Mühasibat uçotu vergilər
Bundan başqa, Vergi Məcəlləsinin 13.2.8 maddəsinə əsasən, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktiv mal sayılmır. Yəni qeyri-maddi aktiv ölkədaxili bazardan alınarsa, onun qiymətində ƏDV olmamalıdır. Lakin onun quraşdırılmasına, sazlanmasına çəkilən xərclər, konsultasiya və sair analoji xərclərin qiymətində ƏDV ola bilər. Əgər müəssisə ƏDV ödəyicisidirsə, ƏDV qeyri-maddi aktivin ilkin dəyərinə daxil edilmir, ödənildikdə büdcə ilə əvəzləşdirilir. Lakin müəssisə ƏDV ödəyicisi deyilsə, alış zamanı ödənilən ƏDV qeyri-maddi aktivin ilkin dəyərinə daxil ediləcəkdir.
“Rəqəmlərin ritmi” konsept mesajı ilə
Ölkəmizdə ilk dəfə fərqli formatda 11 mart 2023-cü il tarixində “Vergi və Mühasibatlıq Zirvəsi” (Tax and Accounting Summit) baş tutacaq.
“Baku Marriott Boulevard” hoteldə 500-dən çox şirkət əməkdaşının, sahə üzrə mütəxəssislərin iştirakı ilə keçiriləcək tədbirin hədəfi mühasib peşəsinin gələcəyinin, mühasibatlığın şirkət strukturunda yerinin, yeni normalın yaratdığı qeyri-müəyyənlik halında bu peşəyə tələbin müzakirə olunduğu platforma rolunu oynamaqdır.
Zirvənin keçirilməsində əsas məqsədlərdən biri də yeniliyin innovativ həlləri diktə etdiyi, paralel olaraq qanunların yeniliyi izlədiyi dövrümüzdə mühasiblərin rolunun, təkcə mühasibatlıq və vergi ilə məhdudlaşmayan, həm də maliyyə, audit və idarəetmə kimi istiqamətlərin də əhatə olunduğu, sahibkarlar, mühasiblər, maliyyəçilər və digər əlaqəli şəxslər arasında təcrübə mübadiləsinin, maariflənmə və şəbəkələşmənin ön plana çıxdığı bir tədbir olmaqdır.
Tədbirin Moderator və Spikerləri
Qonaq Spiker
Nicat İmanov
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Vergi siyasəti Baş İdarəsinin rəisi
Nicat İmanov | İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti | Vergi siyasəti Baş İdarəsinin rəisi
Nicat İmanov 2010-cu ildən etibarən Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarında və mərkəzi aparatında vergi ödəyicilərinin uçotu, bəyannamələr, iqtisadi təhlil, maliyyə institutlarında vergi monitorinqi və vergi siyasəti istiqamətləri üzrə müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Moderatorlar
Abdulkərim Sadıqov
Azərbaycan Dövlət İqtisad Universiteti
Maliyyə və mühasibat fakültəsi, dekan müavini
Mehdi Babayev
Bakı Hesabat Mərkəzi
Teymur İslamlı
Vüsal Səlimov
Abdulkərim Sadıqov | Azərbaycan Dövlət İqtisad Universiteti | Maliyyə və mühasibat fakültəsi, dekan müavini
Abdulkərim Sadıqov 2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) – Maliyyə və mühasibat fakültəsi, dekan müavini olaraq fəaliyyət göstərir. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) – Maliyyə və audit kafedrasının baş müəllimidir. Mühasib olaraq iş təcrübəsi 15 il, pedaqoji təcrübəsi isə 12 ildir.
ARPA – Peşəkar Mühasib Təşkilatının “Mühasibat uçotu” komitəsinin üzvüdür.
Peşəkar mühasib sertifikasiyası – I mərhələ (MHBS) üzrə təlimçidir.
Milli Mühasiblər Forumu – Təşkilat komitəsinin üzvü, son iki MMF-in spikeridir.
