Press "Enter" to skip to content

O cümlədən Mühazirə

11) əhaliyə mülki müdafiə tədbirlərinin öyrədilməsini təşkil etmək, əhalini fərdi və kollektiv müdafiə vasitələri ilə təmin etmək;

Azərbaycan Universiteti İqtisadiyyat və İdarə etmə fakultəsi Maliyyə ixtisasının 114403-cü qrup tələbəsi

İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal al mışdır. Bu ona gö­­rədir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəq­liy­yatda və digər sahələrdə qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır.

Elmi-texniki tərəqqinin (ETT) yüksəlişi, mürəkkəb sistemlərin tətbiqi ilə el­mi-texniki və istehsalat fəaliyyətinin miqyasının geniş lənməsi, onların is­tis­ma­rın­da riskin artması insanların həyat və sağlamlığına, ətraf mühitə və istehsalatın nor­­mal fəaliyyətinə təhlükə yaradırlar.

Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə müasir silahla rın tətbiqi za­­ma­nı istehsalatda insanların həyat fəaliyyətinin və ətraf mühitin mühafizəsini tə­­min etmək biliyi, bacarığı vermək günün vacib məsələsidir.

Mülki müdafiə (MM) insanın ətraf mühitdə təhlükəsizliyi və sağ­­­lamlı­­ğı­nın qorunması haqqında elmdir . O, təhlükəli və zərərli amilləri aşkara çıxar­-ma­lı və eyniləşdirməli, insanın mühafızəsinin metod və vasitələrini, yollarını zə­rər­li və təhlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı, dinc və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini ara­dan qal dırmaq tədbirləri hazırlamalıdır. MM-in müharibə vaxtındakı rolu xü­su­silə böyükdür. Bununla belə qeyd etmək lazımdır ki, əmin- amanlıq dövründə MM-in rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının nəticələri ilə mü­ba­ri­zə­də xeyli artmışdır. Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31-də “Azərbaycan Res­publikasının Mülki Müdafiəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə 73 saylı fərmanı və 1998-ci il aprelin 18-də “Mülki müdafiə haqqında Azərbaycan Res­publikası Qanunu nun tətbiq edilməsi barədə 700 saylı fərmanı imzalanmışdır. Yu­xarıda göstərilənlər bu Əsasnamə və Qanunda öz əksini tapmışdır. Yeni Əsas­na­mə və Qanunda respublikada mülki müdafiənin əsas məqsəd və vəzifələrini habelə döv­lət hakimiyyəti və idarəetmə orqanlarının, ictim ai təşkilatların, eləcə də mə­sul şəxslərin və bütün vətəndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən edil­­­­mişdir

1.Mülki müdafiə xidmətlərinin, qüvvələrinin vəzifələri.

Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrin dən, ştatlı qəza-xi­lasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin na­zirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla xü­susi mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsinə cəlb olunan müxtəlif dəs­tələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.

Mülki müdafiə qüvvələri yerinə yetirdikləri vəzifələrə görə – obyektlərdə ümumi məq sədli mülki mü­da­fiə dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəs tələr), kimyəvi təhlükəli ob­yekt­lər­də isə ixtisaslaşdırılmış dəstələr yaradılır.

Ümumi məqsədli dəstələr zədələmə ocağında xilasetmə işləri aparmaq, təbii fə­lakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tu­tu­lur. Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığ­ma mexanikləşdirilmiş dəstələr (komandalar) – ümumi məqsədli dəstələr sayılır.

Mülki müdafiə xidmət dəstələri – xüsusi təyinatlı dəstələr kəşfıyyat, tibbi yar­dım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. məhz xidmət dəs­tələri sayılır.

Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən isti fadə edən və s.) ix­tisaslaşdırılmış dəstələr yaradılır. Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş dəs­tə­lə­rin bir hissəsi yüksək hazırlıqla sax lanılır (6-8 saat), qalan dəstələr isə gündəlik ha­zır­lıqda olurlar (24 saat).

