MÜASİR AZƏRBAYCAN TARİXİ-ETNİK TORPAQLARIMIZIN ONDA BİRİNDƏ QURULUB” – Azərbaycan necə parçalanıb, Ermənistan necə yaranıb? (ARAŞDIRMA)
Güney Azərbaycan artıq öz gələcəyini qurmaq məqsədilə təşkilatlanmaqdadır. Güney Azərbaycanda Vahid Müstəqil Azərbaycan Cəbhəsi, Güney Azərbaycan Milli İstiqlal Cəbhəsi, Gney Azərbaycan Milli Dirçəliş Partiyası, Azərbaycan Qurtuluş Təşkilatı, Azərbaycan İstiqlal Şurası, Azərbaycan demokratik Milli Birlik Şurası, Güney Azərbaycan Milli Azadlıq cəbhəsi və s. kimi onlarla siyasi təşkilatlar, Avropa ölkələrində yaşayan mühacir Güney Azərbaycan türklərinin dərnəkləri və kültür mərkəzləri fəaliyyət göstərir. Artıq bu dərnəklər Federasiya şəklində birləşərək əlaqələndirilmiş fəaliyyət göstərməyə başlamışlar. Bu partiya və dərnəklərin əsas tələbləri Güney Azərbaycanın istiqlalıdır.
Heydər Əliyev ideyalarının təntənəsi: Müasir Azərbaycan Respublikası
Tarix dahi insanların fəaliyyətinin məhsuludur. Heç bir xalq dahi, böyük tarixi miqyaslı şəxsiyyətlər yetişdirmədən inkişafın zirvəsinə yüksələ bilməyib. Tale Azərbaycan xalqını da inkişafın gedişinə və istiqamətlərinə fövqəladə təsir göstərmək qüdrətinə malik olan dahi şəxsiyyətlərdən məhrum etməmişdir. Ən müasir tariximizdə bu şərəfli missiya Ümummilli lider Heydər Əliyevə nəsib oldu. İndiki nəsillərin şahidi olduğu tarixin yaradıcısı, müasir Azərbaycanın qurucusu da məhz Heydər Əliyevdir.
Müasir Azərbaycanın qurucusu
Keçən əsrin 90-cı illərinin əvvəlləri Azərbaycanın tarixinə həm şanlı, həm də faciə və uğursuzluqlarla dolu səhifələr kimi daxil olub. Dövlət müstəqilliyinin bərqərar olması, xalqın çoxdan arzuladığı azadlığa qovuşması tariximizin şanlı səhifələrini təşkil etdiyi halda, ölkəmizin erməni təcavüzünə məruz qalması, 20 faiz torpaqlarımızın işğal olunması, minlərlə vətəndaşımızın həlak olması yaşadığımız faciələrdir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, yaşamağa məhkum edildiyimiz qara, təlatümlü günlər yalnız yuxarıda deyilənlərlə məhdudlaşmır. 1992-ci ildə xalq hərəkatı dalğası üzərində hakimiyyətə gələnlərin ölkəyə və xalqa yaşatdırdığı müsibətlər qeyd olunanlardan heç də az tünd rəngdə deyil. İqtisadiyyatın talan edilməsi, iş yerlərinin kütləvi surətdə bağlanması, 1600 faizə çatan hiperinflyasiya, Bakının tükürpədən simasına çevrilmiş çörək növbələri, xaos, anarxiya, siyasi qeyri-müəyyənlik və qeyri-sabitlik insanların yaşamaq ümidlərini bütünlüklə qırmışdı. Şimalda və cənubda baş qaldırıb tüğyan edən separatçılıq dövlətin müstəqilliyi və ölkənin bütövlüyü üçün ciddi təhdidə çevrilmişdi.
Bu günlərdə nə qədər qəribə səslənsə də, təxminən 30 il bundan əvvəl yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanı xilas etmək zərurəti yaranmışdı. Ötən əsrin 70-80-ci illərində sovet Azərbaycanına rəhbrlik etdiyi dövrdə onun sosial, iqtisadi və mədəni inkişafına, əslində isə çoxlarının birmənalı şəkildə qeyd etdiyi kimi, intibahına nail olmuş Heydər Əliyev yeni tarixi şəraitdə xilaskarlıq missiyasını Öz çiyinləri üzərinə götürdü. Qısa vaxtda yuxarıda sadalanan böhranlar, təlatümlər, təhlükələr aradan qaldırıldı. Azərbaycan yenidən canlandı, ölkədə iqtisadi və siyasi islahatlar keçirildi, ən əsası isə, insanlar müstəqilliyin və azadlığın faydalarını görməyə başladılar, xalq isə, sözün həqiqi mənasında, öz taleyinin sahibi oldu. Bu məqamda vurğulamaq vacibdir ki, müasir tariximizə Heydər Əliyevin tarixi qayıdışı kimi daxil olan dövr Azərbaycanın iqtisadiyyatının möhtəşəm inkişafı, insanların rifahının yaxşılaşması, ölkənin simasının inanılmaz dərəcədə müasirləşməsi, dünya miqyasında nüfuzunun yüksəlməsi, ordumuzun qüdrətinin artması və daha nə qədər tarixi möhtəşəm dəyişikliklərin tarixidir.
Məhz bu andan etibarən, 1993-cü ilin 15 iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı. İnsanları narahat edən, xalqı vahiməyə salan bütün proseslər dəf edildi, xaos, anarxiya, hakimiyyət böhranı aradan qaldırıldı. O zaman Azərbaycanın parçalanması təhlükəsini yaratmış separatizmin, vətəndaş müharibəsinin qarşısı alındı, erməni təcavüzünün dərinləşməsinə son qoyuldu, cəbhədə atəşkəs razılaşmasına nail olundu. Ən başlıcası isə, ölkəni bürümüş siyasi və iqtisadi tənəzzülə son qoyuldu, hakimiyyət böhranı aradan qaldırıldı. 1994-cü ildə məlum “Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyev müdrikliyinin və uzaqgörənliyinin ən bariz nümunəsi oldu. Bölgənin enerji mənzərəsini dərindən dəyişdirən bu layihə Azərbaycana böyük iqtisadi və geopolitik dividentlər bəxş etdi.
Bugünki Azərbaycanı, onun böyük potensialını həmin müqaviləsiz təsəvvür etmək mümkün deyil. Beləliklə, Azərbaycanın müstəqilliyi möhkəm və etibarlı bünövrə üzərinə qoyuldu və inkişafa, tərəqqiyə xidmət edən islahatlar reallaşdırıldı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişlərinin imzalanması, iqtisadi, sosial və siyasi islahatlar strategiyasının hazırlanaraq ardıcıl surətdə həyata keçirilməsi ilə yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı.
Heydər Əliyev xalqımızın tarixinə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olmuşdur. Azərbaycançılıq ideologiyasına əsaslanan bu dövlətin təməlində müstəqillik, güclü iqtisadiyyat və azad insan kimi dəyər və prinsiplər dayanır. Müasir tariximizin təlatümlü, ziddiyyətlərlə dolu dövründə Heydər Əliyevin siyasi iradəsi və müdrikliyi sayəsində qurulan müstəqil Azərbaycan dövləti özündə sözün həqiqi mənasında ən müasir dövlətçilik dəyərlərinin və Heydər Əliyev ideyalarının sintezini ehtiva edir. Məhz elə buna görə Azərbaycan Respublikası Heydər Əliyevdən sonra da böyük inkişaf və təkmilləşmə potensialına sahib olduğunu nümayiş etdirir, Azərbaycan xalqının iradəsini və maraqlarını layiqincə təmsil etmək imkanlarını göstərir. Ümummilli lider müstəqil Azərbaycan dövlətini özünün şah əsəri adlandırırdı və bütün xalq onun bu dəyərləndirməsini birmənalı şəkildə qəbul edirdi, bu gün də edir. Bu, xalqımızın Ümummili liderin misilsiz tarixi xidmətlərinə verdiyi qiymətin əyani ifadəsidir.
Müasir Azərbaycanın inkişafında İlham Əliyev mərhələsi
Müasir Azərbaycanın yeni mərhələdə inkişafından söhbət açılanda birmənalı şəkildə vurğulanır ki, onun fundamental əsaslarını Heydər Əliyevin ideyaları təşkil edir. Məhz elə buna görə də, 2003-cü ildən bu günə qədər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu strateji kurs ölkəmizin hərtərəfli inkişafını təmin edib. Bu siyasət nəticəsində Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edib, insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlib, ölkənin hərbi qüdrəti artıb. Azərbaycanın müasirləşməsi, yeniləşməsi baş verib, şəhər və kəndlərin siması kökündən dəyişib. Bu gün Azərbaycan dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur, onun parlaq gələcəyinə sonsuz inam ifadə edilir. Ölkəmizin beynəlxalq nüfuzunun artması, mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə qərar tutması isə insanların qürur mənbəyinə çevrilib.
Son 16 il ərzində Azərbaycan öz iqtisadiyyatını 3,4 dəfə genişləndirməklə dünyada rekord göstəriciyə imza atıb. Ölkədə yaradılan müasir infrastruktur iqtisadi aktivliyin artmasına geniş imkanlar açıb, həmçinin neft gəlirlərindən səmərəli istifadə etməklə postneft dövrünün iqtisadiyyatının qurulması istiqamətində önəmli addımlar atılıb. Eyni zamanda, respublikamız özünün maliyyə imkanlarını, strateji valyuta ehtiyatlarını artırmağa müvəffəq olub.
Bunlarla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və milli maraqlara əsaslanan uğurlu xarici siyasət nəticəsində respublikamızın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, ikitərəfli və çoxtərəfli münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan regional miqyaslı, qlobal əhəmiyyətli nəhəng transmilli enerji və nəqliyyat layihələri bölgədə və beynəlxalq miqyasda əməkdaşlığa, təhlükəsizliyə xidmət edir, ölkəmizin tərəqqisinə, beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfələr verir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş, güclü və nüfuzlu dövlət kimi tanınır. Bütün məsələlərdə milli maraqlara əsaslanan prinsipial mövqedən çıxış edən rəsmi Bakı Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də qətiyyət nümayiş etdirir, hücum diplomatiyasını uğurla davam etdirərək həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.
