Press "Enter" to skip to content

Müasir dövrd abş xarici siyasti

Azərbaycanda tarixən ölkəmizi tanıtmağa qadir olan rəssamlar olub, sadəcə onların dünya sənət okeanına çıxışları məhdud idi. Orta əsr Azərbaycan rəssamlarının əsərlərinin dünya muzeylərində və şəxsi kolleksiyalarda sənət inciləri kimi yer tutması Azərbaycan təsviri incəsənətinin qələbəsidir. Orta əsrlər Azərbaycan rəssamlarının çəkdiyi əsərlər, miniatürlər bütün dünyada məşhurdur. Dahi rəssamımız Soltan Məhəmmədin “Bəhram Gurun şir ovu”, “Məhəmməd Peyğəmbərin meracı”, “Xosrovun çimən Şirini görməsi”, “İsgəndərin Çin xalqı ilə görüşü” və s. əsərləri dünyada çox məşhurdur. Ağa Mirəkin əsərləri də həmçinin, dünya muzeylərini bəzəyir. Onun “Məcnun heyvanlar arasında”, “Xosrov və Şirinin xidmətçilərin nağılını dinləməsi”, “Xosrovun taxta çıxması”, “Şapurun Xosrovun yanına qayıtması” unikal nümunələrdir. Seyid Əlinin “Bəhram Gur və qoca çoban”, “Məcnun Leylinin çadırı qarşısında”, “İbn Səlamın elçiliyi” və s. əsərlərin adını çəkə bilərik. Azərbaycan rəssamlarının əl işləri qədim zamanlardan dünya səyyahlarını maraqlandıran əsl sənət inciləridir.

Mədəniyyət

Müasir dünyanı nə iləsə təəccübləndirmək olduqca çətindir. Çünki artıq dünyanı heyrətləndirəcək çox az şey var desək, yəqin ki, yanılmarıq. Təsviri incəsənət, rəssamların fırçasından çıxan əsərlər həqiqətən də tamaşaçıların marağını cəlb etməyə qadirdir. Azərbaycan təsviri incəsənət ustalarının çəkdiyi əsərlərin çox az hissəsi dünyada tanınıb.

Azərbaycanda tarixən ölkəmizi tanıtmağa qadir olan rəssamlar olub, sadəcə onların dünya sənət okeanına çıxışları məhdud idi. Orta əsr Azərbaycan rəssamlarının əsərlərinin dünya muzeylərində və şəxsi kolleksiyalarda sənət inciləri kimi yer tutması Azərbaycan təsviri incəsənətinin qələbəsidir. Orta əsrlər Azərbaycan rəssamlarının çəkdiyi əsərlər, miniatürlər bütün dünyada məşhurdur. Dahi rəssamımız Soltan Məhəmmədin “Bəhram Gurun şir ovu”, “Məhəmməd Peyğəmbərin meracı”, “Xosrovun çimən Şirini görməsi”, “İsgəndərin Çin xalqı ilə görüşü” və s. əsərləri dünyada çox məşhurdur. Ağa Mirəkin əsərləri də həmçinin, dünya muzeylərini bəzəyir. Onun “Məcnun heyvanlar arasında”, “Xosrov və Şirinin xidmətçilərin nağılını dinləməsi”, “Xosrovun taxta çıxması”, “Şapurun Xosrovun yanına qayıtması” unikal nümunələrdir. Seyid Əlinin “Bəhram Gur və qoca çoban”, “Məcnun Leylinin çadırı qarşısında”, “İbn Səlamın elçiliyi” və s. əsərlərin adını çəkə bilərik. Azərbaycan rəssamlarının əl işləri qədim zamanlardan dünya səyyahlarını maraqlandıran əsl sənət inciləridir.

Bununla belə, Azərbaycan rəssamları tam olaraq hələ dünyaya inteqrasiya etməyiblər. Bu gün dünya Azərbaycan rəssamları deyəndə daha çox Səttar Bəhlulzadənin bənzərsiz əsərlərini xatırlayır. Sovet dövrü Azərbaycan rəssamlarının əksəriyyətinin o illərdə xarici ölkələrdə sərgiləri təşkil edilirdi. Bu rəssamlar Azərbaycan həyatını bu sərgilərdə ifadə edə bilirdilər. Sovet illərində bizim rəssamlar dünyaya sovet rəssamı kimi təqdim edilirdi. Yəni onların azərbaycanlı olduğunu dünyada çox az adam bilirdi. O rəssamlar Azərbaycan adına tanınsaydılar, biz bu gün onun daha çox faydasını görərdik. Sovet dövrü Azərbaycan rəssamlarının müraciət etdiyi mövzular ancaq ölkə ilə məhdudlaşmırdı, dünyanın əksər xalqları, onların məişəti, həyat tərzi ilə bağlı dəyərli əsərlər yaradırdılar. Bu əsərlərin beynəlmiləl mahiyyəti də böyük idi. Bu gün dünya muzeylərində Azərbaycanın Sovet dövrü rəssamlarının əsərləri sərgilənir. Keçən çağlarda Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Rasim Babayev və digər rəssamlar dünyaya çıxmaq üçün mücadilə aparırdılarsa, buna müəyyən qədər nail oldular. Onların əsərləri dünyada az-çox tanınır, qiymətləndirilir. Bu gün sevindirici haldır ki, dövlətin bu sahəyə dəstəyi nəticəsində klassik Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilər açılır, onların kataloqları çap olunur. Bundan başqa, müasir rəssamlar arasında da dünyaya çıxmağa iddialı olanlar var. Son illər Azərbaycan təsviri incəsənətinin dünyada təbliğ edilməsi və onun müasir nümayəndələrinin tanıdılması üçün Heydər Əliyev Fondu da böyük işlər görür, vaxtaşırı olaraq Azərbaycan rəssamlarının fırça nümunələri dünyanın müxtəlif ölkələrində sərgilənir. Elə bu məqsədlə də 2000-ci ildə ölkəmizdə ilk dəfə olaraq Rəssamlıq Akademiyası açıldı. Bu hadisəni yalnız mədəni həyatımız yox, həm də bütövlükdə xalqımız üçün çox mühüm addımlardan biri hesab etmək olar.

Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunmasında müasir fırça ustaları arasında Dünya Rəssamlıq Akademiyasının üzvləri də var ki, bir neçə il əvvəl həmin rəssamların Bakıda sərgisi də açılıb: xalq rəssamları Xanlar Əhmədov, Mir Nadir Zeynalov, əməkdar incəsənət xadimi Arif Aziz, əməkdar rəssam Eldar Qurbanov, tanınmış rəssamlar Səmədağa Cəfərov və Nağdəli Xəlilov Dünya Rəssamlıq Akademiyasının üzvləridir. 100-dən çox ölkənin tanınmış fırça ustalarını öz ətrafında birləşdirən bu mötəbər quruma rəssamlarımız 2009-cu ildən üzv olmağa başlamışlar. Belə bir təşkilatda təmsil olunmaqla Azərbaycan rəssamlıq məktəbinin qədim və özünəməxsus ənənələrini dünyada daha geniş formada təbliğ etməyə nail olur.

Bu gün Azərbaycan təsviri incəsənətini dünyada tanıdan rəssamlar arasında Sakit Məmmədovun nailiyyətlərini qeyd etmək lazımdır. Sakit Məmmədov UNESCO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlar Akademiyasının akademiki, Minilliyin Adamı, Avropanın Şərəf ordeni, İtaliyanın Leonardo da Vinçi ordeni, Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü, Portuqaliyada Festivalda Vera birincilik mükafatı, Beynəlxalq Vera mükafatı, Çingiz Aytmatov adına Beynəlxalq mükafat, Beynəlxalq Vətən Övladı və Dədə Qorqud mükafatları, Birincilik mükafatları və s. qızıl medal və digər mükafatlara layiq görülmüşdür.

Vatikan Zadəgan Heraldika Akademiyasının qrafı Sakit Məmmədov dünya mədəniyyətinə töhfəsinə görə Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü seçilib. S.Məmmədovun fırça nümunələri dünyanın bir sıra ölkələrində sərgilənib. Azərbaycanla yanaşı, Türkiyədə, Rusiyada, Ukraynada, Belarusda, İsveçdə, Almaniyada, İtaliyada, Belçikada, Fransada, Avstriyada, Misirdə, Çində, Gürcüstanda, Tatarıstanda, Sinqapurda, Portuqaliyada və digər ölkələrdə fərdi sərgisi keçirilib. Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri olan Sakit Məmmədovun rəsmləri bu gün dünyanın məşhur muzeylərinin, qalereyalarının, habelə hərraclarda kolleksionerlərin məmnuniyyətlə əldə etmək istədikləri əsərlər sırasındadır: “Xatirə şəkli”, “Oyun”, “Məşq”, “Falabaxanlar”, “Ad günü”, “Leninqrad xatirələri”, “Yaşasın İstanbul”, “Bayram”, “Toy”, “Metro”, “13 nömrəli avtobus”, “Həvəskar” və s. əsərləri S.Məmmədovun maraqlı əsərlərindəndir. Rəssamın bəzi tematik rəsmlərini konkret bir məkana, zamana aid etmək qeyri-mümkündür. Belə əsərlərdə rəssam sanki öz dünyasının zamanını göstərmək istəyir. Görkəmli rus tənqidçisi Andrey Bajenov da rəssamın yaratdıqlarından heyrətlənərək, “Sakit Məmmədovun əli intibah rəssamının əlinə bənzəyir”, — deyib. Rəssamlıqda Opalizm akademik rəssam S.Məmmədov tərəfindən özülü qoyulmuş bir məktəbdir, üslubdur. Opalizm sözünün etimologiyası opal daşından götürülüb. Qədim yunan dilində gözqamaşdıran, latın dilində valehedici görünüş, sanskrit dilində qiymətli daş kimi tərcümə edilən bu mineral daş növü özündə birləşdirdiyi rənglərlə yalnız zərgərlik məmulatı kimi deyil, müalicəvi, fövqəladə və ilhamlandırıcı xüsusiyyəti ilə minillərdir insanların zövqünü oxşamaqdadır. Opalda mövcud olan isti rəng çələngi S.Məmmədovun hələ gənclik illərindən böyük rəğbətini qazanıb. Təsadüfi deyil ki, daşda olan rəng oyununa onun, demək olar, bütün yaradıcılıq nümunələrində rast gəlinir. Bununla sənətkar sübut eyməyə çalışıb ki, heç bir rəssam Tanrının təbiətə bəxş etdiyi rənglərdən savayı yeni bir çalar icad etməyib. Rəssamın əsərlərində opalın daha çox nəcib, alovlu, yaxud bolder, hidrofan növündəki rəng çalarlarını görmək mümkündür. Düzdür, opal rəssamın yumşaq yaxma ilə yaratdığı əsərlərində daş növü kimi deyil, əlbisələrdə, baş geyimlərində, qadın zinət əşyalarında və s. formalarda təzahür edir. Yəni opal rəssamın yaratdığı tablolarda yeni forma ilə üzə çıxır. Buna baxmayaraq, rəsmlərdə daşın insanda yaratdığı xoş ovqatı və müalicəvi xüsusiyyətini hiss etmək olar. Sevindirici haldır ki, S.Məmmədovun yaratdığı Opalizm məktəbi yalnız özü deyil, rəssamın tələbələri tərəfindən də yüksək peşəkarlıqla təqdim olunur. Şübhə yoxdur ki, sənətkarın yaratdığı bu üslub gələcəkdə yetirmələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayıb yaradan yüzlərlə, minlərlə rəssamın yaradıcılığı tərəfindən də davam etdiriləcək.