Abdulkərim Sadıqov “Maliyyə hesabatları və audit” panelinin moderatorudur.
Mehdi Babayev | Bakı Hesabat Mərkəzi | Rəhbər
Mehdi Babayev istehsal, kənd təsərrüfatı, tikinti, QHT sahələrində müxtəlif vəzifələrdə işləməklə maliyyə-uçot sahəsində 30 illik təcrübəyə malikdir. 2002-ci ildən peşəkar audit yoxlamalarında audit mütəxəssis kimi fəaliyyət göstərir. “Professional Mühasib” jurnalının baş redaktoru və Milli Mühasiblər Forumunun təşkilat komitəsinin üzvüdür. Hazırda Bakı Hesabat Mərkəzinin rəhbəridir.
“KİV və Vergi qanunvericiliyi” və “QHT-lərdə Maliyyə İdarəetməsi” kitablarının, həmçinin maliyyə, iqtisadiyyat, mühasibat, vergi və audit sahəsində 300-dən çox məqalə və şərhlərin müəllifidir.
Mehdi Babayev “Ziddiyyətlərin harmoniyası” panelinin moderatorudur.
Teymur İslamlı | “Good Finance” | Vergi konsultantı
Teymur İslamlı İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili almışdır. O, 2006-2020-ci illərdə dövlət vergi orqanlarında audit və bəyannamələr strukturlarında çalışmışdır. Hazırda isə maliyyə-mühasibatlıq xidmətləri göstərən “Good Finance” şirkətində vergi konsultanı olaraq fəaliyyət göstərir.
Teymur İslamlı “Vergi Riskləri” panelinin moderatorudur.
Vüsal Səlimov | “Good Finance” | Direktor
Vüsal Səlimov AzDİU-da Beynəlxalq İqtisadi Münasibətlər üzrə bakalavr, Beynəxalq Biznes üzrə MBA və Frankfurt School of Finance and Management-də Master of Leadership in Finance təhsili almışdır. “Moore Stephens Azerbaijan”, “AGN Mak Audit”, “Mol Bulak BOKT”, “Embafinans BOKT”, “Monolit Group”, “Optimal Elektronics”, “Kontakt Home”, “Modern Group” və “Bizim Market MMC” şirkətlərində Baş Mühasib, Maliyyə Direktoru, Audit Komitəsinin Sədri vəzifələrində çalışmışdır.
Vüsal Səlimov “Mühasibatlıq və Rəqəmsallaşma” panelinin moderatorudur.
Spikerlər
Anar Bayramov
“Bizcon Audit” MMC
Həmtəsisçi və direktor
Arzu Hacıyeva
Vergi və Hüquq məsələləri üzrə partnyor
Bəhram Novruzov
Mühasibatlıq və maliyyə meneceri
Davud Məmmədov
“Davud Mamedov” MMC
Elvin Həsənov
Bakı Mühəndislik Universiteti
Elvin Məmmədli
Vergi siyasəti Baş İdarəsi
Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsinin rəisi
Emin Səttarov
“SM Consulting” MMC
Fariz Yadigarov
Vergi məsələləri üzrə menecer
Müşfiq Bayramzadə
Daxili Audit Rəhbəri
Samir Qəhrəmanov
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini
Simnar Paşazadə
Sirac Piriyev
Vəkillər Kollegiyasının üzvü
Sənan Rzayev
“Pro Team” Consulting & Outsourcing
Təsisçi və direktor
Vüqar İbrahimov
Azərbaycan İnvestisiya Holdinqi
Mühasibat Uçotu və Maliyyə Hesabatlılığı şöbəsinin müdiri
Vüsal Şərifov
Yusif Yusifzadə
Şəhla Abdulla
Təsisçi və direktor
Anar Bayramov | “Bizcon Audit” MMC | Həmtəsisçi və direktor
Anar Bayramov 2007-ci il tarixdən etibarən 16 ildir vergi və mühasibatlıq sahəsində çalışır. Hazırda “Bizcon Audit” MMC-nin həmtəsisçisi və direktorudur. Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür. Eyni zamanda, 100-dən çox məqalə müəllifidir.