Son zamanlar Prezident İlham Əliyevin Aşqabad və Münxendə, eləcə də “Valday” Beynəlxalq Diskussiya Klubunda erməni yalanlarını ifşa edərək tarixi və hüquqi reallıqları qətiyyətlə ifadə etməsi ermənilərin və ermənipərəst qüvvələrin manipulyasiya cəhdlərinin, qarayaxma kampaniyasının iflasa uğradılması baxımından olduqca böyük önəm kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu strateji diplomatiya siyasətinin nəticəsidir ki, beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunur, Ermənistanın işğalçı siyasəti pislənilir. Bu kontekstdə son olaraq martın 31-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda təşkil edilmiş “seçki” şousunun iflasa düçar olması – bir çox ölkənin, regional və beynəlxalq təşkilatların qondarma “seçkilər”i qeyri-qanuni və hüquqazidd adlandıraraq rədd etməsi xüsusi olaraq vurğulanmalıdır.
Xatırlatmaq yerinə düşər ki, bəhs olunan “seçkilər”ə dair Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digər bir sıra ölkələr, eyni zamanda, Türk Şurası, Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO tərəfindən müvafiq mövqe bildirildi və verilmiş bəyanatlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər”in tanınmadığı vurğulandı, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstək ifadə olundu. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli xarici siyasət kursunun, o cümlədən uğurlu strateji diplomatiya siyasətinin real nəticələridir.
Şübhəsiz ki, qazanılan uğurlar ən əsas problemimiz olan Dağlıq Qarabağ məsələsinin həlli, torpaqlarımızın işğaldan azad olunması üçün etibarlı zəmin yaradır. Azərbaycanın güclü ordusu, xalqın iradəsi, Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunmasına inamı artırır. Azərbaycan müharibə tərəfdarı deyil, biz münaqişənin sülh yolu ilə həllinə üstünlük veririk. Lakin ordumuzun qüdrəti, xüsusilə də Aprel döyüşləri zamanı hərbçilərimizin nümayiş etdirdiyi rəşadət və cəsarət nəticəsində düşmənin təxribatının qarşısının layiqincə alınması bir daha təcavüzkar Ermənistana və dünya ictimaiyyətinə göstərdi ki, Azərbaycan öz ərazilərini işğaldan azad etmək gücü və iqtidarındadır!
Bir sözlə, Azərbaycanın XXI əsrdə qazandığı möhtəşəm uğurlar Heydər Əliyev siyasəti və həmin siyasəti bacarıqla həyata keçirən İlham Əliyevin adı ilə bağlıdır. Onun strategiyası və fədakarlığı sayəsində Azərbaycan dünyanın ən uğurlu gənc dövləti imicini qazanıb. Müasirləşmə, yeniləşmə böyük iqtisadi tərəqqi və dövlətin qüdrətinin artması ilə müşayiət olunur. İndi Azərbaycan öz gələcəyinə daha inamla və böyük ümidlərlə baxır.
Ümumiyyətlə, İlham Əliyev bütün dünyada müasir dünyagörüşlü, cəsarətli, uzaqgörən siyasətçi və dövlət başçısı kimi tanınır. Əhalinin Ona bəslədiyi böyük hörmət və etimad dövlətimizin başçısının şəxsiyyətinə və fəaliyyətinə verilən ən böyük qiymətdir. Heç şübhəsiz, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti vəzifəsində dövlətimizə, ölkəmizə və xalqımıza bundan sonra da xidmət edəcək, Azərbaycanı daha yüksək zirvələrə qaldıracaq.
Genişmiqyaslı islahatlar və Azərbaycanın gələcək inkişaf perspektivləri
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, yenilənir, müasirləşir. Son vaxtlar uğurla həyata keçirilən islahatlar ölkəni inkişafın keyfiyyətcə yeni mərhələsinə aparır. İslahatlar bütün sahələri əhatə edir: iqtisadi artım, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, siyasi sistemin inkişafı və sair. Bütün bunlar isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını göstərir.
Bu məqamda xatırlatmaq vacibdir ki, 2019-cu ildə respublikamızda böyük sosial paketin reallaşdırılması nəticəsində sosial islahatlar 4,2 milyon vətəndaşı əhatə edib. Ötən il reallaşdırılan sosial islahatların ən mühüm seqmenti məhz əmək münasibətləri ilə bağlı olub. İl ərzində dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında reallaşdırılan tədbirlər nəticəsində 1 milyon 350 min insanın əməkhaqqı ciddi şəkildə artıb. Bu artımlar Azərbaycanın minimum əməkhaqqına görə MDB məkanında alıcılıq qabiliyyəti üzrə ikinci yerə yüksəlməsini təmin edib. Respublikamızda cəmi bir il ərzində əməkhaqqı fondunun 42,3 faiz artması böyük uğurdur. Eyni zamanda, median əməkhaqqı cəmi bir il ərzində 52 faiz artıb. İslahatlar çərçivəsində 2019-cu ildə əmək pensiyalarının minimum məbləğinin iki dəfə artırılması da təqdirəlayiq haldır. Əməkhaqqı artımları ilə bağlı, xüsusi şərtlərlə pensiya alan 90 min pensiyaçının da pensiyaları orta hesabla 31 faiz artıb və bu da ümumilikdə ötənilki paketin 750 min insanı əhatə etməsini təmin edib. Bütövlükdə, aparılan islahatlar nəticəsində 2019-cu ildə ölkədə orta pensiya 15 faiz, yaşa görə pensiya 15 faiz, ən həssas kateqoriya olan əlilliyə görə pensiya isə 22 faiz artıb.
Bütün bu reallıqlar, hər şeydən əvvəl, Prezident İlham Əliyevin bəyan etdiyi “siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” prinsipinin növbəti əyani təcəssümü sayıla bilər. Ümumiyyətlə, insana tükənməz qayğı, onun həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan hakimiyyətinin əsas qayəsini təşkil edir və məhz elə bu səbəbdən də xalqla hakimiyyətin qırılmaz vəhdəti deyilən fenomen meydana çıxmışdır.
Çox mühüm məqamlardan biri budur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar ölkənin inkişaf dinamizmini daha da yüksəldib. Sosial-iqtisadi sahə ilə yanaşı, idarəetmə sahəsində də islahatların aparılması, onun hakimiyyətin hər üç qolunu əhatə etməsi xüsusi əhəmiyyətə malikdir. İcra strukturlarında və məhkəmə-hüquq sistemində islahatların aparılması ilə yanaşı, qanunverici hakimiyyətin də islahatlardan kənarda qalmaması inkişafın və yeniləşmənin ahəngdarlığını təmin edən çox mühüm amildir. Bu islahatların tərkib hissəsi kimi, Azərbaycanda cari ilin fevral ayının 9-da keçirilən parlament seçkiləri ölkəmizdə demokratiyanın yeni bir təzahürü, demokratik inkişaf istiqamətində ölkəmizin daha da irəliyə doğru əhəmiyyətli bir addım atmasının ifadəsidir. Azərbaycanda heç zaman parlament seçkilərində 1300-dən çox namizəd iştirak etməyib. Bu, rekord bir göstəricidir. Bu, bir tərəfdən, Azərbaycanda seçkilərin açıq və şəffaf keçirilməsinə vətəndaşların əvvəlcədən inamının ifadəsi idi, digər bir tərəfdən isə, ölkəmizdə demokratik ənənələrin oturuşmasının çox vacib göstəricilərindən biridir. Seçkilər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi. Beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən bu seçkilərə böyük maraq göstərdi.
Təsəvvür edin, əhalinin sayına görə Azərbaycan o qədər də böyük ölkə deyil, cəmi 125 dairədə seçkilər keçirilir, 125 deputat mandatı uğrunda mübarizə aparılırdı. Ancaq digər ölkələrlə müqayisədə daha az deputat yerləri uğrunda aparılan mübarizəni izləmək üçün 900-ə yaxın beynəlxalq müşahidəçi gəlmişdi. Bunun özü də beynəlxalq aləmdə Azərbaycana olan marağın bir ifadəsidir. Bütün bunların hamısını ümumiləşdirərək demək olar ki, parlament seçkiləri çoxşaxəli islahatlar strategiyasının mühüm komponenti kimi Azərbaycanın siyasi tarixinin mühüm bir hissəsini təşkil edir, ölkəmizin demokratiya yolunda irəliləyişinin əhəmiyyətli bir təsdiqi kimi özünü büruzə verir. Ən əsası, bu seçkilərdə Yeni Azərbaycan Partiyasının növbəti dəfə qələbə qazanması, hər şeydən əvvəl, seçicilərin Prezident İlham Əliyevə, onun həyata keçirdiyi siyasətə dərin inamının ifadəsi kimi qiymətləndirilməlidir.
Milli Məclisə keçirilən seçkilərin nəticələrinin ortaya qoyduğu digər mühüm həqiqət insanlarımızın Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və yenidənqurma kursunu dəstəkləməsində ifadə olunur. Ümumiyyətlə, müşahidələrimiz bu fikri söyləməyə əsas verir ki, Azərbaycan cəmiyyəti bütövlükdə İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir və bu islahatlardan böyük gözləntiləri var. İfadə olunan konkret mövqe və yanaşma ondan ibarətdir ki, islahatların aparılması Azərbaycanda inkişafın daha da sürətlənməsinə xidmət edir.
Bu gün dünya ölkələrinin “gözəgörünməz düşmən” adlandırılan yeni növ koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə apardığı şəraitdə Azərbaycan dövləti bu istiqamətdə öz müsbət və mütərəqqi təcrübəsi, nümunəvi modeli ilə diqqəti cəlb edir. Diqqət yetirsək, görərik ki, bir çox inkişaf etmiş, yüksək infrastruktura, texniki və texnoloji təminata malik olan aparıcı ölkələr koronavirus pandemiyası ilə mübarizədə aciz vəziyyətə düşüblər, həm kütləvi insan tələfatları, həm də ciddi sosial-iqtisadi problemlər acı reallığa çevrilib. Azərbaycanda isə Prezident İlham Əliyevin tapşırığına əsasən, zəruri qabaqlayıcı və mübarizə xarakterli tədbirlərin görülməsinə başlanıb. Təxirəsalınmaz tədbirlərin reallaşdırılması üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılıb, sosial izolyasiya qaydaları və xüsusi karantin rejimi tətbiq edilib. Bunlarla yanaşı, xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, ölkə ərazisində 18 laboratoriyanın fəaliyyəti təmin edilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılıb.
