Press "Enter" to skip to content

Xəlilov Buludxan. Müasir azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfoepiya

OE: Belə qoşalıq sözün ilk hecası ilə bağlı olarsa, qoşalığı təşkil edən səslərdən birincisi (yəni o) az qısa, lakin öz məxrəcində e saiti ilə adi kəmiyyətdə, ye çalarlığında tələffüz olunur; məsələn poyeziya (poeziya), poyema (poema), poyetika (poetika) və s.

Azərbaycan dilinin orfoepiya lüğəti

Müasir Azərbaycan dilindəki bir sıra sözlərin əvvəlində, ortasında, bəzən də sonunda müxtəlif saitlər yanaşı gəlir və yanaşı da yazılır. Lakin yanaşı yazılan belə müxtəlif saitlərin tələffüzü ilə yazılışı tam eyniyyət təşkil etmir və orfoepik normaya görə, əsasən iki çalarlıqda tələffüz olunur.

Aşağıdakı növ qoşalıqları təşkil edən yanaşı saitlər aralarına artırılan y samiti ilə qovuşmuş halda müxtəlif kəmiyyət çalarlığında tələffüz olunurlar.

Qeyd: Burada qabaqcadan belə bir məsələni qeyd etməliyik ki, qoşa sait arasına artırılan y dedikdə, y çalarlıqlı bir samitin tələffüzdə artırılması nəzərdə tutulur və bu səs tam y deyil, burada adətən birinci saitdən sonra azacıq y mexrəcində bir samit səsin tələffüzü başlanır və bu səs tam halda formalaşmamış sonrakı sait tələffüz olunur. Deməli, tələffüzdə qoşa sait arasına artırılan y dedikdə y səsinin başlanğıc tonu nəzərdə tutulur və belə də anlaşılmalıdır.

Aİ: Tərkibində ai qoşalığı olan söztərin tələffüzündə bu saitlərin arasına y samiti artırılır və y-dan əvvəlki a azacıq uzun, y-dan sonrakı i saiti isə azacıq qısa tələffuz olunur: a:yid (aid), a:yilə (ailə), da:yirə (dairə), xa:yin (xain), sa:yit (sait) və s.

AE: Tərkıbində ae qoşalığı olan bir neçə düzəltmə söz müasir Azərbaycan dilində işlənir ki, bunların tələffüzündə e saiti düşmə dərəcəsində qısalır, buna görə də belə sözlərdə ae qoşalığı ay həcası kımi tələffüz olunur: ayrostat (aerostat), ayroport (aeroport), ayrologiya (aerologiya) və s.

Əİ: Tərkibində əi qoşalığı olan sözlərdə bu saitlərin arasına y samiti artırılaraq tələffüz olunur: zəyif (zəif), məyişət (məişət) və s.

İA: Tərkibində ia qoşalığı olan sözlərdə əvvəlki i qısaldılır və bu saitlərin arasına y samiti artırılaraq tələffüz olunur: diyalekt (dialekt), diyaqram (diaqram), diyametr (diametr), biyabır (biabır) və s

1) bəzən əvvəlki i tamamilə düşür; məs. sosyalist (sosialist) və s.

2) avia sözündə ia qoşalığının ilk səsi i qısa, a səsi isə adi kəmiyyətdə, lakin yo çalarlığında tələffüz olunur: aviyomodel (aviomodel), aviyovağzal (aviovağzal) və s.

3) iddia, biar sözlərində y samiti artırılmır.

4) ia qoşalığından sonrakı hecada ə saiti olduqda, araya y samiti artırılmır və a bir qədər uzun tələffüz olunur: ria:yət (riayət), ia:şə (iaşə), ia:nə (ianə) və s.

İO: Tərkibində io qoşalığı olan sözlərdə həmin saitlərin arasına y samiti artırılaraq iya çalarlığıda tələffüz olunur. piyaner (pioner), biyalogiya (biologiya) və s.

Q e y d: Radio sözünün tələffüzündə i qısa, o isə y ilə birlikdə adi kəmiyyətdə tələffüz olunur. radiyo və s.

İU: Tərkibində iu qoşalığı olan sözlərdə həmin qoşalıq iyu çalarlığında tələffüz olunur: radiyus (radius), radiyum (radium) və s.

