Press "Enter" to skip to content

BANM-da “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı olub

Tibbi biliklərin əsasları bütün ali məktəblərdə tədris edilən fənn proqramı əsasında yazılmış, müəllim və tələbələr üçün nəzərdə tutulmuşdur. Kitabda hər bir ziyalı üçün ən lazımlı tibbi biliklər aydın, sadə dildə verilmişdir. Dərslik ali məktəb tələbələri ilə yanaşı, sağlamlığını düşünən hər bir insan üçün çox faydalıdır.

Syllabus (Mülki Müdafiə və tibbi biliklərin əsasları)

1. Şadlinski V.B., Hüseynova G.A. İnsan anatomiyası. Dərslik. Bakı, “Müəllim” nəşriyyatı, 2009, 240 s.

3. Əliyev S.C.Tibbi biliklərin əsasları. Dərslik. Bakı, 2004

4. Ocaqov H.O. Fövqəladə hallarda təhlükəsizlik (Defensiologiya) (Ali məktəblər üçün dərslik). Bakı, 2012, 368 s.

5. Musayev A.H. Mülkü müdafiə tibbi xidmətinin təşkili. Dərslik.Bakı, “Təbib” nəşriyyatı, 2011, 165 s.

6. Feyzullayeva T.Ə., Ələkbərova S.Ə., Məmmədova F.Ə. Mülki müdafiə və tibbi biliklərin əsasları. Dərslik. Bakı, 2006.

7. Əzizov A. Əməyin mühafizəsi. Bakı, 2008.

Əlavə vəsaitlər:

1. Vəliyev Ş.Q. İnsan anatomiyası və fiziologiyası. Dərslik. Bakı, 2001.

2. Məmmədov A.M., Sudakov K.V. Normal fiziologiya. Dərslik. Bakı, “Təbib” nəşriyyatı, 2011.

3. Həsənov Ə.B. Patoloji anatomiya. Dərslik. Bakı, “Elm” nəşriyyatı, 2003, 780 s.

4. Məmmədov Y.C., Təqdisi C.H., İslamzadə F.İ. Patoloji fiziologiya. Dərslik. Bakı, “Maarif” nəşriyyatı, 1989, 752 s.

5. Məmmədhəsənov R.M. Daxili xəstəliklər. Dərslik. Bakı, Qismət, 2008, 464 s.

6. Cəfərov Ç. Ümumi cərrahlıq. Dərslik. Bakı, 2006, 552 s.

7. İsayev C.P. İnfeksion xəstəliklər. Dərslik. Bakı, Təhsil, 2009, 443 s.

8. Əzizov V.Ə., Axunbəyli A.Ə., Alimetov S.N. Təbabətdə böhranlı hallar və təxirəsalınmaz tibbi yardım. Dərs vəsaiti. Bakı, “Təbib” nəşriyyatı, 1995, 112 s.

9. Tibb bacısının məlumat kitabı / N.R.Paleyevin redaktəsi ilə (Tərcümə edəni: Ə.Q.Cəfərov). Bakı, 2008, 528 s.

10. Ocaqov H.O., Danyalov Ş.D. Həyat fəaliyyətinin təhlükəsizliyinin nəzəri əsasları. Dərs vəsaiti. Bakı, 2008, 140 s.

11. Орлов А.Т. Охрана труда в строительстве. Учебник. М., 1987.

12. Сахно И.И., Сахно В.И. Медицина катастров (организационные вопросы). М., 2001, 560 с.

13. Руководство для врачей скорой помощи. Под редакцией В.А.Михайловича. 2-е изд. Л.: Медицина, 1989, 544 с.

13. Михайлов Л.А. Безопасность жизнедеятельности. 2-е издание. Учебник. М., 2008.

14. Təbii fəlakətlər riskinin azaldılması üzrə müəllimlər üçün metodik vəsait / DIPECHO layihəsi.

Tibbi biliklərin əsasları bəhsi həyat fəaliyyətinin təhlükəsizliyinin tibbi əsasları, insan orqanizminin normal anatomiyası və fiziologiyası haqqında, fövqəladə hallarda zəhərlənmələr və xəstələnmələr zamanı ilk yardım və xəstələrə qulluq, xəstəlik haqqında anlayış, müxtəlif sistemlərin xəstəliklərinin təsviri, həkiməqədər yardım və profilaktikası, qəzalar və fəlakətlər zamanı tibbi yardım barəsindəki biliklərə həsr olunmuşdur.

