Press "Enter" to skip to content

SSRİ-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ” KİTABININ 2-Cİ CİLDİNİN TƏQDİMATI KEÇİRİLMİŞDİR

Nökərçilik tamahı əbədidir. Hər bir nökərçilikdə, azadlıq ümidi sahib tərəfindən olur. Tamah növlü nökərçilikdə sahib tərəfindən azadlığa heç bir ümid yoxdur. Burada azad olmağın ixtiyarı sahibin deyil, qulun əlindədir. Tanrı fərmanını yerinə yetirmək istəyən hər bir kəs, bu əsirlikdən azad olmalıdır. Hürriyyət və mənəvi azadlıq, dini islahatçının müvəffəqiyyətinin şərtidir.

Azərbaycan

Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir.

Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər bir şəxs vicdan azadlığına malikdir. Dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək və ya heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. Eyni zamanda dövlət təhsil sistemi də dünyəvi xarakter daşıyır.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.

İslam

İslam dünyanın ən böyük ilahi dinlərindən biridir. Azərbaycan dünyəvi dövlət olsa da, əhalinin əksəriyyətini müsəlmanlar təşkil edir. Ölkəmizdə islam dini-ənənələri geniş yayılmışdır. Uzun əsrlərdən bəri Azərbaycan İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. İslam dininin yayılmasında, Müsəlman İntibahının bərqərar olmasında azərbaycanlıların da özünəməxsus rolu olmuş və İslam mədəniyyətinin formalaşmasında böyük nailiyyətlər qazanmışlar. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin təkamülünə zəmin yaratmışdır.

Əgər sovet hakimiyyəti dövründə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2 mindən yuxarıdır. Həmin məscidlərdən 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. İslam dəyərlərinə, onun tarixi-dini abidələrinə qayğı göstərilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Göstərilən bu qayğı nəticəsində Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə təmir və bərpa olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi – Heydər məscidi inşa edilmişdir.

Lakin acı həqiqətdir ki, 30 ilə yaxın dövr ərzində işğal altında qalmış torpaqlarımızda yüzlərlə dini obyektlərimiz erməni vandalizminin qurbanı olmuş, xüsusi təhqir obyektinə çevrilmişdir. Azad edilmiş ərazilərin müşahidəsi zamanı müəyyən olunmuşdur ki, bir vaxtlar işğal olunmuş ərazilərdə mədəni təmizləmə və çoxsaylı hərbi cinayətlər həyata keçirilmiş, 60-dan çox məscid, 44 məbəd dağıdılmışdır. Hazırda azad olunmuş ərazilərdə dini-tarixi abidələrimizin də bərpası davam etdirilir.

Sovet imperiyası dağıldıqdan sonra respublikamızda yüzlərlə yeni müsəlman dini icması fəaliyyətə başlamış, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin bazası əsasında Qafqaz Müsəlmanları İdarəsi təsis olunmuşdur. Azərbaycan Respublikasında fəaliyyət göstərən müsəlman dini icmaları bu tarixi dini mərkəzdə birləşirlər və təşkilat məsələlərində ona tabedirlər.

Müstəqillik dövründə Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsi və müvafiq təhsil müəssisələrinin formalaşdırılması üçün də münbit şərait yarandı. 1992-ci ildə Bakı Dövlət Universitetinin nəzdində İlahiyyat fakültəsi təsis olundu.

Azərbaycanda dövlət-din münasibətləri 2001-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tənzim edilir.

2018-ci ilin fevralın 9-da Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu təsis olundu və BDU-nun İlahiyyat fakültəsi həmin institutun strukturuna daxil edildi. Həmçinin respublikamızın müxtəlif bölgələrində islam dininin ehkamlarını öyrədən orta dini təhsil müəssisələri və dini icmaların tərkibində kurslar açıldı.

Sadalanan faktlar onu göstərir ki, müasir Azərbaycanda ənənəvi islami dəyərlərin qorunub-saxlanılması və yaşadılması üçün dövlət tərəfindən geniş imkanlar yaradılmışdır.

İslam dünyası ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təsadüfi deyildir ki, İslam Konfransı Təşkilatı (2011-ci ildən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) adlanır.-Red.) Azərbaycanın ilk üzv olduğu beynəlxalq qurumdur. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq həmin təşkilata üzv olmaq barədə müraciət etmiş, nəticədə 8 dekabr 1991-ci ildə Seneqalın paytaxtı Dakar şəhərində keçirilən VI İslam Konfransında Azərbaycan İslam Konfransı Təşkilatına tamhüquqlu üzv kimi qəbul olunmuşdur. Həmçinin 1991-ci ildə Azərbaycan Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatının (İSESKO) üzvü seçilmişdir. İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana qarşı təcavüzünü açıq şəkildə pisləyən ilk beynəlxalq təşkilat olmuşdur.

Azərbaycan dövləti qısa zamanda İƏT və İSESKO kimi nüfuzlu beynəlxalq müsəlman qurumların fəal üzvünə çevrilmişdir. Məsələn, ölkəmizin təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumlar təsis edilmişdir.

2006-cı ildə ölkəmizin İSESKO ilə əlaqələrində yeni əlamətdar səhifə açılıb. Həmin il Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təşkilatın xoşməramlı səfiri adına layiq görülüb.

Ötən dövr ərzində Azərbaycan İSESKO ilə çoxsaylı beynəlxalq layihələr həyata keçirib, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam mədəniyyətinin paytaxtı seçilib. 2009-cu ildə Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısı, 2015-ci ildə İSESKO Baş Konfransının 12-ci sessiyası və İcraiyyə Şurasının 36-cı iclası keçirilib. İSESKO Prezident İlham Əliyevin qlobal təşəbbüsü olan və BMT tərəfindən qəbul olunan “Bakı Prosesi”nin əsas tərəfdaşlarındandır.

Bu gün Azərbaycan İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsi işinə böyük töhfələr verir. Dövlətimizin bu istiqamətdə fəaliyyəti isə müsəlman aləmində yüksək qiymətləndirilir. Bakı şəhərinin 2009-cu ildə İSESKO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan olunması, 2018-ci ildə isə bu şərəfli ada bizim digər qədim şəhərimiz Naxçıvanın layiq görülməsi bunun bariz nümunəsidir.

