Press "Enter" to skip to content

Müasir azrbaycan dbi dilinin fonetikası ağamusa

SAMIT SƏSLƏRIN NÖVLƏRI. Samit səslərin iki növü var: kar samitlər, cingiltili samitlər.
– Kar samitlər təkcə küydən əmələ gəlir. Dilimizdəki kar samitlər aşağıdakılardır: p, f, (k’), t, ç, s, x, k, (x’), ş, h
– cingiltili samitlərin əmələ gəlməsində isə səs telləri də iş-tirak edir. Buna görə onlar küydən və səsdən ibarət olur. cin-gil-tili samitlər bunlardır: b, v, q, d, c, z, ğ, g, y, j, r, l, m, n
Dilimizdəki kar və cingiltili samitlərin çoxu cütlük təşkil edir:
b, v, q, d, c, z, ğ, g, y, j, r, l, m, n –
p, f, (k’), t, ç, s, x, k, (x’), ş, – – – – h
Qeyd: Əslində Azərbaycan dilində 25 (iyirmi beş) samit səs vardır. Bunların 23-nün hərfi işarəsi olduğundan, biz qram-ma-tika kitablarında onların sayını adətən 23 kimi qəbul edirik.
R, l, m, n cingiltili samitlərinin kar qarşılığı, h kar samitinin isə cingiltili qarşılığı yoxdur.

Fonetika

Dil haqqında elmin “Fonetika” bölməsində danışıq səsləri öyrənilir.
Danışıq səslərinin əmələ gəlməsini, onların bir-birinə münasibəti və fiziologiyasını, keyfiyyət və kəmiyyətini, nitq prosesindəki funksiyasını və s. bu kimi bir çox əlamətlərin qanunauy-ğunluqlarını öyrənən dilçilik şöbəsinə fonetika deyilir.
Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Danışıq səsləri danışıq üzvləri vasitəsilə əmələ gəlir. Danışıq üzvləri aşağıdakılardır: 1) ağ ciyərlər, 2) nəfəs borusu, 3) qırtlaq, 4) səs telləri, 5) ağız boşluğu, 6) dil, 7) dodaqlar, 8) dişlər, 9) burun boşluğu, 10) alt çənə, 11) üst çənə, 12) damaqlar.
Səslərin formalaşması prosesində iştirak edən mütəhərrik üzvlər dil, dodaqlar və alt çənədir. Damaqlar, dişlər və üst çənə isə hərəkətsiz üzvlər hesab olunur.
Danışıq səslərinin əmələ gəlməsində səs telləri, dil və dodaqlar daha fəal iştirak edir.
Sözün mə’nasını və formasını dəyişdirə bilən ən kiçik dil vahidi fonem adlanır. Azərbaycan dilindəki [n] və [m] səslərindən başqa, yerdə qalan bütün danışıq səslərinin tələffüzündə hava axını ağızdan çıxır. [N] və [m] səslərinin əmələ gəlməsində isə hava axını, əsasən burun boşluğundan çıxır. Ona görə də bu səslərə burun səsləri deyilir.
Səsləri hərflərlə, sözün yazılışını tələffüzü ilə qarışdırmamaq üçün böyük mö’tərizə [ ] işarəsindən istifadə olunur. Səs və sözün tələffüzünü göstərmək üçün böyük mötərizədən ([a], [ayilə]) bir işarə kimi istifadə olunduğu halda, hərf və sözün yazılışında (a, ayilə) bu işarəyə ehtiyac olmur.

SAIT VƏ SAMIT SƏSLƏR.

Danışıq səsləri iki cür olur:
1) saitlər, 2) samitlər.
Tələffüz zamanı maneəyə rast gəlməyən, musiqili tona malik, çox aydın şəkildə səslənən, deyilərkən hava axını ağızdan sərbəst çıxan səslərə sait səslər deyilir. Dilimizdəki səslərin doqquzu sait-dir: a, ə, e, ı, i, o, ö, u, ü.
Samitlərin tələffüzündə hava axını ağızda müxtəlif maneələrə rast gəlir. Bu səslər maneəli, küylü səslər adlanır. Müasir Azərbaycan dilində olan samit səslər aşağıdakılardır: b, p, v. f, g, k, z, s, j, ş, ğ, x, ç, c, q, (k’), d, t, y, (x’), l, r, m, n, h.

SAIT SƏSLƏRIN NÖVLƏRI.

Yaranma yerinə və tələf-fü-z üsuluna görə sait səslərin üç növü var:
1) Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqi vəziyyətinə) görə. Bu vəziyyətə görə saitlər iki qrupa ayrılırlar:
a) qalın (dilarxası) saitlər: a,ı,o,u
b) incə (dilönü) saitlər: ə,e,i,ö,ü
2) Dilin üst damağa doğru qalxması və alt çənənin nisbətən aşağı enməsinə (dilin şaquli vəziyyətinə) görə. Bu vəziyyətə görə saitlər iki cür olur:
a) qapalı (dar) saitlər: ı,i,u,ü
b) açıq (geniş) saitlər: a,ə,e,o,ö
3) Dodaqların vəziyyətinə görə. Bu vəziyyətə görə saitlərin iki növü var:
a) dodaqlanan saitlər: o,ö,u,ü
b) dodaqlanmayan saitlər: a,ə,e,ı,i

SAMIT SƏSLƏRIN NÖVLƏRI. Samit səslərin iki növü var: kar samitlər, cingiltili samitlər.
– Kar samitlər təkcə küydən əmələ gəlir. Dilimizdəki kar samitlər aşağıdakılardır: p, f, (k’), t, ç, s, x, k, (x’), ş, h
– cingiltili samitlərin əmələ gəlməsində isə səs telləri də iş-tirak edir. Buna görə onlar küydən və səsdən ibarət olur. cin-gil-tili samitlər bunlardır: b, v, q, d, c, z, ğ, g, y, j, r, l, m, n
Dilimizdəki kar və cingiltili samitlərin çoxu cütlük təşkil edir:
b, v, q, d, c, z, ğ, g, y, j, r, l, m, n –
p, f, (k’), t, ç, s, x, k, (x’), ş, – – – – h
Qeyd: Əslində Azərbaycan dilində 25 (iyirmi beş) samit səs vardır. Bunların 23-nün hərfi işarəsi olduğundan, biz qram-ma-tika kitablarında onların sayını adətən 23 kimi qəbul edirik.
R, l, m, n cingiltili samitlərinin kar qarşılığı, h kar samitinin isə cingiltili qarşılığı yoxdur.

