Müalic sağlamlıq turzmi doc
Azərbaycan Turizm İnstitutunun tədqiqat və inkişaf şöbəsinin müdiri Eldar Aslanovun dediyinə görə, kurortlar sağlamlıq turizmi kimi mühüm əhəmiyyət kəsb edir: �2002-ci ildən indiyə qədər Azərbaycanda mehmanxana tipli müəssisələrin sayı 4 dəfə artıb. Buna baxmayaraq, sanatoriya-kurort müəssisələrinin yaxınlığında müasir tipli yerləşdirmə yerlərinin tikintisinə ehtiyac var. Naftalan, Bilgəh və İstisudakı sanatoriyalarda yerləşdirmə yerləri var. Amma onların müasir tələblərə nə qədər cavab verməsi, bura gələn turistlərin istirahəti, əylənməsi, vaxtlarını səmərəli keçirməsi məsələsi problemdir�.
Ölkəmizdə turizm sektorunun inkişafında sağlamlıq-müalicə turizminin rolu müzakirə edilib
İyunun 9-da Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHİSTA) birgə təşkilatçılığı ilə “Azərbaycan turizm sektorunun inkişafında sağlamlıq-müalicə turizminin rolu və turizm məhsulu kimi turizm şirkətləri şəbəkəsində satış təcrübələri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən sanatoriya-kurort müəssisələrinin və turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə AHİSTA-nın prezidenti Ruslan Quliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanı dünyada turizm üçün səciyyəvi edən ən başlıca xüsusiyyət burada bu sahənin bütün istiqamətlərinin inkişafı üçün lazım olan təbii şəraitin mövcud olmasıdır. Bu baxımdan ölkəmizdə mövcud olan unikal imkanlardan biri də sağlamlıq turizmi ilə bağlıdır. Ölkəmiz artıq bu baxımdan da dünyada yeni bir turizm istiqaməti kimi populyarlıq qazanıb: “Bu sahəyə ölkə rəhbərliyinin diqqət və qayğısı hər zaman əhatə olunub. Təsadüfi deyil ki, 2016-cı il sentyabrın 1-də ölkə prezidenti tərəfindən “Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalandı, daha sonra “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq olundu. Bütün bunları ölkə turizminin inkişafında yeni mərhələnin başlanması kimi də qiymətləndirmək olar”.
Ruslan Quliyev qeyd edib ki, Azərbaycan alternativ turizm növlərinin inkişafı üçün çox əlverişlidir. Amma imkanların olması hazır məhsul demək deyil. Ona görə də ölkəmizdə mövcud olan sağlamlıq turizmi potensialını turizm məhsuluna çevirib dünyada təqdim etmək üçün hazırda həm özəl sektorun təmsilçiləri, həm də müvafiq dövlət qurumları tərəfindən lazımi işlər görülür. Ölkəmizdə sağlamlıq turizminin inkişaf tarixi 2001-ci ildən başlayır və bu illər ərzində bu istiqamətdə az uğur əldə etməmişik: “Ötən il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Qalaaltı” müalicəvi istirahət kompleksinin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına üzv seçilməsi buna sübutdur. Bundan əlavə, AHİSTA AZTA ilə birgə əməkdaşlıqla bağlı uzunmüddətli memorandum imzalayıb. Bu əməkdaşlıq, eyni zamanda, yarandığı gündən rəhbərlik etdiyim assosiasiyanın müxtəlif beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın sağlamlıq turizmi imkanlarının tanıdılmasına və bu sahədə uğurların əldə olunmasına rəvac verir. Təkcə bir faktı qeyd edim ki, ötən il Naftalana dünyanın 75-dək ölkəsindən 35 mindən çox turist gəlib. Hesab edirəm ki, yaxın gələcəkdə daha böyük nəticələr əldə edəcəyik. Təbii ki, bu sahədə bəzi problemlər də mövcuddur. Birgə fəaliyyətlə inanıram ki, bütün çatışmazlıqları aradan qaldıraraq böyük uğurlara sahib olacağıq”.
Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırov bildirib ki, Azərbaycanın sağlamlıq turizmi imkanlarını tanıtmaqla, ölkəyə çox güclü turist axınına nail olmaq olar. Çünki bu sahədə potensial genişdir, turizm sektoru təmsilçilərinin üzərinə düşən, sadəcə, bu imkanları tanıtmaqdır.
