Press "Enter" to skip to content

İnsultun növləri

Patologiyanın inkişaf nəzəriyyələri

Endometrioz: səbəbləri, əlamətləri, növləri, müalicə üsulları

Endometrioz – normada yalnız uşaqlığın selikli qişasında olan toxumanın bu orqanın digər qişalarında və uşaqlıqdan kənar digər orqanlarda rast gəlməsi ilə xarakterizə olunan patologiyadır. Belə anormal yerləşən endometrium ətraf toxumalara sirayət edərək onları dağıdır.

Endometroid hüceyrələr qan və limfa damarları ilə bütün orqanizmə yayılaraq istənilən orqana düşə bilər, məsələn, qarnın ön divarının dərialtı piy qatına, postoperasion çapığa, gözün selikli qişasına, göbəyə. Endometrioz öz xarakterinə görə şiş sayılmır, çünki bu xəstəlik zamanı hüceyrələrin struktur dəyişikliyi olmur. Həmçinin onun əlamətləri menstrual tsikllə sıx bağlıdır.

Mündəricat

  1. Təsnifat
  2. İnkişaf səbəbləri və mexanizmləri
  3. Kliniki mənzərə
  4. Diaqnostika
  5. Müalicə
  6. Profilaktika və proqnoz
  7. Endometrioz haqqında videoçarxı izləyin

Bu xəstəlik adətən 20-40 yaş arası cavan qadınlarda rast gəlinir. Endometrioz sonsuzluğu olan qadınların 40%-ində rast gəlinir. Bu xəstəliyin əhali arasında həqiqi yayılma tezliyini təyin etmək çətindir, çünki, patologiya hətta yeniyetmə dövründə inkişaf edə bilər və uzun müddət özünü heç nə ilə büruzə verməyə bilər.

Təsnifat

  • daxili – uşaqlığın cismini, boğazını (cismin boyuna keçən hissəsi), boruların istmik hissəsini (uşaqlıq boşluğuna açılan) zədələyən;
  • xarici – xarici cinsiyyət üzvlərini, uşaqlıq boynunun uşaqlıq yolu hissəsini, uşaqlıq yolunu, uşaqlıq boynu arxası sahəni, yumurtalıqları, boruları zədələyən.

Ekstragenital endometrioz digər orqan və sistemləri –ağciyərlər, bağırsaqlar, göbək, əməliyyatsonrası çapıqlar, konyuktiva və s. zədələyir.

İnkişaf səbəbləri və mexanizmləri

Hazırda endometriozun səbəbləri sona qədər öyrənilməyib. Alimlər bu xəstəliyin inkişafının bir neçə nəzəriyyəsini irəli sürmüşlər, lakin heç biri onun yaranmasını axıra qədər izah edə bilmir.

Patologiyanın inkişaf nəzəriyyələri

  1. Implantasion nəzəriyyə – ən birincilərdəndir. Bu nəzəriyyəyə görə endometrium hüceyrələri qarın boşluğuna uşaqlıqdaxili təzyiq artdıqda uşaqlıq borularından keçərək düşür. Həmçinin bu zaman bu hüceyrələr yüksək adheziya (yapışma) və implantasiya (daxilolma) qabiliyyətinə malik olmalıdırlar. Vacib amil – immun sistemin və hormonal requlyasiyanın pozulmasıdır.
  2. Endometrial yaranma nəzəriyyəsinə görə endometrium hüceyrələri uşaqlıq divarına abortlar, uşaqlıqdaxili diaqnostik proseduralar, əməliyyatlar zamanı, yəni ki, uşaqlıqdaxili selikli qişanın tamlığının pozulması ilə müşayiət olunan manipulyasiyalar zamanı keçir. Əzələ qatına keçərək endometrium hüceyrələri artıb çoxalmağa başlayırlar və endometrioz ocaq yaradırlar. Bu nəzəriyyə uzaqda yerləşən orqanlarda endometrioz ocaqların yaranmasını uşaqlıqda aparılan əməliyyatlar zamanı qan damarları ilə endometrium hüceyrələrinin yayılması ilə izah edir.
  3. Embrional nəzəriyyə Bu nəzəriyyəyə görə endometrioz bətndaxili inkişaf dövründə sidik-cinsiyyət sisteminin düzgün formalaşmaması nəticəsində orqan və toxumalarda qalmış ilkin toxumalardan inkişaf edir. Endometriozun sidik-cinsiyyət sistemində anomaliyaları olan cavan qızlarda rast gəlməsi bu nəzəriyyədə həqiqət olduğunu sübut edir.
  4. Metaplastik nəzəriyyəyə görə bəzi şəraitlərdə digər toxuma hüceyrələri endometrium hüceyrələrinə çevrilə bilir. Hesab olunur ki, belə çevrilməyə limfatik damar hüceyrələri, böyrək hüceyrələri, periton və plevra hüceyrələri məruz qala bilər.