Böyük Britaniya Kraliçası II Elizabetin anadan olmasının 90 illik yubileyi münasibətilə Londonda keçirilən tədbirlərdə Azərbaycan rəssamı Sakit Məmmədovun “Cıdır düzü” adlı rəsm əsəri Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev tərəfindən hədiyyə olaraq II Elizabetə təqdim edilib.

Azərbaycan nümayəndə heyətinin tərkibində Londonda səfərdə olan əsərin müəllifi, məşhur rəssam Sakit Məmmədov əsərdə Cıdır düzü, milli adət-ənənələrimiz, at cinslərimiz, musiqi alətlərimiz, Şuşanın Xarı bülbülü və çövkən oyununun təsvir olunması barədə Kraliçaya məlumat verib. Sakit Məmmədov müvəffəqiyyətli işləri ilə dünyaya Azərbaycan mədəniyyətini məhz bu səpkidə tanıda bilmişdir.

Bu gün Heydər Əliyev Fondu mədəni irsimizə çox böyük qayğı ilə yanaşır. Fondun təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində rəsm sərgiləri açılır, rəssamlarımız tanıdılır.Parisdə keçirilən “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssamların əsərləri nümayiş etdirilib.

Parisdə Luvr muzeyinin Karusel salonunda baş tutmuş “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində Azərbaycanı Əsmər Nərimanbəyova və Məryəm Ələkbərli təmsil ediblər.

Toğrul Nərimanbəyov Assosiasiyasının prezidenti Əsmər Nərimanbəyova bu sərgidə nümayiş olunan əsərlərini Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, mənəvi dəyərlərindən ilham alaraq ərsəyə gətirdiyini bildirib. Rəssam deyib ki, məqsədi qədim və zəngin mədəniyyətimizi rənglər dünyasına çevirərək fransalılara təqdim etməkdir.Azərbaycan rəssamlarının əsərlərində milli geyimlərimiz, milli musiqi alətlərimiz öz əksini tapıb və bu əsərlər milli elementlərlə zəngindir.Bütün bunlar Azərbaycanı, onun maddi və mənəvi sərvətlərini dünyada tanıtmaq yolunda görülən işlərdir.

Dövrümüzün incsənət insanları içərisində Aida Mahmudova, Əli Həsənov, Leyla Əliyeva, Faiq Əhməd, Rəşad Ələkbərov, Fərid Rəsulov, Qafar Rzayev, Mahmud Rüstəmov, Nail Ələkbərov, Rəşad Babayev, Sitarə İbrahimova, Afət Bağırova, Niyaz Nəcəfov, Altay Sadıxzadə, Məmməd Mustafayev, Fuad Salayev və bir çox şəxslər daxildir. Müasir Azərbaycan rəssamları daha özəl mövzulara, müasir gəncliyə yaxın və lazım olan mövzulara toxunurlar.

Azərbaycan təsviri sənət nümunələrinin sərgiləndiyi maraqlı obyektlərdən biri də Müsir İncəsənət Muzeyidir. XX əsrin ikinci yarısından bu günümüzə kimi azərbaycan təsviri sənəti və heykəltəraşlığının avanqardlarından təşkil olunmuş əsərlər toplusu muzeyin əsasını təşkil edir. Bu, insan ruhunun müşahidə, axtarış və azadlığını əks etdirən rəsm və heykəllər toplusudur.

2009-cu il mart ayının 20-dən fəaliyyət göstərən muzeydə azərbaycan rəssamları və heykəltaraşlarının 800-dən artıq əsəri sərgilənir. Muzeydə Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şaxtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanov kimi sənətkarların əsərləri nümayiş olunur. Muzeyin dizaynının müəllifi məhşur rəssam Altay Sadıxzadədir. Burada, eyni zamanda uşaq incəsənəti zalı, kitabxana, videozal, restoran, art-kafe də var.

Müstəqillik illərində Azərbaycan təsviri sənətinin tərəqqisi, dünyada təbliği, gənc rəssamların yaradıcılığının dəstəklənməsi istiqamətində də bir çox məqsədyönlü işlər görülüb. Son illərdə keçirilən respublika və beynəlxalq əhəmiyyətli sərgilərin sayı 500-ü ötüb. Bu illərdə Azərbaycan rəssamlarının əsərləri Almaniya, ABŞ, Rusiya, Türkiyə, İran, Fransa, İsveçrə, İtaliya, Niderland, Sloveniya, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Ukrayna, Moldova, Özbəkistan, Braziliya, Çin, Avstriya, Portuqaliya və s. kimi ölkələrin ən nüfuzlu sərgi salonları, muzey və qalereyalarında nümayiş etdirilib.Dövlətimizin qayğısı nəticəsində təsviri sənət yaradıcılarımızı daha böyük uğurlar gözləyir.

Müasir dövrd abş xarici siyasti

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib.

