Press "Enter" to skip to content

Azərbaycan dövlətinin təhsil strategiyası ən müasir təhsil müəssisələrinin yaradılması, vətəndaşların keyfiyyətli təhsillə təmin edilməsidir

Bizi əhatə edən dünya daim dəyişir və şagirdlərin ehtiyaclarının ödənilməsi tətbiq etdiyimiz hər bir yeniliyin əsasında durur. Məktəbin proqramı dəstəkləyici mühitdə təlim təcrübəsi ilə şəxsiyyətin inkişafını özündə birləşdirir. Biz müəyyənləşdirdiyimiz dəyərlərə əsaslanaraq bu məsuliyyətli və çətin bir yolda sizinlə birlikdə addımlayırıq. Biz şagirdlərimizin yalnız MTK daxilində deyil, sərbəst həyata addım atdıqdan sonra da uğur qazanması, təhsilini davam etdirməsi üçün müvafiq dəstəkləyici proqramlar tətbiq edirik. Məqsədlərimizdən biri şagirdlərimizin öz bilik və bacarıqlarını yalnız ana dilində deyil, həmçinin xarici dildə də təqdim edə bilməsidir. Bu məqsədə çatmaq üçün son illər ərzində bağça və ibtidai məktəbin bilingual sistemdə fəaliyyətini dəstəkləyirik.

MÜASİR TƏHSİL SİSTEMİNDƏ MİLLİLİK VƏ BƏŞƏRİLİK

Müasir dövrdə Azərbaycan təhsilinin qarşısında duran ən ümdə vəzifələrdən başlıcası millilik və bəşərilik ideyalarını paralel şəkildə gələcəyin vətəndaşına çatdırmaqdır. Belə ki, millilik xalqın mənəvi aləmini-mədəniyyətini, adət-ənənəsini, keçmişini, dünənini bir yerdə yoğurarkən, digər tərəfdən bəşərilik ideyaları- inkişaf, tərəqqiyə aparan düşüncələr hakim kəsilərək daima irəliyə aparmalıdır. Təhsil cəmiyyətin gələcək taleyini müəyyən etdiyi üçün bu yolda vacib məsələlər ön plana çəkilərək diqqətə alınmalıdır. Elmimizi milli və bəşəri dəyərlər qidalandırarsa, dünya səviyyəsində özümüzü sübut etmək imkanlarımız genişlənəcəkdir.

Açar sözlər: müasir təhsil, millilik, bəşərilik, təhsildə keyfiyyət.

Bütün bəşəriyyət tarix boyu təcrübə sınaqlarından keçərək müasir dövrümüzə kimi insanlıq yolunda əmək sərf etmiş, həyatı daha gözəl, mənalı yaşamaq, asanlaşdırmaq, sərfəli etmək üçün çalışmışdır. Cəmiyyətin inkişafı məhz qədimdən əldə edilmiş biliklərdən başlanğıc götürərək öz yolunu indiyə kimi davam etdirmişdir.

Bunun üçün seçilən üsulların başında təhsil dayanır. Hər an yenilikləri ilə inkişafa meyl edən bu sistemin qurulmasında hansı amillərin nəzərə alınması vacibdir. Belə ki, Azərbaycan təhsilinin modernliyinin, səmərəli inkişafının və keyfiyyətinin göstəricilərində millilik və bəşəriliyi ayrı təsəvvür etmək qeyri-mümkündür. Təhsilin vacib məsələlərindən biri də milli dəyərlərimizi bəşəriyyətə, bəşəri dəyərləri xalqımıza çatdırmasıdır. Eyni zamanda milli dəyərlərimiz bəşəri dəyərlər səviyyəsinə qaldırılmalıdır.

Təhsil qanununda deyildiyi kimi: “Təhsil cəmiyyətdə dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik olan və üstün inkişaf etdirilən fəaliyyət sahəsidir. Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır.”