Şərait yaradan faktorlar

Endometriozun patogenezində hormonal və immun pozğunluqlar böyük rol oynayır.

Xəstələrdə progesteronun sekresiyası və birləşməsi pozulur. Estrogenlərin yüksəlmiş səviyyəsi qeyd olunur ki, bu da endometrium hüceyrələrinin artıb çoxalmasını stimulyasiya edir.Çox vaxt belə qadınlarda prolaktin ifrazının çoxalması, böyrəküstü vəzin funksiyasının pozulması müşahidə olunur.

Hüceyrələrin böyüməsində və ölməsində disbalans xarakterikdir. Endotelial böyümə faktorunun güclənmiş sekresiyası damarların inkişafına və endometrioz ocaqların yayılmasına gətirib çıxarır. Eyni zamanda killer hüceyrələrin aktivliyi aşağı düşür, apoptoz (hüceyrələrin genetik proqramlaşdırılmış ölümü) ləngiyir.

Kliniki mənzərə

Endometriozun əlamətləri uzun müddət özünü büruzə verməyə bilər. Ancaq tədricən ocaqların yerləşməsindən asılı olaraqxəstəliyin simptomları meydana çıxmağa başlayır.

Adenomiozun (uşaqlıq cisminin endometriozu) əsas əlaməti ağrılı menstruasiyalardır. Eyni zamanda aybaşı qanaxması həddindən artıq çox olur və uzun müddət davam edir. Ən xarakter əlamət – aybaşı qanamasından əvvəl və sonra olan yaxmavari qəhvəyi axıntılardır. Əgər adenomioz ocaqları böyükdürsə aybaşıarası qanaxmalar – metrorragiyalar ola bilər.

Daimi qanaxmalar xroniki dəmirdefisitli anemiyanın əmələ gəlməsinə gətirib çıxarır ki, bu da dəri və selikli qişaların avazıması, zəiflik, təngnəfəslik, saçların tökülməsi, distrofik dəyişikliklərlə özünü büruzə verir.

Ağrı tədricən, bir neçə ilə inkişaf edir. Ağrı aybaşının ilk günü güclənir, aybaşı qurtaranda isə tamamilə itir. Ağrı qasıq nahiyəsinə, düz bağırsağa və ya uşaqlıq yoluna irradiasiya edir.

Uşaqlıq boynunun endometriozu aybaşı əvvəli və ya cinsi əlaqə zamanı yaxmavari qanlı ifrazat ilə müşayiət olunur. Servikal kanalın zədələnməsi zamanı qarnın aşağısında küt ağrılar ola bilər.

Uşaqlıq yolunun və aralığın endometriozu zamanı əsas şikayət uşaqlıq yolunda və aralıqda aybaşı əvvəli və ilk günlərində yaranan və güclənən, cinsi əlaqə zamanı olan ağrılardır. Bu ağrılar uşaqlıq yolunda lokalizə olunur və çox güclü ola bilir.

