İş üçün motivasiya
1) O proqramda/kursda/təlimdə iştirak etməyin və ya universitetdə o ixtisas üzrə oxumağın sənin yaxın gələcək üçün məqsədlərinə nə dərəcədə təsir edəcək? Yaxın gələcək üçün planlarına nə kimi bir positiv təsiri olacaq?
Motivasiya məktubu necə yazılır?
Bu yazıda motivasiya məktubunun necə yazılması haqqında əsas mərhələləri və diqqət edilməli məqamları vurğulayacağıq.
Bu mövzunu üç hissəyə bölmək olar:
1. Motivasiya məktubu nədir və nə üçündür?
2. Motivasiya məktubu hara təqdim etmək üçün yazılır?
3. Motivasiya məktubunu yazmağa necə başlamalı? Nələri vurğulamalı? Necə sonlandırmalı?
Motivasiya məktubu nədir və nə üçündür?
Motivasiya məktubu xəyalların yazıdakı əksidir. Şəxsin inandırıcılıq qabiliyyətinin əyani sübutudur. Bir yerə müraciət edərkən onlarla, yüzlərlə, bəlkə də, minlərlə namizəd içindən “Niyə məhz səni seçməli olduqlarını” izah edən qısa hekayədir. Motivasiya məktubunda şəxs özü, arzuları, xəyalları, təhsili və gələcəkdə olmaq istədiyi yer və ya statusu haqqında məlumat verib, qarşısındakı şəxsin və ya şəxslərin məhz onu seçməsi üçün onlara bir hekayə danışır. Bu hekayənin inandırıcılığından və digər lazımi kriteriyaların mövcudluğundan asılı olaraq qəbul və ya razılıq alır.
Motivasiya məktubu hara təqdim etmək üçün yazılır?
Adətən xaricdə təhsil üçün motivasiya məktubu lazım olur. Lazımi sənədlərlə birlikdə ayrıca motivasiya məktubunun yazılması və göndərilməsi tələb olunur. Lakin motivasiya məktubu sadəcə bu məqsədlə istifadə olunmur. Həmçinin yerli və ya xarici seminarlar, təlimlər, staj təklif edən şirkətlər, bəzi layihə proqramları və s. motivasiya məktubu tələb edə bilir. Adətən onların tələbində motivasiya məktubu ya müraciət formasının daxilində qeydiyyatdan keçərkən, ya da ayrıca tələb oluna bilir.
Motivasiya məktubunu yazmağa necə başlamalı? Nələri vurğulamalı? Necə sonlandırmalı?
1. Qərar ver: orada iştirak etmək sənin (xəyalların, təhsilin, gələcəyin) üçün nə qədər əhəmiyyətli və ya lazımlıdır?
Zəruri olub-olmamasına, maraq dairəsini əhatə edib-etməməsinə baxmayaraq hər gördüyü təlimə, seminara, ixtisaslara müraciət edən insanlar görmüşəm. Sən onlardan olma. Həyatınla bağlı edəcəklərin aydın olsun. Bu həyatı necə yaşamaq istədiyini, nələr etmək istədiyini, özünəməxsusluğu harada ortaya çıxardacağını bil və maraq dairən çərçivəsində sənə həqiqətən əhəmiyyəti dəyə biləcək yerlərə müraciət et. Beləliklə, həm qızıldan dəyərli zamanının qədrini bilər, həm də müraciət edəcəyin yerdən gözləntilərini də ayırd etmə imkanına sahib ola bilərsən.
2. Kofe/Çay beyni
“Coffee Mind” deyə adlandırdığım bu mərhələni tələsməmək adına yaratmışam. “Tələsən təndirə düşər” atalar sözünün gücünə inanaraq müraciət etmək istədiyim yer üçün vaxt ayırıb, sakit beyinlə və bütün diqqətimi ona verərək müraciət formasını doldurmağa və motivasiya məktubumu yazmağa çalışıram. Bu mərhələnin gözardı edilməsi özünü motivasiya məktubunda da göstərir. Oxuyucu yazılan məktubun yola verildiyinin fərqində olur və bu da həmin şəxsin qəbul alma imkanını azaldır.
3. Giriş maksimum kreativ və ya səmimi olsun
Giriş hər şey olmasa da, çox şeydir. Yəni girişi nə qədər kreativ, özünəməxsus şəkildə yazsan və nə qədər səmimi olsan, o qədər uğurlu alınacaq. Girişdə diqqət etməli olduğun məqam “NİYƏ” sualına fokuslanmaqdır. Niyə müraciət etmək istədiyini uyğun ifadə tərzi ilə izah etməyin lazımdır.
4. Emosiyalara toxun
Bu mərhələdə hekayə danışacağını fərz et. Əslində qismən də doğrudur. Bu mərhələ öz hekayəni emosiyalara toxunacaq şəkildə və “NİYƏ MÜRACİƏT ETDİYİNİ” daha geniş şəkildə izah etmə mərhələsidir. Burda diqqət etməli olduğun məqam hekayəni maksimum inandırıcı və əlaqəli təsvir etməkdir. Niyə müraciət etdiyini, həmin proqramın sənin üçün əhəmiyyətini uşaqlığından gələn bir xəyalla, ailə ilə bağlı bir səbəblə və ya daha başqa şəkildə emosiyalara toxunacaq və inandırıcılıq qabiliyyətini itirməyəcək şəkildə əlaqələndirib, təsvir etməyin məsləhətdir.
