Ahlar Əsgərov: Təhsilin konseptual problemləri
öz nitqini planlaşdırır, eyni fikri müxtəlif formalarda ifadə edir;
Müasir təhsilin konseptual problemləri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 30 oktyabr tarixli 233 nömrəli qərarı ilə
AZƏRBAYCAN RESPUBLİKASINDA ÜMUMİ TƏHSİLİN KONSEPSİYASI (MİLLİ KURRİKULUMU)
Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası – Milli Kurriku lumu (bundan sonra – Milli Kurrikulum) konseptual xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdən kənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyət lərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn kurriku lumlarının strukturunu əhatə edir.
Milli Kurrikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdı ğı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyəti nin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cə miyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılma sına və problemlərin həllinə yönəlmişdir.
Milli Kurrikulum bilavasitə aşağıdakı funksiyaların reallaşdırılmasına xidmət edir:
ümumi təhsilin pillələri, bu pillələrdə tədris olunan fənlər arasında əlaqə lərin və ardıcıllığın təmin edilməsi;
fənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilmə si və yeniləşdirilməsi;
təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması;
nəticəyönümlü fənn kurrikulumlarının hazırlanıb tətbiq edilməsi;
təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsip əsasında müəyyənləşdirilməsinin təmin olunması;
şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasının təmin edilməsi.
Milli Kurrikulum aşağıdakı ümumi prinsiplərə istinad olunmaqla hazırlan mışdır:
milli və ümumbəşəri dəyərlərin nəzərə alınması;
ümumi inkişafı, meyil və maraqları nəzərə alınmaqla bütün şagirdlərə əl verişli təlim şəraitinin yaradılması;
I. ÜMUMİ TƏHSİLƏ VƏ ÜMUMİ TƏHSİLLİ ŞƏXSƏ VERİLƏN TƏLƏBLƏR
Ümumi təhsil – insanın, ailənin, cəmiyyətin və dövlətin marağına, milli və ümumbəşəri dəyərlərə, dünyəvilik, sistemlilik, varislik, inteqrativlik, demokratiklik prinsiplərinə əsaslanan, nəzəri və təcrübi fəaliyyət vasitəsilə şəxsiyyətin formalaşmasına, onun intellektual, sosial və fiziki inkişafına, təhsili ni davam etdirməsinə, əmək fəaliyyətinə başlaması üçün zəmin yaradılmasına yönəlmiş məqsədəuyğun proses olub şagirdlərin yaş, fizioloji, psixoloji, fərdi xüsusiyyətləri və potensial imkanları nəzərə alınmaqla sürətlə dəyişən dünyada gedən prosesləri, problemləri və inkişaf tendensiyalarını başa düşmək və qiymətləndirmək, zəruri bilik, bacarıq və vərdişlər əldə etmək, öy rəndiklərini tətbiq etmək, sərbəst surətdə əlavə biliklər almaq bacarıqlarını, bazar münasibətləri şəraitində cəmiyyətin məhsuldar üzvünə çevrilə bilmələ rini, şəxsiyyətin azad inkişafını təmin edir.
Ümumi orta təhsilli şəxs – ana dilini dərindən bilən, Vətəninin tarixi və mədəniyyəti haqda ətraflı məlumatlara malik olan, incəsənəti, ədəbiyyatı, elmi nailiyyətləri, insan əməyini, vətəndaşların hüquq və azadlıqlarını dəyər ləndirməyi bacaran, demokratik prinsiplərə hörmətlə yanaşan, dövlətçiliyə və dövlət mənafeyinə sadiqlik nümayiş etdirən, müasir texnika və kommunika siya vasitələrindən səriştəli istifadə edən, insanlara, milli adət-ənənələrə, tə biətə, əxlaqi-mənəvi dəyərlərə tolerant, həssas və ədalətli münasibət bəslə yən, təhsillənməyi və məlumatlanmağı bacaran, bazar iqtisadiyyatı şəraitində rəqabətə davamlı olmaq və həyatda müstəqil yaşayıb fəaliyyət göstərmək, in kişaf etmək, sağlam həyat tərzi qurmaq, müstəqil mövqeli olmaq kimi key fiyyətlərə yiyələnən, cəmiyyətin tələbatına uyğun zəruri bilik, bacarıq və vərdişlər qazanan, ana dili ilə yanaşı, xarici dillərdən birində və ya bir neçə sində ünsiyyət saxlamağı bacaran şəxsdir.
II. ÜMUMİ TƏHSİLİN MƏZMUN STANDARTLARI
2.1. ÜMUMİ İBTİDAİ TƏHSİL
2.1.1. İbtidai təhsilin məqsədi İbtidai təhsilin məqsədi aşağıdakılardır:
uşaqlarda oxu, yazı və hesablama vərdişləri yaratmaq və möhkəmləndirmək;
uşaqlara insan, cəmiyyət, təbiət və onlar arasındakı qanunauyğunluqlar haqqında ilkin həyati biliklərin verilməsini təmin etmək;
uşaqlarda məntiqi və yaradıcı təfəkkür elementlərini formalaşdırmaq, iste dadlı uşaqların erkən yaşdan üzə çıxarılmasını və inkişafını təmin etmək;
uşaqlara həssaslıq, estetik və bədii zövq, əxlaqi-mənəvi keyfiyyətlər, fizi ki mədəniyyət və özünəxidmət bacarıqları aşılamaq.
2.1.2. İbtidai təhsil üzrə ümumi təlimin nəticələri
Şagird aşağıdakıları bacarmalıdır:
zəruri riyazi bilikləri həyatda tətbiq etməyi və sadə alqoritmləri yerinə ye tirməyi, kompüter texnikasından istifadə etməyi;
müşahidə etdiyi obyekt və hadisələri təsvir etməyi, onları səciyyəvi əla mətlərinə görə fərqləndirməyi;
müstəqil və məntiqi düşünməyi, münasibət bildirməyi;
ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, fikirlərini aydın ifadə etməyi;
mədəni davranış, şəxsi gigiyena və müvafiq təhlükəsizlik qaydalarına əməl etməyi;
tapşırılan işi, habelə yaradıcılıq tələb edən işləri müstəqil yerinə yetirmə yi, sadə əmək vərdişlərini tətbiq etməyi;
öz vəzifələrini yerinə yetirməyi, özünün və digərlərinin hüquqlarına hör mət etməyi;
Azərbaycan xalqının dili, əxlaqi-mənəvi dəyərləri, milli adət-ənənələri, tarixi, mədəniyyəti, incəsənəti haqqında qazandığı ilkin bilikləri sadə formada təqdim etməyi;
yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri oxumağı, mətndəki əsas məzmunu ayırmağı və ona öz fikrini bildirməyi, lüğətlərdən, məlumat xarakterli kitablardan istifadə etməyi;
insanlara, təbiətə, əməyə, şəxsi və dövlət əmlakına ədalətli, qayğıkeş və tolerant münasibət bəsləməyi, gerçəkliyi olduğu kimi qavramağı.
2.1.3. İbtidai təhsil pilləsində tədris olunan fənlər
“Ana dili”, “Azərbaycan dili”, “Xarici dil”, Riyaziyyat”, “İnformatika”, “Həyat bilgisi”, Texnologiya”, “Fiziki tərbiyə”, “Musiqi”, “Təsviri incəsə nət”.
2.1.4. İbtidai təhsil pilləsində tədris olunan fənlərin əsaslandırılması, fənlər üzrə ümumi təlimin nəticələri
Fənnin əsaslandırılması. Əlifbanın öyrənilməsi, oxu və yazı texnikasının, hüsnxət qaydalarının, düzgün, sürətli, şüurlu və ifadəli oxu üzrə ilkin bacarıqların mənimsənilməsi, lüğət ehtiyatının tədricən zənginləşdirilməsi, ən zə ruri qrammatik qaydaların və ədəbi tələffüz normalarının öyrənilib tətbiq olunması, ekspressiv nitq bacarıqlarının formalaşdırılması, Azərbaycan xalqı nın dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri haq qında ilkin anlayışların yaradılması təmin olunur.
Ümumi nəticələr
sərbəst, düzgün, sürətlə, şüurlu, ifadəli oxuyur və savadlı yazır; dialoqa girir, öz fikirlərini sərbəst və ardıcıl ifadə edir; oxuduğu və dinlədiyi mətnlərə münasibət bildirir;
ayrı-ayrı mətnlərdən əsas faktları seçib qruplaşdırır, kiçik həcmli mətnlər qurur;
Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi dəyərləri, mədəniyyəti, in cəsənəti, adət-ənənələri haqqında ilkin məlumatlan sadə formada təqdim edir;
lüğətlərdən, məlumat kitablarından, kataloqlardan istifadə edir.
AZƏRBAYCAN DİLİ DÖVLƏT DİLİ KİMİ *
Fənnin əsaslandırılması. Təlim digər dillərdə aparılan məktəblərdə Azər baycan əlifbasının, çoxişlək sözlərin, söz birləşməsi və cümlə modellərinin, ən zəruri nitq etiketlərinin, tələffüz və yazı qaydalarının mənimsənilməsi tə min olunur, şagirdlərdə dinləyib anlama, düzgün və sürətli oxu, ilkin şifahi nitq və tərcümə bacarıqları formalaşdırılır.
Ümumi nəticələr
kiçikhəcmli mətnləri düzgün və sürətli oxuyur, məzmununu izah edir;
söz birləşməsi və cümlə nümunələrindən, zəruri tələffüz və yazı qaydaları ndan istifadə edərək, kiçikhəcmli şifahi və yazılı mətnlər qurur və təqdim edir;
müşahidə etdiyi şəkil və illüstrasiyaların məzmun və əlamətlərini təsvir edir;
məlumat xarakterli kiçikhəcmli mətnləri lüğət vasitəsilə ana dilinə və ək sinə tərcümə edir.
Fənnin əsaslandırılması. Dinləyib anlama, şifahi nitq, əlifbanın öyrənilməsi və ilkin yazı bacarıqlarının formalaşdırılması, düzgün və ifadəli oxu qa biliyyətlərinin yaradılması və inkişaf etdirilməsi təmin olunur.
Ümumi nəticələr
gündəlik həyatda və məişətdə istifadə olunan əşyaları, habelə onlara aid hərəkət və əlamətləri adlandırır;
sadə nitq etiketləri əsasında ünsiyyət yaradır, süjetli şəkillər üzrə nitq nümunələri qurur;
öyrəndiyi dilin hərf və hərf birləşmələrini oxuyur və yazır;
öz ana dili ilə müqayisədə fərqli səsləri ayırır və tələffüz edir;
kiçikhəcmli mətnləri oxuyur və məzmununu izah edir.
Fənnin əsaslandırılması. Şagirdlərin hesab əməllərini yerinə yetirmələri, yazılı və şifahi hesablama alqoritmlərinə yiyələnmələri, ədədi ifadələri hesablamaları, mətnli məsələləri həll etmələri, ilkin ölçmə vərdişlərinə, fəza və həndəsi təsəvvürlərə malik olmaları, verilmiş məlumatlan təsnif etmələri tə min olunur, onlarda riyazi bilikləri gündəlik həyatda tətbiq etmək vərdişləri formalaşdırılır.
Ümumi nəticələr
milyon dairəsində natural ədədlər və sıfır üzərində dörd hesab əməlini yerinə yetirir, onluq say sistemində rəqəmlərin ədədlərdə mövqeyini və xüsusi çəkisini (mərtəbə vahidlərini) müəyyənləşdirir;
hesab əməllərində naməlum komponenti məlum komponentlərlə ifadə edir;
kəmiyyətlərdən (pul, çəki, uzunluq, sahə, zaman) həyati məsələlərin həl lində istifadə edir;
sadə müstəvi fiqurlarının və fəza cisimlərinin xüsusiyyətlərini müəyyən ləşdirir və təsvir edir;
ədədi məlumatlan toplayıb qeyd edir, sistemləşdirir, nümayiş etdirir və şərh edir.
Fənnin əsaslandırılması. Şagirdlərdə alqoritmik təfəkkür elementlərinin yaradılması, kompüter texnikasından istifadə etmək qabiliyyətinin formalaşdı rılması təmin olunur.
Ümumi nəticələr
eynicinsli obyektlər qrupunda artıq əşyanı seçir, onları əlamətlərinə görə ayırır və müqayisə edir;
hərəkətlər ardıcıllığında səhvləri tapır, buraxılmış addımı müəyyən edir;
qanunauyğunluqları tapır və onların əsasında sadə modellər qurur;
sadə riyazi alqoritmlər və layihələr tərtib edir;
kompüterlə sərbəst davranır, sadə əməliyyatları icra edir;
qrafiki redaktorda rəsmlər çəkir, onları redaktə edir, rəsmlərə mətn daxil edir, alqoritmlərdən istifadə edərək mozaikalar qurur;
mətn redaktorunda sadə mətnləri yığır, redaktə edir və onlara rəsmlər da xil edir.
Fənnin əsaslandırılması. İnsan hüquqları və azadlıqları, mənəvi-əxlaqi dəyərlər, həyat fəaliyyətinin təhlükəsizliyi, təbiət, insan-təbiət, insan-cəmiy yət münasibətləri haqqında zəruri məlumatların mənimsənilməsi, obyekt və hadisələri mahiyyətinə görə fərqləndirmək, onlara münasibət bildirmək, iqti sadi, ekoloji, kommunikativ fəaliyyətlər üzrə ilkin bacarıqların formalaşdırıl ması təmin olunur.
Ümumi nəticələr
öz hüquqlarını dərk etməsini, başqalarının hüquq və azadlıqlarına hörmət lə yanaşmasını, onu əhatə edən insanlara həssas münasibət bəsləməsini nü mayiş etdirir, həmin məsələlərlə bağlı şəxsi fikirlərini bildirir;
insan həyatı və sağlamlığının qorunması ilə bağlı ən zəruri təhlükəsizlik qaydalarını izah edir;
düzlük, ədalətlilik, humanistlik, rəhmdillik nümayiş etdirir, bu mənəvi keyfiyyətlərin mahiyyəti barədə mülahizələrini şərh edir;
iqtisadi biliklərdən məişətdə istifadə edir;
təbiətə, ekologiyaya həssas və qayğıkeş yanaşmaqla, təbiət hadisələri üzə rində müşahidələr aparır və onlara münasibət bildirir;
cəmiyyətdə baş verən hadisələri öz yaş səviyyəsinə uyğun şərh edir.
Fənnin əsaslandırılması. Şagirdlərdə müqayisə və çeşidləmə, ilkin emal, özünəxidmət və birgə fəaliyyət vərdişləri, sadə layihələndirmə, tərtibat, modelləşdirmə, dizayn, canlı təbiətə xidmət bacarıqları, ölçü, mütənasiblik, simmet riya və digər həndəsi anlayışlar formalaşdırılır, sadə konstruksiyalar və yara dıcı işlərin yerinə yetirilməsi üzrə qabiliyyətlərin aşılanması təmin olunur.
Ümumi nəticələr
materialları müqayisə edir və çeşidləyir, müvafiq texnoloji vasitələrdən (ölçmə, kəsmə, biçmə, birləşdirmə və s.) istifadə edir, sadə məmulatlar ha zırlayır;
sadə məişət xidmətlərini yerinə yetirir;
birgəfəaliyyət bacarıqları nümayiş etdirir, özünün və başqalarının hazırladığı məmulatlara münasibət bildirir;
təhlükəsizlik texnikası və sanitariya-gigiyena qaydalarını şərh edir və prak tiki fəaliyyətdə onlara riayət edir;
yaradıcılıq tələb edən sadə tapşırıqları yerinə yetirir, model və layihələr qurur.