Azərbaycan dövlətinin müsəlman aləmində sülh və birliyin bərqərar olması sahəsində həyata keçirdiyi mühüm təşəbbüs və tədbirlərə nümunə kimi Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini, həmçinin 12-22 may 2017-ci ildə respublikamızın paytaxtında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini göstərmək olar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması da islam həmrəyliyinin möhkəmlənməsi işinə öz töhfəsini vermişdir. Belə ki “Multikulturalizm ili” çərçivəsində 15 yanvar 2016-cı ildə Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar bir araya gələrək vahid məkanda cümə namazı qılmışlar. “Vəhdət namazı” adlandırılan bu dini mərasimin yerinə yetirilməsi olduqca böyük tarixi əhəmiyyət daşıyır. Müasir dünyada tolerantlıq və multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunan Azərbaycanda vəhdət namazının qılınması və daha sonra bu ibadətin ənənə halına çevrilərək ölkəmizin digər məscidlərində yerinə yetirilməsi, əslində, xalqımızın dünyaya verdiyi bir sülh və həmrəylik mesajıdır. Vəhdət namazının ilk dəfə Heydər məscidində qılınması isə rəmzi məna daşıyır. Çünki məhz ulu öndər Heydər Əliyev Azərbaycanda tolerantlığı və multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Hazırda isə bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Gördüyümüz kimi, uzun əsrlərdən bəri islam sivilizasiyasının əsas mərkəzlərindən biri olan Azərbaycan bu gün də müsəlman aləmində mühüm mövqe tutur. Təsadüfi deyildir ki, respublikamızın suverenliyinin əsas atributlarından olan Dövlət bayrağımızın üç rəngindən biri, yəni yaşıl rəng, Azərbaycan xalqının İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.

Azərbaycan xalqının mənəviyyatını, həyat tərzini İslam dəyərləri olmadan təsəvvür etmək çətindir. İslam dininin ölkəmizin müqəddəratında, xalqımızın taleyində müstəsna, birləşdirici və mütərəqqi rol oynaması danılmaz tarixi həqiqətdir. Xalqımızın genetik yaddaşında dərin iz qoymuş İslam azərbaycanlıların vahid xalq kimi təşəkkül tapmasına, onların milli kimliyinin, dövlətçilik ənənəsinin, mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir.

Azərbaycan xalqı İslam sivilizasiyasına mənsub olmaqla yanaşı, özündə ümumbəşəri, sivil, dünyəvi, tolerant və multikultural dəyərləri yaşadır. Bu baxımdan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, vətəndaş cəmiyyətinin bərqərar olunması istiqamətində inamla addımlayan Azərbaycan İslam dünyasında özünəməxsusluğu ilə fərqlənir. Çünki Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayan ölkəmiz dünyada dinlər və sivilizasiyalararası dialoqun inkişafına, yer üzündə sülh və harmoniyanın bərqərar olunmasına mühüm töhfələr verir, unikal birgə yaşayış və nümunəvi multikulturalizm modeli təqdim edir. Azərbaycan həm ümumbəşəri, həm də milli-mənəvi dəyərlərinə, o cümlədən tarixi müqəddəratında mütərəqqi rol oynamış İslam dininin yüksək mənəvi-əxlaqi prinsiplərinə sadiq qaldığını göstərir.

Xristianlıq

Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur.

Hazırda Azərbaycanda pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə təmsil olunmuşdur. Ölkədəki rus pravoslav kilsələri 2000-ci ildə təsis edilmiş Bakı və Xəzəryanı Yeparxiyasında birləşir. Azərbaycanda mənsublarının sayına görə ən böyük xristian konfessiyası Rus Pravoslav Kilsəsidir. Bu kilsənin ölkəmizdə bərqərar olması XIX əsrin əvvəllərinə təsadüf edir.

Azərbaycanda həmçinin pravoslavlıqdan çıxmış köhnə ayinçiliyə mənsub 11 malakan icması da fəaliyyət göstərir. Malakanların kilsəsi yoxdur, ehkamları xüsusi “ayin kitablarında” verilmişdir. Onlar xüsusi səlahiyyətə malik kilsə iyerarxiyasını rədd edirlər.

Alban-udi kilsəsi. Alban-udi xristian dini icmasının qeydə alınması formal olaraq digər icmaların qeydiyyatından fərqlənməsə də, xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar bir hadisədir. Bu gün Udi etnosuna mənsub olan insanların sayı dünyada 10.000-ə qədərdir ki, onların 6000-i Azərbaycan ərazisində, o cümlədən 4.400-ü kompakt şəkildə Qəbələ rayonunun Niç kəndində yaşayır.

Tarixən udilər bizim eradan əvvəl IV əsrdə türk qəbilələri ilə qohumluq əlaqəsində olaraq Qarabağda, Xəzərsahili torpaqlarda yaşamış, sonralar xristianlığı qəbul etmiş və bu dini Qafqaz Albaniyasında yaymışlar. Kiş kilsəsi (Şəki rayonu, Kiş kəndi) ilk xristian kilsəsi, “xristian kilsələrinin anası” hesab olunur.

Çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilərin hiyləsinə uyan Rusiya çarı 1836-cı ildə fərman imzalayaraq Alban kilsəsini ləğv edir, Alban məbədləri, kilsəyə aid olan bütün avadanlıq və sənədlər erməni apostol kilsəsinə verilir. Bu şəraitdə udilər ya qriqoryanlığı qəbul edib erməni olmalı, yaxud dinsiz, kimsəsiz “dərvişlərə” çevrilməli idilər. Lakin onlar misilsiz qəhrəmanlıq göstərib 180 ildən çox bir dövrdə öz dininə, adət-ənənələrinə, dininə, tarixi vətəninə sadiq qalmış, erməniləşməmiş, əksinə 1836-cı ildə həyata keçirilən tarixi ədalətsizliyi həmişə aradan götürməyə çalışmışlar. Nəzəri cəhətdən çoxdan sübuta yetirilmiş tarixi faktlar Alban-udi xristian icmasının bərpası ilə artıq maddiləşmiş və ədalət, udilərin haqqı bərpa edilmişdir.

Qafqaz Albaniyası və Alban Apostol Kilsəsini xatırladacaq hər şeyi saxtalaşdırmağa və məhv etməyə çalışan ermənilər məkrli niyyətlərini tam reallaşdıra bilmədilər. Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən sonra isə iki Alban-Udi dini icması dövlət qeydiyyatına alındı: Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması və Oğuz şəhəri Alban-Udi Xristian dini icması.

Azərbaycan hökumətinin dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən və Qafqazda “kilsələrin anası” hesab olunan apostol Yelisey məbədi bərpa edilmiş, 2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki “Çotari” Alban-udi kilsəsinin rəsmi açılışı olmuşdur. 2020-ci ildə Nic qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən daha bir tarixi kilsə – Müqəddəs Məryəm Ana kilsəsi əsaslı şəkildə bərpa edilib.