Anar Bayramov “Vergi riskləri” panelinin spikeridir.
Arzu Hacıyeva | EY Azərbaycan | Vergi və Hüquq məsələləri üzrə partnyor
Arzu Hacıyeva EY Azərbaycan şirkətinin Azərbaycan Respublikasındakı filialının (“EY Azərbaycan”) Vergi və Hüquq məsələləri üzrə partnyorudur. Geniş təcrübə sahibi olan Arzu Hacıyeva 20 ildən artıqdır ki, vergi və hüquq sahəsində Azərbaycan Hökumətinin müvəkkil edilmiş müşaviridir. Maliyyə Nazirliyi və Vergilər Nazirliyinin qanunvericiliyə dəyişikliklər üzrə baş məruzəçisi və məsləhətçisidir.
Azərbaycanda enerji sektorunda fəaliyyət göstərən müştərilərə müxtəlif Hasilatın Pay Bölgüsü Sazişləri və Əsas Boru Kəməri Sazişlərinin podratçı və subpodratçı tərəflərinə xidmətlərin göstərilməsində xüsusi təcrübəyə malikdir. Vergi auditi ilə bağlı apelyasiya proseslərində və vergi orqanları ilə müxtəlif danışıqların aparılmasında iştirak etmişdir.
Arzu Hacıyeva Maliyyə hesabatları və audit panelinin spikeridir.
Bəhram Novruzov | “Rewe Group” | Mühasibatlıq və maliyyə meneceri
Bəhram Novruzov Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi, Almaniyanın Freiburg Universitetində maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır. ACCA, CFA və digər beynəlxalq mühasibatlıq və maliyyə instutlarından sertifikatlara malikdir.
Peşəkar fəaliyyətinə BP Azərbaycanın mühasibatlıq şöbəsində başlamış, daha sonra BDO və PWC kimi beynəlxalq vergi və audit şirkətlərinin Almaniya ofislərində audit yoxlaması və maliyyə konsaltinqi üzrə 6 illik iş təcrübəsi əldə etmişdir. Hazırda Almaniyanın əsasən qida satışı və turizm sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərindən biri olan “Rewe Group” şirkətində mühasibatlıq və maliyyə meneceri olaraq çalışır, həmçinin, şirkətin aylıq, rüblük və illik maliyyə hesabatlarının alman və İFRS mühasibatlıq standartlarına uyğun hazırlanmasında və konsolidasiyasında iştirak edir.
Bəhram Novruzov “Maliyyə hesabatları və audit” panelinin spikeridir.
Davud Məmmədov | “Davud Mamedov” MMC | Baş direktor
Davud Məmmədov Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan və Türkiyədə daxili və kənar auditor kimi 15 ildən artıq təcrübəyə malikdir. Şirkətin Baş Direktoru kimi audit, maliyyə məsləhətçiliyi və digər xidmətlər üzrə fəaliyyətləri idarə edir.
Bundan əvvəl 8 il ərzində “Deloitte” şirkətində audit meneceri və layihə rəhbəri kimi Azərbaycanın aparıcı bank və siğorta şirkətlərinin, ticarət, tikinti və turizm sektorunda işləyən şirkətlərin kənar auditini həyata keçirmişdir. IFRS və IPSAS standardlarının tətbiq edilməsi üzrə geniş təcrübəsi var. Müstəqil məsləhətçi kimi yerli və xarici investorlar üçün biznes qiymətləndirməsi və maliyyə-iqtisadi təhlil layihələrinə rəhbərlik etmişdir. “Allianz” (Rusiya) və “Eurasia” (Türkiyə) şirkətlərində daxili auditor kimi risklərin idarə olunması və daxili nəzarət sistemlərinin auditini həyata keçirmişdir. Həmçinin, bir sıra təhsil ocaqlarında müəllim kimi fəaliyyət göstərir və korporativ müştərilər üçün təlimlər keçirir. 2015-ci ildən Britaniyanın Peşakar Mühasiblər Assosiyasiyasının (ACCA) tam üzvüdür.