Fənnin əsaslandırılması. Sağlamlığın möhkəmləndirilməsi və qorunma sında fiziki tərbiyənin mühüm amil olduğunun dərk edilməsi, müvafiq vasitə və üsullarla şagirdlərin hərəkət qabiliyyətinin inkişafı və formalaşdırılması, idmanın müxtəlif növləri ilə tanışlıq, şəxsi gigiyena və orqanizmin təbii va sitələrlə möhkəmləndirilməsi qaydalarının mənimsənilməsi, insan bədəninin quruluşu haqqında ilkin anatomik təsəvvürlərin, intizamlılıq, dözümlülük, ira dəlilik, müstəqillik keyfiyyətlərinin yaranması təmin olunur.
Ümumi nəticələr
hərəkət qabiliyyətlərini formalaşdıran alətli və alətsiz fiziki göstərişləri ic ra edir, müəyyən edilmiş normativləri yerinə yetirir;
vərdiş və bacarıqları formalaşdıran müxtəlif statik və dinamik hərəkətləri icra edir;
idman oyunlarını, o cümlədən milli idman oyunlarını və onların növlərini təqdim edir;
şəxsi gigiyena və təbii vasitələrlə orqanizmi möhkəmləndirmək qaydaları nı izah edir;
fiziki tərbiyə prosesinin həyata keçirilməsində intizam və rejim qaydaları na əməl edir.
(musiqi, təsviri incəsənət)
Fənnin əsaslandırılması. Şagirdlərin musiqi və təsviri sənət növlərinin forma, janr, üslub və ifadə vasitələri, xalqımızın incəsənət tarixi haqqında ümumi məlumatlarla tanış olmaları, yaradıcı-estetik fəaliyyətlə bağlı (mahnı oxumaq, rəqs etmək, rəsm çəkmək və s.) ən sadə və ilkin bacarıqlara yiyə lənmələri təmin edilir, onlarda bədii zövq, estetik mədəniyyət, rəng, forma və məkan hissiyyatı, milli musiqi və tətbiqi sənət növlərinə məhəbbət, habe lə ümumbəşəri sənət nümunələrinə maraq, yaradıcılığa meyl, mücərrəd və obrazlı təfəkkür, əməksevərlik və digər iradi keyfiyyətlər formalaşdırılır.
Ümumi nəticələr
mahnı oxumaq qaydalarından istifadə edir, mahnıları mətnlərinin məzmu nuna görə səhnələşdirməyi bacarır;
musiqi alətlərini və musiqi əsərlərini xarakterinə görə bir-birindən fərqləndirir;
müxtəlif janrlı musiqi əsərlərini fərqləndirir, onlara münasibət bildirir;
musiqini emosional qavrayır, onun xarakterinə uyğun ritmik hərəkətlər edir;
musiqi notlarını izah edir, onları sadə musiqi alətlərində ifa edir;
əşyaları və hadisələri praktiki yolla təsvir edir;
yaş səviyyəsinə uyğun təsviri sənət nümunələrini izah edir, onları fərqlən dirir;
əşyanın məzmunu və forması arasındakı əlaqəni şərh edir;
rəng çalarlarını ayırır, rəngləri emosional məna çalarlarına görə müqayisə edir;
sadə kompozisiyalar qurur və onların ayrı-ayrı hissələrini mütənasib qaydada yerləşdirir;
sadə tərtibat işlərini yerinə yetirir.
2.2. ÜMUMİ ƏSAS TƏHSİL
Əsas təhsilin məqsədi aşağıdakılardır :
şagirdlərdə kommunikativ bacarıqların, şifahi və yazılı nitq vərdişlərinin formalaşdırılmasını, əqli fəallığın gücləndirilməsini təmin etmək;
Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti, təbiəti, sosial-iq tisadi imkanları və inkişafı, ayrı-ayrı ölkələrin bəşər sivilizasiyasının yaran masındakı rolu haqqında təsəvvürləri və məlumatları genişləndirmək;
şagirdlərdə təhlil və tətbiq, araşdırma və ümumiləşdirmə aparmaq, infor masiya-kommunikasiya texnologiyalarından istifadə, müxtəlif mənbələrlə iş ləmək, özünün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, hadisələri və ma hiyyətləri dəyərləndirmək, problemləri həll etmək bacarıqları formalaşdır maq;
şagirdlərdə sağlam həyat tərzi, fiziki və estetik mədəniyyət, əməkdaşlıq, hüquqlara hörmət keyfiyyətlərinin formalaşdırılmasını təmin etmək.
2.2.2. Əsas təhsil üzrə ümumi təlimin nəticələri
Şagird aşağıdakıları bacarmalıdır:
ətraf aləmi dərk etmək üçün müxtəlif üsul, vasitə və metodlardan, o cüm lədən müşahidə, ölçmə, hesablama, təcrübə və qiymətləndirmədən istifadə etməyi;
təlim tapşırığını yerinə yetirmək üçün müvafiq üsullar seçməyi və verilmiş alqoritm əsasında onları həll etməyi;
müxtəlif faktları, fikirləri, dəlilləri bir-birindən fərqləndirməyi, onları mü qayisə, təsnif və təqdim etməyi;
təlim prosesində yaradıcılıq tələb edən müxtəlif işləri müstəqil olaraq yerinə yetirməyi;
nitqin monoloq və dialoq formalarından istifadə etməyi, dinlədiyi və oxuduğu müxtəlif üslubda və janrda olan materialları təhlil etməyi, onların məz mununu yığcam və geniş formada başqasına çatdırmağı;
plan, tezis, icmal tərtib etməyi, layihə, rəy hazırlamağı, nümunələr göstər məyi, dəlillər gətirməyi və nəticələri ümumiləşdirməyi;
əqli və kommunikativ yönümlü tapşırıqları yerinə yetirmək üçün müxtəlif informasiya mənbələrindən (lüğətlər, ensiklopediyalar, kompüter, internet, dövri mətbuat və s.) istifadə etməyi;
öz imkanlarını, meyl və marağını şüurlu olaraq müəyyən etməyi, iradi və qeyri-iradi keyfiyyətlərini nümayiş etdirməyi, gördüyü işlərin nəticəsini qiy mətləndirməyi, qarşıya çıxan problemlərin optimal həllini tapmağı;
ictimai davranış, habelə müvafiq təhlükəsizlik və tibbi-gigiyena qaydaları na, sağlam həyat tərzi normalarına əməl etməyi;
öz fəaliyyətində əxlaqi-mənəvi, hüquqi, etik, estetik dəyərlərə, vətəndaş lıq mövqeyinə malik olduğunu nümayiş etdirməyi;
problemlərin həllində birgə fəaliyyət göstərməyi, kollektiv iş prosesində özünün və başqalarının fəaliyyətini qiymətləndirməyi;
xarici dildə ünsiyyət qurmağı.
2.2.3. Əsas təhsil pilləsində tədris olunan fənlər
“Ana dili”, “Azərbaycan dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “İnformatika”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Bi ologiya”, “Coğrafiya”, “Həyat bilgisi”, “Texnologiya”, “Fiziki tərbiyə”, “Mu siqi”, “Təsviri incəsənət”.
2.2.4. Əsas təhsil pilləsində tədris olunan fənlərin əsaslandırılması, fənlər üzrə ümumi təlimin nəticələri
Fənnin əsaslandırılması. Şagirdlərdə ifadəli və şüurlu oxu, aydın, səlis, düzgün şifahi və yazılı nitq vərdişlərinin inkişaf etdirilməsi, nitqin leksik, qrammatik və üslubi cəhətdən zənginliyi, təcrübi baxımdan əhəmiyyətli olan dilçilik anlayışları və qaydalarının mənimsənilməsi, ünsiyyət bacarıqlarının inkişafı, şagirdlərdə ana dilinə məhəbbət və hörmət hissinin formalaşdırılma sı təmin edilir.
Ümumi nəticələr
zəruri fonetik, leksik, qrammatik anlayışları izah edir, onları bir-birindən fərqləndirir, mülahizələrini müxtəlif üsullarla əsaslandırır və təqdim edir;
şifahi və yazılı nitqində dilə aid qaydaları mənimsədiyini nümayiş etdirir;
verilmiş mətni düzgün və ifadəli oxuyur, onu məzmununa uyğun xətləri nə görə hissələrə ayrılır, mətni müvafiq meyarlar əsasında təhlil edir;
dil vahidlərindən məqsədyönlü istifadə etməklə, nitqin müxtəlif tip və üs lublarında mətnlər qurur, onları təkmilləşdirir;
ana dilinə aid tədbirlərin təşkilində yaradıcılıq tələb edən işləri müstəqil yerinə yetirir.
AZƏRBAYCAN DİLİ DÖVLƏT DİLİ KİMİ
Fənnin əsaslandırılması. Azərbaycan dilinin praktiki öyrənilməsi üçün zəruri fonetik, leksik, qrammatik xüsusiyyətlərin, dil və nitq vahidlərinin məna və intonasiyasının mənimsənilməsi, şüurlu və ifadəli oxuya, nitqin müxtə lif forma və tiplərinə dair bacarıqların, dövlət dili kimi Azərbaycan dilinə hörmət və məhəbbət hissinin formalaşdırılması təmin olunur.
Ümumi nəticələr
dinlədiyi mətnin məzmununa münasibət bildirir;
mətni şüurlu və ifadəli oxuyur;
ünsiyyət prosesində dil vahidlərindən, nitqin müxtəlif formalarından məq sədyönlü istifadə edir, müstəqil surətdə mətnlər qurur;
öz fikirlərini ardıcıl və aydın ifadə edir;
praktiki fəaliyyətində Azərbaycan dili üzrə nitq vərdişlərinə yiyələnməsi ni, bu dilə hörmət və məhəbbət bəsləməsini nümayiş etdirir;
nitq bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif mənbələrdən istifadə edir, öz ana dilinə və əksinə tərcümələr edir.
Fənnin əsaslandırılması. Şagirdlərdə ədəbiyyatın söz sənətkarlığı əsasın da təşəkkül tapmış şifahi və yazılı yaradıcılıq nümunələrini özündə birləşdi rən incəsənət növü, hər bir xalqın sivilizasiya və mədəni-intellektual səviyyəsini əks etdirən milli sərvət və qüdrətli təsir vasitəsi olması barədə ətraflı təsəvvürlər yaradılır, onlarda yaş və psixoloji xüsusiyyətləri nəzərə alınmaq la, şifahi və yazılı ədəbiyyat nümunələri vasitəsilə şüurlu və ifadəli oxu, söz ə və söz sənətinə həssas, bədii-emosional münasibət bildirmək, təhlil etmək, aydın, sistemli, müxtəlif üslubi çalarlarda ədəbi-bədii məna tutumlu şifahi və yazılı nitq, obrazlı təfəkkür, mütaliə vərdişləri formalaşdırılır, ədəbiyyat nə zəriyyəsinə aid zəruri biliklərin mənimsənilməsi təmin edilir.
Ümumi nəticələr
şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətlərini, şifahi ədəbiyyat nümunələrinin xarakterik xüsusiyyətlərini konkret nümunələrlə izah edir, öz fi kirlərini müqayisələr aparmaqla əsaslandırır;
cəmiyyətdə və insan həyatında ədəbiyyatın rolunu və əhəmiyyətini şərh edir, bununla bağlı şəxsi fikir və mülahizələr irəli sürür;
ədəbi-bədii nümunələri onların məzmunundan irəli gələn məna çalarları na uyğun ifadəli oxuyur, mətni bədii-emosional cəhətdən qüvvətləndirən söz lərin mahiyyətini izah edir;
fikir və ideyanı ifadə etmək baxımından poeziya, nəsr və dramaturji materialların imkanlarını müqayisə edir, onları yaradıcılıq və sənətkarlıq xüsu siyyətlərinə görə qiymətləndirir;
müxtəlif janrlarda yazılmış mətnlər üzərində sərbəst işləyir, onlarda ifadə olunmuş əsas ideyam şərh edir, mətni məzmununa uyğun hissələrə ayırır və müvafiq plan tərtib edir;
ədəbi əsərləri məzmun və ideya istiqamətinə, sənətkarlıq cəhətlərinə, ob razların səciyyəsinə görə təhlil edir, öz şəxsi münasibətini, mülahizələrini bil dirir;
ədəbi əsərlərin kollektiv müzakirəsi zamanı başqalarının fikrinə səbirli, obyektiv və ədalətli münasibət göstərməklə yanaşı, öz mülahizələrini müda fiə etməyi və əsaslandırmağı, ümumi rəyə gəlməyi bacarır;
məzmun istiqamətinə görə ayrı-ayrı ünsiyyət məqamlarında öz fikrini aydın, ardıcıl, məqsədyönlü, yığcam və yeri gəldikcə bədii təsvir vasitələri ilə obrazlı şərh edir, yazılı nitqdə məzmuna uyğun üslub müəyyənləşdirməyi, orfoqrafiya və orfoepiya qaydalarına əməl etməyi, söz ehtiyatından səmərəli is tifadə etməyi, fikirləri ümumiləşdirməyi bacarır.
Fənnin əsaslandırılması. Şifahi nitqin inkişafı əsas tələb kimi götürül məklə şagirdlərin ünsiyyət bacarıqlarının formalaşdırılması, lüğət ehtiyatının zənginləşdirilməsi, ən zəruri qrammatik anlayışların və dil konstruksiyaları nın mənimsənilməsi, oxu, yazı texnikası və yazılı nitq, dinləyib-anlama vər dişlərinin inkişaf etdirilməsi təmin olunur.
Ümumi nəticələr
mətnləri sərbəst oxuyur, leksik və qrammatik vahidlərdən dialoji və monoloji nitqin formalaşdırılmasında istifadə edir;
dilin qrup formasında öyrənilməsi prosesində ünsiyyət etiketi qaydalarına əməl edir, yoldaşlarının nitqinə münasibət bildirir;
öz fikirlərini sadə formada yazılı ifadə edir;
öz nitqini planlaşdırır, eyni fikri müxtəlif formalarda ifadə edir;
lüğət nümunələri hazırlayır, dilöyrənmə prosesində lüğətlərdən, yardımçı vəsaitlərdən, texnoloji vasitələrdən məqsədyönlü istifadə edir.
Fənnin əsaslandırılması. Gündəlik həyati problemlərin həlli, digər müvafiq fənlərin öyrənilməsi, profilli siniflərdə təhsilin davam etdirilməsi, başqa formalarda orta təhsil almaq üçün zəruri riyazi biliklərin əldə edilməsi, şa girdlərin intellektual inkişafına, uğurlu praktiki fəaliyyətinə zəmin yaradan tə fəkkür tərzinin formalaşdırılması, ümumbəşəri mədəniyyətin ayrılmaz hissə si kimi sivilizasiyanın və cəmiyyətin inkişafında riyaziyyatın müstəsna əhəmiyyəti haqqında dolğun təsəvvürlərin yaradılması, riyaziyyat sahəsi üzrə şa girdlərin öz yaş həddinə uyğun müvafiq bacarıqlar əldə etməsi, müxtəlif for ma və məzmuna malik məlumatların məntiqi cəhətdən dərk və təhlil edilmə si, həyatda təsadüfi hadisələrin ehtimal xarakteri daşımasının mahiyyətcə ba şa düşülməsi təmin olunur.
