Mətn oxu
Dövlət muzeyləri işçilərinin əmək haqları mədəniyyət sahəsində müvafiq icra hakimiyyəti orqanında çalışan işçilərin vəzifə maaşlarına bərabər tutulur.
Mətn oxu
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında muzeylərinin fəaliyyətinin təşkilati-hüquqi, iqtisadi əsaslarını müəyyən edir və bunlarla bağlı münasibətləri tənzimləyir.
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
muzey – maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi tədqiqat müəssisəsi;
muzey fondu – Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylərdə daimi saxlanılan, qorunan muzey əşyalarının və kolleksiyalarının məcmusu;
dövlət muzey fondu – dövlət muzeylərinin fondlarında saxlanılan mədəniyyət sərvətlərinin məcmusu;
mədəniyyət sərvətləri – “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş kateqoriyalara aid edilən, dünyəvi və dini xarakterli, tarix-bədii əhəmiyyətə malik əşyalar;
muzey əşyası – keyfiyyəti və ya xüsusi əlamətlərinə görə cəmiyyət üçün qorunub saxlanılması, öyrənilməsi və kütləvi nümayişi zəruri olan mədəniyyət sərvəti;
muzey kolleksiyası – əsas fondun tərkibində vahid tam kimi elmi, tarixi, mədəni əhəmiyyət daşıyan muzey əşyalarının məcmusu;
muzey fəaliyyəti – elmi, mədəni, mənəvi və estetik tələbatın ödənilməsi məqsədi ilə insan, onun fəaliyyəti və yaşayış mühiti haqqında mədəniyyət sərvətlərinin və maddi nümunələrin əldə edilməsi, qorunması, uçotu, tədqiqi, təbliği və nümayişi;
muzey əşyalarının və kolleksiyalarının mühafizəsi – muzey əşyalarının və kolleksiyalarının qorunub saxlanmasını təmin edən, maddi və hüquqi şərtlərin yaradılmasını nəzərdə tutan muzey fəaliyyəti;
muzey saxlancları – müvəqqəti olaraq nümayiş etdirilməyən muzey əşyalarının və kolleksiyalarının saxlandığı yer.
Maddə 2. Muzey fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri
Muzey fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
muzeylərdə mühafizə olunan mədəniyyət sərvətlərinin və əşyaların nümayişinin hamı üçün açıq olması;
milli sərvətlərin saxlandığı muzeylərin və muzey fondlarının mühafizəsinə dövlət qayğısı, onların ilk növbədə maliyyələşdirilməsi.
Muzey fəaliyyəti sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
elmi tədqiqat və elmi-kütləvi iş aparan maddi mədəniyyət obyektlərinin toplandığı yeni muzeylərin yaradılması;
muzeylərin fəaliyyəti üçün zəruri olan normativ-hüquqi aktların hazırlanması və onların icrasına nəzarət;
muzeylərin müvafiq binalarla təmin edilməsi, muzey binalarının lazımi vəziyyətdə saxlanılması, muzey əşyalarının və kolleksiyalarının mühafizəsi vasitələri və müasir texniki avadanlıqla təmin edilməsi;
dövlət muzeylərində muzey kolleksiyalarının konservasiya və bərpası, muzey əşyalarının nadir nümunələrinin surətlərinin çıxarılması, muzey üçün əşyaların və kolleksiyaların satın alınması, elmi işlənilməsi, nəşriyyat fəaliyyəti üçün zəruri olan maliyyə vəsaitinin ayrılması;
xarici ölkə muzeylərində saxlanılan və Azərbaycan xalqının milli sərvəti olan nadir muzey əşyalarının və kolleksiyalarının tətbiqi, öyrənilməsi və Azərbaycan Respublikasına qaytarılmasının təmin olunması;
təbii fəlakət, yanğın, silahlı münaqişə, müharibə və digər təhlükə yarandığı zaman muzey fondlarının mühafizəsinin təmin olunması;
muzeylərin saxlanmasına, inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə maliyyə vəsaitinin ayrılması və muzey kadrlarının hazırlanması.
Maddə 3. Muzeylər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Muzeylər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq olunur.
