Press "Enter" to skip to content

Mülki məcəllə 2018

Qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər.

Mülki iddialar hansı məhkəməyə verilməlidir?

Pozulmuş, barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi ilə bağlı məhkəməyə müraciət edilir. Məhkəməyə müraciət edən zaman ilkin olaraq həll edilməli olan məsələ iddianın hansı ərazi və aidiyyat üzrə məhkəməyə verilməsidir.

Ərazi aidiyyatı və məhkəmə aidiyyatı mübahisə predmetindən, pozulmuş hüquqların mahiyyətindən asılı olaraq dəyişir. Bu kimi məsələlər qanunvericilikdə prosessual məcəllələrlə tənzimlənir.

Qeyd etdiyimiz kimi aiddiyyatın müəyyənləşməsi üçün ilk olaraq mübahisəin mahiyyətinə fikir vermək lazımdır. Mübahisə predmeti mülki, cinayət və inzibati olaraq dəyişə bilər.

Əgər mübahisə mülki xarakter daşıyırsa aidiyyat necə müəyyən edilir ?

Mülki xarakter daşıyan mübahisələrdə aidiyyat məsələlərinin həlli Mülki Prosessual Məcəllə (MPM) ilə tənzimlənir. Aidiyyat olaraq əvvəlcə məhkəmə aidiyyatı daha sonra isə ərazi aidiyyatı müəyyənləşdirilir.

Mülki işlər üzrə məhkəmə aidiyyatı ümumi məhkəmələr və inzibati-iqtisad məhkəmələrinə bölünür. MPM-ə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması, ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə, onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.

İdarə və ya digər mənsubiyyətindən, tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər isə mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir.

Məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Ərazi aidiyyatına gəldikdə isə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Qanunla başqa hal nəzərdə tutulmayıbsa dedikdə, o nəzərdə tutulur ki, ərazi aidiyyatının müəyyən edilməsi zamanı istisna təşkil edən hallar ola bilər. Həmin hallardan biri iddiaçının seçimi ilə tənzimlənir:

Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər.

Rəsmi yaşayış yeri olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.

Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.

Azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə qarşı nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

Şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər.

Qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər.

İnzibati orqanların inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslərinin cərimə və yaxud başqa tənbehlər tətbiq etmələri haqqında qərarlarına dair iddialar iddiaçının yaşadığı yerə görə də verilə bilər.

İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər.

Gəmilərin toqquşması nəticəsində vurulan zərərin ödənilməsinə dair, habelə dənizdə kömək göstərilməsinə və xilas etməyə görə mükafat alınması haqqında iddialar cavabdehin gəmisinin olduğu yerə görə və ya gəminin aid olduğu yerə görə də verilə bilər.

İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.

Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər.

Ərazi aidiyyatı məsləsində digər istisna hallardan biri də müstəsna aidiyyatdır:

Tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir.

Vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir.

Yüklərin, sərnişinlərin və ya baqajın daşınma müqavilələrindən əmələ gələn yük daşıyanlara qarşı iddialar nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilir.

Bundan əlavə tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Buna müqavilə aidiyyatı deyilir.

Cinayət işindən əmələ gələn mülki iddia, əgər o cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, MPM ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir.

Benefisiar.org

Mülki məcəllə 2018

Mühasibat uçotu hər bir müəssisənin ən əs vacib biznes-proseslərindən biridir, və müəssisənin uğurlu olması o müəssisədə mühasibat uçotunun düzgün təşkilindən asılıdır.

Mühasibat uçotunun əsas məqsədləri: effektiv sənəd dövriyyəsinin təşkili, təsərrüfat əməliyyatlarının mühasibat uçotunda davamlı və əlaqəli əks olunması, müəssisənin bütün bölmələrinin aktual məlumatlar ilə təmin edilməsi, vergi uçotunun aparılması, təsisçilərin və investorların müəssisənin maliyyə vəziyyəri barədə məlumat ilə təmin edilməsi.

