Monqolların Azərbaycana yürüşləri
YAZAR: Zeynəb Hüseynzadə
Monqolların Azərbaycana birinci yürüşü
Xarəzmşah Əlaəddinin Məhəmmədin hakimiyyətinə və onun dövlətinə son qoyan monqollar 1221-ci ilin
yanvarında Cəbə noyanın və Sabutay bahadırın başçılığı ilə Xorasan və İraq-Əcəmdən keçərək, Azərbaycan
ərazisinə soxulurlar. Yol boyu qarşılarına çıxan şəhər və kəndləri viran və talan edən monqol qoşunları Azərbaycan atabəyi Özbəyin iqamətgahı yerləşən Təbriz şəhərinə yetişirlər. Vəziyyətin ağırlığını dərk edən atabəy, monqollarla sazişə girmək qərarına gəlir. Monqolların tələbi ilə Özbək xarəzmşah Məhəmmədin Təbrizdə saxladığı
xarəzmlilərdən ibarət qarnizonun döyüşçüləri onlara təslim edir; bununla yanaşı təzminat olaraq pul, paltar və
mal-qara da göndərir.
Təbrizdən əl çəkən monqollar Muğandan keçərək Arrana, oradan isə Gürcüstana doğru hərəkət edirlər. Gürcüləri monqol hücumundan xəbərdar etmək istəyən, lakin onların Azərbaycana və qonşu vilayətlərə bir qədər əvvəlki yürüşlərini hələ də unutmayan atabəy Özbək gürcü hökmdarı IV Georgiyə məktub yollayaraq, onu birlik və dostluğa çağırır: “Bundan sonra biz bir-birimizə kömək edib, əl tutmalıyıq. Yetər bu dağıntılar, ölümlər və fəlakətlər”,
-deyə yazır. Lakin, keçmiş rəqiblər arasında barışıq və monqollara qarşı birgə hərəkət haqqında razılıq yalnız
Tiflis yaxınlığında 10 minlik gürcü qoşunu darmadağın edildikdən, neçə-neçə Arran, Gürcüstan şəhər və kəndləri monqollar tərəfindən viran qoyulduqdan sonra əldə edilir.
Monqollara qarşı ittifaq yaratmaq təklifi Xilat və əl-Cəzirə hakimlərinə də edilir. Bu danışıqlardan xəbər tutan monqollar yenidən Gürcüstan və Arrana hücum edirlər. Atabəy Özbəyin Arrandakı canişini məmlük Nəsir əd-Din
Ağ Quştürklərdən və kürdlərdən ibarət qoşunu ilə monqolların tərəfinə keçir. Düşmən qarşısında tək qalmış
gürcülər darmadağın edilirlər. Bundan sonra yenidən Azərbaycan ərazisinə qayıdan monqollar bir daha Təbrizə hücum edirlər, lakin şəhər əhalisi bu dəfə də təzminat verməklə şəhərin işğalının qarşısını alabilir. 1221-ci ilin martında Özbəyin oğlu Xamuşun arvadı Sülafə xatuna mənsub olan Marağa şəhəri mühasirə edilir.
Ağır mühasirəni saxlaya bilməyən marağalılar göstərdikləri rəşadətə baxmayaraq məğlub edilir, şəhər dağıdılır, müdafiəçilər qılıncdan keçirilirlər. Marağanı ələ keçirdikdən sonra monqollar Suriya hüdudlarına tərəf hərəkət
edir, daha sonra Həmədana doğru çəkilərək, şəhəri dağıdır, əhalisini məhv edirlər. Daha sonra Azərbaycanın Həmədan şəhərini tərk edən monqollar Azərbaycanın içlərinə doğru yürüşlərini davam etdirirlər və yollarının
üstündə yerləşən Ərdəbil şəhərini darmadağın edirlər. Monqol mühasirəsi ərəfəsində Ərdəbildə olan Yaqut
əl-Həməvi bu hadisə haqqında belə yazırdı: “Mən gedəndən sonra tatarlar (monqollar) onlara hücum edib,
camaatı qırmışdılar. Onlarla ərdəbillilər arasında döyüşlər oldu, əhali özünü çox yaxşı müdafiə edirdi və iki
dəfə tatarları özlərindən uzaqlaşdıra bildilər. Lakin tatarlar üçüncü dəfə oraya qayıtdılar, zəif düşmüş şəhər
əhalisi üzərində qələbə çaldılar və oranı zorla işğal etdilər.
