Press "Enter" to skip to content

Muasir Türk Dillerinde Kömekçi Nıtq Hisseleri –F – Zeynalov – Baki – 1971 – Kiril – 312 – S

Ev heyvanlarının adları arasında kənd təsərrüfatında çalışan heyvanların adları da müəyyən yer tutur. Məsələn: at, dəvə, inək, tavar, koyun, qeçi, öküz, douuz, tay /dayça, qulan/, tana /dana/, kuzi /quzu/, oğlax /təkə, erkək keçi/, ənük /küçük/ və s.

Köməkçi nitq hissələri

Köməkçi nitq hissələri: qoşma, bağlayıcı, ədat, modal sözlər, nida.

1. QOŞMA

İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq halında olan sözlərə qoşularaq müəyyən məna çaları əmələ gətirir. Qoşmalar qoşulduğu sözlə birlikdə cümlənin bir üzvü olur.

MƏNACA NÖVLƏRİ

Birgəlik (ilə), bənzətmə (kimi, tək, qədər), istiqamət (sarı, doğru, qarşı, tərəf), məsafə (qədər, kim, -dək, -can 2 ), zaman (əvvəl, sonra, qabaq, bəri), fərqləndirmə (qeyri, savayı, başqa, ayrı, özgə), səbəb-məqsəd (üçün, görə, ötrü), aidlik (aid, dair, haqqında, barəsində), istinad (əsasən).

«Kimi» qoşması ilə bağlı Mövlana Cəlaləddin Rumidən götürülmüş bir neçə nümunə:

  • Comərdlik və yardım etməkdə axar su kimi
  • Şövkət və mərhəmətdə günəş kimi
  • Başqalarının qüsurunu örtməkdə gecə kimi
  • Hiddət və əsəbiyyətdə ölü kimi
  • Təvazi və alçaq könüllülükdə torpaq kimi
  • Xoşgörülükdə dəniz kimi
  • Ya olduğun kimi görün, ya göründüyün kimi

Qoşmalar ismin halları ilə işlədilməsinə görə müəyyən qruplara bölünür.

QEYD: Bəzən eyni qoşma müxtəlif hallarda olan sözlərə qoşula bilir.

QOŞMALARIN DİGƏR NİTQ HİSSƏLƏRİ İLƏ OMONİMLİYİ

İsimvə qoşma: tərəf, qarşı

Sifət, zərf, qoşma: tək, doğru, yaxın, sarı

Zərfvə qoşma: sonra, qabaq, əvvəl

DURĞU İŞARƏSİ:

Ayrı yazılanlar: üçün, kimi, qədər, tərəf, sonra, əvvəlvə s.

Bitişik yazılanlar: -can 2 , -ca 2 , -tək, -dək.

Bitişik və ayrı yazılanlar: ilə// -la,-lə

2. BAĞLAYICI

Sözlər, cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradır.

Bağlayıcılar sintaktik vəzifəsinə görə iki qrupa bölünür: tabesizlik bağlayıcılarıtabelilik bağlayıcıları

Tabesizlik bağlayıcıları

Mənaca aşağıdakı növləri vardır:

  • Birləşdirmə bağlayıcıları: və, ilə (-la 2 ).
  • Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin, fəqət.
  • Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, və ya, gah, gah da, gah da ki, istər, istərsə.
  • İştirak bağlayıcıları: həm, həm də, həm də ki, o cümlədən, habelə, hətta, da, də, həmçinin.
  • İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki.
  • Aydınlaşdırma bağlayıcıları: yəni, yəni ki, məsələn.

QEYD: İlə hissəciyi qoşma kimi işlənərkən qoşulduğu sözlərlə birlikdə bir suala cavab verir və bir cümlə üzvü olur: Qoca ağacla yeriyir.

Tabelilik bağlayıcıları

Mənaca aşağıdakı növləri vardır:

  • Səbəb bağlayıcıları: çünki, ona görə ki, buna görə də, ona görə də, onun üçün ki, ondan ötrü ki.
  • Şərt bağlayıcıları: əgər, hərgah, madam, madam ki, indi ki, bir halda ki.
  • Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki.
  • Aydınlaşdırma bağlayıcıları: ki, belə ki.

DURĞU İŞARƏSİ: İlə hissəciyi bağlayıcı kimi işləndikdə onu vergül işarəsi ilə, yaxud da və bağlayıcısı ilə əvəz etmək olur:

Təhsil ilə tərbiyə əsasdır = Təhsil tərbiyə əsasdır.

DURĞU İŞARƏSİ: Cümlədə nə də, gah da, həm də, ya da, amma, ancaq, lakin, çünki, ona görə ki, yoxsa bağlayıcı-larmdan əvvəl, təkrar olunan ki, da, də bağlayıcısmdan sonra (sonuncudan başqa) vergül qoyulur.

