Məşq etmədən necə arıqlamaq olar
9. Yaşıl çay için. Araşdırmalar göstərir ki, yaşıl çay içmək bədəndəki kalorilərin yandırılmasında çox təsirlidir. Gündə 3 stəkan yaşıl çay içməyə çalışın.
Təbii üsullarla arıqlamağın yolları
Təbii arıqlama metodlarından istifadə edərək sağlam bədən quruluşuna və gözəl görünüşə sahib olmaq istərdinizmi? Təbii metodlarının insan orqanizmi üçün tibbi metodlardan daha çox faydalı olduğunu düşünürük. Buna görə təbii şəkildə arıqlamağın 15 yolunu bir araya gətirmişik.
Təbii üsullarla evdə sürətli arıqlamağın 15 yolu
1. Təbii bitki çayı için
Tarix boyu alternativ təbabətin dərmanı olan bitki çayları, yüksək vitamin və mineralları sayəsində insana fayda verir. Bədən funksiyalarını tənzimləməyə və bərpa etməyə kömək edən bitki çayları, artıq çəki problemi olan şəxslərdə iştahazaldıcı təsir yaradır.
- Arıqlamağa kömək edən ən yaxşı 26 bitki çayı
2. Tərəvəz yeyin
Təbii şəkildə arıqlamaq üçün tərəvəz yeyin. Çünki təbi qidalar sağlam orqanizm üçün əsas şərtlərdən biridir. Tərəvəz növlərini artırmağınız təbii yolla arıqlamağınızı asanlaşdıracaq. Tərəvəzləri normal qaydada bişirib yeyə bilərsiniz. Sağlam şəkildə arıqlamaq istəyirsinizsə, tərəvəz istehlakının çox vacib olduğunu unutmayın.
3. Şəkərdən az istifadə edin
Şəkər və şəkərli qidalar kökəlməyə səbəb olan əsas amillərdir. Çay və qəhvəni şəkərsiz için. Təbii olaraq arıqlamaq istəyən insanlar mütləq bu metoddan istifadə etməlidirlər. Şirin olduğunu düşündüyünüz meyvələr əvəzinə limon və kəmşirin meyvələrə üstünlük verin.
4. Taxıl məhsulları istifadə edin
Adətən ağ çörək yeyirik. Balanslı şəkildə arıqlamaq üçün ağ çörək əvəzinə arpa çörəyi və ya qara çörək yeyin.
5. Sürətli yeməkdən çəkinin
Arıqlamaq istəyirsinizsə, ağzınıza aldığınız loxmaları çoxluca çiynəyərək həzm edin. Yavaş-yavaş yemək artıq yeməyinizin qarşısını alacaq. Hər yemək prosesi ən azı 20-30 dəqiqə davam etməlidir. Nə qədər yesəniz də, toxluq hissi ilk 20 dəqiqədən sonra hiss olunmağa başlayır.
6. Aşağı kalorili qidalar yeyin
Bütün yeməklərimizə rəng qatan şorba növləri ən yaxşı seçimdir. Şorba içərisinə qaymaq, əriştə, düyü, lobya və yağ əlavə etdikdə daha tez doyacaqsınız.
7. Alkoqol istifadə etməyin
Alkoqollu içkilərin tərkibində yüksək kalori olduğu üçün sizi daha çox yemək yeməyə təşviq edəcək. Alkoqol təkcə kökəlməni sürətləndirmir, həm də orqanizmə zərərlidir.
8. Yeməyi evdə yeyin
Çöldə yediyiniz və ləzzətli görünən məhsullarda kalori çox olur. Ev yeməkləri daha təbii və xeyirlidir. İnsanlar evdən kənarda olduqda daha çox yeyirlər.
9. Yeməyi kiçik boşqablarda yeyin
İnsanlar psixoloji olaraq qarşısına qoyulmuş bütün yeməkləri yemək istəyirlər. Boşqab kiçikdirsə, deməli, daha az yeyəcəksiniz. Ən vacib yeməkləri də kiçik boşqablarda yeyin.
10. Kiçik porsiyalarla yeyin
Çəki problemi olan insanlar yeməyi adətən böyük porsiyalarla yeyirlər. Bu isə zərərlidir.
