Press "Enter" to skip to content

Mülki müdafiə və tibbi biliklərin əsasları 2006

Аzərbаycаn Dillər Univеrsitеti (ADU) təhsil müəssisəsində bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib.

SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi

G&I Training Acadmy Əlavə Təhsil Mərkəzi yerli qanunuvericiliyin tələbləri əsasında Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi mövzusunda təlim təklif edir.

Təlimin məqsədi: Dinləyiciləri (iştirakçıları) Azərbaycan Respublikası Mülki Müdafiə haqqında qanun, norma və qaydalarını, və Azərbaycan Respublikası Əmək Məcəlləsi 215 və 219-cu maddəsi və əsasən müəssisədə mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydas, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar, qaydalar, digər normativlər və standartlar haqqında məlumatlandırma.

Təlim kimlər üçün nəzərdə tutulub: İşəgötürən, Əməyin Mühafizəsi işlərinin təşkili üzrə məsul şəxslər, İnsan Resursları üzrə mütəxəssis və bu sahədə biliklərə sahib olmaq istəyən hər kəs.

Təlim kursunu bitirdikdən sonra dinləyicilər Müəssisədə fövdəladə hallar və mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydası necə aparılmasını öyrədiləcəkdir.

Mövzu başlığı:

  • Fövqəlada hallarda mülki müdafiənin rolu və vəzifələri
  • Fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri və anlayışı
  • Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi, onun vəzifələri
  • Fövqəlada hallarda mülki müdafiənin idarə edilməsi. Hərbiləşdirilməmiş mülki müdafiə xidmətləri, qüvvələri
  • Radiasiya, kimya, mühəndis və yanğın şəraiti haqqında anlayış
  • Fövqəladə hallar zamanı əmələ gəlmiş radiasiya, kimya, mühəndis və yanğın şəraitlərinin qiymətləndirilməsi qaydaları
  • Fövqəlada hallarda əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları
  • Mülki müdafiənin mühafizə qurğuları. Fərdi və tibbi mühafizə vasitələri
  • Təsərrufat obyektlərinin işçilərinin və onların ailə üzvlərinin fövqəladə hallarda təxliyə edilməsi
  • Fövqəladə vəziyyət şəraitində obyektlərdə işin dayanıqlığınin əsasları və mahiyyəti
  • Xilasetmə və digər təxirəsalınmaz işlərin icra üsulları
  • Fövqəlada hallar zamanı mülki müdafiə rabitə və xəbərdarlıq sisteminin vəzifələri, təşkili prinsipləri, idarəetmə və idarəetmə məntəqələri, onların təyinatı, növləri və vasitələri
  • Mülki müdafiə xəbərdarlıq siqnalları, onların verilmə üsulları və əhalinin davranış qaydaları

Təlim müddəti: 2 gün

Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.

Sertifikatın etibarlılıq müddəti: 3 il

Mülki müdafiə və tibbi biliklərin əsasları 2006

Bakı Ali Neft Məktəbində ( BANM ) Kimya mühəndisliyi kafedrasının professoru, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) hərbi hospitalının rəisi, tibb elmləri doktoru Kənan Yusifzadənin “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı keçirilib. Təqdimatda BANM-ın rektoru Elmar Qasımov, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Fərhad Tağızadə, kitabın müəllifi Kənan Yusifzadə və onun ailə üzvləri, BANM-ın professor müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov tədbir iştirakçılarını salamladıqdan sonra Ali Məktəbin professoru, DSX hərbi hospitalının baş həkimi Kənan Yusifzadəni kitabının təqdimatı münasibətilə təbrik edib. “BANM neft-qaz sənayesinin müxtəlif sahələri üçün ixtisaslı kadrlar hazırlayır və sabahın mühəndisləri olacaq tələbələrimiz istehsalatda baş verə biləcək hər cür ekstremal vəziyyətə hazır olmalı, lazımi anda düzgün tibbi yardım göstərməyi bacarmalıdırlar. Bu istiqamətdə professor Kənan Yusifzadənin və onun müəllifi olduğu dərsliyin rolu əvəzedilməzdir.” – deyə rektor qeyd edib.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov da Kənan Yusifzadəni kitabının təqdimatı münasibətilə təbrik edib və müxtəlif sahələrdən olan insanlar üçün böyük əhəmiyyətə malik olan bu dərsliyin hər kəsin stolüstü kitabına çevrilməsinin labüdlüyünü vurğulayıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Fərhad Tağızadə kitabda hadisə yerində zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi üçün vacib olan əsas məlumatlar təqdim edildiyini bildirərək qeyd edib ki, dərslik ilk yardımın bütün üsullarını asanlıqla mənimsəməyə, həmçinin özünə və başqalarına dərhal yardım göstərə bilmək bacarıqlarının əldə edilməsinə imkan verəcək

Daha sonra Ali Məktəbin mühəndislik kafedrasının dekanı Zəfər Qurbanov çıxış edərək BANM-da tədris edilən “Mülki müdafiə və tibbi yardımın əsasları” fənninin əsas məqsədinin tələbələrin təcili və təxirəsalınmaz hallar haqqında ümumi biliklərə yiyələnməsi, respublikamızda FH üzrə dövlət sistemini tanıması, FH-da davranış qaydalarının öyrənilməsi, mühafizə vasitələrindən istifadə qaydalarını bilməsi, qəza-xilasetmə və zərərçəkmişlərə ilk tibbi yardımın necə aparılmasının öyrədilməsi olduğunu bildirib.