İƏ: Tərkibində qoşalığı olan sözlərdə həmin qoşalıq iyə çalarlığında tələffüz olunur. təbiyət (təbiət), şəriyət (şəriət), müdafıyə (müdafiə), vaqiyə (vaiqiə), faciyə (faciə) və s.

Eİ: Tərkibində ei qoşalığı olan sözlərdə həmin qoşalıq eyi çalarlığında tələffüz olunur: ateyist (ateist), kodeyin (kodein) və s.

EA: Tərkibinde ea qoşalığı olan sözlərdə həmin qoşalıq qısa i saiti ilə iya çalarlığında teləffuz olunur: tiyatr (teatr), riyal (real), riyaksiya (reaksiya), riyaktor (reaktor) və s.

EO: Tərkibində eo qoşalığı olan sözlərdə həmin qoşalıq qısa və daha dar məxrəcli e ilə eyo çalarlığında tələffüz olunur: teyorem (teorem), feyodal (feodal), teyodolit (teodolit) və s

OE: Belə qoşalıq sözün ilk hecası ilə bağlı olarsa, qoşalığı təşkil edən səslərdən birincisi (yəni o) az qısa, lakin öz məxrəcində e saiti ilə adi kəmiyyətdə, ye çalarlığında tələffüz olunur; məsələn poyeziya (poeziya), poyema (poema), poyetika (poetika) və s.

Qeyd: Əgər belə qoşalıq sözün ilk hecası ilə bağlı olmazsa, qoşalığı təşkil edən səslərdən birincisi (yəni o) çox qısa, e saiti isə adi kəmiyyətdə, lakin eo diftonqunun sonu kimi teleffuz olunur orfoepiya (orfoepiya) ve s

Oİ: Tərkibində oi qoşalığı olan sözlərdə həmin qoşalıq ayi çalarlığında tələffüz olunur eqayist (eqoist) və s.

Q e y d: Əger əvvəlki hecada o olarsa, qoşalıq oyi çalarlığtnda tələffüz olunur kolloyid (kolloid)

UE: Tərkibində ue qoşalığı olan sözlərdə həmin qoşalıq uye çalarlığında tələffüz olunur: duyel (duel), duyet (duet) və s.

Aşağıdakı növ qoşalıqları təşkil edən saitlər, əsasən qovuşuq halda diftonq çalarlığında tələffüz olunur.

UA: Tərkibində ua qoşalığı olan sözlərdə, adətən birinci sait u azacıq qısa və a məxrəcinə hazırlıq çalarlığında, a isə vurğulu olduqda daha aydın məxrəcdə, vurgusuz olduqda u ilə daha çox qovuşuq çalarlıqda tələffüz olunur. sual, aktual, dua, dualist və s.

AU. Tərkibində au qoşalığı olan sözlərdə belə qoşalıq a səsinin azacıq qısalması ilə au diftonqu çalarlığında da tələffüz olunur: fauna, kauçuk, raund, lauriyat və s.

AO. Tərkibində ao qoşalığı olan sözlərdə belə yanaşı saitlər dodaqlanmış diftonq çalarlığında belə tələffüz olunur: kakao – kakou və s

AƏ. Tərkibində qoşalığı olan sözlərdə belə qoşalıq enişli diftonq çalarlığında, yəni ilk saitin (a səsinin azacıq uzanması, ikinci saitin səsinin) azacıq qısaldılması ilə (aə kimi) tələffüz olunur: itaət, qənaət, şücaət. bəraət və s.

Xəlilov Buludxan. Müasir azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfoepiya

Dərslikdə müasir Azərbaycan ədəbi dili anlayışı, müasir Azərbaycan ədəbi dili fənni və onun başqa əlmlərlə əlaqəsi, müasir Azərbaycan ədəbi dili fənninin şöbələrində öyrənilən məsələlər şərh olunur.

  • Чтобы скачать этот файл зарегистрируйтесь и/или войдите на сайт используя форму сверху.
  • Регистрация
  • Узнайте сколько стоит уникальная работа конкретно по Вашей теме:
  • Сколько стоит заказать работу?