11. Qarnınızı tam doyuzdurmayın
Süfrəyə doymaq üçün oturmayın. Süfrədən yarı ac qalxmağınız daha məqsədəuyğundur.
12. Yuxu rejiminizi qurun
Yuxu rejiminin pozulması artıq çəkiyə səbəb ola bilər. Yuxu rejimi pozulan insan istənilən saatda yemək yeyir və bu da onun kökəlməsinə səbəb olur.
13. Ətdən az istifadə edin
Həddindən artıq ət yemək artıq çəkiyə səbəb olur. Buna görə ət əvəzinə tərəvəz yeyin.
14. Aktiv həyat yaşayın
Oturaq həyat kilo almağı asanlaşdıracaq. Aktiv olmalı və gündəlik həyatınızda kalori yandıran hərəkətlərdən istifadə etməlisiniz. Qəlyanaltı zamanı un məhsullarından uzaq durmalısınız.
15. Çoxlu su için
Su arıqlamaq üçün ən vacib maddədir. Çoxlu su içmək arıqlamağı sürətləndirir.
Evdə sürətlə necə arıqlamaq olar?
Sağlam qidalanma və idman kilo vermək üçün ən təbii üsullardır. Evdə təbii şəkildə arıqlamaq üçün çoxlu su içmək, normal yuxu, şəkərdən az istifadə etmək əsas şərtlərdir.
Arıqlamağın ən sürətli yolları hansılardır?
Sağlam bir şəkildə kilo vermək üçün şəkər və xəmir yeməklərini həyatınızdan çıxarmalısınız. Limonlu su içərək bədəndəki yağları əritmək olar.
Pəhriz saxlamadan necə arıqlamaq olar?
Pəhrizsiz arıqlamaq asan olmasa da, bu problemi sağlam qidalanma ilə aradan qaldırmaq olar. Şəkər və un məmulatlarından uzaq durun və çoxlu su için.
Balanslı və sağlam pəhriz: Sağlam və balanslı bir pəhriz planının yaradılması arıqlama prosesində mühüm addımdır. İdeal olaraq, təbii, işlənməmiş qidaları seçin və pəhrizinizi təzə meyvə, tərəvəz, tam taxıl, protein mənbələri və sağlam yağlarla zənginləşdirin. Həmçinin, porsiya nəzarətinə diqqət yetirərək, artıq kalori qəbulundan qaçın.
Su istehlakını artırın: Su arıqlama prosesində mühüm rol oynayır. Bədəndən toksinlərin çıxarılmasına kömək edir, maddələr mübadiləsini sürətləndirir və toxluq hissi yaradır. Gündəlik su istehlakını artıraraq bədəninizi nəmləndirin.
Müntəzəm məşq etmək: Arıqlamaqla yanaşı, idman ümumi sağlamlığınızı da yaxşılaşdırmağa kömək edir. Həftədə ən azı 150 dəqiqə orta intensivlikdə aerobik məşq etməyə çalışın və gücləndirici məşqlərlə əzələ kütlənizi artırın. Həyat tərzinizə uyğun olaraq məşq proqramınızı planlaşdırın və fiziki fəaliyyəti gündəlik işinizin bir hissəsinə çevirin.
Stressin idarə edilməsinə diqqət yetirin: Stress kilo almağa və həddindən artıq yemək vərdişlərinə səbəb ola bilər. Stress idarə üsullarından istifadə edərək stressi azaltmağa çalışın. Bunlara yoqa, meditasiya, dərin nəfəs alma, təbiətdə gəzintilər və ya hobbilərlə vaxt keçirmək kimi fəaliyyətlər daxil ola bilər.
Yuxu rejiminə diqqət yetirin: Kifayət qədər yuxu almaq arıqlama məqsədlərinə çatmaq üçün vacibdir. Yuxunun olmaması iştahı artırır və maddələr mübadiləsinə mənfi təsir göstərir. Müntəzəm yuxu cədvəli qurun və yuxu vaxtınızı mümkün qədər saxlamağa çalışın.
Ac qalmadan necə arıqlamaq olar?
Ac qalmadan arıqlamaq çox sadə bir üsuldur. Belə ki, daha yüngül qidalara üstünlük verməlisiniz.
İdman etməklə arıqlamaq istəyənlər necə qidalanmalıdır?
