Müasir azərbaycan ədəbiyyatı
Bu yazımda oxucularla “Cənubi Azərbaycan nəsri antologiyası” (II cild) kitabı ilə bağlı bəzi düşüncələrimi bölüşmək istədim.
Elizabet Vayt: “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın xarici dillərdə nəşri təqdirəlayiqdir
“Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın ingilis dilində mükəmməl səviyyədə nəşri və təqdimatı üçün Tərcümə Mərkəzi ilə İngiltərənin əlaqədar qurumları arasında əlaqə yaradılmasına və bu sahədə işbirliyinin qurulmasına yardımçı olacağıq. Azərbaycan ədəbiyyatının dünyaya belə bir formatda təqdimatı, eləcə də dünya ədəbiyyatının ölkənizdə təbliği istiqamətində görülən işlər təqdirəlayiqdir.
Bunu fevralın 24-də “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla görüşündə deyib.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı dil və tərcümə, tərcümə tədrisinin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq, ədəbiyyatlararası əlaqələrin və mübadilələrin qurulması, eləcə də digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Müasir Azərbaycan ədəbiyyatı antologiyası” layihəsindən söz açan A.Məsud bildirib ki, kitabın yaxın vaxtlarda ərəb dilində Misirdə, daha sonra İordaniya, Fələstin, Mərakeş, Liviya və digər ölkələrdə nəşri planlaşdırılır. İyunda isə ikicildliyin türk dilində Ankarada təqdim edilməsi nəzərdə tutulur. Direktor diqqətə çatdırıb ki, Azərbaycan ədəbiyyatı dünyaya ilk dəfədir belə bir formatda təqdim edilir.
Müasir azərbaycan ədəbiyyatı
Müasir Güney Azərbaycan ədəbiyyatı
O insan xoşbəxt hesab olunur ki, ölümündən sonra da yaşayır. Ölümündən sonra onu yaşadansa yaratdığı əsərlər, yazdığı kitablar, böyüdüb boya-başa çatdırdığı, şəxsiyyət kimi formalaşdırdığı övladları olur. Onu tanıyanların sadəcə “Mirzə müəllim” deyə çağırdıqları böyük insan – yazıçı, publisist, alim, vətəndaş, şəxsiyyət olan Mirzə İbrahimov bu xoşbəxtliyə elə sağlığındaykən qovuşmuşdu, çünki çox-çox gərəkli alimlik fəaliyyəti boyunca həm də onlarca mənəvi övlad yetişdirmişdi. böyük əməllərini, misilsiz işlərini, arzu və istəklərini bu dünyada olmadığı zamanlarda da davam etdirə biləcək ağıl, savad və mərifətdə.
Mirzə müəllimin Güney Azərbaycanın Sərab mahalının Eyvə kəndində dünyaya göz açdığı o bəxtiyar gündən düz yüz ilə – bir əsrə yaxın zaman keçir. Bəxtiyar gün ifadəsi gəlişi gözəl deyilmiş sözlər deyil. Düşünürəm ki, Vətənini, doğulduğu müqəddəs torpağı – Ata yurdunu, millətini, xalqını sevən, onu qoruyan, uğrunda ölməyə belə hazır olan, hər bir fəaliyyətində ona xidmət edə bilən şəxsiyyətlərin doğulduqları gün bəxtiyar, eli bəxtiyar, yurdu bəxtiyar olur. Bəxtiyar bir elin, ancaq taleyinə müsibətlər yazılmış bir elin bəxtiyar oğlu Mirzə İbrahimovun anım mərasiminə onun məhz mənəvi övladları ruhunu şad edəcək, məzarını nurla dolduracaq bir müqqədəs sovqatla gəliblər – professor Teymur Əhmədov “Mirzə İbrahimov haqqında xatirələr”, millət vəkili, ədəbiyyatşünas alim Elmira Axundova və AMEA Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin cəfakeş əməkdaşı Xuraman Quliyeva “Cənubi Azərbaycan nəsri antologiyası” (II cild) və filologiya elmləri doktoru Rəhim Əliyev “Taleyin sözü” kitabları ilə.
