İcarə müqaviləsi (Arenda)
İcarə müqaviləsinin tərəfləri – icarəyə verən və icarəçi
Mülki məcəllə 2017
Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda “Mülki Prosessual Məcəllə”yə təklif edilən dəyişikliklər qəbul edilib.
“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxs olan uşağın əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi haqqında ərizəyə Mülki Prosessual Məcəllənin 347.1.1-347.1.6-cı maddələrində göstərilən sənədlər, habelə uşağın qanuni nümayəndəsinin və vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanının razılığı və göstərilən dövlətin qanunvericiliyinə və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqaviləyə əsasən tələb olunduqda, uşağın övladlığa götürülməyə razılığı əlavə olunacaq.
Mülki Prosessual Məcəllənin 347.1.1-347.1.6-cı maddələrində göstərilən sənədlər aşağıdakılardır:
– uşaq nikahda olmayan şəxs (Azərbaycan Respublikasının vətəndaşı, habelə qohum (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları )olan əcnəbi və vətəndaşlığı olmayan şəxs) tərəfindən övladlığa götürüldükdə, övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti;
– uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə-övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti;
– uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə-digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd. Müvafiq sənədi ərizəyə əlavə etmək mümkün olmadıqda ərizədə həmin faktları təsdiq edən sübutlar göstərilməlidir;
– övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy;
– övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd;
– yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd.
Analoji dəyişiklik Ailə Məcəlləsinə də təklif edilib.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Günel Türksoy
İcarə müqaviləsi (Arenda)
İcarə müqaviləsi kirayə müqavilesinin növlərindən biri kimi əsas məqsədi əmlakın müvəqqəti istifadəyə verilməsidir. Kirayə müqaviləsinden fərqli olaraq icarə müqaviləsinin predmetini bəhər verə bilən obyektlər təşkil edir.
İcarə predmeti kimi fərdən müəyyən olunan və istehlak olunmayan əşya çıxış edir.
İcarə müqavilesinin predmeti – torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar, müəssisələr və qurğular ola bilər.
Torpaq sahələri qanunvericiliklə həm kirayə müqaviləsinin həm də icarə müqaviləsinin predmeti ola bilər.
Belə ki, əgər torpaq sahəsindən təsərrüfat məqsədləri üçün istifadə olunub, gəlir əldə olunmursa və yalnız şəxsi istehlak məqsədləri üçün istifadə olunursa bu kirayə münasibətləridir.
Yox əgər torpaq sahəsindən təsərrüfat məqsədləri üçün istifadə olunursa (əkin, otlaq, təbbi xüsusiyyətlərinə görə -turizm məqsədləri) bu münasibətlər icarə müaviləsi ilə tənzimlənəcəkdir.
İcarə müqaviləsi hüquqi təbiətinə görə konsensual, əvəzli, qarşılıqlı və ikitərəfli müqavilədir.
İcarəçi əşyadan istifadəyə görə müəyyənləşdirilmiş haqq ödəməlidir. İcarə haqqı pul ilə ifadə olunur. İcarə haqqının naturada ifadə olunmasına da yol verilir.
İcarə müqaviləsi əmlakın istifadəyə verilməsi ilə əlaqədar digər münasibətlərdən fərqli olaraq, icarəçinin təsərrüfat məqsədləri üçün istifadə etdiyi əşyadan əldə etdiyi gəlir hesabatına icarə haqqını ödəməsində ifadə olunur. Lakin icarə haqqı məhsuldarlığın həcmindən və ya gəlirin miqdarından asılı olmamalıdır.
İcarə müqaviləsinin tərəfləri – icarəyə verən və icarəçi
İcarəyə verən və icarəçi qismində mülki dövriyyənin istənilən subyekti çıxış edə bilər.
İcarəçilər adətən kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri, dövlət orqanları (əmlak komitəsi, yerli icra hakimiyyəti orqanları və s.) bələdiyyər və fiziki şəxslər ola bilərlər.
İcarə müqaviləsinin bəzi növlərində xüsusi subyektlər də çıxış edə bilərlər. (dövlət və bələdiyyə torpaqlarının icarəsi və yaxud əşyanın ayrı-ayrı növlərinə görə istifadəsinə görə xüsusi icazə-lisenziya tələb olunan torpaqların icarəsi)
Əmlakı icarəyə mülkiyyətçi, onun etibarnamə verdiyi digər şəxs və ya icarəçi verə bilər (subicarə). İcarəçi icarəyə götürdüyü əmlakı yalnız icarəyə verənin razılığı əsasında başqa şəxslərə icarəyə verə bilər. Bu səbəbdən başqasının icarəsində olan əmlakı icarəyə götürərkən həmin şəxsin icarəsində olan əmlakı Sizə icarəyə verməsinə dair mülkiyyətçinin razılığının olub olmadığını dəqiqləşdirmək lazımdır. Həmdə icarə obyektinin girovda və ya ipotekada olub-olmadığı da dəqiqləşdirilməlidir. Əslində bu hallar elə notarius tərəfindən müqavilə təsdiq edilərkən yoxlanılır.
İcarə müqaviləsinin müddəti – müəyyən və qeyri müəyyən müddətə bağlanıla bilər.
