Press "Enter" to skip to content

Məsdər

Həm felə, həm də ismə məxsus əlamətləri olan sözlər məsdər adlanır.

Felın təsriflənməyən formaları. Məsdər

Həm felə, həm də ismə məxsus əlamətləri olan sözlər məsdər adlanır.

Məsdər felin başlanğıc formasına -maq 2 (bəzən isə –mа 2 ) şəkilçisi artırmaqla düzəlir. Məsələn: oxumaq, bilmək, gətirmək və s. -mа 2 şəkilçisi о zaman işlənir ki, ondan sonra mənsubiyyət şəkilçisi işlənsin. Məsələn: Onların baxmaları vacibdir. Sizin oxumanız daha xoş olardı. Onurı hələ də yatması məni narahat etdi.

Məsdərin felə məxsus əlamətləri bunlardır:

  1. Hərəkət bildirir: oxumaq, yazmaq, işləmək və s. sözləri zaman, şəxs, kəmiyyət haqqında heç nə bildirməyib, yalnız hərəkəti bildirir. Yəni fel ilə eyni leksik mənanı bil­dirir. Məsələn: yaz və yazmaq sözləri arasında heç bir məna fərqi yoxdur.
  2. Təsirli və ya təsirsiz olur: oxumaq (təsirli), getmək (təsirsiz), yatmaq (təsirsiz), yazmaq (təsirli), götürmək (to­sirli), qorxmaq (təsirsiz) və s.
  3. Təsdiq və ya inkarda olur: yazmaq -yazmamaq, bilmək – bilməmək, istəmək – istəməmək, sevmək – sevməmək və s.
  4. Felin məna növlərini özündə əks etdirir:
    oxumaq, yazmaq, danışmaq (məlum növ)
    yazılmaq, satılmaq, atılmaq (məchul növ)
    baxılmaq, diqqət edilmək, rast gəlinmək (şəxssiz növ)
    yuyunmaq, döyüıımək, açdmaq (qayıdış növ)
    pozdurmaq, yazdırmaq, baxdırmaq (icbar növ)
    gülüşmək, yazışmaq, mələşmək (qarşılıq-birgəlik növ)
  5. Fel kimi ətrafına söz toplaya bilir. Həmin sözlərlə birlikdə bir sintaktik vahid kimi cümlənin mürəkkəb üzvü olıır: Vətəni qorumaq hər bir vətəndaşın müqəddəs borcudur (bu cümlədə «vətəni qorumaq» birləşməsi bir sintaktik suala cavab verir, mürəkkəb mübtədadır, məsdər tərkibidir); dərsə getmək, işə qəbul olunmaq və s.

Məsdərin ismə məxsus olan əlamətləri bunlardır:

  1. İsim kimi hallanır: oxumaq, oxumağın, oxumağa, oxumağı, oxumaqda, oxumaqdan.
  2. Nə? sualma cavab verir: Sevmək (nə?) gözəldir.
  3. Mənsubiyyət şəkilçisi qəbul edir: mənim yazmağım, sənin yazmağın, onun yazmağı, bizim yazmağımız, sizin yazmağınız, onların yazmaqları.
  4. Qoşmalarla işlənə bilir: getmək üçün, gəlməkdən başqa, bilməyə görə, oxumaqdan ötrü və s.
  5. Cümlədə mübtəda, tamamlıq və III şəxsdə xəbərlik şəkilçisi (-dır 4 ) qəbul edərək ismi xəbər olur. Feli xəbər ola bilmir:
    Öyrənmək (nə?) faydalıdır.
    Oxumağı (nəyi?) sevirəm.
    Məqsədim öyrənməkdir (nədir?).

Fellər bütün lüğətlərdə məsdər formasında verilir.

Məsdər felin başlanğıc forması sayılır.

Məsdər hallananda, mənsubiyyətə görə dəyişəndə, cümlədə mübtəda, tamamlıq kimi işlənəndə isimləşmiş sayılır.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Məsdər

Felin təsriflənməyən formaları
Felin təsriflənməyən formaları felin əsas xüsusiyyətlərini (təsdiq və inkarda işlənmək, təsirli və təsirsiz olmaq, növ bildirmək və s.)daşısalar da, felin təsriflənən formalarından fərqli olaraq, şəxsə və kəmiyyətə görə dəyişmir. Felin təsriflənməyən formalarının təsriflənən formalarından daha bir fərqi fellə yanaşı, ikinci bir nitq hissəsinin də xüsusiyyətlərini daşımasıdır. Məsələn, məsdərdə həm felə, həm də ismə; feli sifətdə həm felə, həm də sifətə; feli bağlamada isə həm felə, həm də zərfə aid xüsusiyyətlər vardır. Felin təsriflənməyən formalarına məsdər, feli sifət və feli bağlama daxildir.

Məsdər
Məsdər həm felin,həm də isminxüsusiyyətlərini daşıyır. Məsdər felin kökünə və ya başlanğıc formasına –maq2 şəkilçisini artırmaqla düzəlir: yazmaq, yazılmaq, yazışmaq və s. Məsdərin felə aid xüsusiyyətləri aşağıdakılardır:
1. Felin təsriflənən formaları və məsdər eyni leksik mənanı bildirir. Məsələn: yaz, yazdım, yazmalıyam və s. kimi fel şəkilləri ilə yazmaq məsdəri arasında leksik məna baxımından elə bir fərq yoxdur. Bunların hamısı eyni hərəkəti bildirir.
2. Məsdər təsdiq və inkarda olur. Məsələn: yazmaq — ya-mamaq, gəlmək — gəlməmək və s.
3. Məsdər felin müxtəlif qrammatik məna növlərində olur. Məsələn: silmək — sildirmək (icbar növ), gülmək — gülüşmək (qarşılıq — birgəlik növ), yazmaq — yazılmaq (məchul növ), yumaq — yuyunmaq (qayıdış növ), baxmaq — baxılmaq (şəxssiz nov) və s
4. Məsdər təsirli və təsirsiz olur. Məsələn: almaq (nəyi?) — təsirli, getmək (haraya?) — təsirsiz və s.
5. Məsdər ətrafına söz toplaya bilir. Məsələn: məktəbə getmək, ali məktəbə qəbul olunmaq, kitabı oxumaq və s.
Məsdərin ismə aid xüsusiyyətləri isə bunlardır:

  1. İsim kimi hallanır. Məsələn:

Comments are closed, but trackbacks and pingbacks are open.