II fəsil
Muzeylər və muzey fəalİyyətİ
Maddə 4. Muzeylərin yaradılması qaydası və məqsədi
Azərbaycan Respublikasında muzeylər mədəniyyət, elmi tədqiqat, maarifləndirmə funksiyalarını yerinə yetirən müəssisə forması kimi, “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada yaradılır.
Azərbaycan Respublikasında muzeylər:
muzey əşyalarının və kolleksiyalarının aşkar edilməsi, toplanması, qorunması öyrənilməsi və təbliği;
Azərbaycan xalqının milli sərvətləri, tarixi və görkəmli şəxsiyyətləri ilə geniş xalq kütlələrini tanış etmək, ayrı-ayrı vətəndaşları həmin sərvətlərin toplanmasına və öyrənilməsinə cəlb etmək;
muzey əşyalarının və kolleksiyalarının nümayiş etdirilməsi və təhsil fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə yaradılırlar.
Maddə 5. Muzeylərin yenidən təşkili və ləğv olunması
Azərbaycan Respublikasında muzeylərin yenidən təşkili və ləğv olunması “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Yenidən təşkil olunma nəticəsində muzey fəaliyyətinin məqsədinin dəyişməsinə yol verilmir.
Dövlət muzeylərinin ləğvi zamanı həmin muzeylərdə olan muzey əşyaları və kolleksiyaları müvafiq icra hakimiyyəti orqanının qərarı ilə digər dövlət muzeylərinə verilir.
Maddə 6. Muzey əşyalarının və kolleksiyalarının Azərbaycan Respublikasından müvəqqəti kənara çıxarılması
Muzey əşyalarının və kolleksiyalarının Azərbaycan Respublikasından müvəqqəti kənara çıxarılması “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
Maddə 7. Muzeylərin köçürülməsi
Muzeylər və onların fondlarına daxil olan ayrı-ayrı muzey əşyaları və kolleksiyaları təbii fəlakət, yanğın, silahlı münaqişə, müharibə və digər təhlükə yarandığı zaman müvafiq icra hakimiyyəti orqanının qərarı ilə ilk növbədə müəyyən olunmuş qaydada təhlükəsiz yerlərə və yaxud mülki müdafiə qurumlarının müəyyən etdiyi yerlərə köçürülürlər.
Maddə 8. Muzey fəaliyyəti və onun növləri
Azərbaycan Respublikasında dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər fəaliyyət göstərir.
Azərbaycan Respublikasında muzey fəaliyyətinə:
muzey əşyalarının və kolleksiyalarının komplektləşdirilməsi, onların uçotunun, mühafizəsinin təşkili və bütövlüyünün təmin olunması;
muzey kolleksiyaları, arxiv, kitabxana və digər materiallar əsasında elmi tədqiqatlar;
muzey ekspozisiyalarının və sərgilərin təşkili, muzey sahəsində dizayn və tərtibat işlərinin həyata keçirilməsi;
muzey əşyalarının konservasiyası və bərpasının bütün növləri;
muzey kolleksiyalarının kataloqlarının hazırlanması və nəşr olunması;
muzey kolleksiyalarının təbliği daxildir.
Maddə 9. Milli statusa malik muzeylər
Fondlarında mühafizə olunan mədəniyyət sərvətlərinin, ayrı-ayrı kolleksiyaların əhəmiyyətlilik dərəcəsinə və ölkənin mədəni həyatındakı roluna görə “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq muzeylərə milli status verilə bilər.
Milli statusa malik muzeylər xüsusi əhəmiyyətli obyekt kimi dövlət tərəfindən qorunur.
Milli statusa malik muzeylərin işçilərinin əmək haqqlarına əlavələr müəyyən olunur.
Milli statusa malik muzeyləri ləğv etmək və onların mülkiyyət formasını dəyişdirmək, habelə binalarında kənar təşkilatların yerləşdirilməsi qadağandır.
Maddə 10. Respublika əhəmiyyətli muzeylər
Fondlarının, kolleksiyalarının əhəmiyyətinə və işinin həcminə görə respublika səviyyəsində fəaliyyət göstərən muzeylər respublika әhәmiyyәtli muzeylər hesab edilir.
Respublika əhəmiyyətli muzeylərin statusu və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Respublika əhəmiyyətli muzeylər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan əsasnaməyə uyğun fəaliyyət göstərir.