Dövlətimizin başçısının təşəbbüsü ilə modul tipli yeni xəstəxanaların tikintisinə başlanılıb, mart ayının sonunda istifadəyə verilmiş “Yeni klinika” müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılması, xüsusi rejimli xəstəxanaların müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunmaları da xüsusi əhəmiyyətə malikdir. Bunlarla yanaşı, Prezident İlham Əliyevin müvafiq qərarları əsasında ölkəmizdə pandemiya şəraitində iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, eləcə də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 3,5 milyard manat vəsait ayrılıb, müxtəlif istiqamətlərdə dövlət dəstəyi mexanizmlərini özündə ehtiva edən çoxsaylı sənədlər imzalanıb.
Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını göstərən konkret faktlardır. 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfrans formatında keçirilən müşavirədə bu məsələlərə toxunan Azərbaycan Prezidenti “Əsas məqsədimiz koronavirusla apardığımız mübarizədə qalib gəlmək, bu vəziyyətdən az itkilərlə çıxmaq, iqtisadiyyata az ziyan vurmaqdır. Çünki biz açıq-aydın başa düşürük ki, bu məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ziyandır. Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı. Ona görə bu məhdudlaşdırıcı addımlar atıldı. Biz, əlbəttə, bəri başdan bilirdik ki, bu, iqtisadi fəallığa mənfi təsir göstərə bilər, istər-istəməz müəyyən şayiələrin yayılmasına, iqtisadi sahədə müəyyən narahatlığa gətirib çıxara bilər.
Biz bunu şüurlu şəkildə etdik ki, insanlarımızı, onların həyatını qoruyaq. Çünki bundan daha qiymətli heç nə yoxdur”,-deyə vurğuladı. Məhz bu yanaşma bir daha Azərbaycan Prezidentinin Öz vətəndaşlarına xidmət etməsinin, Azərbaycan dövlətinin öz vətəndaşlarını himayə etməsinin çox bariz göstəricisidir. Bir sözlə, Prezident İlham Əliyev hər zaman Öz xalqının, xalq isə öz Prezidentinin yanındadır. Biz hər gün mətbuatda Azərbaycan Prezidentinə ünvanlanan çoxsaylı minnətdarlıq məktublarına rast gəlirik. Məktublarda əks olunmuş fikirlər bir daha onu göstərir ki, qədirbilən Azərbaycan xalqı Prezident İlham Əliyevin sosial siyasətini ürəkdən dəstəkləyir, Onun rəhbərliyi ilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirir. Başqa sözlə, xalq öz Prezidentini milli birliyin və həmrəyliyin simvolu kimi görür.
Deyilənlər bir daha onu göstərir ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Məhz bu ideyalar və Prezident İlham Əliyevin milli maraqlara əsaslanan səmərəli daxili və xarici siyasət kursu XXI əsrin ən uğurlu dövlətlərindən olan Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsini şərtləndirir. Tərəqqi yolunda əmin addımlarla irəliləyən Azərbaycanın gələcəyi barədə proqnozlar optimistdir və belə bir yanaşma əminliklə ifadə olunur: Heydər Əliyev siyasətini müvəffəqiyyətlə davam etdirərək rasional və praqmatik strateji kurs həyata keçirən cənab İlham Əliyev qətiyyətli Lider, uzaqgörən siyasətçi və Öz fəaliyyətində dövlətin maraqlarını, xalqın mənafeyini rəhbər tutan Prezident kimi ölkənin sabitlik adası kimi dayanıqlı inkişafına xidmət edən addımlarla Azərbaycanı rifah və tərəqqinin təmin olunduğu xoşbəxt gələcəyə aparır! Qarşıda böyük hədəflər dayanır. Əminliklə söyləmək olar ki, Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara əsaslanan uğurlu siyasət növbəti tarixi mərhələdə qüdrətli Azərbaycanı müəyyən olunmuş hədəflərə çatdıran strateji vasitə olacaq!
Əli Əhmədov
Azərbaycan Respublikasının Baş nazirinin müavini,
Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi
“MÜASİR AZƏRBAYCAN TARİXİ-ETNİK TORPAQLARIMIZIN ONDA BİRİNDƏ QURULUB” – Azərbaycan necə parçalanıb, Ermənistan necə yaranıb? (ARAŞDIRMA)
Xəzər-Qara dəniz-Kəngər (Bəsrə) körfəzi arasında yerləşərək Geostrateji baxımdan Turküstan (Şərq türklüyü) və Anadolu (qərb türklüyü) arasında bir bağ, körpü rolu oynayaraq Türk dünyasının etnik-cografi-kültürəl bütünlüyünu təmin edən Azərbycanın (1813-1828-ci illərdə Bütöv Azərbaycan sahəsi-410 000 kv.km olmuşdur.
Parçalandıqdan sonra Güney Azərbaycan ərazisi-280 000 kv.km olmuşdur. Quzey Azərbaycan ərazisi-130 000 kv.km olmuşdur) cənub-qərb bölgəsi olan Mosul, Ərbil, Kərkük, Süleymaniyyə şəhərləri 1534-cü ildə Səfəvi və Osmanlı dövləti arasında gedən müharibədə Osmanlı İmperiyasının tərkibinə qatılmış, 1926-cı ildə Türkiyə ilə İngiltərə arasında baglanan 5 iyun müqaviləsi ilə Mosul, Kərkük, Süleymaniyyə elləri Ərəb İraq dövlətinin müstəmləkəsi olmuş, burda bir ərəb assimilyasiya siyasəti uygulanmışdı. İraq Amerika Birləşmiş Ştatları Dövləti tərəfində işgal edildikdən sonra Azərbaycanın bu torpaqlarında Quzey İraq Kürd dövləti qurulmuşdur.
1736-cı ildə Borçalı Nadir Şah Avşar tərəfindən Gəncə bəylərbəyliyindən alınaraq Gürcü Kartli-Kaxeti çarlıgına bagışlanmış, 1801-ci ildə Rusiya ilə Gürcüstan arasında baglanmış “Georgiyevski Aktı” nəticəsində Gürcüstanla birlikdə Rusiya tərkibinə qatılmışdı. Sovetlər Birliyi dagıldıqdan sonra Gürcüstanın tərkibində qalmışdır. Hal-hazırda Azərbaycan türklərinin Borçalını tərk etməsi və Borçalının Gürcü torpagına çevrilməsi siyasəti uyğulanmaqdadır.
XIX əsrin birinci yarısında Türk Qacar imperatorluğu ilə Rusiya imperiyası arasında gedən savaşlar nəticəsində 1813 (Gülüstan), 1828 (Türkməncay) illərdə baglanmış müqavilələr əsasında Azərbaycan Araz çayı sərhəd olmaqla iki hissəyə – Güney və Quzey hissələrə parçalanmışdır.
Quzey Azərbaycanın parçalanması
Quzey Azərbaycan Rusiya imperiyasının müstəmləkəsinə çevrilmiş, burada ruslaşdırma xristianlaşdırma, soyqırım həyata keçirilmiş, sünni-şiyə ayrımçılığı salınmış, milli inkişafın qarşısı bütün shələrdə alınmışdir.
Çar Rusiyasında həyata keçirilən 1840-cı il islahatları zamanı Azərbaycanın Rusiya tərkibinə qatılan hissəsinin quberniyalara bölünməsi nəticəsində ərazisi 7 min kv.km.olan Dərbənd, Altıparın, Axtı, Doqquz Parın, Qaytaq və digər ətraf rayonlar Dagıstan viləyətinə birləşdirildi . Hazırda Dagıstan Rusiya müstəmləkəsidir və burda ruslaşdırma siyasəti bütün gücü ilə həyata keçməkdədir.
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ümumi ərazisi 114 000 kv.km olmuşdur. Azərbaycan Respublikasının ərazisi 1919-cu ildə Paris Sülh Konfransına təqdim olunan Memorandum çərçivəsində təsbit olunmuşdu.
Azərbaycana yenidən sahiblənmək üçün Siyasi-Hərbi Doktrinaya sahib olmalıyıq. Bu doktrinanın əsasında 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayədə heyətinin Paris Sülh Konfransına təqdim etdiyi Memorandumda irəli sürülən on dörd bənddən ibarət “Qafqaz Azərbaycanı Respublikasının nümayəndəliyinin Paris Sülh Konfransından tələbləri” adlı sənəd əsas götürülməlidir. Azərbaycan Cümhuriyyətinin sərhədləri və torpaqlarrı bu Memorandumda əks olunmuşdur.
Bu tarixi-hüquqi sənədə əsaslanaraq Azərbaycan bu Memorandumda əks olunmuş torpaqlarımıza sahiblənmək iddiasını yenidən qaldırmalıdır. Bu sənəddə Azərbaycan Respublikasının əraziləri bütün Qafqaz ərazisinin 39 faizini təşkil edird i. Memorandumda Qafqaz Azərbaycanın ərazisi Çar Rusiyası dövründəki inzibati-ərazi bölgüsü əsasında göstərilmişdi.
1.Bakı Quberniyası-Bakı şəhəri,Bakı,Cavad,Göyçay,Şamaxı,Quba,Lənkəran qəzaları:
2.Yelizeavetpol (Gəncə) Quberniyası-Gəncə, Cavanşir, Nuxa, Ərəş, Şuşa, Cəbrayıl, Zəngəzur, Qazax qəzaları:
3.İrəvan Quberniyası-Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzaları,Yeni Bəyazid, Eçmiədzin, İrəvan, Aleksandrapol qəzalarının bir hissəsi:
4.Tiflis Quberniyasında –Tiflis, Borçalı və Signaq qəzalarının böyük hissəsi:
5.Zaqatala qəzası:
6.Dagıstan regionunda Kurinə və Samur nahiyələrini əhatə edən ərazinin bir hissəsi,Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla Kaytaq-Tabasaran qəzzasının bir hissəsi:
7.İrəvan və Tiflis quberniyalarında və Zaqatala dairəsində bu momerandumda adı çəkillməyən bir sıra kiçik ərazilər də Azərbaycana daxildir.
Paris Sülh Konfransına təqdim olunan bu Azərbaycan torpaqları üzərində yüksəlmiş Azərbaycan Cümhuriyyətinin hüquqi ərazilərinə indi biz iddia etməliyik. Qərbi Azərbaycan və Qarabağ probleminin həllində bu Memorandum əsas götürülməlidir.
