Press "Enter" to skip to content

İtirdiyini tapmaq üçün edilən dualar

Milli.Az

Mühasib nələri bilməlidir?

Azərbaycan Respublikasında iqtsadiyyatın bir sistemdən başqa bir sistemə keçməsi ilə əlaqədar ölkəmizin əhalisi bütün sahələr üçün ümumi olan qulluqçu vəzifəsində olanlarla əlaqədə olmaq məcburiyyətində qalır. Bu vəzifələri tutanlar bütün hallarda öz işlərini tələblər səviyyəsində qura bilmir və insanlarda narazılıqlar yaranmasının səbəbkarı olurlar. Hər gün rastlaşdığımız bu cür çətinlikləri öyrənmək, belə vəzifələri icra edən insanların nəyi etməyə borclu olduqlarını oxucularımızın nəzər diqqətinə çatdırmaq istəyirik. Bu cür vəzifələrdən biri böyük, yaxud kiçikliyindən asılı olmayan bütün idarə və təşkilatlarda mövcud olan mühasib vəzifəsidir.
Mühasibin vəzifə borcu mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının,təsərrüfat-maliyyə fəaliyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı yerinə yetirir. Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəldilmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçməsində iştirak edir. O, əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onların hesabını emala hazırlayır. Pul vasitələrinin, əmtəə-maddi qiymətlərinin hərəkəti ilə bağlı əməliyyatlarını mühasibat hesabında əks etdirir. Məhsulun, işin, xidmətin maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir. İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyi özündən yuxarı vəzifəli adamlara xəbərdar etmək üçün təkliflər hazırlayır. Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də iqtisadi maraqlandırma fonduna və digər fondlara vəsaitin köçürülməsini həyata keçirir. Mühasib təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədilə mühasibat uçotu və hesabatın göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul, əmtəə-maddi qiymətlərin hesablanması və ödənilmə öhdəçiliklərinin inventarizasiyasının aparılmasında fəal iştirak etməyə borcludur. Mühasibin öz işini düzgün qurması kollektiv əməkdaşlarının əhval-rühiyyəsinə həmişə müsbət təsir edir. Bunun əksi isə idarə və təşkilatlarda heç vaxt düzəlməyən qalmaqala səbəb ola bilir.
Müəssisə, idarə, təşkilat rəhbərliyi mühasib vəzifəsinə işçi götürərkən dediklərimizlə yanaşı, şəxsin ixtisasını, mühasibat sahəsindəki fəaliyyət müddətinə və s. keyfiyyətlərinə də diqqətli olmalıdır ki, acı nəticələrlə üzbəüz qalmasın.

Müəlliflər: Ziyаdхаn Nəbibəyli, İsrаfil Cəlilbəyli
Mənbə: BEYNƏLXALQ HÜQUQ,İDARƏÇİLİK VƏ İQTİSADİYYAT