Rayonun mülki müdafiə qərargahının əsəs vəzifələri. Rayonun icra başçısı MM dəstələrinin işi­nə qərargah və xidmət rəisləri vasitəsilə gündəlik rəhbərlik edir. Qərargah heyətinin sayı konkret şəraitdən asılı olaraq müəyyən edilir. Qə­rar­gah 12-16 nəfərdən ibarət ola bilər: qərargah rəisi, onun müavini, operativ kəş­fiy­yat şöbəsi (rəis və 2-3 köməkçi); döyüş hazırlığı qrupu (rəis və 2-3 köməkçi); mü­hən­dis-texniki və ra diasiyadan mühafizə qrupu (rəis və 1-2 köməkçi); maddi və texniki tə­minat qrupu (rəis ve 1-2 köməkçi). Rayon İcra Başçısı rayon tabeliy ində olan şə­hər­də yerləşirsə, belə hallarda rayonun ve şəhərin bir ləşmiş mülki müdafiə qərargahı ya­radılır, həmçinin rayonun başçısına tabe olan vahid xidmətlər təşkil edilir.

Rayon qərargahının əsas vəzifələri : rayonun mülki müdafiə planını işləyib ha­zır­lamaq və onun yerinə yetirilməsini təşkil etmək; əhalini, xalq təsərrüfatı is­teh­sa­lı­nı qorumaq və zərər çəkmiş şəhərlə rə yardım göstərmək üçün mülki müdafiənin dö­yüş hazırlığını daim təmin etmək; əhaliyə mülki müdafiə siqnalları vasitəsilə xəbər ver­mə k və dəstələrin, xidmətlərin arasıkəsilmədən idarə olunmasını təmin etmək; kəş­fiyyatı təşkil etmək və ona müntəzəm rəhbərlik etm ək; əhalinin və xalq tə­sər­rü­fa­tı istehsalı obyektlərinin nüvə, kimyəvi, bakterioloji və adi silahlardan, sülh ma­hiy­yətli FH-dan mühafizəsinə dair tədbirləri işləyib hazırlamaq və həyata keçirmək; mül­ki müdafiə xidmətləri və dəstələri şəxsi heyətinin hazırlığını təşkil etmək və onun keçirilməsinə nəzarət etmək; rayonun ərazisin də yerləşən obyektlərin mülki mü­dafiə hazırlığına nəzarət etməkdir.

Rayonun (şəhərin) mülki müdafiəsinin vəzifələri. Mülki müdafiə t ədbirlərini, dəs­tələrin hazırlığını və zədələnmiş (zəhərlənmiş) yerlərdə iş görərkən onların düz­gün idarə olunmasını təmin etmək üçün, yerli şəraiti və müvafiq bazanın olmasını nə­zərə alaraq rayon ( şəhər) İcra Hakimiyyətinin qərarı ilə rayon xidmətləri yaradılır.

Rabitə xidmətinin vəzifələri – rayon (şəhər) rabitə təşkilatının bazası əsas ında təşkil olunur. Ra­bitə xidmətinin işçiləri: İcra Hakimiyyətinin nümayəndəsinə, idarələrin, mü­əs­si­sə­lə­rin vəzifəli şəxslərinə və rayonu n bütün əhalisinə fəvqəladə hadisələr təhlükəsi ba­rə­də vaxtında xəbər verir; MM siqnallarının verilməsini təşkil edir, rayonun bütün ob­yektləri ilə rabitə yaradır və onu daim fəaliyyətə hazır saxlayır; rayonun əra­zi­sin­də fəaliyyət göstərən mülki müdafiə qüvvə və vasitələri nin idarə olunmasını təmin edir­lər.

Tibb xidmətinin vəzifələri – tibb müəssisələrinin bazası əsasında yaradılır (xidmətin rəisi – ra­yonun baş həkimidir). Xidmət: müalicə- profilaktika, epidemiya əleyhinə və sa­ni­tariya-gigiyena tədbirlərini həyata keçirir; tibb dəstələrinin ixtisas hazırlığını tə­min edir; zərər çəkmiş, zədələnmə ocağından çıxarılan adamların qəbul edil­mə­si, yerləşdirilməsi və müalicəsi üçün binaları hazırlayır.