Lakin bu ərazilər SSRİ dövründə parça-parça edilmişdir. Bu Memorandumda əks olunmuş ərazilərin adlarını yuxarıda çəkdim.İndiki Ermənistan və Gürcüstan əslində bizim torpaqlar üzərində yaradılmışdır. Qoy oxucu yuxarıda sadaladdıgım, Memorandumda əks olunan ərazilərin necə bölüşdürülddüyünü müqayisə etsin.
“Türkmənçay” müqaviləsindən sonra Azərbaycanın tarixi ərazisində Ermənistan dövlətinin yaradılması və genişlənməsi prosesi baş vermişdir. Bu proses 3 mərhələdə və formada həyata keçirilmişdir.
1. Azərbaycanın Qərb torpaqlarında ( tarixi İrəvan xanlıgı) yerli türklərə qarşı etnik təmizləmə, soyqırım, siyasəti həyata keçirilərək Ermənistan dövlətinin yaradılması.
Əsası Rus çarı I Pyotr tərəfindən qoyulan ermənilərin himayə edilməsi siyasəti sonralar digər rus çarları və Sovet Rusiyası tərəfindən davam etdirilib. 1828-ci ilin mart ayının 21-də çar I Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibatı ərazisində müvəqqəti “erməni vilayəti” yaradıldı və İrəvan (Yerevan) şəhəri paytaxt kimi ermənilərə “hədiyyə” edildi. 1876-cı ildə II Yekaterina ermənilərin xüsusi himayə edilməsi haqqında əmr imzalamışdır.
1828-1830-cu illərdə Azərbaycana İrandan 40 min, Türkiyədən 84 min erməni köçürülmüşdür
Beləliklə dünyanın hər tərəfindən ermənilər “erməni vilayətinə” köçürülmüş, türklərin əlindən torpaqlarıalınaraq ermənilərə verilmiş, himayə edilmiş, silahlandırılmış, təşkilatlandırılmış, Ermənistan dövlətinin qurulmasını hədəf alan bir millət kimi formalaşdırılmışdır. 1905-ci illərdən etibarən isə Qafqazda və Anadoluda Türklərə qarşı Ermənilərin siyasi-hərbi-terror mübarizələri başlanmışdır.
2. SSRİ dövründə Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi.
1918-ci il mayın 29-da Anadolu ilə Azərbaycanı birləşdirən İrəvan xanlıgının torpaqları təxminən 9 min kv.km.olan ərazi Batum müqaviləsi ilə Ermənistanın Azərbaycanla konfederativ dövlət şəklində birləşdirilməsi şərtilə ermənilərə güzəştə gedilmişdir. Lakin Ermənilər bu şərti pozmuş, tarixi Türk torpaqları üzərində Ermənistan dövləti yaratmışlar. Nəticədə Şərq(Türküstan),Qərb(Anadolu) türklüyü arasında tampon xristian erməni dövləti yaradılmaqla Türk dünyasını cografi, kültürəl bütünlüyü pozulmuşdur.
Çar Rus İmperiyası dagıldıqdan sonra 1918-ci ilin 28 mayında Quzey Azərbaycanda qurulmuş Müstəqil Azərbaycan Demokrtik Cümhuriyyəti Rus Bolşevik Qızıl Ordusu tərəfindən 1920 –ci ilin aprelin 27-də işgal edildi.
Bundan sonara, Rus Sovet imperiyasının 1 dekabr bəyanatına əsasən, Zəngəzurun bir hissəsi (4505 kv.km)- Qafan ,Gorus, Sisyan və Mehri bölgələri Ermənistana birləşdirildi.
1920-ci ildə Naxçıvanın Ordubad, Şahbuz, Şərur rayonlarının bir hissəsi, 1922-ci ildə Goyçə gölü hövzəsindəki Dərəçiçək, Kəvər və Basarkeçər bölgələri Ermənistana verilib.
1922-ci ildə Dərələyəz ərazisi, 1929-30-cu illərdə Əldərə, Lehvaz, Astazur, Nüvədi və.s. kəndlərin Ermənistana verilməsi və bu ərazidə Mehri rayonunun yaradılması nəticəsində Naxçıvan bölgəsi Azərbaycandan qoparılıb.
1938-ci il martın 5-də Sədərək və Kərki ətrafındakı ərazilər Ermənilərə verildi.
1946-cı ildə M.C.Bagırov tərəfindən 40 kv.kmlik meşə sahəsi Ermənilərə verilmişdir. 1969-cu ildə Vəli Axundov tərəfindən 7,6 kv.km-lik ərazi ermənilərə verilib. 1980-ci ilin ortalarında Ordubadın Kotam və Kilid kəndlərinin bəzi hissələri Ermənistana verildi.
1982-ci ildə Qazagın Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin örüşlərinin bir qismi Ermənistan ərazisinə qatılıb. 1988-ci ildə Quzey Azərbaycanın ərazisi 86,6 000 kv.km olmuşdur.
Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verildi. Həmin dekretdə Xankəndi vilayətin mərkəzi elan olunurdu. Az sonra şəhər türklərə qarşı soyqırımın təşkilatçılarından biri olan Stepan Şaumyanın adı ilə “Stepanakert” adlandırıldı.
Bu qərardan on gün sonra Şuşa şəhəri də vilayətin tərkibinə daxil edildi. Qarabağ bir neçə yerə parçalandı. Onun bir hissəsi ayrılaraq Ermənistana verildi. Digər bir hissəsində isə “Dağlıq Qarabağ Muxtar Vilayəti” deyilən qondarma qurum yaradıldı.
Qarabağın tarixi torpaqlarından Azərbaycana Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla 16 min.kv.km ərazi qaldı. Qarabağın tarixi torpaqlarına aid olan Zəngəzur qəzasının Azərbaycana qalmış hissəsində az sonra Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı.
Ağdam və Cəbrayıl qəzalarının ərazisində isə Ağdam, Cəbrayıl, Bərdə, Tərtər, Ağcabədi rayonları təşkil edildi.
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi yaradılarkən 4.160 kv.km (sonradan bəzi inzibati dəyişikliklər etməklə vilayətin ərazisini 4.400 kv.km çatdırmışdır) olmuşdur. Vilayətə Cavanşir, Cəbrayıl, Qubadlı qəzalarının kəndləri daxil edilmişdir. İlk dövrdə beş rayondan – Dizaq (48 kənd), Vərəndə (46 kənd), Şuşa (12 kənd), Xaçın (53 kənd), Ceraberd (53 kənd) rayonlarından ibarət olmuşdur.
1930-cu illərdə ermənilər rayonların adlarını dəyişdirdilər. Vərəndə Martuni, Ceraberd Mardakert, Dizaq Hadrut adlandırılmış, Xaçın rayonu ləğv edilmiş və ərazisi Stepanakert rayonuna birləşdirilmişdir. İki il sonra Şuşa rayonu yenidən bərpa olunmuşdur. 1978-ci ildə Stepanakert rayonu əsasında Əsgəran rayonu yaradılır.
Beləliklə, Qarabağ iki hissəyə bölünmüşdür və dağlıq hissəsinə erməni muxtariyyətinin verilməsinə nail olunmuşdur. SSRİ nin çöküşü ərəfəsində 1985-ci illərdən etibarən Ermənilər Qarabağ muxtarlığının Ermənistana birləşdirilməsi uğrunda mübarizəyə başlamışlar.
3. Azərbaycan Respublikasının Qarabağ və ətraf yeddi rayonunun Ermənistan və Rusiya tərəfindən işğal edilərərk oyuncaq “Dağlıq Qarabağ Artsax Respublikasının” yaradılması və Ermənistan Respublikasina birləşdirilməsi.
1988-1994-cü illərdə Ermənistan Azərbaycana müharibə elan edərək Daglıq Qarabagı və ətraf rayonlarını -Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Agdərə, Agdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanı işgal etdi. Bu dövrdə işgal edilmiş ərazilərin sahəsi 17000 kv.km-dir.
İstər Çar Rusiyası dövründə, istərsə də SSRİ dövründə “Qafqaz Ermənistanı” yaratmaq məqsədilə yerli türklərin soyqırımı, etnik təmizləməsi və deportasiyası həyata keçirilmişdir. Qafqaz Ermənistanı”dövlətinin yaradılması məqsədilə Qərbi Azərbaycan Türkləri etnik təmizləmə və soyqırıma uğradılmışdır.
Azərbaycan türklərinin Qərbi Azərbaycandan deportasiyası köçürülməsi və bu torpaqlarda Ermənistan dövlətinin qurulması planı hələ XVIII əsrdən Rusiya imperatorluğunun rəhbərliyi altinda həyata keçirilməyə başlanılıb.
Qərbi Azərbaycandan türk-müsəlmanların etnik təmizlənməsi və soyqırımı dörd mərhələdə həyata keçirilib: Birinci mərhələ 1905-1907-ci illər; İkinci mərhələ 1918-1920-ci illər; Üçüncü mərhələ 1948-1953-ci illər ; Dördüncü mərhələ 1988-1992-ci illər.
SSRİ dövründə Azərbaycan türklərinin Qərbi Azərbaycandan (Ermənistanın indiki ərazisindən) kütləvi köçürülməsi məqsədi ilə 23 dekabr 1947 – SSRİ Nazirlər Soveti “Ermənistan SSR-də yaşayan Azərbaycan türklərinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar qəbul edib. Qərara görə, türklərin yerinə xaricdən ermənilər köçürülməli və onlar sovet dövlətinin rifahı üçün çalışmalı idilər.
10 mart 1948 – SSRİ Nazirlər Soveti Ermənistandakı azərbaycanlı əhalinin Azərbaycana deportasiyası haqqında ikinci qərar qəbul edib. Bununla bağlı SSRİ Nazirlər Sovetinin ilk qərarı 1947-ci il dekabrın 23-də qəbul olunmuşdu.
Qərara görə, Azərbaycan turklərinin boşaltdığı ərazilərə xaricdən ermənilər köçürülməli idilər. 1948-1953-cü illərdə 100 minə yaxın azərbaycan türkü Ermənistandan deportasiya edildi. 1948-1953-cü illər deportasiyası nəticəsində Ermənistanda 476 azərbaycanlı kəndi boşaldılmışdı. 1948-1953-cü illərdə Azərbaycan türklərinin Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası son 200 ildə soydaşlarımızın başlarına gətirilən faciələr silsiləsinin bir həlqəsidir.
Bununla yanaşı SSRİ Nazirlər Kabinetinin çoxlu sayda sərəncamları ilə Ermənistanda 2 mindən çox yer adı dəyişdirilib, bu torpaqların türklərə məxsus olmasını təsdiq edən tarixi-etnik izlər silinib.