Aralığın və düz bağırsağın endometriozla zədələnməsi defekasiya zamanı ağrılarla müşaiyət olunur.

Retroservikal endometrioz sinir kələflərinin və düz bağırsağın sıxılması ılə xarakterizə olunur. Pasientlər kiçik çanaqda aybaşı zamanı güclənən və belə, buda yayılan ağrılardan şikayət edirlər. Çox vaxt qəbizlik, nəcisdə selik və qan rast gəlinir.

Yumurtalıqların endometriozu aybaşı əvvəli qarnın aşağısında küt ağrılarla özünü göstərir.Bu ağrı fiziki gərginlik və ya cinsi əlaqə zamanı güclənir. Sonsuzluğun yaranması ehtimalı çoxdur.

Sonsuzluq genital endometriozun əsas xarakterik xüsusiyyətlərindən biridir. O yumurtalıqlarda follikulların sayının azalması, kiçik çanaqda orqanlar arasında bitişmələrin olması, uşaqlığın selikli qişasının strukturunun və funksiyasının təkrarlanan qanaxmalar nəticəsində pozulması, hormonal pozğunluq nəticəsində meydana çıxır. Qadın sonsuzluğu haqda bu məqaləmizdə oxuya bilərsiniz.

Diaqnostika

Ginekoloji müayinə zamanı endometriozun əlamətlərini uşaqlıq boynunda və uşaqlıq yolunun selikli qişasında “gözcüklər” şəklində aşkar etmək olur.

Bimanual ginekoloji müayinə daha çox aybaşı əvvəli dövrdə informativdir. Ocaqların lokalizasiyasından asılı olaraq bu zaman uşaqlığın böyüməsi və ağrılı olması, uşaqlıq yolu divarında və ya arxasında düyünlər, uşaqlığın və yumurtalıqların hərəkətliyinin məhdudlaşması müəyyən olunur.

Endometriozun diaqnostikası demək olar ki, instrumental müayinə metodlarına (ultrasəs müayinəsi, histeroskopiya, laparoskopiya, maqnit-rezonans tomoqrafiya) əsaslanır. Onların köməyi ilə endometroid ocaqların yerləşməsini, formasını, yayılma dərəcəsini və digər xarakteristikalarını dəqiqləşdirmək olur. Endometrioz zamanı laparoskopiya həm diaqnostik, həm də müalicəvi xarakter daşıyır.

Diaqnoz histoloji müayinə ilə (alınmış toxuma hissələrinin mikroskop altında tədqiqi) təsdiq olunur.

Müalicə

Endometriozu olan pasient həddən artıq emosional və fiziki gərginliklərdən özünü qorumalıdır, normal qidalanmalıdır, requlyar olaraq ginekoloqda nəzarətdə olmalıdır. Sauna, solyari və digər qızdırıcı proseduralar zərər gətirə bilər.

Endometriozu necə müalicə etmək lazımdır sualının cavabı xəstəliyin lokalizasiyasından, ağırlığından və bir çox digər faktorlardan asılıdır. Bu xəstəliyin müalicəsi kompleks olmalıdır.

Endometriozun müalicə metodları

  • ocağın ləğvinə yönəldilmiş cərrahi əməliyyat;
  • endometroid hüceyrələrin artmasının qarşısını almağa və prosesin proqressivləşməsini ləngitməyə yönəldilmiş hormonal müalicə;
  • sonsuzluğun müalicəsi.

Patologiya zamanı cərrahi müdaxilənin ən çox rast gəlinən variantları:

  • uşaqlıq boynunda və uşaqlıq yolunda olan ocaqların lazer, soyuq və ya elektrik cərəyanı ilə dağıdılması;
  • uşaqlığın artımlarla və ya artımlarsız çıxarılması;
  • endometrin ablasiyası (endoskopik rezeksiyası);
  • yumurtalıqlarda və peritonda olan ocaqların laparoskopik ləğvi.