Assosiasiya sədri söyləyib ki, bütün fəaliyyətlərini ilin hər mövsümündə populyar olan bu sahənin inkişafı istiqamətində qurublar.
Milli Məclisin deputatı İlham Məmmədov diqqətə çatdırıb ki, turizmə sırf biznes məqsədilə yanaşmaq doğru deyil. Burada müxtəlif nüanslar da var ki, onları da nəzərə almaq lazımdır. Ölkəmizin tanıtımı, təbliği də bu sıradadır. Sağlamlıq turizmi Azərbaycanın brendidir və bu brendi dünyaya təqdim etməyi bacarmalıyıq. Dünyada analoqu olmayan Naftalan nefti, böyrək daşlarının düşürülməsində möcüzəvi effektə malik Qalaaltı suyu və digər bu kimi müalicə vasitələrimizi düzgün təbliğ etməklə ölkəmizə çoxsaylı turistlərin cəlbinə nail ola bilərik.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Emil Səfərov təmsil etdiyi qurumun sağlamlıq turizminin inkişafı istiqamətində mühüm işlər gördüyünü deyib. Onun sözlərinə görə, ölkə başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də turizmin bu istiqamətinə xüsusi diqqət öz əksini tapıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov ölkəmizdə Turizm Şurasının yaradılmasını turizm və biznes infrastrukturunun inkişafına xidmət etdiyini bildirib.
Vurğulanıb ki, hər turizm obyekti özlüyündə bir sahibkarlıq subyektidir. Hazırda Azərbaycanda kənd turizminin inkişafı istiqamətində mühüm işlər görülür. Ümumi götürdükdə isə turizm sahəsində əldə olunan uğurlar davam edir.
Konfrans çıxışlar və müzakirələrlə davam etdirilib.
Sonda qərara alınıb ki, assosiativ əməkdaşlıq davam etdirilsin, sahənin inkişafında və sağlamlıq turizmi məhsulunun tanıdılmasında birgə fəaliyyət həyata keçirilsin.
SAĞLAMLIQ
is.
1. Orqanizmin sağlam vəziyyəti; bədən üzvlərinin hamısının düzgün işlədiyi, normal fəaliyyət göstərdiyi hal; gümrahlıq.
Mən bu qadını bir az tanıyırdım, … qarabuğdayı üzündə bir dirilik, yanaqlarında vücudunun sağlamlığından nəşət edən bir qırmızılıq, gözlərində bir dərinlik mövcud idi. S.Hüseyn.
Ana bu qollardakı əzələlərin qüvvət və sağlamlığını hiss edirdi. İ.Əfəndiyev.
2. Səhhət üçün yararlılıq, xeyirlilik, cana xeyirlilik. Dağ havasının sağlamlığı. Sağlamlığı təmin edən amillər. Ətraf mühitin sağlamlığı.
□ Sağlamlıq ocaqları – istirahət və müalicəyə xidmət edən, havası sağlam olan yerlər – kurortlar, sanatoriyalar, istirahət evləri və s.
Azərbaycanda sağlamlıq ocaqlarının sayı ildən-ilə artır. ( Qəzetlərdən ).
Синонимы
- SAĞLAMLIQ SAĞLAMLIQ [Davud:] Mən buna görə heç nəyə qızırqanmıram, camaatın sağlamlığı yolunda canımı qoyuram (H
- SAĞLAMLIQ möhkəmlik — bərklik — qüvvətlilik
- SAĞLAMLIQ gümrahlıq — qıvraqlıq
- SAĞLAMLIQ səhhət — cansağlığı
Антонимы
- SAĞLAMLIQ SAĞLAMLIQ – ƏLİLLİK İnsanın yaşaması üçün sağlamlıq əsas şərtdir. Əlillik pensiyası alan Səfər kənddə bir müddət tüfeyli həyat keçirmiş, sonra el-oban
Müalic sağlamlıq turzmi doc
Müalicə-sağlamlıq turizmi
� Azərbaycanın kurort ehtiyatları burada müalicə olunan və istirahət edənlərin sayını 2 milyona qədər artırmağa imkan verir
Sağlamlıq turizmi dünyada son illərdə sürətlə inkişaf edən bir sektor olaraq çox önəmli bir turizm növünə çevrilib. İnsanlar bu gün sağlamlıqla bağlı problemlərinin həlli zamanı ən yaxşı seçimə üstünlük verməyə çalışırlar. Müalicə və tətil məqsədilə şəhərlərarsı və ölkələrarası reallaşan səyahətlər sağlamlıq turizmi adlanır.
