Press "Enter" to skip to content

Azərbaycan Dili Fonetikasının Əsasları – Mübariz Yusifov

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Məhəmmədhüseyn Şəhriyar.”Azərbaycan” (Şeir)

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.

Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan.

Bütün dünya bilir – sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-İran, Azərbaycan.

Bisütuni-inqilabda Şirin-vətən üçün Fərhad
Külüng vurmuş öz başına zaman-zaman, Azərbaycan.

Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib “heçdir vətənsiz can”, Azərbaycan.

Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan.

Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!

İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan.

Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!

Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!

Son Yazılar

  • Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraq var
  • Banu MUHARREM.”Türkiyəm O günəş yenə doğacaq!”
  • Banu MUHARREM.”Fərqli olanı sevdim hər zaman”
  • Xəyalə SEVİL.”Üstümdə”
  • Xəyalə SEVİL.”Səhər eyni, axşam eyni”

Arxivlər

Blogroll

Kateqoriyalar

  • “Açık Kara” dergisi
  • “Alkış” dergisi
  • “Ədəbi Körpü” dərgisi
  • “Güzlek”
  • “Güzlek” dərgisi
  • “Hece Taşları” dergisi
  • “Kümbet” dergisi
  • “Mevsimler” dergisi
  • “Türkay” dərgisi
  • “Usare” dergisi
  • “Yarpuz” dergisi
  • “Yeni nəşrlər”
  • “Zərif kölgələr”
  • “Zərrələr”
  • “Kardelen” dergisi
  • AJB Sumqayıt şəhər təşkilatı
  • Ana səhifə
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan ədəbiyyatı
  • Azərbaycan Prezidenti
  • Dilçilik İnsitutu
  • Ədəbiyyatşünaslıq
  • Haqqımızda
  • Mədəniyyət
  • Müsabiqə
  • Müsahibə
  • Pakistan ədəbiyaytı
  • Prezident Mükafatçıları 2022
  • Publisistika
  • Ruskaya literatura
  • SOCAR «Azərikimya» İB
  • Sumqayıt RMTİ
  • Türk xalqları ədəbiyyatı
  • Türkiyə Cümhuriyyəti
  • Türkiyə ədəbiyyatı

Təqvim

Mart 2023

BE ÇA Ç CA C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Son Yazılar

  • Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraq var 17 Mart 2023
  • Banu MUHARREM.”Türkiyəm O günəş yenə doğacaq!” 17 Mart 2023
  • Banu MUHARREM.”Fərqli olanı sevdim hər zaman” 17 Mart 2023
  • Xəyalə SEVİL.”Üstümdə” 17 Mart 2023
  • Xəyalə SEVİL.”Səhər eyni, axşam eyni” 17 Mart 2023
  • Arzu HÜSEYN.”Ən gözəl çiləm” 17 Mart 2023
  • Arzu HÜSEYN.”Hər şey səni xatırladır” 17 Mart 2023
  • Nigar ARİF.”GEDƏK ÜZÜ KÜLƏYƏ?” 17 Mart 2023
  • Azərbaycanlı gənc xanım yazar Şəfa Vəliyevanın məqaləsi “Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
  • Azərbaycanlı yazıçı Coşqun Xəliloğlunun şeiri Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
  • Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimovla görüş keçirilib 16 Mart 2023
  • Prezident cənab İlham ƏLİYEVƏ Xalq yazıçısı ANARdan təşəkkür məktubu 16 Mart 2023
  • Milli Kitabxanada “Xalq yazıçısı Anar” adlı elektron məlumat bazası hazırlanıb 16 Mart 2023
  • Xalq Yazıçısı Anarın 85 illiyi münasibəti ilə hekayə müsabiqəsi elan edilir 16 Mart 2023
  • Azərbaycan animasiya filmi Annecy festivalı müsabiqəsində 16 Mart 2023
  • İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək 16 Mart 2023
  • A.R.Rzayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında
    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 15 Mart 2023
  • “Tesdergi” gösteri ve yazı dünyası 1. sayısı yayında 14 Mart 2023
  • Xalq yazıçısı ANAR.Yeni şeirlər (2023) 14 Mart 2023
  • Pərvindən yeni kitab 14 Mart 2023

