Əmr əmri administratorunuz tərəfindən qeyri-aktiv edilib – Necə Düzəltmək olar
İşçinin ezamiyyə xərclərinin və ezamiyyə müddətində əməkhaqqının hesablanması ilk baxışda sadə görünsə də, burada sual duğuran bəzi məqamları var. Mövzunu “vegiler.az”a insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev şərh edir.
VERGİLƏR
İşçinin ezamiyyə xərclərinin və ezamiyyə müddətində əməkhaqqının hesablanması ilk baxışda sadə görünsə də, burada sual duğuran bəzi məqamları var. Mövzunu “vegiler.az”a insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev şərh edir.
Maliyyə Nazirliyinin Q-01 saylı 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiqlənmiş “İşçilərin ezamiyyə qaydaları”na əsasən, dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi isə ezamiyyət sayılmır. Qaydalarda qeyd olunan bu iki anlayışla bağlı təcrübədə müəyyən çətinliklər yaranır.
Misal 1: Tutaq ki, Bakıda sürücü vəzifəsində çalışan işçi hər gün Quba rayonundan Bakı şəhərinə kənd təsərrüfatı məhsulları daşıyır. İşçinin Bakı şəhərindən Quba rayonuna gedib-qayıtması ezamiyyət sayılırmı? Yuxarıda qeyd olunan qaydalara əsasən, daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Ona görə də baxdığımız misalda sürücünün Qubaya gediş-gəlişi ezamiyyət deyildir.
Ezamiyyətləri respublikadaxili və respublikaxarici olmaqla iki kateqoriyaya ayırmaq olar:
– respublikdaxili ezamiyyətlər təşkilatın rəhbərləri tərəfindən müəyyən olunur, işəgötürənin əmri və ezamiyyə vəsiqəsi ilə tənzimlənir;
– respublikaxarici ezamiyyətlər isə təşkilatın rəhbərləri tərəfindən müəyyən olunur, işəgötürənin əmri ilə təsdiqlənir. Ölkədən çıxış və ölkəyə giriş qeydləri xarici pasportda aparıldığı üçün xarici pasportdakı qeydlər yetərli hesab olunur.
İşçilərin ezamiyyət müddəti, yolda olduğu müddət hesaba alınmamaqla, təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir. Yol müddəti isə 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla).
Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir.
Ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik xərclər, eləcə də mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir. Nəqliyyat xərclərinə ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat (taksi istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) xərcləri daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir.
İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir.
Respublika ərazisi daxilində ezamiyyələrin müddəti ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsindəki qeydlər ilə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, hər məntəqədə gəldiyi gün və getdiyi gün ayrıca qeyd edilir.
Nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedilən gün, nəqliyyat vasitəsinin daimi iş yeri yerləşən yaşayış məntəqəsinə gəldiyi gün isə ezamiyyətdən qayıdılan gün sayılır. Nəqliyyat vasitəsi saat 24-ə kimi (saat 24 də daxil olmaqla) yola düşərsə, ezamiyyətə gedilən gün cari gün, saat 24:00-dan sonra isə sonrakı gün sayılır. Nəqliyyat vasitəsinin yola düşdüyü yer yaşayış məntəqəsindən kənarda yerləşərsə, həmin yerə getməyə sərf olunan vaxt nəzərə alınır. İşçinin daimi iş yerinə qayıtdığı gün də eyni qayda ilə təyin edilir.
Ezamiyyətdə olduğu, o cümlədən yolda olduğu vaxt üçün işçinin əsas iş yeri (vəzifəsi) və orta aylıq əməkhaqqı saxlanılır.
Təcrübədə bəzi maraq doğuran məqamlar da ortaya çıxır. Məsələn, işçi ezamiyyətdən yaşayış yerinə saat 24:00-dan sonra, tutaq ki, gecə saat 02:00-da çatarsa, növbəti gün də işçinin ezamiyyətdə olduğu gün sayılır və həmin gün üçün onun orta əməkhaqqı saxlanılmalıdır.
