Press "Enter" to skip to content

Muasir təlim texnologiyalari

Yaradıcı (konstruktiv) mühitin təmin edilməsi üçün müəllim aşağıdakılara əməl etməlidir:

Yeni təlim texnologiyalarının mahiyyəti. Ənənə və müasirlik

2. Yeni təlim texnologiyalarının mahiyyəti. Ənənə və müasirlik.
İnkişaf etmiş Qərb dövlətlərinin təhsil sistemində istifadə edilən aktiv və ya interaktiv təlim metodlarından respublikamızın təhsil müəssisələrində yüksələn xətlə istifadə edilməkdədir.

Bu metodların şagird şəxsiyyətinin formalaşdırılmasında xüsusi yeri vardır. Təlimi humanistləşdirmədən, humanitarlaşdırmadan, demokratikləşdirmədən şagird şəxsiyyətini formalaşdırmaq olmaz. Təlimin humanistləşdirilməsi prinsipi sosial, bəşəri və mədəni ideyalara xidmət edir. “Məlum olduğu kimi islahatın əsas mahiyyətini təhsilin humanistləşdirilməsi, humanitarlaşdırılması, demokratikləş- dirilməsi, diferensiallaşdırılması və inteqrasiya kimi prinsiplər təşkil edir. Bu prinsiplər isə milli zəminə, bəşəri dəyərlərə əsaslanan dünyəvi təhsil sisteminin yaradılmasının, təhsil alanın şəxsiyyət kimi formalaşdırılması üçün onun təlim-tərbiyə prosesinin bərabər hüquqlu subyektinə çevrilməsini bir vəzifə kimi qarşıya qoyur”. Yeni təlim texnologiyalarında şagirdlərin intellektual, mənəvi cəhətdən inkişaf etdirilməsi ön plana keçirilir. Yeni texnologiyaların təlimdə tətbiqi şagirdlərin öz fikirlərini aydın, məntiqi ardıcıllıqla ifadə etmələrinə şərait yaradır. Bu metodlar şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişafını təmin etməklə, onlarda yüksək ünsiyyət mədəniyyəti formalaşdırır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya iclasınınn materiallarında göstərilir: “Fasiləsiz təhsil konteksində şəxsiyyətin, kamil insanın hazırlığı üzrə dünya təcrübəsinə inteqrasiya prinsipi zəruri faktor kimi qəbul edilməli, həmin istiqamətdə konkret fəaliyyət həyata keçirilməlidir“ (3,səh.4-52). Bu şagirdləri müəyyən qədər fəallaşdıran, təlimdə müvəffəqiyyət qazanmağa imkan verən ənənəvi təlim metodlarından bütövlükdə imtina etmək demək deyildir. Ənənəvi metodların müsbət cəhətlərindən istifadə edərək yeni yanaşmanın, yeni təlim texnologiyalarının, innovasiyaların pedaqoji, psixoloji əsaslarını işləmək və nəticəyönümlü, şagirdə istiqamətlənmiş təlim-tərbiyə prosesinin elmi əsaslarının müasir tələblərə uyğun araşdırmaların aparılması təhsil sisteminin qarşısında duran ən aktual problem kimi qiymətləndirilir.

Təlim metodlаrı təlimdə müəyyən məqsədə nail olmaq üçün müəllim və şagirdlərin fəaliyyətinin nizama salınması qaydasıdır. Təlim metodları dedikdə, məqsədə nail olmaq, təhsil vəzifələrini həll etmək yollarının məcmusu başa düşülür. Pedaqoji ədəbiyyatda metod anlayışı müəllimin və ya şagirdlərin fəaliyyətinə aid edilir. Müəllimin fəaliyyəti ilə bağlı olan metodlar tədris metodları, şagirdlərin fəaliyyəti ilə bağlı olan metodlar isə öyrənmə metodları adlanır. Müəllim və şagirdlərin birgə fəaliyyəti ilə bağlı olan metodları təlim metodları kimi işlətmək lazımdır. Təlim metodları strukturunda priyomları (tərzləri) da fərqləndirmək lazımdır. Priyom metodun elementidir, onun tərkib hissəsidir, metodun tətbiqində ayrıca addımdır.

Təlim metodu mürəkkəb, çoxparametrli bir anlayış olmaqla, təlimin məqsədini, məzmununu, qanunauyğunluqlarını, prinsiplərini səmərəli həyata keçirmək üçün istifadə olunur. Təlimin məqsədinin, məzmununun keyfiyyətlə icrası seçilmiş metodların praktik imkanlarından asılıdır. Bu imkanları məhz metodlar təmin edir və didaktik sistemin inkişaf sürətinə təkan verir. Təlimdə tətbiq edilən metodlar inkişafa nə qədər çox şərait yaradarsa, təlimin səmərəsi də bir o qədər yüksək olаr.

Bu mənada interaktiv təlim metodları üstünlük təşkil edir.

İnkişafetdirici, nəticəyönümlü təlim əsas üç funksiyanı yerinə yetirdiyindən, bunlar təlim-tərbiyə prosesində nəzərə alınmalıdır:

  • pedoqoji buraya şagirdin təlimlə bağlı inkişafına təsir göstərən amilləri: mikromühiti, kommunikasiyaları, şəxsi təcrübə və metodları;
  • psixoloji – buraya təlim nəticələrinin mənimsənilməsini təmin edən şagirdlərin psiхoloji imkanları: səyi, marağı, xarakterik xüsusiyyətləri;
  • sosial – buraya əxlaq, əmək, elm, incəsənət, din və s. ilə əlaqədar bilik və bacarıqların verilməsi daxildir.

Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı yeni təlim metodlarından, təlim texnologiyalarından istifadənin elmi, pedaqoji – psixoloji əsaslarının işlənilməsini əsas problem kimi qarşıya qoymuşdur. Təhsil sistemində yeni təlim texnologiyalarının tətbiqi təlim prosesinin səmərəliliyini, keyfiyyətini yüksəldən əsas amil olduğundan, belə nəticəyə gəlmək olar ki:

– tədris prosesi nəticəyönümlü proses olduğundan, məqsədi əvvəlcədən müəyyənləşdirilmiş və şagirdə istiqamətlənmiş təlim həyata keçirilməlidir;

– tədris və təlim bir-biri ilə sıx bağlı olduğundan daim qarşılıqlı əlaqədə götürülməlidir;

– tədris prosesi hər birinin öz rolu və statusu olan bir neçə fərdlərin əməkdaşlığından irəli gələn sosial bir proses olub inkişaf rejimində fəaliyyət göstərməlidir;

– tədris prosesi qarşılıqlı əlaqələrin xarakterindən, mühitin xüsusiyyətlərindən, təhsil müəssisələrinin əhatəsindən asılı olub onların daxili quruluşundan irəli gələn verbal və sensor davranışların məcmusunu özündə birləşdirməlidir (22, səh.3-52).

Müəllimlər yeni texnologiyalardаn istifаdə еtməklə dərsləri daha maraqlı edən, şagirdləri, əsasən, sağlam mühakimələr irəli sürməyə, sonradan real həyata tətbiq edəcəkləri məzmunu başa düşməyə yardım edən mühüm vasitələrə çevirə bilərlər. Deməli, yeni təlim metodları təhsilin məzmununu daha yaxşı mənimsəmək və şagirdlərin müstəqil cavab vermək məqsədi ilə tələb olunan təfəkkür prosesini inkişaf etdirmək üçün çox faydalıdır.

Yeni təlim texnologiyalarının üstün cəhətlərini prof. Ə.Ağayev belə göstərir: “. dərs tam fəallıq şəraitində keçir, təkcə müəllim deyil, şagirdlər də yaradıcılıq axtarışında olurlar, müstəqil düşüncə tərzi formalaşır, təşəbbüskarlıq, yeniliyə meyllilik güclənir” (4, səh.39-47).

Təlim prosesini aktivləşdirmək üçün düşünmə qabiliyyətini inkişaf etdirmək, yaradıcılığa həvəsləndirmək və öyrənməyə maraq yaratmaq məqsədini güdən müəllim, şagirdi təlimə cəlb edəcək müəyyən metod, texnika və proseduralardan istifadə etməlidir. Şagird təliminin fəal iştirakçısı olmaq üçün hazırlanmalıdır. Müəllim şagirdə dünyanı başa düşməkdə və qazandığı bilikləri real həyat şəraitinə tətbiq etməkdə yardım göstərməlidir. Yeni texnologiyalar tədris strategiyasının yerinə yetirilməsinə istiqamətləndirildiyindən, onlar nəzərdə tutulmuş təlim məqsədlərinə nail olmaqda əsas alət rolu oynayır.

Yeni texnologiyalar bir sıra xüsusiyyətləri ilə ənənəvi təlim metodlarından fərqlənir: şagirdlərin tədqiqat fəaliyyətinə cəlb edilmələri, müəllim tərəfindən problemli şəraitin yaradılması, biliklərin şagirdlər tərəfindən müstəqil əldə edilməsi və s. Qeyd edilən xüsusiyyətlər bəzi ənənəvi təlim metodlarında da olmuşdur, lakin yeni təlim metodları bütövlükdə göstərilən xüsusiyyətlərə əsaslanır.

  • təfəkkürün inkişafına səbəb olacaq konstruktivizmə;
  • şagirdlərin sosial inkişafına səbəb olacaq kooperativ təlimə;
  • biliklərin müstəqil əldə edilməsi üçün şəraitin yaradılmasına;
  • bilik və bacarıqların müstəqil şəkildə əldə edilməsinə;
  • müəllimin təşkilatçı, koordinator, bəzi hallarda arbitr rolunda çıxış etməsinə.

Yaradıcı (konstruktiv) mühitin təmin edilməsi üçün müəllim aşağıdakılara əməl etməlidir:

– bilik vermək yox, biliyi əldə etməyə həvəs yaratmalı;

– hazır cavablı suallar yox, problemli suallar verməli;

– öyrənənin gələcək inkişafını təmin etməli ;

– informasiya verməkdənsə, öyrənəni biliklərin əldə edilməsi prosesinə cəlb etməli;

– öyrənmə prosesini düzgün planlaşdırmalı.

Kooperativ (əməkdaşlıq əsaslı) təlimdən fərqli olaraq ənənəvi didaktikada təlim tapşırıqlarının üç formada verilməsi göstərilir: frontal, qrup, fərdi.

Yeni təlim texnologiyalarının tətbiq edildiyi dərslərdə qrup forması üstünlük təşkil edir. Burada mahiyyət də dəyişir, qrupu təşkil edən şagirdlər qarşılıqlı ünsiyyət, mülahizə zəminində verilmiş tapşırığı icra edirlər.