E.Əhmədov qeyd edib ki, ölkəmizin əldə etdiyi bütün uğurlar Prezident İlham Əliyev düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb.

Keçən bir il ərzində qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün bunlara baxmayaraq, keçən bir il, xüsusilə 2018-ci il ölkəmiz üçün uğurlu olub, dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycan hərtərəfli və dinamik inkişaf edib, müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.

Onu da qeyd etmək vacibdir ki, dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığı sərəncamlar Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin bariz nümunəsidir.

Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində də keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib.

2003-cü ildən başlayaraq, o cümlədən son bir il ərzində xarici siyasət sahəsində böyük uğurlar əldə edilib. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb. Prezident İlham Əliyev tərəfindən təkcə 2018-ci ildə 16 xarici ölkəyə, o cümlədən Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Belçika, Xorvatiya, İsveçrə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistana rəsmi və işgüzar səfərlər edilib. Eyni zamanda, 16 dövlətin, o cümlədən Türkiyə, Rusiya, İran, İtaliya, Serbiya, Monqolustan, Benin, Tacikistan, Əfqanıstan, Moldova, Makedoniya və Albaniyanın prezidentləri, həmçinin Almaniyanın Federal Kansleri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər.

Azərbaycan müsəlman aləmində çox böyük hörmət, nüfuz qazanıb. İslam həmrəyliyi ilə bağlı atılan addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin apardığı siyasət, yəni, həm ölkə daxilində, həm də xaricdə bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi tədbirlər İslam aləmində həmrəyliyi, əməkdaşlığı və İslam birliyini daha da möhkəmləndirir. Keçən il Naxçıvanın İslam Mədəniyyətinin paytaxtı seçilməsi heç də təsadüfi olmayıb.

Bununla yanaşı, ölkəmizin ev sahibliyi etdiyi, dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər – VI Bakı Beynəlxalq Humanitar Forumu, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, VII Qlobal Bakı Forumu və s. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.

Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı genişlənib. 2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Həmçinin 2018-ci il iyulun 11-12-də Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün Yekun Bəyannaməsində də Alyans üzvlərinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək və hörməti əksini tapıb. Onlar regiondakı mövcud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunmasının zəruriliyini bildiriblər.

2019-ci ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək və Azərbaycanın BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik etməsi ölkəmizin nüfuzunu daha da artıracaq, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işinə müsbət təsir göstərəcək.

Bununla yanaşı, 2018-ci il avqustun 12-də Xəzər dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının V Zirvə Toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri kimi qiymətləndirilməlidir. Bu Konvensiya ölkəmizin maraqlarının təmin edilməsi baxımından böyük diplomatik və siyasi uğurudur.

Keçən dövr ərzində müxtəlif regional əməkdaşlıq formatları çərçivəsində öz təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikası ilk dəfə olaraq dövlət başçıları səviyyəsində keçirilmiş Azərbaycan-Rusiya Regionlararası Forumuna, həmçinin Azərbaycan, Gürcüstan, İran və Türkiyənin xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünə ev sahibliyi edib.

Bununla yanaşı, 2018-ci il aprelin 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasında bir sıra mühüm sənədlərin imzalanması, iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi iki dost və qardaş dövlətin münasibətlərinin ən yüksək zirvədə olduğunun bariz göstəricisidir. Sentyabrın 15-də keçirilən və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad iki qardaş dövlətin 100 il bundan əvvəl olduğu kimi, hər zaman bir-birinin yanında olmasını bir daha sübut etdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Azərbaycan dövləti və Prezident İlham Əliyev, ilk növbədə, sülh variantına üstünlük verir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini vurğulayıb. Münaqişə həll olunmadan, yəni, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib.

Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək. Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır.

Eyni zamanda, hərbi potensialımıza böyük diqqət göstərən Prezident İlham Əliyev bu sahədə böyük nailiyyətlər əldə etdiyimizi bildirərək qeyd edib ki, bizim ordumuzun döyüş qabiliyyəti artıb. Uğurlu Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut edib və bu əməliyyat nəticəsində 11 min hektar torpağa ordumuz nəzarət edir: “. Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yəni, bu hadisə – Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək”.

Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.

Müasir dövr Tarix və onun problemləri, №4 2014

təhlükəsizlik siyasətində prioritet rol oynamamışdır.

Coğrafi ve geopolitik məkan kimi Türkiyə həm şərqdir həm qərb. O həm Asiyalı həm

də avropalı sayılır. Eyni zamanda Türkiyə Orta Şərqdir, Balkanlara aiddir və nəhayət o bir

Qaradəniz ölkəsidir və Qafqaza nüfuz ede biləcək qədər yaxındır. Bütün bunlar strateji region

kimi Türkiyənin NATO-dakı xüsusi əhəmiyyətli region olmasını əsaslandırmaqdadır.

Soyuq Savaşın başa çatması dönəmində artıq dünyada birqütblü güc mərkəzi

formalaşmaqda idi. SSRİ-nin dağılması ilə Varşava paktının iflasa uğraması ABŞ-ın

təkbaşına hegomonluğunun əsas qaynağına çevrildi.

1980-ci illərin sonunda Türkiyə-ABŞ münasibətlərində soyuqluq müşahidə olunurdu.

Bu xüsusilə ABŞ-ın qondarma erməni soyqrımına həddən ziyada maraq ayırması ilə bağlı idi.