ƏLIFBA. Şifahi dildə sözlər səslərlə, yazılı dildə isə hərf-lərlə ifadə olunur. Hərf danışıq səsinin yazıdakı şərti işarəsidir.
Hərflərin çap və əlyazması, böyük və kiçik şəkli olur. Bütün hərf-lərin müəyyən sıra ilə düzülüşü əlifba adlanır. Dilimizin əlifbasında 32 hərf vardır. Hərflərin 9-u sait, 23-ü samit səsləri bildirir.
Hərfi işarələr əsasında formalaşan əlifbaların, demək olar ki, hamısında hərflərin sıralanması çox oxşardır. A və B belə əlifbalarda ilk hərfləri təşkil edir. Bu isə qədim dövrlərlə, ilk hərfi yazıların yaranması dövrü ilə əlaqədar olaraq ən’ənəvi hal kimi sabitləşmişdir. Buna görə də ilk hərflərin adı ilə bağlı olaraq alfa, betta birləşməsindən əlifba sözü (rusca alfavit, ingiliscə alrhabet və s.) düzəldilmişdir.
Əlifba sözü ərəb dilində alfa əvəzinə əlif, betta əvəzinə ba birləşməsindən düzəlmiş, Azərbaycan dilinə də ərəb dilindən keçmişdir.
Lüğətlərdə, müxtəlif siyahı və mə’lumat kitiblarında sözlər, adətən, əlifba sırası ilə düzüldüyündən, əlifba sırasını əzbər bilmək hər bir savadlı şəxs üçün vacibdir.
Biz səsləri tələffüz edir və eşidirik. Hərfləri isə yazır və görürük. Hərfləri onların əlifbadakı adları ilə göstərmək lazımdır. Məs: «qapı» sözü dörd hərfdən ibarətdir: “qe”, “a”,“pe”, “ı”.
Əlifbadakı dörd hərf – cingiltili, kar qarşılığı olmayan və bə’zən də sonor samitlər adlandırılan m (“em”), n (“en”), l (“el”) və r (“er”) samitlərindən başqa, yerdə qalan bütün samitlər hərfin arxasına “e” saiti qoşulmaqla deyilir. Məs: b (“be”), d (“de”), x (“xe”), t (“te”), v (“ve”) və s. “K” hərfinin isə iki adı var: “ke”, “ka”. Sait səslərin, hərflərin adı isə yazıldığı şəkildə adlandırılır. Məs: a (“a”), ə (“ə”), u (“u”) və s.

(K) SƏSININ YAZIDA IFADƏSI
«Ke» hərfi iki əsas səsi ifadə edir: 1) (g) samitinin kar qarşılığını – k (“ke”) səsini. Məs: tə(k), şə(k)il, k(örpü) və s; 2) (q) sa-mitinin kar qarşılığını – k («ka») səsini. Məs: mar(k)a, (k)api-tan, maya(k) və s.
Qeyd: «Ke» hərfi digər hallarda (y) samitinin kar qarşılığı kimi səslənir və bu səs yazıda şərti olaraq (x’) kimi işarə olunur və (y) kimi tələffüz olunur. Məs: məktəb – mə(x’)təb – mə(y)təb, ürək – ürə(x’) – ürə(y) və s.
Əlifbamızda «Ke» hərfinin iki adı var: “ke” və «ka». Miqdarca çox az olan bəzi sözlərdə “q” hərfi də (k) səsini ifadə edir; Məs: nöqsan – nö(k)san, rəqs – rə(k)s, toqqa – to(k)qa, çaqqal – ça(k)qal və s.

QOŞASAITLI SÖZLƏRIN YAZILIŞI VƏ TƏLƏFFÜZÜ.

İki sait hərfin yanaşı işləndiyi sözlər qoşasaitli sözlər adlanır. Məs: saat, təəccüb, təbii, dairə, zəif və s. Belə sözlər heç də yazıldığı kimi deyilmir. Eynicinsli qoşa saitli sözlər tələffüz olu-narkən qoşa saitlər bir uzun sait kimi tələffüz olunur. Məs: camaat – cam(a:)t, maaş – m(a:)ş, mətbəə – mətb(ə:), təbii – təb(i:) və s.
Müxtəlifcinsli qoşasaitli sözlərdəki qoşa saitlərin arasına, adətən bitişdirici samitlərdən birini (n, y, s) artırmaqla tələffüz et-mək tələb olunur. Məs: ailə – (ayi)lə, zəif – z(əyi)f, radio – rad-(iyo) və s.
Qeyd: Hərfin yanında qoyulan qoşa nöqtə (:) həmin saitin uzun tələffüz olunduğunu bildirir. Bəzi hallarda müxtəlifcinsli qoşa saitli sözlərdə də saitlərdən biri düşüb o biri uzun tələffüz olu-na bilər. Məs: müəllim – m(ə:)llim, müəyyən – m(ə:)yyən, müa-licə – m(a:)licə, səadət – s(a:)dət, fəaliyyət – f – (a:)liyyət və s.

QOŞASAMITLI SÖZLƏRIN YAZILIŞI VƏ TƏLƏFFÜZÜ.