Tatarlar müsəlmanların üstünə düşüb, onları öldürdülər. Əhalidən tatarların gözünə dəyən heç kəs şəhəri
tərk edə bilmədi. Yalnız gizlənənlər canlarını qurtara bildilər. Tatarlar şəhəri tamam dağıdıb, sonra çəkilib
getdilər. Şəhər bir müddət belə dəhşətlixaraba vəziyyətdə, adamsız qaldı…”.
Ərdəbili dağıdan monqollar, yenidən Təbrizə yaxınlaşdılar. Bu zaman atabəy Özbək artıq şəhəri tərk etmiş,
oğlu Xamuşun sahiblik etdiyi Naxçıvana çəkilmişdi. Təbriz şəhəri rəisi Şəmsəddin ət-Tuğraidən haqq alan
monqollar, bu dəfə də şəhərə toxunmadan oradan Səraba yollanır, buranı dağıdıb qarət edir, sonra isə
Naxçıvana doğru hərəkət edirlər. Rəşidəddinin verdiyi məlumata görə, monqollar Naxçıvanı da viran və talan
etməyə, əhalisini qırmağa başlayırlar, yalnız Naxçıvan hakimi Xamuşun monqollara boyun əyməsi qırğının dayandırılmasına səbəb olur. Bundan sonra monqol dəstələri yenidən Arran şəhərlərinə hücum edərək, qısa,
lakin ağır mühasirədən sonra Beyləqanı işğal edib, əhalisinin çoxunu qılıncdan keçirirlər.
Buradan monqollar Gəncəyə doğru hərəkət edirlər. Dövrün tarixçiləri monqolların bu hücumu barədə ziddiyyətli məlumat versələr də, görünür, İbn əl-Əsirin gəncəlilərin təzminatla canlarını qurtarmaları barədəki məlumatı həqiqətə daha uyğundur. Tarixçinin yazdığına görə “şəhər müdafiəçilərinin çoxluğundan, onların gürcülərlə
daimi mübarizədə əldə etdikləri dəyanətdən, qala divarlarının keçilməzliyindən xəbər tutan” monqollar Gəncəni tutmaq fikrindən daşınırlar.
Buradan onlar, bütün 1221-ci il ərzində üçüncü dəfə Gürcüstana hücum edirlər; gürcü əsgərlərinin göstərdikləri hünərə baxmayaraq, bu dəfə də onlar monqollar tərəfindən basılırlar. Dərbənd keçidi vasitəsilə şimali Qafqaza
doğru hərəkət etmək istəyən monqollar Gürcüstan hüdudlarını arxada qoyub, Şirvan ərazisinə daxil olur və
Şamaxı şəhərini mühasirəyə alırlar. Salnaməçinin yazdığına görə, şəhərin qalın divarlarını dəf edə bilməyən monqollar, çoxlu mal-qara öldürərək, onların leşlərindən qalaq düzəltdilər və bu yolla şəhərə daxil olmağa cəhd göstərdilər. şamaxılılar üç gecə-gündüz düşmənə müqavimət göstərirlər. Üç gündən sonra çürüməyə başlayan
leşlər çökməyə başladıqları üçün monqolların hücumları da zəifləyir.
Lakin şəhər əhalisinin də artıq müqavimətə halı qalmamışdı. Beləliklə, göstərilən rəşadətə baxmayaraq, Şamaxı
işğal olunub dağıdılır, şəhər müdafiəçilərinin və əhalisinin çoxu məhv edilir. Buradan Dərbəndə doğru hərəkət
edən monqol qoşunları, ilk uğursuzluğa baxmayaraq, nəhayət ikinci dəfədə hiylə ilə keçidi aşa bilirlər. Bununla monqolların kəşfiyyat xarakterli birinci yürüşü başa çatır. Azərbaycan əhalisinə olmazın fəlakət, şəhər və kəndlərinə böyük dağıntılar gətirsə də, bu yürüş nə Atabəylərin, nə Şirvanşahların, nə də Azərbaycan ərazisində mövcud olan başqa qurumların hakimiyyətlərini sarsıda bilir.