Körfəz müharibəsi dövründə baş vermiş hadisələr Türkiyə – ABŞ və NATO

münasibətlərində çox böyük rol oynamışdır. Soyuq müharibə başa çatdıqdan sonra həm

Türkiyə, həm də Amerika Birləşmiş Ştatları regional qarşıdurmaları öz təhlükəsizlikləri və

mənfəətləri baxımından təhdid olaraq qiymətləndirmişdir. Məhz soyuq muharibədən sonra

Türkiyə regional güc, ABŞ isə dünyanın yeganə sahibi kimi çıxış etməyə başlamışdır. İran-

İraq müharibəsi başa çatdıqdan sonra hərbi cəhətdən Orta Şərqdə ən əhəmiyyətli gücə sahib

ölkə mövqeyinə gələn İraq, müharibə zamanı Körfəz ölkələrindən aldığı borclarını geri

ödəməsi mövzusunda çox ciddi problemlər yaşamağa başlamışdır. Lakin ABŞ-ın bilavasitə

təsiri ilə körfəz ölkələrinin, xüsusilə Səudiyyə Ərəbistanın və BƏƏ-nin siyasəti nəticəsində

neftin qiyməti xeyli aşağı düşmüşdü. İraq ilə ziddiyyətlərlə əlaqədar Səudiyyə Ərəbistanının

Ciddə şəhərində aparılan görüşmələrdən heç bir nəticə əldə edilməyəndən sonra, İraq hərbi

dəstələri 2 avqust 1990-cı il tarixində Küveyti işğal etdi. Küveytin ABŞ üçün strateji

əhəmiyyətə malik olması bu ölkənin təhlükəsizliyinin təmin edilməsini daha da

aktuallaşdırmışdır. İraqın Küveyti işğal edərək dünya neft ehtiyatlarının 2/3-sinə nəzarət

edəcək olması ABŞ tərəfindən dünya iqtisadiyyatına qarşı bir təhdid, özlərinə qarşı şantaj

olaraq qiymətləndirilmişdir. Buna görə də ABŞ Körfəz ölkələrinə “Səhra Qalxanı Əməliyyatı”

(Operation Desert Shield) adı altında hərbi əməliyyatlara başladı. Müharibənin başlanğıcında

Türkiyə sanki gözləmə mövqeyi tutdu. Lakin ABŞ rəsmilərinin davamlı səfərləri ABŞ-ın

Türkiyəni fəal siyasətə sürükləmək niyyətində olduğundan xəbər verirdi. Türkiyənin region

ölkəsi olması ilə yanaşı NATO-ya daxil olan ölkələr sırasında ikinci ən böyük əsgəri gücə

sahib olan ölkə olması ABŞ-ı Türkiyə ilə münasibətlərdə daha da fəallaşdırırdı. Türkiyənin bu

müharibəyə gözləmə mövqeyindən yanaşması və daha çox barışdırıcı kimi çıxış etmək

niyyətinin bir səbəbi də bu ölkələr arasındakı iqtisadi münasibətlər idi. Körfəz müharibəsi

Müasir dövr

Tarix və onun problemləri, № 4 2014

öncəsi Türkiyənin qonşu dövlətlər içərisində ən çox ixracat göstəricisi olan ölkə İraq idi (1, s

ABŞ-ın yüksək səviyyəli rəsmi nümayəndələrinin səfərləri NATO-nun Türkiyəni öz

siyasəti istiqamətində yönləndirməyə çalışdığını açıq-aşkar hiss etdirirdi. BMT-nin

Təhlükəsizlik Şurası üzvləri arasında böhran ilə əlaqədar təmin edilən görüş, Körfəzdə baş

vermiş böhranın həlli yolunda dünya ictimaiyyətin ümumi mövqeyini də ortaya çıxarmışdır.

BMT-nin Təhlükəsizlik Şurası üzvləri böhran ilə bağlı çağrılan iclasında Türkiyə də öz milli

maraqlarını ən yaxşı şəkildə qorumaq üçün Amerika Birləşmiş Ştatlarının liderlik etdiyi Qərb

müttəfiqlərin yanında iştirak etməyi seçdi. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 661

saylı qərara əsasən İraq və işğal altındakı Küveytə qarşı iqtisadi embarqo tətbiq edilməyə

başlandi. Nəticədə, Kərkük-Yumurtalıq neft boru xətti bağlanılarkən, Küveyt və İraqın

Türkiyədəki rekvizitləri donduruldu, bu iki ölkəylə idxalat, ixracat və tranzit ticarət

dayandırıldı. Türkiyənin Körfəz böhranının ilk günlərində yürütdüyü Qərb yönümlü siyasət

irəliləyən mərhələlərdə onu ABŞ ilə daha yaxınlaşdırdı. (2)

Türkiyənin Körfəz savaşına qoşulması məsələsindən danışmazdan öncə bir məsələni

qeyd etmək lazımdır ki, hal-hazırda Turkiyənin özündə bir sıra siyasətçilər və iqtisadçılar bu

savaşa qoşulmanın yalnış addım olduğunu qeyd edirlər. Onlar qeyd edir ki, əslində bu savaşın

Türkiyəyə nə bilavasitə, nə də dolayı yolla o qədər də dəxli yox idi.