Maddə 11. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər
Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər qanunvericilikdə müəyyən olunmuş qaydada yaradılır və qeydiyyata alınır. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər qeydiyyata alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanlarında uçota götürülür və təsisçilərinin təsdiq etdikləri əsasnaməyə müvafiq fəaliyyət göstərirlər.
Dövlət bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylərin inkişafına daim qayğı göstərir. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylərin fondları Azərbaycan Respublikasının Dövlət muzey fondunun tərkib hissəsi kimi qorunur.
Maddə 12. Muzeylərin hüquqları
Muzeylərin hüquqları aşağıdakılardır:
Azərbaycan Respublikasının qanunvericiliyi ilə mühafizə olunan dövlət sirləri istisna olmaqla, mədəni, tarixi, siyasi, təsərrüfat və sosial istiqamətli hadisələri nümayiş etdirmək;
müvafiq təşkilatların razılığı ilə lazım sənədlərin surətini çıxarmaq;
muzeylərin fondlarına qiymətli əşyaların alınması üçün həmin məqsədə ayrılmış maliyyə vəsaitlərindən istifadə etmək;
öz gəliri hesabına, müqavilə qiyməti ilə muzey əşyaları almaq;
mətbəə məhsullarını hazırlamaq, nəşr etmək və satmaq;
gəlir gətirmək məqsədi ilə istehsal edilmiş suvenir və məmulatlar üzərində daşınar və daşınmaz muzey əşyalarının əkslərinin verilməsinə görə müəllif hüquqları onların bilavasitə mənsub olduqları muzeylərə məxsusdur. Muzey fonduna daxil olan hər hansı maddi mədəniyyət abidəsinin əksinin məmulat üzərində vermiş hər bir müəssisə, təşkilat əldə etdiyi gəlirin müəyyən faizini reklam etdirdiyi maddi mədəniyyət abidəsinin mənsub olduğu mülkiyyətçisinə ödəməlidir.
Dövlət muzeylərinin rəsmi dili Azərbaycan dilidir.
Hüquqi və fiziki şəxslərin muzey əşyalarından və kolleksiyalarından istifadə etməsi ilə bağlı nəşriyyat fəaliyyəti muzeyin razılığı və ona istinad etməklə həyata keçirilir.
Maddə 13. Muzey əşyalarının və kolleksiyalarının nümayişi
Muzey fondlarına daxil olan və dövlət muzeylərində saxlanılan muzey əşyaları və kolleksiyaları ilə vətəndaşların tanış olması təmin edilir.
Muzey fondlarına daxil olan muzey əşyalarının və kolleksiyalarının nümayişinin məhdudlaşdırılması mülkiyyətçi tərəfindən aşağıdakı əsaslara görə müəyyən edilə bilər:
mühafizə olunan muzey əşyalarının və kolleksiyalarının yararsız vəziyyəti;
təmir və bərpa işlərinin görülməsi;
muzey əşyalarının və kolleksiyalarının muzey saxlanclarında yerləşdirilməsi.
Muzey saxlanclarında yerləşən muzey əşyalarının və kolleksiyalarının nümayişi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilir.
Maddə 14. Muzey əşyalarının və kolleksiyalarının publikasiyası
Muzey fondlarına daxil olan və Azərbaycan Respublikası muzeylərində yerləşən muzey əşyaları və kolleksiyaları haqqında ilk publikasiya hüququ həmin muzeylərə məxsusdur.
Muzey fondlarına daxil olan və Azərbaycan Respublikası muzeylərində saxlanılan muzey əşyalarının və kolleksiyalarının kommersiya məqsədi ilə əks etdirilməsi hüququ muzeylərə məxsusdur.
III fəsil
Muzey fondları, onların uçotu və mühafİzəsİ
Maddə 15. Muzey fondlarının tərkibi
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən muzeylərin fonduna daxil edilmiş muzey əşyaları və kolleksiyaları Azərbaycan xalqının sərvətidir.