Ümumi nəticələr
ölçmə və hesablama ləvazimatlarından istifadə edir, şifahi, yazılı formada dəqiq və ya təqribi hesablamalar aparır;
simvollarla ifadə olunmuş riyazi dildən istifadə edir;
rasional ifadələr üzərində eynilik çevrilmələri aparır, xətti və kvadrat tən likləri, xətti bərabərsizliklər sistemini həll edir;
funksiya anlayışı və qrafiklərdən real asılılıqların öyrənilməsində və şər hində istifadə edir;
müstəvi fiqurların və sadə fəza cisimlərinin xassələrini praktiki həndəsi məsələlərin həllində tətbiq edir, sadə həndəsi qurmalar və ölçmələr aparılır;
riyazi və statistik məlumatları toplayır, araşdırır, sistemləşdirir və nəticə sini təqdim edir;
statistika və ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırır;
mühakimələrini məntiqi əsaslandırır, yazılı və şifahi nitqində fikirlərini dəqiq, aydın və yığcam ifadə edir;
müxtəlif həyati məsələlərin həllində riyazi bilikləri tətbiq edir;
fəaliyyətlərini layihələndirir, onların əsasında alqoritmlər qurur, nəticələ ri yoxlayır və qiymətləndirir.
Fənnin əsaslandırılması. Şagirdlərdə ətraf aləmi informasiya sistemi ba xımından təhlil və qərar qəbul etmək bacarıqlarının formalaşdırılması, onları n informasiya və kommunikasiya texnologiyalarından istifadəyə hazırlanması təmin olunur.
Ümumi nəticələr
informasiya və kommunikasiya texnologiyalarının müasir cəmiyyətdə ro lunu və əhəmiyyətini şərh edir;
gündəlik həyatda və məişətdə lazım olan məsələləri kalkulyator rejimində həll edir;
kompüterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir;
mətn redaktorunda sadə olmayan mətnləri yığır və formatlaşdırır, mətnə müxtəlif yaddaşlardan şəkillər daxil edir;
qrafik redaktorunda müəyyən çətinlik dərəcəsinə malik şəkillər hazırlayır, şəklin atributlarını dəyişdirir, onlara müvafiq mətnlər daxil edir;
obyektin xassələrini, parametrlərini və mühitini təyin edir, obyektlər siste mini təsnifatlaşdırır;
obyektin informasiya modelini qurur və onun təbii modelini təsvir edir;
informasiyanın xassələrini, kodlaşdırılmasını, qəbul edilməsi və ötürülmə sini nümunələr əsasında izah edir;
şəbəkə növləri vasitəsilə məlumatları axtarır, toplayır, sistemləşdirir və onlardan məqsədyönlü istifadə edir;
müxtəlif təqdimatlar hazırlayır və nümayiş etdirir;
elektron cədvəllərdən istifadə etməklə yeni sənədlər tərtib edir;
müxtəlif şəbəkə növlərindən, şəbəkənin işini təmin edən proqram təmina tından istifadə edir, sadə “Web” səhifələr yaradır.
Fənnin əsaslandırılması. Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olması, dövlətçilik ənənələri, Azərbaycan xalqının, onun milli, sosial, əxlaqi-mənəvi dəyərlərinin təşəkkülü və formalaşması, geosiyasi məkanda mövqeyi və rolu, bəşər sivilizasiyasının inkişafına təsiri, Azərbaycanın məruz qal dığı təcavüzlər və onlara qarşı mübarizə, tarixi şəxsiyyətləri, maddi və mə nəvi mədəniyyət abidələri haqqında sistemli məlumatların mənimsənilməsi təmin olunur, şagirdlərdə tarixi hadisələri təhlil etmək və onlara münasibət bildirmək, əlavə faktlar toplamaq və sistemləşdirib təqdim etmək, tarixi mən bələrlə işləmək bacarıqları formalaşdırılır, onlarda vətənpərvərlik, milli ifti xar hissləri aşılanır.
Ümumi nəticələr
tarixi hadisələri xronoloji əsasda təsvir edir, onlar arasındakı səbəb və nə ticə əlaqələrini izah edir;
tarixi fakt və hadisələrə, tarixi şəxsiyyətlərə və onların fəaliyyətinə münasibət bildirir, onları müvafiq dövr baxımından qiymətləndirir;
müxtəlif mətnlərlə işləyir, lazım olan tarixi materialları seçib toplayır, ümumiləşdirir və təqdim edir.
Fənnin əsaslandırılması. Dünya tarixinin sivilizasiyaya qədərki dövrü, müxtəlif dövrlərdə insan birliklərinin yaranması, dövlətin meydana gəlməsi və sivilizasiyaların formalaşması, bəşər sivilizasiyasının inkişafında ayrı-ayrı döv lətlərin və xalqların rolu, sivilizasiyaların tənəzzülü və dağılmasının ictimai, iqtisadi, siyasi səbəbləri, ümumbəşəri, əxlaqi-mənəvi və maddi mədəniyyət abidələri haqqında sistemli məlumatların mənimsənilməsi təmin olunur, şa girdlərdə tarixi hadisələrə obyektiv mövqedən yanaşma, onları müvafiq zaman və məkan kontekstində qiymətləndirmək bacarıqları formalaşdırılır.
tarixi dövrləri xarakterik əlamətlərinə görə fərqləndirir, tarixi şəxsiyyətlə ri, hadisələri və faktları dövr baxımından qiymətləndirir və onlara münasibət bildirir;
tarixi paralellər aparmaq yolu ilə ayrı-ayrı dövlətlərin inkişaf tendensiyalarını, ictimai, iqtisadi, siyasi prosesləri müqayisə edir, nəticə çıxarıb mülahi zələrini şərh edir;
müxtəlif tarixi mənbələri araşdırmaqla, lazımi materialları toplayıb sistem ləşdirir və təqdim edir.
Fənnin əsaslandırılması. Təbiətdə baş verən fiziki hadisələrin mahiyyə tinin, onların qanunauyğunluqlarının və maddi aləmin dərk edilməsi, maddə lərin quruluşu, zaman və məkan anlayışları əsasında fəza təsəvvürləri və em pirik təfəkkürün formalaşdırılması, cəmiyyətin sosial-iqtisadi inkişafında təbi ət elmlərinin əsası kimi fizikanın rolu, fizika elminin görkəmli nümayəndələ ri və elmi nailiyyətləri barədə məlumatların mənimsənilməsi təmin edilir.
Ümumi nəticələr
fiziki hadisələri mahiyyətinə görə fərqləndirir, onların başvermə səbəblərini izah edir;
təbiət hadisələrinin qanunauyğunluqları haqqında məlumatlar toplayır, on ları ümumiləşdirib şərh edir;
fiziki hadisələri müşahidə edir, nəticələri ümumiləşdirir və onlar haqqın da mülahizələr yürüdür;
fiziki kəmiyyətləri ölçür və nəticələrindən gündəlik həyatda tətbiq üçün istifadə edir, bu prosesdə təhlükəsizlik qaydalarına əməl edir;
fizika elminin cəmiyyətin sosial-iqtisadi tərəqqisində rolu və əhəmiyyəti, görkəmli fizik-alimlərin yaradıcılığı barədə təqdimatlar hazırlayır.
Fənnin əsaslandırılması. Gündəlik həyatda baş verən hadisələrin kimyə vi mahiyyətinin, ətraf aləmin maddiliyinin dərk edilməsi, cəmiyyətin iqtisadi-sosial inkişafında kimyanın rolunun qiymətləndirilməsi, şagirdlərdə fəza təsəvvürlərinin genişləndirilməsi, səbəb-nəticə əlaqələri barədə anlayışların və təhlil bacarıqlarının, ekoloji mədəniyyətin formalaşdırılması, müxtəlif hə yat şəraitlərinə çevik uyğunlaşma, kimya elminin görkəmli nümayəndələri və elmi nailiyyətləri barədə məlumatların mənimsənilməsi təmin edilir.
Ümumi nəticələr
kimyəvi hadisələrin mahiyyətini dərk etmək üçün müşahidələr və təcrü bələr aparır, alınmış nəticələr əsasında onlara münasibət bildirir;
maddələrin quruluşunu, xassələrini, onların çevrilməsinin səbəblərini izah edir;
maddələrin çevrilməsini tətbiq və idarə edir;
ətraf aləmə həssas və qayğıkeş münasibət nümayiş etdirir, müşahidə etdi yi hadisələri ümumiləşdirib təqdim edir;
kimya sahəsində görkəmli alimlər və onların xüsusi əhəmiyyətə malik el mi kəşfləri, nailiyyətləri haqqında məlumatların ötürülməsi və yayılmasında iştirak edir.
Fənnin əsaslandırılması. Şagirdlərdə canlı aləmin yaranması, quruluşu, funksiyaları, təsnifatı, yayılma qanunauyğunluqları, inkişafı və mühafizəsi, onların bir-biri ilə və cansız aləmlə qarşılıqlı əlaqəsi, maddi aləmin vəhdət təşkil etməsi barədə ümumi təsəvvürlər formalaşdırılır, onlarda özünə, ətraf mühitə qayğıkeş və həssas münasibət yaradılır.
canlılar aləmini təşkil edən varlıqları səciyyəvi xüsusiyyətlərinə görə mü qayisə edir, bu barədə mülahizələrini şərh edir;
bioloji varlıqlarda baş verən dəyişiklikləri müşahidə etməyi bacarır, təcrü bə toplayır, nəticələri ümumiləşdirir, onları şərh edir və yazılı təqdim edir;
canlı varlıqlarda maddələr mübadiləsinin qanunauyğunluqlarının səbəbini izah edir və təcrübədə tətbiq edir;
bitkilərin əkilməsi, becərilməsi, ev heyvanlarının, quşların və digər hey vanlarının bəslənməsi və onlardan məhsul alınması texnologiyasını məişətdə tətbiq edir;
fiziki, kimyəvi, bioloji amillərin canlı varlıqlara mənfi təsirləri barədə nə zəri biliklərdən ekoloji problemlərin aradan qaldırılmasında istifadə edir;
zədələnmələr zamanı ilk tibbi yardım göstərir, xəstəliklər zamanı profilak tik tədbirlər görür.
Fənnin əsaslandırılması. Coğrafi təbəqənin əmələ gəlməsi və inkişaf qan unauyğunluqları, Günəş sistemində Yer planetinin mövqeyi, Yer kürəsinin təbii kompleks olması, təbiət hadisələrinin və təbii proseslərin başvermə səbəbləri, iqtisadiyyatın inkişafında Yerin təbii imkanlarından istifadə olunması, Azərbaycanın təbii şəraiti, təbii ehtiyatlan, əhalisi və demoqrafik vəziyyəti, dünya ölkələri ilə müqayisədə Azərbaycanın iqtisadi və sosial coğrafi xü susiyyətləri haqqında şagirdlərdə ümumi təsəvvürlər yaradılır, təbiətə, ekolo ji problemlərə həssas münasibət, vətəndaşlıq mövqeyi formalaşdırılır, onların əqli qabiliyyətləri inkişaf etdirilir.
Ümumi nəticələr
təbii mühiti təşkil edən komponentlərin əsas xüsusiyyətlərini, təbiət hadisələrinin başvermə səbəblərini və yerləşmə qanunauyğunluqlarını izah edir, onların əsasında müqayisələr aparır, nəticələri ümumiləşdirir, şərh edir və ya zılı təqdim edir;
coğrafi təbəqənin əhəmiyyətini və onun mühafizəsinin həyat üçün vacib liyini müvafiq dəlillər əsasında izah edir;
coğrafi cihazlardan ətraf mühitin öyrənilməsində, müxtəlif şərait və vəziy yətlərdə istifadə edir;
müəyyən ərazinin kartoqrafik təsvirini verir, xəritə və plan üzrə təhlillər aparır;
xəritədən, coğrafi məlumatlardan, statistikadan istifadə edərək müvafiq he sablamalar aparır və nəticələrə dair diaqramlar, cədvəllər qurur;
Azərbaycanın, eləcə də müxtəlif ölkələrin təbiəti, təbii ehtiyatları, əhali si, iqtisadi inkişaf meyilləri haqqında əlavə məlumatlar toplayır, sistemləşdi rir, onların əsasında materiallar təqdim edir.
Fənnin əsaslandırılması. İbtidai təhsil pilləsi üzrə müəyyən olunmuş ba carıqlar daha da təkmilləşdirilməklə, şagirdlərdə təbiət və cəmiyyət hadisə ləri nümunəsində qanunauyğunluqların mahiyyəti haqqında ətraflı təsəvvür formalaşdırılır, reproduktiv sağlamlıq, insan hüquqları, mənəvi kamillik, əxla qi yetkinlik, vicdan azadlığı, iqtisadi maarifləndirmə, sağlam həyat tərzi, tə bii qəza və fəlakətlərdən qorunmaq yolları barədə məlumatlar dərinləşdirilir, onlarda saflıq, düzlük, əqidəlilik, dözümlülük, tolerantlıq, özünüqiymətləndir mə, özünəxidmət keyfiyyətlərinin aşılanması, planlı fəaliyyət bacarıqlarının və iqtisadi təfəkkür elementlərinin yaradılması təmin olunur.
Ümumi nəticələr
təbiət və cəmiyyət hadisələri ilə bağlı qanunauyğunluqların mahiyyətini izah edir, həmin məsələlərlə əlaqədar bu fənn daxilində əldə etdiyi məlumatları digər fənlərdəki eyni məzmunlu məlumatlarla müqayisə edir, onları sis temləşdirir və ümumiləşdirmələr aparır;
zərərli vərdişlərin insan həyatı üçün təhlükəli olduğunu və ağır nəticələr verdiyini konkret nümunələr əsasında şərh edir, sağlam həyat tərzi keçirdiyini gündəlik fəaliyyətində nümayiş etdirir;
həyat fəaliyyətinin təhlükəsizliyi qaydalarına yiyələndiyini yazılı və şifahi təqdimatlarında, təlim-məşq tədbirlərində nümayiş etdirir;
müvafiq normativ-hüquqi sənədlərdə təsbit olunmuş insan hüquq və azad lıqlarına dair müddəaların mahiyyətini konkret tarixi hadisələrin, faktların, ədəbi əsərlərin nümunəsində şərh edir, özünün və başqalarının hüquqlarına hörmətlə yanaşdığını nümayiş etdirir;
mənəvi-əxlaqi mövzulara həsr olunmuş müzakirələrdə, diskussiyalarda və digər tədbirlərdə müvafiq problemlə bağlı rəy və mülahizələrini bildirir, ha disə və faktları mahiyyətinə görə qiymətləndirməklə, şəxsi mövqeyini və münasibətini büruzə verir;
gündəlik həyatda iqtisadi səmərəliliyə dair kiçik layihələr qurur, onları təqdim və tətbiq edir.
