Press "Enter" to skip to content

Müalicəvi bitkilər

Ürək üçün faydalı müalicəvi bitkilər:

Azərbaycanın bitkilər aləmi və onun qorunması

Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir.Bitkilərin varlığı yer üzündəki canlıların həyatı üçün çox vacibdir.İnsanın həyatı üçün bitkilərin ən əhəmiyyətli ünsürləri nədir? Əlbəttə ki,bu suala cavab olaraq oksigen,su,qida kimi əsas ehtiyacları göstərə bilərik ki,bütün bu ehtiyacları yer üzərində təmin edən yaşıl bitkilərdir.

Bəzi bitkilər var ki,onlardan təbabətdə istifadə olunur.Bunlar müalicəvi əhəmiyyətə malikdir.Bunlara giciətkanı,kəklikotunu,yarpızı,nanəni,qaratikanı,solmaz çiçəyini və sair misal gətirə bilərik.

Azərbaycan öz meşələri ilə də zəngindir. Bu meşələri kollar və ağaclar təşkil edir.Məsələn:-Eldar şamı,akasiya,dəmirağac, qaraçöhrə,vələs və sair.Bu zəngin meşələri əhatə edən bitkilərin bizim həyatımızda rolu böyükdür.

Havası sərindir,suyu sərindir, Könüllər oxşayan cənnətdir meşə. Torpağa bəzəkdir,yurda bəzəkdir, Gözəllik tacıdır,sərvətdir meşə.

Çox təəssüflər olsun ki, insan övladı bu kimi vacib amilləri bilərək meşələrimizə və yaşıllaqlarımıza ögey münasibət bəsləyirlər.Meşələrimizi qırır və yaşıllıqları məhv edirlər.Bu gün meşələrə, yaşıllığa qarşı hücum insana qarşı yönəlmiş ən ağır cinayətdir.Ağacları kəsib yanacaq kimi istifadə edən, yaşıllıqları məhv edib yerində çoxmərtəbəli binalar inşa edən insanlar bilməlidirlər ki, bununla onlar biz uşaqların sağlamlığına və gələcəkdə sağlam inkişafımıza böyük zərbə vururlar.

Yaşıllıqlar yerin oksigen qatını əmələ gətirən ən vacib amillərdən biridir.Yaşıllıqları məhv etdikdə havada oksigen azalır və oksigenin azalması nəticəsində də canlı aləmin tələfinə gətirib çıxarır.

Gəlin yaşıllıqları məhv etməyək,hərəyə bir ağac əkərək onları artıraq.

Bununla əlaqədar xanım Leyla Əliyevanın iştitakı ilə mart ayında “Məktəb bağları”layihəsinin aksiyası zamanı məktəbimizin həyətində 100 ədəd ağac əkilmişdir.Layihənin keçirilməsində məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadə etmək və məktəbyanı sahələri yaşıllaşdırmaqdır.

Təbiəti qoru, öldürmə!

Azərbaycan dövləti nadir bitki və heyvan növlərini qorumaq məqsədilə milli parklar yaratmışdır.Bunlardan-Altıağac Milli Parkı,Abşeron Milli Parkı,Göygöl Milli Parkı və s.misal çəkmək olar.

Azərbaycanda bundan başqa təbiətin mühafizəsi üçün qoruqlar və yasaqlıqlar da yaradılmışdır.

Qoruq-mövcud təbiət komplekslərini qorumaq,təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir.Burada kökü kəsilməkdə olan və nadir hallarda rast gələn bitki və heyvan növləri qorunur. Ölkəmizin təbiətinin mühafizəsində Zaqatala,Qızılağac,İlisu və s.kimi təbiət qoruqlarının böyük rolu var. Budan başqa Respublikamızda Şəki,İsmayıllı,Arpaçay və s. kimi dövlət yasaqlıqlarının da təbiət mühafizəsində rolu böyükdür.

GƏLİN, ANA TƏBİƏTİN BİZƏ BƏXŞ etdiyi ƏVƏZSİZ VARLIĞI-MEŞƏLƏRİ VƏ YAŞILLIQLARI QORUYAQ.