Смотри также

Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. I hissə. Fonetika, orfoepiya, orfoqrafıya

  • Раздел: Языки и языкознание → Азербайджанский язык

Bakı: Şərq-Qərb, 2007. — 256 səh. — ISBN: 978-9952-34-153-9. Ali məktəblərin fıloloji fakültələrinin müəllimləri və tələbələri üçün nəzərdə tutulmuş bu dərslik üç hissədən ibarətdir. Birinci hissədə – “Müasir Azərbaycan ədəbi dilinin fonetikası” bəhsində fonetik qanunlar, vurğu, intonasiya və eləcə də hecaların növləri haqqında geniş məlumat verilir.

  • 12,70 МБ
  • добавлен 24.10.2016 15:15
  • описание отредактировано 25.10.2016 03:36

Azərbaycan dilinin fonetikası

Fonetika danışıq səslərindən bəhs edir. Danışıq səsləri danışıq üzvləri vasitəsilə həyata keçirilir. Onlar aşağıdakılardır:
1-ağciyərlər, 2-nəfəs borusu, 3-qırtlaq və səs telləri, 4-ağız boşluğu, 5-dil, 6-dodaqlar, 7-dişlər, 8-burun boşluğu.

Danışıq səsləri iki cür olur: 1) sait səslər, 2) samit səslər.

Saitlərin tələffüzündə hava axını ağızdan sərbəst çıxır, yəni heç bir maneəyə rast gəlmir və saitlər çox aydın səslənir.

Tələffüz zamanı hava axınının ağızda müxtəlif maneələri dəf etməsindən yaranan səslər samit səslər adlanır.

Fonetika iki yerə ayrılır:

  1. orfoqrafiya — düzgün yazı qaydaları
  2. orfoepiya — düzgün tələffüz qaydaları

ƏLİFBA

Hərflərin müəyyən sıra ilə düzülüşü ƏLİFBA adlanır. Dilimizin əlifbasında 32 hərf var.
Hərflərdən 9-u sait, 23-ü isə samit səsi bildirir. Biz hərfləri yazır və görürük, səsləri tələffüz edir və eşidirik.
Ensiklopediyalarda, lüğətlərdə, mobil telefonlarda, məlumat kitabçalarında sözlər əlifba sırası ilə verilir.

«K» hərfi iki əsas səsi ifadə edir: k (iki) və k’ (k’yöok’) Bəzən tələffüzdə [q] səsi [k’] səsinə çevrilir: [dok’quz]. Bəzən isə [k] səsi [x’] səsini yaradır: (ələx’)

SAİT SƏSLƏRİN NÖVLƏRİ

Sait səslər aşağıdakı kimi təsnif olunur:

1. Dilin arxa və ön hissəsində deyilməsinə görə:

1) qalın saitlər ([a], [ı], [o], [u]);
2) incə saitlər ([ə], [e], [ö], [i], [ü]).

2. Dodaqların vəziyyətinə görə:

1) dodaqlanan saitlər ([o], [ö], [u], [ü]);
2) dodaqlanmayan saitlər ([a], [ə], [e], [i], [ı]).

Dodaqlanan saitlər bununla fərqlənir ki, onların tələffüzündə dodaqlar bir qədər irəli gələrək dairəvi şəkil alır.

3. Dilin üst damağa doğru qalxması və nisbətən aşağı enməsi vəziyyətinə görə:

1) qapalı saitlər ([ı], [i], [u], [ü]);
2) açıq saitlər ([a], [ə], [o], [ö], [e]).

SAMİT SƏSLƏRİN NÖVLƏRİ

Samit səslər cingiltili və kar olur.
Cingiltili samitlərin əmələ gəlməsində səs telləri iştirak edir, buna görə onlar səsdən və küydən ibarət olur. Cingiltili samitlər: [b] [c] [d] [g] [ğ] [j] [q] [l] [m] [n] [r] [v] [y] [z]

Kar samitlər yalnız küydən əmələ gəlir.
Kar samitlər: [p] [ç] [t] [k] [x] [ş] [k’] [f] [x’] [s] [h]

Cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir, bununla yanaşı [l], [m], [n], [r] samitlərinin kar qarşılığı, [h] samitinin isə cingiltili qarşılığı yoxdur:

[b] [c] [d] [g] [ğ] [j] [q] [l] [m] [n] [r] [v] [y] [z] –

[p] [ç] [t] [k] [x] [ş] [k’] — – — – [f] [x’] [s] [h]

SAİT SƏSLƏRİN TƏLƏFFÜZÜ

1. Eynicinsli qoşa saitlər bir uzun sait kimi tələffüz olunur:
saat [sa:t], təəssüf [tə:ssüf], bədii [bədi:].

2. Müxtəlifcinsli qoşa saitlərin arasına [y] səsi daxil olur:
radio [radiyo], ailə [ayilə], zəif [zəyif]

3. Sözdə əa, üə, üa saitləri yanaşı gəldikdə birinci düşür, ikinci uzanır:
fəaliyyət [fa:liyət], müəllim [mə:llim], müavin [ma:vin]

4. Sözdə yanaşı gələn ea saitləri [iya] kimi tləffüz olunur:
teatr [tiyatr], okean [okiyan], ideal [idiyal]

5. Sözdə o və ö saitlərindən sonra [v] səsi gələrsə, v düşür o və ö saitləri uzanır: dovşan [do:şan]

6. Sonu a, ə saitləri ilə bitən çoxhecalı sözlərə əvvəlində bitişdirici y samiti olan müəyyən şəkilçilər qoşulduqda, tələffüz zamanı həmin saitlər ahəng qanununa uyğun olaraq qapalı saitlərə ([ı], [i], [u], [ü]) səslərindən birinə çevrilir:
saxlayın [saxlıyın], nənəyə [nəniyə], babaya [babıya]

7. Dilimizdə uzanan saitlər də vardır:
dahi [da:hi], Füzuli [füzuli], vəsiqə [vəsiqə]
Yaxud: Çempion Adil [mədəni] oğlandır.
Uzaqdan neft [mə:dəni] görünürdü.

QEYD: ı və ü saitləri uzanmır.

SAMİT SƏSLƏRİN TƏLƏFFÜZÜ

1. Söz ortasında qq, pp, tt, kk samitləri yanaşı gələrsə, tələffüz zamanı onlardan biri dəyişir:
doqquz [dok’quz], tappıltı [tapbıltı], hətta[hətda], səkkiz [səkgiz]

2. Şəkilçinin tərkibində gələn qoşa yy samitlərindən biri tələffüz zamanı düşür:
ədəbiyyat — [ədəbiyat], fəxriyyə — [fəxriyə], cəmiyyət -[cəmiyət]

3. Söz sonunda qoşa samit işlənərsə, ona samitlə başlayan şəkilçi artırıldıqda qoşa samitin biri yazılır, biri isə düşür:
xətt [xətdən], sirr [sirlər], hiss [hislər]

4. Söz ortasında iki kar samit yanaşı gələrsə, tələffüzdə ikincisi öz cingiltili qarşılığına çevrilir:
Avesta [avesda], istiqamət [isdiqa:mət]

5. Söz ortasında k səsindən sonra istənilən samit gələrsə, tələffüzdə k= x’ olur:
Məktəb [məx’təb], məktəbli [məx’təbli]

6. Söz sonunda b, d, g, c+q, k, z səsləri gələrsə, tələffüz zamanı onlar dəyişilir:
Palıd, tüfəng, ağac, qonaq, çiyələk, almaz
[Palıt, tüfənk, ağaç, qonax, çiyələx’, almas]

QEYD: Belə sözlərdə son samitin düzgün yazılışı üçün ona saitlə başlayan şəkilçi artırmaq lazımdır: palıd-a, tüfəng-ə, ağac-a.

7. Sonu q ilə qurtaran sözə saitlə başlayan şəkilçi artırdıqda

q = ğ olur: qonağ-a.

8. Söz ortasında q səsindən sonra kar samit gələrsə, q səsi dəyişir, cingiltili samit gələrsə, dəyişmir:

iqtisadiyyat [ik’tisadiyat] istiqlaliyyət [istiqla:liyət]

9. Sonu k samiti ilə bitən sözlərə saitlə başlayan şəkilçi artırıldıqda

k = y olur: çiçək; çiçəy-in, çiçəy-ə, çiçə-yi (bu, adətən, ismin yiyəlik, yönlük, təsirlik hallarında baş verir.)