Fənnin əsaslandırılması. İbtidai təhsil pilləsində təyin olunmuş funksio nal vəzifələrin yerinə yetirilməsi istiqamətində nəzərdə tutulan fəaliyyətləri
inkişaf etdirməklə texnoloji və tətbiqi bacarıqların təkmilləşdirilməsi, sadə ol mayan texnoloji proseslərin idarə olunması və həyata keçirilməsi, yaradıcı texniki təfəkkürün formalaşdırılması, şagirdlərin müasir informasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, onların peşə seçməyə is tiqamətləndirilməsi, zəhmətsevərlik və yaradıcılıq ruhunda tərbiyə edilməsi təmin olunur.
Ümumi nəticələr
müstəqil həyatda zəruri sayılan ilkin texniki və texnoloji bilikləri tətbiq edir, təhlükəsizlik texnikası qaydalarına riayət etməklə gündəlik məişətdə va cib olan texnoloji işləri yerinə yetirir, sadə məmulatlar hazırlayır;
sadə layihələr tərtib edib onları həyata keçirir, məmulatların hazırlanma sında dizayn tələblərinə əməl edir, mürəkkəb olmayan təmir-tikinti işlərini yerinə yetirir;
texnoloji proseslərə aid informasiyalan toplayıb sistemləşdirir, məmulatları n hazırlanmasında onlardan istifadə edir;
şəraitə və təbii imkanlara uyğun olaraq bitkiləri becərməyi, ev heyvanla rına qulluq etməyi, kənd təsərrüfatı məhsullarını tədarük və emal etməyi ba carır;
əmək fəaliyyətini səmərəli qurmaq üçün onu əvvəlcədən planlaşdırır və idarə edir;
əmək fəaliyyəti prosesində fərdi, habelə qrup tərkibində işləməyi bacarır.
Fənnin əsaslandırılması. Şagirdlərdə fiziki tərbiyənin insan şəxsiyyətinin formalaşmasında mühüm amil və ümumi mədəniyyət səviyyəsinin əsas göstəricilərindən biri olması barədə təsəvvürlər dərinləşdirilir, onlarda öz fiziki imkanlarına inam hissi yaradılması, potensial qüvvələrinə inamsızlıqla bağlı yaranmış psixoloji maneələrin aradan qaldırılması, sağlam həyat tərzinin nor maya çevrilməsi, idman növləri və oyunlar vasitəsilə hərəkət qabiliyyətləri nin dinamik inkişaf etdirilməsi, müstəqil və məqsədyönlü şəkildə fiziki haz ırlıqlarının təkmilləşdirilməsi və sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki hərəkətlər icra olunarkən təhlükəsizlik qaydalarına əməl edilməsi təmin olunur, birgə fəaliyyət, cəldlik, çeviklik, qüvvə, sürət, hərəkət koordinasiyas ı, elastiklik, dözümlülük, intizamlılıq, çətin anlarda fiziki imkanlarını səfərbər etmək və digərlərinə kömək göstərmək keyfiyyətləri, tibbi-gigiyenik bac arıqlar formalaşdırılır.
Ümumi nəticələr
hərəkət keyfiyyətlərinin inkişafı üzrə müəyyən edilmiş normativləri yeri nə yetirir, müstəqil olaraq fiziki hazırlığını təkmilləşdirmək və sağlamlığını möhkəmləndirmək üçün rejim və tədbirlər müəyyənləşdirib icra edir;
fiziki hazırlıq fəaliyyəti prosesində müvafiq təhlükəsizlik qaydalarına, tib bi-gigiyenik tələblərə əməl edir;
kollektiv fəaliyyət zamanı öz yerini və rolunu dəqiq müəyyənləşdirir, zə ruri məqamlarda qabaqcıl və həlledici mövqe tutur;
ayrı-ayrı hərəkət qabiliyyətlərinin inkişafı üçün səmərəli və məqsədyönlü hərəkətlər kompleksi seçib yerinə yetirir.
Fənnin əsaslandırılması. İbtidai təhsil pilləsi üzrə müəyyən olunmuş fəaliyyətlər inkişaf etdirilməklə milli musiqi tariximizin ən zəruri məqamları görkəmli şəxsiyyətləri haqqında məlumatlarla, aşıq musiqisi, muğamlar, düny a musiqi mədəniyyətinin geniş yayılmış nümunələri ilə tanışlıq, xorla ifa və vokal vərdişlərin mənimsənilməsi, musiqini qavrama mədəniyyətinin formalaşdırılması, şagirdlərin səs imkanları, arzu və istəkləri nəzərə alınmaqla, ifa çılığa cəlb olunmaları təmin edilir.
Ümumi nəticələr
Azərbaycanın görkəmli klassik və müasir musiqi xadimləri, dünya musiqi sənətinin tanınmış nümayəndələri, onların geniş yayılmış məşhur əsərləri haqqında məlumatları şərh edir;
aşıq havalarını, muğamları və onların tərkib hissələrini tanıyır, musiqi əsərlərini ifadə vasitələrinə görə müqayisə edir, onları janr və formasına gö rə fərqləndirir;
musiqi əsərlərini melodik istiqamətlərinə, ritmik və poetik xüsusiyyətləri nə görə təhlil edir;
musiqi mətnlərini notla oxuyur;
qrup və kollektiv daxilində ifaçılıq bacarığı nümayiş etdirir.
Fənnin əsaslandırılması. İbtidai təhsil pilləsi üçün müəyyən edilmiş ba carıqlar inkişaf etdirilməklə Azərbaycanın, eləcə də dünya incəsənətinin gör kəmli nümayəndələri və onların əsərləri ilə tanışlıq, gerçəkliyin və sənət əsərlərinin bədii-emosional qavranılması, estetik zövqün inkişafı, təbiətin və təsviri sənət nümunələrinin timsalında ölçü, forma, simmetriya, harmoniya məfhumlarının mahiyyəti barədə təsəvvürlərin dərinləşdirilməsi, şagirdlərdə müqayisə, təhlil və təsvir qabiliyyətlərinin təkmilləşdirilməsi, təsviri sənət üzrə istedadlı uşaqların üzə çıxarılması təmin olunur.
Ümumi nəticələr
Azərbaycanın, dünya incəsənətinin görkəmli nümayəndələri və onların əsərləri haqqında məlumatları şərh edir;
təsviri sənət növlərini onları təşkil edən əsas janrlara ayırır, bunların xar akterik xüsusiyyətlərini izah edir; həyati görüntüləri real təsvir edir;
bədii sənət əsərlərini milli-üslubi cəhətlərinə görə müqayisə və izah edir; bədii tərtibat və dizayn bacarıqlarını nümayiş etdirir.
2.3. ÜMUMİ ORTA TƏHSİL
2.3.1. Orta təhsilin məqsədi
Orta təhsilin məqsədi aşağıdakılardır:
təhsilin meyil, maraq və potensial imkanları nəzərə alınmaqla təşkilini təm in etmək, istedad və qabiliyyətin reallaşdırılması üçün lazımi şərait yarat maq;
şagirdlərdə ünsiyyət mədəniyyəti, sərbəst və müstəqil surətdə bilik və bac arıqlar qazanmaq və praktiki işdə tətbiq etmək qabiliyyəti, icraçılıq, təşkilatçılıq, proqnozlaşdırma, tədqiqatçılıq və birgəfəaliyyət vərdişləri formalaşdır maq;
şagirdləri müstəqil həyata, cəmiyyətdə fəal və gərəkli mövqe tutmağa, şüu rlu peşə seçməyə hazırlamaq;
şagirdlərdə tənqidi, obrazlı və yaradıcı təfəkkür formalaşdırılmasını, nail iyyətlərin və yeniliklərin mahiyyətini dərk edib onları qiymətləndirə bilmək bacarıqlarını təmin etmək;
şagirdlərdə ana dilinə, ədəbi-bədii irsə, Vətənin tarixi keçmişinə, bu gününə, gələcəyinə məhəbbət və nikbinlik hissi yaratmaq, onlarda təbiəti sevm ək və qorumaq, milli və ümumbəşəri dəyərlərə, insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmaq və tolerant münasibət bəsləmək keyfiyyətləri aşılamaq;
şagirdlərin texniki vəsaitlərdən, iqtisadi biliklərdən gündəlik fəaliyyətdə səmərəli istifadə etmələrini, xarici dillərdən birində, yaxud bir neçəsində üns iyyət saxlaya bilmələrini təmin etmək.
2.3.2. Orta təhsil üzrə ümumi təlimin nəticələri Şagird aşağıdakıları bacarmalıdır:
problemləri təyin etməyi və onlara münasibət bildirməyi, problemlərin həlli istiqamətində düşünülmüş qərarlar qəbul etməyi;
məlumatları axtarıb toplamağı, sistemləşdirməyi, müqayisə, təhlil və tətb iq etməyi, qiymətləndirməyi və onlardan səmərəli istifadə etməyi;
müstəqil, tənqidi və yaradıcı düşünə bilməyi, yeni ideyalar irəli sürməyi;
komanda, qrup, təşkilat daxilində başqaları ilə səmərəli əməkdaşlıq etməyi;
yazılı və şifahi nitq vərdişləri əsasında dialoqa girməyi, müzakirələrdə iştirak etməyi, müstəqil surətdə rəy və mülahizələr irəli sürməyi, müxtəlif məlumat mənbələrindən istifadə etməyi, ayrı-ayrı üslublarda yazılmış mətnlərlə işləməyi və yaradıcı yazılar təqdim etməyi;
müasir texnika və kommunikasiya vasitələrilə davranmağı;
elm, incəsənət, mədəniyyət və ədəbiyyat sahəsindəki nailiyyətlərə müna sibət bildirməyi;
xarici dillərdən birində və ya bir neçəsində ünsiyyət saxlamağı;
dəyişən həyat şəraitinə çevik uyğunlaşmağı;
icraçılıq, təşkilatçılıq və idarəetmə ilə bağlı funksiyaları yerinə yetirməyi;
zəngin mənəviyyata malik olmaqla, öz intellektual və mədəni səviyyəsini, bacarıq və qabiliyyətini müntəzəm inkişaf etdirməyi, gerçəkliyi estetik və obrazlı qavramağı;
insan əməyini, vətəndaşların hüquq və azadlıqlarını dəyərləndirməyi, mən əvi-əxlaqi dəyərlərə, təbiətə həssas və tolerant münasibət bəsləməyi;
sağlam həyat tərzi, liderlik, rəqabətə davamlılıq keyfiyyətlərini nümayiş etdirməyi;
ana dilini dərindən bildiyini, milli adət-ənənələr, Vətənin tarixi və mədəniyyəti barədə ətraflı məlumatlara, milli qürur və milli iftixar hisslərinə mal ik olduğunu nümayiş etdirməyi.
2.3.3. Orta təhsil pilləsində tədris olunan fənlər
“Ana dili “, “Azərbaycan dili “, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “İnformatika”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Bio logiya “, “Coğrafiya “, “Fiziki tərbiyə”, ” Çağırışaqədərki hazırlıq”.
2.3.4. Orta təhsil pilləsində tədris olunan fənlərin əsaslandırılması, fənlər üzrə ümumi təlimin nəticələri
Fənnin əsaslandırılması. Əsas təhsil pilləsindəki fəaliyyət istiqamətləri inkişaf etdirilməklə ədəbi dilin üslublarından istifadə imkanlarının genişlən dirilməsi, şifahi və yazılı nitq prosesində nitq mədəniyyətinin tələblərinə riayət edilməsi, natiqlik vərdişləri elementlərinin yaradılması təmin olunur.
Ümumi nəticələr
üslubi xüsusiyyətinə görə mətnləri müqayisə edir, qiymətləndirir, rəy və mülahizələrini bildirir;
təqdim olunmuş mövzuya uyğun üslub seçir, fikirlərini şifahi və yazılı şərh edir;
nitqin dəqiqliyi, düzgünlüyü və ifadəliliyi üçün zəruri olan normaları şifah i və yazılı nitqində tətbiq edir;
müxtəlif üslublarda rəy, çıxış, məruzə və təqdimatlar hazırlayır;
müzakirə, görüş, diskussiya və s. tədbirlərin hazırlanması, təşkili və keçir ilməsində yoldaşları ilə səmərəli əməkdaşlıq edir.
AZƏRBAYCAN DİLİ DÖVLƏT DİLİ KİMİ
Fənnin əsaslandırılması. Əsas təlim pilləsində müəyyən olunmuş fəaliyyətlər inkişaf etdirilməklə nitqi müxtəlif üslublarda dəqiq və düzgün qurmaq, Azərbaycan dilində düşünmək, ünsiyyət məqamına görə fikri sərrast ifadə etm ək, zəruri yazı qaydalarını tətbiq etmək bacarıqları formalaşdırılır.
Ümumi nəticələr
öz fikirlərini Azərbaycan dilində sərbəst ifadə edir; nitqin müxtəlif üslub və tiplərində mətnlər qurur; yazılı nitqində orfoqrafiya və durğu işarələri qaydalarını tətbiq edir; Azərbaycan dilində olan mətnlər üzərində işləyir, onların məzmunu və üs lubu haqqında rəy və mülahizələrini bildirir;
Azərbaycan dilində aparılan tədbirlərdə çıxış və təqdimatlar edir; sərbəst tərcümə bacarığı nümayiş etdirir.
Fənnin əsaslandırılması. Şagirdlərin əsas təhsil pilləsində qazandıqları bacarıq və vərdişlər təkmilləşdirilməklə, tarixi-xronoloji ardıcıllıqla Azərbay can ədəbiyyatının çoxəsrlik inkişaf yolu, ədəbi ənənə və əlaqələri, Azərbay can və dünya ədəbiyyatının görkəmli ədəbi simalarının yaradıcılığından nümunələr öyrənilir, ədəbiyyat nəzəriyyəsinə dair məlumatlar genişləndirilir, şagirdlərin ədəbi-bədii, tənqidi təfəkkürünün formalaşması təmin olunur.
Ümumi nəticələr
ədəbi nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş etdirir, onları mövzu, janr, problem baxımından müqayisə edir, əsaslandırılmış rəy bildirir;
bədii əsərin məzmununa və ideyasına onun yarandığı dövrdə mövcud olan ictimai-siyasi və əxlaqi-etik dəyərlər kontekstində qiymət verir;
ayrı-ayrı mövzulara dair müvafiq üslublarda yaradıcı xarakterli yazılar ya zır;
mənbələr üzərində işləyir, görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mə dəniyyət sahəsindəki nailiyyətlər barədə materiallar toplayır, müxtəlif ədəbi mövzularda təqdimatlar hazırlayır;
ədəbi mövzulara aid tədbirlərin təşkilində iştirak edir, ədəbi nailiyyətlərə münasibət bildirir.
Fənnin əsaslandırılması. Əsas pillə üçün nəzərdə tutulan fəaliyyətlər inkişaf etdirilməklə, şagirdlərin xarici dil üzrə kommunikativ bacarıqlara və ünsiyyət mədəniyyətinə yiyələnmələri, lüğət ehtiyatının zənginləşdirilməsi, onlarda xarici dili dərindən öyrənməyə maraq oyadılması, dilini öyrəndiyi ölkə (ölkələr) ilə tanışlıq əsasında dünyagörüşlərinin genişlənməsi təmin olunur.