YAZAR: Zeynəb Hüseynzadə
- ← Tsundoku xəstəliyi
- Hərbi jurnalistika →
Monqolların Azərbaycana yürüşləri
Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
| « Mart 2023 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||
Populyar xəbərlər
Qədim Yunanıstan haqqında interaktiv oyunlar
9-04-2020, 18:42
5-cilər üçün daha bir MİLYONÇU
7-04-2020, 18:18
DUEL (Online oyun)
6-01-2020, 21:51
6-cı siniflər üçün Milyonçu
23-11-2019, 22:20
7-ci siniflər üçün “Milyonçu”
21-11-2019, 18:51
6-cı siniflər üçün Milyonçu
6-11-2019, 09:16
5-ci lər üçün Milyonçu
24-10-2019, 21:18
8-ci siniflər üçün “Milyonçu”
21-10-2019, 22:16
5-cilər üçün yeni “Milyonçu”
27-02-2018, 22:13
İbtidai cəmiyyət (interaktiv oyun)
9-11-2017, 22:35
Xronologiya (Online-oyun)
3-11-2017, 23:59
Prometanda interaktiv tapşırıqlar
5-08-2017, 20:41
İnteraktiv tapşırıqlar
9-07-2017, 21:03
Milyonçu (6-cı sinif)
15-03-2017, 20:02
İnteraktiv oyun (6-cı sinif)
30-10-2016, 21:57
Qədim Azərbaycan (İnt-Oyun)
4-10-2016, 07:13
Sayta daxil ol
Kopspekt.az 0
26 06 2020
Təbliğat və Maarifləndirmə 0
28 05 2020
AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİNİN YARADILMASI TARİXİNDƏN 0
28 05 2020
Respublika gününüz qutlu olsun! 0
19 05 2020
ONLİNE dərs (5) 0
14 05 2020
Qədim Roma (Online dərs) 0
11 05 2020
5-cilərlə ONLİNE dərs (İstiqlalımızın bərpası) 0
5-cilərlə ONLİNE dərs (DİRÇƏLİŞ) 0
30 04 2020
6-cı siniflərlə ONLİNE dərs 1
29 04 2020
İKİNCİ DÜNYA MÜHARİBƏSİ VƏ SSRİ 0
27 04 2020
5-cilərlə ONLİNE dərs 0
23 04 2020
Yunan şəhər-dövlətlərinin tənəzzülü” (Video dərs) 0
19 04 2020
Ərəb işğalına qarşı mübarizə (Video dərs) 0
17 04 2020
Xaç yürüşləri (Video dərs) 0
16 04 2020
6-cı siniflər üçün dərs 0
12 04 2020
Пособие для абитуриентов 0
12 04 2020
5-cilər üçün ONLİNE dərs 0
10 04 2020
7-cilər üçün PULSUZ ONLİNE -DƏRS 0
| Yazdı → Revan777 Xəbər → Böyük Summativ qiymətləndirmə V sinif Həyat . |
| Yazdı → ivaferJed Xəbər → Prometanda interaktiv tapşırıqlar |
| Yazdı → dadaviame Xəbər → Prometanda interaktiv tapşırıqlar |
| Yazdı → ivaferJed Xəbər → Prometanda interaktiv tapşırıqlar |
| Yazdı → dadaviame Xəbər → Prometanda interaktiv tapşırıqlar |
| Yazdı → ivaferJed Xəbər → Prometanda interaktiv tapşırıqlar |
| Yazdı → dadaviame Xəbər → Prometanda interaktiv tapşırıqlar |
| Yazdı → ivaferJed Xəbər → Prometanda interaktiv tapşırıqlar |
