Press "Enter" to skip to content

Muğam haqqında əlyazmalar

Mədəniyyət.- 2014.- 14 mart.- S. 7.

Muğam haqqında əlyazmalar

2013-cü ildə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində “Muğam haqqında əlyazmalar toplusu” nəşr edilib. Topluya Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində saxlanılan musiqiyə həsr olunmuş əlyazmalar daxildir.

3 kitabdan ibarət topluya yeddi əsər daxil edilib. 1-ci kitab “Behcətür-ruh”dur. Müəllifin fars dilində yazdığı və musiqi elmi haqqında bir risalə kimi təqdim etdiyi kitabda musiqiyə dair dəyərli məlumatlar yer alıb. Əsərin Azərbaycan, İran, İngiltərə, Rusiya və başqa ölkələrin əlyazma xəzinələrində saxlanılan və bir-birindən fərqlənən nüsxələri uzun müddətdir ki, mütəxəssislər və muğamsevər oxucular üçün qiymətli məlumat mənbəyinə çevrilib.

2-ci kitab “Musiqi haqqında risalələr” adlanır. Bu kitaba 5 risalə daxildir. Məşhur Azərbaycan alimi Mir Möhsün Nəvvaba məxsus ilk risalənin XIX əsrin sonlarında yazıldığı güman edilir. Risalənin mətni cədvəllər əsasında izahla müşayiət olunur. Əmir xan Kövkəbi Gürci və digər naməlum müəlliflərin yazdığı digər risalələrdə muğamın yaranma tarixi, musiqi nəzəriyyəsinə və ifaçılıq sənətinə dair maraqlı məlumatlar yer alıb. Musiqi elminin əsaslarından bəhs edən risalələrdə muğamın pərdələri və şöbələrinin bürclərə, planetlərə, ilin dörd fəslinə nisbət verilməsi haqqında məlumatlar cədvəllərlə göstərilib, ritmlərin, çalğı alətlərinin öyrənilməsinə fəsillər ayrılıb.

“Muğam üstündə oxunan şeirlər” adlanan 3-cü kitabda Pirinin, Hüdayinin, Yunus Əmrənin, Zakirinin, Dərviş Osmanın, Qasiminin, Əşrəf oğlu Ruminin, Əhmədin və digər məşhur Osmanlı türk şairlərinin şeirləri toplanılıb.

Muğam haqqında əlyazmalar

� Muğam haqqında əlyazmalar toplusu �

Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində muğamsevərlər üçün � Muğam haqqında əlyazmalar toplusu � nəşr edilib . Topluya AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan musiqiyə dair əlyazmalar daxildir .

Üç kitabdan ibarət topluda yeddi əsər yer alıb . � Behcətür-ruh � adlı birinci kitabda fars dilində yazılmış musiqi elmi haqqında risalə verilib . Əsərin Azərbaycan , İran , İngiltərə , Rusiya və başqa ölkələrin əlyazma xəzinələrində saxlanılan və bir-birindən fərqlənən nüsxələri uzun müddətdir ki , mütəxəssislər və muğamsevər oxucular üçün qiymətli məlumat mənbəyinə çevrilib .

� Musiqi haqqında risalələr� adlı ikinci kitaba 5 risalə daxildir . Onlardan ikisi məşhur Azərbaycan alimi Mir Möhsün Nəvvaba məxsusdur. Əmir xan Kövkəbi Gürci və naməlum müəlliflərin yazdıqları digər risalələrdə muğamın yaranma tarixi , musiqi nəzəriyyəsinə və ifaçılıq sənətinə dair maraqlı məlumatlar verilir . � Muğam üstündə oxunan şeirlər� adlanan üçüncü kitabda Pirinin , Hüdayinin , Yunus Əmrənin, Zakirinin , Dərviş Osmanın, Qasiminin , Əşrəf oğlu Ruminin , Əhmədin və digər məşhur Osmanlı türk şairlərinin şeirləri toplanıb.

Mədəniyyət.- 2014.- 14 mart.- S. 7.

“Muğam haqqında əlyazmalar toplusu” nəşr edilib

Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində muğamsevərlər üçün “Muğam haqqında əlyazmalar toplusu” nəşr edilib.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 mart /Trend/

Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində muğamsevərlər üçün “Muğam haqqında əlyazmalar toplusu” nəşr edilib.

Fonddan Trend-ə verilən məlumata görə, topluya Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində saxlanılan musiqiyə həsr olunmuş əlyazmalar daxildir.

Üç kitabdan ibarət topluya yeddi əsər daxil edilib. Birinci kitab “Behcətür-ruh”dur. Müəllifin fars dilində yazdığı və musiqi elmi haqqında bir risalə kimi təqdim etdiyi kitabda musiqiyə dair dəyərli bilgilərlər yer alıb. Hazırda əsərin Azərbaycan, İran, İngiltərə, Rusiya və başqa ölkələrin əlyazma xəzinələrində saxlanılan və bir-birindən fərqlənən nüsxələri uzun müddətdir ki, mütəxəssislər və muğamsevər oxucular üçün qiymətli bir məlumat mənbəyinə çevrilib.

Comments are closed, but trackbacks and pingbacks are open.