Müasir azrbaycan dilind fars alınmaları
پرچم [ pərçəm ] bayraq
XV DƏRS
او چمناز است. چمناز دانش آموز است. او امروز درس دارد . چمناز در دبیرستانﺍ ست. در دست او پرچم دارد . لچک چمناز سبز است . چمناز برادر دارد. اسم برادر چمناز منوچهر است. چمناز از منوچهر کوچکتر است . منوچهر کار دارد . او چوپان است
لچک [ ləçək ] örpək
کوچک [ kuçek ] kiçik
پرچم [ pərçəm ] bayraq
چوپان [ çupan ] çoban
منوچهر [ mənuçehr ] Mənuçehr
O Çimnazdır. Çimnaz şagirddir. Onun bu gün dərsi var. Çimnaz orta məktəbdədir. Onun əlində bayraq var. Çimnazın örpəyi yaşıldır. Çimnazın qardaşı var. Çimnazın qardaşının adı Mənuçehrdir. Çimnaz Mənuçehrdən balacadır. Mənuçehr işləyir. O çobandır.
Sifətin dərəcələri: (hələlik bu haqda qısa məlumat verəcəm)
Fars dilində sifətin üç dərəcəsi var:
a) Adi dərəcə demək olar ki, digər müqayisə dərəcələri üşün , bir növ, “başlanğıc” vəzifəsini daşıyır.Bütün sadə,düzəltmə və mürəkkəb sifətlərin hamısı adi dərəcəli sifətlər hesab edilir. Məs.:
b) Müqayisə dərəcəsi adi sifətlərin sonuna “ تر „ (tər) şəkilçisinin artırılması ilə düzəlir. Sifətin bu dərəcəsi müqayisə olunan əşyalardan birinin daha gözəçarpan olmasını ifadə edir və “ تر „ şəkilçili sifətlərin Azərbaycan dilinə tərcüməsində “ daha „ ədatından istifadə edilir.Məs.:
کوچکتر – daha balaca
روشنتر – daha işıqlı
زردتر – daha sarı
این لچک سبزترﺍسبزتر ازﺁﻥ لچک است – bu örpək o örpəkdən daha yaşıldır.
ﭼﻤﻨﺎﺯ ﺍﺯ ﻤﻨﻭﭼﻬﺮ کوچکتر است – Çimnaz Mənuçehrdən balacadır
c) Üstünlük dərəcəsi adi sifətlərin sonuna ترین (tərin) şəkilçisinin artırılması ilə düzəlir. Vurğu həmin şəkilçinin son hecası üzərinə düşür. ترین (tərin) şəkilçili sifətlər Azərbaycan dilinə ən ədatı ilə, bəzən də lap ədatı ilə işlənən sifətlər kimi tərcümə edilir.
کوچکترین – ən balaca
سبزترین – lap yaşıl
ﺑﺎ [ ba ] ön qoşması Azərbaycan dilindəki ilə ( la² ) qoşmasına uygun gəlir.
Məsələlən: ﺑﺎ ﭘﺪﺮ [ ba pedər ] ata ilə; ﺑﺎ برادر [ ba bəradər ] qardaşla
دوستم ﺑﺎ ماشین آمد . او ﺑﺎ مادرش آمد . آنها از ده از آن راه آمدند . آن زن مادر دوستم ﺍﺴﺖ . او در ده کار می کند . در دست دوستم سبد دارد . سبد پر ﺍﺯ میوه است . من آنها را ﺑﺎ ﺷﻬﺮ ﺁﺷﻨﺎ کردم
پراز ﻤﻴﻭﻩ [ porəz mive ] meyvə dolu
آشنا کردم [ aşena kərdəm ] tanış etdim
Dostum maşınla gəldi. O, anası ilə gəldi. Onlar kənddən o yoldan gəldilər. O qadın dostumun anasıdır. O , kənddə işləyir. Dostumun əlində səbəd var. Səbəd meyvə ilə doludur. Onları şəhərlə tanış etdim.
Cümlələri Farscaya tərcümə edin:
O, orta məktəbdən mənimlə gəldi. O, mənim dostumdur. Dostumu onunla tanış etdim. Onu dostumla tanış etdim. O, bizimlə oynadı. Biz onunla top-top oynadıq. Mən ona kitab verdim. O, mənə karandaş verdi. Qardaşım gəldi. O, salam verdi. Anam da gəldi. Anam Çimnaza örpək verdi. Çimnaz şad oldu. O bayraqdır. Bayrağı verdilər. Bayrağı orta məktəbə verdilər. Məktəbin bayrağı var. O bayraq bizimdir. O bizim məktəbin bayrağıdır ( آن پرچم دبیرستان ما است ). Bayraq Pərvizin əlindədir. Pərviz şagirddir. Pərvizin qardaşı var. O çobandır. Pərviz kiçikdir. Pərviz ondan kiçikdir.
XXII DƏRS
13 Pazartesi Nis 2015
Etiketler
XXII DƏRS
ﻕ – bu hərf “ ğ” səsini ifadə edir. Adı “ ğaf „ dır.
Ğaf – ( ﻕ ) hərfi özündən əvvəl və sonra gələn hərflərlə bitişir.
Birləşmənin əvvəlində və ortasında – ﻗ
Tək halda və birləşmənin sonunda – ﻕ
Sözlərin hər iki dildəki tələffüzünü müqayisə edək və fərqli cəhətlərə diqqət yetirək :
Fars dilində : Azərbaycan dilində :
ﻗﺎﺸﻕ ( ğaşoğ ) qaşıq
ﺒﺸﻗﺎﺏ ( boşğab ) boşqab
ﻗﻨﺪ ( ğənd ) qənd
ﻗﻨﺪﺪﺍﻥ ( ğənddan ) qənddan
ﻗﻟﻡ ( ğələm ) qələm
ﺸﻓﻴﻗﻪ ( şəfiğe ) Şəfiqə
ﺮﻓﻴﻗﻪ ( rəfiğe ) Rəfiqə
ﻗﺪﺮﺖ ( ğodrət ) Qüdrət
Mətn :
ﺸﻓﻴﻗﻪ ﺪﻭﺴﺖ ﺮﻓﻴﻗﻪ ﺍﺴﺖ . ﺁﻨﻬﺎ ﺪﺮ ﻴﮎ ﮐﻼﺲ ﺪﺮﺲ ﻤﻰ ﺨﻮﺍﻨﻨﺪ . ﺸﻓﻴﻗﻪ ﺒﻪ ﺨﺎﻨﻪﻯ ﺁﻨﻬﺎ ﺁﻤﺪ . ﺮﻓﻴﻗﻪ ﺪﺮ ﺨﺎﻨﻪ ﺍﺴﺖ . ﻤﺎﺪﺮ ﺍﻮ ﻨﻴﺯ ﺪﺮ ﺨﺎﻨﻪ ﺍﺴﺖ . ﺮﻓﻴﻗﻪ ﺷﻓﻴﻗﻪ ﺮﺍ ﺑﺎ ﻤﺎﺪﺮ ﺨﻭﺪ ﺁﺷﻧﺎ ﻜﺮﺪ . ﺪﺮ ﺪﺴﺖ ﺸﻓﻴﻗﻪ ﻜﺘﺎﺐ ﺪﺍﺮﺪ . ﺁﻦ ﻜﺘﺎﺐ ﺘﺎﺯﻩ ﺍﺴﺖ . ﺮﻓﻴﻗﻪ ﻜﺘﺎﺐ ﺮﺍ ﺪﻴﺪ . ﺷﻓﻴﻗﻪ ﻜﺘﺎﺐ ﺮﺍ ﺪﺍﺪ . ﺮﻓﻴﻗﻪ ﺒﻪ ﺁﻦ ﻜﺘﺎﺐ ﻧﮔﺎﻩ ﻜﺮﺪ . ﺮﻓﻴﻗﻪ ﻫﻡ ﻜﺘﺎﺑﻬﺎﻯ ﺨﻭﺪ ﺮﺍ ﺑﻪ ﺷﻓﻴﻗﻪ ﻧﺷﺎﻦ ﺪﺍﺪ . ﺴﭙﺲ ﺁﻧﻬﺎ ﻧﺷﺴﺘﻧﺪ ﻮ ﻴﻤﮎ ﺨﻮﺮﺪﻧﺪ .
ﺨﻮﺪ [ xod ] öz, özü
ﺴﭙﺲ [ sepəs ] sonra
ﻜﺘﺎﺐ [ ketab ] kitab
Şəfiqə Rəfiqənin dostudur. Onlar bir sinifdə oxuyurlar. Şəfiqə onların evinə getdi. Rəfiqə evdədir. Onun anası da evdədir. Rəfiqə Şəfiqəni öz anası ilə tanış etdi. Şəfiqənin əlində kitab var. O kitab təzədir. Rəfiqə kitabı gördü. Şəfiqə kitabı verdi. Rəfiqə o kitaba baxdı. Rəfiqə də öz kitablarını Şəfiqəyə göstərdi. Sonra onlar oturdular və yemək yedilər.
