Press "Enter" to skip to content

Mühəndis iqtisadiyyatı və idarəetmə

Nazir müavini 2004-2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyində işləyib.

DTX-nin SAXLADIĞI NAZİR MÜAVİNİ VƏ ŞÖBƏ MÜDİRİNİN DOSYESİ (Yenilənib)

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdiyi bildirilib. İddia edilib ki, əməliyyat zamanı nazir müavini Elnur Əli oğlu Əliyev saxlanılaraq, istintaqa cəlb edilib.

Saxlanılan nazir müavininin dosyesini təqdim edir:

Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009-2013-ci illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını bitirib.

Elnur Əliyev 2000-2004-cü illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli diplomatiya sahəsində çalışıb, bir sıra regional əməkdaşlıq qruplarına sədrlik edib.

Nazir müavini 2004-2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyində işləyib.

O, 2008-2017-ci illərdə Ciddədə yerləşən İslam İnkişaf Bankında müxtəlif vəzifələrdə, o cümlədən beynəlxalq ticarətin maliyyələşdirilməsində MDB üzrə baş menecer vəzifəsində çalışıb.

Elnur Əliyev 2017-2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi vəzifəsində çalışıb.

2020-ci ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Elnur Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

E. Əliyev ingilis, rus, fransız dillərində danışır.

Evlidir, üç övladı var.

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirir. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov da var.

“Yeni Sabah” bildirir ki, İlkin Nəsibov 2020-ci ilin avqustunda o zaman mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun əmri ilə bu vəzifəyə təyin olunub.

Nəsibov İlkin Kamal oğlu 1987-ci ildə Goranboy rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini 2008-ci ildə Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bitirib. 2012-2020-ci illərdə “Ata Bank”da və “Kapital Bank”da məsul vəzifələrdə çalışıb.

Şərhlər

Vətəndaş 2022-11-20 15:54:41

Maraqlı hal yaranıb.Müavin.şöbə rəisi nə karədir ki, nazir bilmədiyi,demədiyi işlə məşğul olsunlar.Axı bu indiki Azərbaycan reallığında mümkün olmayan haldır.Müavin və digərləri cəzalanır.amma rüşvətin.oğurluğun çoxuna sahib olan nazir,Komitə sədri azadlıqda saxlanılır.Bu necə olur?Belə hallar idarəçilikdə neqativ hallardan xəbər vermir?

Oxucu 2022-11-08 19:38:06

Şəki Regional Mədəniyyət İdarəsinə müdir vəzifəsinə Azəri hansı savadına görə təyin ediblər ? Bəyəm 4000 işçinin içərisindən bir nəfər müdir təyin etməyə kadr tapılmadı ? Şəki Mədəniyyət İdarəsində uzun illərdir ki, çatışmamazlıqlar hökm sürməkdə davam edir ?

Sadiq 2022-11-03 15:57:37

Bunlar xalaogludur. Onun üçün də əl-ələ verib çapıb talayıblar mədəniyyət nazirliyini xaricdə öydrəndikləri üsullarla )))

Azər 2022-11-02 09:35:59

Çoxlu dil bilmək, hələ namuslu olmaq demək deyil. Öncə öz dilini bilmək şərtdir! Sonra lap çin dili bil. Əsas doğru dürüst adam ol. Və sössüz ki MÜTƏXƏSSİS ol.

Camaat 2022-11-02 09:27:06

Bunların hamısı mama uşağıdırlar.Özüdə guya biznesmen.Kimi harada gəldi vəzifələrə dürtürlər.Mədəniyyət hara bunun kimilər hara.Neçə dil bilir.Cəhənnəm olsun onun bildiyi dillər.Kimə lazımdır onu dili.Bütün sahələrdə manqurtlar at oynadır.

ELSAD 2022-11-02 00:19:06

Bunu kohne korrupsionerlerin yerine teze qoymusdular ki,bu da partladi.Vay be, arkadas.Basacilan deyil,vallah.

Davud 2022-11-01 17:19:37

Elnuru necə,hansı biliyinə,ixtisasına,iş təcrübəsinə görə Mədıəəniyyət nazirinə müavin təyin ediblər? Burada hansı neqativ hal rol oynayıb? Axı bunun nə ixtisası,nə sertifikatı,ne başqa göstəriciləri Mədəniyyət nazirliyinə məxsus işlərə yaramır.İkinci tərəfdən bu adam azz yaşında 5-6 idarə gəzdirilib.Bəs belələri uyğun olmayan vəzifələrə necə yol tapır?