Bu yazımda oxucularla “Cənubi Azərbaycan nəsri antologiyası” (II cild) kitabı ilə bağlı bəzi düşüncələrimi bölüşmək istədim.
Nəsr antologiyası “Cənubi Azərbaycan poeziyası antologiyası”nın (I cild) davamıdır və burada nəsr əsərləri əhatə olunub. Cənubi Azərbaycan ədəbiyyatının poeziya və nəsr nümunələrinin küll halında antologiyasını yaratmaq böyük Mirzə İbrahimovun ideyası, həyata keçirməyə ömrünün vəfa etmədiyi arzusu idi. Böyük alimin əziz xatirəsinə ehtiram əlaməti olaraq tərtibçilər I və II cild antologiyanı Mirzə İbrahimova ithaf ediblər. Əlbəttə, müqəddimədə də qeyd olunduğu kimi, “qədim zamanlardan və uzun əsrlərdən bəri hikmət irsini, bilik xəzinələrini dünyada yadigar saxlayan bu əbədi səadətin əlaqə vasitəsi isə kitabdır. Ömürlərin, təfəkkürlərin, imtahan və təcrübələrin toplandığı ehtiyatı yalnız kitab vərəqləri asanlıqla, minnət qoymadan hamıya paylayır”.
�Cənubi Azərbaycan nəsri antologiyası�nda XIX əsrin II yarısından etibarən Güneydə yaranmış böyük həcmli, monumental əsərlər, roman və povestlər (təbii ixtisarla), eyni zamanda kiçik həcmli qələm nümunələri də öz əksini tapmışdır. Ümumiyyətlə, Şərqdə qədimlərdən günümüzədək poeziya daha çox inkişaf edərək möhtəşəm zirvələr fəth etmiş, nəsr isə bir qədər kölgədə qalmışdır. XIX əsrin II yarısından başlayaraq Güney Azərbaycanda, eləcə də İranda kiçik əsərlərlə yanaşı, böyük həcmli, monumental, sanballı romanlar araya-ərsəyə gəlmişdir. Təbii ki, ədəbiyyatda yeni janrlar adətən kiçik, yığcam əsərlərlə təşəkkül tapır. Zeynalabdin Marağayinin “İbrahimbəyin səyahətnaməsi”, ümumiyyətlə, İranda yaranmış ilk sosial romandır. Bircə faktı qeyd etmək lazımdır ki, antologiyanın poeziyaya həsr olunmuş cildində də vurğulandığı kimi, Güneyin şair və yazıçıları fars dilində yazıb-yaratmaq məcburiyyətində olmuşlar. Lakin onların farsca yazdıqları əsərlərində başdan-başa Azərbaycan ab-havası duyulur.
Mirzə Əbdürrəhim Talıbovun əsərlərinin isə İran üçün əhəmiyyəti fərqli səpkidədir. Bu əsərlərdə yazıçı elmi-texniki yenilikləri, qloballaşan dünyadakı mütərəqqi dəyişiklikləri bədii dilin imkanları ilə oxucularına çatdırır və bədii məqsədinə çatmaq üçün müxtəlif yollar seçir. Bu mənada, “Əhmədin kitabı” əsəri maraq doğurur. Əsərdə yazıçı ata ilə oğulun dialoqu vasitəsilə sanki atanın məsləhətləri, tövsiyələri timsalında elmin yeniliklərini diqqətə çatdırır.
“Kitab yüklü eşşək” povestində isə daha orijinal yol seçən M.Ə.Talıbov insan, həyat, təbiət, insani münasibətlər haqqında fəlsəfi düşüncələrini, nəsihət, öyüd və əxlaqi fəzilətlər, adət və ənənələrlə bağlı fikirlərini vermişdir.
Yazıçı �sadə adamların zövqünəyaxın, uşaq hekayələrinə daha uyğun şəkildə yazılmış əsərlərin” daha çox oxunduğunu, geniş yayıldığını düşünərək bu yolu seçmiş və nəticədə, bu əsər daha çox sevilmişdir.