Eynicinsli qoşasamitli sözlərdən bə’zilərinin yazılışı ilə tələffüzü fərqlənir.
– Qoşa tt, kk, pp hərfləri ilə yazılan sözlərdə kar sa-mit-lər-dən ikincisi cingiltili samit kimi tələffüz olunur. Məs: hətta – hət(d)a, səkkiz – sək(g)iz, hoppanmaq – hop(b)anmaq və s.
– Qoşa qq hərfləri ilə yazılan sözlərdə cingiltili samitlərdən əvvəlincisi kar samit kimi tələffüz olunur. Məs: toqqa – to(k)qa, diqqət – di(k)qət, doqquz – do(k)quz, rəqqasə – rə(k)qasə və s.
– Qoşa yy hərfləri ilə yazılan sözlərin çoxu bir “y” ilə tələffüz olunur. Məs: xasiyyət – (xasiyət), vəziyyət – (vəziyət), ədəbiy-yat – (ədəbiyat) və s.
Digər eynicinsli qoşasaitli sözlər isə yazıldığı kimi tələffüz olunur. Məs: rəssam – rə(ss)am, addım – a(dd)ım, təəssüf – t(ə:) (ss)üf və s.

SONU EYNICINSLI QOŞA SAMITLƏ BITƏN SÖZ KÖKLƏRININ YAZILIŞI.

Dilimizdə elə təkhecalı sözlər var ki, onların sonu eynicinsli qoşa samitlə bitir. Belə sözlərə samitlə başlanan şəkilçi qoşulduqda həmin samitlərdən ancaq biri yazılır. Məs: xətt – xətdə, sirr – sirli, həzz – həzdən və s.
Bu qayda təkcə hiss və küll sözlərinə aid deyil, çünki həmin sözlər bir “s” və ya “l” ilə yazıldıqda başqa mə’na, his, tüstü və kül, torpaq mə’nası verir.
Bu cür sözlərə saitlə başlanan şəkilçi qoşulduqda söz kökündəki saitlər yerində qalır. Məs: xətt-xəttin, sirr-sirrimiz və s.
Qoşa samitlə bitən sözlər bir qayda olaraq təkhecalı olur. Məs: dörd, türk, qənd, kənd və s.

SÖZLƏRIN SONUNDA CINGILTILI SAMITLƏRIN YAZILIŞI VƏ TƏLƏFFÜZÜ.

Sözün sonundakı samitin kar, yaxud cingiltili olduğunu (t, yoxsa d; ç, yoxsa c; p, yoxsa b və s.) həmin sözə saitlə başlanan şəkilçi artırmaqla müəyyən etmək olar. Məs: polad – polad-ın, kərpic – kərpic-ə, corab – corab-ı, kitab – kitab-a və s.
Qeyd: Sonu «d» samiti ilə bitən sözlərə samitlə başlanan şəkilçi artırıldıqda və ya samitlə başlanan söz qoşulduqda «d» samiti «t» kimi, saitlə qoşulan söz və ya şəkilçi qoşulduqda isə “d” kimi tələffüz olunur. Məs: palıd-palı(t)da, palıd qozası – palı(t) qozası, palıd – palıd-ın, palıd ağacı – palı(d) ağacı. Bu qayda ilə “b” samiti “p” və “b” kimi, “z” samiti “s” və “z” kimi, “c” samiti “ç” və “c” kimi tələffüz olunur.
Kitab mağazası – kita(p) mağazası; kitab oxumaq – kita(p) oxu-maq; kərpic zavodu – kərpi(ç) zavodu, kərpic ovuntusu – kərpi(c) ovuntusu; almaz – alma(s), almazda – alma(s)da, almazın – alma(z)ın və s.

SONU Q VƏ K ILƏ BITƏN ÇOX HECALI SÖZLƏRIN YAZILIŞI VƏ TƏLƏFFÜZÜ.

Son səsi (x) və ya (ğ) kimi tələffüz olunan çoxhecalı sözlər “q” ilə yazılır. Həmin sözlərə saitlə başlanan şəkilçilər qoşulduqda “q” samiti “ğ” samitinə keçir. Məs: yataq – yata(ğ)ın, uzaq – uza(ğ)a, otaq – otağ ın, otağ-a və s.
Son səsi (y) və ya y samitinin kar qarşılığı (x’) kimi tələffüz olunan çoxhecalı sözlər “k” ilə yazılır. Belə sözlərə saitlə başlanan şəkilçi qoşulduqda “k” samiti “y” samitinə keçir. Məs: göyçək – göyçə(y)in, çiçək – çiçə(y)in, çiçə(y)ə və s.

HECA. SÖZÜN SƏTIRDƏN SƏTRƏ KEÇIRILMƏSI QAYDALARI.

Tələffüz zamanı sözlərin asanlıqla bölünə bilən hissələrinə heca deyilir. Sözlərdəki hecaların sayı onda iş-lənən saitlərin sayı qədər olur. Məs: qəh-rə-man-lıq, A-zər-bay-can, i-yir-mi və s. Azərbaycan dilində hecaların əsas tipləri aşa-ğı-dakılardır:
1) Saf heca. Saf heca bir sait səsdən ibarət olur. Məs: a-ta, o-ğul, ə-ziz və s. Saf hecalar saf-örtsüz hecalar da adlanır.
2) Örtüsüz qapalı heca. Bu cür hecalar saitlə başlanır, samitlə bitir. Məs: al, ot, iç, un, alt, üst və s.
3) Örtülü-açıq heca. Bu tip hecalar samitlə başlanıb saitlə bitir. Məs: bu, nə-nə, ba-la, ye-ni, bo-ru və s.
4) Örtülü-qapalı heca. Bu cür hecalar samitlə başlanır və samitlə də bitir. Məs: gəl, bir, can, qan və s.
Bə’zi sözlərdə samitlərdən sonra apostrof işarəsinin qoyulması onlarda heca bölümünü bildirir. Məs: sür’-ət, sün’-i, Kən’-an, ən’-ə-nə, məs’-ul və s.
Sait səslərdən sonra apostorf işarəsinin işlənməsi saitin uzun tələffüzünü göstərməklə yanaşı heca bölümünü də bildirir. Məs: me’ – mar, mö’ – tə – ri – zə və s.
Sözlər sətirdən sətrə hecalarla keçirilir. Lakin bir hərfdən ibarət olan hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçir-mək olmaz. Məs: i-nək, sün’-i və s.
Qoşasamitli sözlər sətirdən – sətrə keçirilərkən samitlərdən biri sətirdə saxlanılır, digəri isə yeni sətrə keçirilir. Məs: ad-dım, gül-lə, əl-li, hət-ta, sək-kiz, toq-qa və s.