2. Mülki müdafiə sahəsində dövlətin vəzifələri

Mülki müdafiə sahəsində dövlətin aşağıdakı vəzifələri vardır:

1) dövlət siyasətini, o cümlədən vahid elmi-texniki siyasəti müəyyən etmək və onu həyata keçirmək;

2) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsinin təmin edilməsinə dair hüquqi və iqtisadi normalar müəyyən etmək, zəruri normativ-hüquqi aktlar qəbul etmək və onların icrasına nəzarət etmək;

3) ölkə və onun ərazi vahidləri üzrə müvafiq proqramlar və planlar qəbul etmək və onların icrasının təmin olunması üçün lazımi tədbirlər həyata keçirmək;

4) mülki müdafiə üzrə zonaları, şəhərlərin qruplarını və təsərrüfat obyektlərinin dərəcələrini müəyyən etmək;

5) mülki müdafiə sisteminə rəhbərlik etmək, mülki müdafiə sisteminin strukturunu, tərkibini, onun iştirakçılarının qarşılıqlı əlaqəsi, maliyyə və maddi-texniki təminatı qaydasını müəyyən etmək, habelə onlara dair məsələləri vaxtında həll etmək;

6) mülki müdafiə üçün dövlət büdcəsindən vəsait ayırmaq və bundan əlavə, mülki müdafiə fondları yaratmaq, bu mənbələrin vəsaitlərindən məqsədi və düzgün istifadə olunmasını təmin etmək;

7) fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı yaratmaq;

8) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində dövlət nəzarətini və ekspertizasını həyata keçirmək;

9) mülki müdafiə üçün kadrların hazırlanmasını təşkil etmək və həyata keçirmək;

10) dinc dövrdə və ya müharibə dövründə fövqəladə hadisələrdən müdafiə olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək;

11) əhaliyə mülki müdafiə tədbirlərinin öyrədilməsini təşkil etmək, əhalini fərdi və kollektiv müdafiə vasitələri ilə təmin etmək;

12) müəssisələrin və digər obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı təmirində və istismarında mülki müdafiə ilə bağlı tələblərə əməl olunmasını təmin etmək;

13) fövqəladə hadisələr zamanı insanların həyat və sağlamlığının qorunması üçün mülki müdafiə obyektlərini daim hazır vəziyyətdə saxlamaq və həmin obyektləri insan həyatı üçün zəruri ləvazimatı toxunulmaz ehtiyatı ilə təmin etmək;

14) fövqəladə hadisələrin nəticələrini proqnozlaşdırmaq və qiymətləndirmək;

15) insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr barəsində əhalini vaxtında xəbərdar etmək, belə hadisələrin nəticələrinə və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə tam və obyektiv məlumat vermək;

16) fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinin və vasitələrinin daim hazır vəziyyətdə saxlanılmasını təmin etmək;

17) həyati əhəmiyyət daşıyan maddi sərvətləri əvvəlcədən tədarük etmək;

18) fövqəladə hadisələr baş vermiş ərazilərdən əhalini köçürmək və onları müvəqqəti yaşayış yerləri ilə təmin etmək, ümdə qəza-xilasetmə işlərini və sanitariya-gigiyena tədbirlərini həyata keçirmək, ictimai asayişin bərpa olunmasına və qorunmasına yardım etmək, bitki və heyvanların xilas edilməsi üçün tədbirlər görmək;

19) fövqəladə hadisələrdən zərər çəkmiş əhalinin sosial müdafiəsi üçün lazımi tədbirlər həyata keçirmək;

20) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək;

21) mülki müdafiə tələblərini pozan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyətə cəlb etmək.

3. Mülki müdafiə sahəsində hüquqi şəxslərin vəzifələri

Mülki müdafiə sahəsində mülkiyyət formasından asılı olmayan hüququ şəxslərin aşağıdakı vəzifələri vardır:

1) iqtisadi və sosial inkişaf proqramlarında mülki müdafiə sahəsində zəruri tədbirləri nəzərdə tutmaq və həyata keçirmək;

2) işçilərin (təhsil alan şəxslərin) fövqəladə hadisələrdən müdafiəsi üzrə tədbirləri maliyyələşdirmək;

3) fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı yaratmaq;

4) fövqəladə hadisələr haqqında yerli xəbərdarlıq sistemini yaratmaq və onu daim saz vəziyyətdə saxlamaq;

5) işçiləri (təhsil alan şəxsləri), habelə bilavasitə yaxınlıqda yerləşən ərazidə yaşayanları, baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində xəbərdar etmək, insanları təhlükəsiz yerə köçürmək;

6) mülki müdafiə planlarına uyğun olaraq mövcud qüvvə və texnika ilə ilkin qəza-xilasetmə işlərini təşkil etmək və həyata keçirmək.