Ümumi nəticələr
mətni ifadəli oxuyur, onun üslubi xarakterini və əsas fikri müəyyən edir;
ilk dəfə təqdim edilmiş və tərkibində 10 faizə qədər naməlum sözlər olan mətni lüğət vasitəsilə oxuyur, məzmununu izah edir;
oxunmuş mətnin planını tərtib edir, məzmununu yazılı tezislə ifadə edir, müstəqil surətdə sadə süjetli mətnlər qurur;
sadə olmayan cümlə konstruksiyalarından şifahi və yazılı nitqində istifadə edir.
Fənnin əsaslandırılması. Əsas təhsil pilləsində müəyyən olunmuş fəaliyy ətlərin genişləndirilməsi və inkişaf etdirilməsi yolu ilə yeni anlayış və mahiyyətlərin, daha sistemli və tətbiqyönümlü praktiki vərdişlərin aşılanması, riy azi dili inkişaf etdirməklə nitqin zənginləşdirilməsi, gələcək təhsil və peşə fəaliyyətinin davam etdirilməsinə zəmin yaradan riyazi biliklərin mənimsə nilməsi, alqoritm mədəniyyətinin formalaşdırılması təmin olunur.
Ümumi nəticələr
riyazi materiallara aid alqoritmləri yerinə yetirir, real həyatda riyazi anla yış və düsturlardan istifadə edir;
xüsusi halların və təcrübənin ümumiləşdirilməsinə əsasən, kəmiyyətlər arasındakı asılılığı müəyyənləşdirir və riyazi dillə ifadə edir;
riyazi çevrilmələrdən və funksional asılılıqlardan yaxın fənlərin öyrənilməsində və ətraf aləmin mövcud qanunauyğunluqlarının araşdırılmasında istifadə edir;
genişləndirilmiş fəza təsəvvürlərindən çertyoj, şəkil və sxemlərin çəkilmə sində, ətraf aləmdəki əşyaların təsvirində istifadə edir;
ətraf aləmdəki ehtimal və statistikanın qanunauyğunluqlarının mövcudluğu haqqında məlumatları izah edir, ehtimalın klassik modelinə əsasən hadisələrin baş verməsini proqnozlaşdırır;
ölçmə və hesablama vasitələrindən istifadə edir, yazılı və şifahi əməliy yatlar aparır;
mühakimələrini riyazi faktlarla əsaslandırır və məntiqi nəticələrini şərh edir, isbat olunmuş təklifi ehtimal və fərz olunandan fərqləndirir.
Fənnin əsaslandırılması. Əsas təhsil pilləsində mənimsənilmiş bacarıq və vərdişlər inkişaf etdirilməklə şagirdlərdə informasiyalaşmış cəmiyyətin tələblərinə uyğun zəruri məlumatlarla işləmə bacarıqları, kompüterdə daha çox po pulyar olan proqram vasitələrindən istifadə vərdişləri formalaşdırılır, onların alqoritmik təfəkkürünün və intellektual səviyyəsinin inkişafı, peşə seçiminə hazırlıqları təmin olunur.
Ümumi nəticələr Şagird:
informasiyalan qavrayır, təsvir edir və informasiya daşıyıcıları ilə işləyir;
sadə məsələlərin həlli üçün müxtəlif strukturlu alqoritmlər tərtib edir, proqramlar hazırlayır və icra edir;
sadə informasiya modellərinə uyğun informasiyaların işlənməsi alqoritmlərini qurur və qurulmuş modeli kompüterdə tədqiq edir;
kompüterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir və lazımi əməliyyatları icra edir;
qrafik redaktorunda müxtəlif təsvirlərin hissələrindən istifadə edərək yeni təsvir yaradır, mətn redaktorunda cədvəl-mətnlər yığır, formatlaşdırır, cədvəl lər üzərində hesablamalar aparır, sənədləri çap edir;
müxtəlif təqdimatlar hazırlayır, redaktə edir və ona multimedia effektlərini əlavə edir;
elektron cədvəl prosessorunda və verilənlər bazasında müvafiq əməliyyatları icra edir;
internetin əsas xidmətlərindən istifadə edir, müxtəlif dizaynlı “Web” səhifələr yaradır.
Fənnin əsaslandırılması. Əsas təhsil pilləsində nəzərdə tutulmuş fəaliy yətləri genişləndirməklə müstəmləkə şəraitlərində yürüdülən siyasi xəttin Azərbaycanın ərazi bütövlüyünə, milli-mənəvi dəyərlərinə təsiri, bu dövrlər də sosial-iqtisadi, mədəni inkişaf tendensiyaları, milli azadlıq hərəkatı, döv lətçiliyin bərpası, qorunması, inkişafı, müasir dövrdə Azərbaycanın dünyada kı mövqeyi, ölkənin ümumi inkişafını şərtləndirən amillər haqqında məlumat lar mənimsənilir, demokratik cəmiyyət şəraitində şagirdlərdə sosial-siyasi tarixi hadisələrə münasibət bildirmək və qiymətləndirmək bacarıqları formalaş dırılır.
Ümumi nəticələr
tarixi hadisələrin mahiyyətini konkret dövrün xüsusiyyətləri baxımından izah edir və ona münasibət bildirir;
müasir texnologiyalardan istifadə etməklə tarixi informasiyalan toplayır, təhlil edir və təqdimatlar hazırlayır;
tarixi hadisələrlə bağlı fərziyyə və mülahizələr irəli sürür, proqnozlar ve rir;
debatlarda, diskussiyalarda, müzakirələrdə ictimai rəy formalaşdıran məsəl ələr ətrafında təkliflərlə çıxış edir, hüquqi-siyasi dəyərlərin (demokratiya, şəxsiyyət azadlığı və s.) həyatda reallaşmasına münasibət bildirir.
Fənnin əsaslandırılması. Əsas təhsil pilləsindəki fəaliyyətləri genişləndirm əklə tarixi inkişafa və sivil mədəniyyətə nümunə ola biləcək, habelə tarix ən bağlı olduğumuz ölkələrin və xalqların tarixinin mühüm məqamları, sosial-iqtisadi, siyasi və mədəni proseslər, beynəlxalq münasibətlər, cəmiyyət lərin inkişafının islahat və inqilab yollan, aqrar sivilizasiyadan sənaye sivilizasiyasına keçid, müasir informasiya cəmiyyəti, dünyada gedən inteqrasiya prosesləri, bəşəriyyəti narahat edən qlobal problemlər haqqında ümumi məlumatlar mənimsənilir, şagirdlərdə sosial-iqtisadi və siyasi prosesləri, hakim iyyət, cəmiyyət və şəxsiyyət münasibətlərini səciyyələndirən faktları, siyas i və ictimai hərəkatlar, ictimai inkişafda maddi və mənəvi mədəniyyətin, insan faktorunun rolu haqqında informasiyalan sistemləşdirmək və təqdim etm ək bacarıqları formalaşdırılır.
Ümumi nəticələr
müxtəlif mənbələr əsasında tarixi faktları təhlil edir, onların arasındakı ox şarlıq və ziddiyyətlərin səbəblərini izah edir, konkret tarixi hadisələrə dair əlavə məlumatlar toplayır, onları sistemləşdirir və təqdim edir, şəxsi mülahi zələri əsasında referat, məruzə və tezislər hazırlayır;
dünya tarixinin hadisə və proseslərini Azərbaycan tarixinin eyni dövrləri ilə tarixi konteksdə müqayisə edir, təhlillər aparır və öz mülahizələrini bildirir;
tarixi mövzulardakı dialoqlarda, keçmiş və müasir dövrün hadisə və pro seslərinin müzakirəsində öz mövqeyini bildirir və əsaslandırır;
cəmiyyətlərin inkişafında islahat və inqilabların rolunu fərqləndirir, onlara öz münasibətini bildirir;
aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərini müqayisə edir, on ların xarakterik cəhətlərini izah edir;
tarixi proseslər və hadisələr arasında səbəb-nəticə əlaqələrini müəyyən ləşdirir;
bəşəriyyəti narahat edən qlobal problemləri şərh edir, onların aradan qal dırılması istiqamətində müxtəlif fərziyyələr irəli sürür.
Fənnin əsaslandırılması. Əsas təhsil pilləsindəki fəaliyyət istiqamətləri dərinləşdirilməklə fəza və zaman təsəvvürlərinin daha da genişləndirilməsi, fiziki qanunauyğunluqların və fundamental fiziki qanunların mahiyyəti və on ların tətbiqi, fizikanın digər elmlərlə əlaqəsi, canlı materiyanın öyrənilməsin də və texnikanın inkişafında onun aparıcı rolu haqqında məlumatların mənim sənilməsi, şagirdlərdə elmi dünyagörüşün formalaşması, tənqidi təfəkkürün inkişafı təmin olunur.
Ümumi nəticələr
fundamental fiziki qanunları digər fiziki qanunlarla müqayisə edir, onların fərqli və oxşar cəhətlərini izah edir;
fiziki hadisələrin müəyyən qanunauyğunluqlarla əlaqəsini və tətbiqi yolları nı şərh edir;
eksperiment və təcrübələr aparmaqla, nəzəri biliklərin praktikada reallaş dırılması imkanlarını nümayiş etdirir.
Fənnin əsaslandırılması. Əsas təhsil pilləsində nəzərdə tutulan fəaliyyətlər inkişaf etdirilməklə kimyanın əsas qanunlarının mənimsənilməsi, maddələrin quruluşu əsasında fəza təsəvvürlərinin genişləndirilməsi və dərinləşdirilməsi, cansız və canlı təbiət arasında həyati əlaqələrin, kimyəvi təbii sərvətlərin iqtisadiyyatın inkişafına təsiri amillərinin öyrənilməsi, canlı maddi aləmin mövcudluğunu şərtləndirən əsas qanunauyğunluqların dərk edilməsi, müşahidə, təhliletmə, tətbiqetmə və tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi təmin olunur.
Ümumi nəticələr
qeyri-üzvi və üzvi maddələri müqayisə edir və onları fərqləndirir;
ən zəruri kimyəvi qanun və hadisələrdən məişətdə istifadə edir;
kimyəvi maddələri xüsusiyyətlərinə görə fərqləndirir və onlardan istifadə qaydalarına əməl edir;
eksperimentlər aparır, nəticələrini ümumiləşdirir, mülahizələr yürüdür və bu barədə şifahi və yazılı təqdimatlar hazırlayır.
Fənnin əsaslandırılması. Şagirdlərdə həyatın əmələ gəlməsi, hüceyrə, üzvi aləmin inkişafı və təkamülü, insanın mənşəyi, genetika və seleksiyanın əsasları, ekologiyanın problemləri və həlli yolları haqqında anlayışlar yarat maqla müvafiq bilik və bacarıqlar aşılanır, canlı maddi aləmin tamlığı və vəh dət təşkil etməsi barədə elmi dünyagörüş və məntiqi təfəkkür formalaşdırılır.
Ümumi nəticələr
bioloji varlıqların yaranması və inkişafı ilə bağlı, habelə canlı orqanizmlər də gedən bioloji prosesləri şərh və izah edir;
insanın əmələ gəlməsi, irqlərin yaranması, irsiyyət, qlobal ekoloji prob lemlərin başvermə səbəbləri və aradan qaldırılması yollan və s. barədə ma teriallar toplayır, sistemləşdirir, müqayisə və təhlil edərək qiymətləndirir;
irsiyyətin qanunauyğunluqlarını məsələ həlli yolu ilə əsaslandırır və nəti cələrini şərh edir;
seleksiyanın nailiyyətlərinin ayrı-ayrı sahələrdə əhəmiyyətini və tətbiqi yollarını izah edir.
Fənnin əsaslandırılması. Coğrafi təbəqənin fəaliyyət mexanizmi və onun ətraf mühitin inkişafına təsiri, Yer kürəsində təbii komplekslərin əmələ gəlməsi və onlarda baş verən proseslərin yaratdığı qlobal ekoloji problemlər, ətr af mühitin antropogen dəyişilməsinin bəşəriyyətin inkişafına təsiri, təbii res urslarla təminat sahəsində yaranan problemlərin həlli yolları və Azərbaycanın qloballaşma prosesində iştirakı barədə məlumatlar verilir, dünyanın sə bəb-nəticə zəminində kompleks qavranılması, şagirdlərdə iqtisadi təfəkkürün inkişaf etdirilməsi, ekoloji mədəniyyətin formalaşması təmin edilir.
Ümumi nəticələr
coğrafi təbəqənin tərkib hissələrinin inkişaf qanunauyğunluqlarını, onların qarşılıqlı əlaqəsini, ətraf mühitə təsirinin nəticələrini izah edir, təbii komplekslərin müqayisəli təhlilini aparır, onlarda baş verən dəyişikliklərin səbəblərini nümunələr əsasında şərh edir;
ətraf mühitin dəyişilməsi prosesini müşahidə etmək üçün təcrübələr apa rır, sınaqlar keçirir, onların nəticələrini ümumiləşdirib təqdim edir;
müvafiq nəzəri biliklər əsasında iqtisadi səmərəliliyin təmin olunması ilə bağlı fərdi qaydada, habelə qrup daxilində kiçik layihələr hazırlayır, hesabla malar aparır, nəticələrin tətbiqi üzrə mülahizələr irəli sürür;
müxtəlif məzmunlu plan və xəritələr hazırlayır, ayrı-ayrı sahələr üzrə coğ rafi hesablamalar aparır və müvafiq diaqram, sxem və cədvəllər tərtib edir;
geosiyasi dəyişiklikləri təhlil edir və ümumiləşdirmələr aparır, bu dəyişikl iklərin ölkəmizə təsiri barədə mülahizələr irəli sürür;
öz biliyini və məlumat dairəsini genişləndirmək üçün kommunikasiya-tex nologiya vasitələrindən istifadə etməklə əlavə materiallar toplayır, onları sis temləşdirib yazılı və şifahi təqdim edir.
Fənnin əsaslandırılması. Əsas təhsil pilləsində irəli sürülən tələblər inkişaf etdirilməklə müəyyən olunan ümumi bacarıqlar daha da təkmilləşdirilir, fiziki tərbiyə prosesinin təminatı üçün zəruri nəzəri məlumatlar mənimsənil ir, bu və ya digər idman növünə meyil və marağı olan şagirdlərin istedad və potensial imkanlarının reallaşdırılması üçün lazımi şərait yaradılır, onların pe şə seçiminə istiqamətləndirilməsi təmin edilir.
Ümumi nəticələr
hərəkət qabiliyyətlərinin təmin olunması və inkişafı üzrə müəyyən edil miş normativləri yerinə yetirir;
fiziki tərbiyə prosesinin təşkili ilə bağlı nəzəri məlumatları izah edir və bu məlumatlardan praktiki fəaliyyətin qurulmasında məqsədyönlü istifadə edir;
seçdiyi idman növünün xüsusiyyətlərinə uyğun hərəkətlər kompleksi mü əyyənləşdirir və icra edir;
fərdi, yaxud komanda tərkibində fəaliyyət zamanı təşkilatçılıq, psixoloji dayanıqlıq, dözümlülük, ümumi mənafeyə xidmət etmək keyfiyyətləri nüma yiş etdirir.
Fənnin əsaslandırılması. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında ümumi məlumatların, zəruri hərbi nizamnamə qaydalarının mənim sənilməsi, ordu həyatı ilə tanışlıq, şagirdlərdə mülki müdafiə və tibbi yardım bacarıqlarının formalaşdırılması, onların hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmaları, topoqrafik vərdişlərə yiyələnmələri təmin olunur, onlarda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inam yaradılır, vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlər gücləndirilir.