Beləliklə, təhsil sistemində bu iki faktorun mühüm rolu, həyata keçirilməsi məhz keyfiyyət göstəricisinin yüksəlməsinə səbəb ola bilər. “Qeyd etmək yerinə düşərdi ki, son zamanlar bu haqda çox danışılır, müzakirələr keçirilir, qərarlar qəbul edilir. Təhsil menecmenti – təhsilin əsasları fənni ilə məşğul olan alimlər çalışırlar ki, öz elmi axtarışlarında məktəbin inkişafı proseslərini araşdırsınlar, təhsildə keyfiyyət, onun əldə edilməsi, məqsədin proqnozlaşdırılması, nəticə və onun müəyyənləşdirilməsinin elmi əsaslarını açıqlasınlar.” [ 4; s.4]

Təhsil vətəndaşı həyata hazırlayır. Hər bir vətəndaş sağlam, möhkəm addımlarla həyata atılmalıdır. Möhkəm bir cəmiyyət, sağlam bir gələcək üçün milli və bəşəri dəyərlərin sintezi reallığa çevrilsə, düzgün, vətənə layiqli övlad yetişdirmək daha asan olar.

Uşaq anadan olandan həddi – buluğ çağına çatana qədər doğulduğu torpaqda tərbiyə edilməlidir. Məhz həmin torpaqda ayaqyalın gəzməsi, öz torpagında insanlığı dərk etməsi, tərbiyə alması, yaxşını, pisi burada anlaması onu bu torpağın bir parçası edir. Gələcəyin vətəndaşında Vətəni, milləti sevmək duyğusu əvvəlcədən möhkəm özüllərlə yaradılmalıdır ki, Vətənə, millətə məhəbbəti özünə məhəbbətdən qat-qat çox olsun və o, milli mənlik şüuru ilə heç zaman torpağa xəyanət etməsin.

Təhsildə demokratik idarəetmə məsələləri haqqında R.H.Cabbarovun qeyd etdiyi kimi: “Azərbaycan təhsilində milli xüsusiyyətlər nəzərə alınmaqla demokratik fikirli vətəndaş yetişdirmək, onlarda sərbəst düşünmə tərzi formalaşdırmaq, dünya təhsil sisteminə inteqrasiya üçün şərait yaratmaq zərurəti yaranır.” [ 6; s.114]

Milli mənlik şüuru, hər şeydən öncə Vətənə, xalqa və millətə bağlı hissdir. Tarixi dövrün görkəmli ictimai fikir nümayəndələrinin qiymətli irsi bu düşüncənin təbliğatçısı kimi əhəmiyyətli rol oynayır. Bu ideyaya ümummilli lider H. Əliyevin fikri ilə qüvvət vermək yerinə düşərdi: “Çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr əsasında tərbiyə edilsin”

Insanı səciyyələndirən keyfiyyətlərdən çoxu onun maddi ehtiyacları, intellekti, bilik və əməli vərdişləri ümumbəşəri səciyyə daşıyır. Əsrlər boyu əvvəlki nəsillərin fəaliyyəti ilə yaranmış elm və texnologiya maddi-texniki sərvətlər bütün insanlar üçün ünvanlanmışdır. Lakin bu və ya digər millətə mənsub olan adamlar müəyyən dildə danışır, müəyyən adət-ənənələri qoruyub-saxlayırlar. Milli ideallar, milli mentalitet bəşəri dəyərləri istiqamətləndirərsə, əsasını təşkil edərsə, təhsil də mükəmməl sütunlar üzərində qurular.

Millilik odur ki, insan öz mayasının hardan yoğruldugunu hiss etsin, duyub qiymətləndirməyi bacarsın. Deməli, biz müasirləşməli, qloballaşma və inteqrasiyaya doğru öz milli dəyərləri, milli xarakteri, milli adət-ənənələri olan bir xalq kimi getməliyik. Mədəni səviyyənin yüksəldilməsi yolunda təhsilin hər iki istiqamətə – millilik və bəşəriliyə istinad edən zəmin üzərində qurulması təmin olunsa, daha məqsədəuyğun olar.