Əmək mühafizəsi bəhsi özündə istehsalatda həyat fəaliyyətinin ümumi məsələlərini, insan-yaşayış və iş mühiti sistemində neqativ amilləri, təhlükəsizlik texnikasını, yanğın və partlayış hadisələrində həyat fəaliyyətinin təhlükəsizliyini əks etdirir.

1. Insan orqanizminin inkişaf qanunauyğunluqlarını

2. Sağlamlıq və xəstəlik haqqında ümumi məlumatları

3. Tipik patoloji proseslərin bəzi formalarının (hüceyrə zədələnməsi, mikrosirkulyasiya və periferik qan dövranının pozulması, iltihab və qızdırma) baş vermə səbəblərini və gedişini

4. İnsan orqanizminin ayrı-ayrı sistemlərinin anatomik-fizioloji xüsusiyyətlərini və bu sistemlərdə rast gəlinən xəstəlikləri, ilk yardımın göstərilməsini

5. İstehsalat sahələrində həyat fəaliyyətinin təhlükəsizliyinin təminini və insanlar üçün təhlükə törədən amilləri

2. İstehsalat sahələrində bədbəxt hadisələrin araşdırılmasını

3. Fövqəladə hallar və onların baş vermə səbəblərini

4. Fövqəladə hadisələrin xəbərdar edilməsinin növləri və vasitələrini, fövqəladə hallarda davranış qaydalarının əhaliyə çatdırılması üsulları və yollarını

5. Fövqəladə hallarda əhalinin mühafizəsinin prinsipləri və üsullarını, zədələnmiş insanlara ilk tibbi yardımın göstərilməsini

Dərsin təşkili

  • Fənnə aid ümumi xarakterli məlumatlar mühazirə zamanı tələbələrə çatdırılacaqdır.
  • Yeni mövzu əyani vasitələrin (PPT və video fayllar) nümayişi ilə izah ediləcəkdir.
  • Aralıq və final imtahanları öncəsi tələbələrin mənimsəmə səviyyələri (Quiz) yoxlanılacaqdır.
  • Seminar məşğələləri zamanı tələbələrin əvvəlki mövzunu mənimsəmələri şifahi və yazılı sorğunun keçirilməsi ilə hər dərs qiymətləndiriləcəkdir, semestrin sonunda isə ortaq qiymət çıxarılacaqdır (Fəallıq).
  • Semestr ərzində fərdi mövzuda prezentasiyalarınverilməsi vacibdir. Prezentasiya vaxtı, sonunda müzakirə də daxil olmaqla 15-dəqiqədən artıq olmamalıdır. Prezentasiya mövzuları və qaydaları haqda dərsdə daha geniş tanışlıq olunacaqdır.

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 25%-dən artıq dərs bu raxan tələbələr imtahana buraxılmır.

Tələbə dərsə 15 dəqiqədən artıq gecikmişdirsə, onun dərs otağına daxil olması və dərsə maneçilik törətməsinə icazə verilmir. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.

Yoxlama işi (Quiz)

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur. İmtahanda iştirak etməmə yalnız dekanlığın icazəsi ilə mümkündür. İctimai fəaliyyətlə əlaqədar imtahanlardan yayınma hallarına yol verilmir . İmtahanlar kumulyativ xarakterli olmalıdır. Aralıq və yekun imtahanların mövzuları tələbələrə imtahandan öncə verilir. Son imtahanda sualların əksəriyyəti aralıq imtahandan sonra keçirilmiş materialların əsasında tərtib olunur.

Tələbənin kursu başa vurması

60% və daha artıq bal toplamış tələbə kursu bitirmiş hesab olunur. Əks halda tələbə bu kursu yenidən keçməlidir.

İmtahan qaydalarının pozuntuları

İmtahanlarda mövcud qayadaların pozulması (köçürmə cəhdləri, köçürmələr, imtahanın gedişini pozmaq və digər qanunsuz hərəkətlər ) hallarında tələbənin imtahan işi ləğv olunur.