ﺝ – bu hərf (c ) səsini bildirir, adı “cim” dir
Cim ( ﺝ ) hərfi özündən əvvəl və sonra gələn hərflərlə bitişir
Birləşmənin əvvəlində və ortasında – ﺟ
Tək halda və birləşmınin sonunda – ﺝ
ﺟﻼﻝ [ cəlal ] Cəlal
ﺟﻤﻴﻝ [ cəmil ] Cəmil
ﺟﻤﻴﻟﻪ [ cəmile ] Cəmilə
ﺍﻴﻨﺟﺎ ] inca ] bura
ﺁﻨﺟﺎ [ anca ] ora
ﻜﺟﺎ [ koca ] hara
ﭙﻨﺞ [ pənc ] beş – ۵
ﺟﻴﺎﺒﺎﻥ ] xiyaban ] kücə
ﭼﻴﺴﺖ[ çist ] nədir
ﺍﺴﺘﻗﻼﻝ [ esteğlal ] istiqlal
ﻤﻜﺎﻟﻤﻪ – Dialoq
ﺍﺴﻡ ﺘﻮ ﭼﻴﺴﺖ ?
ﺍﺴﻡ ﻤﻥ ﺟﻼﻞ ﺍﺴﺖ .
ﺟﻼﻞ ‘ ﺧﺎﻧﻪﻯ ﺸﻤﺎ ﻜﺟﺎﺴﺖ ?
ﺧﺎﻧﻪﻯ ﻤﺎ ﺁﻧﺟﺎﺴﺖ ‘ ﺪﺮ ﺁﻦ ﺒﻧﺎﺴﺖ .
ﺁﻴﺎ ﺪﺒﻴﺮﺴﺘﺎﻦ ﺸﻤﺎ ﺁﻧﺟﺎﺴﺖ ?
ﻧﺨﻴﺮ ، ﺪﺑﻴﺮﺴﺗﺎﻥ ﻤﺎ ﺁﻧﺟﺎ ﻧﻴﺴﺖ ، ﺪﺮ ﺨﻴﺎﺑﺎﻥ “ ﺍﺴﺘﻗﻼﻝ „ ﺍﺴﺖ .
ﭙﺲ ﺍﻴﻥ ﭙﺴﺭ ﻜﻴﺴﺖ?
ﺍﻴﻥ ﭙﺴﺭ ﺒﺭﺍﺪﺭﻡ ﺍﺴﺖ.
ﺍﻭ ﭽﻧﺪ ﺴﺎﻝ ﺪﺍﺭﺪ ?
ﺍﻭ ﭙﻧﺞ ﺴﺎﻝ ﺪﺍﺭﺪ .
Tərcüməsi:
- Sənin adın nədir?
- Mənim adım Cəlaldır.
- Cəlal, sizin eviniz hardadır?
- Bizim evimiz ordadır, o binadadır.
- Sizin məktəbiniz ordadırmı?
- Xeyr, bizim məktəb orda deyil, “İstiqlal” küçəsindədir.
- Bəs o oğlan kimdir?
- Bu oğlan qardaşımdır.
- Onun neçə yaşı var?
- Onun beş yaşı var.
“əst”- ﺍﺴﺖ – xəbər şəkilcisi:
Bu şəkilçi ismi cümlələrdə ismi xəbərin III şəxs təkinə artırılır.Azərbaycan dilindəki –dır-dir-dur-dür xəbər şəkilçisinə uyğun gəlir. ﺍﺴﺖ – xəbər şəkilçisi vurğu qəbul etmir. Vurğu bu şəkilçini qəbul edən sözün son hecası üzərinə düşür.
Azərbaycan dilində ahəng qanunundan asılı olaraq dörd variantda işlənən bu şəkilçi fars dilində bircə variantda ﺍﺴﺖ ( əst ) şəklində işlənir.
- Sonu samitlə bitən sözlərdən sonra gələnﺍﺴﺖ( əst ) xəbər şəkilçisi olduğu kimi yazılır və oxunur. Məs.:
ﻤﺪﺍﺪﺍﺴﺖ ( medadəst ), ﻤﻴﺰﺍﺴﺖ ( mizəst ), ﻜﻴﻑﺍﺴﺖ ( kifəst)
- Sonu a,o,u və i saitləri ilə bitən sözlərdən sonra gələnﺍﺴﺖxəbər şəkilçisinin birinci səsi, yəni ə tələffüz olunmur;ﺴﺖ(st) şəklində bir başqa sözlə birlikdə tələfffüz olunur. Məs.:
ﺪﺮﻴﺎﺴﺖ ( dəryast ) – dənizdir
ﺪﺍﻨﺸﺠﻮﺍﺴﺖ ( daneşcust ) – tələbədir
ﻜﺸﺘﻰﺍﺴﺖ ( kəştist ) gəmidir
Qeyd etmək lazımdır ki, sonu a, u saitləri ilə bitən sözlərdən sonra gələn ﺍﺴﺖ xəbər şəkilçisinin əvvəlindəki “əlif” yazılmaya da bilər.
ﺪﺮﻴﺎﺴﺖ – ﺪﺮﻴﺎ ﺍﺴﺖ
ﺪﺍﻨﺸﺠﻮﺴﺖ – ﺪﺍﻨﺸﺠﻮ ﺍﺴﺖ
- Sonu e saiti ilə bitən sözlərdən sonra gələnﺍﺴﺖxəbər şəkilçisi olduğu kimi tələffüz olunur. Mıs.:
ﺧﺎﻨﻪ ﺍﺴﺖ ( xaneəst ) – evdir
Qeyd. ﻜﻪ ( ke ) – kim, ﭽﻪ (çe ) – nə sual əvəzliklərindən sonra gələn ﺍﺴﺖ xəbər şəkilçisi bu qaydaya istisnadır. Belə ki, ( ke + əst ) və ( çe + əst ) şəklində deyil, ﻜﻴﺴﺖ ( kist ) – kimdir, ﭽﻴﺴﺖ ( çist ) – nədir kimi yazılır və oxunur.
- Sonu ou diftonqu və o saiti ilə bitən sözlərdən sonra gələnﺍﺴﺖşəkilçisinin birinci saiti – ə ( əlif ) tələffüz olunmur. Məs.:
ﭘﻴﺸﺮﻮﺴﺖ ( pişroust ) – qabaqcıldır
ﺪﻮﺍﺴﺖ ( dost ) ikidir
Tapşırıq: farsca yazın:
Bizim məktəb ordadır. Bəs sizin məktəb hardadır? Bizim məktəb “İstiqlal” kücəsindədir. Sizin eviniz hardadır? Bizim evimiz o binadadır. Onların da evləri o binadadır.
XXI DƏRS
07 Salı Nis 2015
Etiketler
XXI DƏRS
ﺘﺨﺘﻪ ﺴﻴﺎﻩ [ təxtesiyah ] yazı lövhəsi
ﺘﺨﺘﻪ ﭙﺎﮎ ﮐﻥ [ təxte pakkon ] silgi
ﮐﺎﺮﮔﺮ [ kargər ] fəhlə
ﮐﺎﺮﮔﺎﻩ [ karqah ] emalatxana
ﭙﻧﺑﻪ [ pənbe ] pambıq
ﮔﭻ [ gəç ] tabaşir
ﮔﻔﺖ [ qoft ] dedi
ﻤﻰ ﻨﻭﻴﺴﻴﻡ [ minevisim ] yazırıq
ﻜﺸﺎﻭﺮﺯ [ keçavərz ] əkinçi
ﺨﺎﻧﻭﺍﺪﻩ [ xanevade ] ailə
ﻤﻰ ﺨﻭﺭﺪ [ mixorəd ] yeyir
ﻤﻰ ﺨﻭﺍﻧﺪ [ mixanəd ] oxuyur
ﻤﻰ ﺨﻭﺍﺒﺪ [ mixabəd ] yatır
MƏTN:
ﺯﻨﮒ ﺮﺍ ﺯﺪﻧﺪ . ﺁﻤﻭﺯﮔﺎﺮ ﺑﻪ ﻜﻼﺲ ﺁﻤﺪ . ﻤﺎ ﺑﻟﻧﺪ ﺷﺪﻴﻡ . ﺁﻤﻭﺰﮔﺎﺮ ﺴﻼﻡ ﺪﺍﺪ . ﻤﺎ ﻧﺷﺴﺗﻴﻡ . ﺁﻤﻮﺯﮔﺎﺮ ﮔﻔﺖ :- ﺁﻥ ﺗﺧﺗﻪ ﺴﻴﺎﻩ ﺍﺴﺖ . ﺁﻥ ﮔﭻ ﺍﺴﺖ . ﺁﻥ ﺗﺧﺗﻪ ﭙﺎﮎ ﮐﻥ ﺍﺴﺖ . ﻤﺎ ﺑﺎ ﮔﭻ ﻤﻰ ﻧﻭﻴﺴﻴﻡ . ﺮﻭﻯ ﺘﺧﺗﻪ ﺴﻴﺎﻩ ﻤﻰ ﻧﻭﻴﺴﻴﻡ . ﺘﺧﺗﻪ ﺴﻴﺎﻩ ﺮﺍ ﺑﺎ ﺗﺧﺘﻪ ﭙﺎﮎ ﻜﻦ ﺘﻤﻴﺰ ﻤﻰ ﻜﻧﻴﻡ .