X 2022-11-01 15:17:01

Ticarət arada bir siyasət bunlardan alınır mədə niiet

Tural 2022-11-01 15:14:57

Bax bu gözlənilməz və uğurlu addım oldu. Yoxsa bu “təzələr”, xaricdə təhsil almış “cavan” kadrlar özlərini elə aparırlar ki, sanki bunlar dünyanı dağıtsa heç kim onlara dəyməz

miri 2022-11-01 15:12:27

Murdar qazanda ən keyfiyyətli məhsul da zay olur.

Mubariz 2022-11-01 14:42:43

Vay dədə , nə qədər dil bilir ? Yəqin Çingiz kimi ana dilini bilmədiyindən tutulub , yoxsa bunu həbs etmək hər oğlun işi ola bilməz ,çünki təzə kadrdır , pul görəndə diksinir

Mühəndis iqtisadiyyatı və idarəetmə

Hazırda İqtisadiyyat və idarəetmə fakültəsində müxtəlif iqtisad yönümlü ixtisaslar üzrə mütəxəssis hazırlanır. İlk dəfə 1988-ci ildə yanacaq-energetika sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə tələbə qəbulu keçirilmiş olsa da (10 nəfər axşam şöbəsinə) növbəti tədris ilində bu ixtisas üzrə tələbə qəbulu dayandırılmıdır. Yalnız 1993-cü ildə mühəndis iqtisadiyyatı üzrə tələbə qəbuluna başlanmışdır. Mühəndis iqtisadiyyatı üzrə ixtisas qrupları 1996-cı ilə qədər Enerngetika, daha sonra isə Kimya fakültəsinin tərkibində fəaliyyət göstərmişlər.Hazırda bakalavr təhsil sistemində iqtisadiyyat yönümlü Menecment, İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və İdarə edilməsi, Gömrük işinin təşkili, Biznesin təşkili və idarə edilməsi, Mühasibat uçotu və audit, Beynəlxalq iqtisadi münasibətlər ixtisasları üzrə iqtisadçı kadrlar hazırlanır.Tələbə qəbuluna Gömrük işinin təşkili ixtisası üzrə 2001-ci ildən, Mühasibat uçotu və audit ixtisası üzrə 2002-ci ildən Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə isə 2004-cü ildən başlanmışdır. Bu ixtisaslar üzrə ilk buraxılış müvafiq olaraq 2005-ci , 2006-cı və 2008-ci illərdə olacaqdır. Daha çox göstər

Ətraflı məlumat

  • Сайт:
  • Декан: Kamil Abdullayev
  • О декане:

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

İdarəetmə çoxcəhətli bir prosesi əhatə edir. O, cəmiyyətin bütün fəaliyyət dairəsi ilə əlaqədardır. Çünki hər bir idarəetmə mərhələsi nəticə etibarilə insanların fəaliyyətinin nizamlanması, qaydaya salınması, kiçik və böyük kollektivlərin idarə olunması,

bu isə istehsal, əmək kooperasiyasının həyata keçirilməsi, habelə canlı əməklə istehsal vasitələrinin müəyyən qaydada əlaqən-dirilməsi ilə bağlıdır.Hər bir elmin predmeti olduğu kimi idarəetmə elminin də öz predmeti vardır. Aydındır ki, elmin məzmunu onun predmetindən daha genişdir. Qeyd edək ki, idarəetmə elminin məzmunu aşağıdakılardan ibarətdir:

  •  idarəetmə nəzəriyyəsi;
  •  idarəetmə metodları;
  •  idarəetmənin təşkili;
  •  idarəetmə texnikası.

Bu bölmələrin hər biri öz növbəsində bir sıra idarəetmə məsələlərindən ibarətdir. Lakin bu fənnin məğzi əsasən idarəetmə fəaliyyəti və münasibətlərindən ibarətdir. İdarəetmə münasibətlərinin məzmunu və xarakteri hər bir ictimai-iqtisadi formasiyanın

qanunları, prinsipləri ilə müəyyən olunur. Sosial ədalət prinsipinin həyata keçirilməsində idarəetmə münasibətləri mühüm rol oynayır. Müasir dövrdə yeni tipli iqtisadi təfəkkürün formalaşması və inkişafına böyük əhəmiyyət vermək lazımdır.

Başqa elm sahələri kimi idarəetmə elmi də dünyagörüşün yaranmasında fəal rol oynamalıdır.Çünki bu elmin problemləri, müddəaları müasir dövrdə ön plana keçmişdir.

İdarəetmə sahəsində insani münasibətlər məktəbinin yaranması və inkişafında ən böyük xidməti olan iki alimi – Amerikan sosioloqu Meri Parker Follett (1868-1933) və Amerikan psixoloq və sosioloqu Elton Meyonu (1880-1949) göstərmək olar.