İşğalın dərhal ardından Brüsseldəki NATO mərkəzindən edilən şərhdə İraqın Küveytə

qarşı hücumu sərt şəkildə tənqid edilmiş, Küveyt torpaqlarında olan İraq qüvvətlərinin dərhal

və qeyd-şərtsiz geri çəkilməsi tələb edilmişdir. Körfəzdə baş verən böhranla əlaqədar olaraq,

İngiltərə baş naziri Marqaret Tetçer, Kanada baş naziri Brian Mulroney və NATO-nun baş

katibi Manfred Vörnerin ABŞ prezidenti Corc Buş ilə görüşmələrdən sonra verilən ümumi

bəyənatlarda Körfəz problemində NATO-ya uyğun rollar olduğu qeyd edilmişdir. 10 avqust

1990-cı il tarixində Brüsseldə keçirilən NATO-nun Nazirlər Şurası iclasında Amerika

Birləşmiş Ştatları tərəfindən təklif edilən dörd maddəlik təklif paketi üzv ölkələr tərəfindən

qəbul edilərkən, prezident Buşun Səudiyyə Ərəbistanına əsgər göndərmə qərarı dəstəklənilmiş

və Türkiyəni mütləq müdafiə etmə zəmanəti verilmişdir. Türkiyə NATO əsgərlərinin köməyə

göndərilməsini böhranın bu mərhələsində daha ciddi olaraq qiymətləndirməyə başlamışdır.

Körfəzdə qarşıdurma ehtimalının artmasından sonra, Türkiyə NATO-ya müraciət edərək,

NATO tarixində ilk dəfə cinah ölkələrin ordularını möhkəmlətmə üçün nəzərdə tutulan Çevik

Alayın hava ünsürlərinin öz torpaqlarına göndərilməsini istəmişdir. NATO ilk dəfə olaraq

Türkiyəyə havadan müdafiə zamanı yardım məqsədilə Çevik Alaya bağlı hava ünsürlərini

Türkiyənin cənubi-şərq bölgəsinə göndərmişdir. Çevik Alayın SSRİ və Varşava Paktından

kənar bir ölkəyə qarşı vəzifələndirilməsi ittifaq tarixində bir ilk idi. (3)

Komitə tərəfindən alınan qərara əsasən, Türkiyənin cənubi-şərq bölgəsinə NATO

Çevik Alayına bağlı alman, belçika və italyan təyyarələrindən ibarət olan hava qüvvələrinin

göndərilməsi təsdiqlənmişdir. Alınan bu qərar çərçivəsində Almanya 18 ədəd Alfa Reaktiv və

300 alman əsgər heyətinin Türkiyəyə göndərmə qərarı almışdır. Almaniyanın göndərəcəyi

əsgəri heyət II Dünya Müharibəsindən sonra bu ölkənin xaricə göndərdiyi ilk əsgəri birliklər

olmuşdur. Almaniyadan başqa Hollandiya hökuməti iki ədəd Patriot və Havk mərmi

batareyası və 150 əsgər heyətini Türkiyəyə göndərmişdir. Belçika 18 ədəd Mirage və İtaliya 6

ədəd F-104 tipli döyüş təyyarəsi göndərməyi qərarlaşdırmışdır. Türkiyənin tələbi üzərinə

Almaniya, Belçika və İtaliya tərəfindən göndərilən NATO-nun Çevik Alay havadan müdafiə

etmə ünsürlərindən 42 ədəd döyüş təyyarəsi və 516 hərbi personal Malatya Erhaç hava

limanında cəmləşdirilmişdir. Almaniya daha sonra fevral ayı ərzində Alfa Reaktiv

təyyarələrinin qorunması məqsədiylə Türkiyəyə iki ədəd Roland və Havk zenit mərmiləri

göndərmişdir. NATO tərəfindən alınan bu qərarda ABŞ-ın böyük rolu olmuş və Türk

Müasir dövr

Tarix və onun problemləri, № 4 2014

hökuməti bu qərarlardan məmnun qalmışdır. Xüsusilə Avropalı müttəfiqlərin və NATO-nun

rolunun “daxili sahədən” “xarici sahəyə” daşınmasının razı salınması, Türkiyədən çox

Amerika Birləşmiş Ştatlarına sərf edirdi. Körfəz böhranı zamanı NATO-nun Avropa

müttəfiqləri arasında ortaq razılıq əldə edilsə də, əslində hadisələrin gedişatında bunun heç də

belə olmadığı aşkar olundu. Xüsusilə də, Almaniya və Belçika hökumətləri Çevik Alay

birliklərinin ola biləcək bir döyüş vəziyyətində necə hərəkət edəcəyinin yeni bir

qiymətləndirmə və qərar tələb edəcəyini ifadə etmələri və öz hökumətlərinin bu mövzuda

alınacaq qərarlarda söz sahibi olacaqlarını bildirmələri Ankarada narazılıqla qarşılanamışdır.

Danimarka və Norveç, F-16 döyüş təyyarələrində istifadə edilmək üzrə Amerikan istehsalı

“Sidewinder” raketini Türkiyəyə göndərərkən, Türkiyənin NATO-dan tələb etdiyi “Patriot”

raketləri Hollandiya və ABŞ tərəfindən təchiz edilmişdir. Körfəz müharibəsinin

başlamasından dərhal əvvəl Türkiyəyə səfər etmiş ABŞ Xarici İşlər Naziri Ceyms Beyker F-

111 bombardman təyyarələrinin İncirlikdə yerləşdirilməsinə icazə verilməsi, NATO Çevik

Alayının həm hava, həm də quru olmaq üzrə bütün ünsürləriylə Türkiyəyə dəvət edilməsi,

İncirlikdə daha dörd döyüş təyyarəsinin yerləşdirilməsinə icazə verilməsi, Türkiyənin İraq

sərhədinə qoşun cəmləməsi və B-52 ağır bombardman təyyarələrinin ehtiyyat üçün

saxlanılması haqqında razılıq əldə edilmişdir. (4, s 12-15).