Həmçinin 14 iyul 2013-cü ildə Alban-Udi dini icmasında 80 ildən artıq bir müddətdə unudulan vəftiz ənənəsi yenidən dirçəldildi. 3 avqust 2013-cü ildə dövlətin dəstəyi ilə Alban-Udi kilsəsinin dirçəlişinin 10 illiyi və Qafqaz Albaniyasında Xristianlığın rəsmi din kimi qəbul edilməsinin 1700 illiyinə həsr olunmuş bayram mərasimi keçirildi. O da bir reallıqdır ki, ölkəmizdə yaşayan udilər Azərbaycan dövlətinin diqqət və qayğısı ilə tam əhatə olunublar.

Azərbaycan dövləti Qafqaz Albaniyasının qədim və zəngin tarixinin öyrənilməsi, əsl elmi və tarixi həqiqətlərin üzə çıxarılması, erməni saxtakarlığının ifşası istiqamətində mühüm işlər həyata keçirir. Çünki təkzibolunmaz tarixi faktlar sübut edir ki, Qafqaz Albaniyasının möhtəşəm maddi-mədəni irsinin yeganə varisi Azərbaycan xalqıdır.

Artıq 30 ilə yaxın bir dövrdə işğal altında olmuş ərazilərimizin azad olunması ilə tarixi Alban kilsələri də əsl həqiqi sahiblərinə qovuşub. Onların hər biri icma üzvləri tərəfindən ziyarət olunur. Alban-udi provaslav icmasının sədr müavini Rafiq Danakari Kəlbəcər rayonundakı Xudavəng monastırına vaiz təyin olunub.

Katolisizm. Xristianlığın bu qolu Bakıda Roma Katolik icması ilə təmsil olunmuşdur.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi yenidən əldə olunduqdan sonra ölkəmizdə katolisizmin dirçəlməsinə şərait yaranıb. Azərbaycan Respublikası ilə Vatikan dövləti arasında qurulan yüksək diplomatik əlaqələr fonunda Katolik icması hərtərəfli dövlət dəstəyi ilə əhatə olunub.

Qeyd edək ki, ilk dəfə Katolik icması 31 yanvar 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən dövlət qeydiyyatından keçib. Elə həmin ilin may ayında ölkəmizdəki katoliklərin tarixində ən yaddaqalan hadisə baş verir. Belə ki, ulu öndər Heydər Əliyevin dəvəti ilə Roma Papası II İoann Pavel ölkəmizə rəsmi səfərə gəlir. Pontifikin səfəri Azərbaycandakı katoliklərin taleyində yeni səhifə açır.

2007-ci ilin fevral ayında Bakının mərkəzində Katolik kilsəsi ucaldılır. 2008-ci il sentyabrın 26-da Heydər Əliyev Fondu ilə ölkəmizdəki Katolik icma arasında əməkdaşlıq Memorandumu imzalanır.

Azərbaycanla Vatikan arasındakı əlaqələrin yüksək olduğunu göstərən nümunələrdən biri də Roma Papası Fransiskin 2016-cı ilin oktyabr ayının 2-də ölkəmizə rəsmi səfər etməsidir.

Protestantlıq. Hazırda ölkəmizdə protestantlıq müxtəlif cərəyanları ilə təmsil olunmuşdur. Qeyd edək ki, Azərbaycanda dövlət qeydiyyatından keçən protestant icmaları bunlardır: “Yeni Həyat” Xristian incil dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması, “Həyat sözü” Xristian dini icması, “Həyat Sözü – 2” Sumqayıt xristian dini icması, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icması, Bakı şəhəri Nərimanov rayonu “Yeddinci Günün Adventistləri” dini icması, “Gəncə şəhəri Yeddinci Günün Adventistləri” xristian dini icması, “Vineyard Azərbaycan” xristian dini icması, Bakı şəhəri “Alov” xristian.

Yəhudilik

Azərbaycanda üç yəhudi icması – dağ yəhudiləri, əşkinazi yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6000-i Bakıda, 4000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir.

Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir.

Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Qırmızı qəsəbə bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Qəsəbədə üç sinaqoq və ayinçilik məqsədilə tikilmiş mikva vardır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini – iyeşivalarını, mədəniyyət mərkəzlərini (məs., Yəhudi icmasının mədəniyyət mərkəzi), cəmiyyətlərini (məs., Həvva qadın cəmiyyəti, Hesed-Herşon xeyriyyə cəmiyyəti), klublarını (məs., Əlef, Kilel gənclər klubları, Mişpaha videoklubu), qəzetlərini (məs., Az-İz, Başnya, Amişav) yaratmışlar. Soxnut yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi komitələri Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur.

2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir.

Hazırda ölkəmizdə mövcud olan yəhudi icmaları Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. 2011-ci ildə Bakı şəhəri Dağ Yəhudiləri dini icması üçün yeni sinaqoq tikilmişdir

Eyni zamanda, Bakıda yaşayan yəhudi uşaqlar üçün Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən “Xabad-Or-Avner” Təhsil Mərkəzi inşa olunmuşdur.

“SSRİ-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ” KİTABININ 2-Cİ CİLDİNİN TƏQDİMATI KEÇİRİLMİŞDİR

Bakı, 28 fevral (AZƏRTAC). Fevralın 28-də Azərbaycanda Atatürk Mərkəzində tarixçi alim, professor Musa Qasımlının “SSRİ-Türkiyə münasibətləri” kitabının 2-ci cildinin təqdimatı keçirilmişdir.

Əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İlyas Babayev professor Musa Qasımlının elmi yaradıcılığı haqqında məlumat vermiş, alimin yeni monoqrafiyasını yüksək qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan tarix elminin uğurlarından hesab edilən kitab diplomatlar, siyasətçilər, beynəlxalq münasibətlərin tarixi ilə maraqlananlar üçün əhəmiyyətli mənbədir.

“Adiloğlu” nəşriyyatında çap olunmuş monoqrafiyanın elmi redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçiləri tarix elmləri doktoru, professor M.Fətəliyev və tarix elmləri namizədi R.Hətəmovdur.

