Press "Enter" to skip to content

Mübariz cəfərli bənna əsəri

Opera və Balet Teatrı premyeraya hazırlaşır

Mübariz cəfərli bənna əsəri

Səlim Babullaoğlu: “Quranın şairlərə və şeirə münasibəti. ” – Müsahibə

10:00 20 mart 2023

Türkiyəni xəritədən silinməyə qoymayan dahi azərbaycanlı – Nərimanov haqqında bilmədiklərimiz

21:00 19 mart 2023

Tərbiyət küçəsi, 13-cü gün və bayramlıq pulu – Təbrizdə Novruz bayramı necə qeyd olunur?

13:00 19 mart 2023

Natiq Əliyev beynəlxalq müsabiqənin laureatı oldu

10:45 19 mart 2023

“Küləklə sovrulanlar”ın əri tərəfindən döyülən müəllifi Marqaret Mitçell haqqında bilmədiklərimiz

10:00 19 mart 2023

Ölkə çempionu olub İsraildə masajist işləyən aktrisamız ərindən niyə ayrılmışdı? – Natəvan Məmmədova haqqında maraqlı faktlar

21:00 18 mart 2023

Sumqayıt Dövlət Dram Teatrında “Dəcəl keçi” tamaşası nümayiş olunacaq

16:30 18 mart 2023

Öpüşmək qadağan olmadan öncə – Güneydən şeirlər

16:00 18 mart 2023

Kriminal avtoritetləri özünə kumir seçən tələbələr – Orxan Cuvarlı yazır.

15:33 18 mart 2023

Qarabağ müharibəsinin qadın siması – Mirmehdi Ağaoğlu yazır.

14:00 18 mart 2023

“Kitab rəfini bizimlə yenilə!” – “Libraff”da kampaniya

13:25 18 mart 2023

Bölgələrdəki gənclərin problemləri – İlkin Füzuli yazır.

12:15 18 mart 2023

Aktyorun meyiti evində tapıldı

10:39 18 mart 2023

Yerdən məktublar – Mark Tven

10:00 18 mart 2023

Bakıda Teatr Forumu keçiriləcək

18:57 17 mart 2023

“Heydər Əliyev və Azərbaycan dili” kitabı nəşr olundu

17:30 17 mart 2023

Maraqla oxuyacağınız bioqrafik kitablar – Siyahı

17:00 17 mart 2023

Tarixi missiya – Afaq Məsud yazır.

16:50 17 mart 2023

“Azərbaycan teatrı” monoqrafiyası nəşr olunub

16:30 17 mart 2023

“Qəhrəmanlar müəllimlərdir” sənədli filmi çəkildi

15:40 17 mart 2023

Nizaminin təsir göstərmədiyi Azərbaycan ədəbiyyatı – Aqşin Yenisey yazır.

15:00 17 mart 2023

Opera və Balet Teatrı premyeraya hazırlaşır

14:30 17 mart 2023

Məleykə Abbaszadə: “İmtahana bıçaq və qumbara keçirmək istəyənlər olub”

13:34 17 mart 2023

Bayram həyəcanı niyə itdi?

12:20 17 mart 2023

Bu filmə görə evinə hücum elədilər, yazdıqlarını oğurladılar – Onu KQB öldürdü?

12:20 17 mart 2023

Siz düşәrsiz pәrişana, durnalar – Günün şeiri

11:40 17 mart 2023

Corc Qafarov: “Qarabağ müharibəsi haqda çəkiləcək filmin pulları yeyildi”

11:20 17 mart 2023

“Günəşə qovuşmaq istəyirəm mən!” adlı konsert keçirildi

10:50 17 mart 2023

Təbrizli şair vəfat etdi

10:40 17 mart 2023

Caz dünyası daha bir nəhəngini itirdi

09:50 17 mart 2023

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2011 – 2021 Bütün müəllif hüquqları qorunur.