Müəssisələrdə mühasibat uçotunun düzgün və effektiv təşkil edilməsi üçün mühasib mütəxəssislərinin mühasibat uçotunun normativ-hüquqi bazası üzrə, bundan başqa, hər bir təsərüfat fəaliyyəti növünün uçotunun metodikası və qaydaları üzrə dərin biliklərinin olmasını zəruridir. Burada ilk öncə AR Vergi Məcəlləsi, AR Mülki Məcəlləsi, AR Əmək Məcəlləsi, AR Gömrük Məcəlləsi, AR İnzibati Xətalar Məcəllələri, Mühasibat uçotunun tənzimləyən AR Qanunları, AR Nazirlər Kabinetinin müvafiq Qərarları və s. qanunvericilik aktlarını misal gətirmək olar. Eyni zamanda, mühasib çalışdığı müəssisənin fəaliyyət sahəsinə aid istehsal prosesinin metodika və qaydalarını da yaxşı bilməlidir.

Sizə təqdim edilən bu elektron vəsaitdə məlumatların rahat mənimsənilməsi üçün bütün materiallar mühasibat uçotunun əsas bölmələri üzrə qruplaşdırılmış, hər bir materialda əsas normativ-hüquqi sənədlər, metodiki tövsiyyələr, normativ-hüquqi sənədlərdən çıxarışlar, misallar, nümunəvi müxabirləşmələr və ilkin sənədlərin formaları verilibdir.

Normativ-hüquqi aktlar:

