Press "Enter" to skip to content

Mərkəzi asi ya ölkələri

Azərbaycan və Qazaxıstan arasında gələcək illər üçün əməkdaşlığın prioritet istiqamətləri arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının genişləndirilməsi, fiber-optik kommunikasiya xəttinin çəkilişini qeyd etmək olar. Artıq tərəflər 2023-cü il yanvarın 1-dən Azərbaycan ərazisindən 1,5 milyon ton neftin nəqlinə dair razılığa gəliblər, bu həcmlərin 6-6,5 milyon tona çatdırılması üzərində iş aparılır.

Mərkəzi Asiya ölkələri

Mərkəzi Asiya dünyanın yeganə regionudur ki burada yerləşən ölkələrin heç birinin dünya okeanına birbaşa çıxışı yoxdur. Bakı- Türkmənbaşı, Bakı- Aktau, Bakı-Bektaş bərə gəmilərinin işə düşməsi, bu region ölkələrinin iqtisadi əlaqələrinin Qafqaz və Avropa ölkələri ilə yaxşılaşmasına kömək edir.
Mərkəzi Asiyada yerləşən Tyan-Şan, Pamir, Altay dağ sistemləri və Turan, Xəzəryanı ovalıqlar regionun özünəməxsus landşaftını yaradır. Burada – Qobi, Təklə – Məkan, Qaraqum, Qızılqum səhraları yerləşir. Regionun şimalında çöl zonası geniş yayılıb. Okeanlardan çox uzaq olduğundan buranın iqlimi kəskin kontinentaldır. Burada su, torpaq və meşə resursları çatışmır. Amudərya və Sırdərya regionun yeganə iri çaylarıdır. Həddən artıq suvarmada istifadə edildiyindən bu çayların suyu Aral dənizinə çatmır. Nəticədə bu göl quruyur və qurumuş ərazilərin üzərindəki duz, güclü küləklər vasitəsi ilə əhaliyə və əkin sahələrinə güclü ziyan vurur. Aral dənizinin quruması və Xəzərin isə səviyyəsinin qalxması regionun ən böyük ekoloji problemləridir. Region ölkələrinin 1/2 fəal seysmik qurşaqda yerləşir.
Əhalinin milli tərkibi müxtəlifdir. Burada türk dil qrupuna məxsus- türkmənlər, özbəklər, qazaxlar, qırğızlar, qaraqalpaqlar; Iran dil qrupuna aid- taciklər və həmçinin monqollar yaşayırlar. Monqollardan başqa digər xalqlar Islam dininə sitayiş edirlər. Əhalinin təbii artımı yüksəkdir. Ən yüksək təbii artım Tacikistan və Monqolustanda; ən az təbii artım isə Qazaxıstandadır.
Monqolustandan başqa qalan ölkələrdə təsərrüfat çoxsahəlidir. Bu inkişaf yerli xammal əsaslanır. Suvarma şəraitində yetişdirilən pambıqçılıq – regionun ən yaxşı ixtisaslaşmış sahəsi sayılır ( Monqolustandan başqa). Pambıq yığımına görə bu region dünyada 1-ci yerdə durur. Suvarma şəraitində həmçinin – çəltik, qarğıdalı, buğda və bostan bitkiləri yetişdirilir. Monqolustan və Qırğızıstanı çıxmaq şərti ilə region ölkələrinin k/t-da əkinçilik heyvandarlıqdan üstün inkişaf edib. Əkin sahələri içərisində isə Qazaxıstanı çıxmaq şərti ilə ( burada taxılçılıq hakim mövqe tutur), pambıqçılıq hakim yeri tutur. Monqolustan və Qırğızıstanda isə heyvandarlıq, xüsusi ilə qoyunçuluq güclü inkişaf edib.

Qırğızıstan. Dağlıq ölkə olub, türk dünyasının ən hündür nöqtəsi olan Qələbə piki Tyan-Şan dağlarında yerləşir. Ölkə polimetal, civə, sink, qurğuşun, qızıl, Daş kömür, mərmər, neft, qaz ehtiyatları ilə zəngindir. Iqlimi əsasən mülayim, qismən isə subtropikdir. Təbii artım yüksək olsa da, sıxlıq çox azdır. Əhali əsasən kəndlərdə yaşayır. Sənayenin aparıcı sahəsi maşınqayırmadır. Əlvan metallurgiya yaxşı inkişaf edib. Qırğızıstan Mərkəzi Asiyada ən az pambıq becərən ölkədir, səbəbi isə relyefin əsasən dağlıq və iqlimin soyuq olmasıdır. Ölkədə şəkər çuğunduru, tütün, buğda, üzüm, kartof, və dərman xaş-xaşı becərilir. Heyvandarlığın əsas sahələri qoyunçuluq, maldarlıq və atçılıqdır. Dağlıq relyeflə əlaqədar avtomobil nəqliyyatı nəqliyyatı daha yaxşı inkişaf edib. Dağlıq göllər içərisində dünyada 2-ci yer tutan Issık-kul gölünün böyük turizm əhəmiyyəti var. Göl qışda donur.