Mühasib — təftişçi nəyi bilməlidir

Respublikamızda planlı sosialist iqtisadiyyatı bizim real həyatımızla vidalışıb və onun yerini bazar iqtisadiyyatı qanunları əvəz edib. Yeni yaranan iqtisadiyyatın özünə mənsub mühasibləri və mühasib-təftişçisi olması zərurətdir. Bütün idarə və təşkilatlarda işləmək üçün mühasib təftişsi ştatı var. Lakin, bu sahədə, şəraitdə öz işinin öhdəsindən müvəffəqiyyətlə gələ bilmirlər. İdarə və müəssisə rəhbərləri də bu vəzifəyə işçi götürəndə onun ancaq təhsil sənədləri ilə kifayətlənməli olurlar.
Gündəlik həyatımızda mövcud olan bu cür çətinlikləri öyrənmək, bu vəzifləri icra edən mütəxəssislərin nəyi etməyə borclu olduqlarını onların özlərinə, idarə və müəssisə rəhbərlərinə, oxucularımıza çatdırmaqla bu növ işlərə bir aydınlıq gətirmək istərdik.
Belə olan halda mühasib-təftişçi vəzifəsi tutanların vəzifə borcları nələrdən ibarət olmalıdır.
Mühasib-təftişçinin vəzifə borcu müəssisə, idarə, təşkilat və onların sərbəst balansında olan bölmələrin sənədlərini qüvvədə olan təlimat və əsasnamələrə uyğun olaraq plan və xüsusi taşırıq əsasında təftiş edir. Təftişin nəticələrini vaxtında rəsmləşdirir və lazımi tədbirlər görmək üçün onları müvafiq yerlərə təqdim edir. Təftiş olunan obyektin rəhbərlərinə aşkar edilmiş pozuntu hallarını və çatışmamazlıqları aradan qaldırmaq, görülmüş işlərin nəzarət-yoxlamalarını keçirmək haqqında göstəriş verir. Qəbul olunmuş pul vasitələrinin, əmtəə-maddi qiymətlərin və əsas fondların hesabının düzgünlüyünə, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilməsinə, materialların, yanacağın, elektrik enerjisinin, pul vəsaitinin sərf olunmasının düzgünlüyünə, məxaric smetasına riayət olunmasına, ilkin sənədlər əsasında hesabat tərtibinin qaydasına, eləcə də müəssisə, idarə və təşkilatın bölmələrində inventarizasiya və mühasibat uçotunun aparılmasının təşkilinə nəzarət edir. Maliyyə vəsaitlərinin istifadəsində effektliyin yüksəlməsinə, onların hər vasitə ilə qənaətinə, müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsinə, mühasibat uçotunun düzgün təşkilinin təmin olmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Mühasibat uçotu və hesabatın aparılmasına dair müəssisə, idarə və təşkilatın işçilərinin fəaliyyətinə nəzarət edir.
Mühasib-təftişçi, mühasibat hesabının təşkili və hesabatın tərtibi üçün yuxarı təşkilatların əsasnamə, sərəncam və əmrlərini, metodiki, normativ və başqa rəhbər materialları;müəssisə, idarə və təşkilatda mühasibat hesabının metod və formalarını; uçot-hesabat hesabının metod və formalarını; uçot-hesabat plan və korespondensiyasını; hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini, sənədlərin rəsmləşdirilməsini, təsərrüfat vəsaiti, onun hərəkətinin mühasibat hesabı sistemində əks olunması qaydasını; müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodunu; hesablama texnikasının istismarı qaydasını; iqtisadiyyatın, istehsalat, əmək və idarəetmənin təşkilinin əsaslarını; daxili əmək inzamı qaydasını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını yaxşı bilməlidir.
Mühasib-təftişçinin ödəniş dərəcələrinə ixtisas tələbləri belə olmalıdır:
7-ci dərəcə üzrə ali iqtisadi təhsil və mühasib vəzifəsində 3 ildən az olmayaraq iş stajı tələb olunur.
8-ci dərəcə üçün ali iqtisadi təhsil və mühasib-təftişçi vəzifəsində 3 ildən az olmayaraq iş stajı tələb olunur.
9-cu dərəcə üçün ali iqtisadi təhsil və 8-ci dərəcəli mühasib-təftişçi vəzifəsində 3 ildən az olmayaraq iş stajı olması tələb olunur.
10-11-ci dərəcə: aparıcı mühasib-təftişçi üçün ali iqtisadi təhsil, 9cu dərəcəli mühasib-təftişçi vəzifəsində 3 ildən az olmayaraq iş stajı olduqda bu vəzifəni tutmalıdır.
Müəssisə, idarə və təşkilat rəhbərləri mühasib-təftişçi vəzifəsinə işçi götürərkən söylənilənlərlə yanaşı şəxsin digər keyfiyyətlərini də nəzərə almağa daha məqsədə uyğundur.

Müəlliflər: Ziyаdхаn Nəbibəyli, İsrаfil Cəlilbəyli
Mənbə: BEYNƏLXALQ HÜQUQ,İDARƏÇİLİK VƏ İQTİSADİYYAT