Kooperativ təlim zamanı şagirdlər yalnız birgə fəaliyyət göstərdikləri digər şagirdlərlə eyni vaxtda öz məqsədlərinə çata bilərlər.Kooperativ əsaslı öyrənmə təlim tapşırığının elə təşkilini tələb edir ki, şagirdlər dərsin məqsədinə özünün və kiçik qruplardakı yoldaşlarının səyləri nəticəsində nail olsunlar. Kooperativ təlimə aid öyrənmə modeli D.Conson və R.Conson tərəfindən yaradılmışdır. Onlar kooperativ öyrənməyə daxil edilməli beş komponent müəyyən etmişlər:

  • müsbət qarşılıqlı asılılıq (şagirdlər səmərəli nəticələrə nail olmaqla digər qrup üzvlərindən eyni dərəcədə, qarşılıqlı şəkildə asılı olduqlarını bilməli və buraya məqsəd, tapşırıq, ehtiyat (material, məlumat), rol, mükafat, qarşılıqlı asılılıqlar daxil edilməlidir);
  • şagirdlərin üz-üzə qarşılıqlı fəaliyyəti;
  • fərdi məsuliyyət (hər qrup üzvü məsuliyyət barədə aydın təsəvvürə malik olmalıdır);
  • şagirdlərin müvafiq şəxsiyyətlərarası və kiçik qrup bacarıqları ilə təlimatlandırılması (qrupdaxili davranış qaydaları);
  • qrupun fəaliyyəti (şagirdlərin qrupun necə işləməsini qiymətləndir- mək, üzvlərin işlərinin faydalı olub-olmamasını müzakirə etmək üçün vaxtı olmalıdır).

Yeni təlim texnologiyaları əsasında tədris edilən dərslərdə müəllimin rolu texnologiyaya aşağıdakı sxemdə göstərilən funksiyaların yerinə yetirilməsi ilə bağlı daxil edilə bilər (sxem 1.2.):

Sxemdən görünür ki, müəllimin funksiyalarına dizayner anlayışı da daxil edilmişdir. Burada dizayner müəllimin təhsil prosesinin məzmunu ilə bağlı kurikulumlara uyğun mövzu və onun məzmununun müəyyənləşdirməsi, onu şagirdlərin imkanlarına uyğunlaşdırması mənasında başa düşülməlidir.

Müəllimin fasilitasiya bacarıqlarına aşağıdakılar daxildir:

  • müəllim və şagirdlərin birgə əməkdaşlığı,
  • onların qarşılıqlı hörmət və etibarı,
  • şagirdlərin olduqları kimi qəbul edilməsi və müəllim tərəfindən onların daim dəstəklənməsi,
  • şagirdlərin qaqbiliyyətlərinə inam,
  • təfəkkürün stimullaşdırılması,
  • şagirdlərdə öyrənmə stimulunun və motivasiyasının yaradılması,
  • onların sinif mühitinə, müəllimin xüsusi həssas münasibətinə uyğunlaşması.

Portfolio – şagirdlərin təlim müvəffəqiyyətini və inkişafını öyrənməkdə portfoliosuna diqqət yetirmək vacibdir. Portfolio müəyyən vaxt ərzində şagirdlərin öyrənmə müvəffəqiyyətlərini sənədlərlə sübut etmək və nümayiş etdirmək üçün onun işlərinin toplusudur. Digər peşə sahibləri portfolio hazırladıqları kimi şagirdlərdən də öz bilik və vərdişlərinin müxtəlif aspektlərini nümayiş etdirən portfolio hazırlamaq tələb olunur. Bəzi müəllimlər şagirdlərin seçməli olduğu məsələləri təfsilatı ilə göstərir, digərləri isə şagirdlərin müstəqil qərar qəbul etməsinə icazə verirlər. Portfolioları düzgün yoxlamaq və qiymətləndirmək müəllimlər üçün çətindir, lakin ideyanın tərəfdarlarının əqidəsinə görə onlar şagirdləri düşünməyə sövq edir. Bu test qiymətlərinə nisbətən daha əyani və dəqiqdir.

Ənənə və müasirlik.

Ənənəvi təlim metodları müxtəlif pedaqoqlar tərəfindən müxtəlif cür təsnif edilmişdir.Aşağıdakı nümunələrə diqqət yetirək:

I. Q.Şukinaya görə: a) Məlumatverici – inkişafetdirici təlim metodları: şifahi şərh (nəql, izah, məktəb mühazirəsi); müsahibə, kitab üzərində iş.

b) Evristik (axtarış xarakterli) təlim üsulları: Evristik müsahibə, disput, müsahibə, problemli təlim, tədqiqatçılıq.

c) reproduktiv təlim üsulları (təkrar, nümunə üzrə iş, və s.)

II. Ü.Lerner və M.N.Skatninə görə:

3. problemli şərh,

4. qismən axtarış (evristik)

Yeni təlim texnologiyalarının təxminən, aşağıdakı növləri vardır: Blok fənlər, müzakirə xəritələri, kub, əqli hücum, klaster, Venn dioqramı, karusel strategiyası, dəyirmi masa, ziqzaq, insert metodu, t-sxem, sementik əlamətlərin təhlili, BİBÖ və s.