Çox vaxt əməliyyatdan öncə və sonra hormonal müalicə təyin olunur. Hormonal terapiya cərrahi əməliyyata əks göstəriş olduğu zamanlarda da təyin olunur. Müalicəsində məqsəd – ovulyasiyanın tormozlanması, estrogenlərin səviyyəsinin aşağı salınması, aybaşı qanamalarının dayandırılmasıdır. Bütün bunlar endometriumun atrofiya olunmasına və endometroid ocaqların ölçüsünün kiçilməsinə gətirib çıxarır.

Hormonal müalicənin əsas istiqamətləri:

  • endometriumu atrofiya etmək üçün estrogenlərin sekresiyasının azaldılması;
  • androgenlərin səviyyəsinin artırılması, hansı ki, ikincili hipoestrogeniyaya gətirir.

Endometriozun müalicəsi üçün ən çox istifadə olunan preparatlar:

  • progestagenlər (medroksiprogesteron, didrogesteron);
  • estrogen-gestagen preparatlar (femoden, janin, lindinet);
  • qonadotropin-rilizinq hormonun aqonistləri (buserilin, qozerelin, triptorelin);
  • antigestagenlər (mifepriston, qestrinon).

Endometriozun simptomatik müalicəsi aşağıdakı qrup preparatları özündə birləşdirir:

  • qeyri-steroid iltihab əleyhinə maddələr:
  • spazmolitik preparatlar;
  • anemiyanın korreksiyası üçün dəmir preparatları.
  • Endometriozun sosial əhəmiyyətli ağırlaşması sonsuzluqdur . Onun müalicəsi üçün ekstrakorporal mayalanma geniş tətbiq olunur (EKM). EKM endometrioz zamanı yalnız 10-20% hallarda effektivdir. O ən çox 35 yaşdan yuxarı qadınlarda, xəstəliyin ağır keçən yayılmış formaları üçün, uşaqlıq borularının ağır zədələnmələrində göstərişdir.

Profilaktika və proqnoz

Endometriozun inkişafinın qarşısını aşağıdakı üsullarla almaq olar:

  • uşaq və gənclik dövründə həddən artıq fiziki gərginliklərdən uzaq olmalı;
  • kombinəolunmuş oral kontraseptivlərin qəbulu;
  • abortların və uşaqlıqdaxili digər manipulyasiyaların azaldılması;
  • endometriozun cərrahi müalicəsi zamanı sağlam və zədələnmiş toxumaların kontaktına yol verilməməsi.

İnsultun növləri

Ədəbiyyatda hemorraqik (beyinə qan sızma) və işemik (beyin infarktı) insultları qeyd edilir. Hemorraqik insult daha ağırdır.

Əksər hallarda bu tip qansızmaya arterial təzyiqin kəskin artması səbəb olur – bu təzyiqə davam gətirməyən qan damarı cırılır və qan beyin toxumasına yaxud beyin qişaları altına sızır. Qanın beyin toxumasına hopması nəticəsində iri bir sahədə ödem inkişaf etməsi və hətta həmin sahənin tam sıradan çıxması üçün bir neçə dəqiqə kifayət edir.

Hemorraqik insulta 45-60 yaşında qadın və kişilər daha çox meylli olur. Bir qayda olaraq, həmin hal gündüz vaxtı və qəflətən baş verir, daha çox əsəbi və ya fiziki gərginlik, həyəcan, həddən artıq yorulmadan sonra qeyd olunur. Bəzən bu növ insultdan bilavasitə əvvəl xəstədə üzün qızarması, baş ağrısı, ətrafdakı əşyaları qırmızı rəngdə görmək kimi əlamətlər qeyd edilir. Daha sonra xəstədə çaşqınlıq vəziyyəti, nitqin pozulması, patoloji hissiyat, nəbzin azalması (bradikardiya) və gərgin olması, arterial təzyiqin və hərarətin artması, alının tərləməsi kimi simptomlar qeyd olunur. Bu arada huşun yüngül kütləşməsi onun tam itirilməsinə və hətta koma vəziyyətinə qədər inkişaf edə bilər – insan qəflətən başı daxilində bir “zərbə” hiss edir və huşunu itirir.

