Press "Enter" to skip to content

Müasir dövrün qlobal problemləri fəlsəfı

Ağdaşda məktəbdən oğurluq edildi

Сборник 2010 PDF – Elmi jurnal – Müasir dövrün aktual problemləri

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ ALI MƏKTƏBLƏRARASI ELMİ ƏSƏRLƏR TOPLUSU MÜASİR DÖVRÜN AKTUAL PROBLEMLƏRİ BURAXILIŞ № 3, 2010 TARİX FƏLSƏFƏ POLİTOLOGİYA SOSİOLOGİYA PEDAQOGİKA PSİXOLOGİYA İQTİSADİYYAT MƏDƏNİYYƏTŞÜNASLIQ SƏNƏTŞÜNASLIQ

  • Page 2 and 3: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL
  • Page 4 and 5: PSİXOLOGİYA VƏ PEDAQİQİKA RİY
  • Page 6 and 7: Müəllim tərəfindən gələcək
  • Page 8 and 9: рассматриваются со
  • Page 10 and 11: Концепция внутренн
  • Page 12 and 13: Deməli, “Aqressiv uşaqlar”, b
  • Page 14 and 15: 4. Аверин В.А. Психол
  • Page 16 and 17: və dözümlülük səviyyəsinin y
  • Page 18 and 19: təsir göstərən vacib amillərd
  • Page 20 and 21: Müxtəlif yönümlü müasir psixo
  • Page 22 and 23: ПРИЧИНЫ И ПАТОГЕНЕ
  • Page 24 and 25: патогенез выступаю
  • Page 26 and 27: 1. Акимов И.,Клименк
  • Page 28 and 29: успокоением и даже
  • Page 30 and 31: Яэяр инсан Руссону
  • Page 32 and 33: Пашуканис буржуа щ
  • Page 34 and 35: формал бярабярлийи
  • Page 36 and 37: ƏLİ ŞƏRİƏTİNİN FƏLSƏFƏS
  • Page 38 and 39: Şəriəti bu zindanlardan çıxı
  • Page 40 and 41: şəklində davam etməsi təbiəti
  • Page 42 and 43: Fəlsəfə tarixində insanı düş
  • Page 44 and 45: Dünya əhalisində müşahidə olu
  • Page 46 and 47: ilməz və belə maşın yaratmaq q
  • Page 48 and 49: Sığorta haqlarının yığımın
  • Page 50 and 51: vaxtlar sığortaçıların korpora
  • Page 52 and 53: Villet Buyter (“Citigroup”un baş i
  • Page 54 and 55: anlayışlarıyla təsir etdiyini s
  • Page 56 and 57: HƏYATA KEÇIRILMƏSI VACIB OLAN T
  • Page 58 and 59: MİLLİ İNNOVASİYA SİSTEMİ: AZ
  • Page 60 and 61: 120% 100% 80% 60% 40% 20% 0% 2004 2
  • Page 62 and 63: istehlak məhsullarına tələbkarl
  • Page 64 and 65: aşlayan dünya maliyyə böhranı
  • Page 66 and 67: ədəd müxtəlif kənd təsərrüf
  • Page 68 and 69: əsas hədəf olacaqdır. Tarif-qiy
  • Page 70 and 71: Onun konsepsiyası burjua dövləti
  • Page 72 and 73: 4. centurion-center.narod.ru.wikipe
  • Page 74 and 75: Azərbaycan Respublikasının qanun
  • Page 76 and 77: удовлетворением не
  • Page 78 and 79: tikilməsi nəticəsində, digər t
  • Page 80 and 81: Çin 499,0 1,0 478,5 6,7 977,5 1,78
  • Page 82 and 83: verilmişdir (cədvəl 7). Xarici t
  • Page 84 and 85: Bununla bərabər hər bir ekspert
  • Page 86 and 87: 4. dövlət uşaq müəssisələri
  • Page 88 and 89: (məqalə, toplantılar, bəyanat v
  • Page 90 and 91: 3 – K.A.Əzimov – R.M.Həsənov. So
  • Page 92 and 93: Кроме того, разраба
  • Page 94 and 95: təxminən 2/3 hissəsinin gəliri
  • Page 96 and 97: üzvünə hesablanan ünvanlı yard
  • Page 98 and 99: Parlament tərəfindən qəbul edil
  • Page 100 and 101: Şərq cəmiyyətlərində nənə-b
  • Page 102 and 103: siyasət ümumi həyat şəraitini
  • Page 104 and 105: iqtisadiyyatına keçid, sosial mü
  • Page 106 and 107: səbəbləri bunlardır: tənhalıq
  • Page 108 and 109: 1) www.yetim usaqlar.com POLİTOLOG
  • Page 110 and 111: Республикасына гар
  • Page 112 and 113: АЗЕРБАЙДЖАН-НАТО (О
  • Page 114 and 115: 34. 16 мая 2003 года на з
  • Page 116 and 117: осуществляемых в б
  • Page 118 and 119: экстремистами в Ал
  • Page 120 and 121: ЫЫ Шащ Аббас юлдцкд
  • Page 122 and 123: 3. Araslı H – Saib Təbrizi. “Ni
  • Page 124 and 125: peşəkarlığın kifayət qədər
  • Page 126 and 127: секретарь, министр
  • Page 128 and 129: представляются чле
  • Page 130 and 131: Благодаря участию
  • Page 132 and 133: назначение наказан
  • Page 134 and 135: Ч. Беккариа писал: “
  • Page 136 and 137: национальной безоп
  • Page 138 and 139: ABDULHƏMİDOV MƏHƏMMƏD Avrovada
  • Page 140: Çapa imzalanmışdır: Format: 70

