Press "Enter" to skip to content

Mərkəzi Bank: Azərbaycanda pul bazarı inkişaf etdiriləcək

Sığorta şirkətlərinin maliyyə dayanıqlığının ölçülməsində əhəmiyyətli rola malik aktuar sahəsinin inkişafı Mərkəzi Bankın prioritetləri arasındadır. Mərkəzi Bank Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə ölkədə müasir bilik və bacarıqlara malik aktuarilərin yeni nəslinin formalaşdırılması məqsədi ilə Aktuari İnkişaf Proqramına başlamışdır. Beynəlxalq səviyyədə təşkil olunmuş Aktuari inkişaf proqramının iştirakçılarına nəzəri biliklərlə yanaşı sığorta sektorunda təcrübə keçmək imkanı da yaradılmışdır. Türk Sığorta İnstitutu Vəqfinin (TSEV) və yerli mütəxəssislərin nəzəri və praktiki təlimləri ilə zənginləşdirilmiş proqram 15 ay müddətində davam edəcəkdir.

Mərkəzi Bankda Aktuari İnkişaf Proqramına başlanılır

Azərbaycan Respublikasının Mərkəzi Bankı sığorta sektorunun davamlı və dayanıqlı inkişafı məqsədilə geniş miqyaslı strateji fəaliyyətini davam etdirir. Bu istiqamətdə intensiv formada həyata keçirilən layihələrdən biri də sığortaçılarda kadr potensialının genişləndirilməsi layihəsidir. Sığorta şirkətlərinin əməkdaşlarının, həmçinin sektorda fəaliyyət göstərmək istəyən şəxslərin peşəkar bilik və bacarıqlarının artırılmasına xidmət edən bu layihə çərçivəsində sığorta sahəsində müxtəlif peşə kateqoriyaları üzrə beynəlxalq səviyyədə təlim proqramları təşkil edilməkdədir.

Sığorta şirkətlərinin maliyyə dayanıqlığının ölçülməsində əhəmiyyətli rola malik aktuar sahəsinin inkişafı Mərkəzi Bankın prioritetləri arasındadır. Mərkəzi Bank Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə ölkədə müasir bilik və bacarıqlara malik aktuarilərin yeni nəslinin formalaşdırılması məqsədi ilə Aktuari İnkişaf Proqramına başlamışdır. Beynəlxalq səviyyədə təşkil olunmuş Aktuari inkişaf proqramının iştirakçılarına nəzəri biliklərlə yanaşı sığorta sektorunda təcrübə keçmək imkanı da yaradılmışdır. Türk Sığorta İnstitutu Vəqfinin (TSEV) və yerli mütəxəssislərin nəzəri və praktiki təlimləri ilə zənginləşdirilmiş proqram 15 ay müddətində davam edəcəkdir.

19 dekabr 2022-ci ildə Mərkəzi Bankda Aktuari İnkişaf Proqramına qatılmaq hüququ qazanmış 90 nəfər iştirakçı ilə görüş keçirilmişdir. Görüşdə iştirakçılara proqramın məqsədləri və tələbləri ətraflı izah edilmiş, proqramda müvəffəqiyyətlə iştirak üçün lazımi tövsiyələr verilmişdir .

Aktuari İnkişaf Proqramını uğurla tamamlayan şəxslər üçün sığorta sektorunda müvafiq peşə üzrə əmək fəaliyyətini davam etdirmək imkanları təmin ediləcəkdir.

Mərkəzi Bank: Azərbaycanda pul bazarı inkişaf etdiriləcək

Mərkəzi Bank: Azərbaycanda pul bazarı inkişaf etdiriləcək “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı”nın icrası çərçivəsində bank sektorunun yenidən canlandırılması nəzərdə tutulur”.

16 May , 2019 16:23

https://static.report.az/photo/3e3530eb-b27c-4f30-a8b8-6006ccfb2e5c.jpg

“2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı”nın icrası çərçivəsində bank sektorunun yenidən canlandırılması nəzərdə tutulur”. “Report” xəbər verir ki, bu barədə Maliyyə və Texnologiyalar Sammitində çıxışı zamanı (“Fintex Sammit”) Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova bildirib. “Qəbul olunandır ki, inkişaf etmiş maliyyə sistemi olan ölkələrdə rəqəmsal, nağdsız ödənişlərin çəkisi yüksək olur. Bu istiqamət bizdə ikinci yerdə durur. Qeyd olunan istiqamət çərçivəsində bank sektorunun sağlamlaşdırılmasının başa çatdırılması, pul bazarının inkişafı nəzərdə tutulur”, – K.Qurbanova deyib.

Comments are closed, but trackbacks and pingbacks are open.