Press "Enter" to skip to content

Mərkəzləşdirilmiş vahid azərbaycan dövləti açıq dərsin icmalı

İctimai nəqliyyat yeni tədris ilinə nə dərəcədə hazırdır?- “Avtobus sayının artırılması tapşırılıb”

Mərkəzləşdirilmiş vahid azərbaycan dövləti açıq dərsin icmalı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncamda qeyd edilir:

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.

Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür.

Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək məqsədilə qərara alınır:

– “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

– Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) səmərəli icrasının təmin edilməsi məqsədilə zəruri əlaqələndirmə tədbirləri görsün.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

– Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və hesabatlılığı həyata keçirsin;

– Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

– bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

– Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görsünlər.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı

Mərkəzləşdirilmiş vahid azərbaycan dövləti açıq dərsin icmalı

2019-05-16 09:58:46

Bütün təhsil müəssisələri mərkəzləşdirilmiş vahid sistemdə – “Bu, alqışalayiqdir, çünki. ”

Azərbaycanda təhsil müəssisələrinə nəzarətin güclənməsi üçün onlarla bağlı yeni bir tələbin qoyulması təklif edilir. “Təhsil haqqında” qanuna ediləcək dəyişikliklərə əsasən, dövlət tərəfindən “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” yaradılacaq. Bəs, yeni yaradılacaq sistemin faydaları nədən ibarət olacaq? Bu qanun məktəblərə nəzarəti nə dərəcədə gücləndirəcək? AzEdu.az məsələnin şərhi üçün təhsil eksperti Anar Məmmədovla əlaqə saxlayıb. O bildirib ki, qanuna dəyişikliklərə əsasən yaradılacaq sistemdən möhtəşəm nəticələr gözləyir: “Yəqin ki, informasiya sistemi müəyyən bir onlayn resurs üzərindən fəaliyyət göstərər. Bu işin ilkin mərhələsi çətin olacaq. Çünki belə bir informativ portalı bir araya toplamaq asan məsələ deyil. Amma vahid informasiya portalından çıxış etmək olduqca möhtəşəm addımdır. Vergilər Nazirliyi bütün vergi ödəyiciləriniidentifikasiya kodları ilə birgə eyni portalda toplayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də eyni addımı atıb. Təhsil Nazirliyi də beləedərsə, bunun nəyi pisdir? Hər şeyi bir sistemdə görə biləcəyiksə, bu, alqışalayiqdir. Düşünürəm ki, bu, kifayət qədər çətin layihə olsa da, xeyli səmərəli nəticələrini görəcəyik. Artıq dünya elektronlaşıb. Hətta təhsil də onlayn aparılır. İnsanlar onlayn ali təhsil alırlar. Valideynlərin də onlayn portalda olması vacib amildir. Nəzərə alaq, ki internet əsridir. Təhsil Nazirliyinin bu addımını müasir və lazımlı iş kimiqiymətləndirirəm. Ciddi resurs və kadr tələb edən layihədir, amma möhtəşəmdir”. Belə bir sistemin yaradılmasının nəzarət mexanizminə nə dərəcədə təsir göstərəcəyini isə ekspert belə izah edib: “Ola bilər, sistem vasitəsilə müəyyən bir nəzarət mexanizmi yerinə yetirilsin. Amma burada yalnız nəzarəti görmək də düzgün deyil. Bəs, məlumatlandırma, müxtəlif səviyyələrdə qeydiyyat? Bu, bir qədər Dövlət İmtahan Mərkəzinin elektron qeydiyyatlarını xatırladır. Hər kəs öz məlumatlarını evində oturaraq əldə edir. Çox yaxşı təklifdir”. Qeyd edək ki, qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nəqoşulmalıdırlar. Bu, təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin güclənməsinə, təhsil alanlar və müəllimlər barədə daha dəqiq informasiya bazasının formalaşmasına xidmət edəcək.

Lamiyə Süleymanlı

Bu bölməyə aid digər xəbərlər

“Məktəblərdə tərbiyə işinə diqqət edilməlidir”-DEPUTAT

2022-12-05 11:09:00

Yuxarı sinif şagirdlərilə onlayn görüş keçirilib

2022-11-18 10:18:00

Astara məktəbliləri təhsil kreditlərilə bağlı maarifləndirilib-FOTO

2022-10-31 17:08:00

İctimai nəqliyyat yeni tədris ilinə nə dərəcədə hazırdır?- “Avtobus sayının artırılması tapşırılıb”

2022-09-13 09:26:00

Psixoloq: “Psixoloji təzyiq abituriyentdə psixosomatik xəstəliklərin yaranmasına səbəb olur”

2022-09-02 15:25:00

Kiyevdə tədris bərpa olunur

2022-03-27 14:43:00

Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ VERİLDİ

2022-03-14 09:48:00

Gürcü nazir: “Təhsil sahəsində Gürcüstan-Azərbaycan münasibətləri dərinləşəcək”

2022-02-21 16:50:00

ARTİ şagirdlər üçün beynəlxalq müsabiqə təşkil edəcək

2021-10-17 15:46:00

ARTİ şagirdlər üçün beynəlxalq müsabiqə təşkil edəcək

Comments are closed, but trackbacks and pingbacks are open.