Baş mühasib nəyi bilməlidir

Bazar iqtisadiyyatı dövründə ölkəmizin əhalisi daha çox bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrində olanlarla təmasda olmaq məcburiyyətində qalırlar.
Təssüflər olsun ki, heç də həmişə belə vəzifələri tutuanlar öz işlərini lazımı səviyyədə qura bilmir, yaxud da qurmaq istəmirlər. Çoxlu çətinliklər törədən bu işlərdə bir aydınlıq yaratmaq üçün belə vəzifələr tutmuşların nəyi etməyə borclu olduqlarını və ümumilikdə əhalimizin onların işlərilə tanış edirik.
Belə vəzifələrdən biri, istənilən təşkilatda olan baş mühasib vəzifəsidir. Baş mühasibin vəzifə borcu:
Müəssisə təfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarınını muhasibat uçotu hesablarında (həmçinin, muhasibat uçotu registerlərində) düzgün əks etdirməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibit (maliyyə) hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfadaxili ehtiyyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatın məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlininin həyata keçirilməsini təmin edir.
Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətını, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsi, maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları əməliyyatların uçotunu təşkil edlir. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara sudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyyat fondlarına ayırmaları tərtib edir.
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fonduna sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlərinin və əsas fondaların inventarizasiyasının, mühasibat uçotu və hesabatın təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nazarət edir.
Pul vəsaitləri və əmtəə-mal qiymətlilərinin çatışmazlıqları və oğrulanması haqqında materialların tərtibində iştirak edir, lazımi hallarda materialların cinayət orqanlarına verilməsinə nəzarət edir. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borcların, çatışmamazlıqların və digər itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyinin təmin edilməsi işlərini görür. Mühasibat sənədlərinin çoxalması, tərtib edilməsi və arxivə təhvil verilməsinin qoyulmuş qaydada yerinə yetirlməsinə nəzarət edir.
Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir.
Bütün bunlarla yanaşı baş mühasib aşağıdakı məsələləri də bilməyə borcludur.
Yuxarı təşkilatların qərar, srəncam və əmrlərini, mühasibat uçotunun təşkili, hesabatın tərtibi və müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş təşkilatlarının və digər rəhbər təşkilatların metodiki, normativ və digər rəhbər materiallarını; müəssisənin strukturunu, onun perspektiv inkişafını, mühasibat uçotunu müəssisələrdə təşkilinin təlimat və müddəalarını; maliyyə hesablarının forma və qaydalarını; pul vəsaitlərinin daxil edilmsi qəbulu, saxlanması və xərclənməsi qaydalarını; pul, əmtəə vəsailərinin çatışmazlıqları, debitor borclarının silinməsi qaydalarını; debitor və kreditorlarla hesablaşma qaydalarını; mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydasını və müddətini; yoxlanmış və sənədli təftişin qaydalarını; müəssisənin təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni; istehsalın təşkilini, iqtisadiyyatını, əməyin və idarəetmənin təşkilini; vətəndaşlıq hüququna, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
İdarə, müəssisə, təşkilat rəhbərləri baş mühasib vəzifəsinə işçi seçərkən, söylənilənlərlə yanaşı, onun ixtisasına da fikir verməli, mühasibat uçotu üzrə ali ixtisas təhsili və maliyyə-mühasib işi üzrə 5 ildən az olmayaraq iş stajı olan insanları bu vəzifəyə qəbul etməlidirlər.

Müəlliflər: Ziyаdхаn Nəbibəyli, İsrаfil Cəlilbəyli
Mənbə: BEYNƏLXALQ HÜQUQ,İDARƏÇİLİK VƏ İQTİSADİYYAT

İtirdiyini tapmaq üçün edilən dualar

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Cabir ibni Abdullah Ənsari Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Nə zaman sizə bəla nazil olsa, ya hakimin zülmündən qorxsanız, kamil dəstəmaz alın və iki rükət namaz qılın. Sonra əllərinizi göyə qaldırıb deyin: “یا عَالِمَ الْغَیبِ وَ السَّرَائِرِ یا مُطَاعُ یا عَلِیمُ یا اللَّهُ یا اللَّهُ یا اللَّهُ یا هَازِمَ الْأَحْزَابِ لِمُحَمَّدٍ یا کَائِدَ فِرْعَوْنَ لِمُوسَى یا مُنْجِی عِیسَى مِنْ أَیدِی الظَّلَمَةِ یا مُخَلِّصَ قَوْمِ نُوحٍ مِنَ الْغَرَقِ یا رَاحِمَ عَبْدِهِ یعْقُوبَ یا کَاشِفَ ضُرِّ أَیوبَ یا مُنْجِی ذِی النُّونِ مِنَ الظُّلُمَاتِ یا فَاعِلَ کُلِّ خَیرٍ یا هَادِیاً إِلَى کُلِّ خَیرٍ یا دَالًّا عَلَى کُلِّ خَیرٍ یا آمِراً بِکُلِّ خَیرٍ یا خَالِقَ الْخَیرِ وَ یا أَهْلَ الْخَیرِ أَنْتَ اللَّهُ رَغِبْتُ إِلَیکَ فِیمَا قَدْ عَلِمْتَ وَ أَنْتَ عَلَّامُ الْغُیوبِ‏ أَسْأَلُکَ أَنْ تُصَلِّی عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ”

