Açıq dərsi necə təşkil etmək lazımdır
İvanişvili hakimiyyətinin “xarici agent” qanunu isə bu prosesi tezləşdirərək, haklimiyyətə qarşı etirazları həm daha kütləvi, həm də daha aqressiv vəziyyətə çatdırdı.
Ayub Kara: Ruslar buna görə Xankəndiyə silah daşıyır – Video
Qarabağ bölgəsində baş verən atışma nəticəsində 5 nəfərin ölümündən sonra məlum oldu ki, Azərbaycan və Ermənistan çox çıxılmaz vəziyyətdədir. Azərbaycan Qarabağı işğal etməyib. Bu ölkə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq ona məxsus olan torpaqlarını geri alıb. Ona görə də dünya Azərbaycanın regionda olması ilə barışmalı və tərəflərə sülh sazişi bağlamağa kömək etməlidir.
Axar.az xəbər verir ki, bunu İsrailin keçmiş rabitə və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara deyib.
“Qərb ölkələri Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanma üzrə danışıqlarda obyektiv olmalıdır. Hazırda regionda sabitliyin olmamasından əsas faydalananlar İran və Rusiyadır. Bəli, İran üçün Ermənistan ona sanksiyalardan yan keçməyə kömək edən əsas dayaqdır. Ermənistanın Azərbaycanla sülh bağladığı gün onun təcrid olunmuş ölkə olmaqdan çıxıb qonşuları ilə sülh şəraitində yaşayan firavan cəmiyyətə çevriləcəyi gün olacaq. Beləliklə, artıq İrəvanın Tehrandakı mollalara arxalanmasına ehtiyac qalmayacaq və onların marioneti rolunu oynamayacaq. Bu səbəbdən iranlılar Ermənistanla Azərbaycan arasında sülh prosesini pozmaq üçün mümkün olan hər şeyi etməyə çalışırlar”, – o bildirib.
Sabiq nazir bildirib ki, münaqişənin davam etməsi Ukraynadakı fiasko qarşısında Rusiyaya qlobal statusunu saxlamağa imkan verir:
Açıq dərsi necə təşkil etmək lazımdır?
Açıq dərslərin təşkili məktəb rəhbərliyi və müəllimlərin üzərinə böyük məsuliyyət qoyur. İstənilən açıq dərs müəllimlə yanaşı, həm də məktəbin özünü, bir növ təqdim etməsidir. Bu təqdimatın uğurlu olması ona hazırlıq prosesində məktəb rəhbərliyi və açıq dərs verməsi planlaşdırılan müəllimin birgə əməkdaşlığından çox asılıdr. Təqdim etdiyimiz bu materialda açıq dərslərin təşkili üçün həm məktəb rəhbərliyi, həm də müəllim tərəfindən hansı hazırlıq işilərinin aparılması, onun necə təşkil edilməsi və yekunlaşdırılmasına aydınlıq gətirilmişdir.
Açıq dərs – müəllim tərəfindən təlim–tərbiyənin keyfiyyətcə yüksəldilməsinə, yenilklərin tətbiq edilməsinə yönəlmis dərs nümunəsinin təqdim etməsidir.
Açıq dərs adi, gündəlik dərslərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Bunlar aşağıdakılardır:
Müəllim və şagirdlərlə yanaşı sinif otağında başqa şəxs və ya şəxlər də müşahidəçi kimi iştirak edir.
Dərsin kecirilməsi günü, saatı, yeri, mövzusu və məqsədi, həmçinin müşahidəçi kimi iştrak edəcək şəxlərin tərkibi əvvəlcədən planlaşdırılır.
Müəllim dərsdə şagirdlərə yönəlmiş məqsədilə yanaşı, iştirak edən müşahidəçi şəxslər üçün nümunə göstərilə biləcək bir dərs keçir.
Məhz buna görə də müəyyən araşdırmalar aparmadan sıradan hər kəsin açıq dərs verməsini tələb etmək və ya istənilən hər kəsin təşəbbüsü ilə açıq dərsin verilməsi məqsədəmüvafiq deyildir.
Aşağıdakı kateqoriyadan olan şəxslərin açıq dərs verməsi məqbul hesab edilir:
Yüksək təlim keyfiyyəti əldə edən müəllimlər;
Hansısa kursdan,treninqdən qayıdan müəllimlər;
Hansısa qabaqcıl təcrübəni öyrənən müəllimlər;
Məktəbin hansısa qabaqcıl təcrübəsini ümumiləşdirən müəllimlər.
Açıq dərslərin təşkili ilə bağlı məktəb rəhbərliyinin üzərinə düşən vəzifələr
Uğurlu açıq dərslərin təşkil edilməsi məktəb rəhbərliyinin peşəkarlığından və səriştəsindən, təhsillə bağlı hədəfləri vaxtında görməsindən, yeniliyə və müasir dünyagörüşə malık olmasından, ölkədə və dünyada gedən təhsil proseslərinə bələdliyindən çox asılıdır.
