Press "Enter" to skip to content

Mülki Məcəllənin 5: gömrük

1. AR Konstitusiyası

Mülki məcəllənin kommentariyası

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

18 aprel 2022-ci il Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimi İ.Şirinovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri S.Hacıyevin mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı T.Şıxəliyevə qarşı zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

İddia onunla əsaslandırılmışdır ki, yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli olan avtomobilin sürücüsü V.Şirəliyev 1 dekabr 2020-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən sürücü-yükdaşıyan vəzifəsində çalışmaqla cavabdehlə əmək münasibətlərində olmuşdur. Odur ki, iddiaçı tələbini Mülki Məcəllənin 1097 və 1099-cu maddələrinə əsasən yol-nəqliyyat hadisəsini törətmiş sürücünün əmək münasibətlərində olması səbəbindən, işəgötürən kimi məhz T.Şıxəliyevə qarşı irəli sürmüşdür.

Cavabdeh isə iddiaya qarşı etirazında göstərmişdir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman sürücü notariat qaydasında təsdiqlənmiş etibarnamə ilə həmin avtomobilə qanuni əsasla sahiblik edən şəxs olmuşdur. Bu səbəbdən də ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət nəticəsində mülki hüquq pozuntusu törətmiş şəxs olaraq sürücü V.Şirəliyev Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən mülki hüquq məsuliyyətinə cəlb edilməlidir.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəyə Mülki Məcəllənin 1108-ci maddəsi tətbiq edilməli, belə olan halda da törədilmiş mülki hüquq pozuntusuna görə yüksək təhlükə mənbəyinin qanuni sahibi kimi sürücü məsuliyyət daşımalıdır. Tələb isə iddiaya cavab verməli olmayan şəxsə, əsl olmayan cavabdehə qarşı verilmişdir.

Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən aparılan araşdırma zamanı məsələ ilə bağlı iki fərqli mövqeyin olduğu müəyyən olunmuşdur.

Mövcud yanaşmalardan birinə görə, zərərvuran şəxsin əmək münasibətlərində olması halında Mülki Məcəllənin 1099-cu maddəsi tətbiq edilməlidir. Bu mövqeyin tərəfdarlarının qənaətinə görə mülki hüquq pozuntusu nəticəsində zərər ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə bağlı vurulmuş olsa belə, əgər zərərvuran əmək müqaviləsi əsasında və ya mülki hüquqi müqavilə üzrə hüquqi və ya fiziki şəxsin tapşırığı ilə fəaliyyət göstərirsə, bu zaman işəgötürən və ya tapşırığı verən məsuliyyət daşımalıdır.

Digər yanaşmaya görə isə zərərvuranın əmək münasibətlərində olması halı Mülki Məcəllənin 1108-ci maddəsinin tətbiqini aradan qaldırmır və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə qanuni əsaslarla sahiblik edən şəxsin üzərinə düşür. Yəni Mülki Məcəllənin 1108-ci maddəsində göstərilən mənbələrin fəaliyyəti ilə bağlı vurulmuş zərərin əvəzini ödəmək vəzifəsini, əmək müqaviləsinin olduğu halda da işəgötürən deyil, məhz qanuni sahiblik edən şəxs (hazırkı halda sürücü) daşımalıdır.

Göstərilənlərə əsasən müraciətedən mülki məhkəmə icraatının səmərəliliyinin təmin edilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə Mülki Məcəllənin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır.

Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.

Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur:

– törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir;

– əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir;

– törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır;

– zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur.

İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır.

Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır.

Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

Əmək (qulluq, mənsəb) vəzifələrinin icrası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan vəzifə (peşə) üzrə işlərin (xidmətlərin), həm də əmək müqaviləsində nəzərdə tutulmayan, lakin işəgötürən tərəfindən ona tapşırılan digər işlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsində isə işçinin əmək funksiyasının dairəsi konkretləşdirilərək müəyyən edilmişdir ki, işəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin, göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.

Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Məsələn, avtomobilə zərər vuran şəxsin avtoyuma məntəqəsinin ərazisində iş vaxtı xüsusi geyimdə olması, avtoyuma məntəqəsinin digər işçilərindən göstərişlər alması və faktiki olaraq əmək funksiyalarının yerinə yetirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında faktiki əmək münasibətləri olması qənaətinə gələ bilər.

Onu da nəzərə almaq lazımdır ki, tərəflər arasında əmək münasibətləri işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı da yarana bilər. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır.

İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.

Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir.

Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.

Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.

Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır.

Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.

Bu qaydadan bəzi istisnalar mövcuddur:

– ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır;

– dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır;

– ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir.

Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən normaları təhlil edərək belə qənaətə gəlir ki, müraciətdə qaldırılan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır.