Ölkədə müalicə-sağlamlıq turizminin inkişafı üçün təbii ehtiyatlar baxımından hər şey var. Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları, Abşeron göllərinin müalicəvi palçıq və suları, Lənkəranın, Gədəbəyin mineral suları� Amma əfsuslar olsun ki, ölkə sakinlərinin böyük əksəriyyəti təbiətin nemətlərindən istədiyi kimi faydalana bilmir. Çünki müalicə-sağlamlıq turizmi digər turizm növlərinə nisbətən zəif inkişaf edib, potensialın heç 5 faizi istifadə edilmir. Halbuki 2010-cu ildə dünyada müalicə turizmi sahəsində dövriyyənin həcmi təxminən 80 milyard dollar olub. 2012-ci ildə bu rəqəm 100 milyard dollara çatıb.
Sağlamlıq turizmindən ən böyük pay alan ölkələrin başında Sinqapur, Hindistan, Tayland, Malaziya kimi uzaq şərq ölkələri gəlir. Hindistana hər il təxminən 150 min turist müalicə almaq üçün gəlir. Hər il 30 faiz artım qeydə alınan Hindistanda sağlamlıq sektorundakı 2012-ci ilin sonunda gözlənilən gəlir 1 ,2 milyard funddur. Hindistanın sağlamlıq turizmindəki ən böyük üstünlüyü bu sahədəki potensialı öncədən kəşf etmiş olması, aşağı qiymət və yaxşı təqdimatdır. Bu gün Hindistan böyük xəstəxana zənciri yaratmaqla xarici xəstələr üçün xüsusi tərcüməçilər təqdim edir və əksəriyyəti ingiliscə danışan bir ölkə olmasının üstünlüklərindən yararlanır. Bundan başqa Taylanddakı Fuket xəstəxanası 15 dildə tərcüməçi ilə ildə 20 min xarici xəstəyə xidmət göstərir.
Azərbaycanın bir çox hidromineral ehtiyyatları vardır ki, bu da sanatoriya-kurort işinin inkişafı üçün əhəmiyyətlidir. Eyni zamanda burada rekreasiya və turizm xidməti üçün də çox əlverişli şərait vardır. Respublikanın landşaft-iqlim xüsusiyyətləri kurort-turizm təsərrüfatını inkişaf etdirməyə imkan verir. Ərazi geniş miqyasda quru subtropik iqlimə malik olduğu üçün insan səhhətinə müsbət təsir göstərir, yüksək dağ və tundra landşaftına malik olması isə qış idman növlərinin yaradılmasına geniş imkanlar açır. Mineral suların, müalicə nefti və palçığının olması kurort yerlərinin əhəmiyyətini artırmaqla yanaşı, onların il boyu fəaliyyət göstərməsinə şərait yaradır. Bu xidmət sahəsi çox gəncdir. Bu gün respublika ərazisində Azərbaycanda 27 minə qədər yeri olan 132 sanatoriya və istirahət müəssisələri və 4 minə yaxın yeri olan 10 turist bazası yaradılıb. Sağlamlıq ocaqlarında ildə orta hesabla 600 mindən artıq adam müalicə oluna bilər. Azərbaycanın kurort ehtiyatları burada müalicə olunan və istirahət edənlərin sayını 2 milyona qədər artırmağa imkan verir. Bu baxımdan Xəzər sahili zonanın əhəmiyyəti daha böyükdür. Bu zonanın çox böyük üstünlükləri var. Məsələn, Abşeron-Nabran sahillərində günəşli havalar Soçi-Suxumi rayonlarından 1 ,5 dəfə çoxdur. Xəzər sahilinin Nabran-Yalama, Giləzi-Zarat, Abşeron, Lənkəran-Astara çimərliklərinin yaxınlığında karbohidrogenli mineral sular vardır. Bunlar sahil zonalarında rekreasiya obyektlərinin bütün il boyu fəaliyyət göstərməsi üçün şərait yaradır.
