Uğurlu Motivasiya Məktubuna Aid Nümunə – 2023 ƏN YENİ
Xaricdə təhsil almaq istəyən tələbələrin ən çox çətinlik çəkdiyi və düşündürdüyü məsələlərdən biri də Motivasiya Məktubudur. Tələbələr “Mən bu məktubu necə yazmalıyam ki qəbul cavabı alım?” “Uğurlu motivasiya məktubu necə yazılır?” deyə internetdə axtarış edirlər. Bu andan etibarən axtarış etməyi dayandırın! Çünki mən sizinlə keçən yazımda Motivasiya məktubu necə yazılmalıdır və nələrə diqqət etməliyik haqqında ətraflı məlumat vermişəm. Linke klik edərək https://qebulol.az/motivaiya-mektubu/ oxuya bilərsiniz. İndi isə sizlərə uğurlu motivasiya məktubuna dair nümunə vermək istəyirəm. Elə isə gəlin başlayaq!
İş üçün motivasiya
İşə qəbul olunmaq üçün lazım olan sənədlər arasında motivasiya məktubu da tələb olunur. Bəzi insanlar iş üçün motivasiya məktubu necə yazılmalıdır bilmirlər. Buna görə də məktub yazmırlar ya da rezyume tək göndərilir. Belə olduqda demək olar ki müsahibəyə çağrılmırlar.
İş üçün motivasiya məktubu necə yazılmalıdır?
Motivasiya məktubu elə adi məktub kimi bir şeydir.
Motivasiya məktubu əsasən gənc mütəxəssislərdən, məktəbdən yeni məzun olmuş gənclərdən və tələbələrdən tələb olunur. Gənc mütəxəssislərin iş təcrübəsi olmadığı və ya az iş təcrübəsi olduğu üçün müvafiq olaraq iş şöbəsi belə namizədlər haqqında əsas meyar olaraq motivasiya məktubunu əsas götürürlər.
Bir menecerdə müsbət təəssürat yaratmaq üçün motivasiya məktubu əla fürsətdir.Fərqliliyinizi göstərmək, namizədlər arasından ayrılmaq üçün məktubda detallara diqqət eləmək lazımdır.
Motivasiya məktubu sizin inandırıcılıq qabiliyyətinizin əyani sübutudur. Bir iş yerinə müraciət edərkən onlarla namizəd içərisindən “Niyə məhz səni seçməli olduqlarını” izah edən qısa hekayədir. Motivasiya məktubunda siz öz arzu və xəyallarınızı, təhsilinizi, gələcəkdə olmaq istədiyiniz yeri və status haqqında məlumat veririsiniz. Qarşınızdakı şəxsin sizi seçməsi üçün qısa hekayə danışırsınız.
Məktubunuzu çox uzatmayın, hər şeyi qısa şəkildə qeyd edin. Peşəkar şirkətlərin sizin uzun məktubunuzu oxumağa vaxtı yoxdu.
Unutmayın məktubu oxuyan şəxsdə xaraqteriniz haqqında ümumi fikir formalaşdırmalısınız. Ona görə də internetdə olan şablon məktublardan istifadə eləməyin. Professionallığınızı qoruyaraq yaradacağınız fərqlilik sizi yadda qalan edəcək.
İş üçün motivasiya məktubu yazarkən. Əvvəlcədən şirkət haqqında araşdırma aparın. Şirkətdə hal-hazırdakı şəraitdə baş verənlərin şirkətin fəaliyyətinə təsirini öyrənin. Həmin problemin həllinə dair ideyanız varsa məktubda qeyd edin.
Məktubda təhsil və təcrübənizdən əlavə şirkətdə işləmək həvəsinizidə qeyd edin. Həmin şirkətdə işləməyin sizin üçün niye vacib olduğunu qeyd eləmək şansınızı artıracaq. Amma məktubu yazarkən nə özünüzü nə də şirkəti tərifləməyin.
Vakansiyada qeyd olunan tələb və vəzifələri oxumaqla kifayətlənməyin. Şirkətin dəyərləri, iş prinsipləri, işcilərdə görmək istədikləri keyfiyyətlər barədə araşdırma edin. Həmin keyfiyyətlərə sahib olduğunuza əminsinizsə bunu məktubda qeyd edin. Yazmaqla kifayətlənməyin. Qeyd edin. Sizin şirkətə verəcəyiniz faydaların onların missiyaları ilə üst-üstə düşdüyüne onları inandırın.
Motivasiya məktubu üçün vacib olan cəhətlərdən biri də onun dizaynıdır. Çalışın rənglərdən, cədvəllərdən, keyfiyyətli şəkillərdən istifadə edin. Məktubu oxuyacaq şəxs hımin məktubda sizin nələri bacardığınızı görməlidir.
Yazdıqlarımı ümumiləşdirərək motivasiya məktubunda qeyd edilməli olan əsas məlumatları aşağıda qeyd edirəm.