İdman edərkən ehtiyac duyduğunuz zülalın təbii qidalardan alınması çox vacibdir. Bu səbəblə yemək vərdişlərinizdən imtina etməməlisiniz, ancaq yediyiniz məhsulları dəyişdirməlisiniz.
Təbii üsullarla arıqlama metodları zərərlidirmi?
Təbii üsullarla arıqlamağın zərəri yoxdur, çünki istifadə olunan məhsullar və üsullar insan sağlamlığını təhdid edəcək səviyyədə deyil. Əsas məsələ tez nəticədən ötrü bu üsullardan ifrat dərəcədə istifadə etməməkdir.
XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.
Tez və asan arıqlamaq bütün qadınların arzusudur. Qadınlar möcüzəli yollarla bu arzularını həyata keçirmək üçün çox şeydən vaz keçərlər. Tabloid.az xüsusilə qadınlar üçün tez cə asan arıqlamağın 20 yolunu açıqlayır.
1.Kökəlməyin ən ciddi səbəblərindən biri yemək aralarında atışdırmaqdır. Nə isə yemək istəyən zaman su için. Su sizə artıq çəki yığmaqdan xilas edəcək.
2.Soyuducunuzdan qəlyanaltılıq yeməkləri boşaldın. Beləcə həm pul xərcləməzsiniz, həm də sizi atışdırmağa itələyən səbəb yox olar.
3. Kifayət qədər yatın. Bununla yeyərək götürəcəyiniz enerjini yatarkən yığmış olarsınız.
4. Spirtli içkilərdən, çörək və karbohidratlardan uzaq durun.
5. Qaranlıq mühitdə olmamağa və axşamlar bir saat tez yatmağa çalışın. Əgər axşam film və ya proqram izləmək istəyirsinizsə, bunu qaranlıq deyil, işıqlı məkanda edin.
6. Mütləq səhər yeməyi yeyin. Bu, sizə gün ərzində xərcləməli olduğunuz enerjini verəcək və günorta yeməyində çox acmayacaqsınız.
7. Axşam saatlarında yemək istəyi hiss etdikdə sevdiyiniz musiqini dinləyin. Araşdırmalar göstərir ki, musiqi dinləyərkən və sevdiyiniz yeməyi yeyərkən beyin təxminən eyni dərəcədə qidalanır və eyni bölgəyə xəbərdarlıq gedir.
8. Ayaq üstdə heç bir şey yeməyin.
9. Yaşıl çay için. Araşdırmalar göstərir ki, yaşıl çay içmək bədəndəki kalorilərin yandırılmasında çox təsirlidir. Gündə 3 stəkan yaşıl çay içməyə çalışın.
10. Televiziya seyr edərkən, kitab və ya jurnal oxuyarkən, ya da e-maillərinizə cavab verərkən heç nə yeməyin.
11. Çölə çıxın. Gündə ən az 20 dəqiqə çöldə oturmağa, ya da yeriməyə diqqət göstərin. Çünki gün işığı yemək istəyinizi nəzarətdə saxlamağınıza kömək edir.
12. Sağlam qidalar yeyin. Çöldə yemək yediyiniz zaman soussuz salatlara üstünlük verin.
13. Özünüzü çox məcbur etməyin. Pəhriz saxlayırsınızsa, 1200 kaloridən aşağı düşməməyə diqqət edin.
14. Bağça işləri ilə məşğul olun. Güllərə su verin, onların qayğısına qalın, bağı səliqə-sahmana salın. 1 saat bağça işi ilə məşğul olmaq 500 kalori yandırmağa kömək edir.
15. Lift istifadə etmək əvəzinə pilləkənlə çıxın.
16. Ev işləri görmək ən təsirli idman növlərinə bərabərdir.
17. İplə hoppanın. Bu, möhtəşəm bir məşqdir və digərlərindən daha əyləncəlidir.
18. Tez-tez, amma az yeyin.
19. Şokoladı çox sevirsinizsə, hər axşam bir parça (təbii ki, kiçik) şokolad yeyin.
20. Özünüzü çətinliyə salmayın, hər şey beyində bitir.
Əvvəlki xəbər
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
Niyə idman edərkən arıqlayır, buraxandan sonra kökəlirik? – Dietoloq Lalə Cəfərlidən detallı İZAH
Pəhriz saxlayıb idman etməklə arıqlayacağını düşünənlər özlərini aldadır.