Türk millətinin lideri Mustafa Kamal Atatürkün milli-mənəvi dəyərlərə üstünlük verməyin vacib olduğunu göstərən bu fikirləri də nəzərə çatdırmaq istərdim: “Əfəndilər! Yetişəcək uşaqlarımıza və gənclərimizə alacaqları təhsilin hüdudu nə olacaqsa olsun, ən əvvəl və hər şeydən əvvəl Türkiyənin istiqlalına, öz mənliyinə, milli ənənəsinə düşmən kəsilən bütün ünsürlərlə mübarizə etmək gərəyi öyrənməlidir.”

Azərbaycan pedaqoji fikrində milli və bəşəri dəyərlər zəminində əksini tapan əsl insan və vətəndaşın zəruri keyfiyyətlərinin başlıca istiqamətlərini, ideya-mənəvi məzmununu öyrənilməsi və ondan müasir təlim-tərbiyə təcrübəsində istifadə olunması meyarlarını müəyyənləşdirilməsi təhsilin həm keyfiyyəti, həm də müasirliyi baxımından əhəmiyyət kəsb edir. Inkişaf etmiş ölkələrə inteqrasiya da sağlam şəkildə həyata keçirilməlidir. Uşaq gərək əvvəl öz doğulduğu, dünyaya göz açdığı məkanı tanıyıb duysun, sonra addımlarını kənar məkana qoya bilsin.

Mənəvi dəyərlərimiz bizim keçmişimizin yadigarıdır. Yəni təhsildə “Keçmişə qayıtmaqla gələcəyimizə yol açaq” prinsipini əsas tutmalıyıq. Cəmiyyətimizə ancaq adamlara gərək olan və xeyir gətirən bilik lazımdır. Peyğəmbərimiz Hz. Məhəmmədin kamil bir insan olaraq elm haqqında düşüncələri diqqətəlayiqdir. O, cəhaləti ən qorxulu yoxsulluq adlandırmış və insanların ən xeyirlisinin insanlara faydalı olanını söyləmişdir.

Müasir təhsildə öyrənən öyrəndiyini sevərək mənimsəməlidir ki, yetişən gəncliyin bəhrəsi bol olsun. Belə ki, milli dəyərlər və dünyəvilik Vətənin hər bir övladının ruhuna hopmalı, öyrədən və öyrənənin maraqları birləşməli və Vətənə xidmət etməlidir. “İllər keçdikcə aydın olur ki, xarici mühit böyüməkdə olan nəslə qarşı nə qədər diktəedici mövqe tutacaqsa, böyüyən şəхs bir o qədər subyektə çevrilməyəcək. Bunun nəticəsidir ki, müəllim, şagird və psixoloqların əlaqəli fəaliyyəti nəticəsiz qalır. Çünki yüksək təhsil nəticələri o zaman əldə olunur ki, uşaqların öz təhsilləri sahəsində maraqları müəllim, tərbiyəçi və bütövlükdə məktəbin maraqları ilə üst-üstə düşsün. ”[ 4; s.9]

Təhsili mükəmməl olmayan xalq müasir şəraitdə öz imkanlarını həyatına sərf etmək üçün çox problemlərlə rastlaşır. Bu baxımdan sonda yekun olaraq maraqlı bir faktı söyləmək istərdim. Oksford Universitetinin professorundan soruşurlar: “Oksford tələbələrə nə verir?”. Cavab belə olur: “Oksford tələbələrə əsl ingilis centlmeni necə olmalıdırsa, onu öyrədir”. Elə məhz müasir təhsilimiz öncə millilik, sonra bəşəriliklə bütünləşməli və əsl Azərbaycan vətəndaşı tərbiyə edib böyütməlidir.

Ədəbiyyat

  1. Bəşirov V. Azərbaycan pedaqoji fikrində milli tərəqqi ideyaları. Monoqrafiya. Bakı, 2008.
  2. Əsgərov Ş. Təhsilimiz dünən, bugün, sabah. Bakı, “Azərbaycan”, 2003.
  3. Qəhrəmanova A. Azərbaycan demokratik Respublikasında xalq maarifinin təşkili yolları. Bakı, 2005.
  4. Məmmədzadə R. Təhsildə keyfiyyət aparıcı istiqamət kimi. Bakı, “Müəllim” nəşriyyatı, 2010. 170s.
  5. Mehrabov A. Azərbaycan təhsilinin müasir problemləri. Bakı, “Mütərcim”, 2007.
  6. Təhsilin idarə edilməsinin bəzi problemləri. Bakı, “Müəllim” nəşriyyatı, 2008. 238s.