Muzey fondlarının tərkibinə aşağıdakılar daxildir:
Azərbaycan xalqının tarixi, mədəniyyəti və məişəti ilə, dövlət və cəmiyyətin həyatındakı ən mühüm hadisələrlə, elm və texnikanın, incəsənət və ədəbiyyatın inkişafı ilə, ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin, hərbçilərin, tarixi hadisələrin fəal iştirakçılarının həyatı ilə bağlı olan ayrı-ayrı əşyalar və kolleksiyalar;
incəsənətin memarlıq, təsviri, musiqi, teatr və tətbiqi sənət, o cümlədən xalq sənəti və digər növlərinə aid əsərlər;
geologiyanı, paleontologiyanı, mineralogiyanı, fauna və floranı, təbiətşünaslıq tarixini xarakterizə edən ayrı-ayrı əşyalar və kolleksiyalar;
əlyazmalar, qədim, nadir və qiymətli nəşrlər;
numizmatika, heraldika, epiqrafika kolleksiyaları və ayrı-ayrı əşyalar;
silah və hərbə dair atributlar, eləcə də hərb mövzusunda ayrı-ayrı əşyalar və kolleksiyalar;
qiymətli metal və daşlardan ibarət əşyalar, tərkiblərində qiymətli metal və daşlar olan tarixi, bədii və ya digər mədəni əhəmiyyətə malik ayrı-ayrı əşyalar və kolleksiyalar;
tarixi, elmi, bədii və mədəni əhəmiyyət kəsb edən digər əşyalar daxildir.
Maddə 16. Muzey fondlarının uçotu və mühafizəsi
Muzey fondlarına daxil olan sərvətlərin mühafizəsi və qorunması dövlət tərəfindən həyata keçirilir.
Muzey fondlarına daxil olan muzey sərvətlərinin uçotu və mühafizəsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qiymətli muzey əşyalarının mühafizə olunduğu dövlət muzeylərində mülkiyyətçilərin müqavilə öhdəliklərini yerinə yetirə bilməmələri səbəbindən muzeylərin mühafizəsini dayandırmaq, enerji və rabitə vasitələrinin kəsilməsi qadağandır
Maddə 17. Muzey əşyalarının və kolleksiyalarının muzey fondlarına daxil edilməsi və çıxarılması
Muzey əşyalarının və kolleksiyalarının muzey fondlarına daxil edilməsi müəyyən olunmuş qaydada ekspertiza aparıldıqdan sonra həyata keçirilir.
Muzey əşyaları və kolleksiyaları muzey fondlarının əsas uçot sənədlərində müvafiq qeyd aparıldıqdan sonra muzey fondlarının tərkibində hesab edilir.
Muzey əşyalarının və kolleksiyalarının muzey fondlarının tərkibindən çıxarılması bu Qanunun 20-ci maddəsində göstərilən hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 18. Muzey fondlarının əsas uçot sənədləri
Muzey fondlarının əsas uçot sənədləri uçot – mühafizə kitabları və kataloqdur.
Muzey fondlarının uçot – mühafizə kitabları muzey fondlarına daxil olan hər bir muzey əşyası və kolleksiyası haqqında əsas məlumatı əks etdirən sənəddir.
“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq tərtib edilən “Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısı” və “Mədəniyyət sərvətlərinin mühafizə siyahısı” muzey fondlarının kataloqu hesab edilir.
Muzey fondlarının əsas uçot sənədləri haqqında Əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 19. Muzey fondlarına daxil olan muzey əşyalarının və kolleksiyalarının dövriyyəsi
Dövlət muzey fondlarına daxil olan muzey əşyaları və kolleksiyaları müəyyən olunmuş qaydada bir hüquqi şəxsdən digərinə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə keçə bilər.
Mədəni sərvətlərin muzey fondlarına daxil edilməsi müvafiq icra hakimiyyəti orqanı nəzdində yaradılmış ekspert komissiyaları, muzeylərdə isə (xüsusi mülkiyyətdə olan muzeylərdən başqa) fond – satınalma komissiyası tərəfindən həyata keçirilir.
Muzey fondlarından muzey əşyalarının və kolleksiyalarının dövlətlər arasında mədəni mübadilə və yaxud müvəqqəti istifadə olunma məqsədi ilə verilməsi müvafiq icra hakimiyyəti orqanının yazılı icazəsi əsasında həyata keçirilir.