Türkmənistan. Ölkənin əsas hissəsi Turan cavan platformasına aid düzənlik hissədən, cənubdan isə cavan Kopetdağ silsiləsindən ibarətdir. Ölkənin əsas hissəsini Qaraqum sahəsi tutur. Neft, qaz, kalium duzu ölkənin əsas sərvətləridir. Qaraboğazqol körfəzində qlauber duzu çıxarılır. Ölkədə su, meşə və torpaq ehtiyatları çox azdır. Ölkə içməli suyu Amudərya çayından, ondan çəkilmiş Qaraqum kanalından və xüsusi qurğularda təmizlənərək şirinləşdirilən Xəzərdən əldə edir. Ölkədə quru səhra iqlimi hakimdir. Əhalinin təbii artımı yüksək olsa da sıxlıq çox aşağıdır v əsasən kəndlərdə yaşayır. Neft-qaz, kimya, balıqçılıq, yüngül və yeyinti sənayesi inkişaf edib. K/t-da bağçılıq, bostançılıq. Pambıq, çəltik, baramaçılıq, qaragül qoyunçuluğu inkişaf edib. Türkmənistan dünyada xalçaları və Axaltakə cinsli atları ilə məşhurdur. Nəqliyyatında Türkmənbaşı dəmir limanının mühüm əhəmiyyəti var. Bu liman bütün mərkəzi Asiya ölkələri üçün «dəniz darvazası» rolunu oynayır.

Özbəkistan. Ölkənin əsas hissəsi Turan cavan platformasından ibarət Qızılqum səhrası əhatə edir. Ölkə neft-qaz, qonur kömür (Anqren), qızı, və s əlvan metallarla zəngindir. Iqlimi mülayim və subtropikdir. Əhalisinin sayına və sıxlığına görə Özbəkistan Mərkəzi Asiyada 1-ci yeri tutur. Əhalinin təbi artımı çox yüksək olub əsasən kəndlərdə yaşayırlar.(59%). Əmək ehtiyatları ilə yaxşı təmin olunmuş ölkə əhalisinin pambıqçılıq sahəsində çalışırlar. Ölkədə özbəklərdən başqa qaraqalpaq adlı türk xalqı da yaşayır. Almalıq- Özbəkistanın ən iri əlvan metallurgiya mərkəzidir. Ölkədə maşınqayırma, kimya, yeyinti, toxuculuq sənayesi pambıqçılığın inkişafı ilə əlaqədardır. Ölkədə pambıqyığan kombaynları, minik maşınları, azot və fosfor külçələri hazırlanır. K/t-da pambıqçılıq əsas yer tutur. Pambıq toxumundan alınan yağ Özbəkistanın əsas qidasıdır.
Ölkədə həmçinin baramaçılıq, çəltikçilik, meyvəçilik, bostançılıq, üzümçülük, qaragül qoyunçuluğu da yaxşı inkişaf edib. Özbəkistanda Qarakalpak Muxtar Respublikası yerləşir.

Qazaxıstan. Ərazisinin böyüklüyünə görə Türk dünyasının ən böyük müstəqil dövlətdir. O 2 qitədə- Avropa və Asiyada yerləşir. Ölkədə Qazax xırda təpəliyi, Xəzəryanı və Turan ovalığı, Tyanşan və Altay dağlarının bir hissəsi yerləşir.Mangistau yarımadasında dərinliyi-132 m olan Qarğıya çökəkliyi yerləşir. Kustanayda dəmir filizi, Qazax xırda təpəliyi və Balxaş gölü ətrafında mis, Karaqanda və Ekibastusda daş kömürü, Mangistau, Üstyırt və Ural-Emba yataqlarında çıxarılır. Iqlim mülayim kontinental olduğundan çay şəbəkəsi seyrəkdir. Şimaldakı çaylar Şimal Buzlu okeanına (Irtış), ərazinin 80% isə qapalı hövzəyə – Xəzər, Aral, Balkaş göllərinə aiddir. (Sırdərya, Ili, Çu və s)
Əhalinin əsas hissəsi şəhərdə yaşayır və orta sıxlığı çox aşağıdır. Ümumi əhalinin 1/3 qazax, digərləri isə rus, ukrayn, alman və s-dir. Ən iri şəhəri Almata, paytaxtı isə Astanadır. Ölkədə neft, kömür, metallurgiya və kimya sənayesi güclü inkişaf edib. K/t-da əsas yeri taxılçılıq və heyvandarlıq tutur. Ölkədə həmçinin pambıq, şəkər çuğunduru, üzüm, çəltik, günəbaxan, tütün becərilir. Maralçılıq, atçılıq və dəvəçilik inkişaf edib. Ölkə özünü yerli xammal və yanacaqla tam təmin edir. Baykonur şəhərində məşhur kosmodrom yerləşir.