Davud Məmmədov “Mühasibatlıq və rəqəmsallaşma” panelinin spikeridir.
Elvin Həsənov | | Bakı Mühəndislik Universiteti
Elvin Həsənov Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb. ACCA DipİFR, PMS və bir neçə beynəlxalq sertifikata malikdir. Maliyyə, mühasibatlıq və vergi sahəsində 12 ildən çox iş təcrübəsinə sahibdir, 8 ildən artıq müddətdir ki, maliyyə sahəsində elmi-pedoqoji fəaliyyətlə məşğul olur. “Mühasibat uçotu – GAAP və IFRS əsasında” və “Maliyyə hesbatlarının beynəlxalq standartları – PMS imtahanı üçün vəsait” kitablarının həmmüəllifi, Bakı Mühəndislik Universitetinin müəllimidir.
Elvin Həsənov “Maliyyə hesabatları və audit” panelinin spikeridir.
Elvin Məmmədli | Vergi siyasəti Baş İdarəsi | Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsinin rəisi
Elvin Məmmədli Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili (fərqlənmə diplomu), Bakı Dövlət Universitetinin Cinayət hüququ ixtisası üzrə magistr təhsili almışdır. 2014-cü ildən etibarən Dövlət Vergi Xidmətinin qeydiyyat, icra intizamı və hüquq strukturlarında müxtəlif vəzifələrdə, 2019-2021-ci illərdə isə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Hüquq və daxili nəzarət şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
Hazırda Vergi siyasəti baş idarəsinin Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsinin rəisi olaraq fəaliyyət göstərir.
Elvin Məmmədli “Vergi Riskləri” panelinin spikeridir.
Mühasibat uçotu vergilər
2023-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2022-12-20 | Kadr işi
Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb
Xəbər verdiyimiz kimi, Prezidentin 25 may 2022-ci il tarixli Fərmanı
2022-12-19 | Vergilər
Vergi Xidməti bina tikən şirkətləri – BİR YERƏ TOPLADI – ƏDV İLƏ BAĞLI GÖRÜŞ
Dövlət Vergi Xidmətində bina tikintisi ilə məşğul olan hüquqi şəxslərin nümayəndələri ilə görüş keçirilib.
2022-12-19 | Vergilər
Maliyyə lizinqi hansı halda ƏDV-dən azad edilmir?
Qanunvericiliyə əsasən, maliyyə xidmətləti ƏDV-dən azaddır. Bəs bu vergi güzəşti maliyyə lizinqinə hansı halda şamil
2022-12-19 | Vergilər
Müəssisələr vergi hesabatları ilə yanaşı, mühasibat uçotunun da hesabatlarını təqdim etməlidirlər
Müəssisədə mühasibat uçotu düzgün aparıldığı zaman vergi uçotu daha dəqiq aparılır.
2022-12-09 | Mühasibat uçotu
ƏDV-dən azad olunan kənd təsərrüfatı təyinatlı avadanlıqların və texnikaların siyahısı təsdiq edilib
Nazirlər Kabinetinin 430 №-li Qərarına dair izaha əsasən, dövlət tərəfindən aqrar sahədə kənd
2022-12-06 | Vergilər
Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Vergitutma” indikatoru üzrə yol xəritəsi təqdim olunub.
2022-11-02 | İqtisadiyyat
Maliyyə lizinqi ilə alınan aktivlərə görə vergi öhdəliyi
Maliyyə mütəxəssisi Vüqar Mirheydərov mövzu ilə bağlı maraq doğuran məsələlərə aydınlıq gətirir.
2022-10-27 | Vergilər
Şəxsi kabinet
İşçinin işdən kənar edilməsi Əmək Məcəlləsinin 62-ci maddəsi ilə tənzimlənir. .