10. Sözün birinci hecasında işlənən c səsindən sonra sammit işlənsə,c = j və yaxud c = ş olur:

əcdad [əjdat], ictimaiyət [iştimaiyət]

11. Üzv, üzr, hökm, rəhm, sədr kimi sonu iki samitlə bitən təkhecalı sözlərdən üzrlü, üzrsüz, rəhmli, rəhmsiz, sədrlik kimi sözlər düzəltdikdə üç samit yanaşı gəlir. Buna görə həmin sözlərdə iki samit arasına bir sait əlavə edilir və [üzürrü], [üzürsüz], [rəhimli], [rəhimsiz], [sədirrik’] kimi tələffüz olunur.

12. Sonu iki kar samitlə bitən sözlərə samitlə başlanan hər cür şəkilçi artırdıqda isə həmin samitlərdən ikincisi tələffüz olunmur: dostluq — [doslux], neftçi — [nefçi], turistlər -[turislər], sərbəstlik — [sərbəslix’], süstlük — [süslüx’], poçtdan -[poşdan], üstdə — [üsdə]

AHƏNG QANUNU

Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir.

Ahəng qanununa tabe olanlar: «qalın», «incə», «qanun»

Ahəng qanununa tabe olmayanlar: «ahəng»

Ahəng qanunu morfouoloji hadisədir, yəni həm fonetikaya, həm də morfologiyaya aiddir.

HECA

Tələffüz zamanı sözlərin asanlıqla bölünə bilən hissələrinə heca deyilir:

A-zər-bay-can, sə-ya-hət-çi-lər, qəh-rə-man-lıq, i-yir-mi Sözdəki hecaların sayı onda işlənən saitlərin sayı qədər olur. Heca yalnız bir saitdən də ibarət ola bilər:

A-i-lə, a-ta, u-şaq-lar

Sözlər sətirdən sətrə hecalarla keçirilir. Lakin bir hərfdən ibarət hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz: i-nək, sün-i.

Qoşasamitli sözlər sətirdən sətrə keçirilərkən samitlərdən biri sətirdə saxlanılır, digəri isə yeni sətrə keçirilir

VURĞU

Sözdəki hecalardan birinin o birinə (və ya o birilərinə) nisbətən qüvvətli tələffüzünə vurğu deyilir. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır.

Bizim dilimizdə vurğu çox zaman sözün axırıncı hecasına düşür. Lakin əvvəlinci hecalarında vurğusu olan sözlər də az deyil: traktor, kombaynçı, kosmos və s.

Vurğu qəbul etməyən şəkilçilər:

1) İsmin xəbərlik (şəxs) şəkilçiləri:
-am 2 , -san 2 , -dır 4 , -ıq 4 ,- sınız 4 , -dırlar 4 .

2) Soyad əmələ gətirən şəkilçilər: -ov, -yev, -ova, -yeva.

3) İsim düzəldən -gil şəkilçisi.

4) Felin inkar şəkilçisi: -ma 2

5) Felin nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zaman şəkilçilərindən sonra gələn şəxs şəkilçiləri:

6) idi, imiş, isə hissəciklərinin ixtisar forması.

7) Feli bağlama şəkilçiləri: -madan 2 və -arkan 2 şəkilçisinin 2-ci hecası.

8) Felin əmr şəkli II şəxs cəmin şəxs şəkilçisi: -ın 4

9) Şəxs-kəmiyyət şəkilçisi: -lar 2 .

İSTİSNA: Şühudi keçmiş zamanda və əmr, şərt şəkillərində -lar 2 vurğu qəbul edir.

FONETİK TƏHLİL

Təhlil zamanı aşağıdakılar müəyyənləşdirilir:

  • Sözün səs və hərf tərkibi.
  • Sözün hecaları və vurğusu.
  • Sait səslər (qalın, incə; dodaqlanan, dodaqlanmayan; açıq, qapalı).
  • Samit səslər (kar, cingiltili).

QEYD: Təhlil zamanı; hərf, ahəng, heca, vurğu yazılışa, səs, sait, samit isə oxunuşa əsasən müəyyən olunur.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

  • Teqlər:
  • fonetika
  • , Azərbaycan dilinin fonetikası

Comments are closed, but trackbacks and pingbacks are open.