Hüquqi şəxslərin mülki müdafiə tədbirlərində iştirakı, fövqəladə hadisələrdən müdafiə olunma vasitələri ilə onların təminatı qaydasını, formasını və şərtlərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Ədəbiyyat siyahısı.

1.H.O.Ocaqov”Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi”

Nəşriyyat: Çaşıoğlu, Bakı. 2002.

2.H.O.Ocaqov” Mülki müdafiə”

Nəşriyyat: Maarif, Bakı. 1997.

3. E.A.Suxanov.” Mülki müdafiə”

Nəşriyyat: Qanun, Bakı, 1999.

Do’stlaringiz bilan baham:

Ma’lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2023
ma’muriyatiga murojaat qiling

O cümlədən Mühazirə

2. Ocaqov H.O. Fövqəladə hallarda iqtisadiyyat obyektlərinin dayanıqlığı /dərs
vəsaiti. Bakı, 2005.
3. Ocaqov H.O., Danyalov Ş.D. Həyat fəaliyyətinin təhlükəsizliyinin nəzəri əsasları
/dərs vəsaiti. Bakı, 2008.
4. Ocaqov H.O.Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki müdafiə)
/dərs vəsaiti. Bakı, 2010.
5. Maksimov M.T.,Ocaqov H.O. Radioaktiv çirklənmələr və onların ölçülməsi. Bakı,
1989.
6. Ocaqov H.O. Həyat fəaliyyətinin təhlükəsizliyi. Bakı, 2000.
7. Ocaqov H.O. Fövqəladə halların nəticələrinin aradan qaldırılması. Bakı, 2009.
8. Ocaqov H.O., Hacımətov Q.N. Fövqəladə halların monitorinqi və proqnozu
/dəslik. Bakı, 2005.
9. АтаманюкВ.О., Шичшев А.К., Акимов Н.И. Гражданская оборона Учебник.
М.1989 г.
10. Бобов С.А., Юртушкин В.И. Чрезвычайные ситуации: защита населения и
территорий / учебное пособие. М. 2000г.
11.Локтионов Н.И., и др. Безопасность в чрезвычайных ситуациях / учебник М.
2000г.
12.Фадеев М.И. Защита населения и территорий в чрезвычайных ситуациях.
Калуга, 2001г.

Kafedrasi

1. TEMATİK-METODİK GÖSTƏRİŞLƏR
Azərbaycan Respublikasının bəzi ali məktəblərində (texniki ali məktəblərində) həyat fəaliyyətinin təhlükəsizliyi ilə əlaqədar “Mülki müdafiə” fənni ayrı-ayrı tədris edildiyi üçün onların proqramı da müxtəlifdir, proqramlarda çoxlu təkrarlanmalara yol verilir. Humanitar və pedaqoji ali məktəblərdə isə insanların gündəlik fəaliyyətində (işdə, məişətdə və s.) qarşılaşdıqları adi təhlükə hallarından (səs-küydən, tozdan, cərəyandan, qazdan və sairə) mühafizə tədbirləri tədris edilmir. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci tarixli 1182 saylı Fərmanına əsasən Fövqəladə Hallar Nazirliyinin yaradılması və həyat fəaliyyətinin təhlükəsizliyi ilə əlaqədar məsələlərin Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi, ali məktəblərdə “Mülki müdafiə” fənninin tədrisi məsələlərinə yenidən baxılması gündəmə gəlir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.09.1998-ci il tarixli 193 saylı qərarına görə:

– Dövlət və qeyri-dövlət təhsil müəssisələrində şagirdlərin, tələbələrin və dinləyicilərin “Mülki müdafiə” hazırlığı proqramı, mövzuları və tədris saatlarının miqdarı müvafiq nazirlik, dövlət komitələri, baş idarələr, təhsil müəssisələri tərəfindən yerli xüsusiyyətlər nəzərə alınmaqla işlənib hazırlanır və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılır.