Bu zaman xəstənin xarici görünüşü də spesifikdir: küylü və ya xırıltılı tənəffüs, boyun nahiyyəsində damarlarda nəbzin bəzən hətta gözlə izlənə bilməsi, xəstənin baxışının bir tərəfə yönəlməsi, qusma, bəzən ətrafların iflic olması.

Xəstəliyin digər növü isə işemik insult və ya baş beyinin infarktı adlanır. Bu halda nə damarın cırılması, nə də qansızma baş verir, lakin qanın damarla hərəkəti əhəmiyyətli dərəcədə azalır və ya tam dayanır – səbəb isə damarın kəskin daralması (spazm) və ya tutulması olur. Damarın tutulması zamanı “tıxac” rolunu qan laxtası (tromb) və ya aterosklerotik atma oynayır.

Hemorraqik insultdan fərqli olaraq işemik insult surətlə inkişaf etmir, simptomlar isə qısa müddətdən sonra azala və ya tam aradan qalxa bilər (kiçik insult). Lakin bu həmin növ insultun az təhlükəli olması anlamına gəlmir – tıxacın ölçüləri tədricən və ya qəflətən artarsa beyinin müvafiq hissəsi qan təminatından tam məhrum ola bilər. Oksigensiz və qidalandırıcı məddələrsiz qalan beyin hüceyrələri bir neçə dəqiqəyə məhv olur.

Bu növ insultun əlamətləri kimi insanın görmə qabiliyyətinin, nitqinin, huşunun, hərəkət koordinasiyasının pozulması və ya ətrafların tam iflic olmasını göstərmək olar. İşemik insult daha çox gecə və ya səhərə yaxın baş verir. Bu xəstəliyə hemorraqik insultdan 4-5 dəfə daha çox rast gəlinir, ona tuş gələnlərin yaşı isə əsasən 60-dan yuxarı olur. Əsas səbəb isə əksər hallarda eynidir – arterial təzyiqin artması.

İşemik insult, hiyləgər yırtıcı kimi, insana asta-asta və gizlicə yaxınlaşır – ilk mərhələdə heç bir ağrı və ya əhəmiyyətli dərəcədə xoşagəlməz hisslər olmur: əldə, ayaqda və ya yanaqda azca keyləşmə, nitqində yüngül dəyişikliklər, baş gicəllənməsi və ya bulanıq görmə. Nə xəstə, nə yaxınları fövqaladə halın başlanması haqda düşünmürlər və beləliklə də çox qiymətli vaxt itirilir – bu ilk saatlarda beyinin zədələnmə dərəcəsini azaltmaq və ya tam qarşısını almaq mümkündür.

Buna görə yaxınlarınıza qarşı diqqətli olun! Xüsusən də risk qrupuna aid olan şəxslərə! İnsultun ilkin əlamətlərinə azca da şübhə olarsa sadə bir test keçirin – xəstədən aşağıdakıları xahiş edin:

1. Gülümsəməyi. İnsult zamanı təbəssüm əyri ola bilər və ya dodaqların bir ucu yuxarı əvəzinə aşağı yönələ bilər.

2. Danışmağı. Orta bir cümləni ifadə etsin – nitqinin dəyişilməsinə diqqət yetirin.

3. Hər iki əlini qaldırmağı. Hər iki qol eyni dərəcədə və simmetrik qalxmırsa, bu insultun əlaməti ola bilər.

4. Dilini ağzından çıxarmağı. Dilin əyri və ya qeyri-adi formada olması, bəzən bir tərəfə doğru meyl etməsi də insultun əlamətlərindəndir.