| Yazdı → dadaviame Xəbər → Prometanda interaktiv tapşırıqlar |
| Yazdı → ivaferJed Xəbər → Prometanda interaktiv tapşırıqlar |
| Yazdı → dadaviame Xəbər → Prometanda interaktiv tapşırıqlar |
| Yazdı → ivaferJed Xəbər → Prometanda interaktiv tapşırıqlar |
| Yazdı → Dating_Roovareria Xəbər → Prometanda interaktiv tapşırıqlar |
| Yazdı → dadaviame Xəbər → Prometanda interaktiv tapşırıqlar |
| Yazdı → maiaa Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Video
5-cilərlə ONLİNE dərs
27-04-2020, 20:30
Yunan şəhər-dövlətlərinin tənəzzülü” (Video dərs)
23-04-2020, 20:20
Ərəb işğalına qarşı mübarizə (Video dərs)
19-04-2020, 21:53
Xaç yürüşləri (Video dərs)
17-04-2020, 17:20
Ağqoyunlu dövləti (Video-dərs)
31-03-2020, 07:41
Azərbaycan Orta və Üst Paleolit dövründə (Video-dərs)
5-08-2019, 12:31
Atropatena video dərs(
17-05-2019, 02:15
Marketinq (Video dərs)
2-05-2019, 20:39
“Azadlıq hərəkatının yeni mərhələsi”
13-04-2019, 19:34
XIX əsrdə Azərbaycanda Milli mətbuat. (Video dərs)
11-04-2019, 21:42
Qədim Şumer
7-02-2019, 19:17
Assur dövləti
4-01-2019, 23:25
Əziz istifadəçilər ! Tarix.info saytı sizi tarixin maraqlı dünyasına səyahətə aparacaqdır. Bu saytda siz Azərbaycan tarixinin şanlı səhifələrini izləyəcəksiniz. Dünya tarixinin şəxsiyyətləri, üsyanları, dövlətləri və s. haqqında geniş məlumat toplayacasınız. Saytda müəllimlər, şagirdlər və tarixlə maraqlanan hər kəs üçün əlavə məlumatlar toplanılıb. Testlər, yeni dərs modelləri, təqdimatlar, əyləncəli oyunlar, video-audio dərslər və s. Bildiyiniz kimi tarix fənni müxtəlif mənbələr əsasında öyrənilir. Odur ki, verilən xəbərlərdə mübahisə doğuracaq məqamlara rast gələ bilərsiniz. Bunu isə verilmiş xəbərin müəllifi ilə məsləhətləşmək lazımdır. Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə yalnız müəlliflər məsuliyyət daşıyır. Tarixi gözünlər gör.
TARIX.INFO TARIXI GÖZÜNLƏ GÖR © 2010-2017
Monqollarin Azerbaycana Ii Yurusu – Wikipedia
Bu səhifənin neytrallığı şübhə doğurur.
Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlər olduğu iddia edilir.
Xahiş olunur bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz.
Bu məqalənin sonunda mənbə siyahısı var, ancaq mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.
Monqolların Azərbaycana II yürüşü — 1231-ci ildə monqol qoşunlarının Qərbə doğru ikinci hücumu.