1988-ci ilin yanvarından etibarən “türksüz Ermənistan” siyasəti planlı şəkildə həyata keçirilməyə başlanmışdır. Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə Azərbaycan türklərinin qovulması prosesində minlərlə qanlı aksiyalar törətmişlər.
Etnik təmizləmə nəticəsində Ermənistanın türklər yaşadıgı 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı və 18 min kürd öz ev-eşiyindən zorla qovulmuş, 217 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərayanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir.
1988-ci ilin deportasiyası azərbaycanlılara qarşı etnik təmizləməni başa çatdırdı. Bu proseslər zamanı ermənilər Ermənistanda(Qərbi Azərbaycanda) yaşayan Azərbaycan türklərinin yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daхil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Ermənistandan didərgin salınıb.
Sonuncu deportasiyada –1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Ermənistandan Azərbaycan türklərinin izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tariхi, mədəni abidələri, dini müəssisələri, məktəb, хəstəхana və digər binaları darmadağın edib.
Təkcə 1988-ci ildən sonra Ermənistanda ermənilər azərbaycanlılara məхsus 2000-dən artıq qəbiristanlığı dağıdıb. Bu gün Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarında bir türk belə yoxdur. Qərbi Azərbaycan türkləri kütləvi şəkildə etnik təmizləmə və soyqırıma uğradılıb.
Güney Azərbaycanın parçalanması
Parçalandıqdan sonra Türk Qacar İmperatorlugunun tərkibində qalan Güney Azərbaycan 1925-ci ildə Qacarların fars Rza Xan Pəhləvi tərəfindən devrilməsi və farsların hakimiyyətə gəlməsi ilə fars İran müstəmləkəsinə çevrilmişdir. Pəhləvi Rejimi Güney Azərbaycan ərazilərini parçalayaraq İranda yaşayan digər etnik qrupların ərazisinə qatmış, etnik cografiya və milli ərazi vahidi pozulmuşdur. Zəncan, Həmədan, Astara, Ərdəbil, Savə, Bicar əraziləri Azərbaycandan təcrid edilmiş, qalan torpaqlar Şərqi və Qərbi Azərbaycan adı ilə iki hissəyə bölünmüşdür.
1943-cü ildə Azərbaycanda başlayan Milli Azərbaycan hərəkatından yararlanan kürdlər Maraga, Sınıqqala, Həmədan, Sənəndəc və digər Azərbaycan ərazilərində müstəqil Mahabat kürd dövləti yaratdılar.İnqilabın süqutundan sonra bu ərazidə Kürd ostanlıgı yaradıldı ki , hazırda bura İran Kürdüstanı adlandırılmqdadır.
Bununla bərabər Kürdlər Qərbi Azərbaycanın Urmiya ,Sulduz, Maku, Xoy, Tikantəpə bölgələrini də Kürdüstan adlandırmaqda və tarixi torpaqlarımızı ələ keçirmək üçün mübarizə aparmaqdadırlar.
Bu parçalanmalardan sonra Bütöv Azərbaycan Hərəkatını yaratmaq, Azərbaycanın bütün torpaqlarını birləşdirmək və Azərbaycanın bütün tarixi-etnik coğrafiyasında Azərbaycan dövlətçiliyini bərqərar etmək bir zərurətdir.
Azərbaycanın bütövlüyü hərəkatını dəstəkləmək üçün ilk növbədə Güney Azərbaycan mübarizəsinə dəstək verilməlidir. Güney Azərbaycanda İranlılıq paradiqması çökməkdə, Azərbaycanlılıq paradiqması yayılmaqdadır.
İranda türk Qacarların devrilməsindən və farsların hakimiyyətə gəlməsindən sonra formalaşmış İran Kommunist Partiyası, ondan qopmuş Tudeh, Fədai, İran Mücahidləri Xalq partiyası kimi təşkilatlar İranın cografi hüdudları daxilində öz müqəddəratını təyin etmək haqqının tanınması ideyasını irəli sürməklə federalist İran və onun subyekti olan Azərbaycan ideyasına birmənalı münasibət bəsləməmiş, əslində İranın bütövlüyü ugrunda mübarizə aparmışlar.
Eyni zamanda Güney Azərbaycanda Mərkəzi – Qeyb təşkilatı liderliyində baş verən Məşrutə Hərəkatı, Xiyabani və Pişəvəri hərəkatları, Azərbaycan Demokrat Partiyası Azərbaycanın İran içində muxtariyyətini dəstəkləmiş, federativ İran uğrunda mübarizə aparmışlar.
Azərbaycanda Güney Azərbaycanla birləşmə perspektivinə əsaslanan siyasət yeridilməlidir!
Lakin SSRİ- nin parçalanması və Quzey Azərbaycanın istiqlalından sonra Güney Azərbaycan Milli hərəkatı İstiqlal hərəkatına çevrilmişdir. Hazırda qurulmuş bütün partiya və təşkilatlar Güney Azərbaycanın İstiqlalı uğrunda mübarizə aparmaqdadırlar və bu İstiqlal hərəkatının bir şüarı var:“ Azərbaycan İran deyil. ”
Milyonlarla soydaşlarımızın Təbrizdə, Tehranda mitinqlərdə hayqırdıgı “Bakı –Təbriz – Ankara, biz hara Farslar hara!” şüarı artıq İranlılıq paradiqmasının öldüyünün göstəricisidir. Azərbaycanlılaşma, Türkləşmə, çagdaşlaşma Güney Azərbaycan Milli Hərəkatının əsas ideyasıdır.
Güney Azərbaycanın siyasi gələcəyinin təsbitində Quzey Azərbaycan respublikası bir model örnək rolu oynayır. Məhz bu baxımdan Quzey Azərbaycanda rəsmi dil və milli kimlik, tarix şüuru, mədəniyyət, din kimi məsələlərdə, ideloji-humanitar siyasətdə hər zaman Güney Azərbaycanla birləşmə perspektivinə əsaslanan siyasət yeridilməlidir.
Güney Azərbaycan artıq öz gələcəyini qurmaq məqsədilə təşkilatlanmaqdadır. Güney Azərbaycanda Vahid Müstəqil Azərbaycan Cəbhəsi, Güney Azərbaycan Milli İstiqlal Cəbhəsi, Gney Azərbaycan Milli Dirçəliş Partiyası, Azərbaycan Qurtuluş Təşkilatı, Azərbaycan İstiqlal Şurası, Azərbaycan demokratik Milli Birlik Şurası, Güney Azərbaycan Milli Azadlıq cəbhəsi və s. kimi onlarla siyasi təşkilatlar, Avropa ölkələrində yaşayan mühacir Güney Azərbaycan türklərinin dərnəkləri və kültür mərkəzləri fəaliyyət göstərir. Artıq bu dərnəklər Federasiya şəklində birləşərək əlaqələndirilmiş fəaliyyət göstərməyə başlamışlar. Bu partiya və dərnəklərin əsas tələbləri Güney Azərbaycanın istiqlalıdır.
Bütün təşkilatları birləşdirən ortaq ideya Türkləşmək, Azərbaycanlılaşmaqdır. Güney Azərbaycan milli hərəkatı günü gündən inkişaf etməkdə genişlənməkdədir.
Bununla bərabər, Hələlik Güney Azərbaycan Milli Hərəkatı İran höküməti qarşısında Səttarxan, Xiyabani, Pişəvəri dövründə irəli sürülən tələblərlə çıxış etməkdə, milli haqların tanınması uğrunda sivil, demokratik, hüquqi çərçivədə mübarizə aparmaqdadırlar.
2006-cı ilin may hadisələrində irəli sürülən tələblər göstərir ki, bu tələblər 1979- cu il inqilabının əsas təşkilatçılarından və liderlərindən biri olan Şəriətmədarinin liderlik etdiyi Müsəlman Xalq Cümhuriyyət Partiyasının irəli sürdüyü tələblərin demək olar ki, eynidir. Bu tələblər əsasən
Məhəmməd Kazım Şəriətmədari (solda)
28 may 2006-cı il (7 xordad 1385) tarixində İslam Şura Məclisinin qarşısında toplaşmış mitinq iştirakçılarının qoydugu tələblərdə əks olunmuşdur.