Elmi idarəetmə Amerika alimləri Frenk Qilbret (1868-1924), Liliya Qilbret (1878-1972),Amerika mühəndis-mexanikləri F.U.Teylor (1856-1915) və Henri Hanttın(1861-1919) işləri ilə daha çox bağlıdır. Bu məktəbin yaradıcıları hesab edirdilər ki, müşahidə, ölçmə, məntiq və təhlildən istifadə etməklə bir çox əl əməyini təkmilləşdirmək olar və elə etmək olar ki, bu işlər daha səmərəli görülsün. Əlbəttə ki, təşkilatın məqsədinə səmərəli nail olmaqdan ötrü onu sistemli şəkildə idarə etmək olar.Bu konsepsiya özünün inkişafını tarixin uzun bir mərhələsində – XIX əsrin ortalarından XX əsrin 20-ci illərinə qədər keçmişdir.

Adamlar arasında olan qarşılıqlı əlaqələr zamanı yaranan münasibətlər çox vaxt rəhbərlərin səylərini üstələyir. Bəzən işçilər, rəhbərlərin istək və maddi stimullarına rəğmən öz qruplarındakı iş yoldaşlarının istəklərinə daha üstün reaksiya verirlər.

Görkəmli amerikalı psixoloqu Abraham Maslou (1908-1970) və başqa psixoloqların da tədqiqatları bu hadisənin səbəblərini başa düşməyə imkan verdi. A.Maslouya görə adamların işə münasibətləri və hərəkətləri, heç də pulun köməyi ilə qismən yerinə yetirilə bilən yalnız iqtisadi maraqlarla yox, həm də müxtəlif tələbatlarla bağlıdır. Bu nəticələrə əsaslanaraq davranış məktəbin tədqiqatçıları hesab edirdilər ki, əgər rəhbərlik öz işçilərinə çox qayğı göstərirsə, onda onların razılığının səviyyəsi artar, bu isə məhsuldarlığın artmasına gətirib çıxarar. Onlar insan münasibətlərinin idarə edilməsi üsullarından istifadə etməyi məsləhət görürdülər. Bu üsullardan birbaşa rəhbərlərin daha effektiv hərəkət etmələri, işçilərlə məsləhətləşmələr və onlara bir-biri ilə əlaqə yaratmaq üçün daha geniş imkanlar verməyi göstərmək olar .

Davranış məktəbinin baniləri, əsas etibarı ilə şəxslər arasında münasibətlərin yaradılması metodlarına diqqət yetirməklə, insani münasibətlər məktəbini daha çox zənginləşdirdilər. Yeni yanaşma, əsasən təşkilatların qurulması və idarə edilməsində

davranış konsepsiyalarının tətbiqi ilə şəxsin özünün imkanlarının dərk edilməsində ona kömək göstərmək idi. Ümumiyyətlə demək olar ki, bu məktəbin əsas məqsədi insanların qabiliyyətləri və səyləri hesabına təşkilatların effektlivliyini artırmaq idi.

Cəmiyyətdə mövcud olan hər bir fərdin müəyyən qabiliyyəti vardır. Müxtəlif insanlar eyni bir işi, eyni bir alətlə, eyni səviyyədə yerinə yetirə bilmirlər. Ona görə də, onların fərdi xüsusiyyətlərini – hər bir fərdin tələbatını, qabiliyyətini, səriştəsini və psixolo-giyasını nəzərə almaq lazımdır. Deməli, insani münasibətlər məktəbində hər bir fərdin qabiliyyəti, daxili təlabatı, səriştəsi və psixologiyası nəzərə alınır. İnsani münasibətlər məktəbi əmək məhsuldarlığının yüksəldilməsi və son nəticə əldə edilməsi üçün fərdi (şəxsi) münasibətlərin idarə olunmasını, onların sosial və psixoloji vəziyyətlərinin nəzərə alınmasını, rəhbərlərin işçilərə qayğı ilə yanaşması faktorlarını aşkar etdi. Bu məktəb aşağıdakı bir sıra amilləri menecmentə gətirdi və onların nəzərə alınmasını zəruri etdi

  •  psixologiya;
  •  ictimai münasibətlər;
  •  insan amili;
  •  hakimiyyət və nüfuz;
  •  motivləşdirmə (həvəsləndirmə);
  •  işin məzmunu və iş şəraiti;
  •  rəftar (qarşılıqlı münasibət) və səriştə.

Etik görüşləri hələ kifayət qədər tədqiq edilməyən N.Tusi yaradıcılığında insan və ona məxsus olan xüsusiyyətləri mərkəzi planda nəzərdən keçirir, yaradıcılığı boyu insanın əxlaqi keyfiyyətlərini tərənnüm edir. N.Tusi əxlaqi sifətlərin yaranmasını real gerçək-likdə görür, onun fikirincə “əxlaqi sifətlər yalnız ictimai həyatda yaranır və heç də anadangəlmə proses deyil”.

Comments are closed, but trackbacks and pingbacks are open.