Sözdə hecalardan birinin o birinə və ya o birilərinə nisbətən qüvvətli deyilməsinə vurğu deyilir. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır.
Bizim dilimizdə vurğu çox zaman sözün axırıncı hecasının üzərinə düşür. Lakin əvvəlinci hecalarında vurğusu olan sözlər də az deyil. Əsil Azərbaycan sözlərində demək olar ki, vurğu həmişə sözün sonunda olur. Məs: ata, çiçək, çiçəklik, söylə, yazı və s.
Vurğusu son hecaya düşən sözlər müasir dilimizin lüğət tərkibindəki sözlərin təxminən 90%-ni təşkil edir. Belə sözləri, əsasən, aşağıdakı şəkildə qruplaşdırmaq olar.
1) Azərbaycan dilinin öz sözləri: baba, nənə, qardaş, budaq, ürək, bulaq, qaya, yarpaq, barmaq və s.
2) Müxtəlif dillərdən müxtəlif yollarla Azərbaycan dilinə keçib çoxdan işlənən və Azərbaycan dilinin fonetik normalarına az–çox uyğunlaşmış sözlər. Məs: əməl, ləhcə, şiddət, məktəb, tələffüz, şərait, tələbə, saat, lampa, suxarı, çaynik, pambıq, bəkməz, dəstək və s.
3) Vurğusu son hecada olan alınma sözlər. Məs: hava, bəxtəvər, dərya, çəmən, zəmin, asiman, azad, küçə, kağız, vaqon, fay-ton, aqronom, aktiv, proqressiv, monolit, vulkan, avtomat, institut, telefon, partizan, proqram, problem, qəzet, aptek və s.

Vurğusu son hecaya düşməyən sözlər dilimizdə azlıq təşkil edirlər. Bu sözlərin demək olar ki, hamısı alınma sözlərdir. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar.
1) Bə’zi coğrafi adlar. Məs: Avropa, Asiya, Amerika, Avstraliya, Afrika, Rusiya, Türkiyə, Hollandiya, Fransa, Almaniya, İngiltərə, London, Praqa və s.
2) Rus və Avropa dillərindən alınma terminlər. Məs: poema, komediya, morfologiya, delta, diktatura, texnika və s.
3) Ərəb və fars dilindən keçmiş bə’zi zərf, bağlayıcı və ədatlar. Məs: xüsusən, məsələn, həqiqətən, bə’zi, bə’zən, bəlkə, amma, həmişə, lakin və s.

Qeyd: Məqam və şəraitdən asılı olaraq bə’zi Azərbaycan sözlərində vurğu ilk hecada ola bilər. Məs: ancaq, yalnız, yenə, dünən və s.
Azərbaycan dilindəki şəkilçilərin çoxu vurğu qəbul edən şəkilçilərdir. Vurğu qəbul edən şəkilçilər sözə bitişdirildikdə, sözdə-ki vurğu şəkilçilərin üzərinə keçir. Məs: söylə-söyləyir, oxut-oxut-maq, çiçək-çiçəklik və s.

Vurğu qəbul etməyən şəkiçilər

Müasir dilimizdə elə şəkilçilər vardır ki, onlar vurğu qəbul etmir. Bu şəkilçilər sözə artırıldıqda vurğu həmin şəkilçilərin üzərinə keçmir. Bu şəkilçilər, əsasən, aşağıdakılardır:
1) İnkar şəkilçiləri -m, ma 2 . Məs: sil-mə, çalış-m-ır, oxutdur-ma və s.
2) Sual şəkilçiləri – 4 . Məs: alacaq-mı, gördün-mü, gəlir-mi və s.
3) Birgəlik bildirən –la 2 şəkilçiləri. Məs: atam-la, gül-lə, bacım-la və s.
4) Zaman şəkilçilərindən sonra gələn –sa 2 (isə hissəciyinin şəkilçiləşmiş forması) şəkilçiləri. Məs: almış-sa, görür-sə, qalar-sa, alacaq-sa və s.
5) Zərf əmələ gətirən –ca 2 şəkilçisi. Məs: məzmun-ca, ağıl-ca, mən-cə, siz-cə və s.
6) Tərkibində inkar şəkilçisi olan fe’li bağlama şəkilçiləri –madan 2 , -mamış 2 . Məs: oxu-madan, bil-mədən, salamlaş-mamış, gör-məmiş və s.
7) Fe’li bağlama düzəldən –arkən 2 şəkilçisi. Məs: ol-arkən, ged-ərkən, və s.
8) İndiki və gələcək zaman şəkilçilərindən sonra –dı 4 (idi hissəciyinin qısaldılmış forması) şəkilçisi. Məs: oxuyar-dı, gələcək-di, görür-dü və s.
9) İndiki və gələcək zamandan sonra işlənən şəxs sonluqları. Məs: görür-əm, alır-san, oxuyur-sunuz, oxuyur-lar, gələcək-lər və s.
10) Xəbər şəkilçiləri –dır4. Məs:görüb-dür, almış-dır və s.
11) Zaman şəkilçilərindən sonra gələn –mış 4 (imiş hissəciyinin qısaldılmış forması) şəkilçiləri. Məs: bilir-miş, alar-mış və s.
12) Əmr şəklinin II şəxs cəm şəkilçiləri –ın 4 , -ınız 4 . Məs: al-ın, qur-un, qaldır-ınız, bildir-iniz və s.
13) Nəsil, tayfa, familiya mənsubiyyəti bildirən –gil şəkilçisi. Məs: Əli-gil, anam-gil, bibim-gil və s.
14) Adlara (isim, sifət, say, əvəzlik) bitişərək xəbər düzəldən şəkilçilər: -am 2 , -ıq 4 , -san 2 , -sınız 4 , -dır 4 , -dırlar 4 . Məs: şagird-əm, ə’laçı-yıq, sən-sən, cavan-sınız, saf-dır, uşaq-dırlar və s.
15) Familiya düzəldən –ov, -yev şəkilçisi. Məs: Hüseyn-ov, Əli-yev və s.