Həm Z.Marağayi, həm də M.Ə.Talıbov təkcə Güney Azərbaycanda deyil, bütün İranda realistik roman janrının baniləri sayılırlar. Nəsr antologiyasında XX əsrin II yarısında yaranmış nəsr əsərləri daha dolğun, daha geniş əhatə olunmuşdur. Kitabı vərəqlədikcə ədəbiyyatın, həm də Cənubi Azərbaycanın və İranın tarixən keçdiyi uzun inkişaf yolu gözlərimiz önündə canlanır. Təbii, tərtibçilər çalışmışlar ki, elə əsərlər seçilsin ki, onlarda həm müxtəlif janrlar, həm də üslublar, dəstxətlər öz əksini tapsın.
Tamamilə realist üslubda yazan H.F.Xoşginabi, Q.Qəhrəmanzadə ilə yanaşı, lirik-romantik üslubda yazan Ə.Tudə, S.Tahirin əsərlərini, Ruqiyyə Səfəri, Aqşin Ağkəmərli və b. təfəkkürün məhsulları olan əsərlərini təqdim edən tərtibçilər ədəbiyyatın hərtərəfli əhatə olunmasına çalışmışlar.
Antologiyaya (II c.) daxil olan müəlliflərin bəzilərini oxucular daha çox şair kimi sevmişlər. Maraqlı cəhət burasındadır ki, rus dilində nəşr olunan ikicildlik rusdilli oxucular üçün tamamilə yeni təqdimat olacaqdır. Həyatdan vaxtsız köçmüş, faciəli tale yaşamış və hər birimizin şair kimi tanıdığımız Mərziyə Üskuyinin “İlk ölümün acıları” hekayəsinin verilməsi, zənnimizcə, oxucuların qəlbində kövrək duyğular oyadacaq.
XX əsr İran və Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri görkəmli uşaq yazıçısı Səməd Behrəngidir. Rusdilli oxucular və bizlər onu orijinal dəst-xəttə malik bir yazıçı kimi tanıyırıq, ancaq onun kitabda verilmiş “Qar dənəcikləri” hekayəsi sanki şeirdir, başdan-başa lirikadır. Təkcə o taylı-bu taylı Azərbaycanda deyil, xarici ölkələrin ədəbiyyatşünasları tərəfindən müsbət qiymətləndirilən “Balaca qara balıq” povestinin oxucuları, yəqin ki, daha çox olacaqdır. Bütün bunlar antologiyanın rəngarəng və oxunaqlı olmasıns təsir göstərir.
Qeyd edək ki, bu kitabdakı bütün əsərlər yüksək bədii tələblərə cavab vermir. Lakin Elmira xanım və Xuraman Quliyeva bu addımı Cənubi Azərbaycan nəsrini hər tərəfli əhatə etmək məqsədilə atmışlar. Cənubi Azərbaycanın, bütövlükdə Azərbaycan xalqının tarixi çətin, qanlı-qadalı, kəşməkəşli olsa da, optimistdir. Güney yazarları son dərəcə humanist, həyata sıx surətdə bağlı, gələcəyə böyük ümidlərlə baxan optimist düşüncəyə malik nikbin insanlardır. Bu daxili aləmə malik qələm sahiblərini yaratdığı nəsr də böyük bir inkişaf yolu keçmişdir. Və bu əsərin yaradılmasında müxtəlif ədəbi məktəblərin təmsilçiləri, müxtəlif estetik siyasi � nəzəriyyələrin � daşıyıcıları olan, müxtəlif janrlarda yazıb-yaradan yazarlar fəal iştirak edirlər. Beləliklə də Cənubi Azərbaycan nəsri formulunu yaradır və dünya ədəbiyyatında özünə məxsus yer tuturlar.
Son olaraq bu fikri qüvvətləndirmək üçün M.Ə.Talıbova istinad edirəm: “İnsan güman edir ki, əşrəfi-məxluqatdır”. İnsanı güman etdiyi əşrəfi-məxluqat səviyyəsinə qaldıransa kitablar, kitablar, kitablardır.
��������� Respublika.- 2008.- 17 dekabr.- S.6.