Müasir dövrün qlobal problemləri fəlsəfı

2020-07-29 13:24:00

Müasir sosial-siyasi şəraitdə qlobal problemlər və onun yaranma səbəbləri

COVID-19 pandemiyası da göstərdi ki, müasir sosial-siyasi şəraitdə qlobal problemin həll edilməsi bütün millət və dövlətlərin problemi eyni dərəcədə dərk edərək onların aradan qaldırılması uğrunda birgə səy göstərməsi, beynəlxalq qlobal idarəçilik təşkil edilməsi, “hərtərəfli beynəlxalq təhlükəsizlik sistemi yaradılması” ilə mümkündü. Müasir dövrdə qlobal problemləri aşağıdakı kimi qrublaşdırmaq olar: · Beynəlxalq, bəşəri, təhlükə doğuran ictimai-iqtisadi, sosial-siyasi qlobal problemlər: müharibə və sülh problemləri, hərbiləşmə, iqtisadi fəlakətlər: aclıq, işsizlik, mənzilsizlik, əhali təbəqələri arasında gəlir fərqlərinin kəskin sürətdə artması, siyasi idarəçilik və tənzimləmə zid-diyyətləri və s.; · Beynəlxalq təbii təhlükə doğuran qlobal problemlər: təbiətin mühafizəsi və ondan səmərəli istifadə edilməsində törədilmiş bəşəri problemlər: yer altı və yer-üstü sərvətlərin, dəniz və okenaların sərvətlərinin tükənməsi təhlükəsi, təbii yaşayış vasitələrinin: torpaq, su, hava, meşə, atmosfer və s. çirkləndirilib yararsız hala salın-ması, enerji mənbələrinin tükənmək təhlükəsi vəs; · əhali artımı və mənəvi tənəzzüllə bağlı meydana çıxan demoqrafik- mənəvi qlobal problemlər: əhalinin sürətlə artması və yaşayış vasitələrinin isə zəif inkişaf etməsi, insanların ərzaq və zənaye malları ilə təmin olunmasındakı böhranlı vəziyyət, “demoqrafik partlayış”, elmi-texniki tərəqqinin doğurduğu neqativ sosial-mənəvi nəticələr, bəşəriyyətin gələcəyi üçün yaranmış ümidsizlik və mənəvi tənəzzül və s. Hazırda bəşəriyyət bütün yer kürəsini sarsan pandemiya ilə üzləşib. Müasir dövrdə peyda olan COVID-19 pandemiyası bəşəriyyəti elə qlobal sosial problemlər qarşısında qoymuşdur ki, onun həllinin gecikdirilməsi bütövlükdə bəşəriyyətin təhlükə altına alınması, dünya sivilizasiyasının naliyyətlərinin məhv olması deməkdir. Pandemiya göstərdi ki, müasir dünya mürəkkəbdir, bir-birilə mübarizə aparan meyillərlə aşılanmış, zidiyyətlərlə doludur. Yer kürəsi uzun zamandı bu cür siyasi, sosial və fiziki yük ağırlığına məruz qalmamışdı. İnsan heç vaxt təbiətdən bu qədər bac almamış, onu çıxılmaz fəlakətlərə dücar etməmiş və özü yaratdığı vasitələr qarşısında bu qədər aciz qalmamışdı (Telman Xəlilov, Maya Zeynalova, Qlobal Ekoloji Problemləri, Bakı 2014, s, 9-17). Dövlətlər arasındakı siyasi mübarizələr, insanın təbiət və cəmiyyətdən daha çox mənfəət götürmək hərisliyi olduqca kəskin və mürəkkəb iqtisadi, sosial-mənəvi, siyasi, hərbi və s. problemlər doğurmuşdur. Müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün mühüm əhəmiyyət kəsb edən və ictimai tərəqqinin ondan asılı olduğu, dünya istilik nüvə müharibəsi təhlükəsinin qarşısını almaq və sülh şəraitinin təmin edilməsi; insanların həyat səviyyəsinin yüksəldilməsi və gəlir fərqlərinin silinməsi, yer kürəsində işsizlik, aclıq, savadsızlıq və s. təhlükənin aradan qaldırılması, əhalinin sürətlə artması, onların tələbatının ödənilməsi, “demoqrafik partlayışın” tənzim ediməsi, ətraf mühitin, havanın, suyun, atmosferin çirkləndirilməsinin qarşısının alınması, bəşəriyyətin ərzaq və sənaye məhsullarına, enerji mənbələrinə artan tələbatının ödənilməsi