Press "Enter" to skip to content

Dırnaq göyərməsi nədir? Dırnaq göyərməsi zamanı ilk tibbi yardım

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (26 gün əvvəl)

Öd kisəsi xəstəliyinin əlamətləri

Öd kisəsinin əsas vəzifəsi ödü bağırsağa ötürməklə, həzm prosesini təmin etməkdən ibarətdir. Kisədə gedən patoloji proseslər və müxtəlif xəstəliklər nəinki həzmə, hətta bütün orqanizmə mənfi təsir göstərir. Bəzi patologiyalar vaxtında müalicə olunmadıqda ölümlə nəticələnə bilər. Belə hallara yol verməmək üçün öd kisəsi xəstəliyinin əlamətləri haqqında məlumatlı olmaq gərəkdir.

Öd kisəsi xəstəliyinin əlamətləri – xolelitiaz

Xolelitiaz, yəni öd daşı xəstəliyi öd kisəsi və ya öd axarlarında daşların yaranması ilə xarakterizə edilir. Onun başlıca səbəblərinə irsi meyllik, ödün xolesterinlə zəngin olması, durğunlaşması və infeksion proseslər aiddir.

Statistik məlumatlara əsasən xəstəliyə 40 yaşdan böyük, açıq rəngli dəri və saça malik, həmçinin hamiləlik keçirən, artıq çəkili qadınlar daha çox tutulur.

Öd daşı xəstəliyinin xarakterik əlamətləri aşağıdakılardır:

  • yağlı qida qəbulundan və ya həddindən artıq yedikdən sonra sağ qabırğa altında ağrı;
  • ağrının kürək və sağ qola yayılması;
  • xəstəliyin kəskin formasında ürəkbulanma, qusma, titrətmə, hərarət.

Onu da qeyd edək ki, xolelitiaz uzun müddət gizli gedir. Yalnız daş axarı tutduqda əlamətlər müşahidə olunur. Kəskin sancı tutması təcili hospitalizasiya tələb edir.

Öd kisəsi xəstəliyinin əlamətləri – diskineziya

Öd kisəsi və axarların diskineziyası (yığılma qabiliyyətinin pozulması) yemək qəbulu arasında uzun fasilə olmaqla, qeyri-düzgün qidalanma, eləcə də sinir sisteminin yüklənməsi, stress fonunda inkişaf edir.

Diskineziya adlanan xəstəliyin əlamətləri bunlardır:

  • sağ qabırğa altında sızıltılı və ya əksinə, kəskin ağrı, diskomfort, ağırlıq hissi;
  • nəcis ifrazının gecikməsi ilə ishalın növbələnməsi.

Öd kisəsi xəstəliyinin – xolesistitin əlamətləri

Xolesistit – öd kisəsinin iltihabıdır. Xolesistitli pasieyntlərin 90%-də xəstəlik xolelitiaz (öd daşı) fonunda yaranır. Belə ki, daşlar kisəsinin selikli qişasını qıcıqlandırır, orqan daxilində təzyiqi yüksəldir, mikroorqanizmlərin keçməsini asanlaşdırır. Nəticədə iltihabi proseslər baş verir.

Kəskin xolesistitli insanların 10%-də daşsız formaya rast gəlinir. Belə hallarda kisəsinin iltihablaşmasında daşlar iştirak etmir. Xəstəliyin səbəbləri qismində bakteriyalar, parazitlər, öd axınının pozulması, mədə-bağırsaq traktının iltihabi xəstəlikləri qeyd edilir.

Xolesistitin əsas əlamətlərinə sağ qabırğa altında sızıltılı ağrı, dəri örtüklərinin qaşınması aiddir.

Öd kisəsi xəstəliyinin əlamətləri və diaqnostikası

Pasiyent qastroenteroloqa müraciət edərkən, həkim ilk növbədə anamnez (xəstəlik haqqında məlumat) toplayır. Qarın boşluğunu palpasiya (əllə müayinə) edir. Bundan sonra diaqnozun qoyulması üçün orqanın ultrasəs müayinəsi, qan analizi tələb olunur.

Öd kisəsi xəstəliyinin müalicəsi

Müalicənin əsasını pəhriz və dərman preparatları təşkil edir. Qidalanma rejiminə əməl olunmadıqda, dərman müalicəsi heç bir nəticə vermir. Öd kisəsi xəstəliklərində qida rasionu ilə bağlı aşağıdakılar məsləhət görülür:

  • yağlı, qızardılmış, acı ədviyyatlı xörəklərdən, spirtli və qazlı içkilərdən imtina etmək;
  • gün ərzində 4-6 dəfə kiçik porsiyalarla qidalanmaq;
  • yulaf, düyü, manna sıyıqlarına, tərəvəz suplarına, buxarda bişirilmiş və ya suda qaynadılmış yağsız ət, toyuq, balıq növlərinə üstünlük vermək;
  • tünd çay və qəhvəni kompot, bitki dəmləmələri ilə əvəz etmək;
  • xörəklərə soyuq sıxımla əldə olunan zeytun, kətan yağları qatmaq.