Təqdimatda çıxış edən alimlər elmi əsəri yüksək qiymətləndirmiş, onun gərgin araşdırmaların məhsulu olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, kitab Türkiyədə 1960-cı ildə baş vermiş hərbi çevrilişdən SSRİ-nin dağılmasınadək olan dövrdə iki ölkə arasında diplomatik-siyasi münasibətlərin vəziyyəti, qarşıya çıxan problemlər, bu münasibətlərdə Azərbaycan SSR-in yeri və rolunun araşdırılmasına həsr olunmuşdur. Monoqrafiyada Sovet İttifaqının dənizlərə yiyələnmək istəyi, Qara dəniz məsələsini zaman-zaman qaldırması, Türkiyədə sol təmayüllü təşkilatlara etdiyi yardımlar uzun illər “məxfi”, “tam məxfi”, “xidməti istifadə üçün” qrifləri altında saxlanılmış mənbələr əsasında öyrənilmişdir. Nəzərə çatdırılmışdır ki, kitabın 1-ci cildi artıq rus dilinə tərcümə olunaraq Moskvada nəşr edilmişdir.

Tədbirin sonunda professor Musa Qasımlı əsər barədə fikir bildirənlərə, kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirmişdir.

Müasir azrbaycan dbiyyatı 2 ci cild

Müsəlmanlar parçalanma və dağılma dövründən sonra bir daha özünün «Islam mənliyi»-ni axtarmaq yolunda, kapistalist qərb və kommunist şərqi qarşısında müqavimət göstərdilər. Son yüzüllikdə Islam dünyası, müxtəlif ölkələrdə bu oyanışın bir çoxunun şahidi olmuşdur. Bu hərəkatlardan və qiyamlardan biri, Ayətullah Xomeyninin rəhbərliyi ilə olmuş və 1342-ci ildə hicri şəmsi ilində başlayaraq, 1357-ci hicri şəmsi ilində müvəffəqiyyət qazanmış Iran Islam Inqilabıdır. İnqilabın kökləri dərsində, bu mövzularla ətraflı tanış olacaqsınız. Lakin ondan öncə, qısa olaraq Şəhid Mütəhhərinin baxışları ilə hərəkatının hədəflərinin mahiyyəti, rəhbərliyi, islahatçıların şərait və yeri məsələsinə baxacağıq.

(6-7-1) HӘRӘKATIN MAHİYYӘTİ

Hər hansı hərəkatın mahiyyətinin tə’yini, müxtəlif yollarla baş verə bilər: Hərəkatın yükünü öz çiyinlərində daşıyan şəxs və qruplar yolu ilə; həmin hərəkatın qarşısına qoyduğu hədəflər yolu ilə; həmin hərəkata güc, həyat və hərəkət verən şüarlar yolu ilə və s.

Iranın müasir hərəkatı, Iran xalqının konkret sinif və təbəqəsinə məxsus deyil. Bu hərəkatda varlı və kasıb, kişi və qadın, şəhərli və kəndli, tələbə və məktəb şagirdi, toxucu və usta, tacir və əkinçi, ruhani və müəllim, savadlı və savadsız bərabər olaraq iştirak edirlər. Hərəkata rəhbərlik edən böyük mərcelər tərəfindən bəyanat verildikdə, bütün ölkə ərazisin və bütün təbəqələr arasında bərabər yayılır, şəhərdəki səs-sədası, kənddə saldığı səs-sədaya bərabər olur, Xorasan və Azərbaycanda da, Avropa və Amerikanın ən uzaq nöqtələrindəki iranlı tələbələr arasında da tə’sir göstərirdi. Məzlum və kasıbları, varlılar qədər həyacanlandırır, istismara mə’ruz qalmayanlarda da istismar olunanlardakı qədər anti-istismar hissi oyadırdı.

Bu hərəkat, iqtisadiyyatı cəmiyyətin bayisi sayan, hər bir ictimai hərəkatı təbəqələrarası ziddiyyətin əks-sədası bilən, həmişə, maddi çarpışmazlıqlar və təbəqələr arası ziddiyyətlərə istinad edən və bütün yolların sonunun qarın (mədə) olduğunu bildirən, tarixi maddi cəhətdən izah edənlərin və tarixi materializm tərəfdarlarının nəzəriyyələrinin əsassız olduğunu aşkara çıxarır. Bu hərəkat, peyğəmbərlər hərəkatı ilə eyni kökə – yə’ni «ilahi özünüdərk» və ya «Tanrını dərk» – malikdir. Bu özünüdərkin kökləri, bəşər fitrətinin dərinliklərində yerləşir və daxili «mən»-dən kök alır.

Peyğəmbərsayağı xəbərdarlıq, bəşəriyyətin fitri şüurunu öz yaradıcısına, əsl-kökünə, gəldiyi yer və daxilində həmin yer haqqında sirli və namə’lum tanışlığın hissi keçirdiyi şəhər və məntəqəyə qarşı ayıltdığı zaman, bu oyanış öz-özünə Tanrının gözəl zatına bağlılıqla nəticələnir. Gözəl me’yarların birincisi olan Tanrıya bağlılıq, öz ardınca kamal, gözəllik, ədalət, bərabərlik, bağışlama, fədakarlıq və xeyirxahlığa bağlılıq hissini yaradır. Peyğəmbərlərin insanda oyatdıqları hiss – yə’ni hər fərdin fitrətində, zatında qoyulmuş Tanrıya pərəstiş və Tanrını axtarmaq hissi (bu hiss insanı kamillik axtarıcısı və pisliklərə nifrət edən bir şəxsə çevirir) – insanda inam yaradır. Onu haqq tərəfdarı – ona sərfəli olduğu üçün deyil, sırf haqq olduğu üçün – edir. Puçluqla – batil, batil olduğu və puçluq da, puçluq olduğu üçün-düşmənlik edir. Әdalət, bərabərlik, düzlük və doğruçuluq ilahi me’yarlar olduğu üçün hədəfə və məqbul işə çevrilir və təkcə həyat mübarizələrində qələbə vasitəsi kimi qalmırlar. İlahi oyanışa, ayıqlığa çatmış və ilahi me’yarlar onun üçün hədəfə çevrilmiş bir insan, bir fərd kimi başqa bir fərdin dostu və ya bir şəxs kimi, başqa bir şəxsin düşməni olmaqdan xilas olur. Artıq o, adil şəxsin deyil, ədalətin tərəfdarıdır; zalımın deyil, zülmün düşmənidir. Adil şəxsi himayə etməsi və zalımla düşmənçiliyinin səbəbi psixi və şəxsi vəziyyətindən asılı olmur. Әksinə prinsip və məsləkindən asılı olur. Cəmiyətin oyanmış islamçı vicdanı, onu Islam me’yarlarının axtarışına həvəsləndirir. Müxtəlif və bir-birinə zidd təbəqələri vahid bir hərəkatda hərəkətə gətirən də, müştərək vicdan və cəmiyyətin qaynayan ümumi ruhudur.