və s. kimi qlobal problemlərə COVID-19 pandemiyası da əlavə olundu. Həmin problemlər dövlətlərin və qlobal şirkətlərin siyasi maraqları və insanın təbiətdən tamahkarlıqla istifadə etməsinin, təbiətin geoloji və bioloji qanunauyğunluqlarına məhəl qoyulmamasının (Çində insanların vəhşi heyvanlar, həşəratlarla qidalanması) ictimai inkişafda kortəbiilik və təsərrüfat quruculuğunda pozğunluq və anarxiyanın olması, hərbiləşdirmənin və s. nəticəsidir. Pandemiya kimi qlobal problemlər və onların həlli bütün dövlət və vətəndaşın birgə səyini tələb edir. Ümumbəşəri, qlobal problemləri bir dövlətin və ya dövlətlər qrupunun qüvvəsi ilə həll etmək qeyri mümkündür. Burada ümumdünya miqyasıəməkdaşlıq, qarşılıqlı fəaliyyət zəruridir. (http://www.science.gov.az/news/open/12727)Yaşadığımız dövrün tələbi bundan ibarətdir. Hazırda bəşəriyyət üçün qlobal təhlükə yaranmışdır ki, heç bir dövlət, heç bir millət ondan kənarda qala bilməz. Bu qlobal təhlükə bəşəriyyətin qlobal vəhdətini, qlobal siyasət yürütməsini, tələb edir Hər bir dövlətin ali məqsədi əhalinin daim artan maddi və mənəvi tələbatını daha tam ödəməkdən ibarətdir. Lakin cəmiyyət miqyasında əhalinin maddi və mənəvi tələbatının ödənilməsi nisbilik təşkil edir, mütləq təminatın ödənilməsi mümkün olmur. Çünki əhalinin daim artması, müharibələr, sosial-iqtisadi böhranlar, işsizlik, aclıq, xəstəliklər və i.ax. əhalinin təlabatının ödənilməsi ilə əlaqədar olaraq cəmiyyətin qarşısında mürəkkəb problemlər qoyur. Həmin problemlər bəzən hətta “demoqrafik” partlayış səviyyəsinə yüksəlir. Hazırda dünya əhalisinin sayı 5,5 milyardı ötüb keçmişdir. Həmin əhalinin yaşayış vasitələrinə tələbatının ödənilməsi çox ciddi problemlər, “demoqrafik partlayış” təhlükəsi doğurur. Həmin problemlər bunlardır: · Əhalinin sürətlə artmasının tənzimlənməsi, əhalinin daha çox sənayeləşməsi və böyük şəhərlərdə mərkəzləşməsi, urbanizasiya prosesi; · əhalinin sürətlə artması ilə əlaqədar olaraq onun maddi və mənəvi sərvətlərə olan təlabatının ödənilməsinin cətinlikləri; · elmi-texniki tərəqqi tərəqqi və qloballaşmanın doğurduğu sosial-mənəvi nəticələrin insanlarda düşgünlük inamsızlıq əhval-ruhiyyəsi yaratması; · yeni-yeni maddi ehtiyatlar, ərzaq və enerji mənbələri axtarmaq zəruruiliyi; işsizlik, sağlamlıq, təhsil-tərbiyə, psixoloji pessimizm ziddiyyətləri, bütövlükdə mənəvi tənəzzül hallarının ara-dan qaldırılması məsələləri; · spid, xərcəng, ürək-damar, şəkər və digər xəstəliklərin əhalinin yaşayış tərzinə təsri. Dünyada əhali sürətlə artır, onların yaşayış vasitələri, maddi nemətlərlə təmin edilməsi məsələləri getdikcə daha çox kəskinliklə qarşıya çıxır. Başlıca qlobal problemlərdən biri də insanın fiziki və mənəvi sağlamlığının təmin edilməsidir. Hədsiz kimyavi maddələrin, kübrələrin, dərmanların istifadəsi, ağır informasiya axını, urbanizasiya prosesi, texnikləşmiş şəhər həyatının həyacanları və s. insan sağlamlığına, psixikasına mənfi təsir edir. Meydana çıxan COVID-19 pandemiyası bir nevi dövlətlərin və sistemlərin imtahanıdır. Müasir dünyada pandemiyanın yaratdığı fəsadalr getdikcə artmaqda. Siyasi, iqtisadi və sosial sahələrdə tənəzül yaraddan pandemiya bir çox dövlətlərdə fəsadlar törətməsi gözlənilən hal hesab olunur. Əfqan Vəliyev Sosial Tədqiqatlar Mərkəzinin Baş Məsləhətçisi