Şərh: müasir Azərbaycan ədəbiyyatı haqda
üasir Azərbaycan ədəbiyyatını müzakirə etmək istədiyim adamların çoxu gözlərini bərəldib “Məgər elə bir şey var?” deyə soruşurdu.
Doğrudanmı müasir Azərbaycan ədəbiyyatı “mövcud deyil?” Əgər belədirsə, o zaman niyə?
Ə dəbiyyat deyəndə nəsr nəzərdə tutulur. Müasir kitab nəşrinin əsasını məhz nəsr təşkil edir. Və belə alınıb ki, Azərbaycanda nəzm həmişə nəsri üstələyib. Ən azı ona görə ki, nəzm burada çox-çox əvvəllərdən yaranıb (həm də gözəl nəzm), tamməzmunlu müəllif nəsrinin formalaşması isə təxminən 19-cu əsrin ortalarına təsadüf edir. Üstəlik o zaman oxuyacaq adam da çox deyildi, çünki əhalinin böyük əksəriyyətinin yazıb-oxuması yox idi. Yeri gəlmişkən, o zamankı yazıçıların öz əsərlərində qaldırdıqları əsas mövzulardan biri də savadsızlıq idi.
Ədəbiyyat sosial fenomen kimi bir neçə elementdən ibarət ekosistemdir: müəlliflər kitab yazır, naşirlər bu kitabbları nəşr edir, reklam edir və satır; tənqidçilər onlara resenziya yazır, ya göylərə qaldırır, ya da yandırmağı təklif edirlər. Və nəhayət, oxucular bu kitabları oxuyur.
Azərbaycana gəlincə, hazırda bizdə bu ekosistem mövcud deyil.
Rəsmdə: beş əsr əvvəl yaşamış dahi Azərbaycan şairi Füzulidir
Onun hər bir elementinun hazırkı durumu necədir?
Bu gün Azərbaycanda “yazıçı” peşəsi mövcud deyil. Bu, işdən qalan zamanda məşğul olduğun xoş hobbidir. Çünki “peşə” gəlir əldə etdiyin əsas məşğuliyyəti nəzərdə tutur. Azərbaycanda isə ədəbiyyatla pul qazanmaq çatlasan da mümkün deyil.
Uzaq başı nəşriyyat kitabı öz hesabınaa nəşr edə bilər. Qonorar verməyə isə pulu yoxdur.
Müəllif nəşrin pulunu öz cibindən ödəyə bilər. Kitabları dost-tanışlara paylamaq, hətta mağazaya vermək də olar. Amma orada onlar sadəcə rəfdə qalacaq, çünki mağazalar üçün yerli müəllifləri dəstəkləməkdənsə, populyar xarici müəlliflərin kitablarını satmaq daha asandır. Yerli müəlliflərin oxucuları isə kitab almaq istəmir, məhz ona görə ki, pulu olan hər kəs kitab çap elətdirə bilər. Bunun üçün rəqabət apararaq nəşriyyatın diqqətini cəlb etməyə ehtiyac yoxdur. “Senzura” mövcud deyil, rəqabət yoxdur, ən kiçik keyfiyyət zəmanəti yoxdur, etibar yoxdur.
Mirzə Fətəli Axundov – 19-cu əsrdə yaşamış Azərbaycan dramaturqu, yazıçısı, maarifçisi. Onun satirik pyesləri mövhumatçılığı və mütiliyi lağa qoyurdu. O, ateist idi, dinlə hər yanda mübarizə aparırdı və dini elmlə və maariflə əvəzləməyin xəlayını qururdu
Nəşriyyatlar tərcümə ədəbiyyatını fəal şəkildə nəşr edir və satır. Çünki ona tələbat var. Yerli müəllifləri də az da olsa nəşr edirlər, amma xüsusi həvəslə yox, çünki sonradan hətta minimal tirajı da satmaq çətin olur.