Dərslərdə davranış

Tələbə dərs zamanı müvafiq akademik şəraitin yaradılması üçün mümkün olan hər şeyi etməlidir. İcazəsiz danışığa, lüzumsuz hərəkətlərə və s. qeyri-etik davranışa qətiyyən yol verilmir.Tələbə dərsdə fəal şəkildə iştirak etməli, lazım olduqda suallar verməli və müzakirələrdən kənarda qalmamalıdır.

Life Science (Tibbi biliklərin əsasları, həyat fəaliyyətinin təhlükəsizliyi və Mülki müdafiə) fənni, onun vəzifələri.

İnsan orqanizminin müxtəlif şəraitə adaptasiyası, ekoloji faktorlar, onların insan orqanizminə təsiri. Sağlamlıq və xəstəlik anlayışları. Tipik patoloji proseslərin bəzi formaları (hüceyrə zədələnməsi və iltihab). Epidemiologiyanın əsasları. Dezinfeksiya, dezinseksiya, deratizasiya. Fövqəladə hallarda əhalinin tibbi təminatı və tibbi xidmətin təşkili. İlk tibbi yardım və onun təşkili. Günvurma zamanı ilk yardım.

Tibbi yardımın anatomik-fizioloji əsasları.

İnsan orqanizminin hüceyrə və toxumalarının quruluş və funksional xüsusiyyətləri. Qan və limfa sistemləri. Qan qrupları və rezus-amil haqqında anlayış. Donorluq və qan hazırlığı. Qanın laxtalanması. Qanaxmaların təsnifatı. Tənəffüs sisteminin morfo-funksional xüsusiyyətləri və xəstəlikləri. Həzm sisteminin morfo-funksional xüsusiyyətləri və xəstəlikləri. Dayaq-hərəkət aparatının morfo-funksional xüsusiyyətləri və xəstəlikləri. Ürəyin morfo-funksional xüsusiyyətləri və xəstəlikləri. Sinir sistemi və duyğu üzvləri. Endokrin sistem və xəstəlikləri. Bədən hərarəti, nəbz, arterial təzyiq: onların təyini və qiymətləndirilməsi.

Fövqəladə hallarda zədələnmiş adamlara yardım, istifadə olunan dərmanlar.

Yumşaq toxumaların əzilməsi. Bağların, vətərlərin və əzələlərin gərilməsi və qırılması. Çıxıqlar, sümük sınıqları. Bu proseslər zamanı ilk tibbi yardım. İmmobilizasiya, şinaların qoyulması. Miokard infarktı, kəskin ürək (ürək astması, ağciyər ödemi) və damar (bayılma, kollaps) çatmamazlığı zamanı ilk tibbi yardım. Ürəyin qapalı masajı. Dəri üzəri, dərialtı, əzələdaxili və venadaxili inyeksiyaların yerinə yetirilmə üsullarının öyrədilməsi. Qapalı və açıq zədələnmələr. Zədə şoku. Ürək fəaliyyətinə təsir edən maddələr. Damargenəldici və spazmolitik dərman maddələri. Qanın laxtalanmasına təsir edən maddələr. Mikroblar əleyhinə işlədilən maddələr.

Fövqəladə hallarda zəhərlənmələr və xəstəliklər zamanı həkimə qədər ilk yardım və xəstələrə ümumi qulluq. Bioloji zədələnmə ocağında yoluxucu xəstəliklər zamanı ilk tibbi yardım. Qəzalar və fəlakətlər zamanı tibbi yardım.

Suda boğulma, onun növləri. Mexaniki asfiksiya zamanı ilk yardımın texnikası. Suda batanların xilas edilmə üsulları və onlara ilk tibbi yardımın göstərilməsi. Süni tənəffüsün verilmə qaydaları. Bağırsaq infeksiyaları. Virus hepatitləri. Kəskin zəhərlənmələrdə ilk yardımın təşkili. Qida zəhərlənmələri zamanı ilk yardım tədbirləri. “Kəskin qarın” haqqında anlayış. Kəskin peritonit: əlamətləri, ilk tibbi yardım. Tetanus və qazlı qanqrena. Yanıqlar, donmalar, elektrozədələr: ilk tibbi yardım. Yaralar. Cərrahi infeksiya, antiseptika və aseptika üsulları. Desmurgiya. Sidiyin miqdarı, tərkibi və xassələri. Kateterizasiya.