Bu bölməyə aid digər xəbərlər

Ağdaşda məktəbdən oğurluq edildi

2023-03-11 12:29:30

Türkiyədən təxliyə başa çatıb – 686 nəfər ölkəmizə gətirilib

2023-03-11 11:05:05

Bakıda 16, Gəncədə 17 yaşlı qız itkin düşdü

2023-03-11 10:24:00

Türkiyə alimindən xəbərdarlıq: “Ölkədə 7 maqnitudada zəlzələ olacaq”

2023-03-11 09:03:37

Qara dəniz sahillərində ZƏLZƏLƏ

2023-03-09 09:17:01

Rusiyada yenidən zəlzələ oldu

2023-03-09 08:05:00

Rusiya sahillərində güclü zəlzələ baş verdi

2023-03-08 11:18:46

Biləsuvarda ZƏLZƏLƏ – Digər rayonlarda da hiss edildi

2023-03-08 10:56:55

İki azyaşlı dəm qazından zəhərlənib

2023-03-08 09:48:54

Bakıda azyaşlılar arasında dava düşüb, bıçaqlanan var

Azərbaycan Milli Elmlər Akademiyası

Dövrümüzün ekoloji problemlərinin həllində biotexnologiyaların xüsusi rolu

İşğaldan azad edilən ərazilərdə mövcud olan ekoloji problemlərin həllinə doğru

Təbiət haqqında bir çox bədii əsərlərin müəllifi, görkəmli rus yazıçısı Nikolay Sladkov qeyd edirdi: “Çoxdandır ki, biz təbiətə diqqətlə baxırıq. Özümüzə baxmağın zamanı yetişməyibmi? Quşların və heyvanların narahat gözlərində, çəmənlik və meşələrin gözlərində biz necə görünürük? Kimik biz – Yer üzünün sahibləri? Nə istəyirik? Və nə edirik?”

