Müasir texnologiyaların uşaqların sağlamlığına mənfi təsiri və onlardan qorunma mexanizmləri
yüksəldən əsas amil olduğundan, belə nəticəyə gəlmək olar ki:
Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər
1. Yeni təlim texnologiyalarının mahiyyəti. Ənənə və müasirlik.
2. Yeni təlim texnologiyalarının prinsipləri.
3. Ənənəvi təlimdən fəal və interaktiv təlimə.
4. Fəal və interaktiv təlim metodlarının səciyyəsi.
5.İnteraktiv təlim metodu ilə keçilən dərslərin mərhələləri
və səciyyəvi xüsusisiyyətləri.
6 . İnteraktiv təlim metodlarının təsnifatı və məzmunu.
7. Dərsdə şagirdlərin qiymətləndirilməsi.
1. Yeni təlim texnologiyalarının mahiyyəti.
Ənənə və müasirlik
İnkişaf etmiş Qərb dövlətlərinin təhsil sistemində istifadə edilən aktiv və ya
interaktiv təlim metodlarından respublikamızın təhsil müəssisələrində yüksələn xətlə
Bu metodların şagird şəxsiyyətinin formalaşdırılmasında xüsusi yeri vardır.
Təlimi humanistləşdirmədən, humanitarlaşdırmadan, demokratikləşdirmədən şagird
şəxsiyyətini formalaşdırmaq olmaz. Təlimin humanistləşdirilməsi prinsipi sosial,
bəşəri və mədəni ideyalara xidmət edir. “Məlum olduğu kimi islahatın əsas mahiyyə-
tini təhsilin humanistləşdirilməsi, humanitarlaşdırılması, demokratikləşdirilməsi,
diferensiallaşdırılması və inteqrasiya kimi prinsiplər təşkil edir. Bu prinsiplər isə milli
zəminə, bəşəri dəyərlərə əsaslanan dünyəvi təhsil sisteminin yaradılmasının, təhsil
alanın şəxsiyyət kimi formalaşdırılması üçün onun təlim-tərbiyə prosesinin bərabər
hüquqlu subyektinə çevrilməsini bir vəzifə kimi qarşıya qoyur”. Yeni təlim
texnologiyalarında şagirdlərin intellektual, mənəvi cəhətdən inkişaf etdirilməsi ön
plana keçirilir. Yeni texnologiyaların təlimdə tətbiqi şagirdlərin öz fikirlərini aydın,
məntiqi ardıcıllıqla ifadə etmələrinə şərait yaradır. Bu metodlar şagirdlərin yaradıcılıq
qabiliyyətinin inkişafını təmin etməklə, onlarda yüksək ünsiyyət mədəniyyəti
materiallarında göstərilir: “Fasiləsiz təhsil konteksində şəxsiyyətin, kamil insanın
hazırlığı üzrə dünya təcrübəsinə inteqrasiya prinsipi zəruri faktor kimi qəbul edilməli,
həmin istiqamətdə konkret fəaliyyət həyata keçirilməlidir“. Bu şagirdləri müəyyən
qədər fəallaşdıran, təlimdə müvəffəqiyyət qazanmağa imkan verən ənənəvi təlim
metodlarından bütövlükdə imtina etmək demək deyildir. Ənənəvi metodların müsbət
cəhətlərindən istifadə edərək yeni yanaşmanın, yeni təlim texnologiyalarının,
innovasiyaların pedaqoji, psixoloji əsaslarını işləmək və nəticəyönümlü, şagirdə isti-
qamətlənmiş təlim-tərbiyə prosesinin elmi əsaslarının müasir tələblərə uyğun
araşdırmaların aparılması təhsil sisteminin qarşısında duran ən aktual problem kimi
Yuxarıda təlim metodlаrı təlimdə müəyyən məqsədə nail olmaq üçün müəllim
və şagirdlərin fəaliyyətinin nizama salınması qaydasıdır. Təlim metodları dedikdə,
məqsədə nail olmaq, təhsil vəzifələrini həll etmək yollarının məcmusu başa düşülür.