Əməyin mühafizəsi.

İstehsalatda həyat fəaliyyətinin ümumi məsələləri.

İnsan fəaliyyətinin formaları, təhlükə haqqında anlayış, əmək fəaliyyətinin təmin edilməsində profilaktik tədbirlərin rolu.

İnsanın yaşayış və iş mühitində neqativ amillər.

Metroloji parametrlər və onların insan orqanizminə təsiri, onlardan mühafizə tədbirləri. Neqativ amillərin parametrlərinin ölçülməsi üçün istifadə edilən cihazlar. Komfort iş şəraiti

Təhlükəsizlik texnikası və həyat fəaliyyətinin təhlükəsizliyi (elektrik təhlükəsizliyinin təmini, texnoloji avadanlıqların istifadəsində təhlükəsizlik tədbirləri).

Qurğu, cihaz və aparatların etibarlılığının, möhkəmliyinin təhlükəsizlikdə rolu. Fərdi təhlükəsiz geyimlər, vasitələr və onların təhlükəsizlikdə rolu.

Yanğın, partlayış hadisələri və həyat fəaliyyətinin təhlükəsizliyi.

Otaqda və binada tez alovlanan və alışan maddələrin olub olmamasının tədqiqi.

Mülki müdafiə

1) Mülki müadfiə haqqında anlayış. Fövqəladə hallar və onların xarakteristikası.

Respublikamızın ərazisində baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə halların xarakteristikası və onların nəticələri. Hərbi xarakterli fövqəladə halların xarakteristikası. Nüvə partlayışının səbəbləri, onun canlılara zədələyici amilləri, binalara və qurğulara dağıdıcı təsiri. İşıq şüalanması və bunun nəticəsində yanğınların baş verməsi.

Otaqda metroloji şəraitin və iş tozluğun tədqiqi. Radioaktiv zəhərlənmə zonaları, nəticələri və ionlaşdırıcı şüaların insan orqanizminə, cihaz və avadanlığa təsiri. Kimyəvi zədələnmə ocaqları və xarakteristikası. Zəhərləyici və güclü təsirli maddələr və onların insan orqanizminə təsiri. Bioloji zədələnmə ocaqları və xarakteristikası, insan orqanizminə təsiri və buna qarşı karantin və obyervasiya rejimlərinin aparılması.

19.04.2016

Radioaktiv maddələrlə zəhərlənmə, zəhərlənmə zonasında şüalanma dozasının, zəhərləyici maddələrin dayanıqlıqlarının müəyyən edilməsi və bu zonada təhlükəsiz qalma müddəti. Fəhlələrin, qulluqçuların, əhalinin və dəstələrin şəxsi heyətinin təyini və mühafizə vasitələrində qalma müddətinin müəyyən edilməsi. Zəhərlənmə zonasında obyektlərin və texnikanın dayanıqlıqlarının müəyyən edilməsi. Radiasiya və kimyəvi kəşfiyyat haqda anlayış. Dozometrik cihazlar, onların təsnifatı, əsas xarakteristikaları və onlardan istifadə edilmə qaydaları. Tibbi xidmətin kimyəvi cihazları, təyinatı və quruluşu.

3) Fövqəladə hallarda əhalinin mühafizəsi.

Fövqəladə hallarda Mülki Müdafiənin rolu, qüvvələri, onların vəzifələri və yaradılması. Fövqəladə hallarda Dövlət sistemi və onun əsas vəzifələri. Fövqəladə hallarda əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları. Mülki müdafiə mühafizə qurğuları, onların təyinatı və təsnifatı. Sığınacaqlar, onların həcmi – planlaşdırma, konstruktiv, mühəndis-texnika avadanlıqları və sığınacaqların iş rejimləri.