“Ey, aşkar və gizliyə agah olan! Ey, İtaət olunan, ey, Müdrik. Ya Allahu, ya Allahu! Ey, İsaya (ə) zalımlardan nicat verən! Ey, Nuh qəbiləsini qərq olmaqdan xilas edən! Ey, Yəquba (ə) rəhm edən! Ey Eyyubun (ə) əziyyətini aradan qaldıran! Ey, Zulnuna qaranlıqdan nicat verən! Ey, bütün yaxşılıqları yerinə yetirən! Ey, hər yaxşılığa hidayət edən! Ey, hər xeyrə əmr edən! Ey, hər yaxşılıq icad edən! Sən mənim Allahımsan! Sən bildiyin hacətə görə mən Sənə üz tuturam! Sən hər gizlidən agahsan! Səndən istəyirəm ki, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərəsən”. Ondan sonra Allahdan hacətini istə.
Hədislər və din alimlərinin tövsiyəsinə görə itirdiyin şeyi tapmaq üçün beş mühüm dua vardır. Bu dualar xalis niyyətlə oxunmalıdır. İtirdiyin əşyaları tapmaq üçün Allaha təvəkkül edib bu duaları oxumaq məsləhətdir:
1. İmam Əlidən (ə) nəql edilir ki, buyurub: “Hər kimin itmişi varsa, iki rükət namaz qılsın və hər bir rükətdə “Həmddən” sonra “Yasin” surəsini qiraət etsin. Namazdan sonra desin:
اللَّهُمَ‏ یَا هَادِیَ‏ [رَادَّ] الضَّالَّةِ رُدَّ عَلَیَّ ضَالَّتِی
2. İmam Baqirdən (ə) nəql edilir ki, buyurub: “İki rükət namaz qılın və deyin: اللَّهُمَ‏ رَادَّ الضَّالَّةِ هَادِیاً مِنَ الضَّلَالَةِ رُدَّ عَلَیَّ ضَالَّتِی
3. Ayətullah Behcət buyurur: “İtmiş şeylər üçün bu dua yaxşıdır: ” اللهم انّی اسئلک یا مُذَکِّرَ الخیرِ و فاعلَهُ و الآمِرَ بِهِ اَن تُصلّیَ علی محمدٍ و آل محمد و تُذَکِّرَنی ما اَنسانیه الشیطان “. Bu dua unutduğunu yadına salmaq üçün də faydalıdır.
4. “Təhifətul-rəzəviyyə” kitabında oxuyuruq ki, namaz qıldıqdan sonra bu duanı oxuyun: اللَّهُمَ‏ یَا رَادَّ الضَّالَّةِ رُدَّ عَلَیَّ ضَالَّتِی
5. Hər kimin itirmiş bir şeyi varsa, 119 dəfə “Ya Həfiz” desin. Ondan sonra isə 119 dəfə “Loğman” surəsinin 16-cı ayəsini oxusun.

Milli.Az

Mühasibimizi nece tapa bilerik

Mühasibat uçotu və audit müəssisələrin olmazsa olmazıdır. Müəssisələrin gələcəkdəki fəaliyyətlərini planlaması və indiki maliyyə vəziyyətlərinin müəyyən edilməsi mühasibat uçotunun verdiyi məlumatlara əsaslanır. Hər bir müəssisənin işlərin gedişatını, gələcəkdə onları nələrin gözlədiyini, görüləcək işlərin maliyyə hesabatlarının nəticələrinə dayanaraq proqnozlaşdırılması və digər hallar üçün vacib rol oynayır. Həmçinin şirkətin maliyyə durumu və ona nəzarətin nə yerdə olması idarəçiləri və digər istifadəçiləri maraqlandıran ən önəmli nüanslardandır. Maliyyə hesabatlarının hazırlanmasından sonra istifadəsi baxımından istifadəçilər iki yerə bölünür: daxili və kənar istifadəçilər. Anlaşılmazlıqlara yol verilməməsi və doğru qiymətləndirilməsi üçün Beynəlxalq Mühasibat Uçotu Standartları yaradılmışdır. Bu standartlar Avropada İFRS, Amerikada GAAP tərəfindən dəstəklənir. İFRS prinsiplərə dayanaraq geniş seçim imkanları verir, GAAP isə qayda və qanunlar əsasında yalnız nələri qəbul etməli olduqlarını göstərir.