Belə ki, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq həll edilir.

Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən aşağıdakı nəticələrə gəlir:

– əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Mülki Məcəllənin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir;

– yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir.

2. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr Fərhad Abdullayev

Mülki Məcəllənin 5: “gömrük”

Business təcrübə Art. определяет как устоявшиеся и широко используемые в той или иной сфере предпринимательской и прочей деятельности, не предусмотренные законодательством правила поведения, вне зависимости от их фиксации в документах. Mülki Məcəllənin 5 sənədlərində öz təsbit asılı olmayaraq, həmçinin yaradılmış və geniş davranış qaydaları qanunvericiliklə əhatə deyil biznes və digər tədbirlərin müəyyən bir sahədə istifadə müəyyən edir. münasibətlərin iştirakçıları üçün məcburi müqavilə müddəalarının və ya standartlara zidd olan modellər praktikada tətbiq deyil. növbəti maddə düşünün. . şərhlər ilə Mülki Məcəllənin 5.

Baxış

n. 1 tbsp. дается определение общепринятому правилу поведения субъектов. 5, CC RF ümumi qayda subyektlərinin davranış müəyyən edir. Hər hansı bir sənədlərdə və ya bağlana bilər. normanın məzmunundan mülki hüquq mənbəyi kimi xüsusi tanınması gəlir. eyni hüquqi qüvvəyə qanunvericiliyi və beynəlxalq müqavilələri onu üstündür. Bu xəbərdarlıq qeyd etmək lazımdır. sənət müəyyən ümumi qəbul qayda. , не применяется при наличии диспозитивных нормативных положений, регламентирующих соответствующие отношения. müvafiq münasibətləri tənzimləyən qeyri-məcburi qaydalar olduqda 5 h. Mülki Məcəllənin 1 tətbiq edilmir. Bu mühüm nəticəyə gəlir. təsərrüfat subyektlərinin müqavilə münasibətlərinə tətbiq Xüsusi ümumi qayda, müqavilə tərəfləri hər hansı bir şərtlə razılıq yoxdur tədbirdə əlavə (subsidiarlıq) mənbə olur və bu, dispositive qaydalar müəyyən deyil.

Features terminologiya

maddənin 1 ilə müəyyən kateqoriyalar. , обладает специфическим характером. 5 Mülki Məcəllə, xüsusi xarakter daşıyır. O, xüsusilə peşəkar iqtisadi (biznes) fəaliyyəti ilə məşğul olan subyektlərin əlaqələr daxildir. dövriyyəsi anlayışı ilk növbədə şəxslərin müqavilə və digər qarşılıqlı vəzifələri ilə bağlıdır. Bu halda, onlara məhdud deyil, və başqa bir mövzu, həm də tam və qismən varislik ki, təzahürü olan vəzifələri və hüquqları keçid hər halda tətbiq edilir. Sadəcə, Art müəyyən anlayış qoydu. связано с динамикой правоотношений и не касается сфер, в которых используются иные правила. əlaqələrin dinamikası səbəbiylə müxtəlif qaydaları istifadə sahələrdə tətbiq edilmir Mülki Məcəllənin 5. Məsələn, yerli adət-ənənələri müəyyən ictimaiyyətin əldə mülkiyyət şeyi toplamaq üçün ola bilər.

vüsət

yuxarıda nəzərə alsaq, praktikada paylanması sahəsi dövriyyəsi bulges iş adamları iştirak edən müqavilə (adətən müqavilə) əlaqələri məhdud olduğunu qeyd etmək olar. Bu Məcəllənin 427 quraşdırılmış razılaşmanın təxmini baxımından şəklində bu ümumi qaydaları düzeltmek üçün imkan göstərilir, bu hallarda onun birbaşa bağlantılar olmaması xüsusi əməliyyat çərçivəsində onların istifadə. Bu mənada, gömrük dövriyyəsi qismən qaydaları dəniz limanı daxildir. Bu sonuncu da sahibkarlar iştirak edən müqavilə əlaqələr tənzimləmək ki, bağlıdır. Port təcrübələri davranış qaydaları qanunvericilikdə müəyyən edilir, köklü və geniş dəniz limanlarının xidmətlərin göstərilməsində istifadə və Rusiya Federasiyasının qanunvericiliyi ilə müəyyən olunur.

spesifika

İncəsənət nəzərdə General qayda. , является сложившимся. Mülki Məcəllənin 5 üstünlük təşkil edir. Ki, onun tərkibində kifayət qədər xüsusi olmaq hesab olunur, edir. Eyni zamanda, kimi sənət göstərilir. , оно довольно широко используется в той или иной предпринимательской сфере. Mülki Məcəllənin 5 geniş xüsusi iş sahəsində istifadə olunur. Məsələn, bu da müqavilə öhdəliyin icrası bir ənənə ola bilər. Gömrükdə rəsmiləşdirilmiş dövriyyəsi geniş hissəsi, lakin müəyyən bir kateqoriya altında eyni zamanda “adi giriş tələbləri”. Bu Maddə edir. Kod və xüsusi qaydaları bir sıra 309.