Sadə və radiasiya daldalanacaqları, onların mühafizə qabiliyyıətlərinin yüksəldilməsi yolları. Mühafizə qurğularının sülh dövründə saxlanılması və istifadəsi. Fövqəladə hallarda fərdi və tibbi mühafizə vasitələri, onların təsnifatı və istifadə edilməsi qaydaları. Fövqəladə hallarda obyektlərin iş fəaliyyətinin və əhalinin mühafizə rejimləri, dozometrik və kimyəvi nəzarətin təşkili.

Mühazirə 11.

4) Fövqəladə hallarda obyektlərin işinin dayanıqlığı (mövzuda ixtisasa uyğun yanaşma).

Fövqəladə hallarda obyektlərin iş dayanıqlığı haqda anlayış, mahiyyəti, təsir edən amillər və dayanıqlıq dərəcəsinin qiymətləndirilməsi. Mülki müdafiənin mühəndis-texniki tədbirlərinin layihələndirilməsində normalar və bu normaların həyata keçirilməsi. Fövqəladə hallarda obyektlərin iş qabiliyyətinin yüksəldilməsi yolları və üsulları.

5) Fövqəladə halların nəticələrinin aradan qaldırılması (mövzuda ixtisasa uyğun yanaşma).

Fövqəladə halların nəticələrinin aradan qaldırılmasının nəzəri əsasları, bərpa işlərinin növləri, işlərin növbəliliyi, ardıcıllığı və mərhələlərlə aparılması.

Mühazirə 12.

Fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb edilən qüvvə və vasitələr. Xilasetmə və digər təxirəsalınmaz işlərin (XvəDTİ) məqsədi, tərkibi və icrasının xüsusiyyətləri. XvəDTİ aparılmasının taktiki üsulları, istehsalat qəzaları və fəlakətlərin nəticələrinin aradan qaldırmaq üçün qüvvə və vasitələrin qruplaşdırılması. XvəDTİ icrasının xüsusiyyətləri, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini aradan qaldırarkən mülki müdafiə dəstələrinin fəaliyyətinin təmini, ərzaq və sənaye mallarının mühafizəsi və zərərsizləşdirilməsi. XəDTİ mənəvi və psixoloji hazırlığı.

6) Fövqəladə hallarda rabitə, xəbərdarlığın təşkili və həyat fəaliyyətinin təhlükəsizliyi nin təmini.

Fövqəladə hallar zamanı idarəetmə və idarəetmə məntəqələri, təyini və yerləşdirilməsi. İdarəetmənin növləri, mülki müdafiədə rabitə və xəbərdarlıq sistemləri, onların vəzifələri, təşkili prinsipləri və rabitə xəbərdarlıq vasitələri. Obyetlərdə, şəhərlərdə rabitə və xəbərdarlığın təşkili.

Mühazirə 14.

Xəbərdarlıq siqnallarının verilmə qaydaları, əhalinin, idarəetmə orqanlarının və qüvvələrin təşkili, planlaşdırılması, təlimin prinsiplərinin metod və formaları.

7) Fövqəladə hadisələrdən mühafizə sahəsində əhalinin hazırlanması.

Fövqəladə hadisələrdən mühafizə sahəsində əhalinin hazırlanması Mülki müdafiənin əsas vəzifələrindən biri kimi. İdarəetmə orqanlarının və qüvvələrin fövqəladə hallara hazırlığı.

Mühazirə 15.

İşləyən və işləməyən əhaliyə Mülki müdafiənin öyrədilməsinin təşkili, planlaşdırılması və öyrədilməsi. Obyektdə Mülki müdafiə üzrə hazırlıq planlarının tərtibi, obyekt mülki müdafiə rəhbərinin əmri və tədris ilində Mülki müdafiə üzrə tədbirlərin təqvim planlarının tərtibi.

Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcəkdir.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

BANM-da “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı olub

BANM-da “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı olub Bakı. 23 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Kimya mühəndisliyi kafedrasının professoru, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) hərbi hospitalının rəisi, tibb elmləri doktoru Kənan Yusifzadənin “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı keçirilib.