-“Mülki müdafiə” – ali məktəblərdə əyani və qiyabi şöbələrinin bütün tələbələrinə öyrədilməsi məcburi olan fənn sayılır və tədris planına xüsusi fənn kimi daxil edilir.

– Ali məktəblərin tələbələrinə “Mülki müdafiə” fənni qüvvədə olan proqrama müvafiq tədris edilir.

– Tələbələrə “Mülki müdafiə” fənninin öyrədilməsi üzrə əsas vəzifələr aşağıdakılardır:

– Sülh və müharibə dövründəki fövqəladə hallarda fəaliyyət göstərmək və ali məktəblərdə aldıqları ixtisasa müvafiq olaraq, obyektlərin sabit işinin təmin edilməsi üsullarını öyrənmək;

– Tibbi biliklərin əsasına yiyələnmək və fövqəladə hallarda da əməli olaraq ilkin tibbi yardım göstərməyi bacarmaq;

– Ümumtəhsil məktəblərinin 1, 5, 6 siniflərində “Mülki müdafiə” və “Tibbi-sanitariya hazırlığı” üzrə məşğələlər aparmağı bacarmaq.
“Mülki müdafiə” fənni imtahan verməklə qurtarır.
Mülki müdafiə” fənnin öyrənilməsində tələbələr aşağıdakıları bilməlidir:
– fövqəladə hallar, onların baş vermə səbəblərini;

– fövqəladə hadisələrin xəbərdar edilməsinin növləri və vasitələri;

– davranış qaydalarının əhaliyə çatdırılması üsulları və yolları;

– fövqəladə hallarda əhalinin mühafizəsinin prinsipləri və üsulları;

– fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirləri;

– zədələnmə ocaqlarında qəza-xilasetmə və digər təxirə salınmaz işləri;

– fövqəladə hallarda iqtisadiyyat obyektlərinin iş dayanıqlığının təmin edilməsi

yollarıni və üsullarını;

– istehsalat sahəsində həyat fəaliyyətinin təhlükəsizliyinin təminini;

– istehsalat sahələrində insanlar üçün təhlükə törədən amilləri;

– istehsalat sahələrində bədbəxt hadisələrin araşdırılmasını və təhlilini;

– zədələnmiş insanlara ilk tibbi yardımın göstərilməsini.

Bacarmalıdır:
– ehtimal olunan fəlakət barədə əhalinin xəbərdar edilməsinin təşkili;

– əhalinin fövqəladə hallarda mübarizəyə və mühafizəyə hazırlanmasını;

– fövqəladə halların nəticələrinin aradan qaldırılması işlərinin ardıcıllığının təşkilini;

– zədələnmiş insanlara ilk tibbi yardım göstərilməsini;

– fövqəladə hallarda tibb xidmətinin təşkil edilməsini;

– istehsalat sahələrində bədbəxt hadisələrin araşdırılmasını və aktın tərtib edilməsini;

– istehsalat sahələrində təlimatların aparılmasını;

– istehsalat sahələrində işçilər üçün təhlükə törədən amillərin aradan qaldırılması

tədbirlərinin həyata keçirilməsini;

– istehsalat qəzalarının və fəlakətlərin proqnozlaşdırılmasını.

Mövzu 1. Fövqəlada hallar və onların xarakteristikası.
Fövqəlada halların təsnifatı, onların yaranma səbəbləri, anlıayışı və təyini.Təbii xarakterli fövqəlada halların qısa xarakteristikaları, onların əhaliyə və obyektlərə təsiri. Texnogen xarakterli fövqəlada hallar, onların baş vermə səbəbləri, istehsalat qəzaları və fəlakətlər, onların xarakteristikaları və nəticələri. Respublikamızın ərazisində baş verə biləcək təbii və texnogen xarakterli fövqəlada hallar (zəlzələ, daşqın, sellər, yanğın, torpaq sürüşmələri və s.), onların nəticələri.