Müasir azrbaycan dbi dilinin fonetikası ağamusa

Filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi Ağamusa Axundov görkəmli dilçi-alim, ədəbiyyatşünas- tənqidçi, publisist, pedaqoq, elm təşkilatçısı idi. Onun çoxşaxəli yaradıcılıq fəaliyyətində dilçilik xüsusi yer tuturdu. Akademik Ağamusa Axundov hər şeydən əvvəl dilçi-alim idi. Onun dilçiliyin bütün sahələrində sanballı monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri çap olunmuş və haqlı olaraq elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır. Ağamusa Axundov Azərbaycan dilçiliyi, ümumi dilçilik, dil nəzəriyyəsi, türkologiya, üslubiyyat, dil tarixi, etimologiya, lüğətçilik və s. sahələrdə görkəmli mütəxəssisdir. Dilçiliyin bu sadalanan sahələrində onlarla monoqrafiya, dərslik və dərs vəsaiti, 400-dən çox çap olunmuş əsərin müəllifidir. Onun rəhbərliyi altında onlarla namizədlik (fəlsəfə doktoru), doktorluq (elmlər doktoru) dissertasiyaları müdafiə olunmuş, Bakıda, Moskvada, Leninqradda (indiki Sankt-Peterburq), Daşkənddə, Tbilisidə, Aşqabadda 100-ə yaxın dissertasiya işinin müdafiəsində rəsmi opponent kimi iştirak etmişdir.

Akademik Ağamusa Axundov elmi fəaliyyətinin ilk illərindən dilin riyazi – statistik metodlarla tədqiqinə böyük əhəmiyyət verirdi. Dilçi-alim belə hesab edirdi ki, dəqiq elmlər sahəsində istifadə olunan metodlar dil tədqiqatlarında da böyük fayda verə bilər. Məlum olduğu kimi, bir çox tədqiqatçılar dilçiliyi də dəqiq elmlər kateqoriyasına daxil edirlər. Xüsusən türk dillərində, eləcə də Azərbaycan dilində qrammatik və leksik şəkilçilərin söz kökünə (və ya əsasa) birləşməsi müəyyən riyazi nizam və qanunauyğunluqla baş verir. Aqlütinativ dillərdə şəkilçilərin kökə və əsasa birləşmə mexanizmini riyazi təsvir etmək və modelləşdirmək mümkündür. Qeyd etmək lazımdır ki, dilçiliyin sonrakı inkişaf mərhələləri, yeni sahələrin yaranması daha çox riyazi-statistik metodların dilə tətbiqinin nəticəsi idi. Dildə baş verəcək bu qanunauyğun inkişafı və onun nəticələrini bir mütəxəssis həssaslığı ilə ilk hiss edən və proqnazlaşdıran akademik Ağamusa Axundov olmuşdur.
Azərbaycan dilçiliyində müxtəlif elm sahələrinin qovuşması və ya eyni elm sahəsinin parçalanması nəticəsində yeni elm sahələrinin yaranması, həm də dünya elmində baş verən analoji hadisələrin təsirinin qanunauyğun nəticəsi hesab oluna bilər. Dediklərimizə misal olaraq akad. A.A.Axundovun 1963–cü ildə ADU-nun (indiki BDU) Elmi Əsərlərində çap olunmuş “Azərbaycan dili saitlərinin statistik təhlili təcrübəsindən” məqaləsini göstərmək olar. Məqalə müəllifi Azərbaycan dilçiliyində ilk dəfə olaraq statistik metodlarla Azərbaycan dilinin saitlərinin təhlili sahəsində apardığı tədqiqatın nəticələri ilə bağlı oxuculara məlumat verirdi. Yəni, bu, tədqiqatçının Azərbaycan dilinin saitlər sistemini statistik metodlarla araşdırmaq, saitləri indiyə qədər vərdiş etmədiyimiz başqa üsulla, yeni baxış bucağından araşdırmaq cəhdi idi. Müəllif bu sahədə aparılan tədqiqatlarda yeni yanaşma üsulu təklif edir, bu məsələlərlə bağlı fikirlərini həmkarları ilə bölüşür, onların bu yanaşma (statistik təhlil) ilə bağlı mülahizələri ilə tanış olmaq istəyirdi. Sonralar A.A.Axundov bu istiqamətdə axtarışlarını daha da genişləndirdi və “Riyazi dilçilik” kitabı ilə dilçiliyin bu yeni sahəsinə maraq oyatmağa səy göstərdi.

Məlum olduğu kimi, 1964-cü ildə Ağamusa Axundov 32 yaşında “Azərbaycan dilinin fonemlər sistemi (fizioloji, akustik, statistik, fonoloji tədqiqat təcrübəsi)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Həmin müdafiədə çox görkəmli mütəxəssislər – keçmiş SSRİ Elmlər Akademiyasının baş elmi işçisi, professor N.A.Baskakov, Gürcüstan Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor S.S.Cikiya, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Ə.M.Dəmirçizadə, filologiya elmləri doktoru, Dövlət Mükafatı laureatı Ə.Ə.Orucov və başqaları çıxış edərək A.Axundovun doktorluq işinin yüksək elmi dəyərə malik olduğunu göstərmişlər. Həmin doktorluq dissertasiyasının ən böyük elmi məziyyətlərindən biri orada ilk dəfə olaraq riyazi-statistik metodların dilə uğurla tətbiq olunması idi.