Pedaqoji ədəbiyyatda mövcud olan təlim metodları ilə yeni təlim texnologiyalarının müqayisəsi, müqayisə nəticəsində aparılmış analiz deməyə imkan verir ki, ənənəvi təlim metodları ilə interaktiv təlim metodları arasında fərqli və oxşar cəhətlər vardır. Oxşar və fərqli cəhətləri yeni təlim texnologiyası olan Venn dioqramı ilə aşağıdakı kimi vermək olar (Cədvəl 1.1):

Ənənəvi təlim metodları ilə yeni təlim texnologiyaları arasındakı oxşar və fərqli cəhətlər:

Fərqli

2.Bu metodlar əsasında təşkil edilən dərslərdə müəllim aktiv, şagirdlər passiv olur.

3.Şagirdlərin təlim fəaliyyəti müəllim tərəfindən qiymətləndirilir.

4.Müəllim-şagird, şagird-şagird arasında ünsiyyət yüksək səviyyədə olmur.

5.Şagird şəxsiyyətinin formalaşdırılmasına diqqət yetirilmir.

6.Müəllim avtoritar funksiya daşıyır.

2.Mövzuların tədrisi eyni proqram tələblərinə istinadən həyata keçirilir.

3.Şagirdlərin təlim fəaliyyəti qiymətləndirilir.

4.Dərsin davam etmə müddəti eynidir (əsasən)

2. Belə dərslərdə şagirdlərin müstəqil bilik əldə etmələri üçün şərait yaradılır.

3. Yeni təlim texnologiyaları əsasında keçilən dərslərdə şagirdlər aktiv (fəal), müəllim passiv olur.

4. Şagirdlərin təlim fəaliyyəti onların özləri tərəfindən qiymətləndirilir.

5. Belə dərslərdə humanizm və demokratiya bərpa olunur.

6. Şagirdlər təlim-tərbiyənin subyektinə çevrilirlər.

7. Şagirdlərin vətəndaş kimi formalaşdırılmasına şərait yaranır.

8. Şagirdlərin yaradıcılıq qabiliyyətini formalaşdırmaq mümkün olur.

Yeni təlim texnologiyaları ənənəvi texnologiyalardan fərqli məzmuna malik olduğu kimi fərqli təşkili formalarına da malikdir. Yeni təlim texnologiyaları qrup (müxtəlif tərkibli), cütlərlə iş, dəyirmi masa və s. kimi təşkil etmə formalarına malikdir. Hər bir dərs üçün seçilən forma veriləcək biliyin məzmunu ilə müəyyən edilir.

Yeni təlim texnologiyalarına əsasən təşkil edilən dərslər etaplarına (və ya mərhələlərinə) görə də ənənəvi dərslərdən fərqlənir (Cədvəl 1.2).

  1. Motivasiya
  2. Təqdimetmə (öyrənmə)
  3. İzahetmə.
  4. Nəticənin çıxarılması.
  5. Təkmilləşdirmə (və ya tətbiqetmə).
  6. Qiymətləndirmə.

Tədqiqetmə(öyrənmə). Bu mərhələdə şagirdlər mövzunun və ya fikrin tədqiq edilməsinə cəlb edilirlər. Şagirdlər problemlə əlaqədar birlikdə müzakirə aparıb fikirlər irəli sürürlər. Müəllim bu zaman fasilitator (köməkçi) və müşahidəçi rolunda çıxış edir. Zəruri hallarda, anlayışlara aydınlıq gətirmək üçün suallar verir, şagirdləri problemin mahiyyətinə doğru istiqamətləndirir.

İzahetmə. Bu mərhələdə anlayışlar, onların məzmunu ortaya çıxarılır, bunlara uyğun söz bazası formalaşır.

  • Mövcud olan biliklərdən öyrənilməli biliklərə keçid formalaşır.
  • Konkretdən abstrakta və ya ümumi nəticə çıxarmağa səy edilir.Bu mərhələdə müəllim müşahidəçi olur.

Təkmilləşdirmə ( və ya tətbiqetmə). Bu mərhələdə şagirdlər tədqiq etdikləri mövzunun tətbiq edilməsi istiqamətində fəaliyyət göstərirlər. Yekunda müəllimin rəhbərliyi ilə şagirdlərin fəaliyyətinin öyrədilməsi bilik və ya anlayışlar ilə bağlılığı müzakirə edilir.

Qiymətləndirmə. Qiymətləndirmə təsviri, formativ (prosesdaxili), summativ (yekun və ənənəvi qiymətləndirmələr) elementlərdən ibarət ola bilər. Qiymətləndirmə fasiləsiz olaraq tədris boyu davam edir.
Ənənəvi təlim metodları və yeni təlim texnologiyaları əsasında tədris edilən

dərslərin analogiyası, fərqli cəhətləri:

2.Evə verilmiş tapşırıqların soruşulması.

3. Keçilmiş mövzu ilə yeni keçilməli mövzu arasında əlaqənin yaradılması.

4. Yeni mövzunun şərhi.

5.Yeni mövzunun möhkəm-ləndirilməsi.

6. Şagird biliyinin qiymətlən-dirilməsi və ev tapşırıqlarının verilməsi.

2. Şagirdlərin tərkibi dəyişmir.

3. Dərslər üçün ayrılmış vaxt eynidir ( əsasən).

4. Şagirdlərin təlim fəaliyyəti qiymətləndirilir.

