Press "Enter" to skip to content

Mülki müdafi v tibbi biliklrin sası

4) mülki müdafiə üzrə zonaları, şəhərlərin qruplarını və təsərrüfat obyektlərinin dərəcələrini müəyyən etmək;

1 Mart – Ümumdünya Mülki Müdafiə Günüdür

Bakı, 1 mart (AZƏRTAC). 1 Mart – Ümumdünya Mülki Müdafiə Günüdür.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir.

Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olmuşdur. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Bu ilin mövzusu “Mülki Müdafiə sistemində qadınların rolu və fəaliyyəti” ilə əlaqədardır.

Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.

Qeyd edək ki, silahlı qüvvələrdə ilk dəfə belə imkan I dünya müharibəsi zamanı (1914-18 illər) yaranmışdır. Almanlar ilk dəfə olaraq döyüş şəraitində aviasiya tətbiq etmişlər və bu amil böyük şəhərlərin hava zərbələrindən müdafiəsi zəruriliyini yaratmışdır. Qoşunlarla bərabər bu prosesə mülki əhali də cəlb olunmağa başlanılmışdır.

1 mart Ümumdünya Mülki Müdafiə Günü, onun vəzifələri və məqsədi 1931-ci ilin mayında tibb xidmət generalı, fransız Corc Sent Pol Parisdə “Cenevrə regionu assosisasiyası” təşkilatını yaratmışdır. Sonralar Ümumdünya Mülki Müdafiə təşkilatına (ÜMMT) çevrilmişdir.

Hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildir. Azərbaycan 1993-cü ildən ÜMMT-nin üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.

Təşkilatın vəzifələri həm müasir mühəribələrin, həm də əmin–amanlıq dövründəki güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin ehtimal olunan xarakterindən irəli gəlir. Belə ki, əhalinin mühafizəsi – Mülki Müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə adamların mühafizə qurğularında daldalandırılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.

Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.

Mülki müdafi v tibbi biliklrin sası

Bu Qanun Azərbaycan Respublikasında mülki müdafiənin hüquqi əsasını və prinsiplərini müəyyən edir, mülki müdafiə sahəsində ictimai münasibətləri nizama salır.

Maddə 1. Əsas anlayışlar
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

1) mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir;

2) mülki müdafiə sistemi — mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur;

3) fövqəladə hadisə — insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir;

4) fövqəladə hadisələrin qarşısının alınması — fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunması, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir;

5) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması — insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza-xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir.

Maddə 2. Mülki müdafiə haqqınnda qanunvericilik

Mülki müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Mülki müdafiənin təşkil edilmə prinsipləri

Azərbaycan Respublikasında mülki müdafiə ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir:

1) ərazi prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi);

2) fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında mülki müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirmiş şəkildə həyata keçirilməsi);

3) kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması);

4) daimi hazırlıq prinsipi (Azərbaycan Respublikasının mülki müdafiə sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması);

5) dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verməsi);

6) qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində iştirak edən Azərbaycan Respublikasının dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi).

Maddə 4. Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi

Mülki müdafiə məsələlərinin həll edilməsi mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə təmin olunur.

Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının ərazisinin, onun ayrı-ayrı bölgələrinin, şəhərlərin, digər yaşayış məntəqələrinin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji və iqtisadi əhəmiyyəti, təbii və digər xüsusiyyətləri nəzərə alınmaqla müvafiq normativ sənədlərdə və planlarda nəzərdə tutulur.

Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilir və bu ərazədə olan bütün insanları əhatə edir.

Mülki müdafiə tədbirlərinin həcmi və məzmunu mövcud qüvvə və vasitələrin yetərli olması, onlardan maksimum və səmərəli istifadə edilməsi əsasında müəyyən edilir.

Mülki müdafiə tədbirlərinin planlaşdırılmasına və həyata keçirilməsinə fərqli yanaşmaq, ərazinin və əhalinin fövqəladə hadisələrdən səmərəli müdafiəsini təmin etmək məqsədilə mülki müdafiə üzrə Azərbaycan Respublikasının ərazisi zonalara, şəhərləri qruplara, təsərrüfat obyektləri isə dərəcələrə bölünür.

Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydası, mülki müdafiə üzrə zonalar, şəhərlərin qrupları və təsərrüfat obyektlərinin dərəcələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 5. Mülki müdafiənin məqsədi
Mülki müdafiənin məqsədi aşağıdakılardır:
1) fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi;
2) fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması;

3) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması.

Maddə 6. Mülki müdafiə sahəsində dövlətin vəzifələri
Mülki müdafiə sahəsində dövlətin aşağıdakı vəzifələri vardır:
1) dövlət siyasətini, o cümlədən vahid elmi-texniki siyasəti müəyyən etmək və onu həyata keçirmək;

2) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsinin təmin edilməsinə dair hüquqi və iqtisadi normalar müəyyən etmək, zəruri normativ-hüquqi aktlar qəbul etmək və onların icrasına nəzarət etmək;

3) ölkə və onun ərazi vahidləri üzrə müvafiq proqramlar və planlar qəbul etmək və onların icrasının təmin olunması üçün lazımi tədbirlər həyata keçirmək;

4) mülki müdafiə üzrə zonaları, şəhərlərin qruplarını və təsərrüfat obyektlərinin dərəcələrini müəyyən etmək;

5) mülki müdafiə sisteminə rəhbərlik etmək, mülki müdafiə sisteminin strukturunu, tərkibini, onun iştirakçılarının qarşılıqlı əlaqəsi, maliyyə və maddi-texniki təminatı qaydasını müəyyən etmək, habelə onlara dair məsələləri vaxtında həll etmək;

6) mülki müdafiə üçün dövlət büdcəsindən və yerli büdcələrdən vəsait ayırmaq və bundan əlavə, mülki müdafiə fondları yaratmaq, bu mənbələrin vəsaitlərindən məqsədi və düzgün istifadə olunmasını təmin etmək;

7) fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı yaratmaq;

8) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində dövlət nəzarətini və ekspertizasını həyata keçirmək;

9) mülki müdafiə üçün kadrların hazırlanmasını təşkil etmək və həyata keçirmək;

10) dinc dövrdə və ya müharibə dövründə fövqəladə hadisələrdən müdafiə olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək;

11) əhaliyə mülki müdafiə tədbirlərinin öyrədilməsini təşkil etmək, əhalini fərdi və kollektiv müdafiə vasitələri ilə təmin etmək;

12) müəssisələrin və digər obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı təmirində və istismarında mülki müdafiə ilə bağlı tələblərə əməl olunmasını təmin etmək;

13) fövqəladə hadisələr zamanı insanların həyat və sağlamlığının qorunması üçün mülki müdafiə obyektlərini daim hazır vəziyyətdə saxlamaq və həmin obyektləri insan həyatı üçün zəruri ləvazimatı toxunulmaz ehtiyatı ilə təmin etmək;

14) fövqəladə hadisələrin nəticələrini proqnozlaşdırmaq və qiymətləndirmək;

15) insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr barəsində əhalini vaxtında xəbərdar etmək, belə hadisələrin nəticələrinə və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə tam və obyektiv məlumat vermək;

16) fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinin və vasitələrinin daim hazır vəziyyətdə saxlanılmasını təmin etmək;

17) həyati əhəmiyyət daşıyan maddi sərvətləri əvvəlcədən tədarük etmək;

18) fövqəladə hadisələr baş vermiş ərazilərdən əhalini köçürmək və onları müvəqqəti yaşayış yerləri ilə təmin etmək, ümdə qəza-xilasetmə işlərini və sanitariya-gigiyena tədbirlərini həyata keçirmək, ictimai asayişin bərpa olunmasına və qorunmasına yardım etmək, bitki və heyvanların xilas edilməsi üçün tədbirlər görmək;

19) fövqəladə hadisələrdən zərər çəkmiş əhalinin sosial müdafiəsi üçün lazımi tədbirlər həyata keçirmək;

20) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək;

21) mülki müdafiə tələblərini pozan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyətə cəlb etmək.