Müasir cəmiyyətlərin fəaliyyəti nəticəsində yaranmış ekoloji problemlər, kəskin içməli su çatışmazlığı, torpaqların, hətta nəfəs aldığımız havanın çirklənməsi, flora və faunaya dəyən zərər – bu kimi məsələlər yazıçının fikrini olduqca aktual edir. Müasir dövrümüzün ekoloji problemləri alimlərin də qarşısına mühüm vəzifələr qoyur, çünki müxtəlif səpkili çirklənmələrin qarşısı alınmasa bəşəriyyət qlobal fəlakətlə üzləşəcək. Bu, qaçılmazdır.

Azərbaycan alimlərinin də bu yöndə çoxsaylı tədqiqatları var. Bu yaxınlarda Rusiyada AMEA-nın Mikrobiologiya İnstitutunun baş elmi işçisi, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, biologiya elmləri doktoru, professor Nəriman İsmayılovun rus dilində “Praktiki ekobiotexnologiyanın elmi əsasları” («Научные основы практической экобиотехнологии») kitabı çapdan çıxıb.

Vəsaitdə müasir dövrün aktual ekoloji problemlərini həll etməyə imkan yaradan biotexnologiyalara nəzər salınır. Burada ətraf mühit ekologiyasının ümumi qiymətləndirilməsi, biosferin bioassimilyasiya potensialının təhlili və insan cəmiyyətinin bioekoloji potensialı haqqında söhbət açılır. Son hadisələri nəzərə alaraq qeyd edə bilərik ki, təqdim edilən biotexnologiyalar işğaldan azad edilən ərazilərdə mövcud olan ekoloji problemlərin müəyyən edilməsi və həllində də əhəmiyyətli rol oynayacaq.

Monoqrafiyanın “Ətraf mühit ekologiyasının qiymətləndirilməsi” adlı birinci fəslində ekoloji, qlobal (biosfer), milli (ölkə ərazisində), regional (geosistem) və lokal (yaşayış məntəqələri, sənaye mərkəzləri və müəssisələri çərçivəsində) monitorinqlər vasitəsilə müxtəlif qiymətləndirmələrin aparılması, həmçinin ətraf mühiti çirkləndirən amillər (neft və neft məhsulları, partlayıcı maddələr, fenollar, ağır metallar, radioaktiv maddələr və s.) haqqında dolğun məlumat verilir.

“Ətraf mühitin biotexnologiyası” adlı ikinci fəsil ekoloji balansın qorunub saxlanılması prinsipləri, bəşəriyyətin bioekoloji potensialı, biotexnologiyaların əsas yanaşmaları (bioremediasiya, mikrob biotexnologiyası, fitoremediasiya texnologiyaları və b.), həmçinin biotexnologiyalardan istifadə perspektivlərinə həsr edilib. Bundan əlavə müəllif olduqca aktual məsələlər haqqında – fotosintez zamanı toplanan enerjinin səmərəli istifadəsi (bioloji yanacağın istehsalı) ilə bağlı texnoloji bioenergetika sahəsi, sintetik materialları əvəz edə biləcək təbii polimerlər əsasında hazırlanan bioparçalanan plastiklərin səciyyəvi xüsusiyyətləri, bərk məişət tullantılarının utilizasiyası və emalı haqqında da ətraflı danışır.

Ətraf mühitin çirklənmədən qorunması və özünü təmizləməsinin təbii mexanizmləri, ekosistemlərin özünü tənzimləməsi, torpaqların ksenobiotik, pestisid, neft məhsulları və ağır metallardan təmizlənməsi və digər bu kimi mühüm məsələlər monoqrafiyanın üçüncü fəslində araşdırılır.