Akademik Ağamusa Axundov dil nəzəriyyəsi sahəsində respublikamızda aparıcı mütəxəssis idi. Uzun illər ərzində Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasına rəhbərlik etmiş, tələbələrə həmin fənni tədris etmişdir. Alimin həmin sahədə elmi-pedaqoji fəaliyyətinin nəticəsi olaraq 1979-cu ildə “Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriyyəsi və metodları)” kitabı çapdan çıxmışdır. Kitab ali məktəb tələbələri üçün dərslik kimi nəzərdə tutulsa da, əsərdə müəllifin dilin nəzəri məsələləri ilə bağlı şəxsi fikirlərinə də geniş yer ayrılmışdı. Dərslikdə linqvistik nəzəriyyələrin qısa tarixi, dünya dilçiliyinin əsas problemləri, dilin fəlsəfi və ictimai məsələləri işıqlandırılır, dilin daxili sistemi və quruluşu məsələlərindən, dilçilik metodlarından bəhs olunur. Azərbaycan dilçiliyində ilk dəfə olaraq bu kitabda metod və metodologiya, dilin öyrənilməsi üsulları, sosioloji, məntiqi, psixoloji, fizioloji, akustik, distributiv, riyazi, statistik tədqiqat metodları öz yığcam elmi şərhini tapmışdır. Göründüyü kimi, başqa tədqiqat metodları ilə yanaşı, riyazi və statistik metodlar da dilçilik metodları cərgəsində izahını tapmışdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan dilçilərinin böyük bir nəsli bu dərslikdən faydalanmış, dilçiliyin əsas tədqiqat metodları, üsulları, məktəbləri və cərəyanları barədə lazımi bilik əldə etmişlər. Alimin “Ümumi dilçilik” kitabı indi də respublikamızın bir çox ali məktəblərində əsas və sanballı dərs vəsaiti kimi uğurla istifadə olunmaqdadır.
Təsadüfi deyil ki, 1994-cü ildə həmin kitab “Təhsil” cəmiyyətinin xüsusi mükafatına layiq görülmüş, bir neçə dəfə təkrar nəşr olunmuşdur.

1973-cü ildə “Maarif” nəşriyyatında çapdan çıxmış “Azərbaycan dilinin fonemlər sistemi (fizioloji, akustik, statistik, fonoloji tədqiqat təcrübəsi)” monoqrafiyasında müəllif Azərbaycan dilçiliyində ilk dəfə olaraq eksperimentlər əsasında Azərbaycan dili sait və samitlərinin fonoloji, fizioloji, akustik və statistik təhlilini aparmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan dili fonemlərinin riyazi-statistik metodlar tətbiq edilməklə təcrübi öyrənilməsi işləri ilk dəfə aparılırdı. Bu sahədə tədqiqatlarını genişləndirərək Ağamusa Axundov 1984-cü ildə “Azərbaycan dilinin fonetikası” əsərini çap etdirir. 1986-cı ildə həmin monoqrafiyaya görə görkəmli alim Respublika Dövlət Mükafatına layiq görülür. Bu, akademik Ağamusa Axundovun fonetika sahəsində yeni və qabaqcıl tədqiqatlarına, səmərəli fəaliyyətinə verilən layiqli qiymət, Azərbaycan dilçilik elminin uğuru kimi dəyərləndirilə bilər.

Ağamusa Axundov dilçilik elminin müasir inkişaf meyillərini və perspektivlərini bir mütəxəssis həssaslığı ilə duyan, elmi axtarışların nəbzini tutan bir alimdir. Onu Respublikamızda riyazi dilçilik elminin banisi hesab etmək olar. 1979- cu ildə görkəmli alimin çapdan çıxmış “Riyazi dilçilik” kitabı bu baxımdan olduqca təqdirəlayiqdir. Dərs vəsaiti kimi nəzərdə tutulmuş bu kitab riyazi dilçilik təlimlərinin yaranması, inkişafı və dilin tədqiqində riyazi üsulların tətbiqi məsələlərinə həsr olunmuşdur.
70-ci illərdə Azərbaycan dilçiləri dünya şöhrətli alim, prof. R.Q.Piotrovskinin rəhbərlik etdiyi Ümumittifaq “Статистика речи ” qrupu ilə əməkdaşlıq etməyə başlamışdılar. Həmin vaxtlardan başlayaraq yeni texnologiyaların Azərbaycan dilinə tətbiqində kəmiyyət və keyfiyyət baxımından dəyişikliklər baş verdi, dilçiliyin inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu. Bu istiqamətin təşəkkülü və inkişafında akad. A.A.Axundovun 1979-cu ildə çapdan çıxmış “Riyazi dilçilik” kitabının əhəmiyyəti də az deyildi. Məlum olduğu kimi, 70-ci illərdə artıq keçmiş SSRİ-nin artıq bir çox ali məktəblərində riyazi dilçilik fənni tədris olunurdu. Akademiyanın Nəsimi adına Dilçilik İnstitutunda Riyazi dilçilik qrupu fəliyyət göstərməyə başlamışdı. Qrup tərəfindən Azərbaycan dilinin tezlik və əks lüğətləri tərtib olunmuş, elektron hesablama maşınlarının dilə tətbiqi məsələlərini əhatə edən bir çox materiallar çapa təqdim olunmuşdu. Lakin, açığını demək lazımdır ki, Pespublikada, Elmlər Akademiyasında bu sahəyə lazımi səviyyədə diqqət yetirilmirdi. Ölkəmizdə bu sahədə aparılan elmi-tədqiqatların həcmi, eləcə də mütəxəssis hazırlığı işləri heç də qənaətbəxş deyildi. Prof. A.A.Axundovun “Riyazi dilçilik” kitabının belə bir vaxtda çapdan çıxması bu sahəyə diqqətin artırılması baxımından əhəmiyyətli idi. Dərs vəsaiti kimi nəzərdə tutulmuş bu kitab riyazi dilçilik təlimlərinin yaranması, inkişafı və dilin tədqiqində riyazi üsulların tətbiqi məsələlərini əhatə edir.