2022-12-08 | Kadr işi | 1355
İşçinin işdən kənar edilməsi Əmək Məcəlləsinin 62-ci maddəsi ilə tənzimlənir. .
2022-12-08 | Kadr işi | 1355
Maliyyə hesabatlarının beynəlxalq standartına əsasən icarə müqaviləsi üzrə gəlir və xərclərin maliyyə hesabatlarında .
2022-12-07 | Mühasibat uçotu | 827
Maliyyə hesabatlarının beynəlxalq standartına əsasən icarə müqaviləsi üzrə gəlir və xərclərin maliyyə hesabatlarında .
2022-12-07 | Mühasibat uçotu | 827
Yüklərin daşınması xidməti yerli və beynəlxalq daşıma olaraq iki formada həyata keçirilə bilər.
2022-11-02 | Vergilər | 943
Yüklərin daşınması xidməti yerli və beynəlxalq daşıma olaraq iki formada həyata keçirilə bilər.
2022-11-02 | Vergilər | 943
Vergi Məcəlləsinin 218.4.4 maddəsinə əsasən, fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla bu.
2022-10-20 | Vergilər | 662
Vergi Məcəlləsinin 218.4.4 maddəsinə əsasən, fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla bu.
2022-10-20 | Vergilər | 662
Yeni dərs ilinin başlanması ilə imtahan hazırlıqları və repetitorluq fəaliyyəti ilə bağlı məsələlər.
2022-10-08 | Vergilər | 812
Yeni dərs ilinin başlanması ilə imtahan hazırlıqları və repetitorluq fəaliyyəti ilə bağlı məsələlər.
2022-10-08 | Vergilər | 812
İşəgötürən, işçilərin sayının və ya ştatların ixtisar edilməsi qərarına gələ bilər .
2022-05-17 | Kadr işi | 2921
İşəgötürən, işçilərin sayının və ya ştatların ixtisar edilməsi qərarına gələ bilər .
2022-05-17 | Kadr işi | 2921
Nəzarət-kassa aparatlarının tətbiqi ilə bağlı qanun pozuntuları vergi ödəyicisi üçün maliyyə sanksiyası ilə nəticələnir. .
2022-05-14 | Vergilər | 1669
Nəzarət-kassa aparatlarının tətbiqi ilə bağlı qanun pozuntuları vergi ödəyicisi üçün maliyyə sanksiyası ilə nəticələnir. .
2022-05-14 | Vergilər | 1669
Mühasibat uçotu vergilər
Müəssisənin maddi aktivləri kimi qeyri-maddi aktivlərinin də mühasibat və vergi uçotunun aparılması tələb olunur. Mövzunu BSC konsaltinq şirkətinin maliyyə və mühasibat üzrə layihə rəhbəri Ulduz İbrahimova şərh edir.
Müəssisənin qeyri-maddi aktivlərinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, müəssisəyə gələcək iqtisadi səmərə gətirən aktivlər aiddir. Qeyri-maddi aktivlərə elm, ədəbiyyat, incəsənət əsərləri, ixtira, sənaye nümunələri, patentlər, lisenziyalar, proqram təminatı, müştəri bazaları, kinematoqrafik filmlər, ticarət markaları və əmtəə nişanları (brend və nəşr adları daxil olmaqla), məxfi düstur, istehsal sirləri (nou-hou), təbii ehtiyatlardan (sərtəvlərdən) istifadə hüquqları və s. aid edilir.
Mühasibat uçotu
Qeyri-maddi aktivlərin uçotu 38 N-li Beynəlxalq Mühasibat Uçotu Standartına (IAS 38) əsasən aparılır. Bu standarta görə, qeyri-maddi aktivlər fiziki formaya malik olmayan, müəyyən edilə bilən qeyri-pul aktivləridir və üç meyarla müəyyən edilir:
1. Qeyri-maddi aktivin identifikasiyası (müəyyən edilə bilməsi);
Aktiv yalnız aşağıdakı hallarda müəyyən edilə bilmə meyarını ödəyir:
– aktiv müəssisədən ayrıla, həmçinin fərdi qaydada və ya müqavilə, digər aktiv və (və ya) öhdəliklə bərabər xaric оluna (satıla, köçürülə, lisenziyalaşdırıla, icarəyə verilə) bilər və ya;
– aktivin istifadəsi üzrə hüqüqların həvalə edilməsi mümkünlüyü və ya оnların müəssisədən və ya digər hüquq və öhdəliklərdən ayrıla bilinməsindən asılı оlmayaraq, aktiv müqavilə və digər hüquqlardan yarana bilər.