Abşeron yarımadası kurortlar qrupu rayonu respublikamızda məşhur kurort guşəsidir. Təxminən 53 kilometr dənizin içərisinə doğru irəliləyən bu yarımada çimərliklərlə əhatələnib. Abşeron yarımadası iqliminə görə subtropik iqlimə çox yaxındır. Burada isti yay, günəşli payız, mülayim qış keçir, yazı nisbətən qısa olur. Abşeron təkcə qumlu sahil və dənizlə xarakterizə edilmir, burada həm də çoxlu şəfa bulaqları qaynayır. Belə ki, Suraxanı, Sabunçu və Şıx burnunda çıxan və tərkibi yod, brom və böyük müalicə təsiri gücünə malik çoxlu başqa maddələrlə zəngin mineral sular həm də böyük müalicə əhəmiyyətinə malikdir. Təəssüf ki, ərazidəki palçıq vulkanlarının müalicə palçıqları balneoloqlar və kurortoloqlar tərəfindən lazımınca tədqiq olunmayıb.
Abşeron rayonunun bir neçə çeşidli kurort imkanları vardır.
Bunlara metan və kükürdlü oksigen suları, mineral palçıq, mineral göllər, çimərliklər, dənizkənarı iqlim stansiyaları daxildir. Yarımadada böyük sayda metan və kükürdlü mineral sular vardır. Zığ qəsəbəsində və Şıxda mineral suların xüsusilə müalicəvi əhəmiyyət daşıyır. Masazır kəndində yerləşən Böyük Şor və Masazır gölləri tükənməz qiymətli müalicəvi palçıq mənbəyi sayılır. Lənkəran-Astara bölgəsində əsasən Masallı kurort təsərrüfatı ilə seçilir. İstisu Masallının möcüzəli guşəsidir. Burada fəaliyyət göstərən İstisu �Fatimeyi-Zəhra� Şəfa Sanatoriyası Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti su çıxır. Su bir çox xəstəlikləri sağaldır, hətta qədimdə yerli sakinlər bu suya minbir dərdin dərmanı olan möcüzə kimi baxıblar.
Qeyd edək ki, respublika ərazisində fəaliyyət göstərən özəl sanatoriyalarda bir sıra turizm xidmətləri göstərilsə də, qiymət münasib deyil. Məsələn, Qəbələdəki özəl müalicə müəssisəsində bir günlük seans 20 manatdır. Sözsüz ki, bu məbləğ orta təbəqə üçün çox bahadır. Ümumiyyətlə, turizm elə sahədir ki, xidmət və qiymətlər müştəri qazanmağa xidmət etməlidir. Qeyd edək ki, müalicə turizmində qonaqlara təkcə təkcə müayinə � müalicə xidmətləri deyil, həm də kompleks turizm xidmətləri də göstərilməlidir. Mütəxəssislərin bildirdiyinə görə, bu gün Naftalan nefti Azərbaycandan Çexiya, Xorvatiya və Ukraynaya aparılır. 19 xəstəliyin dərmanı olan Naftalan neftinin mənbədə göstərdiyi təsir üçqat böyükdür. Çünki məhsul daşınandan 5-6 saat sonra keyfiyyəti dəyişir, təsiri mənbədəki kimi yüksək olmur.
Gədəbəyin mineral suları Şimali Qafqaz bölgəsində də var. Amma kompleks turizm xidmətləri göstərilmədiyindən oradakı mineral sulardan istifadə edənlərin sayı olduqca azdır.
Naxçıvanda böyrək daşlarının müalicəsi üçün sular var. Bu suyun dörd növ böyrək daşını salması elmi cəhətdən təsdiqini tapıb. Qeyd edək ki, xarici ölkələrin heç birində belə tərkibdə mineral su yoxdur. Azərbaycandakı radonlu və kükürdlü suların analoqunu xarici ölkələrdə az-az tapmaq mümkündür. Daxili orqanların müalicəsində möcüzəli rola malik olan dəmirli sular haqqında da eyni fikirləri söyləmək mümkündür. Dəmirli sular qaraciyərin dərmanıdır. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində, iltihabyaradıcı amillərin aradan qaldırılmasında karbonlu sulardan istifadə etmək olar. Özü də bu sulardan təkcə müalicə müddətində deyil, həm də bərpa dövründə də istifadə etmək mümkündür.
Qeyd edək ki, 2009-2018-ci illər üçün Azərbaycanda kurortların inkişafı üzrə Dövlət Proqramı təsdiq edilsə də mütəxəssislərin bildirdiyinə görə, sənəddə təəssüfləndirici məqamlar da var. Belə ki, layihəni hazırlayanlar kurort işini turizmdən ayrı götürüblər. Dünya təcrübəsi isə göstərir ki, kurort və turizm bir-biri ilə bağlı sahələrdir.