5. Yaxın gələcək üçün həyatındakı rolu / təsiri
Burda iki suala cavab verəcəksən:
1) O proqramda/kursda/təlimdə iştirak etməyin və ya universitetdə o ixtisas üzrə oxumağın sənin yaxın gələcək üçün məqsədlərinə nə dərəcədə təsir edəcək? Yaxın gələcək üçün planlarına nə kimi bir positiv təsiri olacaq?
2) Niyə məhz ora vasitəsilə? Oranın – o təşkilatın, universitetin – sənə və həyatına qatacaqları nə olacaq? Oranı digərlərindən fərqləndirən nədir?
6. Sonluq mütləq yazılmalıdır
Sonluğu da ən az giriş qədər cəlbedici və kreativ yazmaq əhəmiyyətlidir. Bir cümlə ilə danışdıqlarının xülaləsini və ya istəyini vurğulaya bilərsən. Bu, artıq sənin seçimin olacaq.
7. Öz fərqini ortaya qoy: təşəkkür
Yüzlərlə motivasiya məktubu içərisində seçilmə və öz fərqini ortaya qoyma adına özünəməxsus bir tərz yarat. Məsələn, mən hər zaman məktublarımı təşəkkürlə sonlandırıram. Qarşımdakı şəxs məni qəbul etsə də, etməsə də, təşəkkürü özümə borc bilirəm. Bu mənim tərzimdir. Sən də öz tərzini yarada bilərsən.
Bu mövzu ilə bağlı qeyd etmək istədiklərim bunlardır. Diqqətin üçün təşəkkürlər, əziz oxucu.
Şahanə Dostəliyeva
İş üçün motivasiya
İşə qəbul olunmaq üçün lazım olan sənədlər arasında motivasiya məktubu da tələb olunur. Bəzi insanlar iş üçün motivasiya məktubu necə yazılmalıdır bilmirlər. Buna görə də məktub yazmırlar ya da rezyume tək göndərilir. Belə olduqda demək olar ki müsahibəyə çağrılmırlar.
İş üçün motivasiya məktubu necə yazılmalıdır?
Motivasiya məktubu elə adi məktub kimi bir şeydir.
Motivasiya məktubu əsasən gənc mütəxəssislərdən, məktəbdən yeni məzun olmuş gənclərdən və tələbələrdən tələb olunur. Gənc mütəxəssislərin iş təcrübəsi olmadığı və ya az iş təcrübəsi olduğu üçün müvafiq olaraq iş şöbəsi belə namizədlər haqqında əsas meyar olaraq motivasiya məktubunu əsas götürürlər.
Bir menecerdə müsbət təəssürat yaratmaq üçün motivasiya məktubu əla fürsətdir.Fərqliliyinizi göstərmək, namizədlər arasından ayrılmaq üçün məktubda detallara diqqət eləmək lazımdır.
Motivasiya məktubu sizin inandırıcılıq qabiliyyətinizin əyani sübutudur. Bir iş yerinə müraciət edərkən onlarla namizəd içərisindən “Niyə məhz səni seçməli olduqlarını” izah edən qısa hekayədir. Motivasiya məktubunda siz öz arzu və xəyallarınızı, təhsilinizi, gələcəkdə olmaq istədiyiniz yeri və status haqqında məlumat veririsiniz. Qarşınızdakı şəxsin sizi seçməsi üçün qısa hekayə danışırsınız.
Məktubunuzu çox uzatmayın, hər şeyi qısa şəkildə qeyd edin. Peşəkar şirkətlərin sizin uzun məktubunuzu oxumağa vaxtı yoxdu.
Unutmayın məktubu oxuyan şəxsdə xaraqteriniz haqqında ümumi fikir formalaşdırmalısınız. Ona görə də internetdə olan şablon məktublardan istifadə eləməyin. Professionallığınızı qoruyaraq yaradacağınız fərqlilik sizi yadda qalan edəcək.
İş üçün motivasiya məktubu yazarkən. Əvvəlcədən şirkət haqqında araşdırma aparın. Şirkətdə hal-hazırdakı şəraitdə baş verənlərin şirkətin fəaliyyətinə təsirini öyrənin. Həmin problemin həllinə dair ideyanız varsa məktubda qeyd edin.
Məktubda təhsil və təcrübənizdən əlavə şirkətdə işləmək həvəsinizidə qeyd edin. Həmin şirkətdə işləməyin sizin üçün niye vacib olduğunu qeyd eləmək şansınızı artıracaq. Amma məktubu yazarkən nə özünüzü nə də şirkəti tərifləməyin.