Maddə 7. Mülki müdafiə sahəsində hüquqi şəxslərin vəzifələri

Mülki müdafiə sahəsində mülkiyyət formasından asılı olmayan hüququ şəxslərin aşağıdakı vəzifələri vardır:

1) iqtisadi və sosial inkişaf proqramlarında mülki müdafiə sahəsində zəruri tədbirləri nəzərdə tutmaq və həyata keçirmək;

2) işçilərin (təhsil alan şəxslərin) fövqəladə hadisələrdən müdafiəsi üzrə tədbirləri maliyyələşdirmək;

3) fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı yaratmaq;

4) fövqəladə hadisələr haqqında yerli xəbərdarlıq sistemini yaratmaq və onu daim saz vəziyyətdə saxlamaq;

5) işçiləri (təhsil alan şəxsləri), habelə bilavasitə yaxınlıqda yerləşən ərazidə yaşayanları, baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində xəbərdar etmək, insanları təhlükəsiz yerə köçürmək;

6) mülki müdafiə planlarına uyğun olaraq mövcud qüvvə və texnika ilə ilkin qəza-xilasetmə işlərini təşkil etmək və həyata keçirmək.

Hüquqi şəxslərin mülki müdafiə tədbirlərində iştirakı, fövqəladə hadisələrdən müdafiə olunma vasitələri ilə onların təminatı qaydasını, formasını və şərtlərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 8. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı vəzifələri vardır:
1) mülki müdafiə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etmək;
2) fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bacarmaq;
3) fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və bilmək;
4) fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək;
5) ilk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi bacarmaq;
6) mülki müdafiə işarələrini bilmək və onlara uyğun hərəkət etmək;

7) baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində müvafiq dövlət orqanlarına və qonşulara məlumat vermək;

8) mülki müdafiə sahəsində onlara tapşırılmış vəzifələri vicdanla yerinə yetirmək.

Maddə 9. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının hüquqları
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı hüquqları vardır:

1) fövqəladə hadisələr baş vermiş ərazilərdə zəruri təhlükəsizlik tədbirləri haqqında tam və obyektiv məlumat almaq;

2) fövqəladə hadisələr baş vermiş ərazilərdə fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etmək;

3) fövqəladə hadisələrin qarşısının alınmasında və nəticələrinin aradan qaldırmasında müəyyən olunmuş qaydada iştirak etmək;

4) mülki müdafiə məsələləri ilə bağlı müvafiq dövlət orqanlarına şəxsən müraciət etmək və ya yazılı təkliflər vermək;

5) fövqəladə hadisələr nəticəsində səhhətinə və əmlakına dəymiş ziyana uyğun ödənclər almaq;
6) fövqəladə hadisələr baş vermiş ərazilərdə yaşamağa və işləməyə görə müavinətlər almaq.

Bu maddənin birinci hissəsinin 6-cı bəndində nəzərdə tutulan müavinətlərin növləri və məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 10. Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması

Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Fövqəladə hadisələr zamanı davranış qaydaları əhaliyə iş və ya yaşayış yeri üzrə, habelə tədris müəssisələrində öyrədilir.

Mülki müdafiə sisteminin, həmçinin hüquqi şəxslərin rəhbər və mütəxəssislərinin hazırlanması ali və orta ixtisas tədris müəssisələrində, ixtisas artırma müəssisələrində, xüsusi təlim kurslarında və bilavasitə iş yeri üzrə həyata keçirilir.

Maddə 11. Əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində biliklərin təbliği

Əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində biliklərin təbliği mülki müdafiə sisteminə daxil olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində biliklərin təbliği üçün kütləvi informasiya vasitələrindən istifadə edilə bilər.

Maddə 12. Mülki müdafiə qüvvələrinin şəxsi heyəti

Mülki müdafiə qüvvələrinin şəxsi heyəti hərbi qulluqçulardan, qulluqçulardan və fəhlələrdən ibarətdir.

Mülki müdafiə qüvvələrinin hərbi qulluqçularla komplektləşdirilməsi Azərbaycan Respublikasının hərbi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Mülki müdafiə qüvvələrinin hərbi qulluqçuları «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər hərbi qanunvericilik aktlarına uyğun olaraq bu Qanunla müəyyən edilmiş vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla hərbi xidmət keçirlər.