Indi isə kök baxımından: Bu hərəkatın köklərini, son 50 ildə ölkədəki hərəkatlarda – həmin hərəkatların bu cəmiyyətin islamçı ruhuna necə yanaşmaları baxımından – axtarmaq lazımdır.

Son yarım əsrdə, Islamın ali hədəflərinə zidd və son yüz ilin islahatçılarının ideyalarının əks istiqamətində olan hərəkatlar baş vermişdir. Təbii olaraq, bu hadisələr bizim cəmiyyət tərəfindən əbədi olaraq münasibətsiz qala bilməzdi.

Həmin yarım əsrdə, Iranın islamçı cəmiyyətində baş vermiş hadisələr bunlardır:
– Sərt və vəhşi istibdad (tiranizm) və bütün azadlıqların ləğvi;

– Yeni imperializmin nüfuz etməsi – yə’ni həm siyasi, həm iqtisadi və həm də mədəni baxımdan gizli və təhlükəli formalı istismar;

– Dinin siyasətdən uzaq saxlanılması, dinin siyasi səhnədən çıxarılması;

– Iranın öncəki cahillik dövrünə qaytarılması üçün sə’y göstərilməsi, atəşpərəstlik şüarlarının dirçəldilməsi və Islamın həqiqi şüarlarının unudulması;

Məhəmməd (s)-ın hicri tarixinin zərdüşt tarixi ilə dəyişdirilməsi, bunlara bir nümunədir.

– Islam mədəniyyətinin qiymətli irsinin təhrifi və bu mədəniyyətin, Iranın şübhəli mədəniyyəti adı ilə tanıtdırılması;

– Dövlət marksizminin – yə’ni, siyasi və ictimai tərəflərini çıxmaqla, onun anti-din fikirlərinin təbliği və yayılması;

Bildiyimiz kimi, marksistlərin satılmış ünsürləri, Pəhləvi hökuməti aparatı ilə razılığa gəldilər. Razılığın mövzusu, marksizmin anti-din, materialist və anti-məzhəb şüarlarının təbliği və siyasi, ictimai xüsusiyyətləri barədə susulması idi. Biz universitetdə, hakimiyyətin himayəsi altında xoşbəxt yaşayan marksist ünsürlərinin bu cür fəaliyyətinin yaxından şahidi olurduq. Rəhimsizcəsinə qətillər və iranlı müsəlmanlara qiymət verilməməsi, həmçinin siyasi müttəhimlər üçün həbsxana və işgəncələr;

– Ayrı-seçkilik və təbəqələrarası fərqin günbəgün artması;
– Halbuki, zahirdə islahatlar aparılırdı;
– Hökumətdə və digər orqanlarda, qeyri-müsəlmanların müsəlmanlar üzərində ağalığı;

– Həm birbaşa, həm də fəsadın yayılması formasında, Islam qayda-qanunlarının bütün mədəni və ictimai sahələrdə açıqcasına pozulması;

– Yad sözlərlə mübarizə adı ilə, Iranın islamçı ruhunun qoruyucusu olan fars Islam ədəbiyyatı ilə mübarizə;

– Islam ölkələri ilə bağlılığının pozulması və qeyri-islam dövlətləri və Israil kimi Islama zidd ölkələrlə bağlılıq.

Bu və buna bənzər işlər, yarım əsr ərzində Iran cəmiyyətinin məzhəbi vicdanını əzmiş və partlama həddinə gətirmişdi. Keçmişin ədalətsizliklərindən əziyyət çəkən və ayağa qalxmaq üçün fürsət gözləyən, Iranın agah, şücaətli və mübariz ruhaniləri, belə bir şəraitdə qiyam etdi. 50 illik pisliklərdən bezmiş və qərbpərstliklə şərqpərəstlikdən peşiman olmuş nəsil, Islamın nicatverici tə’limi ilə tanış etdi. Xalq da özünün varlığı ilə ruhanilərin çağırışına «bəli» söylədi. İranın Islam Hərəkatı, bu cür köklərdən güc alırdı.

(6-7-2) HӘRӘKATIN HӘDӘFİ

Bu hərəkatın hədəfi nədir, nə istəyir? Demokratiyanı istəyir və ya istismarı bu ölkədən qovmağı? Bu gün «insan hüququ» adlanan şeyi müdafiə üçünmü ayağa qalxmışdı? Ayrı-seçkiliyi və bərabərsizlikləri ləğv etmək, zülmü kökündən qoparmaq, materializmi məhv etmək istəyirmi.

Bu sualların cavabını, hərəkatın mahiyyəti və kökləri haqqında söylədiklərimizdə tapmaq olar. Bu sualların cavabında qısaca deyilə bilər ki, bəli və xeyr. Bəli, yəni bütün bu hədəflər hərəkatın hədəflərindəndir. Yox, yəni hədəflər bununla bitmir.

Islam hərəkatı, hədəf baxımından məhdud ola bilməz. Çünki Islam, zatən parçalanmayan bir külliyyat şəklindədir və bu hədəflərdən hər birinə çatmaqla, sona yetmir. Әlbətdə bu, hərəkatın taktiki baxımdan bir sıra hədəfləri başqalarından daha mühüm saymaması və hədəfə çatma mərhələlərini nəzərə almaması demək deyildir. Məgər Islamın özü taktiki baxımdan tədriclə həyata keçirilməmişdirmi? Yəqindir ki, hərəkat əvvəlcə istibdad və istismarın rəddi, inkarı və dağıdılması mərhələsini keçir. Bu mərhələni adladıqda, quruculuğa və stabilliyə çatır və sonra, digər hədəflərinin ardınca gedir.

Qısa olaraq, hər bir hərəkat özünün bir sıra kiçik və ikinci dərəcəli hədəflərinə də malikdir. Hərəkatın ümumi hədəfləri, dörd cümlədə söylənilmişdir: «Nəruddul-məalimə min diynik». Yəni Tanrı yolunun məhv olmuş əlamətlərini qaytaraq. Yəni ilkin və həqiqi Islama qayıdış; yaxud, bidətləri məhv etmək və əsil sünnəti həyata keçirmək; fikir və düşüncələrdə islahat və Islam barəsində mühakimə, ruhiyyə və mənlikdə dəyişiklik.

«Nəzhərul-islahə fi biladik». Yəni şəhər və cəmiyyətlərdə, əsaslı, aşkar, geniş və hər bir tamaşaçını cəlb edəcək islahat aparmaq. Xalqın yaşayış səviyyəsinin yaxşılaşmasının əlamətləri görünməlidir. Yəni Tanrı bəndələrinin həyat səviyyəsində köklü dəyişikliklər.