Əksər hallarda ezamiyyətdə olan işçilər üçün əməkhaqqını yanlış olaraq faktiki işdə olduğu kimi hesablayırlar. Ezamiyyətdə olan işçinin əməkhaqqı orta əməkhaqqı əsasında hesablanıb ödənilməlidir.
Misal 2: İşçi 1 iyun 2022-ci ildən 10 iyun 2022-ci ilədək 10 təqvim günü müddətinə Bakı şəhərindən Naxçıvan şəhərinə ezam olunub. Bu halda işçinin həmin dövr üçün orta əməkhaqqı saxlanılmalıdır. Orta əməkhaqqı isə Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən müəyyən olunur. Tutaq ki, vəzifə maaşı 800 manat olan işçi aprel ayında 200 manat mükafat alıb. Onda hesablama belə aparılacaq:
(800+1.000): (18 + 21)=1.800 manat
1.800:39=46,15 manat
46,15×8=369,20 manat
– 800+1000 – işçinin əvvəlki 2 təqvim ayında (aprel və may) qazancının cəmi;
– 18+21 – əvvəlki 2 təqvim ayında (may və aprel) iş günlərinin cəmi;
– 46,15 – 1 iş gününə düşən orta əməkhaqqı;
– 8 – ezamiyyət dövründə (iyun ayının 1-dən 10-dək) iş günlərinin sayı;
– 369,20 – ezamiyyə dövrü üçün hesablanmış əməkhaqqı.
Ezamiyyə xərcinin faktiki iş günlərinə uyğun olaraq əməkhaqqı kimi hesablandığı halda işçiyə 320 manat əməkhaqqı düşür: 800:20×8 = 320 manat.
Bu halda işçinin əməkhaqqı 49,20 manat azaldılmış olur: 369,20-320 = 49,20 manat.
İşçiyə az əməkhaqqı ödənildiyinə görə işəgötürənə cərimə kəsilə bilər.
Təşkilat rəhbərinin tapşırığı ilə işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) düşərsə, həmin gün (günlər) üçün işçiyə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əlavə əməkhaqqı və ya əlavə istirahət günü (günləri) verilir. Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir.
Təcrübədə yanlış olaraq ezamiyyət dövrünə düşən istirahət və iş günü hesab edilməyən bayram günlərinə görə ya əlavə əmək haqqı ödənilir, ya da işçiyə onun razılığı ilə əlavə istirahət günü verilir. Əslində, “İşçilərin ezamiyyə qaydaları”na əsasən, bütövlükdə ezamiyyət dövrü deyil, yalnız işçinin ezamiyyətə getdiyi və qayıtdığı gün nəzərə alınmalıdır.
Misal 3: Tutaq ki, işçi 5 mart 2022-ci ildən ezamiyyətə gedir və martın 8-də – Beynəlxalq Qadınlar günündə ezamiyyətdən qayıdır. Bu halda işçiyə yalnız bir gün, yəni 8 mart iş günü hesab olunmayan bayram günü üçün ya əlavə əməkhaqqı hesablanıb ödənilməli, ya da əlavə ödənişli istirahət günü verilməlidir. İşçinin həftəlik 5 günlük iş rejimi ilə çalışdığını nəzərə alsaq, 5 mart və 8 mart 2022-ci il tarixləri arasında 6 və 7 mart qeyri-iş günləridir. Ezamiyyət müddətinin 6 və 7 marta təsadüf etməsinə baxmayaraq, həmin günlər üçün əlavə əməkhaqqı ödənilmir və ya əlavə istirahət günü verilmir.
Diqqət ediləsi məqamlardan biri də qanunvericilikdə yalnız istirahət günlərinin və iş günü hesab edilməyən bayram günlərinin nəzərdə tutulmasıdır. 20 Yanvar Ümumxalq Hüzn Günü və seçki günləri işçinin ezamiyyətə getdiyi və qayıtdığı günlərə təsadüf edərsə, həmin günlər üçün ona əlavə əməkhaqqı ödənilməməli və ya əlavə istirahət günü verilməməlidir.
Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı
Əmr əmri administratorunuz tərəfindən qeyri-aktiv edilib – Necə Düzəltmək olar
“Əmək Münasibətləri: A-dan Z-yə” kitabından seçmə
İşəgötürən isə işçi əmək məzuniyyətinə çıxmamışdan ən azı 5 gün əvvəl aşağıdakı məzmunda əmr verməli və işçi əmrlə tanış olmalıdır.