3. ƏDAT

Sözlərin və cümlələrin təsir gücünü artırır, mənasını qüvvətləndirir. Ədatları çıxarsaq, mənada ciddi dəyişiklik baş verməz.

MƏNACA NÖVLƏRİ

QEYD: Azərbaycan dilində daha çox işlənən ədatlar: ki, ha, axı, kaş, bəs, lap, qoy, məgər.

ƏDATLARIN OMONİMLİYİ

Say və ədat: bir, bircə

Əvəzlik və ədat: elə, belə, necə

Fel və ədat: qoy, bax, gör

Zərf və ədat: təkcə

Bağlayıcı və ədat: ki, ancaq, da, də, hətta

DURĞU İŞARƏSİ: -mı 4 və -sana 2 bitişik yazılır, qalan bütün ədatlar sözlərdən ayrı yazılır.

4.MODAL SÖZLƏR

Danışanın ifadə etdiyi fikrə münasibətini bildirir.

MƏNACA NÖVLƏRİ

1) Təsdiq bildirənlər:

əlbəttə (əlbəttə ki), doğrudan (doğrudan da), həqiqətən, sözsüz, şəksiz, şübhəsiz (şübhəsiz ki), doğrusu, doğrudur, düzü, düzdür.

Əlbəttə, hər şey yaxşı olacaq. Doğrusu, yadımdan çıxdı.

2) Ehtimal və şübhə bildirənlər:

gərək (gərək ki), yəqin (yəqin ki), görəsən, görən, görünür (görünür ki), ehtimal ki, bəlkə (bəlkə də), güman ki, olsun ki.

Güman ki, o, sabah gələcək. Bəlkə də, qaytardılar.

3) Nəticə bildirənlər:

demək (demək ki), deməli, xülasə, ümumiyyətlə, bir sözlə, nəhayət.

Deməli, yola düşmək lazımdır. Nəhayət, imtahanlar başa çatdı.

4) Bənzətmə və ya müqayisə bildirənlər: sanki, elə bil (ki).

Sanki məni görmürdü.

5) Fikrin mənbəyini bildirənlər: məncə, səncə, bizcə, zənnimcə.

Məncə, tezliklə qayıdacaq.

DURĞU İŞARƏSİ:

Cümlənin əvvəlində olan modal sözdən sonra, ortasında olan modal sözün hər iki tərəfində, axırında olan modal sözdən əvvəl vergül qoyulur:

5. NİDA

Danışanın hissini, həyəcanını, qorxu və ya sevincini bildirir.

MƏNACA NÖVLƏRİ

QEYD: Bütün nidalar, həmçinin ay, ey nidaları ilə başqa sözün əmələ gətirdiyi nidalar sözdən ayrı yazılır, təkrar yolu ilə işlənən nidalar defislə yazılır.

DURĞU İŞARƏSİ:

Cümlənin əvvəlində gələn nidalardan sonra vergül və ya nida işarəsi, ortasında gələn nidadan əvvəl və sonra vergül, sonunda gələn nidalardan əvvəl vergül, sonra nida işarəsi və ya nöqtə qoyulur.

Çağırış bildirən a, ay, ey nidalarından sonra vergül qoyulmur. Bəzən çağırış bildirən ey nidasından sonra vergül işlənir: Ey, qərib oğlan, haraya gedirsən?

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

  • Teqlər:
  • köməkçi nitq hissələri
  • , bağlayıcı
  • , ədat
  • , qoşma
  • , modal sözlər
  • , nida
  • , nitq hissələri
  • , morfologiya
  • , Azərbaycan dili

Muasir Türk Dillerinde Kömekçi Nıtq Hisseleri –F – Zeynalov – Baki – 1971 – Kiril – 312 – S

morfologiya-nitq hissələri haqqında elmdirDilimizin lüğət tərkibində olan sözlərin hamısı müəyyən qrammatik mənaya malik olur. Bu baxımdan ayrı-ayrı nitq hissələri kimi qruplaşır. Sözün hansı nitq hissəsinə aid olması onun hansı suala cavab verməsindən, əşya, yoxsa hərəkətlə bağlı olmasından və s. asılıdır. Nitq hissələri bir-birindən leksik-qrammatik mənalarına görə fərqlənir. Dilimizdə 11 əsas nitq hissəsi var. Onlardan altısı əsas, beşi köməkçi nitq hissəsidir.

Qeyd: Kök və şəkilçi morfologiyada əsas anlayışlardandır.Leksik şəkilçilər sözə qoşularkən sözün yalnız mənasını deyil, aid olduğu nitq hissəsini də dəyişir.