Türk hökuməti, məclisdə qəbul edilmiş olan sərhəddən kənarda müharibə etmək

səlahiyyətindən istifadə edərək Əncirlik hərbi bazasını İraqın bombalanması üçün ABŞ döyüş

təyyarələrinə açmasıyla birlikdə dolayı yol ilə də olsa müharibəyə qatılmış sayılırdı. Əncirlik

aerodromunun açılmasından sonra, Türkiyə Xarici işlər naziri Əli Bozer İraqdan Türkiyəyə

hücum olmadığı müddətdə Türkiyənin İraqa hər hansı bir müdaxilə etməyəcəyini bəyan

etmişdir. Lakin bir qədər sonra Əli Bozer prezident Özalla böhran barəsində kəskin fikir

ayrılığı yaşamış və Ağ evdə Corc Buşla görüş zamanı onun iştirakına icazə verilməməsi bu

ziddiyyətləri daha da dərinləşdirmiş və nəticədə Bozer 12 oktyabr 1990-cı ildə tutduğu

vəzifədən istefa etmişdir. Türkiyə hökumətini Körfəz müharibəsi zamanı aparılan

əməliyyatlardan daha çox müharibədən sonrakı vəziyyət və Orta Şərqdə meydana çıxa

biləcək problemlər maraqlandırırdı. Körfəz müharibəsinin başlanmasından dərhal sonra

Türkiyənin boynuna götürəcəyi öhdəliklər və hərbi birləşmələrdən istifadəsi mövzusunda

ABŞ ilə aparılan danışıqlarda Türkiyə ABŞ-dan iki məsələ barəsində siyasi təminat istəmişdi.

Bunlardan birincisi İraqın torpaq bütövlüyünün qorunması, ikincisi isə ortaya çıxacaq

qarışıqlıq mühitində bölgədə müstəqil bir Kürd dövlətinin qurulmasına icazə verilməməsi idi.

Qeyd etmək lazımdır ki, Körfəz müharibəsinin gedişi zamanı Türkiyənin ən çox

narahat olduğu məsələlərden biri də bu idi. Müharibənin bitməsindən sonra Türkiyənin bu

narahatçılığının əbəs olmadığı üzə çıxdı. Sonrakı siyasi proseslər göstərdi ki, ABŞ nəinki

Türkiyəyə münasibətdə kürd problemini həll etmək niyyətindədir, həmçinin İraqa

münasibətdə onu tamamilə işğal etmək və bölgənin karbohidrogen zənginliyini və strateji

zəruriliyini öz təsiri altında saxlamağı planlaşdırır. Mart ayının əvvəlində tərəflər arasında

təmin edilən atəşkəsdən sonra, əhalisinin əksəriyyətini şiə ərəblərin təşkil etdiyi Bəsrə

bölgəsində, daha sonra isə şimalda olan kürdlər İraq hökumətinə qarşı baş qaldırdılar. Səddam

Hüseynə sadiq hərbi birləşmələrin şimalda kürd və cənubda şiə azlıqlara qarşı başlatdıqları

qırğınlar xüsusilə mart ayı sonunda Türkiyə sərhədinə minlərlə kürd mühacirin yığılması ilə

nəticələndi. Hərbi qoşunlar tərəfindən də dəstəklənilən və Dinc Hərəkat (Operation Provide

Comfort) adı verilən bu əməliyyat çərçivəsində Türkiyə sərhədindən İraqa keçən

amerikan,ingilis və fransız əsgərlər Şimali İraqda kürd mühacirlər üçün düşərgələr salmağa

başlamışdır. Adı çəkilən ölkələr tərəfindən yaradılan və “Çəkic Güc” olaraq adlandırılan hərbi

quruluş, İraqın şimalında 32 və 36-cı paralellər arasında uçuşa qadağan bölgədə İraq hərbi

Müasir dövr

Tarix və onun problemləri, № 4 2014

birləşmələrinin fəaliyyətinə nəzarət etmək və bu paralellər arasında mühacir kürdlərin geri

dönməsi üçün etibarlı bir sahə meydana gətirmək əsas hədəf olmuşdur. Başlanğıcda

Türkiyənin istəkləri istiqamətində yaradılan Çəkic Güc daha sonra bölgədə ortaya çıxan

problemlər istiqamətində Türkiyə üçün öz təhlükəsizliyi baxımından təhdid hesab edilməyə

başlanmışdır. Bunun əsas səbəbini isə Şimali İraqda mərkəzi hökumətin nüfuzunun yox

olmasıyla birlikdə yaranan boşluğun bir Kürd dövləti yaradılması üçün uyğun zəmin

hazırlamış olması və Türkiyədə fəaliyyətdə olan PKK-nın, Türkiyəyə hücumlar üçün bu

bölgəni əsas mərkəz kimi istifadə etməyə başlaması olmuşdur. (6)

Körfəz böhranı bir növ Türkiyə üçün Qərbə sədaqətini göstərmək baxımından onəmli

olsa da, eyni zamanda da Şərq ilə əlaqələrini davam etdirmə baxımından mühüm bir sınaq

olmuşdur. Böhranın başladığı andan etibarən Qərb ilə yaxından əməkdaşlıq edən Türkiyə,

regional balansı və bu bölgə ilə olan tarixi və mədəni əlaqələrini də hər zaman göz önündə

saxlamaq məcburiyyətində qalmışdır.