2. Tədqiqatın təşkili.

3. Tədqiqatın mübadiləsi.

4. Nəticənin çıxarılması.

5. Nəticənin tətbiqi.

6.Refleksiya və ya qiymət-ləndirmə

3. Yeni təlim texnologiyalarının prinsipləri.
Təlim prosesi mürəkkəb prosesdir. Onun məqsədəuyğun şəkildə təşkili vacibdir. Təlimin məqsədəuyğun təşkilində prinsiplər mühüm rol oynayır.

Didaktika təlim nəzəriyyəsi olmaqla təlimin obyektiv qanunlarını, qanunauyğunluqlarını aşkara çıxarır, onlardan istifadə yollarını müəyyənləşdirir. Təlim prinsipləri təlim qanunlarından irəli gəlir.

Prinsip didaktikanın qanunlarına uyğun təlim fəaliyyətini təşkil etmək üçün qəbul edilmiş ideyalar toplusudur. Prinsip dedikdə həmçinin didaktikada mövcud olan qanunlardan istifadə etmək, fəaliyyəti həmin qanunların tələblərinə uyğun şəkildə təşkil etməkdir.

Təlim prinsipləri didaktikanın mühüm vəzifələrinin həyata keçirilməsinə xidmət edir. Prinsiplər müəllimin qarşısına elə vəzifələr qoyur ki, o bunlara əməl etməklə şagirdlərin yüksək tədris uğuruna nail olur.

Təlim zamanı müəllimin fəaliyyətinin ümumi istiqamətini müəyyən edən prinsiplər pedaqoji ədəbiyyatda müxtəlif cür təsnif edilir.

V.A.Slasteninin digər müəlliflərlə birgə yazdığı “Pedaqogika ” dərsliyində təlim prinsiplərinin aşağıdakı kimi təsnifi verilmişdir: Elmilik; tərbiyəedici təlim; təlimin tətbiqi; təlimin ardıcıllığı və sistemliyi; təlimdə fərdi yanaşma; təlimdə yaşauyğunluq; təlimdə yaradıcı inkişafın təmin edilməsi; təlimin çətinlik dərəcəsinin nəzərə alınması; əyanilik; mürəkkəblik dərəcəsindən asılı olaraq mövzunun imkana uyğunlaşdırılması prinsipi (36,səh 169).

Y.K.Babanski təlim prinsiplərinin aşağıdakı kimi təsnifini vermişdir: elmilik; təlimin həyatla əlaqələndirilməsi; sistematiklik və ardıcıllıq; əyanilik; təlim prosesində müxtəlif metodlardan istifadə etmə, təlimin asan (anlaşılıqlı) mənimsədilməsi prinsipi (35,səh 215).

B.Əhmədova görə təlimin aşağıdakı prinsipləri vardır: təlim materialının onun məqsədi zəminində seçilməsi; təlim vasitələrinin onun məzmunu zəminində seçilməsi; təlim metodlarının onun vasitələri zəminində seçilməsi; təlimdə şagirdin imkanının nəzərə alınması; elmilik; şüurluluq; fəallıq və müstəqillik; sistematiklik və ardıcıllıq; fənnin daxili məntiqinin gözlənilməsi; biliyin möhkəm mənimsədilməsi; reproduktiv və produktiv təfəkkürün vəhdəti; biliklə fəaliyyətin birliyi və s.

Prinsiplərin təsnifatı ilə əlaqədar göstərdiyimiz nümunələr əsasında onu demək olar ki, istər ənənəvi, istərsə də müasir pedaqoji ədəbiyyatda təlim prinsipləri öz həllini tam tapmışdır. Ona görə ki, pedaqoqlar prinsiplərə müxtəlif aspektlərdən yanaşırlar. Mütləq olanı odur ki, təlim prosesində müəyyən mexanizm vardır, onu bilməsək bu prosesdə məqsədə nail ola bilmərik, bilsək də keyfiyyətli təlim ola bilməz. Təlimdə müvəffəqiyyət qazanmağa imkan verən mexanizm təlim prinsipləridir. Təlim metodları və ya texnologiyaları dəyişsə də bunlara uyğun prinsiplər həmişə olacaqdır.

Yeni təlim texnologiyaları əsasında həyata keçirilən təlim prosesinin də özünə məxsus prinsipləri vardır. Bu prinsipləri iki yerə qruplaşdırmaq olar:

  1. Şagirdi rəqabətəqabil , sosial, hərtərəfli inkişaf etdirməyə xidmət edən təlim-tərbiyə prinsiplərinə;
  2. İnteraktiv təlim zamanı rəhbər ideyalar kimi qəbul edilməli prinsiplərə.

tərbiyə prinsipləri “Azərbaycan Respublikasında Təhsil İslahatı Proqramı”nda öz əksini tapmışdır. Bunlar aşağıdakılardır.