  • MÜHASIBAT UÇOTU
  • QEYRİ-MADDİ AKTİVLƏR
    • Qeyri-maddi aktivlərin tərifi
    • Qeyri-maddi aktivlərin qiymətləndirilməsi
    • Qeyri-maddi aktivlərin daxil olması
      • Qeyri-maddi aktivlərin ayrıca əldə edilməsi
      • Qeyri-maddi aktivlərin daxili imkanlar hesabına yaradılması
      • Qeyri-maddi aktivlərin təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına daxil olması
      • Qeyri-maddi aktivlərin hökumət subsidiyası hesabına əldə edilməsi
      • Qeyri-maddi aktivlərin əvəzsiz alınması
      • Qeyri-maddi aktivlərin aktivlərin mübadiləsi hesabına alınması
      • Qeyri-maddi aktivlərdən istifadə hüququnun alınması
      • Qeyri-maddi aktivlərin amortizasiyası
      • Qeyri-maddi aktivlərin istifadə müddətinin təyin edilməsi
      • Qeyri-maddi aktivlərin xaric olması
      • Qeyri-maddi aktivlərin satılması
      • Qeyri-maddi aktivlərin aktivlərin mübadiləsi ilə təqdim edilməsi
      • Qeyri-maddi aktivlərin əvəzsiz verilməsi
      • Qeyri-maddi aktivlərin başqa müəssisələrin nizamnamə kapitalına qoyulması
      • Qeyri-maddi aktivlərə istifadə hüququnun verilməsi
      • Qeyri-maddi aktivlərin silinməsi
      • Torpaq, tikili və avadanlıqlar – tərifi
      • Torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi
      • Torpaq, tikili və avadanlıqların daxil olması
        • Torpaq, tikili və avadanlıqların daxil olması
        • Təsisçilərdən pay qoyuluşu şəklində qəbul edilmə
        • Digər müəssisə və şəxslərdən pulla alınma
        • Təsərrüfat üsulu ilə tikili və avadanlıqların inşası (istehsalı)
        • Başqa təşkilat və şəxslərdən əvəzsiz daxil olma
        • Hökümət subsidiyaları hesabına alınma
        • Uzumüddətli icarəyə götürülmə
        • Digər aktiv və ya xidmət ilə mübadilə edilmə
        • Torpaq, tikili və avadanlıqların xaric olması
        • Ləğv edilib silinmə
        • Satılma
        • Əvəzsiz olaraq verilmə
        • Digər müəssisələrə pay qoyuluşu şəklində verilmə
        • Maliyyə icarəsinə verilmə (lizinq)
        • Digər aktiv və ya xidmət ilə mübadilə
        • Təbii fəlakət, invertarlaşma nəticəsində və başqa səbəblərdən əskik gəlmə
        • Torpaq, tikili və avadanlıqların icarəsi
        • Maliyyə icarəsi
        • Əməliyyat icarəsi
        • İcarəyə götürülmüş tikili və avadanlıqların təmiri
        • Material ehtiyatları
        • Mallar
        • Hazır məhsul
        • Ehtiyatların inventarizasiyası
        • Əmək haqqı və onun ödənilməsi uçotunun təşkili
        • İşçinin işə qəbul edilməsi
        • İş vaxtının uçotu
        • Əmək haqqının hesablanması
        • Əmək haqqından tutulmalar
        • Əmək haqqı və onun ödənilməsi
        • Məzuniyyət
        • Müavinətlər
        • Təhtəlhesab şəxslər
        • İşçinin işdən azad edilməsi
        • Məsrəflər və xərclər
          • Məsrəflər, xərclər və maya dəyəri
          • Məsrəflərin və xərclərin təsnifatı
          • İstehsalat məsrəfləri
          • Əsas istehsalat məsrəflərinin mühasibat uçotu
          • Birbaşa məsrəflər
          • Dolayı məsrəflər
          • İstehsalın idarəetmə məsrəfləri
          • Köməkçi istehsalat məsrəfləri
          • Xidmətedici istehsalat və təsərrüfatlar
          • İstehsalat məsrəflərinin vergi uçotu
          • Maya dəyərinin kalkulyasiyası metodları
          • Mərhələ metodu
          • Satışdan olan gəlirlər
            • Satışdan olan gəlirlərlərin uçotu
            • Barter əməliyyatında gəlirlərlərin uçotu
            • Kreditlə satış
            • Malların qaytarılması
            • Verilmiş güzəştlər (endirim)
            • Kassa əməliyyatları
              • Kassa əməliyyatlarının aparılma qaydaları
              • Nəğd vəsaitlərin kassaya mədaxili
              • Nəğd vəsaitlərin kassada saxlanılması
              • Nəğd vəsaitlərin kassadan verilməsi
              • Pul vəsaitlərinin ekvivalentləri
              • Kassanın inventarizasiyası
              • NKA alınması və qeydiyyatı
              • NKA istifadəsi ilə nəğd hesablaşmalar
              • Mədaxil qəbzləri ilə nəğd hesablaşmalar
              • Ödəmə kartların istifadəsi ilə hesablaşmalar
              • Bankda hesabın açılması
              • Hesablaşma hesabı ilə əməliyyatlar
              • Korporativ kartlar
              • Хarici valyuta əməliyyatları
              • Akkreditiv nədir?
              • Akkreditiv üzrə əməliyyatlar
              • Maliyyə nəticələri
                • Maliyyə nəticələri
                • Gəlirlərin və xərclərin təsnifatı
                • Əsas əməliyyat gəlirləri və xərcləri
                • Satışdan gəlirlərin uçotu
                • Satışdan vergilərin hesablanması
                • Tikinti müqavilələri üzrə gəlirlər və xərclər
                • Royalti gəliri
                • Əməliyyat icarəsi üzrə gəlir
                • Sair əməliyyat gəlirləri və xərcləri
                • Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin satışı
                • Yenidən qiymətləndirilmədən gəlirlər və zərərlər
                • Qiymətdən düşmə üzrə xərclər
                • Əvəzsiz olaraq alınmış aktivlər
                • Cərimələr və digər oxşar ödənişlər
                • Keçmiş illər üzrə gəlirlər və xərclər
                • Ümidsiz borclar üzrə gəlirlər və xərclər
                • Silinmiş ehtiyatların bərpası
                • Məzənnə fərqləri üzrə gəlirlər və xərclər
                • Qiymətdən düşmə üzrə xərclər
                • Sair gəlirlər və xərclər
                • Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər və xərclər
                • Maliyyə gəlirləri və xərcləri
                • Fövqəladə gəlirlər və xərclər
                • Xalis mənfəətin (zərərin) formalaşması
                • Vergi cərimələri
                • Mənfəət vergisi
                • Hesabat ilinin sonuna əməliyyatlar
                • Xalis mənfəətin (zərərin) istifadəsi
                • Dividentlərin ödənilməsi
                • Ehtiyat kapitalının formalaşması
                • Keçmiş illərin zərərlərinin bağlanması
                • Bölüşdürülməmiş mənfəət
                • Nizamnamə kapitalının artırılması
                • Zərərin bağlanması
                • Ümumi tələblər
                • Prinsiplər
                • Maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri
                • Maliyyə hesabatları elementlərinin qiymətləndirilməsi
                • Mühаsibat balansı
                • Mənfəət və zərər haqqında hesabat
                • Kаpitalda dəyişikliklər hаqqındа hеsаbаt
                • Pul vəsaitlərinin hərəkəti hаqqında hesаbаt
                • Uçоt siyаsəti və izаhlı qеydlər
                • Uçot siyasəti
                • İlkin sənədlər
                • Hesablar Planı
                • Milli Mühasibat Uçotu Standartları
                  • Kommersiya təşkilatları üçün MMUS
                  • Büdcə təşkilatları üçün MMUS
                  • QHT üçün MMUS
                  • Mühasibat Uçotunun Beynəlxalq Standartları (IAS)
                  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS)
                  • BMHŞK və Standartların Şərhlər Komitəsi (IFRIC & SIC)
                  • Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün BMHS (IFRS for SMEs)
                  • İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları
                  • İnventarizasiya haqqında anlayış və ona hazırlıq
                  • Aktiv və öhdəliklərin inventarizasiyası
                  • İnventarizasiya cədvəllərinin tərtib edilməsi
                  • İnventarizasiyanın nəticələrinin tənzimlənməsi və sənədləşdirilməsi
                  • İnventarizasiya nəticələrinin uçotda əks etdirilməsi
                  • Vergi orqanları tərəfindən keçirilən inventarizasiya
                  • Məsuliyyət növləri
                  • Cinayət məsuliyyəti
                  • İnzibati məsuliyyət
                  • Vergi Məsuliyyəti
                  • Maddi məsuliyyət
                  • Əmək intizamı məsuliyyəti
                  • Mülki-hüquq məsuliyyəti
                  • Hüquqi şəxsin qeydiyyatı