Mübariz cəfərli bənna əsəri

Qaynarinfo xəbər verir ki, bu haqda kitabı əski əlifbaya uyğunlaşdıran güneyli soydaşımız Elyar Polad məlumat verib. O, bildirib ki, kitab “Qaraçuxa” nəşr evi tərəfindən işıq uzu görub.

Elyar Polad yazıçı haqda bunları qeyd edib:

“Mübariz Cəfərlinin bu günə qədər beş romanını oxumuşam. “Bərpaçı”, “Bənna”, “Bağban”, “İkinci Adəm” və “Zəncir”. Bunlardan üçü – “Bərpaçı” (Tehranda “Yuxu” adı ilə çap olunub), “Bənna” və “Bağban” da Tehranda nəşr edilib. “Zəncir” romanı isə Təbrizdə çap olunub.

Müəllifin əsərləri haqqında yazmaq mənim üçün olduqca çətindir. Çünki ustad yazıçının heyranlıq doğuran üslubu və yazı texnikası haqqında nə isə yazmaq özü dərin araşdırma və bilik tələb edir. Ola bilsin ki, onun romanlarından aldığım təəssüratı yetərincə əhatələyə, əsərlərinin həqiqi gücünü, verdiyi sonsuz enerjini tam ifadə edə bilməyəcəyəm. Bəlkə kiçicik bir yazıda bu mümkün də deyil. Belə mükəmməl əsərlərə hərtərəfli baxmaq, dolğun qiymət vermək üçün bəzən aylar, illər gərək olur. Bu romanlar hər dəfə oxuduqca adama təzə görünən, ona yeni nə isə tapdığını aşılayan və heç vaxt köhnəlib təravətini itirməyən əsərlər silsiləsindəndir.

“Zəncir” romanı da müəllifin başqa romanları kimi, mistika ruhludur, yazıçı bu dəfə də düşüncələrini mistika əhval-ruhiyyəsi ilə oxcuya ötürür. Və bununla da yenidən böyük uğur əldə edə bilir. Başqa sözlə desəm, yazıçının gücü də elə buradadır. Romanın qatlarını mistika və əlçatmaz olaylarda gizlədir, oxucunun altşüurunu ələ almaqla onu təlaşa salır, intizarda saxlayır.

Roman pişiyin ölümü ilə başlanır. Əlbəttə, pişik, insanların tənhalıqdan pənah apardıqları ev heyvanı simvolikadır əsərdə, indi hər birimizin çevrəsində belə bir tanışımız var ki, heyvanlarla ünsiyyət qurur və hisslərini onlarla bölüşur. Bu tənhalıq ola bilsin ki, insanlarn psixi durumuna təsir göstərir, bəzən onları intihara da sürükləyir. Məncə, romanın da qayəsi elə insan və tənhalıqdan yaranan, daha doğrusu, milyon adam arasında da tək-tənhalıqdan qurtula bilməyənlərin yaşadığı faciəvi sonuclardır.

Roman gah rəvayət, gah da qəhrəmanın dili ilə nəql olunur. Əsər boyu insan və ölüm fəlsəfəsi əsasında maraqlı əhvalatlarla üzləşirik. Xəyali səhnələr o qədər canlı yaradılır ki, oxucu onun izini itirmir, nəhayətdə anlayır ki, bütün olaylar və əhvalatlar özü bir xəyali haləyə bürünmüşdür.

Yazıçı rəvayətin gedişatında xəyali-həqiqi olaylarla qəhrəmanın iç dünyasını və onun psixi durumunu oxucuya çatdıraraq, günümüzün – insan tənhalığından törəyən – fəsadlarının üstünü incə detallarla açır və oxucuda dərin maraq oyadır.

Romanda qəhrəman nəsil axtarışına başlayır. Və bu nəsli bir zəncir halqaları kimi ard-arda salaraq qırılan rabitələri bərpa etməyə çalışır. Halqaların səsi və cingiltisi (gedişatın olayları) oxucunu qarşısıalınmaz fikir axınına yönləndirərək, onda yeni bir qayğı və özünəqayıdışa səbəb olaraq, keçmişi haqda düşünməyə vadar edir.

