Press "Enter" to skip to content

Mərsin haqqinda məlumat

-Su çərşənbəsində evin damına buğda atırlar ki, bərəkət artıq olsun;

Məcburi köçkünlərə ödənilən aylıq müavinətlə bağlı yayılan məlumat şayiədir – Komitə

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, ölkə vətəndaşlarının, o cümlədən məcburi köçkünlərin maddi rifahının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətində prioritet istiqamətlərdəndir.

Dövlətimizin başçısı məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” 26 fevral 2019-cu il tarixli Sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb. Həmin vaxtdan etibarən, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin edilməyən sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər 33 manat, bu kateqoriyaya aid edilməyən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər isə 60 manat məbləğində vahid aylıq müavinət alırlar.

Xatırladaq ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinət 1 yanvar 2017-ci ildən tətbiq olunur.

Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vahid aylıq müavinətin məbləğinin yenidən artırılacağına dair məlumat yoxdur.

Milli.Az

Mərsin haqqinda məlumat

Bu gün Boz ayın ilk çərşənbəsi – su çərşənbəsidir. Modern.az saytı su çərşənbəsi ilə bağlı unudulmuş bəzi tarixi detal və inancları təqdim edir:

Novruz bayramının, həmçinin, çərşənbələrin tarixi təbii ki, İslam dininin Azərbaycanda yayılmasından da əvvələ aiddir. İslamın bu coğrafiyada yayılmasından əvvəl də su çərşənbəsi xalqın, etnosun xatırladığı, hər ildə bir dəfə həyata keçirdiyi bir ənənə olub. İslamdan əvvəlki dövrlərdə su çərşənbəsində “su damar gətirdi”, “su Haqdan gəlir” ifadələri qədim türkçülük mifologiyasından qaynaqlanmışdı. İslamdan sonra isə bu ifadələr öz yerini dəyişdi. Artıq onların yerinə “bu günün suyu Zəmzəm suyudur” ifadəsi yayılmağa başladı.
Babalarımız su çərşənbəsində pak suyun olduğu yerlərə-çay, bulaq başına gedər və həmçinin çaylardakı, bulaqlardakı suların İslam dinindəki məşhur Zəmzəm bulağından gəlməsinə inanarmışlar.
(Qeyd edək ki, Zəmzəm suyu İbrahim peyğəmbərin arvadı Həcər və oğlu İsmayılla bağlıdır. Səhrada susuz olan Həcər və İsmayılın imdadına Allahın əmri ilə Cəbrayıl mələk yetişir və qanadını quru səhrada yerə vurduqdan sonra həmin yerdən su fışqırır. Bu gün də müqəddəs Həcc ziyarətinə gedənlər Zəmzəm bulağını ziyarət edirlər).

Qədim türk düşüncəsində isə su hər şeyin başlanğıcı hesab olunub.

“Gilqamış” dastanında da bunu görə bilərik. Odur ki, su çərşənbəsində “su ilkdir, hər şeyi suya çəkin” ifadəsi də məşhurlaşdı. Bu nəsihət uzun müddət qocalardan gəldi. Cavanlar su çərşənbəsində hər şeyi suya çəkdilər və özləri də suya girdilər. Yaşlılar isə suya girməyib “çilək altdan” keçirdilər. “Çilək altdan” su çiləmə mərasimi idi. Qədim türk etnosunun düşüncəsinə görə hər şeyin başlanğıcı olan saf suyu üzərlərinə çiləyirdilər.

Yalnız su çərşənbəsində işlənən belə bir deyimlər var:

“Suyun qapısı bu gün açıq olar. “Məni yu” deməsən də, səni yuyacaq”;

“Su açıqdı, sən də açıq ol. Qapanıb basaratını bağlama”;

“Suyu çıxacaqdan axıt, odu girəcəkdən qala”.

Folklorumuzun məşhur bilicisi olan xalq yazıçısı Mövlud Süleymanlı su çərşənbəsi barəsində öz tədqiqat məqaləsində bunları yazır:

“Yadımdadır, su çərşənbəsində nənəm deyərdi ki, sudan izn almasan, o səni yumaz, təmizləməz. Bir də deyərdi ki, su duaların getdiyi yerə axar. De ki, ey su, məni yu. Su da səni yuyub ruhuna damacaq. Bu inancalar hər şeyin yenidən doğulduğuna, su çərşənbəsi adlandırılan gündə ilin yenidən büsbütün dəyişiminə işarədir.

Əslində su çərşənbəsi qədim ənənəyə görə ilin başlanğıc günü hesab olunurmuş. Burada su bir rəmzi məna daşıyır və ötən ilin bütün neqativ enerjisini yuyaraq, aparır. Yeni ilə isə heç nə saxlamır. “Çay gəlməmiş çırmanma”, “Son sözünü suya de” ifadələri də su çərşənbəsi ilə əlaqəlidir”.

Su çərşənbəsi ilə bağlı unudulmuş inanclar

-Su çərşənbəsində evin damına buğda atırlar ki, bərəkət artıq olsun;

-Un çuvalının ağzını açıq qoyurlar ki, bərəkət paylananda bağlı qalmasın;

-Axar suyun qabağını kəsmək olmaz. Kəssən, sənə xətər toxunar. Bu da qədim azərbaycanlı atamızın suyu müqəddəs görməsinə dəlalət edir;

-Çərşənbə tonqalı yanıb qurtarandan sonra onun dövrəsinə üç cızıq çəkərlər. Deyirmişlər ki, əgər belə etməsən, sənə xətər toxuna bilər. Evin də bərəkəti dağılar. Bu da qədim babamızın torpaq və suya olduğu kimi, oda da müqəddəs baxmasına bir işarədir;

-Bayram axşamı baltanı götürüb bir-bir ağacların kötüyünə vurarlar. “Hə, yatmısan, oyan, bərəkət payını götür deyərlər”;

-Əvvəllər su üstündən atılma adəti də olub. Təbii ki, axar, saf su nəzərdə tutulur. Üç dəfə atılandan sonra həmin axar suyun uzaq yerində bir saxsı qab sındırıb “Nə dərd-bəlamız varsa, bu saxsıynan getsin” deyərdilər.


E.Nazimoğlu

Comments are closed, but trackbacks and pingbacks are open.