Press "Enter" to skip to content

Molla nəsrəddin necə yarandı

Перевести слово

​Şamil Vəliyev: “Molla Nəsrəddin” jurnalı xalqımızın ictimai-siyasi dünyagörüşümüzün formalaşmasında müstəsna rol oynayıb”

​Şamil Vəliyev: “Molla Nəsrəddin” jurnalı xalqımızın ictimai-siyasi dünyagörüşümüzün formalaşmasında müstəsna rol oynayıb” “Çox təəssüf ki, cəmiyyət həyatı hər zaman birmənalı, arzulanan səviyyədə olmur”

7 Aprel , 2015 17:12

https://static.report.az/photo/4a0f9401-e111-4bb5-a56b-173ac98757ef.jpg

Bakı. 7 aprel. REPORT.AZ/ Aprelin 7-də Azərbaycan dilində nəşr olunan satirik və populyar jurnal “Molla Nəsrəddin”in ilk sayının işıq üzü görməsinin 109 ili tamam olur. 1906-cı ildə Tiflisdə çap olunan jurnal müəyyən fasilələrlə 25 il öz mövcudluğunu qoruyub saxlaya bilib. Jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olan jurnalın ümumilikdə 748 nömrəsi işıq üzü görüb ki, onun da 340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda nəşr olunub. “Molla Nəsrəddin”in Azərbaycan xalqının taleyində oynadığı rol, ictimailəşdirdiyi mövzular, jurnalın qısa zamanda şöhrət qazanması, Azərbaycanın o dövrdəki mətbu orqanlarına nisbətən daha uzunömürlü olması və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev cavablandırıb. “Report” həmin müsahibəni təqdim edir: – Şamil müəllim, “Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının taleyində hansı rolu oynayıb? – “Molla Nəsrəddin” bizim milli varlığımızın ensiklopedik salnaməsidir. Ona görə də millət, xalq olaraq, elmi fikir adamları olaraq zaman-zaman “Molla Nəsrəddin”ə müraciət etmişik. Jurnalın nəşrindən bu günə kimi keçən 109 il tarixində “Molla Nəsrəddin”ə müxtəlif metodoloji yanaşmalarla qiymət verməyə çalışmışıq. Demokratik Cümhuriyyət, sovetlər və indiki müstəqillik dövrlərində milli-mənəvi, ictimai yaşam ehtiyaclarımızı ödədiyi üçün “Molla Nəsrəddin” daim diqqət mərkəzimizdə olub. Hər dəfə bu jurnala müraciət etdikcə, görünməyən bir çox tərəfləri aydınlaşdırmaq imkanı qazanırıq. Bizim mənəviyyat gücümüzün daha da artmasına səbəb olur. “Molla Nəsrəddin” yarandığı gündən Azərbaycan dilinin mühafizəsində, onun təbliğində xüsusi rol oynayıb. İctimai-mədəni həyatımızın təkmilləşməsinə, islahatların aparılmasına və daha mütərəqqi üsullarla həyata keçirilməsinə səbəb olub. XX əsrin əvvəllərində nəşr olunan “Molla Nəsrəddin” jurnalı eyni zamanda xalqımızın ictimai-siyasi dünyagörüşünün formalaşmasında müstəsna rol oynayıb. İslahatçı, təkanverici, təsiredici mövqe tutub. Bizim köhnə dünyadan qopmağımız, əski ənənələrdən imtina edib yenilikləri cəmiyyətimizə tətbiq etməyimiz üçün “Molla Nəsrəddin”in iş təcrübəsi çox