Vakansiyada qeyd olunan tələb və vəzifələri oxumaqla kifayətlənməyin. Şirkətin dəyərləri, iş prinsipləri, işcilərdə görmək istədikləri keyfiyyətlər barədə araşdırma edin. Həmin keyfiyyətlərə sahib olduğunuza əminsinizsə bunu məktubda qeyd edin. Yazmaqla kifayətlənməyin. Qeyd edin. Sizin şirkətə verəcəyiniz faydaların onların missiyaları ilə üst-üstə düşdüyüne onları inandırın.
Motivasiya məktubu üçün vacib olan cəhətlərdən biri də onun dizaynıdır. Çalışın rənglərdən, cədvəllərdən, keyfiyyətli şəkillərdən istifadə edin. Məktubu oxuyacaq şəxs hımin məktubda sizin nələri bacardığınızı görməlidir.
Yazdıqlarımı ümumiləşdirərək motivasiya məktubunda qeyd edilməli olan əsas məlumatları aşağıda qeyd edirəm.
Özünüz haqqında
Müraciət etdiyiniz yer haqqında
- Gözləntiləriniz nələrdir?
- Necə bir təcrübə əldə etmək istərdiniz?
- Onlar sizdən nə gözləməlidilər?
- Həmin şirkət haqqında gələcək məqsədləriniz nələrdir?
- Şirkətin fəaliyyətinə necə bir köməklij göstərə bilərsiniz?
Uğur qazanmaq üçün sizə ilham verəcək 19 motivasiya sözləri
Motivasiya sözləri, ruhlandıran motivasiya cümlələri bu məqaləmizdə topladıq. Motivasiyaya aid şəkilləri də telefonunuza endirərək whatsapp statusunuzda paylaşa bilərsiniz.
Uğurlu insanlar xoşbəxtlik, zənginlik və böyük karyera kimi ilk diqqətəlayiq keyfiyyətləri ilə tanınırlar. Ancaq bu uğur birdən-birə yaranmır, böyük zəhmətə, çətinliyə əsaslanır.
Uğurlu olmaq üçün hər yeni günü irəliyə getmək və hədəflərinizə çatmaqdan ötrü bir fürsət kimi görməlisiniz. Çünki hədəflərinizə addım-addım yaxınlaşdıqca daha çox şey etmək və daha da irəliləmək istəyəcəksiniz. Uğur qazanmaq əzminiz yaşadıqca, ehtiyacınız olan motivasiyanı özünüzdə tapacaqsınız.
Xəyal edə bilirsənsə, bacararsan.
Gözləmə. Heç zaman “əsl vaxt” olmayacaq. Olduğun yerdən başla və əlindəki vasitələrdən istifadə et, vaxt keçdikcə daha yaxşı vasitələrə sahib olacaqsan.
Saata baxma, saat kimi ol. İrəliləməyə davam et.
Gələcək xəyallarının gözəlliyinə inananlara aiddir.
Əngəllər olacaq. Şübhə edənlər olacaq. Səhvlər olacaq. Ancaq çox çalışsanız, məhdudiyyətlər yox olacaq.
Sənin cəsarət etmədiyin riskləri alanlar yaşamaq istədiyin həyatı yaşayacaqlar.
Gözlərini ulduzlara yönəlt, ayaqların yerdə dursun.
Davamlılığı təmin etməyin yolu qarşına daha böyük hədəflər qoymaqdır.
Həyatını bu gün dəyişdir. Gələcəyinlə qumar oynama. Elə indi hərəkətə keç.
Qalib gələ bilməyəcəyiniz yeganə insan əsla təslim olmayan insandır.
Üzü üstə yıxılsan belə, yenə də irəli getməlisən.
Özünü irəli apar, heç kim bunu sənin yerinə etməyəcək.
Rahatlıq zonasında olduğunuz zaman böyük nəticələr heç vaxt əldə edilmir.
Haradasansa, oradan başla. Nəyin varsa, ondan istifadə et. Nə edə bilirsənsə, onu et.
Uğur sizi tapmayacaq. Siz onu tapmalısınız.
Bir şey üzərində nə qədər çox çalışsanız, onu əldə etdikdən sonra özünüzü bir o qədər gözəl hiss edəcəksiniz.
İndi əziyyət çək və qalan ömrünü çempion kimi yaşa.
Yorulduğunuzda deyil, bitirdikdə dayanın.
Daha çox düşün. Daha çox reallaşdır.
İnkişafın sirri başlamaqdır.
Çətin olacaq, amma çətinlik mümkünsüz demək deyil.
Hazırlaya bilmirsinizsə, uğursuzluğa hazırlaşırsınız!
Öz həyat planınızı tərtib etməsəniz, başqasının planına yol tapacaqsınız. Və sənin üçün nə planlaşdırdıqlarını bilirsənmi?
Uca məqsədə gedən yolda sənə qarşı olan insanlara qalib gəlməlisən!
Qarşınıza başqa məqsəd qoymaq və yeni arzularınızı həyata keçirmək üçün heç vaxt gec deyil!
Comments are closed, but trackbacks and pingbacks are open.