2. Müəssisənin qeyri-maddi aktivə nəzarət etməsi;
3. Qeyri-maddi aktivin müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirməsi.
Qeyri-maddi aktivlərdən daxil olan gələcək iqtisadi səmərəyə malların satışından və ya xidmətlərin göstərilməsindən alınan gəlir, məsrəflərə qənaət, müəssisə tərəfindən aktivlərin istifadəsindən yaranan digər mənfəətlər aid edilə bilər.
Qeyri-maddi aktivlər yalnız aşağıdakı hallarda tanınır:
– müəssisəyə aktivlə bağlı gözlənilən gələcək iqtisadi mənfəətin daxil olması ehtimal olunur;
– aktivin dəyərinin etibarlı qiymətləndirilməsi mümkün olduqda.
Müəssisə tərəfindən qeyri-maddi aktivlər öz daxili imkanları hesabına yaradılmaqla, istehsal edilməklə, təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına daxil edilməklə və ya kənardan ayrıca alınmaqla əldə edilə bilər.
Qeyri-maddi aktivlərin müəssisənin öz daxili imkanları hesabına yaradılması onların tanınma meyarına cavab verməsinin müəyyənləşdirilməsi üçün tədqiqat və təcrübə-konstruktor işləri olmaqla iki mərhələyə bölünür. Qeyri-maddi aktiv tədqiqat mərhələsində yaranmadığı üçün həmin mərhələdə yaranan məsrəflər hesabat dövrünün xərcləri kimi nəzərə alınmalıdır. Təcrübə-konstruktor işləri üzrə məsrəflər isə uçotda qeyri-maddi aktivin kapitallaşdırılması kimi əks etdirilməlidir.
Qeyri-maddi aktiv kənardan ayrıca əldə edildikdə alışla bağlı bütün xərclər (alışla bağlı kreditlərə və borclara görə faiz xərcləri istisna olmaqla) qeyri-maddi aktivin ilkin dəyərinə daxil edilməlidir.
Qeyri-maddi aktiv mühasibat uçotunda faydalı istifadə müddətinə əsasən, məhdud və ya qeyri-müəyyən faydalı istifadə müddətinə malik olurlar.
Məhdud faydalı istifadə müddətinə malik olan qeyri-maddi aktivlərin amortizasiya olunan dəyəri onun faydalı istifadə müddəti üzrə müntəzəm bölüşdürülür. Qeyri-müəyyən faydalı istifadə müddətinə malik olan qeyri-maddi aktivlərə amortizasiya hesablanılmır.
Vergi uçotu
Vergi Məcəlləsinin 13.2.9-cu maddəsinə görə, qeyri-maddi aktivlər – intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlardır. Vergi Məcəlləsinin 143-cü maddəsində qeyd edilir ki, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və gəlirdən çıxılır.
Bundan başqa, Vergi Məcəlləsinin 13.2.8 maddəsinə əsasən, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktiv mal sayılmır. Yəni qeyri-maddi aktiv ölkədaxili bazardan alınarsa, onun qiymətində ƏDV olmamalıdır. Lakin onun quraşdırılmasına, sazlanmasına çəkilən xərclər, konsultasiya və sair analoji xərclərin qiymətində ƏDV ola bilər. Əgər müəssisə ƏDV ödəyicisidirsə, ƏDV qeyri-maddi aktivin ilkin dəyərinə daxil edilmir, ödənildikdə büdcə ilə əvəzləşdirilir. Lakin müəssisə ƏDV ödəyicisi deyilsə, alış zamanı ödənilən ƏDV qeyri-maddi aktivin ilkin dəyərinə daxil ediləcəkdir.