ﺁﻤﻮﺰﮔﺎﺮ ﺒﻪ ﻤﺎ ﻴﮎ ﺸﻜﻞ ﻧﺸﺎﻥ ﺪﺍﺪ . ﺍﻭ ﮔﻔﺖ :- ﺍﻭ ﻜﺎﺭﮔﺭ ﺍﺴﺖ . ﻜﺎﺭﮔﺭ ﺪﺭ ﻜﺎﺭﮔﺎﻩ ﻜﺎﺭ ﻤﻰ ﻜﻧﺪ . ﻜﺸﺎﻭﺭﺯ ﭙﻧﺒﻪ ﻤﻰ ﻜﺎﺭﺪ
Tərcüməsi:
Zəngi çaldılar. Müəllim sinifə gəldi. Biz ayağa qalxdıq. Müəllim salam verdi.
Biz oturduq. Müəllim dedi:- o lövhədir. O tabaşirdir. O silgidir. Biz tabaşirlə yazırıq. Lövhənin üzərinə yazırıq. Lövhəni silgi ilə təmizləyirik.
Müəllim bizə bir şəkil göstərdi. O dedi:- o fəhlədir. Fəhlə emalatxanada çalışır. əkinçi pambıq əkir.
Tapşırıq:
1.Fars dilinə tərcümə edin:
O yazı taxtasıdır. Yazı taxtası qaradır. O kiçik deyil, böyükdür. Biz yazı taxtasında yazırıq. Yazı taxtasını silgi ilə təmizləyirik.
O pambıqdır. Atam pambıq əkir. Mənim atam pambıq əkir. Sənin atan da pambıq əkirmi? Bəli, mənim atam da pambıq əkir.
Mən oxuyuram. Onlar oxuyurlar. Mən kitab oxuyuram. Onlar kitab oxuyurlar. Biz yryirik. Biz xörək yeyirik. O, anama kömək edir. Mən də anama kömək edirəm. O yatır. Mən məktub yazıram.
3. Sualları fars dilinə bir yerdə tərcümə edək və cavablandıraq:
Sizin eviniz o binadadırmı?- ﺨﺎﻧﻪ ﺸﻤﺎ ﺪﺭ ﺁﻥ ﺒﻧﺎ ﺍﺴﺖ ? Bəli, bizim evimiz o binadadır- ﺒﻟﻰ‘ ﺨﺎﻧﻪ ﻤﺎ ﺪﺮ ﺁﻦ ﺒﻧﺎ ﺍﺴﺖ . Sənin atan nəçidir?- ﭙﺪﺮ ﺘﻭ ﭼﮐﺎﺮﻩ ﺍﺴﺖ ? Mənim atam müəllimdir- ﭙﺪﺮ ﻤﻥ ﺁﻤﻭﺯﮔﺎﺮ ﺍﺴﺖ .
xx DƏRS
07 Salı Nis 2015
XX DƏRS
ﺥ– bu hərf “x” səsini ifadə edir. Onun adı “xe” dir.
Xe – ( ﺥ ) özündən əvvəl və sonra gələn hərflərlə bitişir.
Birləşmənin əvvəlində – ﺧ – bu cür yazılır.
Tək halda isə – ﺥ – belə yazılır.
ﺧﺎﻧﻪ [ xane ] ev
ﺧﺎﻟﺪ [ xaled ] Xalid
ﺧﺎﻮﺮ [ xavər ] a). Xavər, b). Şərq
ﺧﺮﺍﻤﺎﻥ [ xoraman ] Xuraman
ﺧﻠﻴﻞ ] xəlil ] Xəlil
ﺴﺮﺥ [ sorx ] qırmızı
ﺧﻮﺍﻫﺮ [ xahər ] bacı
ﺧﻮﺮﺍﮎ [ xorak ] yemək
ﺧﻮﺐ [ xub ] yaxsı
ﭙﺧﺖ [ poxt ] bişirdi
ﺧﻮﺮﺪﻴﻡ [ xordim ] yedik
QEYD. Fars dilində bir qrup sözlərdə ″ ﺥ ″ (xe) hərfindən sonra ″ ﻮ ″ ( vav) hərfi yazılır, lakin tələffüz olunmur.
Məs.: ﺧﻮﺍﻫﺮ [ xahər ] bacı, ﺧﻮﺍﺐ [ xab ]-yuxu
ﻤﻥ ﻴﮎ ﺧﻮﺍﻫﺮ ﺪﺍﺮﻡ . ﺍﺴﻡ ﺍﻮ ﺧﺮﺍﻤﺎﻦ ﺍﺴﺖ . ﺧﺮﺍﻤﺎﻦ ﺍﺯ ﻤﻦ ﺒﺯﺮﮔﺘﺮ ﺍﺴﺖ . ﺧﺮﺍﻤﺎﻦ ﺷﺎﮔﺮﺪ ﺍﺴﺖ . ﺍﻮ ﺷﺎﮔﺮﺪ ﺧﻮﺒﻰ ﺍﺴﺖ .ﺪﺮ ﻜﻼﺲ ﻫﻤﻪ ﺍﻮ ﺮﺍ ﺪﻮﺴﺖ ﺪﺍﺮﻨﺪ . ﺍﻮ ﺮﺍ ﺪﺮ ﺧﺎﻨﻪ ﻫﻡ ﺪﻮﺴﺖ ﺪﺍﺮﻴﻢ . ﺪﺮﺲ ﺘﻤﺎﻡ ﺸﺪ . ﻤﺎ ﺍﺰ ﺪﺒﻴﺮﺴﺘﺎﻥ ﺒﺮﮔﺸﺘﻴﻡ . ﺪﺮ ﺨﺎﻨﻪ ﻫﻴﭻ ﮐﺱ ﻨﻴﺴﺖ . ﻤﻥ ﺒﻪ ﺨﺮﺍﻤﺎﻥ ﻜﻤﮎ ﻜﺮﺪﻡ . ﺍﻭ ﺨﻭﺮﺍﮎ ﭙﺨﺖ . ﻤﺎ ﻨﻬﺎﺮ ﺨﻭﺮﺪﻴﻡ
Tərcüməsi:
Mənim bir bacım var. Onun adı Xuramandır. Xuraman məndən böyükdür. Xuraman şagirddir. O, yaxşı şagirddir. Sinifdə hamı onu sevir. Onu evdə də sevirik. Dərs bitdi. Biz orta məktəbdən evə qayıtdıq. Evdə heç kim yoxdur. Mən Xuramana kömək etdim. O, yemək bişirdi. Biz nahar etdik.
Tapşırıq:
Mən atamla şəhərə getdim. Biz çox gəzdik. Atam məni parka apardı. əlimdə qızılgül var.
O bacımdır. Bacımın adı Xavərdir. O, yaxşı bacıdır. Xavərin qırmızı paltarı var. Biz şəhərdə gəzdik. Evə qayıtdıq. Xavər xörək bişirdi. O, mənə xörək verdi.
- İfadələri tərcümə edin ( izafət birləşməsi ilə) və cümlələrdə işlədin:
Qızılgül ( ﮔﻞ ﺴﺮﺥ ), qırmızı paltar, onun qızılgülü, bizim ev, onunbacısı.
XIX DƏRS
14 Cuma Kas 2014
Etiketler
XIX Dərs
ﺁﻠﻮﺑﺎﻠﻮ [ alubalu ] albalı
ﺍﻧﺎﺮ [ ənar ] nar
ﺴﻴﺐ [ sib ] alma
ﮔﻼﺑﻰ [ qolabi ] armud
ﺍﻧﮔﻮﺮ [ ənqur ] üzüm
ﺑﻪ [ beh ] heyva
ﺮﻮﻯ [ ruy ] üstündə, üz
ﺘﻴﺯ [ tiz ] iti
ﻫﻴﭺ ﭽﻴﺯ [ hiç çiz ] heç şey
ﮐﻨﺪ [ kond ] küt
ﭙﺮﺍﺯ [ porəz ] dolu
ﺑﺮﻴﺪ [ borid ] kəsdi
ﮔﻮﺸﺖ [ quşt ] ət
ﺸﻴﺮ ﻤﻰ ﺪﻫﺪ [ şir midəhəd ] süd verir
Mətn:
ﺁﻦ ﻤﻴﺯ ﺍﺴﺖ . ﺁﻦ ﻤﻴﺯ ﺒﺯﺭﮒ ﻧﻴﺴﺖ ‘ ﻜﻭﭼﮎ ﺍﺴﺖ . ﺭﻭﻯ ﺍﻴﻥ ﻤﻴﺯ ﻫﻴﭻ ﭼﻴﺯ ﻧﻴﺴﺖ . ﺍﻴﻥ ﻤﻴﺯ ﻛﻭﭼﮎ ﻧﻴﺴﺖ ‘ ﺒﺯﺭﮒ ﺍﺴﺖ . ﺁﻦ ﻛﺎﺭﺪ ﺍﺴﺖ . ﺁﻦ ﻛﺎﺭﺪ ﻛﻧﺪ ﻧﻴﺴﺖ ‘ ﺘﻴﺯ ﺍﺴﺖ . ﺁﻦ ﺍﺴﺘﻛﺎﻦ ﺍﺴﺖ . ﺍﺴﺘﻛﺎﻦ ﭙﺭﺍﺯ ﭽﺎﻯ ﺍﺴﺖ . ﺁﻦ ﭽﻧﮔﺎﻝ ﺍﺴﺖ . ﻛﺎﺭﺪ ‘ ﭽﻧﮔﺎﻝ ﻭ ﺍﺴﺘﻛﺎﻦ ﺭﻭﻯ ﻤﻴﺯ ﺍﺴﺖ . ﺁﻦ ﮔﻼﺒﻰ ﺍﺴﺖ . ﺁﻦ ﺴﻴﺐ ﺍﺴﺖ . ﺁﻦ ﺍﻧﮔﻭﺮ ﺍﺴﺖ . ﺁﻴﺎ ﺁﻦ ﺒﻪ ﺍﺴﺖ ? ﺒﻟﻰ ‘ ﺁﻦ ﺒﻪ ﺍﺴﺖ . ﮔﻼﺒﻰ ‘ ﺴﻴﺐ ‘ ﺒﻪ ﻮ ﺍﻧﮔﻮﺮ ﺮﻮﻯ ﻤﻴﺯ ﺍﺴﺖ . ﻤﺎﺪﺮ ﻧﺷﺴﺖ . ﭙﺪﺮ ﻧﺷﺴﺖ . ﻤﻦ ﻧﺷﺴﺘﻡ . ﺑﺮﺍﺪﺮ ﻫﻡ ﻧﺷﺴﺖ . ﭙﺪﺮ ﮔﻼﺑﻰ ﻮ ﺴﻴﺐ ﺑﺮﻴﺪ . ﺍﻮ ﺍﺯ ﮔﻼﺑﻰ ﻮ ﺴﻴﺐ ﺑﻪ ﻤﺎ ﺪﺍﺪ
Tərcüməsi:
O stoldur. O stol böyük deyil, kiçikdir. Bu stolun üstündə heç nə yoxdur. Bu stol kiçik deyil, böyükdür. O bıçaqdır. O bıçaq küt deyil, itidir. O stəkandır. Stəkan çayla doludur. O çəngəldir. Bıçaq, çəngəl və stəkan stolun üstündədir. O armuddur. O almadır. O üzümdür. O heyvadırmı? Bəli, o heyvadır. Armud, alma, heyva və üzüm mizin üstündədir. Ana oturdu. Ata oturdu. Mən oturdum. Qardaş da oturdu. Ata armud və alma kəsdi. Armud və almadan bizə verdi.