Tələblər adətən davranış xüsusi qaydaları, həm də müqavilə və ya digər öhdəliklərin obyekt ilə bağlı normativ tələblərə yalnız daxildir. ilk misal üçün, hesab edilə bilər, şərait İncəsənət uyğun performans dəyəri ödənişli müqavilə göstərilməklə, olmaması. 424, n. 3, normal oxşar mallar üçün müqayisə hallarda hesablanır qiymət ödəmək, işləri və ya xidmətləri. obyekt tələblərinə gəldikdə, bu, keyfiyyət standartlarına qablaşdırma və s qaydaları ola bilər. Göründüyü kimi, adi resept qanunvericilikdə və ya müqavilədə birbaşa quraşdırıla bilər. Eyni zamanda, heç bir müqavilə, heç bir qaydalar müəyyən bir vəziyyət tərəflərə onların müəyyən tərk tələbləri təsvir etmir.

Bulges və gömrük

Bu iki anlayışlar da bir-birindən fərqləndirmək lazımdır. əməliyyat tərəflər riayət etmək barədə razılığa gəliblər mülkiyyət münasibətləri, üstünlük təşkil edən adətən müalicə üçün istifadə olunur. Bu kontekstdə, bu fənlər üzrə hüquqi əhəmiyyət kəsb edir. Əsas da, vərdiş məzmun boşluqları doldurmaq üçün bir xüsusi müqavilə bir örtük şərt deyil. müqavilədə bu birbaşa link yoxdur və bu rəhbər tərəflər münasibətlərin niyyəti sübut olunmayıb, bu, onun mülki hüquq dəyərini itirir və nəzərə almır. Zaman bu xüsusi dövriyyə müqavilə və ya qanunla ona göstəricisi olmaması birbaşa çıxış edəcək.

mövcud təcrübə

İncəsənət nəzərdə Kateqoriyalar. необходимо отличать и от порядка, установленного участниками предпринимательского договора. Mülki Məcəllənin 5 görkəmli və biznes müqavilə iştirakçıları ilə müəyyən edilmiş qaydada olmalıdır. mövcud təcrübə də əvvəlki münasibətlərdə iştirakçıları və beləliklə uyğun əslində onların birgə iradəsini əks birbaşa müəyyən edilir olmadan əməliyyat, müəyyən bir örtük şərtləri əks etdirir. Bu çərçivədə, müəyyən sifariş xüsusi üzərində müəyyən bir üstün var.

mühüm amil

n uyğun. 2 gömrük dövriyyəsinin altında maddənin hüquqi qaydalar və ya tətbiq edilə müqavilə şərtlərinə münaqişə var. Bu baxımdan onlar yalnız müəyyən bir əlaqələr və ya müqavilədə müvafiq normativ şərait birbaşa hüquqi tənzimləmə olmadığı istifadə edilə bilər ki, aşağıdakı. Bu baxımdan, aşağı gömrük və diskresion qaydaları və bulges güc və müəyyən sifarişi (cari təcrübə).

Eyni zamanda, son iki kateqoriyalar hüquq mənbələri kimi çıxış etmir. Bu fakt öz növbəsində, yuxarıda göstərilən şərtlər altında olursa olsun iştirakçılarının iradəsi, əlaqələr müraciət dövriyyəsi təcrübələri onları fərqləndirir. Port qaydaları ölkənin heç bir beynəlxalq saziş və ya milli hüquq zidd olmamalıdır. Bundan əlavə, onlar beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinə uyğun olmalıdır, lakin mülki hüquq müqavilələri müəyyən şərtlər istifadə məhdud deyil.

Mülki məcəllənin kommentariyası

Hər ay olduğu kimi “Qanun” nəşrlər evi noyabrda da ayın ən çox satılan kitablarını müəyyənləşdirib.
Modern.az saytı “Qanun” nəşrlər evinə istinadən noyabr ayının ən çox satılan kitablarının siyahısını təqdim edir.