  • Teqlər:
  • Mərkəzi Asiya
  • , Qırğızıstan
  • , Türkmənistan
  • , Özbəkistan
  • , Qazaxıstan

Mərkəzi asi ya ölkələri

2022-ci ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində xüsusi dinamika qeydə alınıb və Prezident İlham Əliyevin çoxşaxəli siyasəti sayəsində bu il həmin ölkələrlə əməkdaşlıqda böyük irəliləyişə nail olmaq mümkün olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, il ərzində Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda, eləcə də Türkmənistan, Qazaxıstan və Qırğızıstanda rəsmi səfərdə olub.

Qırğızıstan və Qazaxıstan prezidentləri də öz növbəsində Azərbaycana səfər ediblər.

Bu səfərlər nəticəsində tərəflər müxtəlif sazişlər bağladılar.

Məsələn, Azərbaycan və Qırğızıstan liderləri arasında aparılan danışıqların yekunlarına əsasən, bu ilin aprel ayında birgə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş 10 sənəd və sazişin imzalanması mərasimi keçirilib. Ən mühüm sənəd iki ölkənin qarşılıqlı fəaliyyətini keyfiyyətcə yeni səviyyəyə çıxaran Strateji Tərəfdaşlıq haqqında Bəyannamə oldu. Həmçinin Qırğızıstan tərəfi Azərbaycanın biznes sektorunun nümayəndələri ilə görüşüb, burada Qırğız Respublikasının prezidenti yanında Milli İnvestisiya Agentliyi ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Qırğızıstan prezidenti dağ-mədən sənayesi, hidroenergetika, kənd təsərrüfatı və digər sənaye sahələrində iri və perspektivli layihələrə investisiya yatırmağa çağırıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin bu ilin avqustunda Bakıya səfəri də iki dövlət arasında ikitərəfli münasibətlərin strateji və müttəfiq xarakteri daşıdığını qeyd etdi və bu, strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamənin imzalanması ilə rəsmi şəkildə təsdiqləndi. Həmçinin səfər zamanı 20-dən çox mühüm sənəd imzalanıb.

Azərbaycan və Qazaxıstan arasında gələcək illər üçün əməkdaşlığın prioritet istiqamətləri arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının genişləndirilməsi, fiber-optik kommunikasiya xəttinin çəkilişini qeyd etmək olar. Artıq tərəflər 2023-cü il yanvarın 1-dən Azərbaycan ərazisindən 1,5 milyon ton neftin nəqlinə dair razılığa gəliblər, bu həcmlərin 6-6,5 milyon tona çatdırılması üzərində iş aparılır.

Bu ilin iyununda Prezident İlham Əliyev Özbəkistana səfər edib. Səfər zamanı iki ölkə arasında əlaqələrin gələcək inkişafını müəyyən edən bir sıra mühüm sənədlər imzalanıb. Onların arasında ikitərəfli münasibətlərdə yeni mərhələ açan strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın qurulması haqqında Bəyannamə də var. Əməkdaşlığın ən mühüm istiqamətləri ticarət və sənaye əməkdaşlığının artırılması müəyyən edilib. Tərəflər nəqliyyat və logistika sahəsində əməkdaşlıqdan əlavə, kənd təsərrüfatı sektorunun birgə inkişafı barədə razılığa gəliblər. Hərbi-siyasi sahədə əməkdaşlıq da prioritet istiqamətlərdən biri olacaq.

Bu ilin dekabrında Türkmənistanın Avaza şəhərində keçirilən Azərbaycan-Türkiyə-Türkmənistan sammitinin yekunları nəqliyyat-tranzit potensialının inkişafına böyük töhfə verəcək. Bu il türkmən qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropa ölkələrinə ixracı gündəmin əsas mövzularından birinə çevrilib. Azərbaycan və Türkmənistan arasında 2021-ci il yanvarın 21-də Aşqabadda imzalanmış Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı və işlənməsinə dair Anlaşma Memorandumu bu mənada böyük əhəmiyyət kəsb edəcək.

Azərbaycan və Türkmənistan arasında ikitərəfli əməkdaşlığa gəlincə, qeyd etmək lazımdır ki, bu il iki ölkə arasında ticarət dövriyyəsi 5 dəfə artıb ki, bu da rekord göstəricidir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətinin hərəkətverici qüvvəsi, ilk növbədə, nəqliyyat və logistika sənayesi, yəni transxəzər transkontinental yükdaşımalarının birgə inkişafıdır. Söhbət Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan gedir.

Beləliklə, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında müxtəlif sahələrdə – tranzit daşımalardan tutmuş ikitərəfli ticarət və enerji əməkdaşlığına qədər səmərəli əməkdaşlıq inkişaf etməkdə davam edir. Türk Dövlətləri Təşkilatının qurucularından biri olan Azərbaycan türk dünyası ölkələrinin birləşməsində və bu ölkələr arasında əlaqələrin hazırkı səviyyəyə yüksəlməsində mühüm rol oynamışdır. Qlobal böhran və qeyri-sabitlik fonunda Mərkəzi Asiya tərəfdaşları kimi Azərbaycan türk dünyası ölkələri arasında münasibətlərin möhkəmləndirilməsinin əsas vəzifə olduğunu başa düşür.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.