Tapşırıqlar:
1. Fars dilinə tərcümə edin:
O üzümdür. Üzüm sarıdır. O üzüm turşdur. Bu üzüm şirindir. Bu nardır. Bu nar şirindir. O nar turşdurmu? Bəli, bu nar turşdur. Bu səbət narla doludur. O səbət heyva ilə doludur. O səbət də meyvə ilə doludurmu? Bəli, bu səbət də meyvə ilə doludur. Baba armud verdi. Mən armudu xoşlayıram. Sən də armudu xoşlayırsanmı? Xeyr, mən armudu xoşlamıram. Mən üzümü xoşlayıram. O bıçaqdır. Bıçaq itidir. Qardaşım armudu bıçaqla kəsdi. Stəkan stolun üstündədir. Stəkan su ilə doludur.
2. Azərbaycan dilinə tərcümə edin:
ﺁﻦ ﮔﻮﺴﻔﻧﺪ ﺍﺴﺖ . ﺁﻦ ﮔﻮﺴﻔﻧﺪ ﺑﺯﺮﮒ ﺍﺴﺖ . ﺍﻴﻥ ﮔﻮﺴﻔﻧﺪ ﺑﺯﺮﮒ ﻧﻴﺴﺖ ‘ ﻜﻮﭽﮎ ﺍﺴﺖ . ﺁﻦ ﺑﺯ ﻧﻴﺴﺖ ‘ ﮔﻮﺴﻔﻧﺪ ﺍﺴﺖ . ﮔﻮﺴﻔﻧﺪ ﺍﺯ ﮔﺎﻮ ﮐﻮﭽﮐﺘﺭ ﺍﺴﺖ . ﮔﺎﻮ ﺍﺯ ﮔﻮﺴﻔﻧﺪ ﺒﺯﺭﮔﺘﺭ ﺍﺴﺖ . ﺒﺯ ﺍﺯ ﺍﺴﺐ ﮐﻮﭽﮐﺘﺭ ﺍﺴﺖ . ﺍﺴﺐ ﺍﺯ ﺒﺯ ﻮ ﮔﻮﺴﻔﻧﺪ ﺒﺯﺭﮔﺘﺭ ﺍﺴﺖ . ﮔﺎﻮ ‘ ﮔﻮﺴﻔﻧﺪ ﻮ ﺒﺯ ﺸﻴﺭ ﻤﻰ ﺪﻫﻧﺪ . ﺍﺯ ﮔﻮﺸﺖ ﺁﻧﻬﺎ ﺍﺴﺘﻔﺎﺪﻩ ﻤﻰ ﻜﻧﻧﺪ
3. Farsca tərcümə edin:
O quyundur. O da inəkdir. Inək süd verir. Qoyun da süd verir. Məktəbdə bizə süd verirlər. Inəyin və qoyunun südündən istifadə edirlər.
XVIII DƏRS
06 Cumartesi Eyl 2014
Etiketler
XVIII DƏRS
ﻑ – bu hərf “ f „ səsini ifadə edir. Adı “ fe „ dir.
ﻑ – fe- hərfi özündən əvvəl və sonra gələn hərflərlə bitişir.
Birləşmənin əvvəlində və ortasında – ﻓ belə, tək halda və birləşmənin sonunda isə – ﻑ belə yazılır.
Sözlər:
ﺩﻒ [ dəf ] dəf
ﺒﺮﻑ [ bərf ] qar
ﺪﻓﺘﺮ [ dəftər ] dəftər
ﺍﺷﺮﻑ [ əşrəf ] Əşrəf
ﻜﻴﻒ [ kif ] çanta
ﺮﻓﺖ [ rəft ] getdi
ﺍﺷﻜﺎﻒ [ eşkaf ] şkaf
ﺒﺮﻒ ﺁﻤﺪ [ bərf aməd ] qar yağır
ﺒﺮﻒ ﺒﺎﺰﻯ [ bərfbazi ] qartopu oyunu
Mətn: ﺒﺮﻒ ﺁﻤﺪ
ﺒﺮﻒ ﺁﻤﺪ . ﺷﺐ ﺒﺮﻒ ﺁﻤﺪ . ﻫﻭﺍ ﺴﺮﺪ ﺷﺪ . ﺍﻤﺮﻭﺰ ﺪﺮﺱ ﻧﻴﺴﺖ . ﺍﺷﺮﻒ ﺒﻪ ﺒﺮﻒ ﻧﮔﺎﻩ ﻜﺮﺪ . ﺍﻮ ﺍﺰ ﻤﻨﺰﻝ ﺒﻴﺮﻮﻦ ﺮﻔﺖ . ﻴﺎﺷﺎﺮ ﺍﻮ ﺮﺍ ﺪﻴﺪ . ﺍﻮ ﻫﻢ ﺒﻴﺮﻮﻦ ﺮﻔﺖ . ﺁﻨﻬﺎ ﺒﺮﻑ ﺒﺎﺯﻯ ﻜﺮﺪﻨﺪ . ﺍﺸﺮﻑ ﺒﻪ ﻤﻨﺯﻝ ﺮﻔﺖ . ﻴﺎﺷﺎﺮ ﻨﻴﺯ ﺒﺎ ﺍﻮ ﺮﻔﺖ . ﺁﻨﻬﺎ ﺪﺭ ﻤﻧﺯﻝ ﻨﺸﺴﺘﻨﺪ . ﺍﺸﺭﻑ ﻜﻴﻑ ﺭﺍ ﺒﺎﺯ ﻜﺭﺪ . ﻜﺘﺎﺏ ﻮ ﺪﻔﺘﺭ ﺭﺍ ﺒﻪ ﻴﺎﺸﺎﺭ ﺪﺍﺪ . ﻴﺎﺸﺎﺭ ﺪﻔﺘﺭ ﻮ ﻜﺘﺎﺏ ﺭﺍ ﺒﺎﺯ ﻜﺭﺪ .
Tərcüməsi: Qar yağdı
Qar yağdı. Gecə qar yağdı. Hava soyuq oldu. Bu gün dərs yoxdur. Əşrəf qara baxdı. O, evdən bayıra çıxdı. Yaşar onu gördü. O da bayıra çıxdı. Onlar qartopu oynadılar. Əşrəf evə getdi. Yaşar da onunla getdi. Onlar evdə oturdular. Əşrəf çantanı açdı. Kitab və dəftəri Yaşara verdi. Yaşar dəftər və kitabı açdı.
Diqqət →↓
ﻴﺎﺸﺎﺭ – ﺁﻤﺪ ﺒﺎﺭﺍﻦ – ﺁﻤﺪ
ﻤﺎﺸﻴﻦ – ﺁﻤﺪ ﺒﺭﻑ – ﺁﻤﺪ
Fars dilində – ﺁﻴﺎ [ aya ] sözü sual cümləsinin əvvəlində işlənir.
“aya” sözü Azərbaycan dilində -mı, mi, mu, mü kimi tərcümə edilir.