Əşya və hərəkət

Qrammatikada əşya dedikdə canlı və cansız, gözlə görünən və ya təsəvvür edilə bilən bütün varlıqlar və anlayışlar nəzərdə tutulur. Hərəkət dedikdə isə yalnız baş vermiş hadisə deyil, mövcud olması və ya olmaması da götürülür.

Əvəzlikdən başqa digər nitq hissələri ya əşya, ya da hərəkətlə bağlı olur. Əvəzlik isə əvəz etdiyi nitq hissəsindən asılı olaraq həm əşya, həm də hərəkətlə bağlı olur.

Həmçinin bax: Morfologiya

Müasir türk dillərində nmüqayisəli köməkçi nitq hissələri

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

1.1. Axısqa türklərinin etnik tarixinə dair

1.2. Müxtəlif türk tayfalarının Axısqa toponimlərində ini’kası

1.3 Axısqa türklərinin mənşəyinə dair

1.4. Dilin keşiyində, müxtəlif dillərin əhatəsində. Dil xüsusiyyətlərinin öyrənilməsinə dair

II FƏSİL. FONETİKA

2.1. Fonemlər sistemi

2.1.2. Tayfa dilinin qalıqları

2.2. Ahəng qanunu

2.3. Fonetik hadisələr

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə’zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə’sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

4.1. Sözün morfoloji quru-luşu

4.2. Nitq hissələri

4.2.6. Fe”lin təsriflənmə-yən formaları

4.2.8. Köməkçi nitq hissələri

V FƏSİL. SİNTAKSİS

5.1. Dilin sintaktik quruluşu

5.1.1. Söz birləşmələri

5.1.2. Cümlə konstruksi-yaları

5.1.4. Cümlədə sözlərin sırası (inversiya)

5.1.5. Cüttərkibli və təktərkibli cümlələr

5.1.6. Yarımçıq və elliptik cümlələr

5.1.8. Xitab və ara cümlələr

5.1.9. Mürəkkəb cümlə. Tabesiz və tabeli mürəkkəb cümlələr

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

İXTİSARLAR

3.3.4.Heyvan adları (Zooloji terminlər). Terminoloji söz qrupları arasında heyvan adları da mühüm yer tutur. Bu adların formalaşma tarixi qədimdir. Lap qədim zamanlardan türkdilli xalqlar təsərrüfatın heyvandarlıq sahəsi ilə də müntəzəm məşğul olmuşlar. Vəhşi heyvanları ovlamış, əhliləşdirmiş və ev heyvanları şəklinə salmışlar. Qədim türklər ev heyvanlarını fərqləndirmək üçün müxtəlif adlar qoymuşlar ki, bunların da böyük hissəsi ümumtürkoloji xarakter daşıyır. Bu adlar qədim epoxanı yaşatmaqla yanaşı, həm də heyvandarlıq terminologiyasını formalaşdırmış və zənginləşdirmişdir.

Axısqa türklərinin dilində heyvan adlarını tematik cəhətdən iki böyük qrupa bölmək olar:

a) Ev heyvanlarının adları

b) Vəhşi heyvanların adları.

Ev heyvanlarının adları arasında kənd təsərrüfatında çalışan heyvanların adları da müəyyən yer tutur. Məsələn: at, dəvə, inək, tavar, koyun, qeçi, öküz, douuz, tay /dayça, qulan/, tana /dana/, kuzi /quzu/, oğlax /təkə, erkək keçi/, ənük /küçük/ və s.

Azərbaycan dilində geniş dairədə işlədilən “mal” sözünü Axısqa türkləri “tavar” şəklində işlədirlər. “Mal” sözü ümumtürk mənşəlidir. Müasir türk dillərində işlənən areal adlardandır. Hər arealda müstəqil işlənir. K.M.Musayev “tuvar” sözünün şərqi qıpçaq qrupu dillərində – yeni mə”nalarda (“imuhestvo”, “boqatstvo”) işləndiyini göstərir [149, s.53].

“Davar” sözü müxtəlif fonetik variantlarda müasir türk dillərində işlənir. Türk, Azərb. (davar), türkm. (dovar, bir suri dovar), (tat. tuar, mal-tuar) və s.

“Tuvar”ın qədim abidələrdə tabar (tavar) formaları da var. Məsələn, anta ötriy turqes karlukığ tabarın alıp ebti yulın barmıs ebime tusmts. Uyğur abidələrində, o cümlədən Mahmud Kaşğarinin lüğətində bu ada “dobro”, “imuhestvo”, “boqatstvo” mə”nalarında rast gəlirik: bu buşıqı bramanlarka berquluq tavarım yokuçun [121, s. 542]. M.Kaşğarinin lüğətində tavar “skot, imuhestvo, tovar” mə”nalarında işlənmişdir: tavar kimin, uqilsə, bəkl anar kərkəiur, tavarsızın kalıb, bək erəkç e n eməqyur [202, T. III, s. 343].