Ümumi nəticələr
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması, tərkibi və inkişafı haqqında məlumatları, çağırış və hərbi xidmət barədə qanunun tələb lərini şərh edir;
Silahlı Qüvvələrin nizamnamələrində təsbit olunmuş əsas müddəaları mə nimsədiyini, tibbi yardım və mülki müdafiə bacarıqlarına, topoqrafik vərdiş lərə yiyələndiyini nümayiş etdirir;
qeyri-müəyyən hallarla əlaqədar yaranmış vəziyyətlərdə problemləri həll etmək üçün müvafiq üsul və vasitələrdən istifadə edir;
fiziki hazırlıq, mülki müdafiə və sıra təlimi ilə bağlı normativləri yerinə yetirir, bu proseslərin icrası zamanı qrup və komanda tərkibində əlaqəli fəaliyyət göstərir.
III. ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ FƏNLƏR ÜZRƏ HƏFTƏLİK DƏRS SAATLARININ MİQDARI
Təlim dilləri
Həftəlik dərs saatlarının miqdarı
ibtidai təhsil pilləsi
I-IV siniflər
təhsil pilləsi
V-IX siniflər
orta təhsil
X-XI siniflər
I-XI siniflər
Azərbaycan
Digər dillər
Qeyd. Kəsrin surətindəki rəqəm dərs saatlarına, məxrəcindəki rəqəm isə dərsdənkənar məşğələ saatlarına aiddir.
IV. ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ
Pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətçi, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur:
pedaqoji prosesin tamlığı – pedaqoji prosesdə təlimin məqsədləri kompleks şəkildə (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;
təlimdə bərabər imkanların yaradılması – bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;
şagirdyönümlülük – şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;
inkişafyönümlülük – şagirdlərin əqli fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;
fəaliyyətin stimullaşdırılması – pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;
dəstəkləyici mühitin yaradılması – pedaqoji prosesin münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.
V. ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ ŞAGİRD NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Şagird nailiyyətlərinin qiymətləndirilməsi ardıcıl və sistemli proses olub təlim fəaliyyətinin ayrılmaz tərkib hissəsi kimi bilavasitə təhsilin keyfiyyəti nin dəyərləndirilməsinə və nəticə etibarilə onun yüksəlməsinə xidmət edir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi təhsilin keyfiyyəti və inkişafı haqqında müvafiq məlumatların toplanılması və onların təhlili ilə müşayiət olunur.
Məlumatların toplanılması test tapşırıqlarının verilməsi və yoxlanılması, si nifdə müsahibələrin aparılması, fənn kurrikulumlarının icra vəziyyətinin, şa gird və müəllimlərin fəaliyyətinin müşahidə olunması, qiymət cədvəllərinin və digər məktəb sənədlərinin təhlili və s. üsullarla həyata keçirilir.
Toplanmış məlumatlar, bir qayda olaraq, şagirdlərin təlimə münasibətləri ni və onların nailiyyətlərini, müəllimlərin hazırlıq səviyyəsini, kurrikulumları n məqsədəmüvafiqliyini, təlim resursları ilə təminatını və idarəetmə üsulları nı əhatə edir.
Məlumatların təhlilinə görə aparılmış qiymətləndirmənin nəticələri ölkə də təhsil siyasətinin qurulması və gələcək inkişaf perspektivlərinin müəyyən ləşdirilməsi üçün etibarlı mənbə hesab edilir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədəuyğunluq, qarşılıqlı də yərləndirmə, müvafiqlik və etibarlılıq, inkişafyönümlülük, şəffaflıq və qarşı lıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi məktəbdaxili, milli və beynəlxalq istiqamətdə aparılır.
Məktəbdaxili qiymətləndirmə 3 komponentdən ibarətdir:
şagird irəliləyişlərinin monitorinqi – məktəb səviyyəsində müəllimlər və məktəb rəhbərləri tərəfindən həyata keçirilir. Bu mərhələdə şagirdlərin nail iyyətləri formativ (müntəzəm, davamlı), mikrosummativ (bəhs və bölmələr üzrə) və makrosummativ (yarımilliklər üzrə) formalarda yazılı və şifahi qiym ətləndirilir;
kurrikulum üzrə qiymətləndirmə – şagirdin təlim nəticələrinin müvafiq məzmun standartlarına uyğunluğunu müəyyənləşdirmək məqsədilə aparılır;
təhsil pillələri (əsas və orta) üzrə yekun qiymətləndirmə – mərkəzləşmiş qaydada aparılan buraxılış imtahanları formasında həyata keçirilir və müvafiq təhsil sənədi verilməsi ilə başa çatır.
Orta təhsil pilləsində şagirdlərin müvafiq təmayüllər üzrə, yaxud mini mum standartlara uyğun təhsil almaları əsas təhsil pilləsində keçirilmiş yekun qiymətləndirmənin nəticələrinə görə müəyyən olunur.
Milli qiymətləndirmə, bir qayda olaraq, 4-5 ildən bir təhsil prosesinin təşkili, planlaşdırılması və aparıldığı şərait haqqında toplanmış məlumatlar vasi təsilə kurrikulumların keyfiyyətini və ümumi təhsil sistemində baş verən də yişiklikləri dəyərləndirmək məqsədilə həyata keçirilir.
Beynəlxalq qiymətləndirmə, bir qayda olaraq, hər 3 ildən bir seçmə yolla şagirdlərin təlim göstəriciləri əsasında təhsilin vəziyyəti barədə təsəvvür əldə etmək, müvafiq məlumatlan təhlil etməklə problemləri aşkara çıxarmaq və onların həlli yollarını müəyyənləşdirmək, perspektiv inkişaf istiqamətləri ni proqnozlaşdırmaq və mövcud vəziyyəti digər ölkələrlə müqayisə etmək məqsədilə aparılır.
VI. FƏNN KURRİKULUMLARININ STRUKTURU
Fənnin məqsəd və vəzifələri, onun əhəmiyyətinin əsaslandırılması
Fənnin xarakterik xüsusiyyətləri
Fənnin məzmunu
Təhsil pillələri üzrə ümumi təlimin nəticələri
Fənn üzrə məzmun xətləri və onların əsaslandırılması
Hər bir sinif üzrə ümumi təlimin nəticələri (əsas məzmun standartları)
Ümumi təlimin nəticələri əsasında zəruri minimum və daha yüksək səviy yəli alt standartların müəyyənləşdirilməsi və əsaslandırılması
Fəndaxili və fənlərarası inteqrasiya
Ümumi təlimin nəticələrinə əsasən, şagird nailiyyətlərinə verilən mini mum tələblərin təsviri
Təlimin strategiyaları
Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri
Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr
Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr
Qiymətləndirmə nümunələrinin hazırlanması
Kurrikulum üzrə qiymətləndirmə vasitələri
Təhsil pillələri üzrə yekun qiymətləndirmə vasitələri.
*Təlim digər dillərdə aparılan məktəblərdə tədris edilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 3 iyun 2010-cu il tarixli 103 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 549)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 3 iyun 2010-cu il tarixli 103 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 549) ilə qüvvədən düşmüş hesab edilmişdir.
Şahlar Əsgərov: Təhsilin konseptual problemləri
Min illərdir ki, bəşəriyyət xoşbəxt gələcəyə doğru yol gedir. Bu yolda təhsil müstəsna əhəmiyyət daşıyır. Ağı qaradan, doğrunu yalandan, yaxşını pisdən, dostu düşməndən, xeyri şərdən ayırmaq üçün təhsil əvəzsiz vasitədir. Təhsilin bu unikal keyfiyyəti bir çox dövlətlər üçün dərk olunmuş həqiqətdir. Bu səbəbdən də bu ölkələrdə təhsilin bütün xərclərini dövlət öz üzərinə götürür. Sadə dillə desək, belə dövlətlərdə təhsil “pulsuzdur”.
İtirdiyimiz torpaqlarda qurulmuş qonşu dövlətlər tərəfindən ölkəmiz 100 ildir ki, təcavüzə məruz qalır. Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk, gücsüzləşirik. Bizi bu vəziyyətdən ancaq və ancaq təhsil çıxara bilər. Təhsil nəinki bilik öyrədir, ötürür, həm də düşüncəni kamilləşdirir.
Müxtəlif sahələrdə gənclərimizin qazandıqları uğurlar göstərir ki, Allah bizim də başımıza kifayət qədər ağıl qoyubdur. Biz ağlımızdan və təhsilin imkanlarından düz istifadə edə bilsək, bu çətin vəziyyətdən çıxa bilərik. Böyük Hüseyn Cavid demişkən: təhsildə ilahi güc var. Adətən təhsildən məqsəd kimi istifadə edirik, ancaq ondan vasitə kimi istifadə etmək olar.
Məqsədimiz gənc nəsili təhsilli etməkdir. Ancaq təhsil subyektlərinin qüsurları keyfiyyəti artımağa imkan vermir. Üstəlik, təhsilin inzibati, iqtisadi və hüquqi bazasının kəsirlərinin də təsiri var. Bu qüsurlarla mübarizə ciddi aparılmır, sanki təhsil “yola” verilir.
Millət olaraq əgər məqsədimiz Qarabağ daxil itirilmiş torpaqları qaytarmaqdırsa, onda biz təhsilə baxışımızı dəyişməlik. Ona milli problemimizi həll etmək üçün unikal potensiallı vasitə kimi baxmalıyıq. Bu halda əsas məqsədimizə çatmaq üçün təhsildə keyfiyyət problemləri hökmən öz həllini tapmalıdır. İllər öncə söyləmişdim: “İnsanlar düzgün qərarlar qəbul etməklə şəxsiyyətə, dövlətlər düzgün qərarlar qəbul etməklə güclü dövlətə çevrilirlər”.
Deməli, bizim üçün təhsilin məqsədi gənclərə düzgün qərarlar qəbul etməyi öyrətmək olmalıdır. Belə olan halda biz təhsilə məqsəd kimi yox, vasitə kimi baxmalıyıq.
Düzgün qərarın mahiyyətini başa düşmək üçün qərarın xətası ( Q) adlı yeni anlayış qəbul edək. Qərarın xətası deyəndə mütləq düz qərar ilə, fərdin qəbul etdiyi qərarın fərqi başa düşülür:
Burada, Qi -mütləq düz, başqa sözlə, ilahi qərar, Qf – isə fərdin qəbul etdiyi cari qərarıdır. Aydındır ki, qərarın xətası azaldıqca təhsildə keyfiyyət artacaq. Bu səbəbdən Allahın xoşuna gələn qərar mütləq düz qərardır. Peyğəmbərin qəbul etdiyi qərarların səhvi azdır. Kamil insanlar cahil insanlarla müqayisədə daha düzgün qərarlar qəbul edirlər. Deməli, qərarların xətası təhsilin keyfiyyətindən asılıdır. Keyfiyyəti artırdıqca daha düzgün qərar qəbul etmək mümkündür. Düzgün kadr təyinatlarının sirri də burdadır.
Təhsil trayektoriyası
Təhsil trayektoriyasının əsas parçası şəkildə göstərilmişdir. Bu parça üzərində dəyər yaradan 5 nöqtə ulduzlar ilə işarə edilmişdir. Bu nöqtələrdə dövlətin xərclədiyi pul kamal attestatı, diplomlar və alimlik sənədlərində dəyərə çevrilir. Qəbul imtahanlarının yaratdığı dəyər tələbə biletidir.
Ali məktəbin bakalavr pilləsinə qədər təhsil trayektoriyası düz xətlidir. Magistr səviyyəsidə bu düz xətt davam edə də bilər, sına da bilər. Bu yeni təhsil sisteminin üstün cəhətidir. Sınmanın fəlsəfəsini başa düşməyə, üstünlüyünü dərk etməyə cəhd etmək lazımdır.
Məlumdur ki, bütün təmiz elmlərin (pure science) tədqiqat obyekləri dalana yaxınlaşır. Fizika elmi nümünəsində deyə bilərəm ki, fiziklər təbiətin tərkib hissəsi olan qazlarda, mayelərdə, bərk cisimlərdə gedən prosesləri mükəmməl öyrəniblər. Beləliklə, tədqiqat obyekti tədricən tükənir. Ancaq fənlər arasında öyrənilməsi zəruru olan tədqiqat obyektləri çoxdur. Belə sahələr fizika ilə riyaziyyatın, fizika ilə kimiyanın, fizika ilə iqtisadiyyatın, kimya ilə biologiyanın, tarix ilə coğrafiyyanın və s. sərhədlərində vardır.
Riyaziyatçının gələcəkdə daha mükəmməl alim olması üçün ona şərait yaradılmalıdır ki, magistraturada fizikanı öyrənə bilsin. Beləliklə, kimyaçı magistraturada biologiyanı öyrənməkə həm yaxşı bioloq, həm də yaxşı kimyaçı ola bilər. Beləliklə, təhsil trayektoriyasının sınmasında böyük hikmət vardır. Biz buna maneə törətməməliyik, əksinə, zəruri hüquqi baza yaratmalıyıq.
Təhsildə görünən və görünməz problemlər saymaqla bitməz. Keyfiyyəti aşağı salan əsas problemlərin bir neçəsini sadalayaq:
1. Orta məktəbin yuxarı siniflərində demək olar ki, dərslər qənaətbəxş deyil. Repetitorluq getdikcə genişlənir.
2. Ali məktəblərin diplomlarının keyfiyyətindən cəmiyyət razı deyil.
3. TEST nəticələrinə görə məzunların orta statistik balı illərdir ki, təqribən 300 bal ətrafındadır. İllər keçir, ancaq təhsildə irəliləmə hərəkətı yoxdur, fırlanma hərəkəti var.
Bu problemlərin varlığı onu göstərir ki, təhsil bizim üçün hələ dərk olunmamış həqiqətdir.
Təhsil keçmişdə və bu gün
Sovet dönəmində ölkəmizin orta təhsil sistemi çox güclü idi. Ali məktəblərimiz də zəif deyidi. Ancaq bu gün belə deyil. Səbəbini anlamaq üçün bugünkü təhsil ilə sovet təhsilini müqayisə etmək lazımdır.
Sovet Təhsili. Sovetlər zamanında təhsil dövlətin monopoliyasında idi. Təhsil mükəmməl struktura malik idi. Qanunlar dəyişməz və stabil idi. Təhsilin bütün ehtiyaclarını dövlət təmin edirdi. Müəllim cəmiyyətin hörmətli üzvü idi. Dövlətin təyinat, təqaüd və yataqxana öhdəliyi var idi. Pedaqoji və sağlamlıq normalarına dövlət nəzarət edirdi. Gənclərin üçdə biri ali məktəblərdə oxuyurdular. Ali məktəblərə seçim ciddi aparılırdı. Fənlər ciddi tədris olunurdu, repetitorluğa ehtiyac yox idi.