Muzey fondlarına daxil olan əşyaların və kolleksiyaların dövriyyə məqsədi ilə verildiyi təşkilatlar əşyaların və kolleksiyaların mühafizəsini, bununla bağlı uçot və qeydiyyatın aparılmasını təmin etməlidirlər.
Maddə 20. Dövlət muzeyləri fondlarının tərkibi
Dövlət muzeyləri fondlarının tərkibinə daxil olan muzey əşyaları və kolleksiyaları təbii fəlakət, yanğın, xarab olma habelə digər muzey əşyalarına və kolleksiyalarına dəyişmə halları istisna edilməklə, muzeydən kənarlaşdırıla bilməz.
Maddə 21. Muzeylərin fəaliyyətinə dövlət nəzarəti
Muzeylərin fəaliyyətinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı qaydada həyata keçirilir:
muzeylərin saxlanması və inkişafı üçün maliyyə vəsaitinin ayrılması və onun xərclənməsinə nəzarət;
muzey əşyalarının və kolleksiyalarının qorunub saxlanma vəziyyətinin və mühafizə şəraitinin yoxlanılması;
muzey fondlarının dövlət qeydiyyatının həyata keçirilməsi üçün muzey əşyaları və kolleksiyaları barədə zəruri informasiyaların alınması və sorğuların göndərilməsi.
Maddə 22. Muzeylərə dövlət qayğısı
Müvafiq icra hakimiyyəti orqanı muzey fondlarına daxil olan muzey əşyalarının və kolleksiyalarının mühafizəsi və istifadəsi üçün şərait yaratmalıdır.
Müvafiq icra hakimiyyəti orqanları unikal bədii – tarixi komplekslərin, habelə ən böyük dövlət muzeylərində mühafizə edilən ümumdünya əhəmiyyətli muzey əşyalarının və kolleksiyalarının qorunması üçün xüsusi qayğı göstərirlər.
Dövlət muzeylərinin inkişafına yönəldilmiş vaxtaşırı subsidiyalara, xeyriyyəçilik və sponsorluğa görə hüquqi və fiziki şəxslər həmin məqsədə yönəltdikləri vəsait həcmində vergidən azad olunurlar. [1]
Maddə 23. Muzeylərin yerləşdiyi binalar
Muzeylərin yerləşdiyi binalar və onların tutduğu sahələr muzeylərin balansına verilməlidir.
IV fəsil
Dövlət muzeylərİnİn malİyyələşdİrİlməsİ və dövlət muzeylərİ İşçİlərİnİn sosİal müdafİəsİ
Maddə 24. Dövlət muzeylərini maliyyələşdirmə mənbələri
Dövlət muzeyləri dövlət büdcəsi, büdcədənkənar daxilolmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. [2]
Maddə 25. Muzeylərin təsərrüfat fəaliyyəti
Muzeylər qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq təsərrüfat fəaliyyəti ilə də məşğul ola bilərlər. Bu fəaliyyətdən əldə edilən gəlir bütövlükdə muzeylərin sərəncamında qalır.
Maddə 26. Dövlət muzeyləri işçilərinin sosial müdafiəsi
Dövlət muzeyləri işçilərinin sosial müdafiəsinə dövlət tərəfindən təminat verilir.
Dövlət muzeyləri işçilərinin əmək haqlarına elmi dərəcəyə ( fəlsəfə doktoru , elmlər doktoru), fəxri adlara və xarici dillərdə ekskursiyalar aparmağa görə əlavələr müəyyən olunur. [3]
Muzeylərin statusu, spesifik xüsusiyyətləri nəzərə alınmaqla işçilərə əmək haqqından əlavə, digər ödənişlər tətbiq edilə bilər.
Müvafiq icra hakimiyyəti orqanları, müəssisə, idarə, və təşkilatlar öz tabeliklərində olan muzeylərin işçilərinə əlavə kompensasiyalar müəyyən edə bilərlər. Muzey işçiləri dövlət muzeyləri və sərgilərinə pulsuz tamaşa edə bilərlər.
Dövlət muzeyləri işçilərinin əmək haqları mədəniyyət sahəsində müvafiq icra hakimiyyəti orqanında çalışan işçilərin vəzifə maaşlarına bərabər tutulur.