“Mal” sözü oğuz qrupu türk dillərində aşağıdakı əsas mə”nalara malikdir: 1. İmuhestvo, sostoənie, tovar; 2. tovar; 3. skot; 4. denğqi; 5. krasota, prelestğ /arqo/ [180, s. 22].

“Mal” sözü başqırd dilində “mal-tıuar skot” formasında işlədilir [149, s. 76].

Qıpçaq qrupu türk dilləri üçün xarakterik olan “sıyır” sözü oğuz qrupu türk dillərinin əksəriyyətində “inək” şəklində işlənir. Lakin Axısqa türklərinin dilində, eləcə də qaqauzların dilində “sığır”, “sıır” formasındadır.

Azərbaycan dilində atın balasına – cavanına “dayça”, “qulan” deyirlər. Lakin Axısqa türklərinin dilində bu sözün qədim forması (“tay”) hələ də qalmaqdadır.

Türk dillərində oxşar variantlar:

tay /dayça/ day / tai /tayunşa / tailak /taixar.

dəvə / dəyə /təyə /tebə / təbə /tgmggn / tgməqən /tgven / tgmgqg, tgmgn [180, s. 23].

at /aduu /at iteu / aduqun /adu/ adun

ayqır /ayqur /ayqır uqez / azraqa /adırqa / aifir/

İnək /inek /ine /ungg / inak / uniqg / un”gn.

eşşək /eşək / işək /iljiq / iljqgn / gljiq.

öküz /ököz /uqez /uxer / oqus / ovus / nqus /ukur /uku / ukurg/uker/ oquz / oquzça / [149, s. 54].

b) Vəhşi heyvan adları: avi /ayı/, aslan, kurt, janavar /canavar/, sığın /maral/, tavşan /dovşan/, jamuş /camış/, siçan və s.

Axısqa türklərinin dilində işlədilən vəhşi heyvan adları da ümumtürkoloji səciyyəlidir. Etimoloji təhlil göstərir ki, çto kasaetsə nazvaniy dikiy jivotnıx, to vajneyşie iz nix takje əvləetsə obhetörkskimi. Odnoqo v otliçie ot nazvaniy domaşnix jivotnıx oni nosət obhiy xarakter, t. e., kak pravilo, ne otrajaöt deleniə dikix jivotnıx po polu i vozrastu. Primeçatelğno takje, çto u nekotorıx törkskix narodov narədu s osnovnımi nazvaniəmi upotrebləötsə razliçnıe opisatelğnıe nazvaniə. Gto svəzano s suhestvovşimi u mnoqix narodov zapretami. Zapretı je v otnoşenii dikix jivotnıx, veroətno, vızıvalisğ tem, çto krupnıe dikie jivotnıe prinosili bolğşoy vred xozəystvu [97, s. 10].

Qeyd etmək lazımdır ki, bu dildə işlədilən vəhşi heyvan adları da Azərbaycan dilində olduğu kimidir. Lakin bə”zi fonetik fərqlər özünü göstərir. Məsələn, “avi” heyvan adı Azərbaycan dilində “ayı” şəklindədir.

v) Suda və quruda yaşayan heyvan adları: yilan /ilan/, xuliti /kərtənkələ/, qəməkli böjük /tısbağa/, kurbağa /qurbağa/ və s.

q) Ev və vəhşi quş adları: tauux /toyuq/, xoroz /xoruz/, jüjük, çuçul /cücə/, gələmkuş /qaranquş/, kukki /ququ quşu/, qöqərçin /göyərçin/ və s.

d) Həşərat adları: gərincə /qarışqa/, kinkilə /ağcaqanad/, sinək /milçək/, çəkürjək /şala cırcırama/, örümjək /hörümçək/, pətək /arı, bal arısı/, çiya /yağış soğulcanı/ və s.

Heyvandarlıq terminlərinin əsas kütləsi ata-baba sözləridir.

Axısqa türkləri Qazaxıstanda olarkən dəvəçiliklə daha çox məşğul olmuşlar. Odur ki, dəvəçilik leksikası bu dildə xüsusi tədqiqat tələb edir.

Qədim çəki və ölçü adları: karış, misqal, batman, arşun, toxar, hoxqa, girvənkə, pud, kodi, xalvar, süvəm /barmaq ölçüsü/, dirsək, qoq (böyük barmaq ölçüsü).

Vaxtın tə”yini: Türklər günlə vaxtı tə”yin edirlər. Deyirlər, dəstədən üç saat keçib.

© WebMaster: CAhid KAazimov – cahidbdu@yahoo.com – – Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.