07.04.2019 00:33 5 dəq oxuma
Bu gün əksəriyyətimiz idmana getməklə arıqlayacağımızı düşünürük. Üstəlik kənardan verilən məsləhətlərlə ac qalıb məşq etməyə və bu yolla bir aya 5-10 kilo arıqlayacağımızı zənn edirik. Bəs, həqiqətən də pəhriz saxlayıb idmana getməklə arıqlamaq mümkündür? Bu sualı dietoloq Lalə Cəfərli ətraflı və əsaslı şəkildə sizin üçün cavanlandırıb:
“İdman saĝlamliqdir. Bizim daim formada və sağlam olmağımız üçün çox vacibdir. Amma yalnız idmanla 20-30 kq artıq çəkidən qurtulacağınızı düşünürsünüzsə çox böyük yanlışa yol verirsiniz.
Bir çox həkim və dietoloqlar deyir ki, arıqlamaq üçün mütləq idmana getməlisən. Əslində bu cəfəngiyyatdır. İdman bizi arıqlatmır, idman sadəcə günlük kalorimizi yandırır. Ümumiyyətlə, insanlar dərk eləsə ki, artıq çəki estetik problem deyil, xəstəlikdir, onlarda artıq çəki ilə bağlı fikirlər formalaşmağa başlayar. Məsələn, artıq çəkinin 99 faiz səbəbi hormonal disbalans, allergiyalar, allergiyadan törənən şişkinliklər, limfa drenajın pozulmasıdır. Limfa drenajın pozulması bizdə çox böyük həcmdə şişkinliklər əmələ gətirir. Ürək və böyrək çatışmazlığı kimi bəzi xəstəliklər var ki, onlar da bədənimizdə şişkinlik yaradır”.
Lalə Cəfərli çəkisi 100 kq-dan artıq olan bir insana idman etməsi deyiləndə orqanizmdə nə kimi fəsadların yaranmasını da izah etdi. O misal çəkərək bildirdi ki, arıqlamaq istəyən insanın 1,70 sm boyu, 120 kq çəkisi var: “Allah-təala onu elə yaradıb ki, əzələ kütləsi və bütün bədəni onurğa sütununa uyğun çəkidə olmalıdır. Yəni 1,70 sm boyda olan kişinin çəkisi 75 – 80 kq arasında olmalıdır. Çəkisi 120 kilodursa, üzərində 50 kiloya yaxın əlavə yük var. Bədənin ağırlığından onurğa yüklənir, fəqərələr sıxılır, ürək, qan-damar sistemi artıq çəkinin yüküylə çalışır, aşağı ətrafın oynaqları bu yükün təsiriylə bir-birinə preslərinirlər. Həmçinin həmin çəkidə olan insan məşq edəndə çox ciddi şəkildə ürək, qan-damar sisteminə böyük fəsad verə, ürək, ağciyər çatışmazlığı yaşaya, eyni zamanda oynaqları geri qaytarılmayacaq şəkildə zədələyə, bağların parçalanmasına qədər gətirib çıxara bilər.
İnsanlar var deyir ki, “mən idman zalına yazılmışam və sabahdan arıqlamağa başlayıram. Yemək də yemirəm, bir aya 15 kq atacam”. Əksəriyyətimiz belə düşünürük: “Yemək yemiyəcəm, idman zalına gedəcəm və arıqlayacam”. Bax, bu nə deməkdir?! Əgər bizim insulinimiz yüksəkdirsə, digər hormonlarımızda problem varsa, necə arıqlamaq olar? Bədəndə elə fermentlər var ki, onların çatışmazlığı bizdə artıq çəki yaradır. Həmçinin o fermentlərin normadan artıq olması bizdə şişkinliyə səbəb olur. Bu problemlər ola-ola, üstəlik yeməyib idmanla necə arıqlaya bilərsiniz? Bu problemləri kökündən həll etməsək, onun fəsadları ilə necə mübarizə apara bilərik? Bu gülünc və gülməlidir!”