V fəsil
Yekun müddəaları
Maddə 27. Beynəlxalq əməkdaşlıq
Azərbaycan Respublikasındakı muzeylər Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq beynəlxalq mədəni əməkdaşlığı həyata keçirirlər.
Maddə 28. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti Heydər ӘLİYEV
Bakı şəhəri, 24 mart 2000-ci il
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 16 iyun 2007-ci il tarixli 390-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6 maddə 596)
2. 23 noyabr 2001-ci il tarixli 291-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12 maddə 736)
3. 31 oktyabr 2017-ci il tarixli 829-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2197 )
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 23 noyabr 2001-ci il tarixli 291-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12 maddə 736) ilə 22-ci maddəsinin üçüncü hissəsi çıxarılmışdır.
[2] 16 iyun 2007-ci il tarixli 390-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6 maddə 596) ilə 24-cü maddəsinin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Dövlət muzeylərini maliyyələşdirmə mənbələri aşağıdakılardır:
büdcədən ayrılan vəsait;
biletlərin satışından əldə olunan gəlir;
ekskursiya xidməti, sərgilərin təşkili, çap məhsullarının və suvenirlərin hazırlanması və satışından əldə olunan gəlirlər;
muzeylərə məxsus bədii salon, emalatxana və digər obyektlərdən yığılan gəlirlər;
hüquqi və fiziki şəxslərin könüllü ayırmaları;
məsləhətlər verilməsi və ekspertiza keçirilməsindən əldə olunan gəlirlər;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər xidmətlərdən əldə edilən gəlirlər.
Muzeyə gələnlər üçün biletlərə qiymətlər, ekskursiya xidməti haqqının miqdarı və xidmətin digər növləri muzey tərəfindən müəyyənləşdirilir.
Gəlir və xərclərin smetası muzeylər tərəfindən tərtib olunur və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Daxil olan gəlirlər muzeyin saxlanmasına və muzey işçilərinin əməyinin qiymətləndirilməsinə yönəldilir.
Muzeylərin xarici iqtisadi fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlər, onlara büdcədən ayrılan vəsaitin azaldılması üçün əsas ola bilməz.
[3] 31 oktyabr 2017-ci il tarixli 829-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2197 ) ilə 26-cı maddənin ikinci hissəsində “elmlər namizədi” sözləri “fəlsəfə doktoru” sözləri ilə əvəz edilmişdir.
Mətn oxu
Qaşın forması və qalınlığı üz ifadəmizə ən çox təsir edən amillərdəndir. İfadəni təyin edən qaşların forması da xüsusi əhəmiyyət kəsb edir. Qaşl.
20 mart 2023
Avropada partlayıcı maddələr tükəndi
Avropalı müttəfiqlər nəinki Kiyevi mərmilərin tədarükü ilə təmin edə bilmirlər, hətta onların özləri də genişmiqyaslı hərbi əməliyyatlar aparmaq.
20 mart 2023
Bakıda şok – Kişi arvadı olan otağa ilan buraxdı, boğazına ip saldı, sonda da.
Bakının Xəzər rayonunda 1978-ci il təvəllüdlü Qədir keçmiş arvadı, 1982-ci il təvəllüdlü Gülnarı (adlar şərti verilib – red.) qətlə yetirib. Mil.
20 mart 2023
Bayden İsraildə kompromis əldə olunmasını dəstəkləyib
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında kütləvi etirazları səbəb olan yəhudi dövlətində məhkəmə .
20 mart 2023
Dörd yeniyetmə itkin düşdü – FOTOlar
Yevlaxda itkin düşən 4 yeniyetmə axtarılır. DİN Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, mart ayının 19-da Yevlax rayonunun Ərəş kəndində y.
20 mart 2023
Qışda xəstələnmək istəmirsinizsə, bunları yeyin
Soyuq havada xəstələnməmək üçün yediyiniz və içdiyiniz qidalara da diqqət etməlisiniz. İsti geyimlə yanaşı orqanizmin soyuğa qarşı müqavimətini .
20 mart 2023
ABŞ senatorundan xəbərdarlıq: “Banan respublikasına çevriləcəyik”
Manhetten dairəsinin prokuroru Elvin Breq tərəfindən ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı cinayət təqibi ölkəni “üçüncü dünyanın banan .