Məs.: ﺁﻴﺎ ﮔﻟﻨﺎﺭ ﺸﺎﮔﺭﺪ ﺍﺴﺖ ؟
ﻤﻜﺎﻠﻤﻪ
ﻤﺎﺪﺭ ﭼﻪ ﻤﻴﻜﻧﺪ ؟ –
.ﻤﺎﺪﺭ ﮔﺎﻮ ﻤﻰ ﺪﻮﺸﺪ –
ﭙﺪﺭ ﭼﻪ ﻤﻴﻜﻧﺪ ؟ –
.ﭙﺪﺭ ﮔﻞ ﻤﻰ ﻜﺎﺭﺪ –
ﭙﺱ ﭙﺴﺭ ﭼﻪ ﻤﻴﻜﻧﺪ ؟ –
.ﭙﺴﺭ ﺒﻪ ﮔﻞ ﺁﺐ ﻤﻰ ﺪﻫﺪ –
ﺁﻴﺎ ﮔﻟﻧﺎﺭ ﺒﻪ ﺪﺒﻴﺭﺴﺗﺎﻦ ﻤﻰ ﺭﻭﺪ ؟ –
.ﺒﻟﻰ ، ﮔﻟﻧﺎﺭ ﺒﻩ ﺪﺒﻴﺭﺴﺗﺎﻦ ﻤﻰ ﺭﻭﺪ –
Dialoqun tərcüməsi:
ﭽﻪ ﻤﻴﻜﻧﺪ [ çe mikonəd ] nə edir
ﻤﻰ ﺪﻭﺸﺪ [ miduşəd ] sağır
ﭙﺴﺭ [ pesər ] oğln
Tapşırıqlar:
Sənin atan müəllimdirmi? Sənin anan da müəllimdirmi? Onun qardaşı əsgərdirmi? Gülnaz bu gün növbətçidirmi? Gülnarə də növbətçidirmi? O oğlan bağçaya gedirmi? Sən şagirdsənmi? O şagiddirmi?
O çantadır. Bu da çantadır. O Əşrəfin çantasıdır. Çanta onun əlindədir. Şkaf sinifdədir. O dəftərdir. Dəftər şkafdadır. O dəfdir. O, dəf çaldı. Qar yağdı. Biz qartopu oynadıq.
ﺪﺍﻨﺶﺁﻤﻮﺯ ﺑﻪ … ﺁﻤﺪ . ﺁﻤﻮﺯﮔﺎﺮ ﺑﻪ … ﺁﻤﺪ . ﻤﺎﺪﺮ ﺍﺯ … ﺁﻤﺪ. ﺸﺑﺎﻦ ﺍﺰ … ﺁﻤﺪ . ﻤﺎﺸﻴﻥ ﺑﻪ … ﺮﻔﺖ . ﺍﺸﺮﻑ ﺑﺎ … ﺮﻔﺖ . ﺴﺎﺮﺍ ﻜﻴﻑ ﺪﺮ … ﺁﻤﺪ . ﻫﻮﺍ ﺴﺮﺪ ﺍﺴﺖ ٬ … ﺁﻤﺪ
XVII DƏRS
06 Cumartesi Eyl 2014
Etiketler
XVII DƏRS
ﮒ – Qaf – hərfi qalın a, o, u saitlərindən əvvəl gəldikdə “q” kimi oxunur.
ﮔﺎﻭ [ qav ] inək
ﮔﺮﺒﻪ [ qorbe ] pişik
ﻨﮔﺎﺮ [ neqar ] Nigar
ﺍﻨﮔﻭﺮ [ ənqur ] üzüm
ﭽﻨﮔﺎﻞ [ çənqal ] çəngəl
ﻜﺎﺮﻜﺎﻩ [ karqah ] emalatxana
ﻭﺮﺯﺷﮔﺎﻩ [ vərzeşqah ] idman meydançası
ﻨﮔﺎﻩ ﻤﻰ ﻜﻨﺪ [ neqah mikonəd ] baxır
ﺪﺮﺴﺖ ﻤﻰ ﻜﻨﺪ [ dorost mikonəd ] düzəldir
ﮔﻼﺒﻰ [ qolabi ] armud
ﮔﻝ [ qol ] gül
ﮔﻟﺪﺍﻥ [ qoldan ] güldan
ﺒﺯﺮﮒ [ bozorg ] böyük
ﮐﻮﭽﮎ [ kuçek ] kiçik
ﮔﻟﻨﺎﺮ [ qolnar ] Gülnar
ﮔﻟﻨﺎﺯ [ qolnaz ] Gülnaz
ﮔﻼﺮﺍ [ qolara ] Gülarə
ﻤﻰ ﺮﻭﺪ [ mirəvəd ] gedir
ﻨﻭﺒﺘﭼﻰ [ noubətçi ]
ﻫﻡ [ həm ] da, də
ﻨﻴﺯ [ niz ] da, də
Mətn: ﻨﻭﺒﺘﭼﻰ
ﮔﻟﻨﺎﺮ ﮐﻭﭼﮎ ﺍﺴﺖ . ﺍﻭ ﺒﻪ ﮐﻭﺪﻜﺴﺘﺎﻦ ﻤﻰ ﺮﻭﺪ . ﻤﺎﺪﺮ ﺒﻪ ﮔﻟﻧﺎﺮ ﮔﻼﺒﻰ ﺪﺍﺪ . ﮔﻟﻧﺎﺮ ﮔﻼﺒﻰ ﺮﺍ ﺪﻭﺴﺖ ﺪﺍﺮﺪ . ﮔﻟﻧﺎﺯ ﮐﻭﭼﮎ ﻧﻴﺴﺖ ٬ ﺒﺯﺮﮒ ﺍﺴﺕ . ﺍﻭ ﺒﻪ ﺩﺒﻴﺮﺴﺘﺎﻦ ﻤﻰ ﺮﻭﺩ . ﮔﻠﻧﺎﺯ ﺷﺎﮔﺮﺩ ﺍﺴﺖ . ﺍﻭ ﺍﻤﺮﻭﺯ ﻨﻭﺒﺘﭽﻰ ﺍﺴﺖ . ﮔﻼﺮﺍ ﻫﻢ ﻨﻭﺒﺘﭽﻰ ﺍﺴﺖ . ﺍﻴﻦ ﻜﻼﺱ ﺁﻨﻬﺎ ﺍﺴﺖ . ﺁﻦ ﮔﻞ ﺍﺴﺖ . ﺁﻦ ﮔﻠﺪﺍﻦ ﺍﺴﺖ . ﺍﻴﻦ ﻨﻴﻤﻜﺖ ﺍﺴﺖ . ﺁﻦ ﻤﻴﺯ ﺍﺴﺖ . ﮔﻠﻨﺎﺯ ﺪﺮ ﻜﻼﺲ ﺍﺴﺖ . ﮔﻼﺮﺍ ﻨﻴﺯ ﺪﺮ ﻜﻼﺲ ﺍﺴﺖ . ﺁﻨﻬﺎ ﻜﻼﺲ ﺮﺍ ﺘﻤﻴﺯ ﻤﻰ ﻜﻨﻨﺪ .
Tərcüməsi:
Növbətçi
Gülnar kiçikdir. O , uşaq bagçasına gedir. Ana Gülnara armud verdi. Gülnar armudu xoşlayır. Gülnaz kiçik deyil, böyükdür. O, orta məktəbə gedir. Gülnaz şagirddir. O, bu gün növbətçidir. Gülarə də növbətçidir. Bu onların sinifidir. O güldür. O güldandır. Bu partadır. O stoldur. Gülnaz sinifdədir. Gülarə də sinifdədir. Onlar sinifi təmizləyirlər.
Fars və Azərbaycan dillərində işlənən müştərək sözlərin tələffüzü:
Fars d. Azərbaycan d.
ﮔﻞ [ qol ] gül
ﮔﻠﺪﺍﻥ [ qoldan ] güldan
ﮔﻠﻨﺎﺰ [ qolnaz ] Gülnaz
ﮔﻠﻨﺎﺮ [ qolnar ] Gülnar
ﮔﻼﺮﺍ [ qolara ] Gülarə
ﻨﮔﺎﺮ [ neqar ] Nigar
ﻨﻮﺒﺘﭽﻰ [ noubətçi ] növbətçi
ﭽﻨﮔﺎﻝ [ çənqal ] çəngəl
ﭽﻮﭙﺎﻦ ] çupan ] çoban
ﺸﺎﮔﺮﺪ [ şagerd ] şagird
ﻤﻨﺰﻞ ] mənzel ] mənzil
ﺴﻮﺍﺪ [ səvad ] savad
Tapşırıqlar:
1. Cümlələri Azərbaycan dilinə tərcümə edin:
ﺍﻴﻦ ﻜﺎﺮﮔﺎﻩ ﺍﺴﺖ . ﺍﻴﻦ ﻜﺎﺮﮔﺎﻩ ﺪﺑﻴﺮﺴﺘﺎﻦ ﺍﺴﺖ . ﻜﺎﺮﮔﺎﻩ ﺑﺎﺯ ﺍﺴﺖ . ﺁﻤﻮﺯﮔﺎﺮ ﺪﺮ ﻜﺎﺮﮔﺎﻩ ﺍﺴﺖ . ﺪﻮ ﺷﺎﮔﺮﺪ ﻜﺎﺮ ﻤﻰ ﻜﻨﺪ . ﺁﻨﻬﺎ ﻤﻴﺰ ﺪﺮﺴﺖ ﻤﻰ ﻜﻨﻨﺪ . ﺁﻤﻮﺰﮔﺎﺮ ﻨﮔﺎﻩ ﻤﻰ ﻜﻨﺪ .