«AA» MMC
üzrə ƏMR № ____/k
Ünvan: (hüquqi və faktiki 23 fevral 2017- ci il
ünvan tam olaraq yazılmalıdır)
& 01
«AA» MMC-də _____________vəzifəsində çalışan
Əliyev Məmməd Əli oğlu 01.03.2016-cı ildən 01.03.2017-ci ilə kimi olan iş ili üçün 14 gün müddətində 01.03.2017-cü ildən 15.03.2017-ci ilə kimi növbəti əsas əmək məzuniyyətinə buraxılsın.
İşçi 15.03.2017-ci ildə işə başlayır.
Əsas: Əliyev Məmmədin ərizəsi
«AA» MMC-nin direktoru: ________________________
İşçi (tanış oldum):_________________ Əliyev Məmməd Əli oğlu
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA
15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),
8 MÖVZUDA ŞƏRHLƏR
(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)
Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
11 Mart 2016 Cuma
Əmr necə yazılır?
Paylaşıldı 10:55 by Leyla Bayramova
« Əmr» ərəb sözü olub, bir isin görülməsi üçün verilən hökm və göstərisi
özünd ə ehtiva edən sənəddir. Asagıdakı mənalarda islədilir: əmr etmək – bir isin görülməsini hökmlə tapsırmaq, buyurmaq. əmr vermək – sərəncam yazmaq, nəsr etmək, elan etmək. Yazılı sənəd kimi, əsasən, hökumət orqanlarının, idarə, müəssisə, təskilat və s. rəhbərlərinin rəsmi sərəncamı hesab edilir. Hərbi Komissarlıgın əmri, universitet rektorunun əmri, isə qəbuletmə, isdən azadetmə, müəyyən isi tapsırma, komissiya yaratma, tədbir keçirmə, kitabça nəsrini təsdiqetmə və s.
əmrin mahiyyəti – Nazirliklərin, bas idarələrin, yerli idarəetmə orqanlarının, onların söbə və idarə rəhbərlərinin, habelə birliklərin, müəssisə, təskilatların rəhbərlərinin idarəetmə aktı. Hüquqi təbiətinə görə əmr müəyyən ictimai münasibətləri nizama salan hüquq normaları aktıdır. Bəzi hallarda müəssisə rəhbəri əmr verərkən həmkarlar təskilatının razılıgını almalı, əmri hüquqsünasla razılasdırmalıdır. əmr
imzalandıgı andan qüvvəyə minir.
əmrin məzmunu – Hüquqi akt olaraq əmrlər çoxməzmunlu olur. əsə qəbul etmək, isdən azad etmək, töhmət vermək, təsəkkür etmək, is rejimində dəyisiklik etmək, idarə və müəssisənin daxilində struktur dəyisiklikləri etmək və s. bu kimi məsələlər müəssisə rəhbərinin əmri ilə hüquqi qüvvəyə minir.
əmrlər xüsusi formada verilir. Vərəqin birinci sətrində əmr verilən müəssisənin adı qeyd edilir. əkinci sətirdə “əmr” sözü yazılır. Üçüncü sətirdə sol tərəfdən əmrin verildiyi tarix, sag tərəfdə isə əmrin verildiyi səhərin adı yazılır. Asagıda əmrin verilmə səbəbi və məqsədi göstərilir. Ondan asagıdakı sətirdə vərəqin ortasında «ƏMR EDİRƏM» sözləri yazılır. Sonra isə əmrin məzmunu verilir. əgər əmr müəyyən səxsə və ya səxslərə aiddirsə, onda səxsin (səxslərin) adı, atasının adı və soyadı əvvəlcə qeyd
edilir. Onun qərsısında isə əmrin ona aid hissəsi verilir. əmrin asagı hissəsində əmrin əsası verilir. Sonra əmri verən məsul səxsin vəzifəsi, titulu, adı və soyadı göstərilir. Rəhbərin imzasından sonra əmri hazırlayan və əmri verməyə razılıq vermis səxsin imzası verilir. əmr onun icrası ilə baglı olan, yəni əmrlə əlaqəsi olan qurumlara göndərilməsi haqqında qeydlə tamamlanır.