Hərbi xarakterli Fövqəlada hallar, onların əhaliyə və obyektlərə təsiri. Nüvə partlayışının zədələyici amilləri, onların insanlara, bina və qurğulara təsiri, dağılma zonaları, binaların, qurğuların, avadanlıqların dağılma dərəcəsi. İşıq şualanması, yaşayış məntəqələrində, obyektlərdə, meşələrdə yanğınların baş verməsi. Nüfuzedici radiasiya, şualanma dərəcəsi, şua xəstəlikləri. Radioaktiv zəhərlənmə zonaları, radioaktiv zəhərlənmənin nəticələri. İonlaşdırıcı şüalanmaların və elektromaqnit impulsunun insan orqanizminə, elektron və elektrik cihazlarına, avadanlığa təsiri.

Kimyəvi zədələnmə ocağı, xarakteristikası, kimya təhlükəli obyektlərdə qəzalar və onların nəticələri, kimyəvi və bioloji zədələnmə, zəhərləyici və güclü təsirli zəhərli maddələr, onların insan orqanizminə təsiri. Bioloji zədələnmə ocağı, xarakteristikası, karantin və observasiya rejimləri.

Mövzu 2. FH-da fəaliyyət göstərən Dövlət Sisteminin rolu və vəzifələri.

Fövqəlada hallarda mülki müdafiənin rolu və vəzifələri, ümumi məqsədli

xidmətləri, qüvvələri, konsepsiyanın əsas məsələləri. Fövqəlada hallarda fəaliyyət göstərən Dövlət sistemi, onun vəzifələri.
Mövzu 3. Fövqəlada hallarda yaranmış şəraitin qiymətləndirilməsi.
Radiasiya, kimya, mühəndis və yanğın şəraiti haqqında anlayış, kəşfiyyatın

məlumatlarına görə həqiqi radiasiya şəraitinin qiymətləndirilməsi. Ehtimal olunan

Kimyəvi şəraitinin proqnozlaşdırılması və kəşfiyyatın məlumatlarına görə qiymətləndirilməsi. Radiasiya və kimyəvi şəraitin qiymətləndirilməsinə aid səciyyəvi məsələlərin həlli.

Nüvə partlayışından sonra radiasiya səviyyəsinin eyni vaxta gətirilməsi. Radiaktiv maddələrlə zədələnmiş ərazidə fəaliyyət zamanı mümkün şüalanma dozasının təyin edilməsi. Zədələnmiş ərazidə insanların təhlükəsiz qalma müddətinin təyini. Fəhlələrin, qulluqçuların, əhalinin və dəstələrin şəxsi heyətinin təyini. Kimyəvi zədələnmə ocağının sərhəddinin, zədələnmə zonalarının sahələrinin, zəhərləyici maddələrin növünün təyin edilməsi. Yerdə və texnikada zəhərləyici maddələrin dayanıqlığının təyini. Zəhərlənmiş havanın yayılma məsafəsinin təyini. Fəhlə və qulluqçuların mühafizə vasitələrində qalma müddətinin təyini. Obyektin (bina, qurğu, kommunikasiya və s.) elementlərinin dağılma dərəcəsinin təyini. Zədələnmə ocaqlarında yanğınların sərhədlərinin təyini. Radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təsnifatı və iş prinsipləri. İonlaşdırıcı şüalanmaların aşkar edilməsi və ölçülməsi üsulları. Radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazlarının əsas xarakteristikaları və onlardan istifadə edilmə qaydaları. Dozanın gücünü və şualanma dozasını ölçən cihazlar: İMD-21 DP-64, DP-22V, İD-1, DP-5A (B, V), DP-24 və Qoşun kimyəvi kəşfiyat cihazı, xarakteristikaları, istifadə qaydaları, təyinatı və quruluşu.
Mövzu 4. Fövqəlada hallarda əhalinin mühafizəsinin əsas prinsipləri və

üsulları.
Fövqəlada hallarda əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları. Əhalinin köçürülməsi. Mülki müdafiənin mühafizə qurğuları, onların təyinatı, təsnifatı. Radiasiya daldalanacaqları, onların həcmi – planlaşdırma, konstruktiv həlli, mühəndis – texniki avadanlıqlar. Sadə daldalanacaqlar. Mühafizə qurğularının sülh dövründə saxlanması və istifadə edilməsi. Fövqəlada hallarda fərdi mühafizə vasitələrindən istifadə edilməsi, onların təsnifatı, tənəffüs üzvlərinin və dərinin mühafizə vasitələri, tibbi mühafizə vasitələri, yardımçı vasitələr, fövqəlada hallarda obyektlərin iş fəaliyyətinin və əhalinin mühafizə rejimləri. Dozimetrik və kimyəvi nəzarətin təşkili.