2. Cümlələri Fars dilinə tərcümə edin:
O emalatxanadır. O orta məktəbin emalatxanasıdır. O bizim emalatxanadır. O idman meydançasıdır. O idmançıdır. O idman edir. Şagird emalatxanada işləyir. Azad və Gəray parta düzəldirlər. Müəllim emalatxanadadır. Müəllim onlara kömək edir.
Bu pişikdir. Bu bizim pişikdir. O inəkdir. Inək qaradır. Bizim inəkdir. Inək çöldən gəldi. Pişik də gəldi. Mən onlara baxıram.
O güldür. O güldandır. Gülnaz su gətirdi. Gülnar gülə su verdi. Gülarə böyükdür. Gülarə şagirddir. Gülnaz da şagirddir. Gülarə partanı təmizləyir. Gülnaz ona kömək edir. Gülarə anaya kömək edir. Gülnaz da kömək edir.
XVI DƏRS
01 Pazartesi Eyl 2014
Etiketler
XVI DƏRS
ﮒ – bu hərf “ g „ və “ q „ səsini ifadə edir, adı “ qaf„dır.
ﮒ – qaf- hərfi ə, e, i saitlərindən əvvəl və sözün axırında gəldikdə “ g „ kimi oxunur.
ﮒ – qaf – hərfi özündən əvvəl və sonra gələn hərflərlə bitişir.
Birləşmənin əvvəlində və ortasında “ ﮔ„ belə, tək halda və birləşmənin sonunda “ ﮒ „ bu cür yazılır.
ﮒ – Qaf – hərfinin özündən sonra gələn əliflə “ ﺍ „ birləşmə qaydası : ﮔ + ﺍ = ﮔﺎ
ﻜﺎﺮﮔﺮ [ kargər ] fəhlə
ﺸﺎﮔﺮﺪ [ şagerd ] şagird
ﺮﻨﮒ [ rəng ] rəng
ﺰﻨﮒ [ zəng ] zəng
ﮔﺮﺪﺶ [ gərdeş ] gəzinti, gəzmə
ﺑﺮﮔﺸﺖ [ bərgəşt ] qayitma,qayıtdı
ﻤﻨﺰﻞ [ mənzel ] ev
ﺑﻴﺮﻮﻦ ﺁﻤﺪ [ birun aməd ] çölə çıxdı
Mətn:
ﮔﺮﺍﻯ ﺸﺎﮔﺮﺪ ﺍﺴﺖ . ﺍﻤﺮﻮﺯ ﺪﺮﺱ ﻨﺪﺍﺮﺪ . ﺍﻮ ﺪﺮ ﻤﻧﺯﻝ ﺍﺴﺖ . ﭘﺪﺮ ﮔﺮﺍﻯ ﻜﺎﺮﮔﺮ ﺍﺴﺖ . ﻤﺎﺪﺮ ﺍﻮ ﺁﻤﻮﺯﮔﺎﺮ ﺍﺴﺖ . ﺁﻧﻬﺎ ﺍﻤﺮﻮﺯ ﻜﺎﺮ ﻨﺪﺍﺮﺪ . ﭙﺪﺮ ﺪﺮ ﺒﺎﺯﺍﺮ ﺍﺴﺖ . ﻤﺎﺪﺮ ﺪﺮ ﻤﻨﺯﻝ ﻜﺎﺮ ﻤﻰ ﻜﻨﺪ . ﮔﺮﺍﻯ ﺒﻤﺎﺪﺮ ﻜﻤﮎ ﻤﻰ ﻜﻨﺪ . ﭙﺪﺮ ﺍﺯ ﺒﺎﺯﺍﺮ ﺒﺮﮔﺷﺖ . ﮔﺮﺍﻯ ﺒﺎ ﭙﺪﺮ ﺍﺯ ﻤﻨﺯﻞ ﺒﻴﺮﻮﻦ ﺁﻤﺪ . ﺁﻨﻬﺎ ﮔﺮﺪﺶ ﻜﺮﺪﻨﺪ ﻮ ﺒﻪ ﻤﻨﺯﻝ ﺒﺮﮔﺷﺘﻨﺪ .
Tərcüməsi:
Gəray şagirddir. Bu gün dərs yoxdur. O mənzildədir. Gərayın atası fəhlədir. Onun anası müəllimdir. Onların bu gün işləri yoxdur. Ata bazardadir. Ana evdə iş görür. Gəray anaya kömək edir. Ata bazardan qayıtdı. Gəray atayla evdən çıxdı. Onlar gəzdilər və evə qayıtdılar.
Tapşırıqlar:
1. Sözləri hecalara ayırın:
ﺒﻴﺮﻮﻦ ، ﺷﺎﮔﺮﺪ ، ﻜﺎﺷﺘﻦ ، ﻜﻼﺍﺱ ، ﺑﺮﮔﺸﺖ ، ﻨﺎﺯﮎ ، ﮔﺮﺪﺶ ، ﻜﻤﮎ ، ﭙﺯﺷﮎ ، ﻤﺷﻜﻞ ، ﻭﺮﺯﺶ ، ﻜﻭﭽﮎ ، ﭙﺮﭽﻢ ، ﻜﺎﺮﮔﺮ ، ﻜﻟﻡ ، ﻟﭽﮎ
2. Farsca tərcümə edin:
Mən qayıtdım. Mən kənddən qayıtdım. Mən kənddən şəhərə qayıtdım. Mən anamla kəddən şəhərə qayıtdım.
Anam qayıtdı. O , bazardan qayıtdı. Anam bazardan maşınla qayıtdı. Qardaşım anamla bayıra çıxdı. Mən də mənzildən bayıra çıxdım. Biz gəxdik. Sonra mənzilə qayıtdıq.
XV DƏRS
25 Pazartesi Ağu 2014
Etiketler
XV DƏRS
Mətn:
ﺍﻮ ﭽﻤﻧﺎﺰ ﺍﺴﺖ . ﭽﻤﻧﺎﺰ ﺪﺍﻧﺶﺁﻤﻮﺰ ﺍﺴﺖ . ﺍﻮ ﺍﻤﺭﻮﺰ ﺪﺭﺲ ﺪﺍﺭﺪ . ﺪﺭ ﺪﺴﺖ ﺍﻮ ﭘﺭﭽﻢ ﺪﺍﺭﺪ . ﻟﭽﮎ ﭽﻤﻧﺎﺯ ﺴﺑﺯ ﺍﺴﺖ . ﭽﻤﻧﺎﺯ ﺑﺭﺍﺪﺭ ﺪﺍﺭﺪ . ﺍﺴﻢ ﺑﺭﺍﺪﺭ ﭽﻤﻧﺎﺯ ﻤﻧﻮﭽﻬﺭ ﺍﺴﺖ . ﭽﻤﻧﺎﺯ ﺍﺯ ﻤﻧﻮﭽﻬﺭ ﻜﻮﭽﻛﺘﺭ ﺍﺴﺖ . ﻤﻧﻮﭽﻬﺭ ﻜﺎﺭ ﻤﻴﻜﻧﺪ . ﺍﻮ ﭽﻮﭘﺎﻦ ﺍﺴﺖ .
ﻟﭽﮎ [ ləçək ] örpək
ﻜﻮﭽﮎ [ kuçek ] kiçik
ﭘﺮﭽﻡ [ pərçəm ] bayraq
ﭽﻮﭘﺎﻦ [ çupan ] çoban
ﻤﻧﻮﭽﻬﺮ [ mənuçehr ] Mənuçehr
Tərcüməsi:
O Çimnazdır. Çimnaz şagirddir. Onun bu gün dərsi var. Çimnaz orta məktəbdədir. Onun əlində bayraq var. Çimnazın örpəyi yaşıldır. Çimnazın qardaşı var. Çimnazın qardaşının adı Mənuçehrdir. Çimnaz Mənuçehrdən balacadır. Mənuçehr işləyir. O çobandır.
Sifətin dərəcələri: (hələlik bu haqda qısa məlumat verəcəm)
Fars dilində sifətin üç dərəcəsi var:
1)Adi dərəcə
2)Müqayisə dərəcəsi
3)Üstünlük dərəcəsi
a) Adi dərəcə demək olar ki, digər müqayisə dərəcələri üşün , bir növ, “başlanğıc” vəzifəsini daşıyır.Bütün sadə,düzəltmə və mürəkkəb sifətlərin hamısı adi dərəcəli sifətlər hesab edilir. Məs.:
ﺴﺮﺪ ‘ ﺴﺒﺯ ‘ ﺮﻭﺸﻦ
b) Müqayisə dərəcəsi adi sifətlərin sonuna “ ﺘﺮ „ (tər) şəkilçisinin artırılması ilə düzəlir. Sifətin bu dərəcəsi müqayisə olunan əşyalardan birinin daha gözəçarpan olmasını ifadə edir və “ ﺘﺮ „ şəkilçili sifətlərin Azərbaycan dilinə tərcüməsində “ daha „ ədatından istifadə edilir.Məs.:
ﻜﻭﭼﻜﺘﺮ – daha balaca
ﺮﻭﺷﻨﺘﺮ – daha işıqlı
ﺯﺮﺪﺘﺮ – daha sarı
ﺍﻴﻥ ﻟﭼﮎ ﺴﺒﺯﺘﺮ ﺍﺯ ﺁﻥ ﻟﭼﮎ ﺍﺴﺖ – bu örpək o örpəkdən daha yaşıldir.