faydalıdır. “Molla Nəsrəddin”in fərdlərdən şəxsiyyət yetişdirmək, ayrı-ayrı sıravi insanlardan vətəndaş hazırlamaq gücü, təcrübəsi bu gün bizlər üçün örnəkdir. Ümumi götürdükdə, “Molla Nəsrəddin” həyatımızın müxtəlif sahələrinə işıq salan dəyərli bir jurnaldır. “Molla Nəsrəddin” o dövrdə Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafına cəm edə bilmişdi. Cəlil Məmmədquluzadə kimi açıq fikirli ziyalı bu jurnalın başında dayanaraq, azadlıq dostları Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri və digər şair, yazıçı və jurnalistləri, o cümlədən, Oskar Şmerlinq, İozef Rotter, Əzim Əzimzadə kimi rəs sam ları ətrafına toplamışdı. Böyük bir ziyalı kütləsinin çalışdığı “Molla Nəsrəddin” baltanı kökündən vuran, əski ənənələrdən bizi gülə-gülə ayıran, dəyərli, sağlam ənənələr əsasında yenilikləri formalaşdıran jurnala çevrilmişdi. Elə bunun nəticəsi idi ki, cəmi 4 nömrədən sonra bu jurnal haqqında müxtəlif ədəbi-tənqidi, elmi yazılar dərc olunmağa başlamışdı. İlk dəfə olaraq, Əli bəy Hüseynzadə öz yazılarında qeyd edirdi ki, “Molla Nəsrəddin” həyatımızın gerçək aynasıdır və bu jurnal bizə həqiqətləri göz yaşları içərisində gülüş nümayiş etdirir. Bu fikir “Molla Nəsrəddin”in fəaliyyətinə verilən yüksək qiymətdir və onun xalqımızın həyatında oynadığı rolu aydın təsvir edir. – Böyük ədib Həsən bəy Zərdabinin nəşr etdirdiyi və bununla da milli mətbuatın əsasını qoyduğu “Əkinçi” qəzeti fəaliyyətini dayandırdıqdan sonra onun yolunu davam etdirən bir sıra mətbu orqanlar işıq üzü gördü. Bəs, “Molla Nəsrəddin”in yolunu davam etdirən jurnal və ya qəzetlər olubmu? – XX əsrin əvvəllərindən etibarən düz 25 il nəşr olunan “Molla Nəsrəddin”in təsiri altında “Arı”, “Bəhlul”, “Zənbur”, “Lək-lək”, “Məzəli”, “Kəlniyyət”, “Şeypur”, “Mirat”, “An”, “Tuti”, “Babayi-Əmir”, “Tartan-Partan”, “Məşəl” kimi Azərbaycan dilində satirik jurnallar nəşr olunub. Eyni zamanda bu dövrdə Bakıda rus dilində “Cigit”, “Vay-vay”, “Bakinskoe qore”, “Biç”, “Adskaya poçta”, “Bakinskiye strelı”, “Baraban” kimi satirik jurnallar da dərc olunub. Hətta sovet hakimiyyəti illərində “Kirpi” kimi orqan da “Molla Nəsrəddin” yolunu davam etdirib. Bununla onlar həm “Molla Nəsrəddin” satira məktəbini, həm də satirik jurnalistika məktəbini formalaşdırıblar. Bu jurnalda yalnız satirik mövzular deyil, eyni zamanda siyasi müstəqillik, dövlət müstəqilliyi məsələləri də çoxplanlı şəkildə işlənib. Birinci sualda adlarını sadaladığım müəlliflər “Molla Nəsrəddin”də çalışmaqla Azərbaycan mədəniyyətinin inkişafına müsbət təsir göstəriblər. Həmin müəlliflər özləri yalnız jurnalist və publisist kimi formalaşmayıblar. Onlar dramaturq, nasir, ədəbiyyat