Bu romanda “səs” və “boya” xüsusi önəm daşıyır. Müəllif bəzən demək istədiklərini ün və rənglə oxucuya çatdırır. Hava və günəş şüasının qeyri-adi rəngdə görünməsi, qəhrəmanın çöhrəsinin avazımasını, ağappaq ağarmasını, bəzən səslərin eşidilməz olması oxucunun şüuraltısını silkələyir. Məncə, hər bir oxucu öz imkanı daxilində, götürə biləcəyi qədər Cəfərli “bulağ”ından qidalanır.

Sonda görkəmli yazıçıya uğurlar diləyib daha bir mükəmməl roman yazdığına görə ürəkdən təbrik edirəm. İnanıram ki, “Zəncir”in şaqraq ədəbi cingiltisi əsrlər boyu eşidiləcək. ”

MÜASİR AZƏRBAYCAN ROMANI

Mübariz Cəfərli. Mübariz Cəfərli də son illərin yeni roman axtarışlarında diqqəti cəlb edən müəlliflərdən biridir. O da nəsrin hekayədən romana qədərki bir mərhələsini keçib. Biz onun ikimininci illərdə qələmə aldığı povestlərindən söz açıb bu gənc nasirin yaradıcılığında fərdi üslubun formalaşdığını, təsvir etdiyi həyat lövhələrinin real və inandırıcı olduğunu qeyd etmişdik. Xüsusilə, “Rəqqas” povesti onun ən uğurlu əsəri idi. Müəllif bu əsərdə Cəlil müəllim obrazı yaratmışdı ki, bu ikimininci illərin nəsrində ən maraqlı obrazlardan biri idi. Vəzifəli, pullu bu şəxs həyatda çox rahat yaşayır, sanki heç bir dərdi yoxdur və özü üçün planlaşdırdığı həyat prinsiplərinə riayət edir, daha böyük vəzifələr uğrunda da mübarizə aparmır. Ancaq günlərin bir günü onun həyatında da böhranlı anlar başlanır. Cəlil müəllim yeganə oğlunu cəbhəyə göndərir, o, bunu vətənpərvərlik naminə yox, məhz özünü göstərmək, başqa nazirlərə “nümunə” olmaq xətrinə edir və ağrısını da çəkir. Cəlil müəllimin oğlu haqqında qəzetlər tez-tez yazır, onu nümunə göstərirlər və günlərin bir günü bu “nümunəviliyin” qurbanı olur, düşmən gülləsindən yox, arxadan vurulur. Cəlil müəllimin həyatında əsl sarsıntı bundan sonra başlanır, təkcə oğul itkisi yox, özü üçün müəyyənləşdirdiyi prinsiplər get-gedə iflasa uğrayır. Və Cəlil müəllim öz həyatının bütün nöqtələrinə-keçmişinə-dünəninə, ən yaxın adamları ilə münasibətlərinə boylanır, buraxdığı və heç bir zaman düzəldə bilməyəcəyi səhvləri özlərində düşünür və beləliklə, onun həyatında özünüdərk mərhələsi başlanır.
Biz niyə onun romanları haqqında söhbətə bu povestdən başladıq? O səbəbdən ki, “Rəqqas” povestində müəllifin roman yaza biləcək potensialı açıq-aşkar nəzərə çarpırdı. Hiss olunurdu ki, Mübariz Cəfərli nəsrin texnolojiyasına yiyələnə bilib. “Rəqqas”da psixolocizm, təsvir olunan obrazların daxili-ruhi aləmi, keçirdikləri hiss-həyəcanlar xüsusilə diqqəti cəlb edirdi. Süjet xətti irəliyə şütüyən bir qatara bənzəyirdi və bu qatar son dayanacağına qədər sürətini azaltmırdı. “Rəqqas”da Mübarizin bir fərdi üslubi keyfiyyəti də nəzərdən qaçmırdı-bu da təhkiyə tərzinin özünəməxsusluğunda idi, o, hadisələri sadəcə nəql etmirdi, sanki özü də bu hadisələrin içindəydi.