Azərbaycan Turizm İnstitutunun tədqiqat və inkişaf şöbəsinin müdiri Eldar Aslanovun dediyinə görə, kurortlar sağlamlıq turizmi kimi mühüm əhəmiyyət kəsb edir: �2002-ci ildən indiyə qədər Azərbaycanda mehmanxana tipli müəssisələrin sayı 4 dəfə artıb. Buna baxmayaraq, sanatoriya-kurort müəssisələrinin yaxınlığında müasir tipli yerləşdirmə yerlərinin tikintisinə ehtiyac var. Naftalan, Bilgəh və İstisudakı sanatoriyalarda yerləşdirmə yerləri var. Amma onların müasir tələblərə nə qədər cavab verməsi, bura gələn turistlərin istirahəti, əylənməsi, vaxtlarını səmərəli keçirməsi məsələsi problemdir�.
E.Aslanovun fikrincə, Azərbaycandakı kurortların vəziyyətini iki cür xarakterizə etmək olar: �Birincisi, sovet dövründə qurulmuş, son illər bir hissəsi qaçqın və məcburi köçkünlər yerləşdiyi üçün, bir hissəsi də keçid dövründəki baxımsızlıq ucbatından yaxşı şəraitdə olmayan ərazilərdir. İkincisi isə heç sovet dövründə də yetərincə diqqət göstərilməyən kurort yerləridir. Məsələn, palçıq vulkanları müalicəvi əhəmiyyətli kurort məhsuludur. Amma təəssüf ki, palçıq vulkanlarının olduğu ərazilərdə müvafiq infrastruktur yoxdur. Ona görə də �2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı�nda bu məsələ ciddi şəkildə qoyulub. Hətta turizm-rekreasiya zonaları haqqında əsasnamədə də bu məsələ var ki, bütün turizm zonalarında, xüsusilə də tarixi abidələrin olduğu yerlərdə təmiz havası, faydalı suları, həmçinin palçıq vulkanları olan ərazilərdə müvafiq infrastruktur qurulsun. Hazırda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Naftalan sanatoriyasının təmiri gedir, Masallıda İstisuda müəyyən işlər aparılıb, amma bu işlərin daha da genişləndirilməsinə ehtiyac var. Nəzərə alsaq ki, ölkəyə gələn turistlərin sayı ildən-ilə artır, onda müasir standartlara uyğun turizm obyektlərinin tikintisi çox vacibdir�.
Turizm İnstitutunun baş müəllimi, coğrafiya elmləri namizədi Vüqar Dərgahovun fikrincə, bu sahəni dirçəltmək üçün sahibkarlara güzəştli kreditlər verilməlidir. Bundan başqa, müalicə turizminə sərmayə qoyub gəlir götürmək yollarını öyrənmək üçün marketinq tədqiqatına ehtiyac var. İlkin mərhələdə model olaraq kompleks xidmətlər göstərən sanatoriyanın yaradılması qaçılmazdır. Lakin mütəxəssis təklif edir ki, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nəzdindəki bərpa müəssisələrinin özəlləşdirilməməsi məqsədəuyğun olardı. Onun sözlərinə görə, əksər xarici dövlətlərdə də əhalinin sosial təminatının təmin edilməsi baxımından həmin müəssisələr dövlət qurumlarının nəzdində qalır. Lakin digərləri kütləviliyi və rentabelliyini təmin etmək üçün özəlləşdirilməlidir.
�Millenium� turizm şirkətinin rəhbəri Ruslan Quliyev deyir ki, �Naftalan�, yaxud �Duzdağ�ı bir brend şəklinə salıb bütün dünyaya çatdırmaq olar: �Biz bəzən özümüzü başqa ölkələrlə dəniz turizmi ilə müqayisə edirik. Ancaq bu gün ölkəmizdə müalicə turizminin inkişaf etdirilməsi Azərbaycanda turizm günlərinin sayının artması deməkdir. 10 il bundan əvvələ baxdıqda vəziyyət fərqli idi. Bu gün həmin yerlərdə abadlaşdırma işləri gedir. Hazırda �Naftalan� və �Duzdağ�da sözün həqiqi mənasında dünya standartlarına cavab verən mehmanxanalar var. Biz bunun kütləviliyini təmin etmək üçün düşünürük ki, gələcəkdə 3-4 ulduzlu mehmanxanalar da tikməliyik�.
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi .- 2013.- 12 fevral.- S.15.
Comments are closed, but trackbacks and pingbacks are open.