20 mart 2023
Lavrov: “3+3″ formatında ikinci görüşün təşkili üzərində işləyirik”
“3+3″ formatında (Azərbaycan, Ermənistan, Gürcüstan – Rusiya, Türkiyə, İran) ikinci görüşün təşkili üzərində iş aparılır”. Milli.Az “Report”a is.
20 mart 2023
Britaniya qırıcılarını Ukraynaya verən Polşaya kömək edəcək
Varşava MiQ-29 qırıcılarını Kiyevə təhvil verdikdən sonra Britaniya Polşaya Hərbi Hava Qüvvələrinin gücünü artırmağa kömək etməyə hazırdır. Mill.
20 mart 2023
Kim Çen In: “Şimali Koreya hər an nüvə silahından istifadə etməyə hazır olmalıdır”
Martın 18-19-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) Silahlı Qüvvələri taktiki nüvə potensialının təkmilləşdirilməsi üzrə təlimlər keçi.
20 mart 2023
Orqanizminizi mikroblardan təmizləyin
Orqanizmimiz mikroblarla doludur. Mikrobların insan orqanizminə həm xeyri, həm də ziyanı var. Əsas odur ki, mikrobların miqdarı bərabər olmalıdı.
20 mart 2023
Ermənistan Ukraynadakı separatçılara “yardım” apardı
Rusiyanın nəzarində olan Mariupol şəhərində Ermənistan və Dağıstan bayraqları həkk olunmuş “humanitar yardım” daşıyan yük maşınları müşahidə olu.
20 mart 2023
Amerikalı gələcəyi görmək üçün özünü və ailəsini donduracaq – FOTO
ABŞ-nın Krionika İnstitutunun rəhbəri 54 yaşlı Miluoki sakini Dennis Kovalski özünü və ailə üzvlərini “gələcəkdə diriləcəkləri” ümidi ilə maye a.
20 mart 2023
16 yaşından toylara getdi, içki olan məclislərindən imtina etdi, özünü cəzalandırdı – Anası bütün qızıllarını niyə satdı?
20 mart 2023
Göygölə 20 yaşlı oğlanı maşın vurub
Göygöldə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. Hadisə rayonun Quşqara kəndində qeydə alınıb. Hərəkətədə olan avtomobil yolu qa.
20 mart 2023
Hipertoniyadan bu yolla xilas olun
Hipertoniya – yüksək təzyiq, son illərdə gənclər arasında da tez-tez təsadüf edilir. Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, əvvəllər bu x.
20 mart 2023
Azərbaycanlı müğənni İsveçrəyə köçüb
Aşıq Ulduz Sönməz müğənni qızı Sədaqət Ulduzun Azərbaycandan köçdüyünü açıqlayıb. Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda .
20 mart 2023
Manikür lampaları təhlükəlidirmi?
Manikür zamanı istifadə olunan lampalar həssas dərili insanlar üçün təhlükəlidir. Milli.Az Lent.az-a istinadən xəbər verir ki, manikür lampalar.
20 mart 2023
Ağ Ev: “ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir”
Ağ Evin sözçüsü Con Kirbi bildirib ki, ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir. Milli.Az “Report”a istinadən xəbər verir ki, o, b.
20 mart 2023
FTB-ni “sındıran” haker iki il sonra ələ keçdi
ABŞ FTB-si (Federal Təhqiqatlar Bürosu – FBI) “BreachForums” onlayn haker cəmiyyətinə rəhbərlik etdiyi iddia olunan şəxsi həbs edib. Milli.Az ox.
20 mart 2023
Qayınatanın yataq otağında gəlininə şok təklifi: “Ya boşan, ya da. ” – Təfərrüat
Daşkəsən rayonunda 1964-cü il təvəllüdlü Salman ailə münaqişəsi zəminində 1993-cü il təvəllüdlü gəlini Naziləni (adlar şərti verilib – red.) qət.
20 mart 2023
Burun qanaxmasının səbəbi nədir?
Hər il insanların təxminən 5-10%-i fəal şəkildə burun qanaxması ilə qarşılaşır. Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu qanaxmaların 90.
20 mart 2023
Hədəf Türkiyəni parçalamaqdır – Sensasion plan
ABŞ İraqı işğal etməklə “Böyük Kürdüstan” layihəsi yaratmağı qarşısına məqsəd qoymuşdu, məqsəd təkcə Bağdad deyil, həm də Türkiyə, Rusiya və Çin.