Əsas tələblər:
1. Türk dilinin rəsmən tanınması; qurama “Azəri dilinin” [anlayış olaraq] dövlət orqanlarında, ölkənin rəsmi yazışmalarında işlədilməsinin qarşısının alınması; uşaq baxçasından tutmuş universitetədək ölkənin Türklər yaşayan bölgələrində ana dilində təhsil;
2. Türkcə verilişlər verən ölkəmiqyaslı radio-televiziya mərkəzinin yaranması; Türk dil və ədəbiyyat qurumunun [“fərhəngistanın”], ölkə universitetlərində Türk dili kafedralarının yaradılması;
3. Ana Yasanın 15, 19 və 20-ci maddələrinin icra edilməsi və bu qanunların Azərbaycan milləti və dilinin, İranın başqa millətlərinin tanınması yönündə dəyişdirilməsi;
4. Son hadisələrdə baş vermiş xəsarəti düzəltmək, Azərbaycan iqtisadiyyatının geriliyini aradan qaldırmaq, Tehran-Təbriz avtobanı, Urmu gölü körpüsü, Miyanə-Təbriz dəmiryol xətti, Quzey-Güney koridoru layihələrinin təkmilləşdirilməsi üçün 5 milyard tümənin (dolların) ayrılması;
5. Babək qalasına illik yürüşün rəsmən tanınması, ona olan məhdudiyyətin götürülməsi; Babəkin anadan olması gününün ölkənin rəsmi təqvimində “Azərbaycanın milli qəhrəmanı Babəkin təvəllüd günü” kimi rəsmiləşdirilməsi;
6. Son hadisələrdə qətl edilmiş insanların “şəhid” kimi rəsmiləşdirilməsi; onların ailələrinə maddi və mənəvi təzminatın verilməsi; bu qətllərin səbəbkarlarının cəzalandırılması; bütün Azərbaycan şəhərlərində Azərbaycan Milli Hərəkatının şəhidləri muzeyinin yaradılması; bu şəhidlərin adının küçələrə qoyulması; ölkənin rəsmi təqviminə bu günün “Azərbaycan şəhidləri günü” kimi daxil edilməsi;
7. Türkofobiyaya qarşı ciddi mübarizə; qövmi, irqi, dil sahəsində aparteyid əlamətlərinin ləğvi; mənhus Pəhləvi rejiminə aid irqçi fikirlərin işlədilməsinin qarşısının alınması; İran millətlərini təhqir edənlərin cəzalandırılması və bu sahədə qanunların qəbul edilməsi;
8. Azərbaycan coğrafiyasında bütün tarixi adların geri qaytarılması; özəlliklə son bölgüyə görə Azərbaycan tarixi adlarının Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Ərak ostanlarında bərpa edilməsi; bu şəhər və ostanlardan ibarət olan Azərbaycan əyalətinin rəsmən tanınması; Sunqur, Qurvə, Bicar, Astara və başqalarının Azərbaycana qaytarılması; Türkcə adların qoyulmasına mane olmamaq;
9. İslam Şura Məclisinin nümayəndələrindən, hərəkat fəalları və uyğun orqanların nümayəndələrindən ibarət “Azərbaycan Millətinin Haqlarını Müdafiə Şurası” adlı komitənin təşkil edilməsi;
10. Son hadisələrdə həlak olmuş şəxslərin yas mərasimlərinin təşkilinə və burada insanların iştirakına icazənin verilməsi;
11. Azərbaycan siyasi məhbuslarının dərhal və qeyd-şərtsiz azad edilməsi; Azərbaycanda millətə atəş açanlar və nümayişçilərə qarşı zorakılıq etmiş şəxslərin tutulub cəzalandırılması;
12. Azərbaycandakı nəşriyyələrin çapının dayandırılması haqqında qərarın ləğv edilməsi;
13. İrşad və daxili işlər nazirlərinin son nümayişlərə münasibətinə görə sorğulanmaları; prezidentin [Mahmud Əhmədinejadın] İran mətbuat müəssisəsi müdirinin seçilməsinə birbaşa məsuliyyət daşıdığına, Novruz bayramı münasibətilə yalnız Farsdilliləri təbrik edib, İranın başqa millət və qövmlərini görməməzliyə vurduğuna görə Azərbaycan millətindən üzr istəməsi;
14. Azərbaycanın qərbində və Azərbaycanın başqa sərhəd şəhərlərində yerli əhalinin [milli] tərkibinin dəyişməsinə səbəb ola biləcək hər cür siyasətin ləğv edilməsi;
15. Fars şovinizmi ilə ciddi mübarizənin başlanması simvolu kimi İran qəzetinin çapının tamamilə dayandırılması; İranda milli və qövmi aparteyidin tamamilə dayandırılması;
16. Ermənistanla siyasi, ticari və mədəni əlaqələrin tamamilə kəsilməsi;
17. Pan-Farsizm siyasətinin (Əfqanıstan, Tacikistan və İranın birliyi) tamamilə dayandırılması; İranı Fars dövləti və “Persia” kimi təqdim etməkdən əl çəkilməsi; İranın çoxmillətli ölkə kimi təqdim edilməsi və ana yasada İran millətləri və qövmlərinin hamısının rəsmən tanınması;
18. Azərbaycanın iki tayı arasında mədəni sərhədlərin götürülməsi və Araz çayı üzərində dostluq və barış körpülərinin tikilməsi;
19. Xəzər dənizinə “Mazandaran” adının qoyulmasının qarşısının alınması;
20. Fars dilində əskinaslarla yanaşı ölkədə Azərbaycan Türkcəsində də əskinasların çap edilməsi;
21. Azərbaycanın əski və milli abidələrinin təmiri və onların dağıdılmasının önlənməsi; özəlliklə Təbriz Ərk qalası və ətrafında səliqə-sahmanın yaradılması; Təbriz Ərkinin yanında Azərbaycan Türk Dili və Ədəbiyyatı Qurumunun qurulması;
22. Azərbaycanda turistik imkanların yaradılması;
23. Təbrizdə Azərbaycan ilə dostluq evinin, Urmuda Türkiyə ilə dostluq evinin yaradılması;
24. Azərbaycanda, özəlliklə Muğan çölü və Qoşaçayda (Miyandabda) moderm əkinçilik imkanlarının yaradılması;
25. Azərbaycanın tarixi abidələrinin səd sularının altında qalmasının önlənməsi və bu iş üçün xüsusi büdcənin ayrılması;
26. Azərbaycanın tarixi abidələrinin Təbriz, Urmu, Ərdəbil, Qəzvin, Həmədan və Zəncan muzeylərinə geri qaytarılması;
27. Azərbaycan Türkcəsində kitabların çapına yardım etmək, Azərbaycan tarixi və ədəbi kitablarının araşdırılması və siyahıyaalınması məqsədilə Azərbaycan Nəşr Fondunun yaradılması;
28. Azərbaycanın bütün şəhərləri arasında sürətli qatar yollarının çəkilməsi və hava limanlarının tikilməsi, eləcə də Azərbaycan tranzit yollarının genişləndirilməsi; İpək Yoluna diqqətin yetirilməsi;
29. Türkmən, Qaşqay, Xorasan Türkləri, Xələc Türkləri adı ilə İrandakı Türk millətlərinin rəsmən tanınması;
30. Azərbaycanda sərmayə qoyuluşunun qarşısında duran hüquqi və başqa maneələrin ləğv edilməsi;
31. Azərbaycanın milli mütəfəkkirlərinin, böyüklərinin, qəhrəmanlarının və başqalarının Azərbaycanın və İranın bütün şəhərlərində heykəllərinin qoyulması;
32. Milli Sərdar Səttar Xanın və Milli Savunar Səfər Xanın şərəfli məzarlarının Təbrizə gətirilməsi;
33. Ölkənin rəsmi təqviminə Azərbaycanın milli böyüklərinin doğum və ölüm günlərinin, tarixi dövrlərinin daxil edilməsi.
Dövlət 29-30 may 2006-cı il tarixlərinə, yəni Azərbaycan Milli Qurultayına qədər gərək qərar versin. Əks təqdirdə Azərbaycanın milli tələblərinin qəbul olunmamasının məsuliyyəti dövlətin və İslam Cümhuriyyətinin boynunda qalır.
Bu tələblər Güney Azərbaycanda qurulmuş Partiya və Dərnəklərin tələblərinin demək olar ki, ümumi məcmusudur.
Fikrimcə indi ən vacib məsələ Güney Azərbaycan təşkilatları və öndərlərinin birgə iştirakı ilə Mühacir Parlamentinin və hökümətinin yaradılmasına çalışmaqdır.
Təbii ki, bu tələblər yerinə yetmədikcə fars jurnalistlərinin yazdıgı kimi, Azərbaycan Pişəvərinin seçdiyi yolu seçəcəkdir (Yəni Azərbaycanın İrandan ayrılmasını dəstəkləyəcəkdir). Bizim fikrimizcə isə, Azərbaycan İstiqlal yolunu seçəcəkdir.
Beləliklə qeyd etməliyik ki, parçalanmış Azərbaycanı birləşdirmək, Bütöv Azərbaycan qurmaq XXI əsrdə əsas hədəfimiz olmalıdır. Bütöv Azərbaycan Hərəkatı yaratmaq bir zərurətdir.
Şərhlər
Tarix Təhməzov 2021-10-01 01:20:34
Hörmətli Müəllif, nədən Azərbaycanı quberniya və qəzalar kimi verdiyiniz halda indiki Ermənistan ərazisini RESPUBLİKA kimi göstərmisiniz? Qriiqoryanlara dini muxtarlıq yalnız Eçmiadzində nəzərdə tutulmuşdu?Bu gəlmələrin Qafqaz və Orta Asiyaya paylanması onlara muxtariyyat yox, əsas Rusiyadan uzaqlaşdırmaq və qənimət qalmış əski türk ərazilərini daha tez mənimsəmək məqsədi daşıyırdı? İrəvan, ya Naxçıvanın xanlıqlarının quberniya adlanması heç də erməni muxtarlığı demək deyil?respublika
RR 2021-09-21 08:50:00
Gôresen sheyximiz oxuyub bu meqaleni ? Sheyx necesen ? hardasaneeee ? be deyirdin irandan irevana heczad qetmir ? yalan yazirlar be nooldu ? cix milletin qabaqina cavab ver nece fetva verib iran mollasi !!
Niyaməddin 2021-09-21 01:24:47
Yasəmən xanıma, azpolitiko saytına, dəstək verici şərh yazan hər kəsə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Nə yaxşı ki, varsınız, Allah da sizi var eləsin! Belə yazıları daim və səbirsizliklə gözləyirik. Xahiş edirik belə məqalələrə daha çox yer verəsiniz. Əliniz, qolunuz var olsun. Təbriz, Bakı, Ankara biz hara farslar hara! Rus, fars, erməni bunlar Türkün düşməni! Hamısının canı cəhənnəmə. Bir daha təşəkkürlər!
anonim 2021-09-21 00:03:05
Elmler Akademiyasinin Tarix insitutunda bir . i Seadet Zeynalova adlı birisi de vardır. Deyilenlərə görə, Almaniyada ermənilərlə gizlincə görüşüb . Bu qadın hem de Yaqub Mahmudovun sağ əlidir.
t.ədalət 2021-09-20 23:17:55
Yasəmən xanım,sevinirik ki,bir türk qızı bizim Milli Akademiyada var.Akademik Yaqub Mahmudovun anti-türk mövqeyinə son qoymaq lazımdır. İnşallah,Türkiyənin köməyi ilə bu təpələri aşıb keçəcəyik.
qaraguruh 2021-09-20 21:31:12
AY XANIM kaşki səndə olan qeyrət və cəsarət Azərbaycandakı partiya sədrlərinin “liderlərində” olardı
Özgür 2021-09-20 20:30:44
Yazınız çox aktualdır! məncə bu bir hərəkət planıdır. Ona görə də irəli, irandan ayrılıb müstəqilliyə doğru! Qəzanız mübarək!
Xalq 2021-09-20 20:24:26
Yasəmən Xanım! bu gözəl yazınıza görə Sizə gözəl Xalqımız adından təşəkkürümüzü bildiririk! Allah qoysa bu planla hərəkət edib Cənubi Azərbaycanın müstəqilliyinə çatacayıq!