Onu da qeyd etmək lazımdır ki, müəssisə alış zamanı qeyri-maddi aktivin mülkiyyət hüququnu əldə etmirsə, yalnız istifadə hüququnu alırsa, onda alınan, misal üçün proqram təminatı, vergi məqsədləri üçün qeyri-maddi aktiv kimi tanınmayacaqdır və ona çəkilən xərclər əməliyyat xərclərinə daxil ediləcəkdir. Həmin proqram təminatından istifadə hüququ müəyyən müddətə, tutaq ki, 3 illik verilibsə, o zaman bu xərclər gələcək dövlərin xərcləri kimi tanınıb, hissə-hissə dövrlər üzrə xərclərə aid ediləcəkdir.
Vergi Məcəlləsinin 118-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin bir ildən artıq müddətə təsərrüfat fəaliyyətində istifadə etdikləri qeyri-maddi obyektlərə çəkilən xərclər də qeyri-maddi aktivlərə aiddir. Qeyri-maddi aktivlərə çəkilən xərclər Vergi Məcəllənin 114-cü maddəsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.
Vergi Məcəlləsinin 114.3.6-cı maddəsinə əsasən, amortizasiya olunan qeyri-maddi aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:
– istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək,
– istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə.
Misal: Müəssisə cari ildə istifadə müddəti qeyri-müəyyən olan 12.000 manat dəyərində patent və dəyəri 8.000 manat olan 5 illlik lisenziya əldə etmişdir.
Mühasibat uçotu üzrə müəssisəyə aid illik amortizasiya xərcləri belə hesablanacaq:
Patent üzrə – faydalı istifadə müddəti qeyri-müəyyən olduğu üçün amortizasiya hesablanmayacaq.
Lisenziya üzrə: 8.000 manat/ 5 il = 1.600 manat
Mühasibat uçotu üzrə illik amortizasiya xərci 1.600 manat olacaq.
Vergi uçotu üzrə müəssisəyə aid illik amortizasiya xərcləri isə aşağıdakı kimi hesablanacaq:
Lisenziya üzrə: 8000 manat/ 5 il = 1.600 manat
Patent üzrə 12000*10% = 1.200 manat
Vergi uçotu üzrə illik amortizasiya xərci 1.600+1.200= 2.800 manat.
Misaldan göründüyü kimi, mühasibat uçotu üzrə istifadə müddəti məlum olmayan qeyri-maddi aktiv üzrə amortizasiya hesablanmır, vergi uçotu üzrə isə həmin qeyri-maddi aktiv üçün, Vergi Məcəlləsinin 114.3.6-cı maddəsinə əsasən, illik 10 faiz amortizasiya hesablanmalıdır.
Vergi Məcəlləsinin 118.3-cü maddəsində göstərilir ki, qeyri-maddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin hesablanması zamanı gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı qeyri-maddi aktivlərin dəyərinə aid edilmir.
Beləliklə, Məcəllənin 118-ci maddəsinə əsasən, qeyri-maddi aktivlərin alınması və istehsalına çəkilən xərclər kapitallaşdırılmalıdır, eyni zamanda təsərrüfat fəaliyyətində istifadə edilən qeyri-maddi obyektlərə çəkilən xərclər qeyri-maddi aktiv dəyərinə aid edilməli və amortizasiya ayırmaları şəklində gəlirdən çıxılmalıdır. Lakin qeyri-maddi aktivlərə həm onun ilkin dəyəri formalaşdıqda, həm də sonra çəkilən xərclər vergi ödəyicisi tərəfindən kapitallaşdırılmadan gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı qeyri-maddi aktivlərin dəyərinə aid edilə bilməz.
Comments are closed, but trackbacks and pingbacks are open.