23 May , 2018 10:56
https://static.report.az/photo/1ee78665-afdf-4e0c-b3cd-0d46ab3f43c4.jpg

Bakı. 23 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Kimya mühəndisliyi kafedrasının professoru, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) hərbi hospitalının rəisi, tibb elmləri doktoru Kənan Yusifzadənin “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı keçirilib. Bu barədə “Report”a BANM-dən məlumat verilib. Təqdimatda BANM-ın rektoru Elmar Qasımov, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Fərhad Tağızadə, kitabın müəllifi Kənan Yusifzadə və onun ailə üzvləri, BANM-ın professor müəllim heyəti və tələbələri iştirak ediblər. BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin professoru, DSX hərbi hospitalının baş həkimi Kənan Yusifzadəni kitabının təqdimatı münasibətilə təbrik edib. “BANM neft-qaz sənayesinin müxtəlif sahələri üçün ixtisaslı kadrlar hazırlayır və sabahın mühəndisləri olacaq tələbələrimiz istehsalatda baş verə biləcək hər cür ekstremal vəziyyətə hazır olmalı, lazımi anda düzgün tibbi yardım göstərməyi bacarmalıdırlar. Bu istiqamətdə professor Kənan Yusifzadənin və onun müəllifi olduğu dərsliyin rolu əvəzedilməzdir” – deyə rektor qeyd edib. Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov da Kənan Yusifzadəni kitabının təqdimatı münasibətilə təbrik edib və müxtəlif sahələrdən olan insanlar üçün böyük əhəmiyyətə malik olan bu dərsliyin hər kəsin stolüstü kitabına çevrilməsinin labüdlüyünü vurğulayıb. Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Fərhad Tağızadə kitabda hadisə yerində zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi üçün vacib olan əsas məlumatlar təqdim edildiyini bildirərək qeyd edib ki, dərslik ilk yardımın bütün üsullarını asanlıqla mənimsəməyə, həmçinin özünə və başqalarına dərhal yardım göstərə bilmək bacarıqlarının əldə edilməsinə imkan verəcək Daha sonra Ali Məktəbin mühəndislik kafedrasının dekanı Zəfər Qurbanov çıxış edərək BANM-da tədris edilən “Mülki müdafiə və tibbi yardımın əsasları” fənninin əsas məqsədinin tələbələrin təcili və təxirəsalınmaz hallar haqqında ümumi biliklərə yiyələnməsi, respublikamızda FH üzrə dövlət sistemini tanıması, FH-da davranış qaydalarının öyrənilməsi, mühafizə vasitələrindən istifadə qaydalarını bilməsi, qəza-xilasetmə və zərərçəkmişlərə ilk tibbi yardımın necə aparılmasının öyrədilməsi olduğunu bildirib. Tədbirdə “Neft-qaz mühəndisliyi” ixtisasının tələbəsi Zərifə Orucova və “Kimya mühəndisliyi” ixtisasının tələbəsi Fuad Əlizadə “Mülki müdafiənin və tibbi yardımın əsasları” fənnilə bağlı əldə etdikləri biliklərdən, həmin bilikləri DSX hərbi hospitalında praktiki olaraq necə tətbiq etməklərindən danışıb, onlara bu bilikləri aşılayan müəllimləri Kənan Yusifzadəyə təşəkkür ediblər. BANM-ın professoru, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) hərbi hospitalının rəisi, tibb elmləri doktoru Kənan Yusifzadə onun kitabına olan marağa və kitabının geniş təqdimatına, həmçinin kitabın ərsəyə gəlməsində ona göstərilən dəstəyə görə BANM-ın rektoru Elmar Qasımova təşəkkür edib, BANM-ın tələbələrinin böyük sevgisini qazandığına görə sevindiyini bildirib. Qeyd edək ki, Kənan Yusifzadə 2016-ci ildən BANM-da “Kimya mühəndisliyi” və “Neft-qaz mühəndisliyi” ixtisasının tələbələrinə “Mülki müdafiənin və tibbi yardımın əsasları” fənnindən dərs deyir. Onun Ali Məktəbin 5-ci kurs tələbələri üçün dərs vəsaiti kimi hazırladığı eyni adlı kitabı 6 fəsildən ibarətdir və ingilis dilində hazırlanıb. Kitabın əsas məqsədi, tələbələrin tibbi biliklərin əsasına yiyələnmələri və fövqəladə hallarda da əməli olaraq ilkin tibbi yardım göstərməyi bacarmalarını təmin etməkdir.