Özünüz haqqında
Müraciət etdiyiniz yer haqqında
- Gözləntiləriniz nələrdir?
- Necə bir təcrübə əldə etmək istərdiniz?
- Onlar sizdən nə gözləməlidilər?
- Həmin şirkət haqqında gələcək məqsədləriniz nələrdir?
- Şirkətin fəaliyyətinə necə bir köməklij göstərə bilərsiniz?
Uğurlu Motivasiya Məktubuna Aid Nümunə – 2023 ƏN YENİ
Xaricdə təhsil almaq istəyən tələbələrin ən çox çətinlik çəkdiyi və düşündürdüyü məsələlərdən biri də Motivasiya Məktubudur. Tələbələr “Mən bu məktubu necə yazmalıyam ki qəbul cavabı alım?” “Uğurlu motivasiya məktubu necə yazılır?” deyə internetdə axtarış edirlər. Bu andan etibarən axtarış etməyi dayandırın! Çünki mən sizinlə keçən yazımda Motivasiya məktubu necə yazılmalıdır və nələrə diqqət etməliyik haqqında ətraflı məlumat vermişəm. Linke klik edərək https://qebulol.az/motivaiya-mektubu/ oxuya bilərsiniz. İndi isə sizlərə uğurlu motivasiya məktubuna dair nümunə vermək istəyirəm. Elə isə gəlin başlayaq!
Məktubu yazarkən nələrə diqqət etməliyik?
Nümunəyə keçməzdən əvvəl sizə bəzi ipucular vermək istəyirəm. Məktubun Giriş hissəsi ən canalıcı hissəsidir desəm yanılmaram bəlkədə. Çünki məktubunuzu oxuyan insanın sizin haqqınızda təsəvvürləri bu andan etibarən formalaşır. Giriş hissəyə son dərəcə özünüzdən əmin, səmimi və real başlamalısınız. Şablonlardan uzaq özünüzə məxsus şəkildə yazın. Emosiyalara toxunun! Gələcəyə dair xəyallarınızı niyə sizi seçməlidirlər ilə birləşdirib hekayə qurmağa və emosiyalara toxunmağa çalışın. Niyə məhz sizi seçməlidirlər? Bu suala elə cavab verin ki, sizə yox deyə bilməsinlər!
Min dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır!
Bu deyimlə artıq sizi nümunə ilə tanış etmək istəyirəm. Buyurun:
“Hörmətli Cənab və ya Xanım
Vebsaytınızda Kompyuter elmləri və Mühəndislik üzrə bakalavr təhsili haqqında məlumatları böyük maraqla oxudum. Motivasiya məktubu ilə bu ixtisas üçün namizədliyimi irəli sürmək istədim. 2016-cı ildə ADA universitetinin İT ixtisasını bitirmişəm. Diplomum əsasən kompyuter elmlərinə aiddir. Özümə meydan oxumaq və təhsil proqramına mümkün qədər hazır olmaq üçün universitetdə mövcud olan bütün kurslarda iştirak etmişəm. Kompyuter elmlərinə olan marağım təxminən 3 il əvvəl kiçik bir veb sayt hazırlayarkən başladı. O vaxtdan bəri kiçik layihələr üzrə işləməyə, veb saytlar hazırlamağa başladım. Mənim üçün kompyuter kodu üzərində işləmək yaradıcılıq yolumdur, çünki rəsm çəkmək kimi daha çox yayılmış yollarla yaradıcılıq qabiliyyətimi artırmaq çətindir. Hərdəfə bir kompyuter kodu yazanda sanki sənət əsəri yaratdığımı hiss edirəm.
2015-ci ildə İT meneceri ilə birlikdə çalışdiğım Scania Financial Service-de bir həftəlik təcrübə keçdim.Bu həftə ərzində bir verilənlər bazası yaratmaq üzrə çalışdım. SQL öyrənməyi və verilənlər bazası yartamağ ıbacardım. Bu iş təcrübəsi kompyuter elmləri haqqında biliklərimi dərinləşdirməyimə imkan verdiyi üçün çox faydalı oldu. Ümid edirəm ki , sizi London İmperiya kollecində kompyuter elmləri və mühəndislik üzrə təhsil almağa başlamaq üçün əla qabiliyyətlərimə və motivasiyama inandıra bildim. Cavabınızı və Kollecinizdə təhsil almağı səbirsizliklə gözləyirəm. Məktubumu oxuduğunuz üçün təşəkkür edirəm!”
Və belə nümunə ilə sizləri tanış etdim. Ümidvaram bu motivasiya məktubu nümunəsi sizlərə ilham və faydalı olmuşdur. Elə isə sizdə başlayın yazmağa! Məktubunuzun qəbul cavabı almasını və xaricdə təhsil yolunuzda sizlərə Uğurlar arzu edirəm!
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Comments are closed, but trackbacks and pingbacks are open.