Bu prizmadan baxan məktəb rəhbərliyi müəllimi özlüyündə müəyyənləşdirir və onu müəyyən müddət müşahidə edir, nəticələrini təhlil edir. Əldə olunmuş materiallar rəhbərlikdə müzakirə edilir və müsbət fikir formalaşdıqdan sonra müəllimlə məsləhətləsərək iş planına salınır.
Açıq dərslər adətən dərs ili başlamazdan qabaq(ciddi ehtiyac duyulduğu halda dərs ili ərzində də ola bilər), rəhbərlik tərəfindən məktəbin iş planı hazırlanarkən müəllimlə razılaş.
Müəllimin görəcəyi işlər.
Açıq dərs müəllim üçün həmişə çətin bir sınağa çevrilir. Təbii ki, bir məqalə çərçivəsində bu prosesin bütün cəhətlərini əhatə etmək mümkün deyildir. Çünki bir çox məsələlər fənnin özündən və onun xüsusiyyətindən, sinfin hazırlıq səviyyəsindən, texniki vasitələrdən və s.-dən asılıdır.
Amma bir sıra ümumi məslələhətlər var ki, onlar açıq dərs verməyə hazırlaşan müəllimlərə kömək edə bilər.
Açıq dərsə hazırlıq
Açıq dərsə hazırlığı aşağıdakı addımlardan başlamaq yaxşı olardı:
Mövzunun seçimi. Yaxşı olardı ki, mövzu çox mürəkkəb olmasın. Elə etmək olar ki, mövzu sziə yaxın, maraqlı olsun. Dərs planından 2-3 dərs irəli və ya geri olan mövzunun seçilməsində elə bir qəbahət yoxdur.
Siniflə əvvəlcədən iş aparılması. Əgər dərs öz sinifinizdədirsə və uşaqları yaxından tanıyır, onların hər birinin bacarıq və qabiliyyətinə bələdsinizsə, onda proses bir qədər rahat olacaq. Yox əgər sinfi yeni tanıyırsınızsa və bununla bağlı tərəddüd edirsinizsə, onda uşaqlarla aşağıdakı istiqamətlər.
“GÜRCÜ DEMOKRATİYASININ QARA GÜNÜ. ” – “Xarici agent qanunu” İvanişvili hakimiyyətini “bir addım irəli, iki addım geri atdı”
ABŞ-ın Gürcüstandakı səfirliyi martın 7-də Gürcüstan parlamentində “xarici agentlər haqqında” qanunun yarıgizli şəkildə qəbulunu və bundan sonra etiraza qalxan əhaliyə qarşı güc tətbiqini nəzərə alaraq, həmin günü “Gürcüstan demokratiyasının qara günü” adlandırıb. Nəticədə bu yanaşmanın özü Gürcüstan hakimiyyətindəki və siyasi elitasındakı rusiyapərəst qüvvələrin əlinə son günlər Tbilisi küçələrində baş verənlərə görə növbəti dəfə Qərbi ittiham etmək üçün əsas verib…
Əslində isə əksər müstəqil müşahidəçilər Rusiya milyarderi Bidzina İvanişvilinin hakimiyyəti ilə Gürcüstan cəmiyyətinin Avropa dəyərlərinə, Avropa Birliyinə üzvlük ideyasına sadiq kəsimi və bu kəsimi təmsil edən müxalif siyasi qüvvələr arasında ciddi qarşıdurmanın onsuz da zaman məsələsi olduğunu bildirirlər. Yəni, son üç gündə Tbilisidə tərəflərin güc tətbiqi ilə müşaiyət olunan aksiyalar gec-tez baş verəcəkdi.
İvanişvili hakimiyyətinin “xarici agent” qanunu isə bu prosesi tezləşdirərək, haklimiyyətə qarşı etirazları həm daha kütləvi, həm də daha aqressiv vəziyyətə çatdırdı.
Nəticədə, hakim siyasi qüvvə heç tam 3 gün də davam gətirməyərək, geri çəkildi və sözügedən qanunu geri çağırmağa məcbur oldu…
Məlumat üçün qısa olaraq xatırladaq ki, Rusiyada qəbul olunan və hazırda əsas repressiya alətlərindən birinə çevrilən “xarici agent haqqında” qanuna görə, QHT-lər və media orqanları gəlirlərinin 20%-dən çoxunu xaricdən aldığı təqdirdə, “xarici agent” statusu alacaqdılar. Belə təşkilatlardan “xarici agent” kimi qeydiyyatdan keçmələri tələb olunacaqdı və imtina edildikdə cərimələnəcəkdilər.
Qanunun müzakirəyə çıxarıldığı vaxt ABŞ-da səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili açıq şəkildə bu qanunun əleyhinə olduğunu bəyan etdi və o, səsvermədən keçsə belə, qanuna veto qoyacağını bildirdi.