“Azərbaycan dövlətinin təhsil strategiyası ən müasir təhsil müəssisələrinin yaradılması, vətəndaşların keyfiyyətli təhsillə təmin edilməsidir”

Müasir dövrdə Azərbaycanın müstəqil dövlət kimi inkişafını səciyyələndirən əsas cəhətlərdən biri də təhsilin keyfiyyətcə yeni səviyəyə keçməsidir. Bunun əsas səbəbi Prezident İlham Əliyevin təhsili Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri kimi “maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” siyasətini gerçəkləşdirməsidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyevin sözlərinə görə, Prezidentin təhsilə olan xüsusi diqqəti, qarşıya qoyulan vəzifələrin ardıcıl surətdə həlli, təhsil sahəsində genişmiqyaslı dövlət proqramlarının təsdiqi və icrası, həyata keçirilmiş islahatlar keyfiyyətli təhsilin maddı-texniki bazasını və kadr potensialını möhkəmləndirib:

“Eyni zamanda qeyd etməliyik ki, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri, Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi layihələr müasirləşən Azərbaycanın müasir məktəblərlə təmin edilməsində əvəzsiz rol oynamışdır və bu işlər bu gün də davam etdirilir. Məsələn, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı şəhərində yerləşən ali məktəblərdə təhsil alan tələbələr üçün dövlət-özəl tərəfdaşlığı əsasında 100 faiz özəl sektorun vəsaiti hesabına 800 yerlik müasir yataqxana kompleksinin tikilib istifadəyə verilməsi də həm bir ilkdir, həm də təhsilin inkişafına növbəti töhfədir.

Xalqımızın bu günü və gələcəyi üçün görülən bu işlər xalq tərəfindən yüksək dəyərləndirilir. Bu münasibət həm Prezident İlham Əliyevə, həm də Birinci vitse-prezident Mehriban xanıma ünvanlanan çoxsaylı məktublarda, onlarla görüşlərdəki çıxışlarda da ifadə edilir. Prezidentə İlham Əliyevə və Mehriban xanım Əliyevaya xalqın böyük inamı və etimadı var. Açığı xalqın Mehriban xanım Əliyevaya olan böyük məhəbbəti, səmimiyyəti həm də onda özünü göstərir ki, xalq ona daha çox rəsmi deyil, məhz ən dogma bir insan kimi “bizim Mehriban xanımımız” deyə müraciət edir.

Son 17 il ərzində təhsilin inkişafı üçün çox sayda dövlət proqramları hazırlanıb həyata keçirilmişdir. Prezidentin təşəbbüsü ilə hazırlanmış və 2013-cü il oktyabrın 24-də təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsil sahəsində islahatların yeni mərhələsi oldu. Bu strategiyaya uyğun olaraq əsas 5 strateji istiqamətdə – məzmun, müəllim, idarəetmə, infrastruktur və maliyyələşmə istiqamətləri üzrə islahatlar həyata keçirilib.

2009-2019-cu illər ərzində “Təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Elm haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdirş. Bununla da təhsilin inkişafının qanunvericilik əsasları möhkəmləndirilmiş, təhsiverənlərin və təhsilalanların hüququları, social müdafiəsi təmin edilmişdir.

Təhsildəki uğurlarımız, yüksək inkişaf bütün sahələrdə islahatların daha da dərinləşməsinin nəticəsidir. Qazanılmış uğurları əks etdirən bir neçə fakta nəzər salaq. Son illərdə məktəbəhazırlılığın əhatəliliyi səviyyəsi əsaslı şəkildə artıb və 2020-ci ildə 90 faizə çatdırılması hədəf olaraq seçilib; beynəlxalq və respublika fənn olimpiadalarının iştirakçılarının sayı, təxminən, 5 dəfə artıb; bütün fənlər üzrə şagirdlərin buraxılış imtahanlarının nəticələri 17 faiz artıb; son 5 il ərzində şagird müəllim nisbəti xeyli artıb; 500 və daha artıq bal toplayıb müəllimlik ixtisasını seçənlərin sayı 6 dəfə artıb; son 5 ildən çox müddətdə 600-dən çox, 2003-2020-ci illər ərzində isə 3500-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib; ilk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi tətbiq edilib və 2017-2018-ci illərdə 243 belə məktəb şagirdlərin istifadəsinə verilib; yeni 200 yaxın modul tipli məktəbin də istifadəyə veriləcəyi nəzərdə tutlur. Həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.

Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 16 min vahid artırılıb. Təqaüd alan tələbələrin sayının 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, doktorantlara, ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılıb. Bu tədbirlər 110 mindən çox tələbəni və doktorantı əhatə edib. Eyni zamanda, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artaraq 12300-dən 20500-ə çatdırılıb və ümumi qəbul planının 42 faizini təşkil edib. Ötən il bu göstərici 27 faiz təşkil edirdi.

Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin inkişafında xüsusi yeri olacaqdır. Belə ki, bu proqramda həm ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, həm də xaricdə doktorantura təhsili vasitəsilə elmi kadrların hazırlanması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 4-də ADA Universitetinin iki yeni korpusunun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yenidən inşa edilmiş 3 saylı tədris korpusunun, Prezident İlham Əliyevin 251 nömrəli məktəbin açılışında iştirakları, növbəti təhsil müəssisələrinin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.

Azərbaycan dövlətinin təhsil siyasəti bu gün də uğurla davam edir. Dünyanın və cümlədən də ölkəmizin pandemiya şəraitində yaşamasına, maliyyə çətinliklərinin olmasına baxmayaraq, Prezident İlham Əliyev verdiyi vədlərə əməl edir, heç bir layihə təxirə salınmır, əhalinin sağlamlığı və sosial müdafiəsi tam qorunur, təhsil sahəsi isə prioritet olaraq qalır. Son günlər istər yeni ali məktəb korpuslarının açılışı, istərsə də orta məktəb binalarının istifadəyə verilməsi, xüsusilə də bu açılışlarda prezidentin və birinci xanımın şəxsən iştitakı təhsilə göstərilən qayğının bariz nümunəsidir.

2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagirdin ümumilikdə 4 440 məktəbdə təhsil alacağı gözlənilir. Yeni dərs ilinin başlanması münasibətilə bütün müəllimləri, tələbə və şagirdləri təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq”.

Milli.Az

Müasir təhsil menecerliyi online

Sizi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllim-şagird kollektivi adından salamlayır, Bizi seçdiyiniz, Bizə güvəndiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi özündə bağça-məktəb fəaliyyətini birləşdirən, ölkəmizdə fəaliyyət göstərən ən nüfuzlu, ilk özəl təhsil müəssisəsidir.

MTK 2001-ci il sentyabr ayının 1-də Ulu öndər, Ümummilli lider Heydər Əliyevin bilavasitə iştirakı ilə açılmışdır. Kompleksin peşəkar heyəti olaraq açılış mərasimində Ulu öndərin təhsil, məktəb, müəllim haqqında dediyi sözləri, verdiyi tövsiyələri əsas tutaraq bu məsuliyyəti öz üzərimizə götürürük. Əsas vəzifəmizin bizə əmanət etdiyiniz ən əziz və dəyərli saydığınız varlığın – uşaqların, gənc nəslin dövrün, cəmiyyətin tələbinə uyğun olaraq düzgün tərbiyəsindən, azərbaycanlı mənliyini, azərbaycançılıq ideyalarını özündə birləşdirən hərtərəfli inkişaf etmiş, layiqli övlad olmasından qürur duyduğunu hər yerdə müxtəlif dillərdə bəyan edə biləcək bir nəslin yetişdirilməsindən ibarət olduğunu bilirik.