Noyabrda ən çox satılan tərcümə ədəbiyyatı:

1. Fyodor Dostoevski “Oxşar”

2. Osho “Qadınların kitabı”

3. Dale Carnegie “Dostları necə qazanmalı və insanlara təsir etməli”

4. Robert. T. Kiosaki. Sheron L. Lekter “Varlı ata Kasıb ata”

5. Agata Christie “Erkül Puaronun milad bayramı”

6. John Green “Eyni ulduzun altında”

7. Mumin Sekman “Hər şey səninlə başlar”

8. Paulo Coelho “Məktub”

9. Paulo Coelho “On bir dəqiqə”

10. Khaled Hosseini “Çərpələng uçuran”

11. Marc Levy “Bir birimizə demədiyimiz sözlər”

12. Paulo Coelho “Kimyagər”

13. Osho “Kişilərin kitabı”

14. Valery Sinelnikov “Məqsədin gücü”

15. Agata Christie “Qara Qəhvə”

16. Fyodor Dostoevski “Cinayət ve cəza”

17. Martin Paj “Mən necə idiot oldum”

18. Marc Levy “Yenidən başlamaq mümkün olsaydı”

19. Franz Kafka “Milenaya məktublar”

20. Osho “Tale, Azadlıq və Ruh”

Noyabrda ən çox satılmış Azərbaycan ədəbiyyatı:

1. Elxan Elatlı “O gecə yağış yağırdı”

2. Gülay Hüseynova “P.S Zaten boyunda küçüktü”

3. Çingiz Abdullayev “Əclafların kredosu”

4. Çingiz Abdullayev “Mavi Mələklər”

5. Elxan Elatlı “Pəncərədə görünən kölgə. ”

6. Hüsaməddin Fərzizadə “İslamdan islama qədər”

7. Mirzə Ələkbər Sabir “Hophopnamə”

8. Çingiz Abdullayev “Prezident ovu”

9. Elxan Elatlı “Qan ləkəsi”

10. Çingiz Abdullayev “Yekun diaqnoz”

11. Çingiz Abdullayev “Bakı bulvarı”

12. Bəhram Çələbi “Lotu Bəxtiyar”

13. Çingiz Abdullayev “Balkan sindromu”

14. Çingiz Abdullayev “Məhşər ayağında”

15. Çingiz Abdullayev “Namərdin üslubu”

16. Aytən Cavanşir “Pərdələri çəkin”

17. Əliağa Vahid “Qəzəllər”

18. Çingiz Abdullayev “Uğursuzun hekayəti”

19. Çingiz Abdullayev “Menim gözəl alibim”

20. Anar “Təhminə və Zaur”

Noyabrda ən çox satılan uşaq ədəbiyyatı:

1. Özün düzəlt “Arşın mal alan” (Üzeyir Hacıbəyov)

2. J.K. Rowling “Harri Potter və Sirlər otağı”

3. İllüstrasiyalı Lüğət – Azərbaycan, rus, ingilis, alman və fransız dillərində danışmağı öyrən

4. Карточка азбука

5. Roald Dahl “Böyük və mehriban azman”

6. Əlifba ABC kart

7. Mənim ilk sözlərim (Gəl danışaq)

8. Sharl Pero “Qırmızı papaq”

9. Sehrli nağıllar (balaca oxucular ucun)

11. J.K.Rowling “Harri Potter və fəlsəfə daşı”

12. Özün rənglə – Nəqliyyat (oğlanlar üçün)

13. Axmaq Canavar

14. Qrim qardaşları, Şarl Pero, Hans Xristian Anderson “Sehirli nağıllar”

15. Gündəlik sözlər (İngilis-Azərbaycan)

16. Hector Malo “Ailəsiz”

17. J.K.Rowling “Harri Potter və Azkaban məhbusu”

18. Diqqət və Zəka oyunları

20. Qızıl nağıllar

1. AR Konstitusiyası

2. Ümumi hüquq və dövlət nəzəriyyəsi (Lazerev)

3. Konstitusiya və konstitusiya qanunları

4. AR Vergi məcəlləsi

5. Ədliyyə qulluğuna qəbulla bağlı TESTLƏR

6. Polis haqqında AR qanunu

7. Kargüzarlığın təşkili (Eynulla Musayev)

8. AR Mülki məcəllənin kommentariyası (İ . Əsgərov)

9. Ədliyyə orqanlarında qulluqkeçmə haqqında

10. AR Cəzaların icrası məcəlləsi

11. AR İnzibati xətalar məcəlləsi

12. AR Ailə məcəlləsi 2014

13. AR Cinayət prosesual məcəlləsi 2014

14. AR Ədliyyə nazirliyi haqqında əsasnamə

15. AR Əmək məcəlləsi

16. AR Mülki məcəllənin kommentariyası (İdris Əsgərov)

17. AR Vergi məcəlləsi 2015

18. AR Cinayət məcəlləsi 2014

19. AR Konstitusiyası (böyük)

20. AR Milli təhlükəsizlik haqqında qanun

Comments are closed, but trackbacks and pingbacks are open.