Auditor fəaliyyəti sahibkarlıq fəaliyyətinin növlərindən biridir. O, iqtisadi subyektlərin mühasibat və maliyyə hesabatlarının müstəqil şəkildə yoxlanılması ilə məşğuldur.

Hər bir sahədə olduğu kimi mühasibatlıqda da uğurlu kariyera qurmaq mümkündür. Mühasib öz işinin öhdəsindən nəzəriyyə və praktikanın birlikdə tətbiqi vasitəsilə gələ bilər. Çoxlu mütaliələr etməklə mühasib özünü təkcə ixtisas yönümlü deyil, həm də sosial cəhətdən inkişaf etdirə bilər. Başqa yollara nəzər yetirsək, ixtisasın peşəkarları ilə güclü əlaqələr yaratmaq, ünsiyyət saxlamaqla müzakirələr aparmaq da inkişafa təkan verir. Deyək ki, bir mühasib özünü işinin mütəxəssisi olaraq yetişdirmək istəyir, lakin nə etməli olduğunu, hardan necə başlayacağını bilmir. Belə olduğu halda artıq bu yolu keçmiş şəxslərdən bu mövzuda məsləhət ala bilər. Uyğun təlim və seminarlarda da mümkün qədər çox iştirak etmək də inkişafda pay sahibi ola bilir.

Sadəcə 10 il geriyə dönüb baxsaq , mühasibatlığın elə də inkişaf etmədiyini, kiçik və orta şirkətlər tərəfindən önəmsənmədiyini görmək mümkündür. Lakin hazırda bazarda ən rəqabətcil sahələrdən birinə çevrilməkdə, bu sahəyə tələbat artmaqda davam edir. Bununla əlaqədar mühasibatlığın tədrisiylə bağlı onlarla tədris mərkəzləri fəaliyyət göstərir. Mühasibatlıq dünya standartlarına dayalı olduğu üçün ilk başlarda yüksək faiz yer tutan milli mühasibatlığı artıq sıxışdırıb çıxarmağa istiqamətlidir. Bu mövqedən çıxış edərək kurslar həm də beynəlxalq sertifikat təkliflərini də verirlər. ACCA , CİMA , CFA , DipİFR kimi beynəlxalq serifikatlara sahib olan şəxs digər mühasiblərdən çox daha üstdədir. Nümunə üçün deyə bilərəm ki, orta rəqabətli hər hansı bir şirkətə iş üçün müraciət etdiyiniz zaman dil biliyinin yanında bir də ACCA sertifikatlarınız varsa, HR-ların diqqətindən kənarda qalmayacağınıza əmin ola bilərsiniz. ACCA özü Fundamental və Performance olaraq iki mərhələdə qruplaşır. Fundamental ilkin səviyyə olmaqla 9, Performance yüksək səviyyə olmaqla 7 imtahandan ibarətdir.

Bununla bərabər bir mühasib üçün beynəlxalq sertifikatlar nə qədər önəmlidirsə, Excell, 1C proqramlarını və vergi uçotunu da mükəmməl bilmək bir o qədər vacibdir. Təbii ki bunları bilməklə iş bitmir.

Azərbaycanda mühasibat ixtisası üzrə təhsil alan tələbə iş tapmaq və təcrübə qazanmaq üçün universiteti bitirməyi gözləməməlidir. Nəinki mühasibatlıq, eləcə də digər bütün ixtisaslarda da bu belədir. Tələbə özünü tələbəlik illərindən yetişdirməyə başlamalıdır. Düşünürəm ki, Azərbaycan təhsili və iş həyatı arasındakı əlaqədə ən böyük problemlərdən biri və birincisi budur. Həm ölkəmizin təhsil səviyyəsi hələ o səviyyəyə gəlib çata bilməyib. Bu səbəblə Amerika, İngiltərə, Kanada, Finlandiya, Norveç, Yaponiya, Çin kimi bir sıra xarici ölkələrin top universitetlərində təhsili davam etdirərək daha geniş imkanlar əldə etmək mümkündür. Saydığım ölkələrin ən qabaqcıl universitetlərində təhsil almaq bir çoxlarımızın xəyalıdır. Həmçinin bugünün trendi olan Big4 şirkətləri (Deloitte, PwC, KPMG, EY) də bu xəyallar sırasına daxildir.