Mündəricat
- 1 Tarixi zəmin
- 2 Yürüşün başlanması
- 3 Monqol əsarəti və ona qarşı mübarizə
- 4 İqtisadi vəziyyət
- 5 Nəticə
- 6 Həmçinin bax
- 7 Ədəbiyyat
Tarixi zəmin
XIII yüzilliyin əvvəllərində, Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olan monqol dövlətinin qonşu ölkələrə yürüşləri ərəfəsində, Azərbaycanın xarici və daxili vəziyyəti gərgin halda idi. Orta Asiyada iqtisadi cəhətdən bir-birilə möhkəm əlaqədə olmayan vilayətlərin birləşməsindən təşkil olunmuş Xarəzmşahlar dövləti monqollara qarşı mübarizə aparmaq iqtidarında deyildi. Azərbaycan ərazisində isə vahid dövlət yox idi və feodal pərakəndəliyi hökm sürürdü. Ölkədə Eldənizlərin Atabəylər, Rəvvadilər nəslindən Ağsunqurilər sülaləsi (1108-1227-ci illər) və Şirvanşahlar dövləti hakimiyyətini sürürdü. XII əsrin sonunda Eldənizlər dövləti öz əvvəlki qüdrətini itirdi. Eldənizlər sülaləsinin üzvləri arasında gedən mübarizələr səltənətin əsaslarını sarsıdırdı. Qızıl Arslanın xələfi atabəy Əbu Bəkr Azərbaycanda (Şirvan istisna olmaqla) hökm sürürdü. Atabəylərin Əbu Bəkri əvəz etmiş son nümayəndəsi Özbək feodal qruplarının əlində oyuncağa çevrildi, ölkədə feodal çəkişmələri daha da şiddətləndi. Şirvanşahlarda isə vəziyyət başqa idi X,Xl,Xll əsrlərdəki intibah Xlll əsrin ortalarına kimi davam etdi.Şirvan şimali Azərbaycanı qoruyan güclü dövlət idi. Azərbaycanın şimalı onlardan sorulardı.Şirvanda saray çəkişmələrinin olması dövlətə çox mənfi təsir etmir. Şirvan şahının doğru seçilməsinə şərait yaradırdı.
Yürüşün başlanması
1231-ci ildə monqol qoşunları yenidən Azərbaycana soxuldular. Onlar bu dəfə ölkənin içərilərinə doğru irəliləməyə tələsmirdilər. Monqollar Marağa və Təbrizi tutandan dörd il sonra Azərbaycanın şimal torpaqlarına hücum etdilər. Gəncə şəhərini mühasirəyə aldılar. Gəncəlilər düşmənə ciddi müqavimət göstərilsədə monqollar şəhəri ələ keçirib onu dağıtdılar. Əhaliyə amansız divan tutdular. Şəhər xarabaya çevrildi. O, 4 il belə qaldı. Daha sonra monqollar Azərbaycanın zəbt edilməsini başa çatdırdılar. Beləliklə, monqolların Azərbaycanı zəbt etməsi üçün onlara 8 il vaxt lazım oldu. Monqollar bu müddətdə Gürcüstanı və Ermənistanı da tutdular və bu üç ölkəni bir canişinlikdə birləşdirərək, bu canişinliyin başına iri monqol feodalını qoydular. Bir qədər sonra monqollar bütün ətraf əraziləri zəbt edib böyük Hülakilər dövlətini yaratdılar. Azərbaycanda monqol əsarəti dövrü başladı. Azərbaycanı zəbt edərkən monqollar Gəncə, Şamaxı, Beyləqan, Ərdəbil və s. şəhərləri viran etdilər. Bərdə şəhəri isə o vaxtdan bəri bir daha dirçəlmədi, kiçik yaşayış məntəqəsinə çevrildi. K.Marks monqol qoşunlarının ayaqlarının dəydiyi yerlərin xarabazara çevrilməsi barəsində yazmışdır. “İncəsənət, zəngin kitabxanalar, gözəl saraylar və məscidlər, hər şeyi yerlə-yeksan etdilər”. Monqol əsarəti dövründə ölkənin təsərrüfatı pisləşdi. Torpaqların xeyli hissəsi uzun illər əkilməmiş qaldı, sənətkarlıq və ticarətə ciddi ziyan dəydi. Əsasən maldarlıqla məşğul olan monqollar ən yaxşı torpaqları, o cümlədən Kür-Araz ovalıqlarını ələ keçirərək otlaqlara çevirdilər.