5. Ovucları yuxarı çevirməklə əlləri irəliyə uzatmağı və gözlərini bağlamağı. Əllərin biri yana və aşağıya doğru “sürüşürsə”, bu da insultun əlamətlərindəndir.

Həmin əlamətlərdən biri xəstədə qeyd edilərsə və yaxud xəstə ümumiyyətlə bu çalışmaları yerinə yetirməkdə çətinlik çəkərsə, dərhal təcili tibbi yardımı çağırın! Təcili yardım briqadası gələnə qədər xəstəni uzandırın, yastığını hündür edin, dar paltarlarını boşaldın və yaxasını açın. Xəstəyə tam rahatlığı və sakitliyi təmin edin, pəncərə və ya nəfəsliyi açaraq otağın havasını dəyişin. Xəstəni bir dəqiqə də olsa nəzarətsiz qoymayın və öz həyəcanınızı büruzə verməyin. Çağırışa gəlmiş tibb işçilərinə dəqiqliklə tam məlumat verin.

İnsult əlamətləri qısa müddət “görsəndikdən” sonra tam aradan qalxsa belə, arxayın olmayın – hökmən təcili yardımı çağırın! Xəstə mütləq xəstəxanaya aparılmalı və dəqiqliklə müayinə olunmalıdır!

İnsultun ilkin əlamətləri aşkar olunduqda, təcili yardım işçiləri xəstəni uzanaq vəziyyətdə xərək üstündə müvafiq xəstəxanaya çatdırmalıdırlar. İnsult diaqnozunun dəqiqləşdirilməsi üçün müvafiq həkim-mütəxəssis kompyuter və ya nüvə-maqnit rezonansı tomoqrafiyası (KT və ya MRT) və digər müayinələri təyin edə bilər.

Saglamolun.Az

Cümlə və onun növləri

2. Grdynz killr aid cml vsz birlmsi qurun. Nmun 3. killr uyun cml v sz birlmlrin nmunAlma aacZolaql zebrDelfin all heyvandr.Qlobus yerin kiildilmi formasdr.Qayq dnizd zr. v s. 4. Sizc bu ifadlrdn hans cmldir?Fikrinizi saslandrn. Ya Ya yar Gcl yag Ya yar Yamaq 5. TRF~ Szdn v sz birlmsindn frqliolaraq, cml bitmi fikir bildirir.Bu fikir xbr, sual, mr klind ifad oluna bilr. 6. ~Xbr, mlumat vermk mqsdi ilsylniln cmllr nqli cml adlanr.Msln:3-c sinfin uaqlar yazlarla gr hazrla-rlar. ~Mlumat almaq mqsdi il sylnilncmllr sual cmlsi adlanr. Msln:3-c sinfin uaqlar ny hazrlarlar? ~mr, xahi, taprq ifad edn cmllr mr cmlsi adlanr.Msln:-Uaqlar, yazlarla gr ciddi hazrlan. 7. Gldstsi 8. Hans cml mr cmlsidir? A) Sn sabah mktb gedcksn.B) Zhmt olmasa, o kitab mn verin.C) Sn Nail kimi rqs ed bilmzsn. 9. erin hans misrasnn sonunda sual iarsi olmaldr?Axmaq piik, a piikDaha n deyim snBaxrsan, hey baxrsanGzgdki klin 10. Aadak cmllri hm nqli, hm dsual cmlsi kimi tlffz et.1.Bak Aberon yarmadasnda yerlir.2. Byrtkn zml bir vaxtda yetiir.3. Kr v Araz aylar Xzr dnizin axr. 11. Bu hekayni n vaxt oxumusan? cmlsind sual bildirn szhansdr? A) hekayniB) n vaxt C) oxumusan 12. Be nqli cuml yazn.Be sad cml yazn. Be mr cmlsi yazn.Be sz birlmsi yazn. Be sual cmlsi yazn. 13. RESURSLARDrslik 3-c sinif Azrbaycan dilinice.az

Comments are closed, but trackbacks and pingbacks are open.