tənqidçisi, fikir nəzəriyyəçisi, məfkurə sahibi kimi də tanınıblar. Bu adamların fəaliyyəti sonda Azərbaycan teatrının formalaşmasına, yaranmasına gətirib çıxarıb. Təkcə Mirzə Cəlilin “Ölülər” pyesi yalnız Azərbaycanda deyil, eləcə də bir sıra ölkələrdə anşlaqla qarşılanan səhnə əsəri olub. Yaxud onun “Anamın kitabı” əsəri o dövrdə olduğu kimi indinin özündə də Azərbaycanın xarici siyasət mənzərəsini, qonşu dövlətlərlə münasibətləri ortaya qoyub. Həmin adamların əsərləri kino sənətimizin inkişafına da müsbət töhfələr verib. “Molla Nəsrəddin”in və oradakı bütün müəlliflərin əsas xidməti milləti özünə tanıtmaq olub. “Molla Nəsrəddin” millətin özünü dərk, özünü tənqid, özünü təşkil, özünü təsdiq ideallarına xidmət edib. “Molla Nəsrəddin”in zamanında və sonra dərc olunan bir sıra jurnallar da onun yolunu davam etdirərkən tədricən bu ideallara sadiq qalıblar. – “Molla Nəsrəddin”in təsiri altında nəşr olunan jurnallara baxsaq görərik ki, onların heç biri Mirzə Cəlilin rəhbərlik etdiyi jurnal qədər uzunömürlü olmayıb, ölkə daxilində və xaricdə şöhrət qazanmayıb. Bu mənada “Molla Nəsrəddin”i digərlərindən fərqləndirən səbəb nə idi? – Bunun bir çox səbəbləri var. Ancaq əsas səbəb “Molla Nəsrəddin”in gerçəkçi, realist olması idi. Baş verən hadisəyə, mövcud fakt və problemlərə obyektiv yanaşması idi. Dövrün mətbuatı kontekstində təhlil edəndə də “Molla Nəsrəddin”in gerçəkçi, indiki terminlərlə desək, qərəzsiz olması son dərəcə əhəmiyyətlidir. Jurnal baş verən proseslərə ədalətli yanaşma ortaya qoyurdu. Buna görə də “Molla Nəsrəddin” yalnız Azərbaycanda, Qafqazda deyil, Volqaboyunda, Krımda, Orta Asiya ölkələrində, Türkiyə və İranda tanınırdı. Hətta son tədqiqatlar təsdiq edir ki, “Molla Nəsrəddin” jurnalı Avropa ölkələrinə, Amerikaya kimi gedib çatıb. Bu faktı jurnalın nüsxələrini əldə edən tədqiqatçılar təsdiq ediblər. Bəzi hallarda isə jurnalın hansısa nüsxəsi xarici ölkələrə gedib çıxmasa da “Molla Nəsrəddin” haqqında orada tədqiqat əsərləri yazılıb. Bunun özü də bizim üçün çox qiymətlidir. Misal üçün, İngiltərə və Amerikadan olan məşhur şərqşünaslar “Molla Nəsrəddin” barədə tədqiqatlar aparıblar. Bizim üçün ən qiymətli məqam həm də budur ki, “Molla Nəsrəddin” bütün yayım coğrafiyasında Azərbaycanı, Azərbaycan idealını, Azərbaycan insanını təbliğ edib. Bütün ağrı-acıları, tarixi yaddaş dəyərləri, mədəni quruculuq işləri, müasirliyi ilə Azərbaycan insanı dünyaya təqdim olunub. – “Molla Nəsrəddin”in öz zamanında uzunömürlü və populyar olmasınıa səbəb kimi onun obyektiv, qərəzsiz mövqe nümayiş etdirməsini qeyd etdiniz. Çarizm və sovet hökumətinin senzuraya üstünlük verdiyi cəmiyyətdə