  1. Demokratikləşdirmə – təhsil prosesinin demokratikləşdirilməsində maraqlı olan bütün tərəfləri, dövlət strukturları və ictimaiyyət nümayəndələrini (müəllimləri, şagirdləri, valideynləri) təhsil prosesinə fəal iştirak etməyə cəlb etmə deməkdir; tədris müəssisəsinin “şəffaflığı” prinsipinin həyata keçirilməsidir.
  2. Humanistləşdirmə – təhsilin humanistləşdirilməsi şagirdə münasibətin dəyişilməsini nəzərdə tutur, o cümlədən yaradıcı inkişaf qabiliyyətli və humanist yönümlü şəxsiyyətin formalaşdırılması; əqli və fiziki imkanlarından, öyrənmə qabiliyyətindən asılı olmayaraq şagirdin şəxsiyyəti- nə hörmətlə yanaşma; şagirdin qabiliyyət və təmayüllərinin aşkar edilməsi və onların inkişafı üçün şəraitlərin yaradılması.
  3. Diferensiallaşdırma – təlimin diferensiallaşdırılması şagirdlərin imkanlarının nəzərə alınması ilə qurulur.
  4. Fərdiləşdirmə – təhsilin fərdiləşdirilməsi şagirdlərin fərdi maraq və tələbatlar- ının nəzərə alınmasıdır.
  5. İnteqrasiya – təhsilin inteqrasiyası fənlərin öyrənilməsi zamanı fənlərarası əlaqələrin aşkar edilməsi əsasında qlobal təfəkkürün formalaşdırılmasının vəcibliyini nəzərdə tutur.
  6. Humanitarlaşdırma – təhsilin humanitarlaşdırılması şəxsiyyətin yaradıcı inkişaf prosesininşərti kimi çıxış edir və təhsilin məzmununun formalaşma- sına yeni yanaşmanı nəzərdə tutur. Bu ümumbəşəri dəyərlərin yaradılması ilə bağlı fənlərin rolunun artmasını, öz xalqının mədəniyyətinə birləşmə və dünya mədəniyyətinin dəyərləri ilə tanışlığı ifadə edir(31,səh.141).

Muasir təlim texnologiyalari

Həyata keçirilməsi planlaşdırılan Təhsil İslahatı Proqramı çərçivəsində bir çox layihələr reallaşdırılıb

İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafının ən böyük töhfə verdiyi sahələrdən biri də təhsildir. Təhsildə yeni texnologiyanın tətbiqi həm tədris prosesinin keyfiyyətini yüksəldir, həm də gənc nəslə İKT-nin mənimsənilməsi üçün şərait yaradır.

Təbii ki, təhsilin elektronlaşdırılması ilə bağlı Təhsil Nazirliyinin həyata keçirdiyi Dövlət Proqramı bu sahədə ciddi dönüş yaradıb. Proqramın icrası dönəmində paytaxtdan tutmuş bölgələrə qədər bir çox məktəblərdə müasir texnoloji vasitələr quraşdırılıb. Artıq elə bir məktəb yoxdur ki, orada şagirdlərin istifadəsində kompüter otağı olmasın, internet şəbəkəsi quraşdırılmasın. Paytaxt məktəblərinin əksəriyyətində isə tədris prosesinin elektronlaşdırılmasının yüksək mərhələsi başlayıb.

Müsbət məqamlardan biri də odur ki, elektron təhsilə bağlı olan nazirlikdən kənar təşkilatlar da bu işlə məşğul olur və bu sahədə öz töhfələrini verirlər. Onlardan biri də ITE əlavə təhsil mərkəzidir. ITE (Innovative Technologies in Education-Təhsildə İnnovativ Texnologiyalar) təhsil mərkəzi 2012-ci ildə təsis edilib. Mərkəzin şüarı kadr potensialının gücləndirilməsi vasitəsilə təhsilin transformasiyası və inkişafıdır. Bu mərkəz təhsilverənlərin və təhsil sahəsi liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsil sahəsinin strategiyasının effektiv tətbiqinə dəstək olur. ITE tədris prosesində tamamilə yeni yanaşmalar tətbiq etməyi hədəfləyib, təhsil, informasiya texnologiyaları və iqtisadi inkişaf sahələrində fəaliyyət göstərir. Əsas prinsipləri əhatəli yanaşma, beynəlxalq təcrübə və səmərəli tərəfdaşlığı cari fəaliyyətində tətbiq etməkdir. “Hədəfimiz etibarlı bilik və innovasiya mərkəzi, ekspert, peşəkar məsləhətçi və şəffaf tərəfdaş olmaqdır. ITE əlavə təhsil mərkəzi icra etdiyi proqramların əsas benefisiarı olan təhsilverənlərin peşəkar inkişafına böyük əhəmiyyət verir və qarşılıqlı faydalı əməkdaşlığı olduqca zəruri sayır”,- deyə ITE-dən bildiriblər.

ITE fəaliyyətə başladığı andan səmərəli beynəlxalq əməkdaşlıq təcrübəsindən və ekspertlər şəbəkəsindən faydalanaraq təhsil sahəsində öz həllərini təqdim edir.

Pedaqoji heyətin peşəkarlığının artırılması sahəsində Azərbaycanın özəl bazarında fəaliyyətini daha da genişləndirmək məqsədilə ITE öz təlim mərkəzini təsis edib. Müxtəlif sahələri əhatə edən və mütəmadi olaraq yenilənən təlimlər və yeni təlim paketləri pedaqoji heyətin diqqətinə çatdırılır. Hazırda mərkəzdə ilkin, orta və yüksək səviyyəli təlimlərdən yararlanmaq olar. Bundan əlavə, kurikulum üzrə müasir dərslərin hazırlanması və qiymətləndirilməsi, fənn kurikulumun tətbiqi, tədris prosesində Promethean interaktiv texnologiyalardan istifadə üçün də imkanlar var.