«Yəmənul-məzlumunə min ibadik». YəniTanrının məzlum bəndələri, zalımların şərrindən xilas olmalı və zülümkarların uzun əlləri, məzlumların başı üzərindən qalxmalıdır. Yəni, insanların ictimai əlaqələrində islahat.

«Tuqamu-muəttələtu min hududik». Yəni Tanrının unudulmuş qanunları və Islamın tapdalanmış qaydaları, bir daha həyata keçirilməli və xalqın ictimai həyatında hakim rol oyanmalıdır. Yəni, cəmiyyətin sivil və ictimai qaydalarında faydalı və Islami dəyişiklik.

Bu dörd prinsipi həyata keçirməkdə, fikir və düşüncələri həqiqi Islama yönəltməkdə, bidət və xurafatı beyinlərdən qovmaqda, yemək, mənzil, səhiyyə, təhsil baxımından ümumi həyatı yaxşılaşdırmaqda, insanların insanlıq əlaqələrini bərabərlik, qardaşlıq, üzərində qurmaqda və cəmiyyəti, hakim qayda-qanun baxımından ilahi Islam ülgüsünə əsasən qurmaqda müvəffəqiyyət qazanmış islahatçı, ən yüksək müvəffəqiyyətə nail olacaqdır.

(6-7-3) HӘRӘKATIN RӘHBӘRLİYİ

Hər bir hərəkatın liderə ehtiyacı var. Buna, heç bir şübhə yoxdur. Lakin islamçı mahiyyətə malik və bütün hədəfi Islam olan bir hərəkata, kimlər və hansı qrup rəhbərlik etməlidir?

Yəqindir ki, islamşünaslar, islamın hədəfləri, əxlaq fəlsəfəsi, ictimai, siyasi və mənəvi fəlsəfəsini gözəl bilənlər, Islam dünya görüşü – yəni Islamın varlıq və xilqət (yaradılış), başlanğıc, yaradan, varlığın zərurəti haqqında Islamın baxışları – və insan və insan cəmiyyəti haqqında islamın fikirlərin tamamilə bilən, islamın müxtəlif mövzularda – o cümlədən, insan necə yaşamalıdır? Özünü və cəmiyyətini necə qurmalıdır? Öz hərəkətini necə davam etdirməlidir? Nəyə qarşı mübarizə aparmalıdır? Ümumiyyətlə, hansı yolu seçməlidir? – ideologiya və planlarını bilənlər rəhbər ola bilərlər.

Islam mədəniyyəti daxilində tərbiyə almış, Quran, sünnət, fiqh və Islam maarifini yaxşı və tam bilənlər, rəhbər vəzifəsini icra edə bilərlər. Bu səbəbdən də, yalnız dini və ilahi alimlər, Islam hərəkatına rəhbərlik edə bilərlər. Hər bir ictimai hərəkatın, fikiri və mədəni hərəkatlardan ibarət dayağı olmalıdır. Әks halda, yad cərəyanların toruna düşəcəkdir. Onlar tərəfindən cəzb olunacaq və öz-özünə, yolunu dəyişəcəkdir. Misal üçün, Iran Islam Inqilabında bir qrup şəxs, Islamın mədəni sərvətlərindən bəhrələnmədikləri üçün başqalarının toruna düşdülər. Digər tərəfdən, hər bir islamçı mədəni hərəkat, ictimai hərəkatın dayağı olmaq istəyirsə, ayrı cəmiyyətin deyil, məhz həmin cəmiyyətin mədəniyyətindən güc almalı və onunla qidalanmalıdır. Məsələn, hər hansı bir cəmiyyət marksist, ya eksitansiolist və ya bunlara bənzər mədəniyyətlərdən bəzi hissələrini götürərək, Islam yoluna hidayət etmək üçün onların üzərinə Islam örtüyü çəkirsə, yəqindir ki, bu səhv yoldur. İslam hərəkatı, islam qanunlarından ilham alan əxlaqi, tarixi, siyasi, iqtisadi, dini və ilahi fəlsəfə yaradaraq, üzvlərinin ixtiyarına verilməlidir.

Bu gün Islam cəmiyyətinin xacə nəsirəddinlərə, əbu əli sinalara, molla sədralara, şeyx ənsarilərə, şeyx bəhailərə, mühəqqiq hillilərə və əllamə hillilərə ehtiyacı vardır. Lakin VII əsrin deyil, XIV əsrin Xacə Nəsirəddini; IV əsrin deyil, XIV əsrin Әbu əlisi; XIII əsri deyil, XIV əsrin Şeyx Әnsarisinə və s. Yəni onlar həmin xüsusiyyətlərə malik olmaqla bərabər, bu dövrə aid olmalı, hazırkı əsrin problem və ehtiyaclarını hiss etməlidirlər.

İslam, əslində məsləhət deyil, həqiqətdir; vasitə yox, hədəfdir və Bslama məsləhət və vasitə kimi baxanlar deyil, yalnız həqiqət və hədəf kimi baxanlar bu ictimai enerji mənbəyindən istifadə edə bilərlər. İslam, XVI əsrin tələblərində istifadə edilən və XX əsrin tələblərində tarixə tapşırılan alət deyil. İslam, insanlığın düzgün yoludur və mədəniyyətli insanın, yarım vəhşi insan qədər ona ehtiyacı var; inkişaf etmiş insana, ibtidai insana verdiyi qədər, nicat və səadət verir. İslama vasitə və məsləhət və nəhayət, özünəxas ictimai şəraitdə istifadə edilən müvəqqəti bir şey kimi baxanlar, Islamı düzgün tanımamış və ona yaddırlar. İslamın parlaq hökümlərinin icrasına baxış nisbi deyil, mütləq olmalıdır. Hətta, Islama vasitə və alət kimi baxsaq, Islam adı ilə tanıtdırılan hər bir şeydən deyil, doğru və həqiqi Islamdan istifadə etməliyik. Necə ola bilər ki, hər bir alətdən istifadə üçün təxəssüs lazım olsun, lakin bu alətdən istifadə də təxəssüsə və səriştəyə ehtiyac olmasın?

Elə bilirsiniz, filan professorla bir neçə gün səhər yeməyi yemiş və ziyalılıq iddiasında olan bir kəs, həqiqi Islamı yalançı Islamdan ayıra və ya ondan, cəmiyyətin xeyiri üçün istifadə edə bilər?

Təəssüflə deməliyik ki, bu ziyalılar yuxudan bir qədər gec qalxıblar. Çünki bu böyük hərəkət və enerji mənbəyinin qədim rəhbərləri, bu böyük mənbədən necə istifadə etməyin yolunu bildiklərini gösərmişlər və buna görə də, başqalarına tərk-silah imkanı verməyəcəklər.