jurnal buna necə nail olurdu? – Sovet hökuməti qurulanda Nəriman Nərimanovun təkidi ilə jurnal Şimali Azərbaycana gəldi, burada fəaliyyətini davam etdirdi. Jurnal Mirzə Cəlilin deyil, redaksiya heyətinin adı ilə nəşr olunanda belə, öz ənənəsini qoruyub saxlaya bilib. İstər çar, istərsə də sovetlər dövrünün senzuralı cəmiyyətlərində jurnal heç bir halda tənqid ruhunu azaltmayıb. Sovet hakimiyyətinin ilk illərində korrperasiya, kolxoz-sovxoz quruculuğu, kollektivləşmə siyasəti ilə bağlı çox ciddi əyintilərin olduğu “Molla Nəsrəddin”in səhifələrində öz əksini tapırdı. Yeni ideologiyanın gerçək həyatla uyğun gəlmədiyi obyektiv şəkildə problem kimi ortaya qoyulur, tənqid olunurdu. Jurnalın fəaliyyəti üçün bu, çox ciddi məsələdir. Bu mənada mən çox istərdim ki, oxucularımız “Molla Nəsrəddin”in bütün saylarının toplanılaraq müasir əlifba ilə çap olunan 8 cildlik kitabla yaxından tanış olsunlar. Ümummilli lider Heydər Əliyev in sağlığında verdiyi göstərişə uyğun olaraq həmin cildlərin 3-ü, Prezident İlham Əliyev in tapşırığına əsasən isə digər cildlər də çap olunub. Həmin 8 cildlik bütövlükdə mətbuatın və jurnalistikanın tarixini öyrənmək üçün deyil, həm də bugünkü Azərbaycan cəmiyyətinin tarixi köklərinə qayıtmaq, özünü yenidən dərk etmək, irs-varislik əlaqəsini qurmaq, müasir dövrdə milli-mənəvi inkişafımızın daha da inkişafının koordinatlarını müəyyənləşdirmək baxımından böyük əhəmiyyətə malikdir. – Jurnalın nəşr tarixinin üstündən 110 ilə yaxın vaxt ötməsinə baxmayaraq “Molla Nəsrəddin”in toxunduğu mövzular bu gün də öz aktuallığını itirməyib. Sizcə, bunun səbəbi nədədir? – Tədqiqatçılarımız bu sualı cavablandırarkən qeyd edirlər ki, kaş o dövrdə həmin problemlər olmayaydı, satiriklərimiz də onlar barəsində yazmayaydı. Ancaq nə vaxta qədər ki, milli yaşayış tərzimizdə, ictimai-mədəni mühitimizdə, gerçək həyatımızda, düşüncələrimizdə, vətəndaş həmrəyliyi məsələsində problemlərimiz olacaq, o zamana kimi də “Molla Nəsrəddin”in toxunduğu mövzular aktuallığını itirməyəcək. Problemlərin olduğu yerdə sağlam, satirik tənqid vacibdir və bu, inkişafa, islah olunmağa xidmət edir. Nə qədər ki, islaha ehtiyacımız olacaq, o qədər də islahedicilərə ehtiyacımız olacaq. Ancaq bu zaman islahediciliyin özündə də qüsur olmamalıdır. Tarixi təcrübə əsasında daha təkmil, mükəmməl islahedicilik olmalıdır. Müasir vasitələrlə təchiz edilib gerçəkliyimizi düzəltməyi bacarmalıyıq. Çox təəssüf ki, cəmiyyət həyatı hər zaman birmənalı, arzulanan səviyyədə olmur. Dayanmadan axında olan bu zamanda islah olunmaya, düzəlişə daim ehtiyac var. Bu ehtiyacın ödənməsi üçün də sağlam tənqid, satira xüsusi əhəmiyyət daşıyır.