Qeyd edək ki, ITE əlavə təhsil mərkəzinə müraciət etməyiniz üçün üç başlıca səbəb var:

Birincisi, böyük və peşəkar təlimçi bazası. ITE Azərbaycanda 100-dən çox peşəkar təlimçinin daxil olduğu geniş şəbəkə bazasında fəaliyyət göstərən təhsil mərkəzidir. Bütün ITE təlimçiləri pedaqoji təcrübəyə və müvafiq sertifikatlara malikdirlər. ITE-nin təlimçi şəbəkəsi Azərbaycanın bütün rayonlarını əhatə edir. Bu üstünlük onlar üçün əlavə təhsil xidmətlərini əlçatan və yüksək səviyyədə təşkil etmək imkanı yaradır.

İkincisi, beynəlxalq təcrübə və yeni tədris texnologiyalarından istifadədir. ITE Azərbaycan təhsil bazarında fəaliyyət göstərən, beynəlxalq təcrübə və yeni tədris texnologiyaları tətbiq edərək, təlim paketləri tərtib edən və peşəkar formatda təlimlər keçirən əlavə təhsil mərkəzidir.

Üçüncüsü, aparıcı yerli və beynəlxalq qurumlarla əməkdaşlıq. ITE Azərbaycan Respublikası Təhsil Nazirliyi, Dünya Bankı, UNESCO, “Microsoft”, “Intel” kimi aparıcı yerli və beynəlxalq qurumlarla əməkdaşlıq edir.

Təlimlərin nəticəsi olaraq, pedaqoji heyət əldə edəcəyi bacarıq və vərdişlər əsasında tədris prosesində aşağıda qeyd edilən dəyişikliklərə nail olur:

Tədris prosesinin fərdiləşdirilməsi;

Şagirdlərin müstəqil fəaliyyətinin intensivləşdirilməsi;

Şagirdlərə 21-ci əsr bacarıqlarının aşılanması, o cümlədən sərbəst düşünmək, problemləri həll etmək, kollektivdə işləmək, yeni ideyalar yaratmaq, informasiyadan, texnika və texnologiyadan düzgün istifadə vərdişlərinin formalaşdırılması;

21-ci əsrin tələblərinə uyğun dərslərin hazırlanması;

Təhsildə informasiyanın və yeni təlim metodlarının İKT-nin tətbiqilə öyrədilməsi;

Şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması;

Tədris prosesinin daha maraqlı, rəngarəng və intensiv olması;

Müəllimlər üçün əlverişli və faydalı olan yeni təlim-tədris metod, texnika və üsulları araşdırmaq və tətbiq etmək imkanlarının yaradılması;

Şagirdləri həvəsləndirmək, düzgün inkişafı üçün zəruri olan üsulların mənimsənilməsi;

Müəllimlərin peşəkar inkişafı üçün imkanların yaradılması.

Onu da qeyd edək ki, İTE əlavə təhsil mərkəzi təhsil verənlərin və təhsil sahəsi liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsil sahəsinin strategiyasının formalaşdırılmasına dəstək sahəsində xidmət göstərir. “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinin missiyası təhsilalanlara dəstək olaraq təhsil verənlərin potensialının artırılması və siyasətin formalaşdırılmasını dəstəkləməkdir.

İTE əyani, onlayn və çevik tədris texnologiyaları vasitəsilə təhsil xidmətlərinin geniş spektrini təqdim edir. İTE əlavə təhsil mərkəzi fəaliyyətə başladığı andan səmərəli beynəlxalq əməkdaşlıq resurslarından və ekspert şəbəkəsindən faydalanaraq təhsil həllərini inkişaf etdirir. ITE əməkdaşlıq üçün açıqdır. Təqdim edilən hədəflərə, məqsədlərə çatmaq, yüksək keyfiyyətli xidmətlər təqdim etmək amalı əsas götürülür. Mərkəz bəyan edir ki, onlarla birlikdə yeni zirvələrə doğru addımlamağa hazır olan hökumət strukturları, özəl qurumlar və beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdırlar.

Hazırda mərkəzin tərəfdaşları sırasına Azərbaycan Respublikası Təhsil Nazirliyi, “World Bank”, “AzEduNet”, “Microsoft”, “Intel” və “Edumedia” kimi qurumlar daxildir.

Mərkəzdən verilən məlumata görə, hazırda məktəblər və müəllimlər şagirdləri indiki dövrdə rahat yaşamaları üçün müasir həyata hazırlamalıdırlar. Bu məqsədlə də şagirdlərdə müasir bacarıqlar, sərbəst düşünmə tərzi və məqsədə çatmaq üçün müasir texnika və texnologiyadan düzgün istifadə bacarıqları inkişaf etdirilməlidir. Elə bu baxımdan, pedaqoji heyətin İKT savadlılığının artırılmasına yönəlmiş təlimlərin böyük əhəmiyyəti vardır. Belə təlimlərin keçirilməsində məqsəd, fənn kurikulumlarının tətbiqinin effektivliyini yüksəltmək üçün müəllimlərin nəzəri və praktik bacarıqlarının, həmçinin informasiya texnologiyaları üzrə biliklərinin artırılmasıdır.

Təlimə müraciət edən pedaqoji heyətin ilkin səviyyəsi müəyyənləşdirildikdən sonra onların ehtiyacına və İKT-dən istifadə bacarığına uyğun olaraq I (ilkin), II (orta) və ya III (yüksək) səviyyə təlim paketi təqdim olunur. Bu təlimlərdən əlavə müəllimlər üçün elektron məktəb, Promethean interaktiv lövhələrdən istifadə təlimləri də təklif edilir.