                  MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

                  Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

                  Nikahın pozulması zamanı əmlak bölgüsü məsələsi necə həll edilməlidir?

                  Azərbaycan ailələrində boşanmadan sonra yaranan ən böyük problem əmlak bölgüsü zamanı meydana gəlir. Bu gün məhkəmələrdə araşdırlan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri ilə əlaqədardır.

                  Trend-i buradan izləyin

                  Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İsabalayeva/

                  Azərbaycan ailələrində boşanmadan sonra yaranan ən böyük problem əmlak bölgüsü zamanı meydana gəlir. Bu gün məhkəmələrdə araşdırlan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri ilə əlaqədardır. Bu mövzu ilə əlaqədar cəmiyyətin müxtəlif təbəqələrində aparılan müzakirələrdə boşanmadan sonra daha çox qadınların mülkiyyət hüquqlarının pozulduğu iddia olunur. Bəs qanunvericilik boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisələrinin həllini necə tənzimləyir?

                  “Azərbaycan Hüquq İslahatları Mərkəzi” (AHİM) İctimai Birliyinin sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov Trend-ə bildirib ki, məhkəmə təcrübəsində tərəflər arasında boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisəsi qüvvədə olan Mülki və Ailə Məcəllələrinin tələblərinə uyğun öz həllini tapır.

                  “Hər iki Məcəllədə qeyd olunur ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyətidir. Burada istisna hal ondan ibarətdir ki, tərəflər arasında bağlanmış nikah müqaviləsində və ya onların arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmasın”, Bağırov deyib.

                  Vəkilin sözlərinə görə, nikaha girməzdən əvvəl tərəflərin hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun öz mülkiyyətidir.

                  ” Məsələn, ərə babasından vərəsəlik qaydasında verilmiş mənzil və ya arvada toy hədiyyəsi kimi verilmiş müxtəlif zinət əşyası onların öz mülkiyyətidir və birgə mülkiyyət sayıla bilməz. Həmçinin fərdi istifadə olunan əşyalar – geyim, ayaqqabı və s. əşyalar ümumi vəsait hesabına əldə edilsə də belə, həmin əşyadan istifadə edən şəxsin öz mülkiyyəti hesab edilir”, o deyib.

                  AHİM sədri qeyd edib ki, bəzi hallarda ailədə arvadın müstəqil qazancının olmaması, bütün əmlakların ər tərəfindən alınması səbəbindən onların birgə mülkiyyəti hesab edilə bilməməsi barədə cəmiyyətimizdə yalnış mövqe mövcuddur. Lakin qeyd edilməlidir ki, nikah dövründə ev təsərüffatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan arvad da belə ümumi əmlak üzərində eyni hüquqa malikdir.