Tədbirdə “Neft-qaz mühəndisliyi” ixtisasının tələbəsi Zərifə Orucova və “Kimya mühəndisliyi” ixtisasının tələbəsi Fuad Əlizadə “Mülki müdafiənin və tibbi yardımın əsasları” fənnilə bağlı əldə etdikləri biliklərdən, həmin bilikləri DSX hərbi hospitalında praktiki olaraq necə tətbiq etməklərindən danışıb, onlara bu bilikləri aşılayan müəllimləri Kənan Yusifzadəyə təşəkkür ediblər.

BANM-ın professoru, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) hərbi hospitalının rəisi, tibb elmləri doktoru Kənan Yusifzadə onun kitabına olan marağa və kitabının geniş təqdimatına, həmçinin kitabın ərsəyə gəlməsində ona göstərilən dəstəyə görə BANM-ın rektoru Elmar Qasımova təşəkkür edib, BANM-ın tələbələrinin böyük sevgisini qazandığına görə sevindiyini bildirib.

Qeyd edək ki, Kənan Yusifzadə 2016-ci ildən BANM-da “Kimya mühəndisliyi” və “Neft-qaz mühəndisliyi” ixtisasının tələbələrinə “Mülki müdafiənin və tibbi yardımın əsasları” fənnindən dərs deyir. Onun Ali Məktəbin 5-ci kurs tələbələri üçün dərs vəsaiti kimi hazırladığı eyni adlı kitabı 6 fəsildən ibarətdir və ingilis dilində hazırlanıb. Kitabın əsas məqsədi, tələbələrin tibbi biliklərin əsasına yiyələnmələri və fövqəladə hallarda da əməli olaraq ilkin tibbi yardım göstərməyi bacarmalarını təmin etməkdir.

Universitet işçi axtarır: VAKANT YERLƏRİN SİYAHISI

Аzərbаycаn Dillər Univеrsitеti (ADU) təhsil müəssisəsində bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib.

Report xəbər verir ki, müsаbiqədə iştirаk еtmək istəyənlər sənədlərini təhsil nazirinin 9 mart 2011-ci il tarixli, 400 nömrəli əmri ilə təsdiq edilmiş “Аli təhsil müəssisələrində kаfеdrа müdiri, dekan və dekan müavini vəzifələrinin tutulmаsı qаydаlаrınа”, həmçinin təhsil nazirinin 7 avqust 1996-cı il tarixli, 401 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” sənədin tələblərinə uyğun bu elan qəzеtdə dərc оlunduğu gündən 30 gün kеçənədək rektorun adına yazılan ərizə ilə birlikdə Bаkı, AZ1014, R.Bеhbudоv küçəsi, 134 ünvanına göndərə bilərlər.

Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.

ADU-da bоş оlаn vəzifələr aşağıdakılardır:

1. İngilis dilinin üslubiyyatı kafedrası, dosent -1 yer, müəllim – 2,5 yer

2. İngilis dilinin leksikologiyası kafedrası, dosent – 2 yer

3. İngilis dilinin tərcüməsi kafedrası, baş müəllim – 1 yer, müəllim – 0,5 yer

4. Linqvokulturologiya kafedrası, dosent – 1 yer, baş müəllim- 3 yer, müəllim – 1,5 yer

5. Linqvodidaktika kafedrası, müəllim – 1 yer

6. II xarici dil kafedrası, dosent – 1 yer, baş müəllim – 2 yer, müəllim – 1,5 yer

7. Fransız və italyan dillərinin tərcüməsi kafedrası, dosent – 0,5 yer, baş müəllim – 1,5 yer

8. Alman dili kafedrası, baş müəllim- 1 yer, müəllim – 0,5 yer

9. İspan dili kafedrası, müəllim – 1 yer

10. Azərbaycan dili və ədəbiyyatı kafedrası, dosent – 0,5 yer, müəllim – 1 yer

11. Regionşünaslıq kafedrası, dosent -1 yer, baş müəllim – 1 yer

12. Pedaqogika kafedrası, desent – 1 yer

13. Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrası, baş müəllim – 4 yer

14. Təlimdə innovasiyalar kafedrası, müəllim – 0,5 yer

15. Psixologiya kafedrası, baş müəllim – 1 yer

16. Sosial elmlər kafedrası, baş müəllim – 1,5 yer.

Qeyd edək ki, iyunun 1-də Prezident İlham Əliyev Kamal Mehdi oğlu Abdullayevin (Kamal Abdulla) Azərbaycan Dillər Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu təyinata qədər Kamal Abdulla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsində çalışıb.

Xatırladaq ki, 2016-cı il dekabrın 22-dən ADU-nun rektoru vəzifəsinin icrası universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevə həvalə edilmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.