Kitab iki bölmədən ibarətdir. Xülasələr bölməsində müəllif riyazi metodların dilə tətbiqi ilə bağlı ölkəmizdə və xaricdə aparılan araşdırmalar, eləcə də Azərbaycan dilində sait fonemlərin statistik təhlili sahəsində öz tədqiqatları barədə məlumat vermişdir. A.A.Axundov Azərbaycan dilində saitlərin meydanaçıxma ehtimalı üzrə ciddi qanunauyğunluqlar olduğunu cədvəl və qrafiklərlə sübut edir. Müəllif belə bir nəticəyə gəlir ki, Azərbaycan dili saitləri üçün ən tipik mövqe söz ortasıdır. Dilimizdə söz əvvəli və söz ortası üçün arxa sıra, açıq, dodaqlanmayan və qısa saitlər daha səciyyəvidir. Azərbaycan dilində söz sonu üçün isə ön sıra, qapalı, dodaqlanmayan və qısa saitlər daha səciyyəvidir. Bu bölmədə Azərbaycan saitlərinin işlənmə tezliyinə görə sırası da verilmişdir. Kitabda riyazi dilçilik təlimləri ilə bağlı olan təhlil üsulları, xüsusən, Amerika deskriptiv dilçilik məktəbində geniş yayılmış distributiv təhlilin mahiyyəti barədə məlumat öz əksini tapmışdır.

Kitabın təfriqələr bölməsində müəllif riyazi dilçiliyin əsas məsələləri barədə daha aydın təsəvvür yaratmaq üçün riyaziyyat, kibernetika, riyazi dilçilik və s. əsərlərdən hissələr vermişdir. görkəmli alimlərin araşdırmaları barədə qısa məlumata rast gəlmək olar. Eləcə də, bu bölmədə bir çox anlayış və terminlər sadə və anlaşıqlı dildə izah olunur. Həmin terminlər riyazi dilçiliklə bağlı araşdırmalar aparan gənc mütəxəssislər tərəfindən uğurla istifadə oluna bilər.

Yekun olaraq demək olar ki, akad. A.A.Axundovun “Riyazi dilçilik: xülasələr və təfriqələr” kitabı dilçiliyə riyazi metodların tətbiqi, dil tədqiqatlarında yeni texnologiyaların istifadəsi məsələlərinə marağı artırdı. Elə kitabı yazmaqda müəllifin məqsədi də bu sahəyə diqqəti artırmaq, gənc tədqiqatçıları bu sahəyə yönəltmək idi. Məhz onun nəticəsi idi ki, 80-ci illərdə hesablayıcı vasitələrin dilə tətbiqi ilə bağlı bir çox araşdırmalar aparıldı, dissertasiya işləri müdafiə olundu. 1982-ci ildə M.Ə.Mahmudov “Türk dillərində söz-formaların formal morfoloji təhlili sisteminin işlənib hazırlanması” mövzusunda namizədlik dissertasiyası müdafiə etdi. Həmin dissertasiya işinin rəsmi opponenti Ağamusa Axundov idi. Sonrakı illərdə M.H.Məmmədova (1984), C.Ə.Rəhmanov (1988) da hesablayıcı texnikanın imkanlarından yararlanmaqla namizədlik dissertasiyaları (fəlsəfə doktorluğu dissertasiyası) müdafiə etdilər. Məlum olduğu kimi, bu istiqamətdə olan araşdırmalar əvvəllər daha çox müxtəlif elm sahələrini əhatə edən tezlik lüğətlərinin tərtibi ətrafında mərkəzləşmişdi. Dilçiliyin, daha doğrusu, lüğətçiliyin yeni bir sahəsi – statistik lüğətçilik yaranmışdı. Statistik metodların dilçiliyə tətbiqi ilə ərsəyə gəlmiş tezlik lüğətlərinin tətbiq dairələri geniş idi. Maşın tərcüməsi sistemlərinin əsasında duran avtomatik lüğətlərin bazasının formalaşmasında da tezlik lüğətləri olmadan keçinmək mümkün deyil. Eləcə də, tədrisdə, lüğət-minimum, dərs vəsaitləri, danışıq kitabçalarının hazırlanması işlərində də tezlik lüğətləri əvəzsiz mənbədir.
70–ci illərdə tərtib olunan Azərbaycan qəzet dilinin tezlik lüğəti üçün seçmələrin əsasını “Kommunist”, “Bakı”, “Azərbaycan gəncləri” kimi respublika qəzetlərinin 1976-cı il nömrələrindən götürülmüş mətnlər təşkil edirdi. Ümumiyyətlə, “Azərbaycan qəzet dilinin tezlik lüğəti”ndə 81778 söz-formadan ibarət seçmələrdən alınmış 6532 müxtəlif söz qeydə alınmışdır. Məlum olduğu kimi, həmin illərdə informasiya texnologiyaları indiki səviyyədə deyildi, elektron hesablama maşınları kiçik yaddaşa və sürətə malik idi. Məhz bu səbəbdən irihəcmli tezlik lüğətləri tərtib etmək imkan xaricində idi. Kompüter texnologiyasının müasir inkişafı indi daha irihəcmli, mükəmməl tezlik lüğətləri tərtib etmək imkanı yaratmışdır.
1976-cı ildə tərtib olunmuş və 2004-cü ildə işıq üzü görmüş həmin lüğət Azərbaycanda tezlik lüğətlərinin tərtibi sahəsində ilk təcrübə kimi əhəmiyyətlidir. İftixar hissi ilə demək olar ki, həmin dövrdə heç də hamının birmənalı qarşılamadığı lüğətin rəsmi rəyçisi Ağamusa Axundov idi. 1976-cı ildə bu tipli lüğətlərin çapını faydalı hesab etmək böyük elmi cəsarət tələb edirdi. Bu, həm də hələ o vaxtlar böyük nüfuz sahibi olan tanınmış bir dilçinin xeyir-duası idi . Tezlik lüğətləri ilə bağlı mövzunun davamı olaraq qeyd etmək lazımdır ki, bu sahədə sonralar da xeyli iş görülmüş, böyük uğurlar qazanılmışdır.