Dietoloq bir ayda 10-15 kq arıqlayıb, yenidən kökəlməklə bağlı çox ciddi bir nüansa da toxundu:
“Arıqlamağa qərar verən 120 kiloluq insan yeməyib idman etməklə həmin bir ay ərzində yalnız bədənindəki 10 litr mayeni atacaq. Lakin idmanı saxlayan kimi yenidən əvvəlki vəziyyətinə qayıdacaq. Bütün insanların diqqətinə çatdırıram ki, heç bir insan bir ayda 5 kiloqramdan çox piy hüceyrəsi yandıra bilməz, mümkün deyil. Ümumiyyətlə, 1 günə heç bir orqanizm bir kiloqram piy yandıra bilməz. Belə deyək: 1 qram piydə 9 kilokalori var. 1 kq piyi 1000-ə vuranda 9 min kkal edir. Biz 1 kq piy yandırmaq üçün 9 min kkal yandırmalıyıq. Heç atı da çapsan həmin kkal-ni yandıra bilməz.
Odur ki, insan birinci özü ilə bağlı qərar verməlidir: “mən arıqlamaq istəyirəm, bədən yığmaq istəyirəm və ya mən nə etmək istəyirəm?!”
Qeyd edim ki, əzələ yığmaq üçün gözəl kalorili yeməklər yemək lazımdır. Yəni məşq etmək üçün yemək lazımdır. Arıqlamaq üçün kalorini azaltmaq lazımdır. Və düşünün ki, bir-birinə əks olan iki şey bədəndə necə eyni addımlaya bilər?!
Bizə lazımdır ki, orqanizmdə maddələr mübadiləsini yerinə qoyaq, onun fəaliyyətini azaldan nələrdirsə, onu da kökündən həll edək”.
Lalə Cəfərli yalnış məlumatlar nəticəsində arıqlamaq istəyən insanlarda yaşanan mənfi fəsadlardan danışarkən bildirdi ki, sağlamlığında problemlər olan insanlar idmana getsə də, pəhriz saxlasa da bunun faydasından çox ziyanını görəcək:
İndi əksər məşqçilərdə belə bir şey var: məşqə gələn hər kəsi yoxlamadan insanda hansı xəstəliklərin olub-olmadığını bilmədən, ona məşq olar-olmazmı, böyrəyində problem varmı kimi xəstəliklərini soruşmadan onlara protein tərkibli qidalarla qidalanmalarını məsləhət verirlər. Və yaxud deyirlər ki, axşamlar kəsmik ye. Kəsmiyin insulin indeksi çox yüksəkdir. Məsələn, siz axşam 5 kilo ətin kababını yesəniz həyatı boyu kökəlmərsiniz, amma 200 qram kəsmik yesəniz kökələcəksiniz. İnsulin indeksi yüksək olan qidalardan uzaq durmaq lazımdır.
Həmçinin bəziləri deyir ki, yemək yeməyəcəm, idmana gedəcəm. Sən yemədin və idmana getdin, idmanda məşq edərkən qana kartizol atılır və bütün hormonlarda dəyişiklik başlayır. Həmin vaxt qana insulin də atılır. Bu o deməkdir ki, sən yeməsən belə, axşam gəlib evdə 1 stəkan su içib və ya 1 dilim şokolad yesən dərhal piylənməyə gedəcək.
Məsələn, bəzi insanlar deyir ki, mən idmana getdim 5 kilo arıqladım, idmanı atan kimi 15 kilo kökəldim. Onların atdığı piy deyil, sadəcə sudur. Bədəndə insulin yüksək olduğu üçün piy yerində qalır. Bunu daha sadə bir şəkildə izah edim: yumşaq maçalkalar olur. Suya saldıqda şişir, sudan çıxardıqda balacalaşır. İnsan yeməyəndə əzələ qurumağa başlayır, sonra əzələnin ölçüsündə azalma olur. İtirilən isə əzələ kütləsi olur və piy olduğu kimi qalır. Ona görə də idmanı saxlayandan sonra siz yemək yeyəndə və ya su içəndə ac olan əzələ kütləsi dərhal şişir. Çünki gedən əzələ kütləsindəndir, piydən deyil. Arıqlamaq üçün mütləq yemək lazımdır. Həmçinin arıqlamaq üçün birinci piyi həll etmək, sonra əzələyə işləmək lazımdır. Amma bizdə isə əksinədir.
Firuzə Alimova / TurpKimi.com
Comments are closed, but trackbacks and pingbacks are open.