Molla nəsrəddin necə yarandı

§ 35. «MOLLA NƏSRƏDDİN»

İlıq bir yaz səhəri idi. Əlində əsa, başında şlyapa olan, səliqə ilə geyinmiş bir kişi meydana doğru irəliləyirdi.

Kişi meydanın mərkəzinə doğru addımlamağa başladı. Beş-on metr getmişdi ki, bir uşağın — «Molla Nəsrəddin», «Molla Nəsrəddin», təzə jurnal, təzə jurnal, alın, lap az qalıb!» — deyə qışqırdığını eşitdi və o tərəfə baxdı. Uşaq şəkilli bir jurnalı başı üstündə yellədərək cəld

«Molla Nəsrəddin» jurnalı necə yarandı?
jurnalın redaktoru — qəzet və jurnala rəhbərlik edən adam

Cəlil Məmmədquluzadə

addımlarla meydanı dolaşırdı. Kişi uşağı səslədi və özü də addımlarını sürətləndirib ona doğru getdi. Uşağın qoltuğunda bir neçə jurnal qalmışdı. O, uşağa çatan kimi cibindən pul çıxarıb jurnaldan birini aldı. Hövsələsi çatmadı, kənara çəkilib tez jurnalı vərəqləməyə başladı. Jurnalın üz qabığındakı şəkil diqqətini daha çox cəlb etdi. Şəkildə çoxlu yatmış adam təsvir edilmişdi. Bu adamların bətiləri artıq oyanıb gərnəşirdilər. Çoxu isə dərin yuxuda idi. Bir molla ayaq üstə dayanmışdı. O bu adamlara müraciətlə deyirdi: «Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım. »

Bu jurnal məşhur «Molla Nəsrəddin» jurnalı idi. «Molla Nəsrəddin» jurnalının ilk nömrəsi 1906-cı il aprel ayının 7-də çapdan çıxmışdır. Jurnalın redaktoru böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə idi.

Cəlil Məmmədquluzadə Naxçıvanda anadan olmuş, ilk təhsilini də burada almışdı.

Qori — Gürcüstanda şəhər

Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra o, bir müddət Naxçıvanın Nehrəm kəndində müəllimlik etmişdi. Doğma xalqının güzəranı, dərdləri ilə yaxından tanış olan Cəlil Məmmədquluzadə onun halına ürəkdən yanırdı. Xalqına kömək etmək üçün yollar və vasitələr axtarırdı.

Molla nəsrəddin necə yarandı

Перевести слово

Molla Nəsrəddin

Anadoludan Çinə qədər uzanan böyük bir ərazidə məşhur olan Molla Nəsrəddin xalq tərəfindən sevilən türk mənşəli lətifə qəhrəmanıdır. Bu qəhrəman türkdilli ədəbiyyatda Xoca Nəsrəddin, Nəsrəddin Xoca, Əfəndi kimi müxtəlif adlarla təqdim edilir. Türkiyədə hələ qədim dövrlərdə elm adamlarına hörmət əlaməti olaraq Xoca deyərək müraciət edirdilər. Bu isə onun təhsilli bir şəxs olduğuna işarə edir. Bir sıra araşdırmaçılar Molla Nəsrəddini əfsanəvi qəhrəman hesab etsə də, digərləri onu real şəxs kimi qələmə verir. Onun bir çox lətifələri özbək hökmdarı Əmir Teymur və monqol hökmdarları ilə bağlıdır. Bu da Molla Nəsrəddinin XIII-XV əsrlərdə yaşadığı ehtimalını irəli sürür. Bəzi tədqiqatçılara görə isə Molla Nəsrəddin XIII əsrin görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin prototipidir. Lakin bu fərziyyə hələ də tam olaraq əsaslandırılmamışdır. Mənbələrdə Molla Nəsrəddinin Konya sultanlığının Ağşəhər quberniyasında doğulduğu və müəyyən dövrdə ruhani vəzifəsini yerinə yetirdiyi göstərilir. Lətifələrdə Molla Nəsrəddin öz ağlı, hazırcavablığı ilə hökmdarları, digər dövlət adamlarını kölgədə qoyur. O, xalqın ideal qəhrəmanı kimi təqdim olunur. Molla Nəsrəddin bir çox rəsmlərdə uzunqulaq ilə birlikdə təsvir edilir. Onun bir sıra lətifələri məhz bu uzunqulaqla bağlıdır. Bəzi tarixi mənbələrdə onun həqiqətən də Bozoğlan adlı sevimli uzunqulağının olduğu qeyd edilir. Lətifələrdə uzunqulaq qanmaz insanların başa salınması anlamını verir.

Molla Nəsrəddin uzunqulağı ilə

İnsanları güldərən hər bir Molla Nəsrəddin lətifəsində dərin bir məntiq və məna var. Onun lətifələri, işlətdiyi sözlər bütün türk dünyasında dillər əzbəridir. “Sən çaldın”, “Qələt yağ küpəsindədir”, “Dava yorğan davasıdır”, “O vaxta ya şah ölər, ya eşşək” kimi məsəllər Molla Nəsrəddin lətifələrindən götürülmüş və hələ də geniş şəkildə istifadə olunmaqdadır.

Comments are closed, but trackbacks and pingbacks are open.