ﭼﻤﻨﺎﺯ ﺍﺯ ﻤﻨﻭﭼﻬﺮ ﻜﻭﭼﻜﺘﺮ ﺍﺴﺖ – Çimnaz Mənuçehrdən balacadır
c) Üstünlük dərəcəsi adi sifətlərin sonuna ﺘﺮﻴﻥ (tərin) şəkilçisinin artırılması ilə düzəlir. Vurğu həmin şəkilçinin son hecası üzərinə düşür. ﺘﺮﻴﻦ (tərin) şəkilçili sifətlər Azərbaycan dilinə ən ədatı ilə, bəzən də lap ədatı ilə işlənən sifətlər kimi tərcümə edilir.
Məs.:
ﻜﻭﭼﻜﺘﺮﻴﻦ – ən balaca
ﺴﺑﺯﺘﺮﻴﻦ – lap yaşıl
ﺑﺎ [ ba ] ön qoşması Azərbaycan dilindəki ilə ( la² ) qoşmasına uygun gəlir.
Məsələlən: ﺑﺎ ﭘﺪﺮ [ ba pedər ] ata ilə; ﺑﺎ ﺑﺮﺍﺪﺮ [ ba bəradər ] qardaşla
Mətn:
ﺪﻮﺴﺘﻡ ﺑﺎ ﻤﺎﺷﻴﻥ ﺁﻤﺪ . ﺍﻮ ﺑﺎ ﻤﺎﺪﺮﺶ ﺁﻤﺪ . ﺁﻨﻬﺎ ﺍﺰ ﺪﻩ ﺍﺰ ﺁﻦ ﺮﺍﻩ ﺁﻤﺪﻨﺪ . ﺁﻦ ﺰﻦ ﻤﺎﺪﺮ ﺪﻮﺴﺘﻡ ﺍﺴﺖ . ﺍﻮ ﺪﺮ ﺪﻩ ﻛﺎﺮ ﻤﻰ ﻜﻧﺪ . ﺪﺮ ﺪﺴﺖ ﺪﻮﺴﺘﻡ ﺴﺒﺪ ﺪﺍﺮﺪ . ﺴﺒﺪ ﭙﺮ ﺍﺯ ﻤﻴﻮﻩ ﺍﺴﺖ . ﻤﻦ ﺁﻨﻬﺎ ﺮﺍ ﺑﺎ ﺷﻬﺮ ﺁﺷﻨﺎ ﻜﺮﺪﻡ .
ﺮﺍﻩ [ rah ] yol
ﺯﻦ [ zən ] qadın
ﭙﺮﺍﺯ ﻤﻴﻭﻩ [ porəz mive ] meyvə dolu
ﺁﺸﻧﺎ ﻜﺮﺪﻢ [ aşena kərdəm ] tanış etdim
Tərcüməsi:
Dostum maşınla gəldi. O, anası ilə gəldi. Onlar kənddən o yoldan gəldilər. O qadın dostumun anasıdır. O , kənddə işləyir. Dostumun əlində səbət var. Səbət meyvə ilə doludur. Onları şəhərlə tanış etdim.
Tapşırıq:
Cümlələri Farscaya tərcümə edin:
O, orta məktəbdən mənimlə gəldi. O, mənim dostumdur. Dostumu onunla tanış etdim. Onu dostumla tanış etdim. O, bizimlə oynadı. Biz onunla top-top oynadıq. Mən ona kitab verdim. O, mənə karandaş verdi. Qardaşım gəldi. O, salam verdi. Anam da gəldi. Anam Çimnaza örpək verdi. Çimnaz şad oldu. O bayraqdır. Bayrağı verdilər. Bayrağı orta məktəbə verdilər. Məktəbin bayrağı var. O bayraq bizimdir. O bizim məktəbin bayrağıdır ( ﺁﻦ ﭙﺮﭼﻢ ﺪﺒﻴﺮﺴﺘﺎﻦ ﻤﺎ ﺍﺴﺖ ). Bayraq Pərvizin əlindədir. Pərviz şagirddir. Pərvizin qardaşı var. O çobandır. Pərviz kiçikdir. Pərviz ondan kiçikdir.
XIV DƏRS
28 Pazartesi Nis 2014
Etiketler
XIV DƏRS
Ha ( ﻩ ) bəzi sözlərin axırında “ e „ kimi oxunur.
Fars dilində ﺒﻪ (be) ön qoşması Azərbaycan dilindəki -a² (-ya²) yönlük hal şəkilçisinə uyğun gəlir.
Məs.: ﺒﺷﻬﺮ ( beşəhr )- şəhərə, ﺒﺪﻩ ( bedeh )-kəndə , ﻤﻥ ﺒﺪﺒﻴﺮﺴﺘﺎﻥ ﺁﻤﺪﻡ – mən ibtidai məktəbə gəldim.
٣ [ se ] üç
ﻤﻴﻭﻩ [ mive ] meyvə
ﺒﻪ [ beh ] heyva
ﻧﺎﻤﻪ [ name ] məktub
ﻤﻬﻤﺎﻦ ] mehman ] qonaq
ﻻﻠﻪ [ lale ] lalə
ﺪﻩ [ deh ] kənd
MƏTN :
ﺒﻬﺮﺍﻡ ﺪﺍﻧﺶﺁﻤﻮﺰ ﺍﺴﺖ . ﺍﻮ ﺪﺮ ﺪﻩ ﺍﺴﺖ . ﺍﻮ ﺪﻮﺴﺖ ﻤﻦ ﺍﺴﺖ . ﺒﻬﺮﺍﻡ ﺴﻪ ﺒﺮﺍﺪﺮ ﺪﺍﺮﺪ . ﺍﺰ ﺒﻬﺮﺍﻡ ﻨﺎﻤﻪ ﺁﻤﺪ . ﻤﻦ ﺒﻪ ﺪﻩ ﺁﻨﻬﺎ ﺁﻤﺪﻡ . ﺪﻩ ﺁﻨﻬﺎ ﺮﺍ ﺪﻴﺪﻡ . ﺪﺮ ﺪﻩ ﺴﻴﺐ ، ﺒﻪ ، ﺍﻨﺎﺮ ﺯﻴﺎﺪ ﺍﺴﺖ . ﻤﻥ ﺒﻪ ﺮﺍ ﺪﻭﺴﺖ ﺪﺍﺮﻡ . ﻤﺎﺪﺮ ﺒﻬﺮﺍﻡ ﺴﻴﺐ ٬ ﺒﻪ ٬ ﺍﻧﺎﺮ ﺪﺍﺪ . ﻤﻥ ﺍﺯ ﺪﻩ ﻤﻴﻮﻩ ﺁﻮﺮﺪﻡ
TƏCÜMESİ :
Bəhram şagirddir. O kənddədir. O, mənim dostumdur. Bəhramın üç qardaşı var. Bəhramdan məktub gəldi. Mən onların kəndinə gəldim. Onların kəndlərini gördüm. Kənddə alma, heyva, nar çoxdur. Mən heyvanı xoşlayıram. Bəhramın anası alma, heyva, nar vedi. Mən kənddən meyvə gətirdim.
ÇALIŞMA :
Lalə gəldi – ﻻﻟﻪ ﺁﻤﺪ . Lalə kəndə gəldi – ﻻﻟﻪ ﺒﺪﻩ ﺁﻤﺪ . O, şəhərdən kəndə gəldi – ﺍﻭ ﺍﺰ ﺷﻬﺭ ﺒﺪﻩ ﺁﻤﺪ . Kəndə meyvə çoxdur – ﺪﺭ ﺪﻩ ﻤﻴﻭﻩ ﺰﻴﺎﺪ ﺍﺴﺖ . Lalə kəndi xoşlayır. – ﻻﻟﻪ ﺪﻩ ﺭﺍ ﺪﻭﺴﺖ ﺪﺍﺭﺪ . Onun dostunun adı Təranədir – ﺍﺴﻡ ﺪﻭﺴﺖ ﺍﻭ ﺘﺭﺍﻧﻪ ﺍﺴﺖ . Onlar şad oldular – ﺁﻧﻬﺎ ﺸﺎﺪ ﺸﺪﻧﺪ . Təranənin anası, atası və qadaşı var – ﺘﺭﺍﻧﻪ ﻤﺎﺪﺭ ٬ ﭘﺪﺭ ﻭ ﺒﺭﺍﺪﺭ ﺪﺍﺭﺪ . Onlar Laləni gördülər – ﺁﻧﻬﺎ ﻻﻟﻪ ﺭﺍ ﺪﻴﺪﻧﺪ . Onlar da şad oldular – ﺁﻧﻬﺎ ﻧﻴﺰ ﺷﺎﺪ ﺷﺪﻧﺪ
ﭺ – bu hərf “ ç „ səsini bildirir. Adı “ çe „ dir.
Çe “ ﭺ „ özündən əvvəl və sonra gələn hərflərlə bitişir.
Birləşmənin əvvəlində və ortasına “ ﭼ „ belə yazılır.
Tək halda və birləşmənin sonunda isə “ ﭺ „ belə yazılır.