20 mart 2023
Elvis Preslinin ailəsində miras qalmaqalı
Mərhum müğənni Elvis Presli ailə üzvləri arasındakı qalmaqal bitmək bilmir. Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, rok-n-roll kralının ye.
20 mart 2023
Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
20 mart 2023
Ukrayna sərhədçiləri Baxmuta dörd hücumu dəf ediblər
Ötən sutka ərzində Ukrayna sərhədçiləri Rusiya ordusunun Baxmut şəhərinə dörd hücumunu dəf edərək, 14 rus hərbçisini zərərsizləşdirib. Milli.Az .
20 mart 2023
Bunlar əsəblərinizi sakitləşdirəcək
Gündəlik həyatımızda baş verən hadisələrə sevindiyimiz qədər də əsəbiləşirik. Əsəb insan sağlamlığına ziyandır. O, bir çox xəstəliklərin ortaya .
20 mart 2023
Azərbaycan idmaçıları Ermənistanda keçiriləcək çempionatda iştirak edəcəklər?
Azərbaycan Ağır Atletika Federasiyası Azərbaycan idmaçılarının Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcəyi ilə bağlı məlumatla.
20 mart 2023
Çin liderinin Rusiyaya səfəri başlayıb, Vladimir Putinlə görüşəcək
Çin Xalq Respublikasının sədri Si Cinpin Prezident Vladimir Putinin dəvəti ilə Rusiyada səfərdədir. Milli.Az “Report”a istinadən xəbər verir ki.
20 mart 2023
Nizaməddin Quliyevin qardaşı oğlu faciəvi şəkildə öldü – FOTO
Naftalanda sabiq icra başçısının qardaşı oğlu yol qəzasında ölüb. Milli.Az “Qafqazinfo”ya istinadən bildirir ki, 1990-cu il təvəllüdlü Quliyev C.
20 mart 2023
Xaricə gedən 10 minə yaxın ukraynalı çağırışçı ölkəyə qayıtmayıb
“Yol” sistemi ilə ölkəni tərk edən hərbi yaşda olan 10 minə yaxın ukraynalı geri qayıtmayıb. Eyni zamanda, bütün xaricə gedənlərin təxminən 11%-.
20 mart 2023
Qadın əvvəl zəhər içdi, sonra özünü yandırdı, əri isə. – Sabirabadda şok
Sabirabad rayonunda 1967-ci il təvəllüdlü Muğamat İbadov 46 yaşlı arvadı Sevincə işgəncə verib. Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, ə.
20 mart 2023
Çin çox praqmatikdir, bu addımı atmayacaq – Kiyev
Çinə Rusiyaya stavka etmək sərfəli deyil, çünki Kreml perspektivi olmayan müttəfiqdir. Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri U.
20 mart 2023
Göz probleminiz varsa, bunu oxuyun
Göz problemlərindən hər bir yaşın nümayəndəsi əziyyət çəkir. Çoxları gün ərzində göz sulanmasından, qızartısından şikayətlənir. Göz problemlərin.
20 mart 2023
Yazın ilk gününün HAVAsı
Martın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi .
20 mart 2023
Erkən yaşda saç ağarmasının qarşısını almağın 4 YOLU
Saçların erkən ağarması bir çox insanın qorxulu yuxusuna çevrilib. Təbii ki, bu vəziyyətin qarşısını almaq üçün ilk üstünlük verilən üsul saçlar.
20 mart 2023
Azərbaycanda tələbəyə yüksək VƏZİFƏ VERİLDİ – FOTO
Azərbaycan Dillər Universitetinində tələbə dekan müavini təyin olunub. Milli.Az xəbər verir ki, ADU-nun rektoru Kamal Abdullanın əmri ilə, Təhsi.
20 mart 2023
Qızının maşınla vurduğu ana xəstəxanada öldü
Balakəndə övladının avtomobillə vurduğu ana 17 gün sonra xəstəxanada ölüb. Milli.Az APA-ya istinadən bildirir ki, hadisə mart ayının 1-i rayonun.
Comments are closed, but trackbacks and pingbacks are open.