Yaxşı olar ki, hər səhər daşınma ümidi ilə yuxudan ayılan və hər gecə əli boş yatan bu əziz ziyalılar, insanlığa ayrı xidmət haqqında fikirləşsinlər və Islamın mənəvi enerji mənbəyinin, həmin şəraitdə böyümüş və həmin ab-havaya alışmış böyüklərin əlində qalmasına imkan versinlər. Çünki bizim xalqımız həmin böyüklərin səsi və sözü ilə daha yaxşı tanışdır.

İranın İslam Hərəkatı, hazırda dövrün ehtiyaclarını bilən, xalqla həmdərd olan, İslamın yüksəlməsini istəyən və iblisin nişanələrindən sayılan məyusluq, ümidsizlik və qorxunu yaxına burxmayan agah, şücaətli və mübariz mərcelərin ona rəhbərlik etdikləri ilə fəxr edir.

Bu gün hərəkata rəhbərliyi öz öhdələrinə götürmüş mərcelərə nisbətən, daha böyük ərazidə mərcəlik edən və daha çox ardıcıla malik mərcelər olmuşdur. Lakin bu qədər sevgi, nüfuzlu söz, xalqın ruhu və canı ilə qaynayıb-qarışmamış və ya bu rabitə cüzi dərəcədə olmuşdur. Biz, bu rəhbərlərin böyüklüyünə hörmət edir, təşəkkürümüzü bildirir və təriflərini tarixə tapşırırıq. Qadir Tanrıdan, onlar üçün qəti iradə, artan səy, dərin və dəqiq baxış və daha çox müvəffəqiyyət arzulayırıq. Lakin adı, xatirəsi, çıxışları, ruhu, iradəsi, şücaəti, imanı hamının dilində olan qəhrəmanlar qəhrəmanı, Iran xalqının gözünün nuru və ruhuna yaxın olan Ayətullah Xomeyni Tanrının bizim əsrə təqdim etdiyi ən böyük töhfə idi və bu, «Innəllahə fi kulli xələfin udulən yənfunə ənhu təriyfəl-mubtiliyn»-nə bir nümunədir.

«İnnəma yuqiymu əmrəllahi subhanəhu mən la yusaniu və la yuzariu və la yəttəbiul-mətamiə»(Nəhcül-bəlağə, qısa kəlamlar, 107-ci hikmət).

Bu cümlələrdə, Tanrı əmrlərinin yerinə yetirilməsindən söz açılır, son yüz ildə Islam islahatçılarının dilində «Islam təfəkkürünün dirçəldilməsi» adlanan mövzudan danışılır. Söhbət Tanrı fərmanlarının unudulacağı və yenidən bərpasına ehtiyac duyulacağı bir dövrün yetişəcəyindən gedir. Mövzu, kimin bu peyğəmbərlərə xas işi görə bilməyə qadir olmasıdır. Hər bir insan, istənilən ruhi və əxlaqi şərait və mənəvi şəxsiyyətindən asılı olmayaraq, belə bir peyğəmbərsayağı addım ata bilərmi?

İmam Әli (ə) «innəma» sözünü qeyd edərək deyir: «O şəxs bunu edə bilər ki, üç böyük xüsusiyyət onda olmasın: müsaniə, müzariə və nökərçilik tamahı».

«Müsaniə» sözünün fars dilində dəqiq qarşılığını, hələ də tapa bilməmişik. Bəlkə də «razılaşma», «nəzərə alma», «müamilə etmək» demək olar. Lakin xeyr. Bunların hamısı müsaniədir. «Müsaniə», bunlardan daha genişdir. İmam Әli (ə) və dostlarının nəzərində, müsaniənin bir növü sayılırdı. Həzrət Әli (ə), hətta məsləhət xatirinə – siyasətçilərin özlərini uyğunlaşdırdıqları məsləhətlər – də olsa, Müaviyyənin 1 saat da olsun öz vəzifəsində qalmağına icazə verməkdən imtina etdi və bu işi, müsaniə adlandırdı. Ola bilsin ki, səhabələr və dostları Imam Әli (ə)-ın hüzuruna gələrək onu tərifləyir, ona hörmət göstərir, müxtəlif ad və ləqəblərlə çağırır və işlərdə hər hansı bir eybi gördükdə, onu söyləməkdən çəkinirdilər və İmam Әli (ə), qəti surətdə onları bu yoldan çəkindirir və onların bu hərəkətini, müsaniə adlandıraraq deyirdi: «Mənimlə müsaniə formasında rəftar etməyin. Mənimlə zülmkarlarla danışılan kimi – yəni yaltaqlıqla, tərifləməklə gözəl sözlərlə – danışmayın». O açıqcasına deyirdi: «Mən, xalqın mənimlə üzləşərkən xoş sözlər və təriflər yerinə, nəzərlərinə çarpan çatışmazlıq və eybləri, açıq-aşkar və üz-bəüz deməklərin istəyirəm».

Tanrı işlərinin icrasında utancaqlıq, müsaniədir. İşlərin icrasında dostu, yoldaşı, övladı, qohumu və s. nəzərə almaq, müsaniədir.

Qurani-kərim, bu gün «müdanihə» kimi istifadə edilən, «idhan» sözündən istifadə edir.

İdhan, yəni yağ sürtmək. Bu günlər, müasir danışıqda «yağlamaq» və s. kimi işlədilir. Bu təbir, adətən hər hansı bir işi ciddi surətdə görmək əvəzinə, necə gəldi və əslinə varmadan «üstü bəzək, altı təzək» formasında görüldüyü zaman ortaya çıxır. Qurani-kərim buyurur: «Kafirlər sənin müdahinəçi olmağını istəyirlər». O zaman, onlar səninlə müdahinə edərdilər. Məsələn tövhid, bərbərlik, qardaşlıq, ribanın haramlığının zahiri qalar, əsli və həqiqəti itərdi. Qısası, sənin müsaniə əhli olmağını istəyirdilər. Sən isə, müsaniə əhli deyilsən. Deməli, zahirlə kifayətlənmək, müsaniədir.