Təbiəti qorumaqda biz uşaqların öhdəliyi nədir? Biz uşaqlar ağacları qırmamaq,yaşıllıqları əzməmək,bizə lazım olan yerdə qüvvətimiz çatdığı qədər ağac və gül əkmək və onların böyüməsində köməkliklər etməkdir.

müalicəvi bitkilər

Çay Azərbaycanda ən çox sevilən içkilərdən biridir. Əksər insan isə qara çay aludəçisidir. Qara, xüsusilə də berqamont çayının bilinməyən faydaları çoxdur. xəbər verir ki, berqamont çayı yorğun insanı sakitləşdirir, stress

Ağciyəri təmizləyən bitki – EVKALİPT. Müalicəvi reseptlər

Güclü virus, bakteriya və iltihab əleyhinə xüsusiyyətlərə malik olan evkalipt qədimdən nəfəsalma sistemi xəstəlikləri, öskürək zamanı istifadə olunur. Evkalipt həm yuxarı, həm də aşağı nəfəs yollarını selik və mikroblarda

Qəbizlik zamanı ən yaxşı kömək edən MÜALİCƏVİ BİTKİ

Müasir insanların əksəriyyəti azhərəkətli həyat tərzi sürür, fast-fuda üstünlük verir, daim streslərə məruz qalır ki, bunun nəticəsində bağırsaqların fəsliyyəti pozulur, ləngiyir, qəbizlik yaranır. Bir çox hallarda fizik

Qəbizlik zamanı ən yaxşı kömək edən MÜALİCƏVİ BİTKİ

Müasir insanların əksəriyyəti azhərəkətli həyat tərzi sürür, fast-fuda üstünlük verir, daim streslərə məruz qalır ki, bunun nəticəsində bağırsaqların fəsliyyəti pozulur, ləngiyir, qəbizlik yaranır. Bir çox hallarda fizik

Ağciyəri təmizləyən bitki – EVKALİPT. Müalicəvi reseptlər

Güclü virus, bakteriya və iltihab əleyhinə xüsusiyyətlərə malik olan evkalipt qədimdən nəfəsalma sistemi xəstəlikləri, öskürək zamanı istifadə olunur. Evkalipt həm yuxarı, həm də aşağı nəfəs yollarını selik və mikroblarda

Yaz bitkiləri və onların müalicəvi keyfiyyətləri

Qış fəslində qidalanma insan orqanizmini vitamin və antioksidant deposunu azaldır, çünki qəbul edilən qidaların tərkibində vitaminlər az olur, necə deyərlər, bədən vitaminsizləşir. Yazda yeni çıxan bitkilərlə qidalanmaq orqanizmi

ALOE VERA BİTKİSİNİN MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Aloe veranın faydalı xüsusiyyətləri. Zədələnmiş toxumaların regenerasiya (bərpası) prosesini sürətləndirir. Orqanizmin funksional işini aktivləşdirir, toksiki maddələrdən təmizləyir, immun sistemini gücləndirir və orqanizmd

Müalicəvi bitkilər – Ayıqulağı

Bitkilərlə müalicə təbii üsullarla müalicə hesab olunur və insan üçün zərərsizdir. Həmin bitkilərin siyahısına ayıqulağı yarpağı da daxildir ki, bu da böyrək xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Ayıqulağı yarpağını

Ürək üçün faydalı müalicəvi bitkilər

Müalicəvi bitkilər ta qədimdən müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası zamanı uğurla istifadə olunurdu. Onların faydalı təsiri tibb elmində də təsdiq olunub. Bu bitkilər dərman prepartaların hazırlanması zaman

müalicəvi bitkilər melumatlari 2023, müalicəvi bitkilər haqqinda melumat , müalicəvi bitkilər xeberleri, müalicəvi bitkilər haqqinda ətraflı xanim.az saytında öyrənə bilərsiz

Seçilmiş xəbərlər

Xanım.az saytı Azərbaycan xanımları üçün maraqlı olan bütün xəbərlər var. Qadin saytinda Gözəllik sirrləri , Azərbaycan qadınları, yemek reseptləri , Hamilə qadın , ana südü, uşaqlar, uşaq yemekleri, intim münasibətlər, qadin xeberleri, sağlamlıq xəbərləri, faydalı melumatlar, ən yeni 2023 deb moda, kosmetika mehsullari , gozellik və sağlamlıq haqqında məlumatlar ala bilərsiz.
Email: info [ @ ] xanim.az

Ürək üçün xeyirli bitkilər

Müalicəvi bitkilər ta qədimdən müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası zamanı uğurla istifadə olunurdu.

