедкулизаде и карикатуры из журнала
Основан журнал Джалилом Мамедкулизаде в 1906 году в Тифлисе. Выходил журнал до марта 1912 года. В январе 1913 года журнал был возобновлён, а в октябре 1914 года — закрыт. Журнал от имени мудреца Моллы Насреддина выражал идеи революции 1905—1907 годов, а также идеи рабочего движения в Закавказье. Был широко распространён по всему Ближнему и Среднему Востоку и оказывал влияние на развитие демократической печати. Журнал обличал патриархально-феодальные обычаи, призывал простой народ к борьбе за свободу, а также выступал против империализма и деспотических режимов в странах Востока. В 1917 году издание было возобновлено, однако в конце того же года прервалось, так как журнал был запрещён цензурой в 1917 году [1] .
В 1921 году «Молла Насреддин» издавался некоторое время в Тебризе. А с 1922 года по 1931 год издавался в Баку. На его страницах печатались передовые азербайджанские писатели как Мирза Алекпер Сабир, Абдуррагим Ахвердиев, Гамгюсар, Мамеда Саид Ордубади и др., и такие художники как Азим Азимзаде, И. Роттер, О. Шмерлинг.
В советское время, после перехода власти в руки рабочих и крестьян на страницах журнала можно было увидеть призывы к борьбе за искоренение пережитков прошлого с отсталостью и невежеством, религиозным фанатизмом и взяточничеством, за освобождение колониальных стран Азии и Африки. В это время шла борьба нового со старым.
Журнал в идеологическом отношении оказывал большую моральную поддержку строительству социализма. Сатирический стиль журнала был проникнут насмешливостью и ироничностью. Стиль, который использовал Мирза Джалил, был близок и понятен народу. Не требовались никакие разъяснения и комментарии. Для создания особого подтекста использовались лексические, фразеологические и грамматические средства, созданные эмоциональным, ироническим языком. Они были насыщены разнообразными приёмами обличения.
Под влиянием журнала в Азербайджане создавались такие журналы на азербайджанском как «Бахлул» (1907), «Занбур» (1909—1910), «Мират» (1910), «Ары» (Пчела) (1910—1911), «Калниййят» (1912—1913), «Лак-лак» (1914), «Тути» (1914—1917), «Мезели» (Забавный) (1914—1915), «Бабайи-эмир» (1915—1916), «Тартан-партан» (1918), «Шейпур»(1918—1919), «Занбур» (1919), «Машал» (факел) (1919—1920), а также на русском: «Джигит» (1907—1918), «Вай-вай» (1908), «Бакинское горе» (1908—1909), «Бич» (1909—1915), «Адская почта» (1909—1910), «Бакинские стрелы» (1910), «Барабан»(1912—1913) и др.
Molla Nəsrəddin əslində kim olub?
Xoca Nəsrəddin insanlar tərəfindən o qədər sevilib ki, hər kəs onu öz dövlətinə aid edib. Ancaq avropalı və rus tədqiqatçılar onun türk mənşəli olduğunu təsdiq ediblər. Molla Nəsrəddinin şəxsiyyəti haqda çox az məlumat var.
Bir çox mənbələrdə onun 1208-ci ildə, bəzi mənbələrdə isə 1308-ci ildə anadan olduğu iddia edilir. O, Sivrihisarın Xorto şəhərində doğulub, lakin Konya sultanlığının quberniyası sayılan Ağşəhərdə yaşayıb. Elə oxuduğu Konya mədrəsəsində də öz hazırcavablığı ilə seçilirdi.
Molla Nəsrəddinin atası Abdulla əfəndi imam olub, lakin o uzun yaşamayıb. Nəsrəddin mədrəsədə oxuyarkən atasını itirir. Və bundan sonra onunçün kənddə qalmaq çətin olur.
1237-ci ildə Xoca Nəsrəddin Ağşəhərə gəlir və bölgə qazısı kimi işləməyə başlayır. Bu vəzifədə işlərkən də ona “Nəsrəddin Xoca” deyə müraciət edirdilər və o, bu adla da tarixə düşüb.
Onun lətifələri, işlətdiyi sözlər Anadoludan tutmuş, Çinin ərazilərində yaşayan türklərə kimi dillər əzbəridir.
Molla Nəsrəddinin lətifələrində ən çətin bir vəziyyətdən çıxış yolu var. Molla Nəsrəddinin “Bozoğlan” adlı eşşəyi olub, bəzi rəsmlərdə Nəsrəddinin yanında eşşəyi də görüntülənir.
Nəsrəddinlə bağlı söylənilən lətifələrə ilk dəfə yazılı şəkildə Sarı Saltukun həyatından bəhs edən “Saltuknamə” əsərində rast gəlinib. Fateh Sultan Mehmetin oğlu Cemin (sonralar o tarixə Sultan Cem kimi düşüb) şahzadəliyi dövründə Molla Nəsrəddinlə bağlı lətifələrin qələmə alınması və kitaba köçürülməsi barədə göstəriş verilib. Göstərişin yerinə yetirilməsi o dövrün məşhur alimi Əbülxeyir Rumiyə tapşırılır. 7 il xalq arasında Molla Nəsrəddinlə bağlı lətifələr toplanılır. Həmin lətifələr 1480-cı ildə kitab halında çap edilir. Onunla bağlı əsərlərdən biri “Həzə Tərgemei Nasraddin Əfəndi Rahme” adını daşıyır, hazırda London muzeyində saxlanılır.
Molla Nəsrəddin Ağşəhərli bir xanımla evlənir. Deyilənə görə, həmin xanımdan iki qızı olub: Fatma Xatun və Dürri Mələk. Molla Nəsrəddin 1284-cü ildə (bəzi mənbələrdə 1384-cü il) yaşadığı Ağşəhərdə vəfat edir. Onun qəbri üzərində 6 sütun üzərində möhtəşəm bir qübbəsi olan türbə inşa edilmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.