Press "Enter" to skip to content

MüASİr azorbaycan diLİ

AZƏRTAC xəbər verir ki, dərslik müasir Azərbaycan dili fənninin sintaksis şöbəsi proqramının tələbinə uyğun yazılıb. Burada sintaksisə giriş, sintaktik əlaqələr, söz birləşmələri, cümlə, cümlənin məqsəd və intonasiyaya görə növləri, cümlə üzvləri (mübtəda, xəbər, tamamlıq, təyin, zərflik), əlavələr, xüsusiləşmələr, cüttərkibli cümlələr, bütöv və yarımçıq cümlələr söz-cümlə, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər və birləşmələr, mürəkkəb cümlə, tabesiz və tabeli mürəkkəb cümlə və onların növləri, qarışıq tipli mürəkkəb cümlələr, cümlə üzvlərinin sırası, mürəkkəb sintaktik bütöv-mətn, vasitəli və vasitəsiz nitq, durğu işarələri barədə ətraflı məlumat verilir.

Yeni “Müasir Azərbaycan dili” dərsliyi – gənc tədqiqatçılar və tələbələr üçün dəyərli mənbə

Azərbaycanın tanınmış dilçi alimi, professor Buludxan Xəlilovun “Müasir Azərbaycan dili” dərsliyi “Adiloğlu“ nəşriyyatında çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, dərslik müasir Azərbaycan dili fənninin sintaksis şöbəsi proqramının tələbinə uyğun yazılıb. Burada sintaksisə giriş, sintaktik əlaqələr, söz birləşmələri, cümlə, cümlənin məqsəd və intonasiyaya görə növləri, cümlə üzvləri (mübtəda, xəbər, tamamlıq, təyin, zərflik), əlavələr, xüsusiləşmələr, cüttərkibli cümlələr, bütöv və yarımçıq cümlələr söz-cümlə, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər və birləşmələr, mürəkkəb cümlə, tabesiz və tabeli mürəkkəb cümlə və onların növləri, qarışıq tipli mürəkkəb cümlələr, cümlə üzvlərinin sırası, mürəkkəb sintaktik bütöv-mətn, vasitəli və vasitəsiz nitq, durğu işarələri barədə ətraflı məlumat verilir.

Qeyd edək ki, XX əsrin 50-ci illərindən sonra sintaksis sahəsində xeyli tədqiqat işləri aparılıb, xüsusilə dissertasiyalar, monoqrafiyalar və dərsliklər çap olunub. Bu sahədə bir çox alimlərin böyük xidmətləri var. İnanırıq ki, B.Xəlilovun sintaksisdən bəhs edən bu dərsliyi gənc tədqiqatçılar və tələbələr üçün dəyərli elmi mənbə olacaq.

MüASİr azorbaycan diLİ

K 17 Kaıimov Q.Ş. Miiasir Azerbaycan dili. Sintaksis. Baki, “Tahsil”, 2007, 496 seli.

Dorslik ümumi dilçiliyin ve Azerbaycan dilçiliyMin son nailiyyatleri asa­ sında yazılmışdir. anenevi sintaksis sahasinda görkemli alimlarimizin tedqiq ve arasdımıaları ilo yanası, söz birleşmesi, cümle ye motn problemlarinin öy­ renilmesine yeni baxış esas götürülmüş, mövzuların şerhine nitqin aktuallaş-

lması imkanlarının öyranilmosi mövqeyindon diqqat yetirilmisdir. Ona göre da derslik nitqin funksional cehatlorMin xüsusi nazara alınması baxı­ mından avvolki derslikdon ferqlenir.

Ali mektablorin filologiya faktilteleri üçü]] nazarde tutulan bu derslikdan basqa fakültelerin talebelari, magistrler, aspirantlar, müallimlar da istifade ede bilerlar.

K 4306020200 2007 053 © “Tahsil”, 2007

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

Akademik: “Müasir Azərbaycan dilinin qrammatikası yenidən yazılmalıdır”

Akademik: “Müasir Azərbaycan dilinin qrammatikası yenidən yazılmalıdır” Bakı. 7 noyabr. REPORT.AZ/ “Müasir Azərbaycan dilinin qrammatikası” adlı kitaba ciddi ehtiyac yaranıb”.

7 Noyabr , 2018 10:12

https://static.report.az/photo/d226178b-8821-4389-ae11-9ecc627aa9c9.jpg

Bakı. 7 noyabr. REPORT.AZ/ “Müasir Azərbaycan dilinin qrammatikası” adlı kitaba ciddi ehtiyac yaranıb”. “Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib. O qeyd edib ki, bu adda axırıncı çoxcildlik nəşr XX əsrin yetmişinci illərində Azərbaycan Dövlət Universitetində çalışan görkəmli alimlər tərəfindən hazırlanıb: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev in təşəbbüsü ilə “Müasir Azərbaycan dili” çoxcildlik nəşrinin müəllifləri olan görkəmli dilçi alimlər Dövlət mükafatı laureatı adına layiq görülmüşdülər. Bununla belə, həmin qrammatika kitabının nəşrindən keçən yarım əsrdən çox müddətdə, xüsusən ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra Azərbaycan dilinin leksik tərkibi daha da zənginləşmiş, dildə müəyyən bir milliləşmə prosesi getmişdir. Ona görə də ölkəmizin tanınmış dilçi alimlərinin cəlb olunması ilə müstəqillik mərhələsinin tələbləri əsasında müasir Azərbaycan dilinin qrammatikası yenidən yazılmalıdır. Bu, həm ali məktəblərin filologiya fakültələri üçün dərslik kimi istifadə olunmaq, həm də ümumiyyətlə dil normalarını xalqımıza çatdırmaq üçün son dərəcə əhəmiyyətli bir addım ola bilər”. “Onu da qeyd etməliyəm ki, Nəsimi adına Dilçilik İnstitutunda “Müasir Azərbaycan dilinin qrammatikası” kitabının plan-prospekti hazırlanmışdır. Azərbaycan dilinin qrammatikasının bütün şöbələrini: leksika, fonetika, morfologiya və sintaksis bölmələrini əhatə edəcək bir kitabın yüksək elmi-nəzəri səviyyədə hazırlanması üçün ölkəmizin dilçi alimlərinin yaradıcılıq potensialını birləşdirmək lazımdır. Bundan başqa, Azərbaycan dilinin daxili zənginliyini, söz ehtiyatının rəngarəngliyini xalqımıza, yeni nəsillərə çatdırmaq üçün Azərbaycan dilinin sinonimlər lüğətinin hazırlanmasına da diqqət yetirməyimizə böyük ehtiyac var. Müasir elmi-texniki yeniliklərlə əlaqədar Azərbaycan dilinə daxil olan terminlər və onların dilimizdəki münasib qarşılığı olan sözlər haqqında mütəmadi olaraq mətbuat vasitəsilə xalqımıza zəruri məlumatların çatdırılması da çaşqınlığın, yersiz uydurmaların qarşısını ala bilər”.

Comments are closed, but trackbacks and pingbacks are open.