“Bərpaçı”, “Bənna” və “Bağban” romanları isə Mübariz Cəfərlinin bir nasir kimi yeni, özəl keyfiyyətlərini aşkara çıxardı. Bu üç romanın hər birinin öz məzmunu və ideyası var, amma hər üç romana xas olan ümumi bir ideya da var. O da bundan ibarətdir ki, real dünya ilə irreal aləm arasında harmoniya, bir-birini tamamlayan xətlər mövcuddur və yazıçı kainatda mövcud olan nə varsa, bir bütövlüyə xidmət edir. Onun romanlarında təsvir olunan hadisələr gah mistik bir ahəngə bürünür, gah son dərəcə real gerçəkliyi ifadə edir, gah sehrli bir dona bürünür, gah həyatda necə varsa, o dərəcədə adi bir əhvalat kimi nəql edilir, gah nağılvari “don” geyinir, gah da romantikdan tamamilə uzaq naturalist bir pozada nəzərə çarpır. Romanlarında süjetin “hərəkət trayektoriyası” da müxtəlifdir. Hərəkət, dinamika qətiyyən zəifləmir, amma “marşrutlar” tez-tez dəyişir. M.Cəfərlinin romanlarına bir neçə məqalə həsr edən Cavanşir Yusifli “Bərpaçı” romanından söz açaraq yazır ki: “Əsərin məzmununu və oradakı ideyaları maraqlı və cazibəli edən, heç şübhəsiz ki, onun daxili planıdır. Ən maraqlısı və tapıntı səviyyəsində boy göstərən olay isə dünyanın, ümumən mövcudluğun mənası haqqında mətndən yeni mənaların doğmasıdır və təqdim edilən mətnin yeni mətnlər doğurmasıdır.
Biz də bu fikirlə razılaşırıq. Doğrudan da, M.Cəfərlinin “roman içində mikro roman” yaratması, bir-birilə zahirən heç bir əlaqəsi olmayan əhvalatları nəticədə bir ideya üzərində kökləməsi maraqlı təsir bağışlayır.
Biz Mübariz Cəfərlinin romanlarının məzmunu və nədən, hansı məsələlərdən söhbət açılması barədə təfsilata varmaq istəmirik. Amma ümumilikdə hər üç romanda nəzərə çarpan bir məqamı qeyd etmək istərdik. Mübarizin qəhrəmanları (“Bərpaçı”da Abdulla, “Bənna”da Bəhram, “Bağban”da Famil) həqiqət axtarışına çıxırlar. “Bərpaçı”nın qəhrəmanı real dünyada baş verən hadisələrin mahiyyətini sirli bir məkanda əmmaməlilərdən əxz edir, “Bənna”nın qəhrəmanı real və mistik dünyanın pozulmaz ahəngini tapmağa çalışır, “Bağban”ın qəhrəmanı isə ruhunu xilas etmək üçün uzaq bir səfərə yollanır. Onlar həqiqət uğrunda mübarizə aparmırlar, sadəcə, onu dərk etməyə çalışırlar və Mübarizin romanlarındakı fəlsəfi söhbətlər, həyat və ölüm, varlıq və yoxluq, xeyir və şər haqqında müxtəlif səpgili söhbətlər də bu məqsədə xidmət edir.
Fikrimizcə, Mübariz Cəfərli real həyat səhnələrinin təsvirində daha uğurludur. Ona görə də bu yazıçının mistikasız, irreal aləmə meylsiz yeni romanlar yazacağına inanmaq istərdik.