Azərbaycan Dili Fonetikasının Əsasları – Mübariz Yusifov

Fonetika sözü mənşəcə yunan dilinə məxsusdur. Bu söz dilçilikdə nitq səslərinin akustik və fizioloji (artikulyasiya) təbiətini öyrənən bəhsin adı mənasında işlədilir. Eyni zamanda, fonetika sözü hər hansı bir dilin səs tərkibinin fizioloji və akustik (artikulyasiya) quruluşu mənasını bildirir. Fonetika sözü, bir termin kimi fon (fone) sözü və tika vahidinin birləşməsi yolu ilə yaranmışdır. Fon sözü mənşəcə yunan dilinə məxsusdur. Mənası səs deməkdir. Tika (tike) tərkibi də mənşəcə yunan dilinə məxsusdur. Tika (tike) hissəsi affiksal vahiddir. Fone (fone) və tika (tike) hissələrinin birləşməsi ilə nitq səslərinin quruluşu və onların tərkibi mənasında yeni bir terminoloji vahid yaranmışdır.

Fonetika sözünün əsası olan fon tərkibi səs mənasında bir çox başqa sözlərin də yaranmasında iştirak edir. Məsələn, həmin köklə bağlı fonem (dilin səs sisteminə məxsus kiçik vahid), fonietariya (insanın səs aparatının fiziologiyasını və patologiyasını öyrənən elm sahəsi), fonika (bədii nitqin səs tərkibi, səsyazma, səs instrumentovkası, səslərin bədii xassəsinin tədqiqi sahəsi), fonoqram (fonoqraf vastəsi ilə səs yazılması), fonoqraf (səs yazan və həmin səsləri yenidən hasil edən aparat), fonologiya (dilçiliyin fonemlərdən bəhs edən sahəsi), fonometr (səsin gücünü ölçən cihaz), fonoskop (nitqin fonetik xüsusiyyətlərini və bununla əlaqədar dodaqların və əzələlərin hərəkətlərini tədqiq etmək üçün işlədilən cihaz), fonoteka (fonoqramlar, səs yazıları arxivi), fonokardioqram (ürəyin səs fəaliyyətinin qrafik yazısı) və s.

Elm vəTəhsil
The publishing year:
2012 (Anno Domini/AD)
PDF Document
Written or Spoken Language:
Azərbaycan Türkcəsi

Azerbaycan Dili Fonetikasının Esasları Mübariz Yusifov Urmu Turuz 2014
Read دانلود Turuz hayatta kalmak için, Yardım Edin
حجم: 2.63 MB File Type : Pdf دیده شده : 855 Damage report

Online : 2646 Users

Registered : 31680 Users

Turuz Sitəsi

Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe’l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi (h.beyhadi@gmail.com)
Təbriz