Mülki müdafiə qüvvələrinin şəxsi heyətinə daxil olan qulluqçuların və fəhlələrin xidmət və əmək fəaliyyəti Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Mülki müdafiə qüvvələrinin ştat sayını, mülki müdafiə qüvvələrinin şəxsi heyəti üçün geyim formasını və fərqlənmə nişanlarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 13. Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin hüquqi və sosial müdafiəsi üçün təminatlar

Azərbaycan Respublikasının qanunvericiliyi ilə hərbi qulluqçular üçün müəyyən edilmiş hüquqi və sosial müdafiə təminatları, habelə güzəştlər mülki müdafiə qüvvələrinin hərbi qulluqçularına da şamil olunur.

Əmək şəraiti zərərli və təhlükəli olan təsərrüfat obyektlərinin işçiləri üçün mövcud qanunvericiliklə müəyyən edilmiş hüquqi və sosial müdafiə təminatları və güzəştlər mülki müdafiə qüvvələrinin həmin müəssisələrin və obyektlərin mülki müdafiəsini həyata keçirən şəxsi heyətinə də şamil edilir.

Maddə 14. Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin əməyinin ödənilməsi

Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin əməyinin ödənilməsi şərtləri və qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Mülki müdafiə qüvvələrinin şəxsi heyəti üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş ödənişlərdən əlavə ödənişlər nəzərdə tutula bilər.

Maddə 15. Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin dövlət icbari şəxsi sığortası

Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin dövlət icbari şəxsi sığortası «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin öz vəzifələrini icra etməsi ilə əlaqədar onun əmlakına dəyən ziyan, sonradan bu məbləğ təqsirli şəxslərdən tutulmaqla dövlət büdcəsinin hesabına tam həcmdə ödənilir.

Maddə 16. Mülki müdafiənin əmlakı

Mülki müdafiənin əmlakı ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan daşınar və daşınmaz əmlakdan ibarətdir.

Mülki müdafiə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara və normalara uyğun olaraq dövlət büdcəsi və yerli büdcələrin vəsaiti hesabına zəruri avadanlıq və rabitə sistemləri ilə təchiz edilmiş binalarla, qurğularla və başqa əmlakla təmin edilməlidir.

Maddə 17. Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması sahəsində tədbirlərin maliyyələşdirilməsi

Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması sahəsində tədbirlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, fövqəladə hadisənin baş verdiyi ərazidə yerləşən hüquqi şəxslərin, dövlət və yerli büdcələrin (xərclərin), sığorta fondlarının vəsaitləri və digər mənbələr hesabına maliyyələşdirilir.

Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması üçün bu maddənin birinci hissəsində nəzərdə tutulan vəsaitlər kifayət etmədikdə, Azərbaycan Respublikasının dövlət büdcəsinin ehtiyat fondundan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada vəsait ayrılır.

Maddə 17-1. Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin səbəb və nəticələrinin aradan qaldırılması üzrə aparılan işlərin maliyyələşdirilməsi

Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin səbəb və nəticələrinin aradan qaldırılması üzrə aparılan işlərin maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilir.

Maddə 18. Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatının yaradılması

Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı fövqəladə hadisələr baş verəcəyi halda zəruri vəsaitləri dərhal cəlb etmək məqsədilə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən əvvəlcədən yaradılır.

Bu maddənin birinci hissəsində nəzərdə tutulan ehtiyatların yaradılması və onlardan istifadə olunması, habelə istifadə olunmuş ehtiyatların yerinin doldurulması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 19. Mülki müdafiə sahəsində maddi-texniki təminat

Mülki müdafiə sahəsində maddi-texniki təminat Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada və normalar üzrə maddi-texniki və hərbi təchizat sistemi vasitəsilə həyata keçirilir.

Maddə 20. Mülki müdafiə sahəsində fəaliyyətin qanuniliyinə nəzarət

Mülki müdafiə sahəsində fəaliyyətin qanuniliyinə, obyekt, qüvvə və vəsaitlərdən səmərəli və təyinatı üzrə istifadə edilməsinə idarə nəzarətini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Mülki müdafiə sahəsində qanunların eyni cür və dürüst icra və tətbiq olunmasına Azərbaycan Respublikasının Baş Prokuroru və ona tabe olan prokurorlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada nəzarət edirlər.