                  Bağırovun sözlərinə görə, Ailə Məcəlləsində boşanma zamanı ərlə arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi məhkəmə tərəfindən həll edilməli olan məsələ kimi nəzərdə tutulmuşdur.
                  “Ər-arvad birgə nigah dövründə əldə etdikləri ümumi əmlakı öz aralarında bağlanmış notariat qaydasında təsdiq edilmiş sazişə əsasən bölə bilərlər. Mübahisə yarandığı təqdirdə tərəflər ümumi əmlakın bölünməsini və yə həmin əmlakda payının müəyyən olunmasını məhkəmə qaydasında tələb edə bilərlər. Təcrübədə bir qayda olaraq ər-arvadın birgə nigah dövründə əldə etdikləri ümumi əmlak bölündükdə onların payları bərabər müəyyən olunur. Bəzi hallarda yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınaraq ümumi əmlakdakı paylar bərabər bölünməyə də bilər”, vəkil deyib.

                  Vəkilin sözlərinə görə, tərəflər arasındakı nikah münasibətlərinə xitam verildikdən sonra arvadın (ərin) birgə yaşadığı mənzildə yaşayış hüququnun mövcud olub-olmaması aktual problemlərdəndir.
                  “Məhkəmə təcrübəsinə əsaslanaraq qeyd etmək istəyirəm ki, arvadın ərlə birlikdə nikah zamanı yaşadıqları mənzildə boşanmadan sonra yaşayış və istifadə hüququnun mövcud olması barədə mübahisə həll edilərkən ilk öncə mənzilin hüquqi vəziyyəti qimətləndirilməlidir. Mülki Məcəllənin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə bağlanmış, notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma zəruridir. Məsələn, gəlinin qayınatasının mülkiyyətçisi olduğu evdə yaşaması üçün qayınatası ilə aralarında notarial qaydada təsdiq olunmuş razılaşma olmalıdır. Bu müddəa ilə bağlı Konstitusiya Məhkəməsi tərəfindən bir neçə Plenum qərarı qəbul edilmişdir. Bəzi hallarda məhkəmələr öz qərarlarında bu növ mübahisələrə qiymət verərkən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün tərəflər arasındakı etibarlı ailə əlaqələrinin əsas rol oynadığını göstərirlər. Məsələn mülkiyyətçi ər olarsa, bu halda arvadın onlar arasında etibarlı ailə əlaqələrinin olması məhkəmələr tərəfindən əsas kimi qəbul edilir”, o deyib.

                  Yaşayış sahəsindən istifadə hüququna gəlincə isə, Bağırov bildirib ki, yaşayış sahəsindən istifadə hüququ olan mənzil mülkiyyətçisinin hər bir ailə üzvü, hətta boşanmadan sonra mənzildən sərbəst surətdə istifadə edə bilər.
                  “Ailə üzvünün mənzildən istifadə hüququna xitam vermək üçün Mülki Məcəllədə kompensasiya institutu nəzərdə tutulmuşdur. Kompensasiya institutu dedikdə cəmiyyətimizdə mənzildən istifadə hüququ olan şəxsə mənzilin bölünməsini və dəyərindən ona pay ödənilməsini tələb etmək hüququ kimi anlaşılır. Bunun yanlış mövqe olduğu diqqətinizə çatdırmaqla qeyd etməliyəm ki, kompensasiya – istifadəçiyə mülkiyyətçinin hesabına müəyyən müddət daxilində əvvəlki mənzildə olan şəraitlə müqayisədə başqa yaşayış yerində oxşar yaşamaq imkanını verən bir institutdur”, AHİM sədri bildirib.

                  Onun sözlərinə görə, 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsində nəzərdə tutulub ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

                  “Zənnimcə, bu müddəa ilə Mülki Məcəllənin şərh olunan müddəası arasında ziddiyət vardır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun göstərişini rəhbər tutaraq qeyd edilməlidir ki, Mülki Məcəllə mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə, Mülki Məcəllə tətbiq edilir”, vəkil deyib.

Comments are closed, but trackbacks and pingbacks are open.