Ali Hərbi Məktəbə və hərbi liseylərə qəbul qaydaları açıqlanıb

Müdafiə Nazirliyi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə 2021/2022-ci tədris ili üçün kursant qəbulu qaydalarını açıqlayıb. “Report” qaydaları təqdim edir: I.ÜMUMİ MÜDDƏALAR: Tədris dili: Azərbaycan dili Təhsil forması: əyani Təhsil müddəti: 4 il Yaş həddi: Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 162 AZN məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir. II. SƏNƏDLƏRİN QƏBULU: Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmaq istəyən namizədlər 1 aprel 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək ərizə ilə məktəb rəisinə müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır: – abituriyentin təsdiq olunmuş elektron ərizəsindən çıxarış; – şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə); – tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün orta məktəbdən verilmiş arayış); – doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti; – nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda); – uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda); – oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə; – evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış; – rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 6 ədəd 3×4 sm ölçüdə və 2 ədəd 4.5×6 sm ölçüdə; – 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri; – elektrokardioqramma; – qanın ümumi analizi, qan qrupu və rezus-faktor; – qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri; – qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri; – sidiyin ümumi analizi; – psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar. Məktəbə “Təyyarəçilik” ixtisası üzrə daxil olmaq istəyənlər yuxarıda göstərilmiş sənədlərdən əlavə olaraq nəcisdə helmintlərin yumurtalarının və lyambliyaların sistlərinin müayinəsinə dair tibbi sənəd də təqdim etməlidirlər.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir. III. ALİ HƏRBİ MƏKTƏBƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR: Namizədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən müraciət etmiş şəxsə bildirilir.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasında müayinədən Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər. Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul üçün keçiriləcək qəbul imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır. Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı I ixtisas qrupunun fənləri üzrə Azərbaycan dilində keçirilir. Namizədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının nəticələri əsasında qəbul edilirlər. Sənədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri, Admiral Naximov küçəsi, 18. Əlaqə telefonu: 479 78-40). Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslər sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16). Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcək. Əlavə məlumat Azərbaycan Respublikası Müdafiə NazirliyininHeydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin internet saytında yerləşdiriləcək. Müdafiə Nazirliyi eyni zamanda hərbi liseylərə 2021/2022-ci tədris ili üçün kursant qəbulu qaydalarını da açıqlayıb. Qaydalar aşağıdakılardır: I.ÜMUMİ MÜDDƏALAR: Tədris dili: Azərbaycan dili Təhsil forması: əyani Təhsil müddəti: 2 il Yaş həddi: Cari ildə ümumtəhsil müəssisələrində orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.
Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 51 AZN məbləğində müavinət alırlar. II. SƏNƏDLƏRİN QƏBULU: Hərbi liseylərə qəbul olmaq istəyən namizədlər 1 aprel 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək ərizə ilə Lisey rəisinə müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır: – şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə); – oxuduğu sinfin 1-ci yarımilinin qiymət cədvəli; – doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti; – sinif rəhbəri tərəfindən yazılmış və məktəb direktoru tərəfindən təsdiq edilmiş xasiyyətnamə; – evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış; – rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 6 ədəd 3×4 sm ölçüdə və 2 ədəd 4.5×6 sm ölçüdə; – valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri; – burunətrafı boşluqların rentgenoqrafiyası; – elektrokardioqramma; – qanın ümumi analizi, qan qrupu və rezus-faktor; – qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri; – qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri; – sidiyin ümumi analizi; – nəcisdə helmintlərin yumurtalarının müayinəsinə dair tibbi sənəd; – dizenteriya qrupuna dair müayinə, əsnəkdən və burundan difteriya çöplərinin aşkar edilməsi üçün müayinə; – psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar; – xroniki və son 12 ay ərzində keçirdiyi yoluxucu və parazitar xəstəliklərə görə dispanser qeydiyyatında olub-olmaması barədə məlumatlar, ambulator xəstənin tibbi kartı (olunmuş peyvəndlər haqqında məlumat), stasionar xəstənin tibbi kartından çıxarışlar (forma № 27/U), rentgenoqramlar, xüsusi müayinə metodlarının protokolları və vətəndaşın səhhətini xarakterizə edən digər tibbi sənədlər (məktəblinin tibb kartası – forma № 26/U). Ümumi orta təhsil haqqında attestatın, doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.
III. HƏRBİ LİSEYLƏRƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR: Namizədlər müraciət etdikləri hərbi liseydə yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.
Hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçən namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldurur, şifrə və iş nömrəsini çap edir, sonra həmin şifrə və iş nömrəsi ilə hərbi liseyin Sənəd Qəbulu Komissiyasına gələrək elektron ərizə formasını təsdiq etdirirlər. Namizədlər qəbul imtahanlarının başlama tarixinə 3-5 gün qalmış hərbi liseyin Sənəd Qəbulu Komissiyasından imtahana buraxılış vərəqəsi alırlar. Ümumi orta təhsil haqqında attestatda hər hansı bir fənn üzrə illik qiymət “3”dən aşağı olan namizədlərə buraxılış vərəqəsi verilmir. Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır: – Azərbaycan dili; – riyaziyyat; – fizika; – kimya. Namizədlər hərbi liseylərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanının nəticələrinə əsasən qəbul edilirlər. Sənədlər C.Naxçıvanski adına Hərbi Liseydə yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, Zığ -1 hərbi şəhərcik. Əlaqə telefonu: 479-80-24). Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslər sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16). Elektron ərizələrin doldurulma, imtahana buraxılış vərəqəsinin verilmə, imtahanların başlama tarixləri barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin internet saytında və kütləvi informasiya vasitələrində elan olunur.
Əlavə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin internet saytında yerləşdiriləcək.

Comments are closed, but trackbacks and pingbacks are open.