Təhsil sferası iki subyektli (öyrədən və öyrənən) sadə sistem idi. Ali məktəblərin çıxışında da dövlət imtahanları ciddi aparılırdı. Diplomun dəyəri yüksək idi. Təhsil müqəddəs sahə sayılırdı. Bununla bağlı bir haşiyə çıxmaq istəyirəm:
Haşiyə. Prof. N.Qocayev söyləyir: Azərbaycan Dövlət Universitetinin rektoru Mehdi Əliyevin yanında idim. Dövlət telefonu zəng vurdu. Danışan AKP MK katibi Cəfər Cəfərov idi. Cəfər müəllim dostcasına Mehdi müəllimə dedi ki, bir uşaq qəbul imtahanlarından 17 bal toplayıb, onu universitetə qəbul et. Mehdi müəllim: Cəfər (onlar dost idilər) stolumun üstində 18 balla konkursa düşən uşaq var. Onu qoyub 17 balı olanı necə qəbul edim? Cəfər müəllim: onu mən, MK-nın katibi deyir. Mehdi müəllim dedi: Cəfər 5-10 ildən sonra nə mən burda olacam, nə sən orda. Gələcəkdə bu günaha görə bizi bağışlayarlarmı ?
Ancaq 1960-cı illərdən təhsil maşını laxlamağa başladı. Keçən əsrin 80-cı illərində Moskva Aviasiya Akademiyasının rektoru, yaxından tanıdığım akademik Y.A.Rıjov çıxışlarının birində gileyli şəkildə qeyd etdi ki, biz mühəndis yox, onun müqəvvasını hazırlayırıq.
Yeni Təhsil. Hal-hazırda təhsil dövlətin monopoliyasında deyil. Özəl məktəblər də mövcuddur. İnkişaf etməkdə olan ölkələrin çoxunda təhsilə biznes sahəsi kimi baxırlar. Dövlət təhsilə sosial sahə kimi baxır və gənclərin təhsil almasına kömək göstərir, dəstək verir, ancaq özünün əsas məsələsi saymır. Hesab edilir ki, övladına təhsil vermək valideynin borcudur.
Təhsil sistemi maraqlar arasında parçalanıb və ən azı üç (öyrədən, öyrənən və DİM, özəl qurumlar) subyektli sistemə çevrilib. DİM üçüncü subyekt kimi çıxış edir və təhsl sistemini mürəkkəbləşdirir. Bu səbəbdən də çox vaxt TN və DİM-in maraqları üst-üstə düşmür. Ali məktəblərə tələbə qəbulu mərkəzləşmiş şəkildə TEST ilə aparılır. Repetitorluq təhsil sistemini iflic edib. Ali məktəbin girişində nəzarət ciddi, çıxışında yumşaqdır. Təyinat yoxdur. Təhsilə qazanc yeri kimi baxan məmurlar da var. Təhsildə mənəvi mühit pozulubdur.
İmtahan
Klassik üsul. Müqəddəs Qurani Kərimdə ayə var: “Heç bilənlə bilməz bir olarmı?” Bu ayənin işığında təhsilə baxsaq, bu nəticəyə gələrik ki, təhsildə imtahan vacib prosedurdur. Klassik üsulla 100-lərlə və ya 1000-lərlə abituriyenti imtahan edib biləni bilməzdə ayırmaq mümkündür. Ancaq on minlərlə və daha çox gənci imtahan etmək üçün bu üsul iki səbəbdən əl vermir:
a) çox zaman tələb edir;
b) çox xərc tələb edir.
TEST üsulu. TEST üsulu klassik üsulun qüsurları səbəbindən tətbiq edilir və aşağıdakı üstünlüklərə malikdir:
b) iqtisadi cəhətdən səmərəlidir.
Qeyd etmək lazımdır ki, 1960-cı illərdən qabaq qəbul imtahanlarında obyektivlik çox yüksək olub. İnsan faktoru yox idi. Ancaq 2003-cü ilin qəbul imtahanları TEST-in obyektivliyini sual altına aldı. İnsan faktoru öz işini TEST-də gördü.
Azərbaycanda TEST
Qeyd edildiyi kimi, TEST mütərəqqi metoddur. Bu səbəbdən dünyada ondan geniş istifadə edirlər. TEST öz məqsədinə qulluq edəndə gözəldir, ancaq çevik və iqtisadi cəhətdən sərfəli omayanda əhəmiyyətini itirir. Məntiqlə, TN-nin sifarişi əsasında DİM gəncləri TEST-dən keçirməli və nəticələr həmən gün bəyan edilməlidir (Bu praktika Qazaxıstanda tətbiq olunur). Abituriyentlər liberal dəyərlərə uyğun olaraq TEST nəticələri əsasında ixtisasları özləri seçməlidirlər.
Ölkəmizdə TEST-in özünəməxsusi cəhətləri var. Belə ki, ali məktəblərin girişində ondan monopol istifadə edilir, ancaq çıxışında isə istifadə edilmir. Nəticədə repetitorluq baş alıb gedir, diplomların keyfiyyəti isə çox aşağıdır. Amma girişdə qəbulu yumşaq, çıxışda isə dövlət imtahanları sərt TEST ilə aparılsa, milli əhəmiyyətli böyük nəticələrə nail olmaq olar. Dərsliklərdə olmayan, əhəmiyyətsiz suallardan istifadə etməkdən imtina edilməlidir. Nəticədə, əvvala, repetitorluq sıradan çıxar, ikincisi də diplomların keyfiyyəti yüksələr. Bu xırda taktiki gedişat, böyük strateji əhəmiyyət kəsb edir. Müşahidələr göstərir ki, optimist ruhlu abituriyentlər çətin TEST-dən keçib yumşaq universitet mühitinə düşəndə pessimistləşirlər. Yaxşı ki, SABAH qrupları ideyası tətbiq edildi, talantlı gənclər üçün optimist mühit qorundu.
Ustadların nəsihəti
Müsəlman dünyasından dəqiq elm sahəsində 3 nəfər Nobel mükafatı alıb. Onlar da İslam dünyasında elmin və təhsilin geri qalma səbəbləri haqqda daim düşünüblər.
Nobelçi Abdüs Salam hesab edirdi ki, istedadlı gənclərın itib-batmaması üçün onların elmi və texniki təhsil almalarını təşviq etmək lazımdır.
Digər nobelçi Əhməd Zevayıla görə: “Ölkə iqtisadiyyatının dirçəltmək üçün texniki məktəblərin həm sayı, həm də nüfuzu artırılmalıdır”.
Üçüncü nobelçimiz Əziz Sancar (2015) 2019-cu ilin oktyabr ayında Özbəkistanda olanda Türk dünyasının elmə çox ehtiyacı olduğunu söylədi.
Müsəlman universitetlərinin heç birində nobelçi alim mühazirə oxumur. Dövlət rəhbərləri bunun fərqinə varmalıdırlar. Alimləri məmurlardan fərqləndirməyi bacarmaq lazımdır. Fərqinə varmalıyıq ki, himayədarlıq edib əsl alimin yerinə kvazialimi oturtmaqla geri qalmanı stimullaşdırırıq.
Bizim gənclərə öz “nobelçilərimiz” mühazirələr oxumalıdırlar. Gənclərimizə stimul verməliyik. Bu yolla talantlı gənclərin xaricə getməsinin qarşısını almaq olar. Əks halda onları öz əlimizlə Qərbə ərmağan edirik. Bunun da fərqinə varmaq lazımdır.
Gənclərin biliyə görə paylanması
Gənclər biliyə və ya İQ görə normal Qauss paylanmasına tabedir və intellektual səviyyələri çox müxtəlifdir. İfrat talantlı, talantlı və orta səviyyəli gənclərlə bərabər, talantsız və gerizəkalı gənclərimiz də var.
Etiraf etməliyik ki, talantlı və valideynləri imkanlı gənclər ali təhsil almaq üçün xaricə üz tuturlar. Onların çoxu geri qayıtmır, bizim üçün onlar itirilmiş gənclikdir. Gerizəkalıların və çox zəif biliklilərin isə ali məktəblərdə təhsil almasına ehtiyac yoxdur. Beləliklə, bizim ali təhsil verə biləcəyimiz potensial, gəncliyimizin təqribən 70%-ni təşkil edir.
Hal-hazırda gənclərimizin 49%-i subbakalavr və bakalavr təhsili alırlar. Çox sevindiricidir ki, bu göstərici on il öncədəkindən təqribən üç dəfə çoxdur. Məqsədimiz bu göstəricini 60%-ə çatdırmaq olmalıdır. TEST balı aşağı, amma intuisiyası güclü olan riyazi təfəkkürlü gənclər üçün ali təhsil əl çatan olmalıdır. Onlar universitetlərdən kənarda qalmamalıdırlar. Bu, milli maraqlara ziddir.
Dövlət talantlı gənclərin universitetlərdə kənarda qalmamasına yol verməməlidir.
Repetitorluq
Orta məktəblərdə bu gün əsas problem repetitorluqdur. Bu fenomen təhsildə çoxlu fəsadlar törədir:
* repetitorluq fərdin təhsilidir, 1920-ci ildən qabaqkı təhsildir, cəmiyyətin inkişafına mənfi təsir edir;
* repetitorluq dövlətin təhsil siyasətini aparmağa əngəldir;
* repetitorluq orta məktəblərin yuxarı siniflərini iflic edir,
* repetitorluq tərbiyəyə və vətənpərvərliyə imkan vermir;
* repetitorluq biliyin mənimsəməsinə yox, əzbərçiliyə xidmət edir;
* bu imkandan istifadə edə bilməyən valideynlər dövlətdən narazı qalırlar;
* repetitorluq şəhər nəqliyyatında tıxac yaranmasına səbəblərdən biridir;
* repetitorluq təhsil sistemini böyük bir rüşvət və korrupsiya şəbəkəsinə çevirir. Kölgə iqtisadiyyatını alovlandırır.
Bir çox mütəxəsislər hesab edirlər ki, repetitorluğun yaranmasının əsas səbəbi qüsurlu TEST suallarıdır. TEST imtahanlarının ruhu dövrün tələbinə uyğun gəlmir. Gənclərimizin millətin gələcəyi olduğunu unudulur. Nə qədər gənclərimiz təhsilli olsa, dövlətimiz bir o qədər qüdrətli olar. Biz gənclərin təhsil almasına maneçilik törətməməliyik, şərait yaratmalıyıq. Onları universitetlərdən kənarda saxlamağa çalışmamalıyıq. Elə TEST sualları var ki, onu hətta müəllimlər də çətinliklə cavablandıra bilirlər. Belə duyğusuz öhdəlik sovet dönəmində olub, indi buna ehtiyac yoxdur. TEST-lər sərtləşdikcə repetitorluq artar, sadələşdirdikcə azalar. Sualları elə tərtib etmək olar ki, qəbul zamanı bir nəfər də belə 700 bal toplamasın. Ancaq elə də tutmaq olar ki, “700 ballılar” yüzlərlə olsunlar. TEST balı biliyi birqiymətli əks etdirmir, insan faktorundan asılıdır. “Açıq test”, “qapalı test”, “bunker müəllimlər”, qəbulun etaplarla keçirilməsi, aylarla uzanması və bunun kimi odioz addımlara ehtiyac yoxdur.
Təhsilin məzmunu
Təhsilin yaşı Misir pramidalarının yaşından çoxdur. Türk dilində egitim (təhsil) sözü əymək mənasını verir. İngilis dilində education (təhsil) sözü “içəridən xaricə atmaq” mənasına gəlir. Deməli, təhsil vasitəsi ilə insanı dindar və ya ateist etmək olar. İnsanın daxilindəki potensialı təhsil vasitəsi ilə çölə çıxarmaq olar. Hər şey təhsilin məzmunundan asılıdır.
Təhsil insan oğlunu cahillikdən kamilliyə aparan vasitədir. Düşüncəmə görə, kamilliyin ölçü vahidi olaraq ictimai mənəfenin şəxsi mənafeyə nisbətini götürmək olar:
K = İctimai Mənafe : Şəxsi Mənafe (2)
Təhsil proqramları elə tutulmalı, dərsliklər elə yazılmalıdır ki, düstur (2) – də kəsrin sürəti məxrəcindən qat-qat çox olsun. Bu zaman kamil gənclər yetişdirmək mümkündür. Deməli, vətənpərvərliyin açarı təhsilin məzmununda gizlədilibdir. Onu tapmağı bacarmaq lazımdır.
Hərbçilərin bir termini var: “distiplina”. Bu anlayış: “hər hansı bir kollektivin bütün üzvləri üçün məcburi olan nizam-intizama tabe olmaq” – mənasına gəlir. Bu anlayışdan təhsil sistemində “fənn” mənasında istifadə edilir. Amma “distiplina” anlayışının daha dərin mənası var. “Distiplina” o fəndir ki, onu bütün şagirdlər bilməlidir. Misal üçün, xarici dil, riyaziyyat kimi fənlər hamı üçün distiplinadır. Bu yerdə nobelçi alim John Nashın bir fikrini yada salmaq istəyirəm: “riyaziyyatı yaxşı bilməyən toplumlarda ədalət olmaz”. Diqqət verin, cəmiyyət üçün riyaziyyat nə qədər böyük əhəmiyyət kəsb edir. Xarici dil kimi riyaziyyat da gələcəkdə hər kəsə lazım ola bilən fəndir ki, orta məktəblərdə öyrədilməlidir.
İnsanlar kamil olarsa, daha düzgün, cahil olarsa, səhv qərarlar qəbul edirlər. Düstur (2) – dən görünür ki, insanın kamilliyi (düzgün qərarlar qəbul etməsi) bu mənafelərin nisbətindən asılıdır. Yaxın tariximizə nəzər salaq. Təhsilin məzmunu qüsurlu olduğundan bizim kamillik səviyyəmiz arzu olunandan azdır. Uşaqların kiçik toylarında kirvənin sağlığına sərxoş olana qədər içiriksə, Novruz bayramında papağımızı qapılara atırıqsa və ya bizi ermənilərə satan general Qasım Süleymaniyə yas mərasimi saxlayırıqsa, biz nə qədər kamilik? Düşüncəmiz kütləşibdir, kamilləşmək lazımdır. Bunun üçün təhsilin məzmunu koordinal dəyişməli, mükəmməl dərsliklər yazılmalıdır.
Tez-tez eşitdiyimiz çox zərərli və qorxulu bir misalda deyilir: “el üçün ağlayan göz kor olar”. Aydındır ki, bu misal düşmənlər tərəfindən bizim şüurumuza yerləşdirilib və vətənpərvərliyə tam ziddir. Bu misal dövlətçiliyi yox, antidövlətçiliyi təbliğ edir.
Biliyin qiymətləndirilməsi
Təhsil sistemində çox təəssüf ki, biliyin qiymətləndirilməsinin vahidlik prinsipi pozulub. Sistemdə 5, 9, 10, 100 və 700 ballıq şkalalardan istifadə edilir. İnanmıram ki, hansısa digər bir dövlətdə belə pərakəndəlik ola. 5 ballı şkala dərk ediləndi və hər balın valideyin düşüncəsində aydın yeri var. Misal üçün, şagird 4 alıbsa, valideyin onun yaxşı oxuduğunu aydın başa düşür. Ancaq 483 balın valideynin düşüncəsində yeri aydın deyil. Beləliklə, valideynlərin uşaq üzərində nəzarəti zəifləyir. Nəticədə təhsil prosesi nəzərətdən çıxır.