Maddə 21. Vəzifəli şəxslərin və vətəndaşların məsuliyyəti

Bu Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 30 dekabr 1997-ci il.
«Azərbaycan» qəzetində dərc edilmişdir (21 aprel 1998-ci il, № 88).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 1998-ci il, № 4, maddə 222).

9 mart 2004-cü il tarixli, 603-IIQD nömrəli; 4 mart 2005-ci il tarixli, 856-IIQD nömrəli; 21 oktyabr 2005-ci il tarixli, 1030-IIQD nömrəli qanunlara əsasən əlavələr və dəyişikliklərlə .

Bel ağrıları 5 ciddi xəstəliyin səbəbi ola bilər

Bel ağrıları 5 ciddi xəstəliyin səbəbi ola bilər
Bel ağrıları onurğanın otra hissəsindən bir qədər yuxarı və aşağı hissəni əhatə etməklə sinirlərin qidalandırdığı nahiyələri əhatə edir.Aparılan geniş araşdırmlar beldə baş verən ağrıların Yer kürəsi əhalisinin 8%-də olduğu qeyd edilir.Bel ağrılarının bel hissəsinin əzələlərində və sinirlərdə olması xəstələrin hərəkətinə mənfi təsir etməklə onların hərəkətlərini çətinləşdirir.Mütəxəssislər bel ağrılarının 5 xəstəliyin əlaməti olduğunu söyləyirlər.
1 Oateoxondroz və osteoporoz
Osteoxondroz kişi və qadınlarda orta yaşdan sonra baş verir,osteoparoz isə qadınlarrda baş verən xəstəlikdir.Oteoparoz zamanı sümük daxilində xırda sınmalar baş verir.Bu zaman sümük toxuması öz keyfiyyətini itirir.Osteoparoza sümük əriməsi də deyilir.Bu xəstəlik qadınların boyunun qısalmasına səbəb olur.Bu xəstliklər beldə ağrılara səbəb olur.Osteoxondroz və osteoparoz beldə yorğunluq,ağrı və narahatçılıq hissinin olması ilə xəstələri narahat edir.
2 Skalyoz
Skalyoz səbəbli meydana çıxan bel ağrılarına hər yaş dövründə rast gəlinir.Skalyoza diaqnoz ən çox uşaq yaşlarında qoyulur.Xəstəlik özünü bel ağrıları il bərabər onurğanın əyilməsi ilə biruzə verir.Skalyozun ağırlaşmaması üçün uşaqlarda bel ağrısı şikayətləri olduğu zaman mütləq həkimə müraciət etmək lazımdır.
3 Mialgiya
Mialgiyaya ən çox qadınlar arasında rast gəlinir.Xəstələri şikaytləri səhərlər yuxudan dfurduqları zaman bel nahiyəsində meydana çıxan ağrılardan olur.Mialgiya zamanı xəstələr tez yorulmadan,eyni vəziyyətdə uzun müddət duran zaman beldə əmələ gələn narahatçılıq hissiodən olur.Bu hisslər adətən qadınlarda stresdən,yorğunluqdan və bel hissəsinə soyuq hava dəydikdə olur.
4 Onurğada yırtıq
Onurğanın boyun və bel nahiyələrində olan yırtıqlar da beldə ağrılara səbəb ola bilir.Boyun yırtığı səbəbli əmələ gələn ağrıların şiddəti boyun hissədə başa qədər qalxa bilir.Onurğanın aşağı hissələrində olan yırtıqlar isə ağrıları aşağı ətraflara doğru yayır.Bu ağrıların xüsusiyyəti yuxarı və aşağı ətraflara irradiasiya etməsidir.
5 Əzələ ağrısı
Bu cür ağrılara ən çox cavan və otra yaşlı adamlarda meydana çıxır.Ağrılar ən çox uzun müddət eyni vəziyyətdə oturan adamlarda baş verir(saatlarla kompyuter arxasında oturub işləyən).Bu zaman baş verən ağrının xüsusiyyəti əzələyə barmaqla basdıqda ağrı sindromunun olmasıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.