Nəriman Əbdülrəhmanlı. Nəriman Əbdülrəhmanı da bir sıra hekayə və povestlərdən sonra “Yalqız” romanını qələmə aldı. Mübariz Cəfərlidən və Elçin Hüseynbəylidən fərqli olaraq onun sırf real həyat hadisələrini təcəssüm etdirməsi, qəhrəmanlarının taleyini heç bir mistika və irreal aləmlə bağlamaması, təsvir etdiyi hadisələrə yaşadığımız çağdaş aləmin bir parçası kimi diqqət yetirməsi onun yazıçı niyyətindən irəli gəlir. Bu niyyət ilk növbədə, tənhalıq mövzusunda təzahür edir. O, bu romanlara qədər yazdığı bir sıra hekayə və povestlərində də həmin mövzuya müraciət etmişdi. Əlbəttə, Azərbaycan nəsrində tənhalıq mövzusu və tənha qəhrəmanların obrazları ilk dəfə deyil ki, bədii təhlil obyektinə çevrilir. Ancaq bir məsələ var ki, Nəriman Əbdülrəhmanlı bu mövzunu öz romanlarında konseptual şəkildə həll etməyə can atır. O, həyatın maddi qayğıları içində çırpınan, ictimai mühitin mənən əzdiyi, sarsıtdığı insanların daxili-ruhi həyəcanlarını, fikri-hissi çarpıntılarını ifrat dərəcədə, hətta ən xırda detallarına qədər canlandırır.
Tənhalıq hardan başlayır, necə olur ki, o, insanın mənəvi dünyasına daxil olur və bütün ömrü boyu onun yaxasından əl çəkmir? Olsun ki, bir fərdin taleyinə hamının bigənəlik göstərməsindən. Olsun ki, o fərdin ictimai mühitdə özünə mənəvi dayaq tapa bilməməsindən. Olsun ki, ömür boyu keçirdiyi psixoloci sarsıntıları dəf edə bilməməsindən. gOlsun ki, məhz özünün bir insan kimi fərdi psixoloji keyfiyyətlərindən. Bunların hamısı bir yerə cəm olanda necə? Nəriman Əbdülrəhmanlı məhz tənha insanın obrazını çoxplanlı aspektdə izləyir. “Yalqız”da qəhrəman bütün roman boyu öz-özünü təhlil etməklə məşğuldur. Təhlil etdikcə də aydın görünür ki, onda həyatın bu adama “bəxş etdiyi” dözülməzliyə qarşı onda müqavimət gücü zəifdir. Belə adamlar həyatda az deyil və tənqidçi Sabir Bəşirovun doğru qeyd etdiyi kimi: “Yalqız minlərlə ziyalının ümumiləşdirilmiş obrazıdır. O ziyalının ki, mənəvi ölçüləri dəyişmiş cəmiyyətdə gərəksiz, lazımsız varlığa çevriliblər”. Nəriman Əbdülrəhmanlının təqdim etdiyi Yalqız obrazı bütün roman boyu özü danışır, daha doğrusu, təhkiyəçi rolunu sonadək özü ifa edir. Bir otağın içinə qapılasan və başına gələnləri, dünənini, keçmişini, münasibətdə olduğun insanları, ətraf aləmi, dostları, yaşadığın ədəbi mühiti məhz bu dar otaqdan seyr edəsəngbu təsvir üsulu başqa bir bədii priyomu da şərtləndirir, o da bundan ibarətdir ki, Nərimanın romanında mətndaxili “parçalanmalar” yoxdur, bir mətn digərini şərtləndirir. Hadisələr, təfsilatlar birnəfəsə nəql edilir. İlk baxışdan oxucu üçün bir-birinin ardınca sıralanan uzun-uzun cümlələr təhkiyə tərzinin ağırlığını ortaya çıxarır. Xırda bir görüntünün (tutaq ki, qonşunun qapını döyməsi) təsvirinə o qədər aludəçilik göstərmək, hər şeyi yerli-yataqlı təsvir etməyə aludəçilik doğrudan da, oxucunu yorur. Amma bu təsvir üsulu N.Əbdülrəhmanlının fərdi üslubundan irəli gəlir, o, təqdim etdiyi obrazların psixologiyasını məhz bu üsulla təşrih edir. Nəticədə, onun “Yalqız” əsəri sözün həqiqi mənasında psixoloci bir roman kimi diqqəti cəlb edir.