İraqa qarşı hərbi əməliyyatlar başladıqdan sonra ABŞ-ın Türkiyədəki NATO-ya aid

təsisdən başqa bir ölkəyə qarşı hərbi əməliyyat məqsədilə istifadə etməyə başlaması, NATO-

nu birbaşa bu qarşıdurmaya daxil etmişdir. İraq tərəfindən Türkiyəyə ediləcək bir hücum

qarşısında NATO-nun Türkiyəni müdafiə etmə öhdəliyi altına girməsi, onsuz da olduqca

mübahisəli olan bu mövzunu təkrardan gündəmə gətirmişdir. NATO-nun Avropa

müttəfiqlərinin Türkiyəyə yardım mövzusunda göstərdikləri qərarsızlıq, eyni zamanda bu

ölkələrin kütləvi informasiya vasitələrində davam edən mübahisələrin inikası olmuşdur. (7)

1991-ci il fevralın 28-də Körfəz müharibəsinin başa çatmasından sonra iyun ayının

əvvəllərində görüş keçirən NATO Xarici İşlər Nazirləri iclasdan sonra nəşr olunan hesabatda

NATO-nun Avropanın yeni təhlükəsizlik arxitekturasında baş rol oynayacağı ifadə edilmiş və

Orta Şərq bölgəsinin NATO üçün olan əhəmiyyəti xüsusi vurğulanmşdır. Məlumatda NATO-

nun hər zaman gözlənilməz münaqişələrə hazır olmasının vacib oduğu qeyd edilmiş,

bölgədəki böhranların NATO-nun ənənəvi maraq dairəsi xaricində belə olsa, ittifaqın

təhlükəsizliyinə birbaşa təsir edə biləcək gücdə olduğu deyilmişdir. NATO Nazirlər Şurası

yığıncağında gündəmə gələn əsas məsələlərdən biri də təşkilatın daxilində yaradılacaq Sürətli

Müdaxilə Gücünün (Rapid Reaction Force) başlıca vəzifəsinin Orta Şərqdə baş verəcək

münaqişələrə dərhal müdaxilə etməli olduğu razılaşdırılmışdır. NATO Nazirlər Şurasında

qəbul edilən bu məsələ Türkiyə tərəfindən çox müsbət qiymətləndirilmiş, yeni yaradılacaq bu

gücə Türkiyənin iki briqada ilə iştirak edə biləcəyi açıqlanmışdır.(8)

Beləliklə, Körfəz Müharibəsinin ABŞ-Türkiyə və NATO-Türkiyə münasibətlərinin

yüksələn xətt üzrə inkişafında mühüm rol oynadığını qeyd edə bilərik. Bu müharibənin Soyuq

müharibədən sonrakı dövrdə Türkiyənin beynəlxalq münasibətlərə fəal inteqrasiyasında yeni

bir mərhələnin başlanğıcı olduğunu da deyə bilərik. Müharibə dövründə Türkiyənin

diplomatik gedişləri onun Yaxın və Orta Şərqdə NATO üçün nə dərəcədə əhəmiyyətli bir üzv

dövləti olduğunu aşkara çıxardı. Bunun nəticəsi isə XX əsrin sonu, XXI əsrdə NATO və

Türkiyə arasında hərbi-diplomatik münasibətlərin kifayət qədər sıxlığında hiss olunur.

Alptekin Molla. Soğuk Savaş Sonrası Körfez Krizleri Ve Türkiye-ABD-NATO İlişkileri.

Ankara 2009. 330 səh

Cumhuriyet qəzeti, 24 İyun Ankara 1990

Cumhuriyet qəzeti, 8 Avqust Ankara 1990

NATO Füze Savunma Sistemi ve Türkiye. Strateji Düşüncə İnstitutu. Ankara 2011.183

Müasir dövr

Tarix və onun problemləri, № 4 2014

www.pandora.com.tr /Ali Husrev Bozer

Çankaya gündemi qəzeti, 23 İyul Ankara 2003

Longman. Keesing’s Record of World Events,37-ci cild, Miçiqan 2010. 420 səh

www.kitabxana.org/ Gulf War.

ГУСЕЙН ГУСЕЙНЛИ

странь Европы и Америки Бакинкского

Государственного Университета

ВОЙНА ЗАЛИВЕ

В данной статье исследуется влияние войны в заливе, ставшей отправной точкой

взаимоотношений между НАТО ей и НАТО после холодной войны, на турецко-

американские и турецко-натовские взаимоотношения. Война в заливе также оставила

глубокий след в турецко-иранских взаимоотношениях. Было установлено, что эта война

в значительной степени повлияла на дальнейшие отношения между Турцией и НАТО. В

то же самое время после холодной войны становится очевидным стремительное

присоединение Турции к международным отношениям и возможность влиять на

региональные конфликты. Также эта война подтвердила, что Турция является наиболее

влиятельной силой региона.

HUSEYN HUSEYNLI

Baku State University the Department of the

New and Modern Ages history of Europe and America

THE RELATIONS OF NATO-TURKEY DURING GULF WAR

Gulf War was investigated in this article as the beginning of the relationship of Turkey-

NATO and its influence on this relation after Cold War. Gulf War also influenced deeply in

the relationship of Turkey and Iraq. It is determined this war affected considerable to the

Turkey-NATO relation. Besides of them Turkey could take part in the international

relationship and could affect considerable to the regional and local threats. This war has

affirmed that Turkey is the biggest strength in the region.

Rəyçilər: t.e.d. M.Fətəliyev, t.e.d. İ.Zeynalov

BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının 29

oktyabr 2014-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №2).

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Comments are closed, but trackbacks and pingbacks are open.