Soruşmaq olar ki, şedevri internetə qoymaq mümkündürsə, naşir sizin nəyinizə gərəkdir? Bu yolla kitab dərhal oxucunun əlinə düşəcək. Məsələ puldadır. “Pulsuz” kitab ədəbiyyatı hobbiyə çevirir. Və əgər kitabı ödənişlə şəbəkədən yükləmək mümkündürsə, o zaman naşir funksiyasını internet platforma yerinə yetirir, yəni kitabı reklam edib satacaq vasitəçiyə istənilən halda ehtiyac var.
Oxucular yerli müəlliflər haqda ya heç nə bilmir, ya da qulaqdan dolma nəsə eşidiblər. Nəşriyyatlar yerli ədəbiyyatın piarına zəhmət çəkib pul və enerji sərf etmirlər. Xarici ədəbiyyatla vəziyyət daha asandır – Azərbaycan mağazalarının rəflərinə gəlib çıxana qədər bu əsərlər artıq yetərində təbliğ edilmiş olur. Bu durumda niyə heç kimin tanımadığı məsələn, “Məmməd Məmmədovun” kitabını alım ki, dostlarımın durmadan təriflədiyi Henri Böllün hekayəlləri varkən? Belə çıxır ki, qapalı çevrə içindəyik.
Və bütün bunların fonunda tənqidçilərə olan tələbat tamamən yoxa çıxır. Onlar Azərbaycanda növ olaraq artıq mövcud deyillər.
Hər şey nədən başlayıb?
ovet zamanı Azərbaycan nəsri hökmlü olsa da, qayğıkeş dövlət dəstəyi ilə ayaq üstə möhkəm dururdu.
Maarişçilərin hələ 19-cu əsrdə mövhumata qarşı başlatdığı ideya mübarizəsi Moskvanın xeyir-duası ilə davam edirdi. Bir də kənd romantikasına dair “dövlət sifarişi vardı” və çox sayda müəllif keyfiyyətli nəsr əsərləri yaradaraq, eyni zamanda bu sifarişi yerinə yetirirdi.
“Ədəbi ekosistem” Qərb ölkələrində olduğu kimi olmasa da, amma işləyirdi. Nəhəng ölkənin bazarı uğurlu müəlliflərin sərəncamındaydı və bir neçə kitabın nəşri yaxşı qazanc və cəmiyyət arasında hörmət demək idi.
İsmayıl Şıxlının eyniadlı romanı əsasında çəkilmiş “Dəli Kür”filmindən kadr, 1967-ci il: molla uşaqlara əlifba öyrədir və bunun üçün də onların dabanlarına çubuqla döyür.
Bu çoxplanlı roman Azərbyacanda ilk neorealizm çərçivəsində yazılmış əsər hesab olunur. Burada dini fanatizmə xüsusi diqqət yetirilib.
Yazıçı Anarın 1988-ci ildə yazılmış “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında çəkilmiş “Təhminə” filmindən kadr.
“Yaxşı ailənin” oğlu “qaranlıq keçmişli” qadına vurulur. Anası “daş atıb, başını tutub”, tanışları arxasınca pıçıldaşır, o isə öz hissləri ilə təfəkkürdə möhkəmlənmiş “doğrular” stereotipi arasında parçalanır.
Maqsud İbrahimbəyovun romanı əsasında çəkilmiş “Ondan yaxşı qardaş yox idi” filmindən kadr, 1988-ci il
Baş qəhrəman hələ uşaqlıqda içindəki “utancverici ehtirası” basdırmış, borc hissi, vicdan və mənəviyyat anlayışlarını rəhbər tutan biridir. Amma bu ehtiras sevimli kiçik qardaşının arvadının simasında geri qayıdır.
Maqsud və Rüstəm İbrahimbəyovlar əsərləri dəfələrlə ekranlaşdırılmış azərbaycanlı yazıçı və ssenaristlərdir.
Hətta Azərbaycan detektivi də vardı, məsələn, məşhur “Qara volqa”, orada kriminal aləm o qədər təfərrüatlı, rəngli təsvir olunub ki, kitabı tələsik satışdan yığışdırıblar. Orada hər şey vardı: xarizmatik mafioz, erotika və işgəncə səhnələri.