Məqsəd Nur. Məqsəd Nurun “Şəhər meri” romanı onun bu janrda birinci cəhdi olsa da, ədəbi tənqiddə müəyyən reaksiya doğurdu. Buna səbəb romanın həm “üst qatı”nda-ideya-məzmun planında, həm də bunun ifadə planında-forma-struktur xüsusiyyətlərində nəzərə çarpan məqamlar oldu. Doğrudan da, romanda ilk növbədə, tənqid eləməyə müəyyən qüsurlar tapmaq olur. Tənqidçi İradə Musayeva “Yeni romanlar-mənzərə, yoxsa görüntü” məqaləsində (“Azərbaycan” jurnalı, 2001 № 12) “Şəhər meri”nin dil qüsurlarından söhbət açır, təhkiyəsinin ağır və yorucu olduğunu qeyd edir, “ictimai əhəmiyyəti olan bir ağır mövzuya girişib, lakin öz şikəst qəhrəmanları ilə detektivvari manevr və vurnuxmalardan başqa bir mənzərə yaratmadığını” söyləyir. Romanın qəhrəmanı -Fərəc doğrudan da İradə Musayevanın qeyd etdiyi kimi-qorxaq, içinə sıxılan və hər dəfə irəli çəkiləndə faciə qəhrəmanı sarsıntıları yaşayan bir gəncdir və anasının “sevgilisi” – indiki şəhər merinin əmrlərinə sözsüz tabe olur. Amma bu prosesdə onun iç azadlığı – özünü dərketmə üstünlüyü təsdiq olunur. O, ətraf aləmə Merin diktatorluğu, hakimiyyət üstünlüyü, kütlənin ona itaətkar münasibəti prizmasından boylanır və adamların onun gözündə hətta müxtəlif heyvanlara bənzəməsi Tehran Əlişanoğlunun qeyd etdiyi kimi “Avtritar cəmiyyəti . fərdin içindən-ekzistensial varlığından çözməyə” gətirib çıxarır. Daha doğrusu, ekzistensial roman poetikasına uyğun olaraq, qəhrəmanın iç aləmin bütün sarsıntıları – ölüm qorxusu, intihara meyli, acizliyini etiraf və s. əsərdə öz əksini tapır. Şəhər Meri obrazı simvolikdir və bir az da bizə tanışdır – hardasa sosializmdən qalan, amma hər hansı ictimai quruluşda yenidən ehya olunan tipdir. Amma təəssüf ki, bu obraz daxili aləminin prizmasından yox, sadəcə, kənar prizmadan, onu müşahidə edənlərin, hərəkətlərini izləyənlərin görümündə nəzərə çarpır.
Fikrimizcə, “Şəhər meri” bəzi qüsurlarına baxmayaraq nəsrimizdə maraqlı bir roman nümunəsidir və bu əsəri AXTARIŞ kimi qiymətləndirmək olar.
Şərif Ağayar. Bir maraqlı roman kimi Şərif Ağayarın “Haramı” əsəri haqqında da qısaca söz açmaq istəyirik.
“Haramı” ilk baxışda ənənəvi roman tiplərini xatırladır. Belə ki, əsərdə təsvir olunan hadisələr, obrazlar, süjet xətti bizə tanış gəlir: real həyat səhnələri, obrazların yaşadıqları məkanın yerli-yataqlı təsviri, folklor poetikasının təsiri bu romanda sanki bizə heç nə vəd etmir. Amma “köhnə havalar” yeni “notlar” üstündə səsləndiriləndə maraqlı bir əsər meydana gələ bilər və Şərif Ağayar “Haramı”da bizə məhz belə təsir bağışladı.