Eli 2021-09-20 19:25:03
Azpolitika bele mükemmel yaziya göre Size çox çox trşekkürler.Yasemdn xanım Allah Sizi var eylesi. bele mükemmel konkret yaxıya göre.Men hemişe demişem bizim ele Qeyretli Ziyalı Xanımlarımız var ki bizim bir kişi Ziyalılarımıza memurlarımıza örnek olacaq seviyyede.Men düzü tehsil sahedinddn uzağam,yeni teklifim yersiz olsa bu sahenin mütexessisleri meni bağışlar.Teklifim odur ki bu gözel elmi meqale orta mekteb derslikletine salınıb tedris olunsun.
Mubarək 2021-09-20 19:24:18
Türkə düçmən olan fars millətçilərinə itlik edənlər yenə hürməyə başlayacaq, Ancaq boz qurdun pəncəsi altında inildəməyə məhkumdurlar!
NAHİD 2021-09-20 16:45:45
BÜTÖV AZƏRBAYCAN AZƏRBAYCAN TÜRK YURDUDUR! VƏ TÜRK YURDU OLARAQ QALACAQ! O TAYDA, BU TAYDA İCİMİDƏ SOXULAN FARS, RUS KÖPƏKLƏRİNİ – FAHİŞƏLƏRDƏN DOĞULAN XAİNLƏRİ GEC-TEZ MƏHV EDƏCƏYİK!
TARİX İNSTİTUTU
Müasir Azərbaycan tarixinin çox mürəkkəb və ziddiyyətli ictimai-siyasi və sosial-iqtisadi hadisələrin zənginliyi ilə xarakterizə edilən bu dövr Rusiya imperiyasının süqutu və Şimali Azərbaycan torpaqlarında qədim milli dövlətçiliyin bərpası ilə bərabər Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında milli-azadlıq hərəkatının yeni vüsət alması ilə daha çox seçilir. 1918-ci ilin fevralında Cənubi Qafqaz Seyminin (parlamentinin) və həmin ilin aprelində Cənubi Qafqaz Federasiyası hökumətinin yaradılması Azərbaycan və Gürcüstan xalqlar tarixində milli dövlətçilik ənənələrinin bərpası istiqamətində atılan ilk addımlar idi. Lakin, bütün bunlarla yanaşı bu dövr həm də Azərbaycan xalqına qarşı Sovet Rusiyasının siyasi rəhbərlərinin bilavasitə əmri və hərbi-maddi yardımı ilə bolşevik və daşınan partiyalarının rəhbərlərindən biri olan Bakı sovetinin sədri cəllad S.Şaumyanın birbaşa iştirakı ilə törədilən soyqırımı cinayətinin qəddarlığı, insan zəkasına sığmayan hərəkətləri və miqyası ilə diqqəti cəlb edir. 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin buraxılması və bu prosesdə ermənilərin Azərbaycan və Gürcü xalqlarına qarşı tutduqları xəyanətkar mövqe bu dövrün çox mühüm siyasi hadisələrindən sayılır. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi Azərbaycanın XX əsr tarixində ən möhtəşəm hadisə hesab olunur. 23 ay ərzində Şimali Azərbaycan ərazisində mövcud olmuş milli dövlətçilik ənənəsi 70 illik Sovet Rusiyasının işğalından sonra, 1991-ci ildə yenidən bərpa olundu. 1918-1920-ci illərdə AXC-nin Milli Şurasının və təsis olunmuş Parlamentin qanunvericilik fəaliyyəti, Nazirlər Kabinetlərinin təşkili və fəaliyyəti, AXC-nin xarici siyasəti, AXC Parlamentinin sədri Ə.Topçubaşovun 1919-cu ildə Paris Sülh Konfransında iştirakı, AXC ilə Sovet Rusiyası arasında yaranmış münasibətlər, 1920-ci il yanvarın 11-də AXC-nin de-fakto tanınması, 1920-ci ilin fevral-aprel aylarında AXC-də daxili-siyasi vəziyyətin gərginləşməsi və həmin il aprelin 28-də Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində AXC-nin süqutu XX əsr Azərbaycan tarixində mühüm bir mərhələ təşkil edir. Bu tarixi hadisələr içərisində 1920-1921-ci illərdə Şimali Azərbaycanda sovet hakimiyyətinə qarşı müqavimət hərəkatı, Azərbaycan xalqına qarşı soyqırmı siyasətinin başqa formada davam etdirilməsi, Sovet Rusiyasının işğalından sonra Azərbaycan neft sənayesinin milliləşdirmə adı ilə mənimsənilməsi və qarəti, Azərbaycan SSR-də yeni iqtisadi siyasətin tətbiqi, 1922-ci ildə Azərbaycan SSR-in formal müstəqilliyinin ləğvi, Azərbaycan SSR azərbaycanlı əhalinin iradəsinin əleyhinə olaraq DQMV-nin (1923) və Naxçıvan MSSR-in təşkili (1924), 1921-ci ildə RSFSR, Azərbaycan SSR, Türkiyə, Ermənistan SSR və Gürcüstan SSR-in iştirakı ilə Moskva (16 mart, 1921) və Qars (13 oktyabr, 1921) beynəlxalq müqavilələrinin imzalanması, onların tarixi və siyasi nəticələri, 1921-1929-cu illərdə Azərbaycan SSR-in Zəngəzur, Dərələyəz və digər ümumi sahəsi 19,8 min. km 2 olan torpaqların Sovet Rusiyasının təzyiqi ilə Ermənistan SSR-ə verilməsi, o cümlədən respublikanın şimal-qərb ərazilərinin böyük bir qisminin Gürcüstan SSR tərkibinə verilməsi məsələləri müasir Azərbaycan tarixi şöbəsinin diqqət mərkəzində saxladığı ən mühüm elmi məsələlərdəndir. 1925-1932-ci illərdə Azərbaycan SSR-də aparılan iqtisadi siyasət və onun nəticələri, 1922-1932-ci illərdə Azərbaycan SSR rəhbərliyinin mərkəzi hökumətin məqsədli şəkildə milli kadrlardan təmizləməsi işi və onun ağır nəticələri, 1934-1953-cü illərdə mərkəzi hökumətin Azərbaycan xalqına qarşı yeritdiyi repressiya siyasətinin törətdiyi fəlakətlər daimi elmi araşdırma mövzularıdır.
1941-1945-ci illər müharibəsi dövrü Hitler faşizminin təcavüzünə məruz qalan bütün xalqlar kimi, Azərbaycan xalqının da tarixində çox mühüm bir dövr təşkil edir. Bütün bəşəriyyətin xilası üçün göstərilən səylər, dünya xalqlarının antihitler koalisiyasında birləşərək faşizmə qarşı apardığı mübarizədə Azərbaycan xalqının, xüsusilə də onun ən qiymətli sərvətlərindən biri olan Bakı neftinin müharibənin qələbə ilə başa çatmasında oynadığı müstəsna və həlledici rol, təkcə milli tarixşünaslıqda deyil, bütövlükdə dünya tarixşünaslığında bu gün də ən aktual elmi məsələlərdən sayılır. 1941- 1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş siyasi proseslər, milli-azadlıq hərəkatı, Milli hökumətin fəaliyyəti və onun İran, ABŞ, İngiltərə və keçmiş SSRİ dövlətlərinin birgə cinayətkar səyləri nəticəsində boğulması milli tarixşünaslığımızın ən önəmli məsələlərindən sayılır. 1941-1945-ci illər müharibəsində azərbaycanlıların Avropa müqavimət və partizan hərəkatında iştirakı, Əhmədiyyə Cəbrayılov və Mehdi Hüseynzadənin timsalında onların göstərdikləri əvəzsiz qəhrəmanlıqlar Azərbaycan milli və o cümlədən xarici ölkələrin tarixşünaslığında daim işlənən mövzulardandır.
1946-1954-cü illər Azərbaycan SSR tarixində mühüm bir mərhələ təşkil edir. Bu illərdə Azərbaycan xalqının tarixində çox mühüm siyasi, sosial-iqtisadi və ictimai proseslər baş verir. Azərbaycan SSR iqtisadiyyatı, xüsusilə də onun neft sənayesinin müharibə nəticəsində keçmiş SSRİ dövlətinin dağıdılmış ərazilərinin bərpa edilməsində oynadığı həlledici rol göstərilən illər ərzində Azərbaycan SSR-də beş yeni iqtisadi sahənin yaranması məsələləri – bütün bunlar XX əsrin II yarısında Azərbaycan xalqına dövlət müstəqilliyinin bərpasının əsaslarını yaratmağa imkan verdi. 1955-1969-cu illər Azərbaycan SSR tarixində ictimai-siyasi mühitin mülayimləşməsi, iqtisadiyyatda baş vermiş dəyişikliklər, respublika həyatında yaranmış süstlük və bunun səbəbləri müasir milli tarixşünaslıqda öz əksini tapmışdır və bu dövrün problemlərinin tədqiqi bu gün də davam etdirilir.
1969-cu ilin iyulundan 1982-ci ilin noyabrınadək olan dövr Azərbaycan xalqı tarixində xüsusi bir mərhələ təşkil edir. Bu dövr görkəmli dövlət xadimi, milli lider, müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin SSRİ dövlətinin mövcud olduğu zaman Azərbaycan SSR-ə rəhbərlik etdiyi illəri əhatə edir. Məhz bu illərdə Azərbaycan SSR-də H.Ə.Əliyevin rəhbərliyi altında müasir Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi yaşaması üçün əsaslar yaradılmış və milli tarixşünaslıqda bu dövr xüsusi tədqiqat problemi hesab edilir.
1985-1991-ci və 1993-cü illər Azərbaycan tarixində ağır böhranlı bir dövr olmaqla bərabər, həm də milli taleyimizin ən mühüm hadisəsi olan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edildiyi bir dövrdür.