Onların faydalı təsiri tibb elmində də təsdiq olunub. Bu bitkilər dərman prepartaların hazırlanması zamanı geniş istifadə olunur.

Ürək üçün faydalı müalicəvi bitkilər:

Sakitləşdirir, ürək əzələsini tonuslaşdırır, ürəyin qanla təchiz olunmasını yaxşılaşdırır, aritmiyanı və taxikardiyanı aradan qaldırır, arterial təzyiqini aşağı salır.

Ev şəraitində yemişandan təbii dərmanlar hazırlamaq olar:

– 1/2 kq tam yetişmiş yemişan həvəngdəstədə əzilir, ora 100 ml qaynanmış su əlavə olunur və vam odda 40 C-yə kimi qızdırılır. Alınmış şirə sıxılır və gündə 3 dəfə 1 xörək qaşığı olmaqla yeməkdən əvvəl içilir. Bu vasitəni uzun müddət ərzində (bir neçə ay) istifadə etmək olar. Yaşlı insanlar üçün xüsusilə xeyirlidir.

– 3 xörək qaşığı quru yemişan meyvələri 1 l-lik termosa tökün və qaynar su əlavə edin. 2 saat dəmlədikdən sonra dəmləməni süzün. Gündə 3-4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı için.

Nanə ürək üçün ən faydalı bitkilərdən biri sayılır. Məhz bu səbəbdən nanə ən populyar ürək dərmanın “validolun” tərkibinə daxildir. Nanə ürək və beyin damarlarını genişləndirir, ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir.

– 2 çay qaşığı xırdalanmış yarpaqlar 1 stəkan qaynar suda dəmlənir və 1 saatdan sonra süzülür. Dəmləmə xırda qurtumlarla gün ərzində içilir.

Bu bitki taxikardiya zamanı yaxşı kömək edir.

– Quru güllərin 2 çay qaşığını 1 stəkan qaynar suda dəmləyin, 1 saatdan sonra süzün, gündə 3 dəfə stəkanın 1/4 hissəsini yeməkdən əvvəl için.

4. Pişikotu kökü

Bu ot da ürəyə çox yaxşı təsir edir. Pişikotu kökü tac damarlarını genişləndirir, sakitləşdirir, ürəyin fəaliyyətini yaxşılaşdırır. Bir çox ürək preparatların tərkibinə bu ot daxildir.

– 1 xörək qaşığı pişikotu kökü axşamdan 1 stəkan qaynar suda dəmləyin və ertəsi gün axşama kimi xırda qurtumlarla için.

– Pişikotu kökü – 2 çay qaşığı, nanə – 2 çay qaşığı, quru yemişan meyvələri – 2 çay qaşığı 1 l-lik termosa tökün, qaynar su əlavə edin və 1 saat ərzində dəmləyin. Sonra dəmləməni süzün və gün ərzində 3-4 dəfə 1 xörək qaşığı için.

Bu ot ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirin, ürək ritmini tənzimləyir, arterial təzyiqini aşağı salır.

– Boymadərən – 2 çay qaşığı, pişikotu kökü – 3 çay qaşığı, mayaotu toxumu – 2 çay qaşığı, badrənc – 3 çay qaşığı. Otlar qarışdırılır. 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənir, 1 saatdan sonra süzülür. Gündə 4 dəfə 1/4 stəkan içilir.

Aterosklerozun və trombların əmələ gəlməsinin və inkişafın qarşısını alır, sakitləşdirir.

Çaytikanı dəmləmə (1 xörək qaşığı meyvələr + 1 xörək qaşığı qaynar su) və mürəbbə şəklində qəbul etmək olar.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.