“Haramı -Xocavənd rayonunun cənubundan ta Füzulinin Alxanlı, Qaraxanbəyli kəndlərinin taxıl zəmilərinəcən uzanan, ordan Araz boyunun üzüm bağlarına, Ağcabədinin, Ağdamın qış yataqlarına qədər genişlənən balaca, yamyaşıl təpələrdən və göz işləyən düzənliklərdən ibarət bir çöllükdür” – müəllif romana elə Haramının təsvirindən başlayır və biz bir coğrafiya aliminin bizə verə biləcəyi informasiyadan daha artıq bəhrələnirik. Və romanın sonunacan -istər təbiətin təsvirində, istərsə də burada yaşayan adamların təqdimində müəllifin etnoqrafik bilgilərinə heyrət edirik. Ancaq bu bilgilər romanın yalnız zahiri komponentini təşkil edir. Əsas motiv qəhrəmanın-Səməndərin həyatıdır, onun bir insan cisminə sığmayan hərəkətləri-qoçaqoğlı, kişiliyi, mərdliyi və həm də bəzi mənfi əməlləridir. Yəni Şərif Ağayar “müsbət qəhrəman” obrazı yaratmamışdır, sadəcə olaraq, öz mühitinə sığmayan dəli-dolu, hərəkətlərindən “qan daman” bir obraz yaratmışdır ki, o, mürəkkəb və təzadlıdır. Səməndər hardasa bizə yetmişinci illərin Laçınını (Sabir Əhmədli- “Yamacda nişanə”) və Qədirini (Əkrəm Əylisli- “Kür qırağının meşələri”) xatırladır. Laçın qəzaya düşüb məhv olur, Qədir Səltənətin ona biganəliyini hiss edib evdən çıxıb gedir, Səməndər isə öldürülür.
Bəs roman hansı yeniliyilə diqqəti cəlb edir? İlk növbədə, bugünkü romanlarda nisbətən az nəzərə çarpan (gəlin, bu etirafda bulunaq!) dil faktorunda. Romanın dili cazibəlidir, dastan, nağıl dili ilə ədəbi dilin qaynayıb-qovuşması oxucunu elə ilk sətirlərdən ələ alır. Şərif Ağayar bəzi müəlliflər kimi romana zorla, süni şəkildə folklor elementləri pərçimləməmişdir, çünki romanda folklor, nağıl-dastan estetikası özü bir element kimi iştirak edir. İkincisi; adətən, hadisələr, əhvalatlar üstündə qurulan romanların əksəriyyətində psixoloji aləmin təsviri, “içdən” yanaşma zəif nəzərə çarpır, Ş.Ağayarın romanında isə psixolocizm güclüdür. Üçüncüsü, roman Azərbaycan məişətinin, çölçülüyün, evdarlığın, ailə-valideyn-övlad münasibətlərinin təsviri baxımından da maraqlı lövhələrlə zəngindir. Dördüncüsü; roman həm əsas hadisələri özündə cəmləndirən mətn, həm 7 günlük gündəlik, həm də ayrı-ayrı əhvalatlar üzərində qurulub və bunlar qətiyyən bir-birindən təcrid olunmur.
Ancaq romanda nəzərə çarpan bir qüsuru heç cür bağışlamaq olmur. Böyük səmimiyyətlə, az qala heyranlıqla təsvir olunan və bizə son dərəcə orijinal bir obraz təsiri bağışlayan Səməndərin öz həyat yoldaşı tərəfindən öldürülməsi heç cür inandırıcı deyil. Bu tamam qondarmadır. Təbii ki, ipə-sapa yatmayan, dəli-dolu, amma mərd və kişi bir adamın ölümü labüd idi, mühitin qurbanı olmalıyd o, amma arvad əlində, həm də əsaslandırılmadan qətlə yetirilmək (əsərdə ər-arvad münaqişəsi duyulsa da) Səməndər kimi “yeri-göyü titrədən” bir igidin qisməti olmamalıydı.

(ardı gələn şənbə sayımızda)

Comments are closed, but trackbacks and pingbacks are open.