əmrin dil xüsusiyyəti – əmrlər ədəbi dildə verilir. Onların dili rəsmi olur. Orada heç bir subyektiv münasibət bildirən söz və ifadəyə yol verilmir.
Əmrl ərin hazırlanması və tətbiq edilməsi barədə məlumat
Əmr, bir qayda olaraq, sərh və sərəncam hissələrindən ibarət olur. Sərh hissəsində əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir, sərəncam hissəsində isə görülməli tədbirlər sadalanır. əmrin sərəncam hissəsi mətn qaydalarından «əmr edirəm» sözləri ilə baslanır. Nəzərdə tutulan fikirlər ərəb rəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləsdirilir. Hər bənd struktur bölməsinin konkret icrasının və ya vəzifəli səxsin adının və soyadının göstərilməsi ilə baslanır. əmrin mətni əlaqədar struktur bölmələri, lazımi hallarda isə tabelikdə olan əlaqədar təskilatlarla razılasdırılır. əmrin layihəsinin son variantına ancaq əmri imzalayan və tarix qoyan təskilat rəhbəri düzəlislər edə bilər. əmri hazırlayarkən icraçı onun struktur bölmələrə və tabelikdə olan təskilatlara göndərilmək zərurətini və əmrin
tirajını müəyyən edir. Ünvan sahiblərinin siyahısı həmin əmrin son vərəqinin əks tərəfində çap olunur və ya müstəqil sənəd kimi əlavə edilir ( tiraj böyük olduqda). əmrlər təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır.
Əmr nümunələri
BAKI MA SINQAYIRMA ZAVODU ÜZRə
63 SAYLI ƏMR
Bakı səhəri «02» fevral 2015-ci il
Zavodda dəftərxana isinin daha səmərəli təskili və sənədləsmənin düzgün
aparılması məqsədi ilə
ƏMR EDİRƏM:
1. Zavod üzrə bütün əmrlər lazımi nüsxələrdə və əmrdə göstərilən əsaslarla birlikdə ümumi söbəyə təqdim edilsin.
2. Təqdimatlar və ərizələr ümumi söbədə qeydiyyatdan keçirilsin və mənim dərkənarımdan sonra yenidən ümumi söbəyə təqdim edilsin.
3. Zavoddan gedən bütün məktublar və cavab məktubları 3 nüsxədə, zavoda daxil olan məktublar əsasla birlikdə ümumi söbəyə təqdim edilsin.
4. Sənədləsmənin düzgün aparılıb-aparılmaması barədə ümumi söbənin müdiri mənə məlumat versin.
əmr bütün struktur bölmələrə göndərilsin.
Əsas: Ümumi söbə müdirinin təqdimatı.
BA S DƏRƏƏT R: Z.N.ƏHMƏDOV
“Fidan” Elm əstehsalat Birliyi üzrə
12 saylı əmr
Bakı səhəri 24 yanvar 2015-ci il
İlham İman oglu İmanov 01.02.2015-cü il tarixdən maası stat cədvəlinə uygun olmaqla bir ay sınaq müddəti ilə mühəndis vəzifəsinə təyin edilsin.
əsas: İ.İmanovun ərizəsi
Ba s direktor: Ə.Əliyev
“Fidan” Elm əstehsalat Birliyi üzrə
13 saylı əmr
Bakı səhəri 5 fevral 2015-ci il
I. Etibar Cavansir oglu Məmmədov – elektrik montyoru 05.02.2015-ci il tarixind ən Azərbaycan Respublikası əmək Qanunvericiliyinin 37-ci maddəsinin I bəndi ilə tutdugu vəzifədən azad edilsin.
Əsas: Etibar Məmmədovun ərizəsi
II. E.Məmmədovun öhdəsində olan elektrik avadanlıgı müvəqqəti olaraq sex rəisi Elçin Kazımova təhvil verilsin və təhvil-təslim aktla rəsmiləsdirilsin.
Comments are closed, but trackbacks and pingbacks are open.