Dərman müalicəsi isə xəstəliyin növündən asılı olaraq, müvafiq qaydada aparılır. Müayinənin nəticələrinə əsasən pasiyentlərə spazmolitiklər, antibiotiklər, fermentlər və ya daşları əridən dərmanlar təyin oluna bilər. Bəzi hallarda cərrahi əməliyyat qaçılmazdır.

Xülasə

Məqalədə Sizi öd kisəsi xəstəliyinin əlamətləri ilə tanış etdik. Sağ qabırğa altında narahatlıq hiss etdikdə, vaxt itirmədən həkimə müraciət edin.

Dırnaq göyərməsi nədir? Dırnaq göyərməsi zamanı ilk tibbi yardım.

Dırnaq göyərməsi nədir? Dırnaq göyərməsi zamanı ilk tibbi yardım.

Dırnağın göyərməsi məişət zədədlənmləri zamanı meydana çıxan travmadır. Bu zaman dırnaqda göyərmə, ağrı, şikinlik və hematoma əlamətləri əmələ gələ bilir. Bəs dırnaq zədələnən zaman ağırlaşmaların baş verməməsi üçün ilk tibbi yardım məqsədilə nə etmək lazımdır?
Dırnaqlarda zədələnmə ən çox dırnaqlar iki əşya arasında qalıb sıxıldıqda baş verir. Bu zaman ilk tibbi yardım kimi əzilmiş barmağı soyuq suya salmaq lazımdır. Bu vasitə zəif dərəcəli yanıqlar zamanı da çox faydalıdır. Dondurucuda saxlanılan buz kubiklərinin də zədə almış nahiyəyə qoyulması ağrının və qanaxmanın qarşısını ala bilir. Zədə olan kimi buz kubikləri salınmış suda barmağı ən azı yarlm saat saxlamaq daha çox faydalıdır. Bu zaman suya tökülən buzlar əridikcə yeniləri suya əlavə edilməlidir. Sonra dırnaq qurulnmalı və zədə almış nahiyəyə 5%-li yod məhlulu sürtülməlidir. Bu zaman zədələnmiş barmağın hündürdə saxlanılmsı patologiyanın dərinləşməməsinə səbəb olur. Barmağı hündürdə saxlamaq şişkinliyin əmələ gəlməsinin qarşısını alır. Ağrı çox olarsa ilk tibbi yardım və ağrını azaltmaq məqsədilə ağrıkəsicilər qəbul etmək olar. Çünki, dırnaqların dib nahiyəsi əzildikdə bir-neçə gün ağrı hissi ola bilir. Dırnaqların zədə aldıqları zaman aşağıdakı hallarda həkimə müraciət edilməlidir:

  • * şişkinlik bir-neçə gün ərzində azalmasa
    * ağrı hissi azalmasa
    * yüksək temperatur müşahidə olunarsa
    * barmağı tərpətmək mümkün olmadıqda

Bəzən dırnaqların əzilməsi zamanı sümüklərdə sınıqlar da müşahidə edilə bilər. Bunu qarşısını almaq üçün isə mütəxəssisə müraciət etmək və rentgen müayinəsi etmək lazımdır.

Nömrəni necə deaktiv edə bilərəm

sual aydın deyil. sındırsaz nömrəni olacaq istifadəyə yararsız. tam bağlatdırmaq istəsəz mobil operatorunuza müraciət edin, kömək etsinlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Azercell nömrəsidirsə, bağlamağı özünüz edə bilərsiniz.Sadəcə Azercell saytında,sağ tərəfdə kilid işarəsinə vurub. Orada nömrəni qeydiyyat edəndən sonra, deaktiv etmək mümkündür.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

123589 cavab verdi – PC üçün tövsiyə (1 gün əvvəl)

Valeh Abishov cavab verdi – Aliexpress telefon (3 gün əvvəl)

Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (3 gün əvvəl)

Valeh Abishov cavab verdi – Poçta əlavə pul (3 gün əvvəl)

gul56 cavab verdi – Vöen və bank hesabı (5 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (5 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (8 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (8 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (16 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (26 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (30 gün əvvəl)

Comments are closed, but trackbacks and pingbacks are open.