Pedaqoji ədəbiyyatda metod anlayışı müəllimin və ya şagirdlərin fəaliyyətinə aid
edilir. Müəllimin fəaliyyəti ilə bağlı olan metodlar tədris metodları, şagirdlərin
fəaliyyəti ilə bağlı olan metodlar isə öyrənmə metodları adlanır. Müəllim və
şagirdlərin birgə fəaliyyəti ilə bağlı olan metodları təlim metodları kimi işlətmək
lazımdır. Təlim metodları strukturunda priyomları (tərzləri) da fərqləndirmək la-
zımdır. Priyom metodun elementidir, onun tərkib hissəsidir, metodun tətbiqində
Təlim metodu mürəkkəb, çoxparametrli bir anlayış olmaqla təlimin məqsədini,
məzmununu, qanunauyğunluqlarını, prinsiplərini səmərəli həyata keçirmək üçün
istifadə olunur. Təlimin məqsədinin, məzmununun keyfiyyətlə icrası seçilmiş
metodların praktik imkanlarından asılıdır. Bu imkanları məhz metodlar təmin edir və
didaktik sistemin inkişaf sürətinə təkan verir. Təlimdə tətbiq edilən metodlar inkişafa
nə qədər çox şərait yaradarsa, təlimin səmərəsi də bir o qədər yüksək olаr.
Bu mənada interaktiv təlim metodları üstünlük təşkil edir.
İnkişafetdirici, nəticəyönümlü təlim əsas üç funksiyanı yerinə yetirdiyindən,
bunlar təlim-tərbiyə prosesində nəzərə alınmalıdır:
pedoqoji – buraya şagirdin təlimlə bağlı inkişafına təsir göstərən amilləri:
mikromühiti, kommunikasiyaları, şəxsi təcrübə və metodları;
psixoloji – buraya təlim nəticələrinin mənimsənilməsini təmin edən
şagirdlərin psiхoloji imkanları: səyi, marağı, xarakterik xüsusiyyətləri;
sosial – buraya əxlaq, əmək, elm, incəsənət, din və s. ilə əlaqədar bilik və
bacarıqların verilməsi daxildir.
Təlim prosesinin mahiyyəti, təlim metodlarının məzmunu ictimai şərait inkişaf
etdikcə dəyişdiyindən, Azərbaycan Respublikası azad, müstəqil inkişaf yoluna
keçdikdən sonra inkişafın xarakterinə uyğun olaraq təlim metodları da forma və
məzmunca yeniləşməyə başlamışdır. Cəmiyyət müstəqil düşünən, kamil,
rəqabətəqabil şəxsiyyət, yaradıcı insan yetişdirməyi problem kimi təhsil müəsisələri-
nin qarşısında qoymuşdur. Bu vəzifələri həyata keçirmək, reallaşdırmaq inkişaf etmiş
qabaqcıl ölkələrdə mövcud olan fəal təlim metodlarından, milli-mənəvi dəyərləri
nəzərə alaraq istifadəni zərurətə çevirmişdir.
Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı yeni təlim
metodlarından, təlim texnologiyalarından istifadənin elmi, pedaqoji – psixoloji
əsaslarının işlənilməsini əsas problem kimi qarşıya qoymuşdur. Təhsil sistemində
yeni təlim texnologiyalarının tətbiqi təlim prosesinin səmərəliliyini, keyfiyyətini
yüksəldən əsas amil olduğundan, belə nəticəyə gəlmək olar ki:
– tədris prosesi nəticəyönümlü proses olduğundan, məqsədi əvvəlcədən
müəyyənləşdirilmiş və şagirdə istiqamətlənmiş təlim həyata keçirilməlidir;
– tədris və təlim bir-biri ilə sıx bağlı olduğundan daim qarşılıqlı əlaqədə
Müasir texnologiyaların uşaqların sağlamlığına mənfi təsiri və onlardan qorunma mexanizmləri
İnsan fəaliyyətinin, demək olar, bütün sahələrini əhatə edən müasir texnologiyalar həm uşaqlara, həm də böyüklərə bu və ya digər dərəcədə təsir göstərir. Uşaqlar gün ərzində internetdə orta hesabla 7 saat vaxt keçirirlər. Kompüterdən düzgün istifadə uşaqlara fayda gətirə bilər, yanlış istifadə onlara fiziki və psixoloji cəhətdən xeyli zərər vura bilər. Uşaqların texnologiyalara marağı erkən yaşdan başlayır. Zaman keçdikcə onlar internetdə daha çox vaxt keçirirlər. Statistikaya görə, 8 yaşlı uşaqlar arasında orta hesabla 10 nəfərdən 5-6-sı hər gün internetə daxil olur.
Milli.Az bildirir ki, bu fikirləri AZƏRTAC-a AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva deyib. O, internet və ya kompüter texnologiyalarından istifadənin uşaqların fiziki, mənəvi və psixoloji sağlamlığına təsirini araşdırıb. Həmçinin kompüter, mobil telefon və s. texnologiyaların təsiri ilə uşaqlarda yaranan bəzi xəstəlikləri və onlardan qorunma yollarını tədqiq edib.