Keçmiş SSRİ rəhbəri M.S.Qorbaçovun hakimiyyətə gəlməsi, elmi və məntiqi əsası olmayan “yenidənqurma” siyasətinin iflasa uğraması, 1987-ci ilin oktyabrında görkəmli dövlət xadimi Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması və bundan sonra Ermənistan SSR-in Azərbaycan SSR-ə ərazi iddiaları qaldırması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanması, 1988-ci ilin sonunda Ermənistan SSR-dən azərbaycanlıların öz tarixi-etnik torpaqlarından deportasiya olunmaları, 1989-cu ildə Azərbaycan SSR-də milli-azadlıq hərəkatının başlanmasından sonra Sovet Ordusunun Bakıya hərbi təcavüzü və 20 yanvar faciəsi, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında konstitusiya qanunun qəbul olunması, dekabrın 8-də SSRİ dövlətinin süqutu, 1992-ci ilin fevralında Xocalı şəhərinin Rusiya Federasiyası və qondarma Ermənistan Respublikası birləşmiş silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində soyqırımı cinayətinin törədilməsi, 1990-cı ilin iyulunda görkəmli dövlət xadimi Heydər Əliyevin vətənə qayıdışı, 1991-ci ilin sentyabrında onun Naxçıvan Ali Məclisinin sədri seçilməsi və ağır hərbi-siyasi blokada şəraitində Naxçıvan MR da daxil olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılması, 1992-ci ildə AXC Musavat siyasi blokunun Azərbaycan Respublikasında hərbi çevrilişə qarşı etiraz edərək hakimiyyəti güc tətbiq etməklə ələ almaları, həmin ilin mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərinin RF və Ermənistan Respublikası hərbi birləşmələri tərəfindən işğalı, 1993-cü il aprelin 2-də Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğalı və bunun nəticəsində ölkədə hərbi-siyasi böhranın dərinləşməsi, 4 iyun hadisələri və ölkədə vətəndaş müharibəsi təhlükəsinin yaranması və bu ağır böhranlı vəziyyətdən çıxmaq üçün 91 nəfər Azərbaycan Respublikasının tanınmış ziyalılarının Heydər Əliyevə ünvanladıqları müraciət, 15 iyun 1993-cü il tarixdə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi, 1993-cü il iyul-noyabr aylarında RF-qondarma Ermənistan Respublikası hərbi təcavüzünün genişlənməsi nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ətrafında yerləşən 7 inzibati rayonun işğalı və digər hərbi, siyasi hadisələr bütövlükdə müasir Azərbaycan Respublikası tarixinin həmişə tədqiqə ehtiyacı olan elmi problemlərdəndir.
1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin daxili və xarici siyasətində əsaslı dönüşün başlanmasına səbəb oldu. Rusiya Federasiyasının hərbi yardımı ilə qondarma Ermənistan Respublikasının təcavüzünün genişlənməsi nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin ətrafında yerləşən 7 inzibati rayonu işğal etməsinə baxmayaraq, öz milli liderinə böyük inam bəsləyərək onun rəhbərliyi altında erməni faşizminə qarşı mübarizə qalxdı. 1993-cü ilin noyabr-dekabr və 1994-cü ilin yanvarında Azərbaycan Respublikasının Silahlı Qüvvələri erməni işğalçılarına ağır hərbi zərbələr vuraraq bir sıra işğal olunmuş əraziləri azad etdi. 1994-cü ilin yazında bir-birinin ardınca ağır məğlubiyyətlərə düçar olan qondarma Ermənistan Respublikası öz himayədarı RF-sı vasitəsi ilə atəşkəs əldə etmək üçün Azərbaycan Respublikası rəhbərliyinə müraciət etdi. Ölkədə və o cümlədən cəbhədə yaranmış vəziyyəti dərindən analiz edən Prezident Heydər Əliyev 1994-cü il may ayının 12-də qondarma Ermənistan Respublikası atəşkəs imzalanmasına razılıq verdi və həmin gün Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində tərəflər arasında müvafiq sənəd imzalandı. Respublikanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən 7 inzibati rayonun işğal olunmasına baxmayaraq atəşkəsin imzalanması Azərbaycan Respublikasının həm hərbi, həm də diplomatik uğuru idi. Atəşkəs rejimindən çox səmərəli istifadə edən Azərbaycan Respublikası çox qısa bir müddət ərzində istər ölkə daxilində və istərsə də beynəlxalq aləmdə öz mövqelərini xeyli möhkəmlətdi. Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin 1993-cü ilin sonu-1994-cü ilin əvvəlində Fransa, İngiltərə, Türkiyə Cümhuriyyətinə və ÇXR-a rəsmi dövlət səfərləri və 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycan Respublikasının daxili və xarici siyasətində ən mühüm hadisələr kimi qiymətləndirilir.
1994-cü ilin dekabrında ATƏT-in Budapeşt zirvə toplantısında Azərbaycan Respublikası çox uğurlu bir diplomatik qələbə qazandı. Budapeşt zirvə toplantısında edilmiş qərara əsasən tərəflər arasında aparılan danışıqlar uğurla nəticələndiyi təqdirdə münaqişə zonasına ATƏT-in yaratdığı Minsk qrupuna daxil olan 9 ölkədən başqa, yalnız neytral dövlətlərin hərbi qüvvələri yerləşdirilməsi nəzərdə tutulurdu. 1994-cü ilin mayın 12-də imzalanmış atəşkəs razılığına əsasən münaqişə zonasına 3-cü ölkənin sülh-məramlı qüvvələri yeridilmədi. Bütün bunlar çox ağır hərbi, ictimai-siyasi və iqtisadi şəraitdə yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının əldə etdiyi ilk uğurlar idi. Əldə edilmiş bu ilk dövlətçilik uğurlarını məhv etmək üçün Azərbaycan Respublikasının daxildə və xaricdə olan düşmənləri 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişlərinə cəhd göstərdilər və bütün bunlar uğursuzluqla nəticələndi. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul olundu. Həmin ilin yanvarında yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Azərbaycan Respublikasının Xəzər faktorunda «Əsrin müqaviləsi»ni həyata keçirmək üçün fəaliyyətə başladı.
1997-ci il noyabrın 12-də «Əsrin müqaviləsi» neftin hasilatına bağlanıldı. 1999-cu il noyabrın 18-də İstanbulda «Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri vasitəsilə nəql edilməsinə dair» saziş imzalandı. Bu zaman Azərbaycan Respublikası Türkiyə Cümhuriyyəti, Gürcüstan Respublikası, Qazaxıstan Respublikası və ABŞ-ın dövlət başçıları tərəfindən verilən «İstanbul bəyannaməsi» layihənin yüksək səviyyədə dəstəklədiyinə sübut oldu. 2001-ci il avqustun 30-da «Əsrin müqaviləsi» üzrə əsas işlərin birinci fazasına başlanıldı. 2002-ci il avqustun 1-də Bakı-Tbilisi-Ceyhan əsas boru kəmərinin tikilməsi və idarə edilməsi üçün BTSKO şirkəti təsis edildi və həmin avqustun 18-də bu kəmərin təməlqoyma mərasimi keçirildi.
1999-cu ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə «Azərbaycan Dövlət Neft Fondu» yaradıldı və 2001-ci ildə ölkə başçısının sərəncamı ilə fondun Müşahidə Şurası təşkil edildi. Bütün bu hüquqi iqtisadi islahatlar Azərbaycan Respublikasında çox güclü və rəqabətə davamlı məhsullar istehsal edə biləcək iqtisadi islahatlar Azərbaycan Respublikasında çox güclü və rəqabətə davamlı məhsullar istehsal edə biləcək iqtisadiyyatın qurulması məqsədi ilə həyata keçirildi və çox yüksək nəticələr əldə olundu.
Ümumiyyətlə, Azərbaycan Respublikası iqtisadiyyatına 1993-cü ildə 15 milyon 1995-ci ildə 375 milyon, 1996-2002-ci illərdə 9 milyard (qeyri-neft sektoruna 3 milyard) illərdə 9 milyard (qeyri-neft sektoruna 3 milyard) dollar xarici investisiya qoyuldu. Ölkə iqtisadiyyatının dirçəldilməsinə və inkişafına AB «Traseka» proqramı üzrə Avropa-Qafqaz-Asiya nəqliyyat kommunikasiyasının – «Yeni İpək Yolu»nun düşməsi də əhəmiyyətli təsir göstərdi və bu proses ildən-ilə də genişlənən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakıda «Böyük İpək Yolu» Beynəlxalq konfransı keçirildi və dünyanın 32 ölkəsinin iştirak etdiyi bu konfransda «Bakı bəyannaməsi» qəbul edildi. Ölkənin iqtisadiyyatında struktur dəyişiklikləri getdikcə geniş miqyas oldu. Bütün bunların başlıca istiqamətləri dövlət müstəqilliyinin özəlləşdirilməsi, aqrar islahatların həyata keçirilməsi və sahibkarlığın inkişaf etdirilməsi idi. Bu istiqamətlərin inkişafı məqsədilə Prezident Heydər Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar ümumi iqtisadi inkişafa hüquqi zəmin yaratmış oldu. Həyata keçirilən hüquqi və iqtisadi islahatlar ölkə daxilində geniş miqyasda sosial-iqtisadi siyasət yeritməyə, respublikanın hərbi qüdrətini artırmağa və onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə şərait yaratdı. Əlbəttə bütün bu yuxarıda qeyd olunanlar «Azərbaycanın müasir tarixi» şöbəsi tərəfindən araşdırılan tədqiqat obyektidir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından 20 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı üçün ən mühüm və taleyüklü problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, bu problemin tənzimlənməsi üçün Minsk qrupunun yaradılması və onun fəaliyyəti, vasitəçilərin (RF, ABŞ, Fransa) iştirakı ilə aparılan danışıqlar, Azərbaycan Respublikasına qarşı yeridilən təcavüzkar siyasət müqabilində ikili standartların tətbiqi və digər xarici siyasət məsələləri «Azərbaycanın müasir tarixi» şöbəsinin əsas tədqiqat» problemlərindəndir.
2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin siyasi sosial-iqtisadi və mədəni tarixində yeni mərhələnin başlanğıcı oldu. 2004-2011-ci illər ərzində ölkədə həyata keçirilən çox uğurlu daxili və xarici siyasət, 2004-cü il fevralın 11-də qəbul edilən «Azərbaycan Respublikası rəssamlarının sürətlə inkişafı» dövlət proqramının qəbul edilməsi, həmin ilin aprelindən fəaliyyətə başlayan Heydər Əliyev Fondu və onun milli mədəniyyətin, incəsənətin, səhiyyənin, təhsilin və elmin inkişafına verdiyi töhvə artıq bir tarixi tədqiqat problem kimi araşdırılır. Bütünlükdə isə 1920-2011-ci illər ərzində Şimali və Cənubi Azərbaycan tarixində baş vermiş siyasi, sosial iqtisadi, hərbi, milli mədəniyyət tariximizin aktual problemləri «Azərbaycanın müasir tarixi» şöbəsinin tədqiqat obyektidir və bu müqəddəs iş şöbə əməkdaşları tərəfindən həyata keçirilərək xalqımıza çatdırılır.
Comments are closed, but trackbacks and pingbacks are open.