Bu təlimlər boyu pedaqoji heyət məktəblərdə mövcud olan informasiya texnologiyalarından istifadə bacarığına yiyələnir, fəal təlim mühitində tədris prosesini daha maraqlı və şagirdlərin maraqlarına uyğun qurulması üçün kompüterin tətbiqi proqramları və resursların hazırlanması üçün faydalı ola biləcək digər proqramlarından istifadə etməyi öyrənir, eyni zamanda internetin tədrisdə imkanları və Veb 2.0 alətləri ilə tanış olurlar.

Təlimlərin sonunda müəllimlər informasiya texnologiyalarından istifadə etməklə 21-ci əsrin tələblərinə uyğun dərslər quraraq, şagirdlərin tədris prosesinə olan maraqlarını daha da artırmağa, onlarda müasir kompetensiyalar formalaşdırmağa nail olacaqlar.

İKT üzrə təqdim olunan təlimlər zamanı müəllimlər aşağıdakı bacarıqlara yiyələnir:

• Təhsildə informasiya və kommunikasiya texnologiyalarından məqsədəuyğun istifadə

• Dərsləri şagirdlərin maraq və təlabatına uyğun qurmaq bacarığı

• Promethean interaktiv lövhənin Activinspire proqram təminatından tam səviyyəli istifadəçi kimi istifadə bacarığı

• Əməliyyat sistemləri ilə tanışlıq, Əməliyyat sisteminin standart proqramlarından istifadə etməklə kompüterdən səmərəli istifadə vərdişləri

• Elektron testlərin, cədvəllərin iş vərəqlərinin, təqdimatların hazırlanma mexanizmlərini öyrənərək İKT-nin təhsilə tətbiqi və eyni zamanda vaxta qənaət

• Sertifikatlar, broşurlar, diplomlar hazırlama bacarıqlarını mənimsəyərək şagirdləri stimullaşdırmaq imkanı

• Elektron poçt xidmətindən istifadə

• Fənlər üzrə müxtəlif interaktiv elektorn resursların hazırlanması.

Bundan əlavə, müəllimlərin peşəkar inkişafı və kurikulum təlimləri də təşkil olunur. Belə ki, müəllimlərin davamlı peşəkar inkişafı ilə məşğul olan müəssisə kimi, İTE əlavə təhsil mərkəzi daim müəllimlərin peşəkar inkişaf ehtiyaclarını qiymətləndirir, beynəlxalq kontekstdə mövcud və cərəyan edən innovasiyaları öyrənir və müvafiq adaptasiyadan sonra Azərbaycana gətirir. Azərbaycanın təhsil siyasətinə dəstək göstərən təhsil mərkəzinin peşəkar komandası səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, kurikulumların inkişafı, təhsilverənlərin fəaliyyətinin təkmilləşdirilməsində geniş təcrübəyə malikdir. İTE təhsilverənlərə müasir tədris metodlarının öyrədilməsi istiqamətində qabaqcıl dünya təcrübəsinin araşdırılması, tədqiqatların aparılması, təhlil olunmasında geniş miqyaslı fəaliyyətlər həyata keçirməklə Təhsil İslahatı Proqramını (TİP) dəstəkləyir. Beynəlxalq təcrübəni yerli təhsil şəraitinə uyğunlaşdırmaqla professional məsləhətçi xidmətləri təklif edən ITE müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrların hazırlanması üzrə ekspertiza sahəsində də fəaliyyət göstərir. Müəllimlərin peşəkar inkişafı istiqaməti üzrə təklif olunan təlimlərin yekununda pedaqoji heyət tədrisə daha yaradıcı yanaşmağı öyrənir, layihə metodikasını mənimsəyir və şagirdlərdə yüksək düşüncə vərdişlərinin formalaşdırılması vasitələri ilə tanış olurlar. 2009-2016-cı illərdə həyata keçirilməsi planlaşdırılan Təhsil İslahatı Proqramı (TİP) çərçivəsində Azərbaycanda bir çox layihələr reallaşdırılıb. Ümumi təhsil üzrə kurikulumun icrasına dəstək və kurikulum islahatlarının davam etdirilməsi istiqamətində müəllimlər, şagirdlər və təhsil rəhbərləri ibtidai və orta təhsildə yeni kurikulumun icrasına uğurla cəlb edilib, yeni təlim materialları hazırlanıb, məktəb kitabxanaları inkişaf etdirilib. Şagirdlərin maraq və tələbatına uyğun fəal təlim mühitinin təşkil olunması və beynəlxalq təcrübəyə əsaslanan yeni dərs modellərinin qurulması müasir kurikulumun əsas tələblərindəndir. Kurikulum və qiymətləndirmə istiqaməti üzrə təklif olunan təlimlərin yekununda müəllimlər ən yeni kurikulum strukturunu və tərkibini, müasir qiymətləndirmənin əsaslarını və onun ənənəvi qiymətləndirmədən fərqini öyrənir.

Qeyd edək ki, “İTE-Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılıb. Təlim iştirakçılarına təlimin yekununda kursu müvəffəqiyyətlə bitirmələrini təsdiq edən sertifikat da təqdim olunur.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.

Comments are closed, but trackbacks and pingbacks are open.