Müqavilədə icarə müddəti göstərilməyibsə deməli müqavilə qeyri müəyyən müddətə bağlanılmışdır. Bu halda müqavilənin ləğvinə AR Mülki Məcəlləsinin 704-cü maddəsinə əsasən 6 aylıq xəbərdarlıq müddətini gözləməklə ilin sonunda yol verilir.
Qanunla icarə müqaviləsi üçün yuxarı müddətlər müəyyən oluna bilər. Bu icarə müqaviləsinin predmetinin xüsusiyyətiylə əlaqədardır. Bu zaman müddət göstərilməyən müqavilələr qanunla göstərilən müddət bitənə kimi tərəflərdən heç biri müqaviləni ləğv etmək istəməzsə qanunla müəyyən olunan müddət bitdikdə müqaviləyə xitam verilir. Müddəti qanunla müəyyən edilən müqavilələrə misal kimi AR Meşə Məcəlləsinin 22 – ci maddəsində müəyyən edilmiş qaydanı göstərək. Beləki, meşə bitkiləri ilə örtülü olamayan meşə və qeyri meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarə müqaviləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən 10 ilədək müddətə verilə bilər.
İcarə müqaviləsinin qiyməti də müqavilənin mühüm şərtlərindən deyil və tərəflərin istəkləri və mövsüm şərtləri, icarə predmetinin icarəyə yararlığından və digər səbəblərdən asılı olaraq müəyyən edilir.
İcarə müqaviləsinin məzmunu icarəyə verənin və icarəçinin hüquq və vəzifələrində öz əksini tapır. (AR Mülki Məcəllə Maddə 701 )
İcarə haqqında AR Qanunu Maddə 7.2 İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi.
İcarə müqaviləsinin növləri:
- Torpaq icarəsi müqaviləsi
- Binaların icarəsi müqaviləsi
- Daşınar əşyaların icarəsi müqaviləsi
- Hüquqların icarəsi müqaviləsi
- Müəssisələrin icarəsi müqaviləsi
Torpaq icarəsi müqaviləsi AR Mülki Məcəlləsinin 34-cü fəslinin 2-ci paraqrafıyla, AR Torpaq Məcəlləsi (13, 15, 17 –ci fəsillərindi normalarla), AR Meşə Məcəlləsi (2-ci və 5-ci fəslinin normaları ilə), “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında” AR Qanunları ilə tənzimlənir.
Xüsusi mülkiyyətdə olan torpaq 99 ilədək, dövlət və bələdiyyə torpaqları isə 49 ilədək icarəyə verilə bilər. Tikililərlə bağlı belə məhdudiyyət yoxdur.
Azərbaycan Respublikasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlər icarə müqaviiləsinin tərəfi ola bilər. Bu zaman onlar icarəçilər və subicarəçilər kimi bu münasibətlər iştirak edəcəklər. (AR Torpaq icarəsi haq. Qanunu mad. 21)
İcarə müqaviləsnin forması – İcarə münasibətlərinə girməkdən öncə icarə obyektinin təsvirini tərəflər birlikdə tərtib etməlidirlər və onun həmin andakı vəziyyəti qeyd edilməlidir. Sonra tarix göstərilərək imza atılmalıdır. Müqavilə yazılı şəkildə tərtib edilir və notarial qaydada təsdiq edilir. Əgər icarə müqaviləsi torpaq sahəsi üzərində icarə müddətini 11 aydan çox göstərərsə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilməlidir. Və istifadə hüququnuzu təsdiq edən çıxarış əldə edilməlidir.
İcarə haqqında AR Qanunu Maddə 7.5 İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar.
Mülki Məcəllə
Mülki Məcəllə is a app for Android, It’s developed by Hasanaga Mammadov author.
First released on google play in 7 years ago and latest version released in 7 years ago.
This app has 0 download times on Google play and rated as 4.47 stars with 282 rated times.
This product is an app in Books & Reference category. More infomartion of Mülki Məcəllə on google play
Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Mülki hüquq sahəsində qanunvericilik;
Son yenilənmə tarixi 06.01.2016
Tətbiqin özəllikləri:
• Offline işləmə rejimi – app-ı internet olmadan istifadə edə bilərsiniz.
• Sürətli axtarış
• Seçilmişlər siyahısı (Favorite) – bəyəndiyiniz maddəni “ürək” düyməsini basmaqla bu siyahıya əlavə edə bilərsiniz.
• Bookmark – Bəyəndiyiniz maddəni lüğətdə müxtəlif qruplarda saxlaya bilərsiniz.
• Maddənin izah pəncərəsində hər hansı sözü seçməklə (üzərində tutub saxlamaqla) lüğətdə axtarışa verə bilmək imkanı (long press)
• Tarixçə – Baxdığınız maddələrin tarixçəsi
• Azərbaycan hərfləri üçün virtual klaviatura
• Tablet dəstəyi
Tənzimləmələr bölməsi
• İnterfeysin rəngini dəyişdirmək imkanı
• Mətnin ölçüsünü dəyişdirmək imkanı
• Landscape modunda məlumat pəncərəsinin yerinin təyini
• Məlumatları silmək imkanı
Yeni App-lardan xəbər tutmaq üçün səhifəmizi izləyin
https://www.facebook.com/AzLiterature/
Açar sözlər: Azerbaycan, baki, qanun, mulki mecellesi
Comments are closed, but trackbacks and pingbacks are open.