2010-cu ildə üçcildlik “Azərbaycan dilinin tezlik lüğəti”nin I cildi çapdan çıxmışdır [8]. I cild söz köklərini əhatə edir (tərtibçilər: M.Mahmudov, Ə.Fətullayev, S.Məmmədova, R.Fətullayev, R.Hüseynli, B.Talıbov, G.Əzimova, N.Abdullayev). Azərbaycan dilinin tezlik lüğətinin tərtibi prosesində ədəbi dilin bütün üslublarının təmsil olunması təmin olunmuşdur (elmi, bədii, publisist, rəsmi, məişət və s.). Həmin baza əsasında gələcəkdə müxtəlif səciyyəli tezlik siyahıları hazırlamaq olar: əsasların, söz-formaların, söz köklərinin tezlik, əlifba-tezlik, əks-əlifba tezlik siyahıları, qrammatik, leksik şəkilçilərin, qrafem və qrafem birləşmələrinin, durğu işarələrinin tezlik səciyyələrini əks etdirən siyahılar və s.
Həmin lüğətin də elmi redaktoru bir vaxtlar tələbəsi olduğum, sevimli müəllimim Ağamusa Axundov idi.

2004-cü ildə “Nurlan” nəşriyyatında “Azərbaycan dilinin əks əlifba lüğəti” çapdan çıxdı (tərtibçilər: M.Mahmudov, Ə.Fətullaye), redaktorlar – Ağamusa Axundov və Kamilə Vəliyeva) .

Yeni texnoloji vasitələr qədim Azərbaycan yazılı abudələrinin öyrənilməsi ilə bağlı da uğurla tətbiq olunur. Bu sahədə işlər əvvəllər tezlik və əks lüğətlərin tərtibi sahəsində toplanmış təcrübəyə əsaslanırdı. Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun bir qrup əməkdaşı tərəfindən aparılmış “Kitabi-Dədə Qorqud” dastanlarının statistik təhlili kompüterlərin Azərbaycan dili tarixinə tətbiqi sahəsində ilk təcrübə hesab oluna bilər. Bu sahədə aparılan araşdırmaların gələcəkdə daha da dərinləşdirilməsinə və genişləndirilməsinə böyük ehtiyac var. 1997–ci ildə tədqiqatın bir hissəsi – əlifba-tezlik siyahısı çap olundu . “Kitabi- Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 20 aprel 1997-ci il tarixli Fərmanı ilə əlaqədar “Kitabi – Dədə Qorqud”un statistik təhlili” tədqiqatı tam şəkildə çap olundu [9].

“Kitabi-Dədə Qorqud” dastanlarının dili ilə bağlı aparılmış uğurlu linqvostatistik araşdırmalar dil tarixinin, digər klassiklərin dilinin də kompüterlərin köməyi ilə öyrənilməsinə marağı artırdı. Klassik Azərbaycan poeziyasının nəhəng siması Məhəmməd Füzulinin Azərbaycan dilində olan əsərlərinin statistik baxımdan öyrənilməsinə başlanıldı və gərgin əməyin nəticəsi olaraq 2004-cü ildə “Məhəmməd Füzulinin nəzm əsərlərinin əlifba-tezlik sözlüyü (tərtibçilər: K.A.Vəliyeva, M.Ə.Mahmudov, C.Ə.Rəhmanov, V.S.Sultanov) “Elm” nəşriyyatında çap olundu .
Statistik lüğətlərin tərtibi, maşın tərcüməsi, abidələrin dilinin kompüterə tədqiqi, bu sahədə kadr hazırlığı Dilçilik İnstitunun direktoru olduğu müddətdə də həmişə Ağamusa Axundovun nəzarətində olmuş, dilçiliyin yeni sahələrinin inkişafına qayğı ilə yanaşmışdır.

Azərbaycanda dilin riyazi-statistik metodlarla və kompüterlərin köməyi ilə tədqiqi sahəsində akademik Ağamusa Axundovun xidmətləri Azərbaycan dilçiliyinin sonrakı illər üçün inkişaf istiqamətlərinin və prioritetlərinin müəyyənləşdirilməsində mühüm rol oynamışdır

Məsud Mahmudov
AMEA Nəsimi adına Dilçilik İnstitutu
Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi,
filologiya üzrə elmlər doktoru, professor

Müasir azrbaycan dbi dilinin fonetikası ağamusa

(+994 12) 493 30 77

  • Философия
  • История
  • История Азербайджана
  • Социология
  • Этнография
  • Экономика
  • Государство и право
  • Политика. Политические науки
  • Наука и образование
  • Культура
  • Библиотечное дело
  • Психология
  • Языкознание
  • Литературоведение
  • Фольклор
  • Художественная литература
  • Искусство
  • Средства массовой информации
  • Информатика
  • Религия
  • Естественные науки
  • Нефть
  • Связь
  • Технология. Технические науки
  • Архитектура
  • Сельское и лесное хозяйство
  • Туризм
  • Таможенное дело
  • Медицина и здравоохранение
  • Военное дело
  • Спорт
  • Статистика
  • Экология
  • Справочные издания

Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfoepiya

Подписка

В локальной сети в пользование читателей предоставляется “Законодательная база Российской Федерации”..

В локальной сети в пользование читателей предоставляется Электронно Библиотечная Система IPR Books – электронная библиотека по всем отраслям знаний, содержащая более 5 000 э-книг.

Polpred.com Обзор СМИ. Ежедневно тысяча новостей, полный текст на русском языке, миллион лучших сюжетов информагентств и деловой прессы за 15 лет.

Comments are closed, but trackbacks and pingbacks are open.