Bəs Mühasibat Uçotu və Audit yolunda uğur qazanmaq üçün necə addımlamaq lazımdır? Universitetler illərinə nəzər salaq. Yuxarıda da qeyd etdiyim kimi, tələbələr elə sanırlar ki, iş tapmaq üçün ilk öncə universiteti bitirmək lazımdır və 4 ilin bitməsini gözləyirlər. 4 il bitəndən sonra da müəssisələrə müraciət edəndə müəssisələrin təcrübə tələbinə verəcək cavabları olmur. Beləcə ömürlərinin 4 ilini heç etmiş olurlar. Valideynlər də dönə-dönə vurğulayırlar ki, ölkədə iş yoxdur. 3-cü kurs tələbəsi kimi deyə bilərəm ki, 1- ci və 2- ci kursları boş-boşuna keçirmək əvəzinə, tapa bildiyiniz bütün təlim və seminarlarda iştirak etmək, ingilis və rus dillərini sərbəst mənimsəmək, MC Office programlarını öyrənmək lazımdır. Bu siyahıya proqramların sayını artırmaq olar. Könüllülük proqramlarında üzv yaxud könüllü olaraq da böyük təcrübələr qazanmış olacaqsınız. 3- cü kursa keçdikdə artıq ixtisasla bağlı minimum səviyyədə olsa da məlumat olmuş olur. Bu o deməkdir ki, artıq şirkətlərin açıq elan etdiyi ödənişsiz təcrübə proqramlarına könül rahatlığı ilə müraciət edə bilərsiniz. Tələbəlik dövründən kimlərəsə pulsuz işləməyə çəkinməyin. Önəmli olan pul deyil, nə dərəcədə təcrübə qazanmağınızdır. Təcrübə proqramlarının müddəti 2-3 ay, bəzən də 6 ay olur. 3- cü kursda 2, 3 təcrübə proqramından yararlana bildinizsə, digər tələbələrdən 1-0 öndə olmaq deməkdir. Bəzən təcrübə proqramını elan edən şirkətlər dolayısıyla özlərinə işçi axtarışında olurlar. Bu da sizin aktivliyinizdən asılı olaraq təcrübənin bitdikdən sonra da işinizə davam edə biləcəyinizə əsas verir. Beləcə qurduğunuz bu plan əsasında 3-cü və 4-cü kurslardan artıq iş sahibi də olmuş olacaqsınız. Gələk işin CV tərəfinə. Əldə etdiyiniz ilk uğurunuz təbii ki, ali təhsil almağınızdır. Daha sonra dil bilikləriniz var, hansı ki 1- ci, 2- ci kurs dönəmində öhdəsindən gəlmişdiniz. Kompüter bilgiləriniz var, könüllülüyünüz var, artıq təcrübəniz də olmuş oldu. Sertifikatlar mövzusunda boşluq görülür. Ola bilər ki, istəyiniz sizi ya ACCA-ya, ya CİMA-ya, yaxud da maliyyə tərəfinə yönəlir (CFA). Bu da sizi onların beynəlxalq sertifikatlarını almağa sövq edir. Bütün bunlarla bərabər paralel şəkildə hərgün mütaliəni unutmamaq lazımdır, həm ixtisasla əlaqəli, həm də zövqə görə bədii, yaxud elmi.

Bütün bu 4 il ərzində bu zəhmətli yoldan keçə bildinizsə, əmin olun ki, siz işi yox, iş sizi axtaracaq, siz uğuru yox, uğur sizi tapacaq. Hər birimizə uğurlar!

Hüriyyət Allahverdiyeva
Bakı Mühəndislik Universiteti
Mühasibat Uçotu Və Audit – Az3

Comments are closed, but trackbacks and pingbacks are open.