Formula (2) – dən istifadə edərək biliyi qiymətləndirmək üçün daha dəqiq, yeni şkalası düzəltmək mümkündür. Bunun üçün fənnin mənimsənilən hissəsini (Lb) kəsrin sürətində, mənimsənilməyən hissəsini isə (Lm) məxrəcdə yazmaq lazımdır. Belə olan halda bildiyimizin bilmədiyimizə olan nisbətindən yeni meyar kimi istifadə etmək olar. Bu meyarı kamillik əmsalı adlandıraq:
Ancaq min illərdi ki, qiymətləndirmədə bildiyimizin (Lb) bilməli olduğumuza (L0 = Lb + Lm) nisbətindən meyar kimi istifadə edilir. Bunu klasik meyar
adlandıraq. Əgər klassik meyar 0 ilə 1 arasında dəyişirsə, yeni meyar 0 ilə sonsuzluq arasında dəyişir. Bu isə onun qat-qat üstünlüyünu göstərir.
Direktorlarin seçimi
Təhsil prosesində direktorlar müstəsna əhəmiyyət kəsb edir. Müharibə zamanı cəbhə komandiri hansı rol oynayırsa, dinc dövrdə də məktəb direktorları həmin rolu oynayır. Elə direktorlarımız var ki, özünü məktəbə qurban verir, ancaq elə direktorlar da var ki, məktəbi özünü qurban verir.
İdarəetmədə ancaq özünü məktəbə qurban verənlərdən istifadə etmək lazımdır. Tədrisdə isə məktəbi özünə qurban verənlərdən istifadə etmək olar. Bunların yeri səhv düşəndə müsibət başlayır. Məktəbi özünə qurban verənlərdən direktor kimi istifadə edilərsə, təhsil düzəlməz. Keçən il 162 nömrəli məktəbdə ölümlə nəticələnən hadisə baş verdi. Hamı direktoru müdafiə etdi. Məktəb gözdən düşdü. Belə yanaşma yolverilməzdir. Müvəqqətini (direktoru) yox, daimini (məktəbi) qorumaq lazım idi.
Özünü məktəbə qurban verənləri, müəllim kütləsindən seçmək üçün iddiaçıları psixoloji testlərdən keçirmək kifayətdir. Məktəb direktorlarını ictimai mənafe daşıyıcılarının içərisindən seçməyin hikməti böyükdür. Bu yanaşma ali məktəb rektorlarının seçimi üçün də doğrudur. Məktəbdə mənəvi mühitin təminatçısı direktordur.
Təhsilə baxış dəyişməlidir
Pakistanın keçmiş iqtisadiyyat naziri Məhbub ül Həqqi illər öncə hökümət qarşısında hesabatını belə bir cümlə ilə bitirir: “Bizim dövlətin qarşısında üç problem durur: 1-ci problemimiz təhsildir; 2-ci problemimiz də təhsildir; bir az fasilədən sonra deyir ki, 3-cü problemimiz də təhsildir”. Bununla Məhbub ül Həqqi hökümətin bir nömrəli vəzifəsi təhsil olduğunu vurğulamışdır.
30 ildən sonra bu fikri Rusiyanın sabiq İqtisadi inkişaf və ticarət naziri, hazırda “Sberbank”ın direktoru olan German Qrefə (15.01.20) təkrar edir. Onun fikrincə, ölkənin birinci naziri maliyyə və iqtisadiyyat naziri deyil, təhsil naziridir. Mənim illər öncə dediyimi G.Qrefə daha qısa formada, daha geniş auditoriyada diqqətə çatdırıb.
Bu yaxınlarda Finlandiyanın xanım prezidenti bəyan etdi ki, inkişafın üç açar faktoru kimi təhsil, təhsil və yenə də təhsil çıxış edir.
Bizdə təhsilə sosial yox, daha ciddi təhlükəsizlik sahəsinin tərkibi kimi baxılmasına ehtiyac böyükdür. Təhsil həlli çətin problemləri həll etmək missiyasını daşımalıdır. Başqa sözlə, biz təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq. Gənclərə keyfiyyətli təhsil vermək dövlətin əsas vəzifəsi olmalıdır. Qarabağ probleminin həllində Təhsil nazirliyinin rolu Müdafiə nazirliyinin rolundan az deyil. Bu gəlişi gözəl söz deyil, çətin başa düşülən həqiqətdir. Eşitdiyimə görə, Yaponiyada təhsil nazirliyi güc nazirliyi sayılır. Məktəbdən yayınmaq, təqribən səngərdən yayınmaq kimi ciddi qiymətləndirilməlidir.
Helsinki universitetində tədqiqat aparanda Finlandiya təhsili ilə qismən tanış oldum. Finlandiyada təhsil pulsuzdur. Yemək, ekskursiyalar, təhsilə aid hər şey pulsuzdur. Hər şey dövlət tərəfindən ödənilir. Bu ölkədə hesab edirlər ki, bulka sexi özəl ola bilər, ancaq məktəb dövlətin olmalıdır. Bu dünyagörüş fin cəmiyyətini dünyada birinci edib.
Bizim də təhsilə baxışımız təqribən fin modelinə bənzər olmalıdır. Gənclərə keyfiyyətli təhsilin verilməsini dövlət öz monopoliyasında saxlamalıdır. Dövlət kiminsə övladını yox, özünün layiqli vətəndaşını yetişdirməlidir. Belə olan halda bu gün məişətdə müşahidə olunan biabırçılıqlar baş verməz. Xalq yazıçısı Çingiz Abdullayevin təhsillə bağlı fikirlərini eşitmək lazımdır. Heç kəs təhsilə gəlir gətirən sahə kimi baxmamalıdır, hər kəs təhsilə müqəddəs sahə kimi baxmalıdır.
YENİ TƏHSİL KONSEPSİYASININ ƏSAS MÜDDALARI
Təhsil sistemində gedən prosesləri təhlil edərək aşağıdakı müddəaları formalaşdırmaqmümkündür:
1. Təhsilin məqsədi düzgün qərar qəbul etmək bacarığını gənclərə öyrətmək olmalıdır. Bu məqsədə nail olmaq üçün təhsilə məqsəd kimi yox, vasitə kimi baxmaq lazımdır.
2. Təhsilin məzmunu elə mükəmməl olmalıdır ki, özünü yox, milləti sevən gənclər yetişdirmək mümkün olsun. Təhsil kamil vətəndaş yetişdirməlidir. Vətənpərvərliyin açarı təhsilin məzmunundadır. Öz tarixini bilməyən gəncdən vətənpərvər olmaz.
3. Təhsil subyektləri. Sovet dönəmində təhsil iki subyektli sadə sistem olub. İndiki dövrdə təhsil ən azı üç subyektli mürəkkəb sistemə çevrilib. Sistemlər nəzəriyyəsinə görə, sistemin elementlərinin sayı artdıqca idarəetmə çətinləşir. Bütün üçüncü subyektlər (həttda valideynlərin belə) təhsilə müdaxiləsi yolverilməzdir.
4. Məktəblərin forma və məzmunca eyniliyini, bərabərliyini mümkün qədər təmin etmək lazımdır. Belə olan halda heç kəs evinin yanındakı məktəbi qoyub, uşağını maşınla uzaq məktəblərə aparmaz.
5. Direktorların təyinatı. Müharibə zamanı cəbhə komandirləri hansı məsuliyyəti daşıyırsa, sülh dövründə də məktəb direktorları həmin məsuliyyəti daşımalıdırlar. Məktəb direktorlarını ictimai mənafe daşıyıcıları içərisindən seçilməlidir. Direktorlar nümunəvi əxlaq sahibi olmalıdır ki, məktəb müqəddəs yer sayılsın.
6. Repetitorluq. Repetitorluğa son qoymaq niyyəti ilə universitetlərin girişində testi yumşaldıb, gəncləri küçələrdən akademik mühitə gətirmək lazımdır. Universitetlərin çıxışında isə sərt TEST imtahanları keçirməyə ehtiyac böyükdür. Başqa sözlə, universitetlər giriş qapılarını gen, çıxış qapılarını dar açmalıdırlar.
7. Qəbul imtahanlarınin əhəmiyyətini qaldırmaq (və ya endirmək) təhsil siyasətinin məsələsidir. Sovet dönəmidə ciddi imtahana ehtiyac var idi. İndiki dönəmdə ciddi imtahanlara ehtiyac yoxdur. Çünki indi soyuq müharibə dövrü deyil, biz kosmonavt hazırlamırıq, işə təyinat yoxdur.
8. Ali təhsillə əhatə. Talantlı və riyazi təfəkkürlü gənclərin heç biri ali məktəblərdən kənarda qalmamalıdır. Dövlət gənclərin təhsil almasına qucaq açmalıdır. Gənclərin ali təhsillə əhatə əmsalını 60% qaldırmaq üçün, bir tərəfdən qəbul yerlərini artırmaq, digər tərəfdən TEST-i sadələşdirmək lazımdır. Abituriyentlərə seçim azadlığı verilməlidir.
9. İslam dünyası nobelçilərinin arzularını nəzərə alaraq, fundamental elmi və texniki ixtisaslara qəbul yerlərini artırmaq lazımdır. Başqa sözlə, maddi dəyər yarada bilən ixtisaslara üstünlük verilməlidir. Texniki təffəkkürü və icad etməni stimullaşdırmalıyıq.
10. Yataqxanasız universitet çolaq insana bənzəyir. Yataqxana təminatı vacibdir və gəncləri sosiallaşdıran mühitdir. Yataqxana şəraitində gəncləri daha asan tərbiyə və sosiallaşdırmaq mümkündür. Milli birliyin, vətənpərvərliyin toxumları yataqxanada əkilir. Özəl şirkətləri üçüncü subyekt kimi yataqxana inşasına cəlb edilməsi arzu olunan deyil.
11. Xaricdə təhsil. Əminliklə demək olar ki, biz bütün ixtisaslar üzrə bakalavr və çox ixtisaslar üzrə magistr səviyyəsində keyfiyyətli təhsil verə bilirik. Bu səbəbdən xaricdə təhsil almağa doktorantları göndərmək lazımdır. Doktorantlar geriyə dönəndə özü ilə həm də yeni elmi istiqamət gətirəcəklər.
Sonda qeyd edim ki, inkişaf etməkdə olan ölkələr sırasıdan inkişaf etmiş ölkələr sırasına qalxmaq üçün təhsilə baxış dəyişməlidir. Təhsil ancaq dövlətin monopoliyasında olmalıdır. Ölkənin birinci naziri iqtisadiyyat və ya maliyyə naziri yox, təhsil naziri olmalıdır.
Gənclərin problemləri
Müasir gənclər, onların problemləri və nailiyyətləri haqqında müxtəlif fikirlər səslənir. Azərbaycan gənclərinin
problemləri əsasən iki hissəyə bölünürlər: Birinci – bütün dünya gənclərinə xas olan problemlər, ikincisi isə yalnız Azərbaycan cəmiyyətinə xas olan problemlərdir. Bu əsasən, sosial yönümlü problemlərdir ki, bunlara da aşağıdakılar aiddir: Məşğulluğ, işədüzəlmə və sosial müdafiə problemi
Gənclərin məşğulluğ problemi hökumətin nəzər-diqqətində olan əsas problemlərdən biridir. Vaxtı ilə bu problem prezident İlham Əliyevin seçki kompaniyasında da öz yerini tapmışdır. Bu günə bu problemlə bağlı dövlət proqramları mövcuddur ki, bunlara da «Yoxsulluğun səviyyəsinin aşağı salınması üzrə dövlət Proqramı» «Azərbaycan gənclərinin inkişafı üzrə dövlət Proqramı» və «Regionların inkişafı üzrə dövlət Proqramı» aiddirlər. Bu proqramlar çərçivəsində kənd təsərrüfatı və fermerliyə dəstək, yeni iqtisadi infrastrukturların yaradılması və digər regional layihələr realizə olunurlar.
İstirahət , əyləncə və fiziki sağlamlığın inkişafı
Gənclər tərəfindən asudə vaxtın rasional istifadəsi və müvafiq istirahət infrastrukturunun yaradılması, gənclərin
davranışının deviant formalarının profilaktikası sayılmalıdır. Bu problem istedadlı gənclərin aşkara çıxarılması prosesi ilə və gənclərin mədəni, intellektual və idman potensialının aşkarlanması ilə sıx bağlıdır.
Mənəvi problemlər
Bu kateqoriyaya əsasən gənclərin mənəvi tərbiyəsi problemi, narkomaniya, AIDS və bir sıra gənclərin pozğun
həyat tərzinə qarşı mübarizə metodları aiddir. Hər bir sadalanan problemin həlli məqsədi ilə xüsusi dövlət proqramları realizə olunur. Bu məqsədlə müvafiq nazirliklərdə, İdarə və müəssisələrdə konkret qurumlar təsis edilmiş, xüsusi dövlət Komissiyası formalaşdırılmışdır.
Özəl mənzilə sahib olma problemi
Bu problem ən aktual problem olaraq bir çox sosial göstəricilərə də təsir edir. Xüsusilə nigaha daxil olmanın
orta yaşına və doğum faktoruna bu problemin təsiri kifayət qədər ciddidir. Dövlət proqramı çərçivəsində sosial ipoteka Proqramı, cəmiyyətin azimkanlı təbəqələrinin nümayəndələri və istedadlı gənclər üçün realizə olunur. Dövlət gələcəkdə gənclər şəhərciklərinin salınması və gənclər üçün imtiyazlı şərtlərlə mənzil verilməsini planlaşdırır. Bu məqsədlə Gənclər və idman nazirliyi şəhərciklərin tikilməsi üçün dövlətdən ərazi almışdır və hal-hazırda problemin maliyələşdirilməsi və kreditləşdirilməsi istiqamətində öz axtarışlarını davam etdirir.
Təhsilin yüksək səviyyədə olmaması problemi
Təhsil problemi, onun keyfiyyəti, onun akademik və maddi-texniki bazası artıq 15 ildir ki, diskussiya və
mübahisələrin predmetidir. Xüsusilə yeni «Təhsil haqqında» Qanunun ətrafında şiddətli palemikalar davam edir. Bu qanun artıq 2 ildir ki, parlamentdə və ictimai səviyyədə müzakirə edilir. Bununla yanaşı olaraq Dövlət proqramları çərçivəsində, təhsil sferasında problemlərin həllində keyfiyyətli dəyişikliklərə cəhdlər edilir ki, bu da öz müsbət nəticələrini verməkdədir. Müsbət addımlar kimi ATM-lərin maddi-texniki bazasının yaxşılaşdırılmasını, yeni orta məktəblərin bərpası və tikintisini, orta Təhsil prosesinə informasiya texnologiyalarının tətbiqini sadalamaq mümkündür. Lakin eyni zamanda orta təhsilin keyfiyyətini, məktəblərin texniki bazasının zəifliyini, yüksək ixtisaslı müəllimlərin çatışmamasını, ali təhsilin keyfiyyətini, ATM-lərin praktiki-tətbiqi bazasının zəif olmasını və digər mənfi halları qeyd etmək zəruridir. Azərbaycan-Amerika gəncləri ictimai birliyinin, Norveç səfirliyinin, ABŞ Beynəlxalq inkişaf agentliyinin və Gənclər Parlamentinin koordinasiya şurasının müştərək maliyyə dəstəyi ilə keçirilmiş sorğunun nəticələri üzrə «sizin üçün ən böyük problem hansıdır?» sualına cavab verərkən gənclərin 32%-i işsizliyi, 14%-ı Qarabağ problemini, 2% isə narkomaniya və AIDS problemlərini göstərmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.