Dördüncü fəsildə suların təmizlənməsi sahəsində istifadə edilən biotexnologiyalardan söhbət açılır. Hazırda su obyektlərinin çirklənməsi problemi olduqca aktualdır. Bu məqam vəsaitdə də xüsusilə vurğulanır: “Suyun müəyyən və daimi tərkibi canlıların yaşayışı üçün əsas amildir. Qəbul etdiyimiz suyun miqdarı və tərkibi dəyişəndə həzm, qan dövranı və digər proseslər pozulur”. Bu fəsildə su obyektlərinin neftlə çirklənmə səviyyəsinin öyrənilməsi, səth və qrunt sularının təmizlənməsi üsulları tədqiq edilir.

Neft istehsalı biotexnologiyasında istifadə olunan mikroorqanizm və substratlar, neft emalı zamanı süd zərdabı, biopolimerlər və bioloji səthi-aktiv maddələrin tətbiqi, neft istehsalı biotexnologiyalarından səmərəli istifadə meyarları, neft və neft məhsulları ilə çirklənən torpaqların təmizlənmə üsulları – bütün bu məsələlər monoqrafiyanın növbəti fəslində öz əksini tapıb.

“Ekoloji əkinçilik” adlı altıncı fəsildə ekoloji əkinçiliyin əsasları, kənd təsərrüfatı ekoməhsullarının sertifikatlaşdırılması, kənd təsərrüfatının ekolojiləşdirilməsində istifadə olunan mikrob texnologiyaları, heyvandarlıq tullantılarının emalı və digər məsələlərdən danışılır.

Vəsaitin sonuncu fəsli isə ekoloji mədəniyyət və ekoloji sivilliyə həsr edilib. Müəllif xüsusilə qeyd edir ki, “ekoloji məsuliyyət, insanların və ümumilikdə bəşəriyyətin ekologiya sahəsində məsuliyyətli davranışı müasir əxlaqın bir hissəsidir. Buna görə də ayrı-ayrı fərdlərin və bütün bəşəriyyətin ekoloji tərbiyəsi dövrümüzün tələbidir”. Burada dövlətlər və xalqların dayanıqlı inkişafı və milli təhlükəsizliyinin strateji əsasını təşkil edən sosial tərəqqi – iqtisadiyyat – ekologiya üçlüyü haqqında söhbət açılır ki, antropogen cəhətdən yüklənmiş Yer üzünü nəzərə alsaq dünya ölkələrinin əsas səciyyəvi xüsusiyyətini artıq sırf iqtisadi və ya sosial-iqtisadi deyil, məhz ekoloji-sosial-iqtisadi amil təşkil edir.

Yuxarıda sadalananlardan aydın görünür ki, sözügedən fundamental elmi əsər dövrümüzün olduqca aktual problemlərinin həlli yollarını axtaran alim və mütəxəssislər üçün sanballı bir töhfədir. Oxuculara həmçinin, araşdırılan mövzuları əhatə edən 40-dək şəkil və 40-a yaxın cədvəl, müxtəlif sxem və düsturlar təqdim edilir.

Beləliklə, biotexnoloji üsullar ətraf mühitin qorunmasında əvəzsiz rol oynayır. Bu baxımdan yazıçı Nikolay Sladkovun digər sözləri çox yerinə düşür: “Yeri, təbiəti qorumaq üçün onu sevmək, sevmək üçünsə tanımaq lazımdır. Tanıyandan sonra isə təbiəti sevməmək mümkün deyil”. Nəriman İsmayılovun “Praktiki ekobiotexnologiyanın elmi əsasları” monoqrafiyası bizə təbiəti biraz da tanımağa, tanıdıqdan sonra isə sevib qorumağa kömək edir.

Vəsait müəllimlər, tələbələr, texnoloqlar, ekoloqlar, kənd təsərrüfatı işçiləri, dövlət işçiləri, habelə istehsalatda çalışan məsul şəxslər, sosial və ekologiya sahəsində dayanaqlı inkişaf proqramlarını hazırlayanlar üçün nəzərdə tutulub.

Nəzmin CƏFƏROVA, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Comments are closed, but trackbacks and pingbacks are open.