Uşaqlar virtual aləmin təsiri ilə yata bilmirlər
İnternetdən istifadə uşaqların həyatında ikitərəfli rol oynayır. Belə ki, internetin uşaqların dünyagörüşünün inkişafına, biliklərinin artırılmasına müsbət təsiri, eyni zamanda, onların sağlamlığı ilə bağlı problem yaradan mənfi təsiri mövcuddur.
Kompüterin arxasında uzun müddət vaxt keçirməyin sağlamlığa zərəri hamıya məlumdur, formalaşmamış uşaq orqanizminə isə bu, daha pis təsir edir. Belə hallarda uşaqlarda baş ağrıları və başgicəllənməsi yaranır. Çiyinlər enmiş vəziyyətdə uzun müddət oturan zaman onların sümük-əzələ sistemində dəyişiklik yaranır və tezliklə bel sütununun əyilməsinə səbəb olur.
Bəzən məktəblilər internetə elə aludə olur ki, onlar gecəyarıyadək öz nootbukları arxasında vaxt keçirir, ya dostları ilə çat otaqlarında söhbətləşir, ya da şəbəkədə müxtəlif oyunlar oynayırlar. Bu proses uzun müddət davam edirsə, yuxusuzluq yaranır. Onlar virtual aləmin təsiri nəticəsində yata bilmirlər. Bu vəziyyət sağlamlıqla bağlı bir sıra problemlər ortaya çıxarır.
İnformasiya axtaran, yaxud bütün gününü sosial şəbəkələrdə keçirən uşaqlar da var. Onlar bəzən lazım olan və olmayan hər şey barəsində internetdə axtarışlar edir, yaxud şəbəkədə müxtəlif oyunlar oynayaraq, vaxtının çox hissəsini kompüter arxasında keçirirlər.
Uşaq və yeniyetmələrdə internetdən asılılıq
Uşaq və yeniyetmələrin kompüterdən istifadəsi müxtəlif zaman intervalında olmalıdır. Uşaqlar kompüterdən müəyyən biliklər əldə edir, amma onların kompüter qarşısında saatlarla əyləşməsi təhlükəlidir. Onların texnologiyaya aludə olması öz fiziki və psixoloji vəziyyətlərinin korlanmasına gətirib çıxara bilər. Belə ki, saatlarla vaxtını kompüter arxasında keçirən uşaqlarda dayaq-hərəkət sistemi pozulur, onlar sanki “pinqvinləşir”. Çox vaxt onlar müəyyən maraqlarını ödəmək üçün kirpiyini qırpmadan uzun müddət kompüterin arxasından qalxmırlar. Yaxın məsafədən kompüterin ekranına baxmaq göz fokusunu pozur. Nəticədə gözlərin buynuz qişası quruyur, göz sağlamlığını itirir və kiçik yaşlardan gözlərin zəifləməsinə gətirib çıxarır. Digər tərəfdən, bu maraqlar daha da dərinləşərək onları internetdən asılı vəziyyətə salır.
İnsanlarda kiçik yaşlarından başlayaraq ətrafdakılara qarşı ünsiyyət vərdişləri formalaşır. Virtual aləmdə tanımadığı “tanışları” və “dostları” ilə hər gün ünsiyyət qurması və interaktiv oyunlar uşaqları zaman, məkan, reallıq hissindən uzaqlaşdırır. Virtual aləmə üstünlük verən bu cür uşaqlar internetdən asılılığın qurbanına çevrilmə ehtimalı yüksək olan risk qrupuna aid edilirlər. Onlar kompütersiz özlərini depressiyada hiss edir, ətrafdakılarla ünsiyyət qurmağa maraq göstərmirlər. İnternet asılılığı artıq bəzi ölkələrdə xəstəlik kimi qəbul olunub.
Erkən yaşda planşetdən istifadə edən uşaqlarda sosiallaşma çətinləşir
İnsan beyni 25 yaşadək daha sürətlə inkişaf edir. Radiodalğaların yaydığı radiasiya beyin hüceyrələrinin məhvinə səbəb olur. Bunun ən tez təsir etdiyi sahə isə uşaq orqanizmidir. Belə nəticəyə gəlmək olur ki, texnologiyaların uşaq fiziologiyasına vurduğu zərər psixoloji zərərdən daha çoxdur.
Eyni yaşda uşaqlar üzərində aparılan təcrübə göstərir ki, mobil telefonlardan istifadə edən uşaqlarda digərlərinə nisbətən diqqət daha çox yayınır, öyrənmə həvəsi azalır və s.
Uşaqların çoxu mobil telefonlardan danışmaq, ünsiyyət qurmaq, digərləri isə müxtəlif oyunlar məqsədilə istifadə edir. İstifadəçinin yaşı nə qədər az olarsa, mobil telefonların ona verdiyi zərərin bir o qədər çox olduğu müşahidə edilir.