Monqol əsarəti və ona qarşı mübarizə
Azərbaycan xalqı monqol əsarətinə qarşı daim mübarizə aparmışdır. Çox vaxt feodal zülmündən cana doymuş kəndlilər silahlı dəstələr düzəldir, monqol feodallarının mülklərinə basqınlar edir, onları öldürməkdən də çəkinmirdilər. Bəzən bu mübarizə yerli feodallar da qoşulur, kəndli dəstələrinə başçılıq edirdilər. Monqol zülmünün ilk illərində Qarabağda böyük üsyan oldu. Bu üsyana yerli hakim Həsən Cəlal başçılıq edirdi. Bir qədər sonra Şirvanda da böyük çıxışlar baş verdi. Şəhər zəhmətkeşləri, sənətkarlar da bu çıxışlarda iştirak edirdilər. Belə çıxışlardan biri Təbriz şəhərində oldu. Bütün bu çıxışların çox ciddi xarakterli olmalarına baxmayaraq üsyançılar yaxşı silahlanmış, sayca daha çox olan qoşunlara ciddi müqavimət göstərə bilməyərək məğlubiyyətə düçar olurdu.
İqtisadi vəziyyət
Monqolların Azərbaycana gəlməsi oturaq yerli əhalinin həyat tərzinə və ilk növbədə kənd təsərrüfatının və əkinçiliyin inkişafına mənfi təsir göstərdi. Monqolların ilk yürüşləri Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatına kəskin zərbə vurdu. Ölkədə feodal pərakəndəliyi daha da artdı. Monqolların keçdikləri ərazidə mədəniyyət abidələri, ticarət yolları dağıdıldı, əkin yerləri tapdalandı, xırmanlar yandırıldı. Monqollar ilk anlardan başlayaraq becərilən torpaqları zəbt edib otlaqlara çevirdilər. Muğanda çağırılmış qurultayda Ön Qafqaz ərazisi 110 nəfər monqol noyonu arasıında bölündü. Sərkərdə Molor noyon Şəmkirin və ətraf ərazinin hakimi oldu. Monqollar əhalinin mal-qarasını, xüsusilə atlarını güclə alıb öz ilxılarına qatdılar. İş o yerə çatdı ki, adamlar son heyvanlarını verib canlarını qurtarmalı oldu. Monqolların iqtisadi siyasəti əkin sahələrinin azalmasına və son nəticədə kəndlilərin həyat səviyyəsinin aşağı düşməsinə səbəb oldu, kənd təsərrüfatı məhsullarının həcmi kəskin şəkildə aşağı düşdü. Monqol köçərilərinin mütəmadi olaraq bir yerdən digərinə köçmələri yararlı əkin sahələrinin mal-qaranın və ilxıların ayaqları altında qalıb xarab olmasına səbəb olurdu. Monqollar kəndlilərin özlərini də ya məhv edir, ya da əsir tutub apararaq onlardan mal-qaranın otarılmasında və ov mərasimlərində istifadə edirdilər. Bu isə Azərbaycanda kənd təsərrüfatının inkişafına ciddi maneə törədirdi.
Monqolların II yürüşdə məqsədi işğal etdikləri ərazilərdə, əsasən Azərbaycanda və ona qonşu olan ərazilərdə möhkəmlənmək idi. Onlar Monqolustana qayıtmadılar və tutduqları ərazilərdə, o cümlədən Cənubi Qafqazda məskunlaşdılar. Azərbaycan və Cənubi Qafqaz ərazisi 1239-1256-cı illərdə Böyük Monqol imperatorluğunun buradakı canişinləri tərəfindən idarə olundu. Monqol əyanlarının Azərbaycanda həyata keçirdiyi siyasətin əsas mahiyyəti yerli feodalların-vassalların köçmə monqol əyanlarından asılılığını getdikcə artırmaq idi. Köçmənlərin bir qismi yerli feodallarla ittifaqa üstünlük verirdilərsə, başqaları onlara heç bir hüququn verilməməsinin tərəfdarı idi.
Həmçinin bax
- Monqolların Azərbaycana ilk yürüşü
- Monqolların Azərbaycana III yürüşü
- Z.M. Bünyadov və Y.B.Yusifov “Azərbaycan Tarixi” Bakı-2009
- Süleyman Əliyarlı “Azərbaycan Tarixi”
- İqrar Əliyev “Azərbaycan Tarixi” Bakı-1993
- Mahmud İsmayıl “Azərbaycan Tarixi” Bakı-1997
- “Azərbaycan Sovet Ensiklopediyası” (VII cild) Bakı, 1981
Comments are closed, but trackbacks and pingbacks are open.