Leksikologiya. Sözün leksik və qrammatik mənası
“Müasir Azərbaycan dili” kitabında dilimizin leksik strukturunun müasir vəziyyəti geniş və elmi biçimdə əhatə edilir.
“Müasir Azərbaycan dili və nitq mədəniyyəti məsələləri” kitabı işıq üzü görüb
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “Müasir Azərbaycan dili və nitq mədəniyyəti məsələləri” kitabı çap olunub.
Monoqrafiyanın elmi redaktorları akademik Möhsün Nağısoylu və professor İsmayıl Kazımov, redaktorları filologiya üzrə elmlər doktoru Nərgiz Hacıyeva, dosentlər Təhminə İsmayılova və Aytən Bəylərovadır. Nəşrin rəyçiləri isə professorlar Qəzənfər Kazımov və İsmayıl Məmmədlidir.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Kitabda Azərbaycan dilinin nitq mədəniyyəti məsələləri müxtəlif aspektlərdən təhlil olunur.
Vəsaitdə professor Nadir Məmmədlinin “Nitqə verilən mədəni tələblər”, İsmayıl Kazımovun “Morfologiya və nitq mədəniyyəti”, Aytən Bəylərovanın “Leksikologiya və nitq mədəniyyəti”, Sevinc Məmmədovanın “Dilimizin saflığını qoruyaq”, Təhminə İsmayılovanın “Gözəl nitqin arqumentləri”, Təranə Şükürlünün “Orfoepiya və nitq mədəniyyəti”, Sayalı Sadıqovanın “Terminologiya və nitq mədəniyyəti” və Zülfiyyə Quliyevanın “Nitq mədəniyyəti və evfemizm” mövzusunda məqalələri öz əksini tapıb.
Monoqrafiyada bildirilir ki, işgüzar ünsiyyətin əsas vəzifəsi təkcə informasiya vermək və ya qəbul etmək deyil, həm də insanlar arasında qarşılıqlı münasibəti yeni, daha yüksək səviyyəyə qaldırmaq və dəstəkləməkdir. Nitq mədəniyyəti bir elm sahəsi olaraq dilçiliyin ən aktual problemlərindən biri kimi diqqət mərkəzindədir. Nitq mədəniyyəti həm də insan şəxsiyyətinin formalaşmasında önəmli rol oynayır.
Leksikologiya. Sözün leksik və qrammatik mənası.
Bizi əhatə edən aləmdə hər bir əşya, hərəkət, əlamət, hadisə və s. müəyyən bir sözlə ifadə olunur. Bu sözlər dilin lüğət tərkibini təşkil edir. Dilin lüğət tərkibindəki sözlərin cəmi leksika (yunanca leksis -söz, ifadə deməkdir) adlanır. Dilçiliyin leksikasını öyrənən bölməsi leksikologiya adlanır. Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir.
Sözün leksik və qrammatik mənası
- Sözün məzmununu, əlamət və xüsusiyyətlərini izah etməklə: pərvanə – işığa, oda can atan kiçik kəpənək.
- Sözə yaxmmənalı sözlər (sinonimlər) seçməklə: xəsis – simic.
- Sözə əks mənalı sözlər (antonimlər) seçməklə: sevinc – kədər.
- Sözün hissələrini izah etməklə. Bu yolla, əsasən, düzəltmə və mürəkkəb sözlərin leksik mənalarım izah etmək olar. Bədbin – dilimizdə bu söz «ümidsiz, küskün, hər şeyə inamsız baxan, gələcəyə inanmayan» mənasında işlənir. «Bədbin» sözünün əks mənası «nikbin»dir. «Bəd» sözü fars dilində «pis», «bin» isə «görmək» mənasındadır.
Sözün leksik mənası ilə yanaşı qrammatik mənası da olur. Sözün qrammatik mənası onun hansı nitq hissəsi olduğunu, bir nitq hissəsi olaraq hansı xüsusiyyətlərə malik olmasını, hansı sintaktik vəzifə daşıya bilməsini bildirir.
Hərəkət – isimdir, nə? sualına cavab verir, sadədir, ümumidir, mücərrədir, mübtəda, tamamlıq və xəbər vəzifəsində işlənə bilər.
Həm əsas, həm köməkçi nitq hissələrinin, həm də şəkilçilərin qrammatik mənası olur.
sürətlə getmək, ötüb keçmək
Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
Müasir azərbaycan dili leksikologiya
“Müasir Azərbaycan dili” kitabının II cildi ( Leksikologiya) AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarına əsasən çap olunub. Kitabın baş redaktoru Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, redaktorları professor İsmayıl Kazımov, filologiya elmləri doktoru Nərgiz Hacıyeva, rəyçilər professorlar Mahirə Hüseynova, Sevil Mehdiyeva və İsmayıl Məmmədlidir.
“Müasir Azərbaycan dili” kitabında dilimizin leksik strukturunun müasir vəziyyəti geniş və elmi biçimdə əhatə edilir.
1152 səhifədən ibarət olan kitabda Leksikologiyanın bölmələri, “Söz nəzəriyyəsi” nə giriş, Leksikolgiyanın yeni tipləri, səhə, qohumluq, temporal, emosinal və emotiv leksika, semasiologiya, mənşəcə Azərbaycan dilinin lüğət tərkibi,üslubca leksikası, istifadə dairəsinə görə söz qrupları, söz yaradıcılığı, frazeologiya leksikoqrafiya haqqında geniş hissələr öz əksini tapıb.
Akademik leksikologiyanın hazırlanması kollektiv əməyin məhsuludur. Kitab leksikologiya, semasiologiya, frazeologiya, söz yradıcılığı, lüğətçilik və s dilçilik bölmələrinin ən son nailiyyətləri əsasında yazılmışdır. Burada ənənəvi, normativ leksikologiya ilə yanaşı, bu sahənin yeni aspekt və istiqamətlərini əhatə edən funksional leksikologiya, koqnitiv leksikologiya və assosiativ leksikologiya kimi yeni məsələlərə yer verilmişdir. Akademik leksikologiyadan tədqiqatçılar, magistlər, müəllimlər və digər maraqlananlar istifadə edə bilərlər.
Comments are closed, but trackbacks and pingbacks are open.