Uşaqların maraq dairəsinə daxil olan rəqəmsal əşyalardan biri planşetdir. Demək olar ki, onlar kiçik yaşlardan planşetlə necə rəftar etməyi bacarırlar. Valideynlər yaxud ətrafdakılar mane olmadıqda onlar saatlarla öz “sevimli əşyaları” ilə məşğul olurlar. Nəzərə çarpan cəhətlərdən biri odur ki, erkən yaşda planşetdən istifadə edən uşaqlarda sosiallaşma çətinləşir, onlar zaman keçdikcə, özlərinə qapanırlar. Ümumiyyətlə, 2 yaşa qədər uşaqlara rəqəmsal əşyalardan istifadə etmək məsləhət deyil. 2-6 yaş arası uşaqların isə az istifadə etməsi, yaxud heç istifadə etməməsi yaxşı olar. 6-8 yaş arası uşaqlar dərslərini hazırlamaqdan savayı, ana və atasının iştirakı ilə yarım saat planşetlə məşğul ola bilər. 8 yaşdan böyük uşaqlarda isə bu vaxt 1 saatı keçməməlidir.
Uşaqların kompüterdə işləməsinə icazə vermək və yaxud qadağan etmək lazımdır?
İnternetdən intensiv istifadə rəqəmsal aləmdə böyüyən uşaqların maraqlarını ödəsə belə, onların sağlamlığı üçün bir problem kimi qarşıya çıxır. Bu problemlə bağlı əsas yük valideynlərin üzərinə düşür. Bu zaman valideynlərin qarşısında sual yaranır: uşağın kompüterdə işləməsinə icazə vermək, yaxud qadağan etmək lazımdır?
Bu sualın cavabının tapılması üçün uşaqların şəxsi xüsusiyyətləri və onların yaşadıqları mühiti nəzərə almaqla, kompüterlə işləmə həvəsinin bütün müsbət və mənfi cəhətləri təhlil olunmalıdır. Valideynlər övladlarının texnologiyalardan işləməsinə daim nəzarət etməlidir. İlk olaraq azyaşlının texnologiyalardan istifadə müddəti müəyyənləşdirilməlidir. Mütəxəssis və həkimlə məsləhətləşdikdən sonra buna uyğun olaraq valideynlər tərəfindən qərar qəbul edilməlidir.
Milli.Az
Dövlət Pedaqoji Universitetinin əməkdaşları İsveçdə müasir təlim texnologiyaları barədə yenilikləri öyrəniblər
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tərəfdaşlarından biri olduğu “Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsi çərçivəsində İsveçdə təlim keçirilib. Avropa İttifaqının “Erasmus+” proqramı üzrə Bakı Biznes Universitetinin əlaqələndiriciliyi ilə reallaşdırılan layihə çərçivəsində təşkil olunmuş tədbirdə universitetin keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov, tədqiqat və inkişaf şöbəsinin mütəxəssisi Xəyyam Cəfərzadə iştirak ediblər.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, Kral Texnologiya İnstitutunda (KTH) keçirilən təlimlərin ilk günündə institutun prorektoru Stefan Ostlund və həmin təhsil müəssisəsi üzrə əlaqələndirici Viktor Kordas çıxış ediblər. 1827-ci ildə yaradılmış KTH–in tarixi və əldə olunmuş nailiyyətlər haqqında məlumat verilib. Təhsildə keyfiyyətin təmin olunması siyasəti və alətlər, müxtəlif sorğuların aparılması, tədqiqat, tədris və idarəetmənin keyfiyyətinin qiymətləndirilməsi və s. haqqında ekspertlər tərəfindən təqdimatlar olub.
Təlimlərdə keyfiyyət alətlərinin proqram və ixtisaslara tətbiqi, Kral Texnologiya İnstitutunun keyfiyyət strukturu və siyasəti, müasir təlim texnologiyaları, İsveç ali təhsil sistemi, keyfiyyətin təminatı sistemi haqqında danışılıb.
Layihə iştirakçıları Skandinaviyanın ən qədim ali təhsil müəssisəsi olan, əsası 1477-ci ildə qoyulmuş Uppsala Universitetində də olublar. Ali məktəblə tanışlıqdan sonra universitetin Keyfiyyətin Təminatı Mərkəzi və onun şöbələrinin rəhbərlərinin mövcud təcrübə ilə bağlı təqdimatları olub, müzakirələr aparılıb.
Təlim iştirakçılarına sertifikatlar təqdim edilib.
Comments are closed, but trackbacks and pingbacks are open.