ﭼﺎﻯ [ çay ] çay
ﭼﻤﺪﺍﻥ [ çəmədan ] çamadan
ﭼﻴﺴﺖ [ çist ] nədir
ﻜﻴﺴﺖ [ kist ] kimdir
ﭼﻧﺪ [ çənd ] neçə
ﭼﻬﺎﺮ – ۴-٤ [ çəhar ] dörd
ﭼﻜﺎﺮﻩ [ çekare ] nəçi
ﭼﻤﻧﺎﺯ [ çemnaz ] Çimnaz
ﻤﻬﻧﺪﺱ [ mohəndes ] mühəndis
ﺴﺎﻝ [ sal ] il, yaş
ﭙﺯﺷﮏ [ pezeşk ] həkim
ﻜﺎﺭﮔﺭ [ kargər ] fəhlə
DİALOQ : ﻤﻜﺎﻟﻤﻪ
ﺍﺴﻡ ﺘﻮ ﭽﻴﺴﺖ ؟
.ﺍﺴﻡ ﻤﻥ ﭽﻤﻧﺎﺯ ﺍﺴﺖ
ﭙﺪﺮ ﺘﻭ ﭽﻜﺎﺮﻩ ﺍﺴﺖ ؟
.ﭙﺪﺮ ﻤﻦ ﻤﻬﻧﺪﺲ ﺍﺴﺖ
ﺘﻮ ﺑﺮﺍﺪﺮ ﺪﺍﺮﻯ ؟
.ﺑﻠﻰ ، ﻤﻥ ﺑﺮﺍﺪﺮ ﺪﺍﺮﻢ
ﺍﻮ ﭽﻧﺪ ﺴﺎﻝ ﺪﺍﺮﺪ ؟
ﺍﻮ ﭽﻬﺎﺮ ﺴﺎﻝ ﺪﺍﺮﺪ .
ﺍﻮ ﺪﺮ ﻜﻮﺪﻜﺴﺘﺎﻥ ﺍﺴﺕ ؟
.ﺒﻟﻰ ، ﺍﻮ ﺪﺮ ﻜﻮﺪﻜﺴﺘﺎﻥ ﺍﺴﺕ
TƏRCÜMƏSİ :
_ Sənin adın nədir ?
_ Mənim adım Çimnazdır.
_ Sənin atan nəçidir?
_ Mənim atam mühəndisdir.
_ Sənin qardaşın var ?
_ Bəli, mənim qardaşım var.
_ Onun neçə yaşı var?
_ Onun dörd yaşı var.
_ O uşaq bağçasındadır?
_ Bəli, o uşaq bağçasındadır.
TAPŞIRIQLAR:
1. Farscaya tərcümə edin :
Mənim adım, sənin adın, onun adı; mənim atam, sənin atan, onun atası; mənim qardaşım, sənin qardaşın, onun qardaşı.
Mənim atam mühəndisdir. Onun atası həkimdir. Mənim adım Təranədir. Üç qardaşım var. Bir qardaşım əsgərdir. Anam həkimdir. Atam fəhlədir. Qardaşımdan məktub gəldi. Məktubu anama verdim. Anam şad oldu.
2. Dialoqu tərcümə edin :
_ O kimdir?
_ O mənim atamdır.
_ Sənin atan nəçidir?
_Mənim atam həkimdir.
_ Bəs, sənin atan nəçidir?
_ Mənim atam mühəndisdir.
_ Bəs, o kimdir?
_ O, mənim qardaşımdır.
_ Onun neçə yaşı var?
_ Onun dörd yaşı var.
3. Keçdiyimiz sayların yazılışını və oxunuşunu öyrənin :
1 – ﻴﮎ – ۱
2 – ﺪﻮ – ۲
3 – ﺴﻪ – ۳
4 – ﭽﻬﺎﺮ – ۴
Abone Ol
- Entries (RSS)
- Comments (RSS)
Müasir Azərbaycan ədəbi dilinin formaları
Eşitmə vasitəsi ilə dərk olunan ədəbi dilə şifahi ədəbi dil deyilir. Ədəbi dilin bu forması həm dialoji, həm də monoloji olur.
Sual-cavablar dialoji, mühazirələr, məruzələr, radio və televizorda müəyyən mətnin oxunması və s. isə monoloji şifahi ədəbi dilə misal ola bilər.
Şifahi ədəbi dil danışığın mövzu və məzmunundan asılı olaraq müxtəlif şəkildə olur. Buna görə də şifahi ədəbi dilin özü iki yerə bölünür: a) şifahi kitab dili; b) şifahi danışıq dili.
Azərbaycan şifahi ədəbi dilinin tarixi çox qədimdir. Şifahi ədəbi dilimiz təbii olaraq ilk dövrlərdə çox inkişaf etməmişdir. Bu dil sürətli inkişaf yoluna son dövrlərdə qədəm qoymuşdur. Hazırda ədəbi dilimizin şifahi forması, əsasən, radionun, televizorun, ali və orta məktəblərin vasitəsi ilə daha da inkişaf etdirilir.
2. Yazılı ədəbi dil
Yazı vasitəsilə ifadə olunan ədəbi dilə yazılı ədəbi dil deyilir. Ədəbi dilin yazılı forması monolojidir.
Yazı ədəbi dilin təşəkkülündə və inkişafında yeganə vasitə deyil, başlıca vasitələrdəndir. İlk dəfə şifahi yolla formalaşmağa başlayan ədəbi dilin inkişafında yazı xüsusi rol oynayır. Yazı dil üzərində çox işləmək tələb edir. Buna əsasən də yazı vasitəsilə ədəbi dil daha da səlisləşir, cilalanır və təkmilləşir.
Azərbaycan yazılı ədəbi dilinin tarixi, təxminən XIII əsrdən başlayır. Həmin dövrdən Azərbaycan ədəbi dilində müxtəlif formalarda abidələr, tarixi sənədlər, bədii dil nümunələri meydana çıxmışdır. Bu dilzaman keçdikcə daha da inkişaf etmiş və təkmilləşmişdir. Hazırda yazılı ədəbi dilimizin inkişaf etdirilməsində mətbuatın böyük rolu vardır. Ədəbi dilin şifahi və yazılı formalarından hər birinin özünəməxsus xarakterik xüsusiyyətləri və fərqli cəhətləri mövcuddur. Həmin fərqlər aşağıdakılardan ibarətdir:
- şifahi ədəbi dil danışılır və eşidilir, lakin yazılı ədəbi dil isə yazılır və oxunur.
- şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümumişlək sözlərə daha çox yer verilir. Lakin yazılı ədəbi dildə elmi, texniki, siyasi və digər terminlər çox olur.
- şifahi ədəbi dildə cümlələr əsasən qısa və quruluşca sadə olur, lakin yazılı dildə isə əksinə, uzun və mürəkkəb cümlələrdən daha çox istifadə olunur.
- şifahi ədəbi dildə danışıq dilinin xüsusiyyətləri mühafizə olunaraq yarımçıq cümlələrdən, qısa replikalardan çox istifadə edilir. Lakin yazılı ədəbi dildə bağlayıcılara və silsiləli mürəkkəb cümlələrə daha çox yer verilir. Buna görə də yazılı dildə sintaksis mürəkkəb olur.
- şifahi ədəbi dildə intonasiya, pauza, vurğu və s. kimi vasitələrdən istifadə olunur. Yazılı ədəbi dildə isə bunların əvəzində, imkan daxilində, işarələr işlədilir.
- şifahi ədəbi dildə fikrin ifadəsi üçün əlavə olaraq mimika, jestlər və hərəkətlərdən də istifadə olunur. Aydın məsələdir ki, yazı bu əlavə vasitələrdən məhrumdur. Ona görə yazılı ədəbi dildə fikrin bütün incəliklərini mütləq əks etdirmək lazım gəlir.
- şifahi ədəbi dil müəyyən vasitə olmadan bu və ya digər fikri gələcək nəslə olduğu kimi çatdıra bilmir. Lakin yazılı ədəbi dil hər hansı bir məlumatın nəsildən-nəslə keçməsində əsas rol oynayır. Məsələn, XVI əsrin böyük şairi Füzulinin məşhur əsərləri bizə ancaq yazının köməyi ilə gəlib çatmışdır.
- şifahi ədəbi dilin tempi çox sürətlidir. Lakin yazılı dilin sürəti xeyli zəif olur. Obrazlı demiş olsaq “şifahi dillə yazılı dil arasındakı fərq qaçmaqla yeriməyi xatırladır”.
Müasir Azərbaycan ədəbi dilinin şifahi və yazılı formaları arasında möhkəm əlaqə vardır. Bunlar bir-biri ilə qarşılıqlı şəkildə inkişafdadır. Adətən, bəzən ədəbi dilin formalarından biri çox, digəri isə az inkişaf edə bilir. Lakin müasir Azərbaycan ədəbi dilində bunların hər ikisi, demək olar ki, eyni səviyyədə inkişaf edir.
Azərbaycan ədəbi dilinin formaları ilə yanaşı, onun üslubları da əmələ gəlmiş və müəyyən inkişaf yolu keçirmişdir.
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
Müəlliflər: Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa isgəndərzadə
- Teqlər:
- dilin formaları
- , Azərbaycan dili
Comments are closed, but trackbacks and pingbacks are open.