Ancaq Gürcüstanda Prezidentinin vetosunu aşmaq elə də böyük çətinlik doğurmur və parlamentdə çoxluqda olan hakim siyasi qüvvə deputatların yarıdan çoxunun səsilə asanlıqla buna nail olacaqdı. Lakin göründüyü kimi, küçələrə tökülən əhalinin etirazları və Qərbdən gələn açıq mesajlar Zurabişvilinin vetosundan qat-qat güclü təsir bağışladı. İvanişvili hakimiyyəti geri çəkildi…
Hakim siyasi qüvvənin məlum qanun təşəbbüsünə açıq etiraz edən Zurabişvili hakimiyyət üçün həmin qanunu geri çəkməyin son şans olduğunu bəyan etmişdi: “Bu, onların qeyri-rəsmi rusiyayönlü qüvvə olmadıqlarını nümayiş etdirmək üçün son şansdır. Bu, onların Avropayönlü olmağın boş sözlər deyil, məqsədləri olduğunu göstərmək üçün son şansdır”.
Bəs, hakimiyyət sözügedən qanunu geri çəkməklə, “son şansından” istifadə etmiş oldumu?
Birincis i, hadisələrin bundan sonrakı inkişafını proqnozlaşdırmaq hələ ki, asan deyil. Çünki hakimiyyət həm haqsız olduğunu, həm də zəiflədiyini nümayiş etdirmiş oldu.
Digər yandan , əksər müşahidəçilərin də bildirdiyi kimi, bu baş verənlər İvanişvili hakimiyyətini həm daxildə, həm də xaricdə xeyli dərəcədə gözdən saldı.
Qeyd edək ki, əvvəlcə, martın 7-də “xarici agent haqqında” qanun parlamentin müvafiq komitəsində müzakirəyə çıxarılmışdı. Həmin vaxt komitədə hakimiyyəti təmsil edən deputatlarla müxalif millət vəkilləri arasında əlbəyaxaya qədər gedib çıxan qarşıdurma yaşandı. Parlamentin qarşısında isə etiraz aksiyası keçirilirdi.
Sonra parlament rəhbərliyi qanunun müzakirəsinin martın 9-da davam etdiriləcəyini bəyan etdi və müxalif deputatların böyük hissəsi parlamenti, etirazçı kütlə isə meydanı tərk etdi. Bu arada “aranın sakitləşdiyini” görən hakimiyyət qəflətən, tez-tələsik qanunu səsverməyə çıxararaq, 76 səs lehinə, 13 səs əleyhinə olmaqla, birinci oxunuşda qəbul edib. Bunu eşidən etirazçı kütlə meydanı doldurub. Bu dəfə daha kütləvi və aqressiv şəkildə.
Hakimiyyətin bu cür “gizlənpaç” oynaması həm qeyri-ciddi, həm də qorxaq davranış kimi qəbul olundu. Ardınca qanunu geri götürməsi isə onun indiyə qədərki “yenilməzlik” görüntüsünü az qala alt-üst etdi. Çünki indiyə qədər İvanişvili hakimiyyətinin müxalifət və etirazçı kütlə qarşısında bu cür açıq şəkildə geri çəkilməsi müşahidə edilməmişdi.
Hakimiyyət qanunu geri çağırmasını “cəmiyyətdə parçalanmaya yol verməmək məqəsdilə” əlaqələndirib və rəsmi bəyanatında qeyd edib ki, “xarici agent qanunu” müxalif qüvvələrin “yalan maşını” vasitəsilə cəmiyyətə yanlış şəkildə təqdim olunub. Buna görə kütləvi etirazlar baş qaldırıb və bütün bunları nəzərə alan hakimiyyət heç bir qeyd-şərtsiz qanunu geri çəkir. Həmçinin, qeyd olunub ki, Gürcüstan bundan sonra da Avropa Birliyinə inteqrasiya siyasətinə sadiq qalcaq .
Lakin qeyd edək ki, elə Avropa Birliyinin özü bu qanunun qəbulunun əleyhinə olduğunu ən yüksək rütbəli rəsmilərinin dililə dəfələrlə ifadə edib. Özü də bu qanun məhz Gürcüstanın Avropa İttifaqına namizədliyi məsələsinin gündəmdə olduğu vaxtda qəbul olunub. Odur ki, əksər müşahidəçilərin də bildirdiyi kimi, İvanişvili hakimiyyətinin sözü ilə əməli arasında dərin uçurum var…
Tbilisidəki aksiyalara gəlincə, polisin güclü su şırnaqlarına baxmayaraq, əlində Avropa İttifaqının bayrağını dalğalandıran qadının və onun ətrafına toplaşan insanların görüntüləri bu etirazın simvoluna çevrilib. Maraqlıdır, görəsən Avropa Birliyinin özündə onun bayrağına belə fədakarlıqla sarılanlar varmı?.
C.Məmmədov
“AzPolitika.info”
Comments are closed, but trackbacks and pingbacks are open.