İndi bu janrı Çingiz Abdullayev təqdim edir. Parlaq cildli detektivlər silsiləsi müəllifinin zamanında Rusiyada məşhurlaşması onun avtomatik olaraq vətənində də uğur qazanmasının zəmanəti olub.
Sanki ən yaxın zamanda hər şey yaxşı olacaqdı
1991-ci ildə Azərbaycan SSRİ-nin tərkibindən ayrıldı. Sovet imperiyasının iqtisadiyyatı keçmiş “qardaş respublikaların” başında çatladı. Bu, elmi işçilərin çörəksiz qaldığı üçün yeraltı keçidlərdə kolqotka satdığı zamanlar idi. Yazıçılara gəlincə, onların atrıq kitab yazmağa vaxtı yox idi. Oxucular da dəyişdi – mütaliə hamı üçün nəzərdə tutulan əyləncədən “ziyalı elitanın” üstünlüyünə çevrildi. “Dəmir pərdə” tamam aradan qalxdı, kitablar yerini türk seriallarına verməli oldu.
Yalnız 2000-ci illərdə, ölkədə vəziyyət az-çox stabilləşməyə başlayandan sonra azərbaycanlılar yenidən ədbiyyata ayırmağa vaxt tapdılar.
Həmin dövrdə Bakıda kiçik, amma diqqət çəkən gənc yazıçılar çevrəsi formalaşdı. Yetəri qədər təhrikedici mətnlərin müəllifləri zaman-zaman bütün cəmiyyəti olmasa da, paytaxtın müəyyən çevrələrini bulandırırdılar.
Onlardan biri də Seymur Baycandır, “Quqark” avtobioqrafik romanı da daxil olmaqla, bir neçə roman, qısa hekayə və esselər müəllifi. “Quqark” Qarabağ münaqişəsinin dərkinə yönələn uşaqlıq xatirələrindən bəhs edir. Yeri gəlmişkən, bu kitab “cəbhənin o tayında” da məşhurdur, Ermənistanda da bu kitaba bir neçə resenziya yazılıb.
Quqark əsərin baş qəhrəmanının həmin “pis” illərə düşən uşaqlığının keçdiyi Ermənistan kəndidir. Romanda hadisələr iki zamanda cərəyan edir. Birində balaca oğlan yeni qızışan münaqqişənin qarışıqlığı içindədir, ikincidə artıq yetkin dövrünü yaşayır və erməni qızına aşiqdir.
Əli Əkbərin azərbaycanlı və erməni arasında homoseksual sevgidən bəhs edən qalmaqallı “Artuş və Zaur” romanı (belə cəsarətli ideya kitabı böyük oxucu marağı ilə təmin etməyə bilməzdi).
“Nə üçün vazelindən, kremdən istifadə etmədim axı? Bu kobudluq nəyə lazım? Göz yaşı ülvidir, qəlbin şirəsidir, amma kremin yerini verə bilməz. Verə bilməz!” .
Günel Mövlud – epatajlı şairə və esse müəllifi.
“ Qonşu qızları
Hər dəfə ağzını açanda
Uşaqlığımın bir gününü zəhərləyirdi atam
Elə həsəd aparırdım ki
Qonşu qızlarına
Lal idi onların atası”.
Çox gənc olsalar da xəyal qırıqlığına uğrayanlar Elxan Zeynallının kitablarını seçir. “Qaraqan” imzası ilə yazan müəllifin fəlsəfi məsələlərlə yüklənmiş “A” romanı çox uğurlu başlanğıc olub. Paralel olaraq bu cavan oğlan musiqi yazır, öz qrupu ilə çıxış edir, odur ki, beynində yellər əsən yeniyetmələrin qəlbini çox asanlıqla qazandı.
Bir neçə gənc mövcudluğun mənası ilə bağlı fəlsəfi suallarla məşğuldur və dünyanın xilasını onu məhv edib, cəhənnəmə vasil etməkdə görürlər.
2010-cu ildə “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibəsi Nigar Köçərlinin təşəbbüsü ilə birinci Milli Ədəbiyyat Mükafatı təsis olundu və üfiqdə artıq bizdə də hər şey “ciddi” olacaq ümidi işarmağa başladı.