Mövzu 5. Fövqəlada hallarda iqdisati obyektlərin işinin dayanıqlığı.
Fövqəlada hallarda obyektlərin iş dayanıqlığı haqqında anlayış, onun mahiyyəti və ona təsir edən amillər. Mülki müdafiənin mühəndis – texniki tədbirlərinin layihələndirilməsi normaları və onların həyata keçirilməsi. Fövqəladə hallar zamanı obyektlərin işinin dayanıqlığının və dayanıqlıq dərəcəsinin qiymətləndirilməsi. Fövqəladə hallarda obyektlərin iş qabiliyyətinin yüksəldilməsi yolları və üsulları.
Mövzu 6. Fövqəlada halların nəticələrinin aradan qaldırılması.

Fövqəlada halların nəticələrinin aradan qaldırılmasının nəzəri əsasları, bərpa işlərinin növləri. Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə işlərin növbəliliyi, ardıcıllığı və mərhələlərlə aparılması, cəlb edilən qüvvə və vasitələr. Xilasetə və digər təxirəsalınmaz işlərin (X və DTİ) məqsədi, tərkibi və icrasının xüsusiyyətləri, X və DTİ aparılmasının taktiki üsulları, istehsalat qəzaları və fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün qüvvə və vasitələrin qruplaşdırılması. X və DTİ mənəvi və psixoloji hazırlığı.

Zərərsizləşdirmənin növləri, zərərsizləşdirici vasitələr və üsullar, tam və qismən sanitariya təmizlənməsi. Ərzaq və sənaye mallarının mühafizəsi və zərərsizləşdirilməsi.
Mövzu 7. Fövqəlada hallarda rabitə, xəbərdarlığın təşkili və həyat

fəaliyyətinin təhlükəsizliyinin təmini.
Fövqəlada hallar zamanı idarəetmə və idarəetmə məntəqələri, onların təyinatı və yerləşdirilməsi, idarəetmənin növləri, mülki müdafiə rabitə və xəbərdarlıq sisteminin vəzifələri, təşkili prinsipləri və rabitə xəbərdarlıq vasitələri. Obyektlərdə, şəhərlərdə (rayonlarda) rabitə və xəbərdarlığın təşkili. Xəbərdarlıq siqnallarının verilmə qaydaları və vasitələri, əhalinin idarəetmə orqanlarının, qüvvələrin fövqəladə hallara hazırlığı.

Mövzu 8. Fövqəlada hadisələrdən mühafizə sahəsində əhalinin

hazırlanmasının əsasları.

Fövqəladə hadisələrdən mühafizə sahəsində əhalinin hazırlanması mülki müdafiənin (FHN) əsas vəzifələrindən biridir. İdarəetmə orqanlarının və qüvvələrinin fövqəladə hallara hazırlığı. Əhaliyə Mülki müdafiənin öyrədilməsinin (tədrisin) təşkili və planlaşdırılması. İşləyən və işləməyən əhaliyə mülki müdafiə biliklərinin öyrədilməsi. Obyektdə Mülki müdafiə üzrə hazırlıq planlarının tərtibi. Obyektdə mülki müdafiə rəhbərinin əmri, tədris ilində Mülki müdafiə üzrə tədbirlərinin təqvim planlarının tərtibi. Mülki müdafiə dəstələrinin hazırlanmasında əsas məqsəd və vəzifələr. Mülki müdafiənin təlimlərinin prinsipləri, metod və formaları. Seminar.

Mövzuların, mühazirə, məşğələ və seminar növləri üzrə

tədris saatlarının paylanması.

Comments are closed, but trackbacks and pingbacks are open.