MTK – dostluğun çox böyük bir əhəmiyyət kəsb etdiyi, əməkdaşlar və şagirdlər arasında qarşılıqlı hörmətin olduğu, xoşbəxt bir ailə ab-havasını hiss etdirən bir evdir. Bu ailənin hər bir üzvü uşaqların intellektual maraq, emosional stabillik və mənəvi hədəflərə əsaslanan güclü şəxsiyyət kimi yetişməsinə kömək edir. Biz şagirdlərimizin sürətlə qloballaşan bir dünyada yaşaması, oxuması və işləməsi üçün lazım olacaq intellektual, şəxsi,emosional və sosial bacarıqlarını inkişaf etdiririk.

MTK-da müxtəlif yaş qruplarından olan şagirdlərin təlim aldığı illər ərzində yüksək akademik nailiyyətlər əldə etməsinə, öz şəxsiyyətini xoş, sağlam, qayğıkeş bir mühitdə hərtərəfli inkişaf etməsinə çalışırıq. Biz şagirdlərimizin akademik potensiallarını inkişaf etdirməklə yanaşı,onların digər sahələrdə də öz istedadının aşkar edilməsinə və inkişafına çalışırıq. Beynəlxalq ictimaiyyətin daim yenilənən tələblərinə əminliklə adaptasiya olmalarına kömək edən xüsusiyyətləri – ünsiyyətdə dözümlülük və tolerantlığı inkişaf etdirmək çox vacibdir.

Biz çalışırıq ki, şagirdlərimiz:

  • Öz səyi və təşəbbüsü ilə müvəffəqiyyət və uğura doğru qətiyyəti və davamlılığı nümayiş etdirən yerli və xarici müəllimlərin iştirakını dəstəkləyərək
  • Gələcək həyatlarında onların uğurlu olmalarının imkanlarını artıran vərdiş, akademik bilik və bacarıqlarla təmin edilərək
  • Ən yüksək nailiyyətlər tələb edərək
  • Bütün valideynlərlə və müvafiq maraqlı tərəflərlə qarşılıqlı fəaliyyət göstərən məktəb icmasını inkişaf etdirərək dəstəkləyici və təhlükəsiz bir mühitdə inkişaf edərək xoşbəxt olsunlar.

Bizi əhatə edən dünya daim dəyişir və şagirdlərin ehtiyaclarının ödənilməsi tətbiq etdiyimiz hər bir yeniliyin əsasında durur. Məktəbin proqramı dəstəkləyici mühitdə təlim təcrübəsi ilə şəxsiyyətin inkişafını özündə birləşdirir. Biz müəyyənləşdirdiyimiz dəyərlərə əsaslanaraq bu məsuliyyətli və çətin bir yolda sizinlə birlikdə addımlayırıq. Biz şagirdlərimizin yalnız MTK daxilində deyil, sərbəst həyata addım atdıqdan sonra da uğur qazanması, təhsilini davam etdirməsi üçün müvafiq dəstəkləyici proqramlar tətbiq edirik. Məqsədlərimizdən biri şagirdlərimizin öz bilik və bacarıqlarını yalnız ana dilində deyil, həmçinin xarici dildə də təqdim edə bilməsidir. Bu məqsədə çatmaq üçün son illər ərzində bağça və ibtidai məktəbin bilingual sistemdə fəaliyyətini dəstəkləyirik.

Biz çalışırıq ki, MTK ailəsinə gələn hər yeni şagird öz xoşbəxtliyini və bu ailəyə mənsubluğunu hiss etsin. Çünki gələcək müvəffəqiyyətlərinin əldə olunması üçün bu, çox vacibdir. Bizim infrastrukturumuz, əlverişli şəraitimiz və peşəkar pedaqoji heyətimiz hər bir konkret təlim ehtiyacı üçün uyğunlaşdırılmış isti, doğma bir şəraitdə proqramları tətbiq etməyə imkan verir. Biz şagirdlərə öz müəllimlərini yaxından tanımağa imkan verən, özünüzü sakit və komfortlu hiss edə biləcəyiniz atmosfer yaratmaq üçün siniflərimizi və təlim qruplarını nisbətən kiçik sayda saxlayırıq.

Hər bir şagird ayrılıqda və bütün şagirdlər birlikdə bizim üçün dəyərli olduğu üçün inkişaf proqresi bütün şagirdlərin nailiyyəti sayılır.

Comments are closed, but trackbacks and pingbacks are open.