Ümidlər isə doğrulmadı.
Nəticədə Əli Əkbər, Baycan, Mövlud və bəzi digər yazarlar ölkədən getdilər.
Qaraqan nəşrlərini davam etdirir, amma yetkinləşib və qaraqabaq nihilist-nitsşeçi filosof obrazından çıxıb.
Milli Mükafat ömrünün dördüncü ilində mövcudluğunu bitirdi. Və Azərbaycanın ədəbiyyat həyatında durğunluq başladı.
O zamandan ən səs-küylü “ədəbiyyat” hadisəsi Əkrəm Əylislinin “Daş yuxular” romanı ətrafında yaranan qalmaqal olub. Erməni-azərbaycanlı münasibətlərinə həsr olunan roman Azərbaycanda çox kəskin qarşılanıb. Müəllifi (bu əsərə qədər yetərincə tanınmış, nüfuz sahibi olan yazıçı) bircə kitabı ilə birlikdə yandırmadıqları qaldı. Əvəzində isə roman haqda hamı xəbər tutdu. Bəziləri onu hətta oxudular da.
“Artıq Bakıda yaşayan zaman Saday az qala hər gün Camalı xatırlayırdı. Hər dəfə də Vanq kilsəsi, onun həyəti, hündür, dimdik gilas ağacı və belindəki dəyişməz şalı ilə qoca Haykanuş yadına düşürdü: qollarını dirsəkdən yuxarı çırmalayıb heyrətlə, az qala ağlayaraq o, Camalın bitlənmiş başını yuyurdu”.
Niyə belə oldu?
Azərbaycan ədəbiyyatının inkişafı ona görə dayanıb ki, onun “ekosistemi” qarmaqları ilə “daş-kəsəkli” sahələrə – iqtisadiyyata, mədəniyyətə, təhsilə, hətta siyasətə ilişib qalıb.
İqtisadiyyat: ölkədə həyat səviyyəsi insanın gündə 6 saat işləməklə ailəsini dolandıra biləcəyi vəziyyətdə deyil ki, qalan zamnı da “hobbi” olaraq ədəbiyyata və hətta mütaliəyə sərf edə bilsin. Heç qalın cildli kitab silsilələrini ala biləcək vəziyyətdə də deyil.
Xırda və orta biznes şərtləri elə deyil ki, kitab mağazası və ya nəşriyyat aça biləsən – yüksək vergi, inhisarçılıq, olduqca kiçik bazar.
Mədəniyyət: bir neçə il əvvəl Azərbaycanda kitab ticarətçiləri az əvvəl qətlə yetirilən “qanuni oğru” Rövşən Lənkəranskinin həyatı haqda kitabın satış reytinqlərini qırdığının fərqinə varıb, dəhşətə gəldilər. Əgər bu, Təhsil Nazirliyinin 20 illik fəaliyyətinin nəticəsi deyilsə, o zaman nədir? Hərçənd, televiziyalar da bu işdə nazirliyə fəal şəkildə dəstək olub.
Siyasət: 2000-ci illərdə üsyana və fəlsəfəyə can atan o proqressiv gənclik yadınızdadır? Onlardan çoxu iqtisadi və siyasi mühacirə çevrilib.
Azərbaycanda özfəaliyyətin əsl ədəbiyyata çevrilməsi üçün nə baş verməlidir? Bəs birdən oxucular məhz onlar haqda və onlar üçün yazan müəllifləri oxumaq istədilər? Bəlkə tələbat təklifi doğuracaq – müəlliflərin və naşirlərin keyfiyyətli məhsul yaratmaq üçün motivasiyası yaranacaq.
Amma düzü, bu utopiya və qeyri-elmi fantastikadır.
Odur ki, Azərbaycan yazıçılarına məsləhət görmək olar ki, xarici bazarlara çıxsınlar, orada istənilən uğura imza atıb, sonra qalibiyyət kürsüsündə öz vətəninə qayıdıb yenidən nəşr olunmağa başlasınlar. O zaman onları dəqiq oxuyacaqlar.
Comments are closed, but trackbacks and pingbacks are open.