Link kopyalandı
Aynur Osmanqızı
https://static.report.az/photo/37bf4708-5e8c-345e-999a-1a80e81739bd_50.jpg
İngilis versiyası Book “Fundamentals of Civil Defense and Medical Aid” presented at BHOS

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Tibbi Bililklərin Əsasları

Tibbi biliklərin əsasları bütün ali məktəblərdə tədris edilən fənn proqramı əsasında yazılmış, müəllim və tələbələr üçün nəzərdə tutulmuşdur. Kitabda hər bir ziyalı üçün ən lazımlı tibbi biliklər aydın, sadə dildə verilmişdir. Dərslik ali məktəb tələbələri ilə yanaşı, sağlamlığını düşünən hər bir insan üçün çox faydalıdır.

Hər bir bioloji varlıq, o cümlədən, insan ömür boyu zədələnmələrə və xəstəliklərə məruz qalır. Düzdür, bəzən bunlar orqanizmin öz təbii fizioloji qüvvələri hesabına, yəni mühafizə və kompensasiya reaksiyaları vasitəsilə aradan qaldırılır. Lakin bunlar həmişə kifayət etmir. Odur ki, insanlar daim yeni müalicə vasitələri axtarır və mövcud olanları təkmilləşdirirlər. Uk əvvəl xalqın təcrübəsinə əsaslanan xalq təbabəti formalaşmışdır. Onun bazası əsasında tibb elmi yaranmışdır. Tibb elmi öz inkişafında çox böyük nailiyyətlər qazanmışdır. Belə ki, bir çox xəstəliklərin səbəbi aydınlaşdırılmış, infeksion xəstəliklərin törədiciləri müəyyən edilmiş, əksər xəstəliklərin müalicəsi tapılmışdır.

Bütün elmlər kimi, tibb elminin də inkişafında digər elmlərin, xüsusən biologiyanın, fizikanın, kimyanın, fəlsəfənin, sonralar isə genetikanın, kibernetikanın və s. böyük rolu olmuşdur.

Əvvəllər tibb elminin müəyyən sahələri, ilk növbədə, terapiya və cərrahlıq daha çox inkişaf etmişdi. Sonralar nevropatologiya, mamalıq-ginekologiya, oftalmologiya, stomatologiya, otorinolarinqologiya kimi müstəqil elmlər formalaşdı.

Hazırda tibbi biliklər xeyli genişlənmiş və dərinləş¬miş, buna uyğun olaraq şaxələnmiş, bir sıra müstəqil elmlərə başlanğıc vermişdir. Məsələn, terapiyadan kardiologi¬ya, pulmonologiya, qastroenterologiya və s. kimi müstəqil elmlər ayrılmışdır. Buna müvafiq olaraq, tibb elminin müxtəlif sahələrini dərindən öyrənmək üçün tibb mütəxəssisləri də konkret sahələr üzrə ixtisaslaşırlar (endokrinoloq, kardioloq, pulmonoloq, uroloq, kardiocərrah, neyrocərrah, onkoloq və s.). Beləliklə, indi tibb elminin ən müxtəlif sahələrində çalışan mütəxəssislərin böyük bir ordusu insanların sağlamlığını qoruyur. Bununla belə insanlar öz sağlamlığını təkcə həkimlərin, tibb işçilərinin öhdəsinə buraxa bilməzlər. Hər kəs, ixtisasından asılı olmayaraq, minimum tibbi biliklərə yiyələnməlidir. Bu onların sağlam olması, həyatda düzgün mövqe tutması, özünə və yoldaşına təhlükəli anlarda ilk tibbi yardım göstərməyi bacarması üçün zəruridir. Ona görə də kitabda hər kəsə ən vacib olan məsələlər, tibb elminin hər bir sahəsindən həyatda daha çox lazım olan biliklər, xüsusilə orqanizmin quruluşu, xəstəlikləri, xəstəliklər zamanı ilk yardım üsulları öz əksini tapmışdır.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.