Dostbazlıq, dostları, övladları, qohumları nəzərə almaq və Tanrı işinin icrasına çatmaq müsaniədir. Tarixdə, Imam Әli (ə) haqqında bu cəhətdən ibrət almalı bir hadisə qeyd olunmuşdur: «Imam Әli (ə) qoşunun başçısı olarkən, Yəməndən qayıtdığı zaman, beytülmala məxsus Yəmən geyimləri də gətirdilər. Nə özü onlardan birini geymiş, nə də ordu üzvlərindən birinin onlardan geyməsinə icazə vermişdi. Məkkəyə bir-iki mənzil qalmış-o zaman, Həzrət Peyğəmbər (s), Həcc ziyarəti üçün Məkkəyə getmişdi. Özü hesabat vermək üçün Həzrətin hüzuruna gəldi və sonra əsgərləri ilə birlikdə Məkkəyə daxil olmaq üçün geri döndü. Әsgərlərin yanına çatdıqda, onların həmin geyimləri çıxararaq geydiklərini gördü. Әli (ə) heç bir şeyi nəzərə almadan geyimləri onların əynindən çıxarıb, öz yerinə qoydu. Döyüşçülər narahat oldular və Tanrının rəsulunun (s) hüzuruna çatdıqda, Peyğəmbər (s)-ın «Böyüklərinizdən razısınızmı?» sualının cavabında, dedilər: «Bəli, lakin. » və geyimlər haqqındakı hadisəni Peyğəmbər (s) üçün danışdılar. Həmin anda Peyğəmbər (s), Həzrət Әli (ə) haqqında tarixi bir cümlə dedi: «O, Allahın zatında, ən sərt insandır». Yəni, Imam Әli (ə) ilahi iş gördüyü zaman, hər bir «müsaniə» və «nəzərə alma»dan uzaq olur. Müsaniə və dostluğun müsaniəsi, xiffət və çarəsizliyin bir növü, şücaət və qüvvətin bir növü olan prinsipial sərtliyin qarşılığıdır.

Indi isə «müzariə». «Müzariə», yəni «oxşarlıq».

Cəmiyyəti islah etmək və dəyişmək istəyən şəxs, həmin xalqla eyni rəngli və xalqın zəif xüsusiyyətləri onda olmamalıdır. Yalnız zəif xüsusiyyəti olmayanlar, zəif xüsusiyyətləri islah edə bilərlər. Әgər hər hansı bir xəstəlikdə, bir xəstə digərini sağalda bilərsə, mənəvi və ictimai müalicədə, bu mənasızdır. Әli (ə) buyurmuşdur: «And olsun Allaha. Mən, sizə deməmişdən əvvəl, özümün əməl etdiyim şeyləri sizə əmr edirəm və sizdən əvvəl özümün çəkindiyim şeyləri, sizə qadağan edirəm». həmçinin, o Həzrət (ə) buyurur: «Özünü xalqın rəhbəri və imamı vəzifəsinə seçmiş şəxs, əvvəlcə özünə təlim verməlidir, sonra xalqa. Özünü təlim və ədəbli etmək, başqaları üçün müəllimlik etməkdən daha çox, hörmətə və ehtirama layiqdir».

Nökərçilik tamahı. Әli (ə.s.) buyurur: «Әt-təməu riqqun muəbbidun»(Nəhcül-bəlağə, qısa kəlamlar, 171-ci hikmət).

Nökərçilik tamahı əbədidir. Hər bir nökərçilikdə, azadlıq ümidi sahib tərəfindən olur. Tamah növlü nökərçilikdə sahib tərəfindən azadlığa heç bir ümid yoxdur. Burada azad olmağın ixtiyarı sahibin deyil, qulun əlindədir. Tanrı fərmanını yerinə yetirmək istəyən hər bir kəs, bu əsirlikdən azad olmalıdır. Hürriyyət və mənəvi azadlıq, dini islahatçının müvəffəqiyyətinin şərtidir.

Məsləhət üzrə hərəkət edən çarəsiz bir insan, ilahi islahata müvəffəq olmadığı hər hansı bir xəstə öz cəmiyyətini müalicə etməyi bacarmadığı kimi, öz nəfsinin, tamahının əsiri və qulu olanda, başqalarını ictimai və mənəvi əsirlikdən xilas edə bilməz.

Ey Tanrı! Sən ürəklərin və fikirlərin sahibisən. Bütün ürəklər, sənin əlindədir. Bizi düz yolda saxla və nəfsimizin şərrindən qoru.

Mənbələr:
1. İlahi Hüseyn, Afrika tarixi, 1-ci çap, «Çape pəxş» nəşriyyatı, Tehran, 1368-cü il h.ş;

2. Әlbənna Həsən, «Həyat xatirələri», mütərcim: Irəc Kirmani, 3-cü çap, Islam mədəniyyətinin yayılması idarəsi, Tehran, 1371-cü il h.ş;

3. Sülhi Məhəmməd Cavad, «Islam hərəkatlarında islahatçı fikirlər», 3-cü çap, Keyhan, Qum, 1376-cı il h.ş;

4. İnayət Həmid, «Müasir Islamda siyasi fikir», Tehran, Xandəni nəşriyyatı, Tehran, 1372-ci il h.ş;

5. İqad Әbbas Mahmud, «XX əsrdə Islam», mütərcim: Həmid Ajir, 2-ci çap, Qüds Rəzəvi nəşriyyatı, Məşhəd, 1372-ci il h.ş;

6. Әbdülqəni Məğribi, «Islam dünyası: yarandığından dirçəlməsinə qədər», 1-ci çap, Razi nəşriyyatı, 1362-ci il h.ş;

7. Fəqihi Әliəsgər, «Vəhhabilər», Ismailiyyan müəssisəsi, 2-ci çap, Tehran, 1364-cü il h.ş;

8. Qurbani Zeynəlabidin; «Islamın inkişafı və müsəlmanların tənəzzülünün səbəbləri», Islam mədəniyyəti idarəsi, Tehran, 1361-ci il h.ş;

9. Mürtəza Mütəhhəri, «Son yüz ildə Islam hərəkatları», 15-ci çap, Sədra nəşriyyatı, Tehran, 1370-ci il h.ş.

10. Tuluyi Mahmud, «Siyasi sözlük», Soxən nəşriyyatı, 1-ci çap, 1372-ci il h.ş.
11. Seyyid Әhməd Müvəssiqi, «Müasir islamçı cərəyanlar», 1-ci çap, Səmt nəşriyyatı, 1374-cü il h.ş;

12. «Islam və cəmiyyət», bir qrup döyüşçü, 1-ci çap, Şeyx Tusi konfransının katibliyi, 1376-cı il h.ş.

13. Haşım Mərufəl Hüseyni; «Islam tarixində şiə hərəkatları», mütərcim: Sadiq Arif, 1-ci çap, Qüds Rəzəvi nəşriyyatı, 1371-ci il h.ş.

Comments are closed, but trackbacks and pingbacks are open.