Azərbaycanın mülki müdafiə planı ilə bağlı SƏRƏNCAM
Xidmətlərimiz və məhsullarımızla yaxından tanış olmaq üçün kataloqumuzu yükləyin.
1 Mart Ümumdünya Mülki Müdafiə Günüdür
Milli.Az Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, 1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı Gəncə şəhər ümumtəhsil məktəblərində də maarifləndirmə xarakterli tədbirlər həyata keçirilib.
Mülki Müdafiə Günü ilə bağlı İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə keçirilən tədbirdə öncə əlamətdar günün tarixinə nəzər salınıb. Xatırladılıb ki,
“Ümumdünya Mülki Müdafiə Günü” 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi bir gündür.
Gəncə şəhər Mülki Müdafiə qərargahının, FHN Gəncə Regional Bölməsinin Mülki Müdafiə Şöbəsinin, Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Qızıl Aypara Cəmiyyəti Gəncə Regional Mərkəzinin və Gəncə şəhər Təhsil İdarəsi əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə şagirdlər öz bacarıqlarını da nümayiş etdirib.
Nizami rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar və Mülki Müdafiə Qərargahının rəisi Zabit Xəlilovun sözlərinə görə, “Məktəblərdə eyni zamanda bizim qərargahın təşəbbüsü ilə tədris qruplarımız var. Onlarla dərslər aparılır və işləməyən əhali üçün MİS-də dərslər keçirilir.
Ümumiyyətlə, mülkiyyət formasından asılı olmayaraq, bütün obyektlərdə mülki müdafiə planları icra başçısı tərəfindən təsdiq edilir. Plan əsasında vaxtaşırı tədbirlər aparılır”.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Azərbaycanın mülki müdafiə planı ilə bağlı SƏRƏNCAM
Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiya yaradılıb.
Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə aşağıdakı tərkibdə Komissiya yaradılıb:
Komissiyanın sədri
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiya sədrinin müavini
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti.
Komissiyaya tapşırılıb ki, Azərbaycan Respublikasının mülki müdafiə planını hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Komissiyanın fəaliyyətinin səmərəli təşkili məqsədilə onun üzvlərinin təmsil etdikləri dövlət orqanlarının və qurumların nümayəndələrindən ibarət Komissiyanın İşçi qrupu yaradılacaq.
Komissiyanın İşçi qrupunun işinin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə həvalə ediləcək.
Müəyyən edilməlidir ki, Komissiya qanunvericiliklə müəyyən olunmuş qaydada öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Mülki müdafiə yüklə
(+99450) 254 70 07
info@lideryangin.az
- ANA SƏHİFƏ
- HAQQIMIZDA
- XİDMƏTLƏR
- Avtomatik yanğınsöndürmə sistemləri
- Yanğın-mühafizə siqnalizasiyası
- Layihələndirmə
- Odsöndürənlər
- Dispersiya edilmiş su ilə yanğının söndürülməsi
- Audio və video domofonlar
- Girişə nəzarət
- Audit, monitorinq və konsaltinq
- Parkinq sistemi
- Təxliyə planlarının hazırlanması
- Mülki müdafiə planlarının hazırlanması
- Yanğın təhlükəsizliyi təlimləri
- Çimərliklərin təşkili
- Dəniz təhlükəsizliyi
- Yanğınsöndürmə balonları
- Bütün növ silindrlər
- Yanğın qutuları
- Avtomatik Yanğın xəbərverici qurğular
- Avtomatik Yanğınsöndürmə sistemləri
- Yanğın qapıları
- Yanğın nişanları
- Yanğın örtükləri
- Odadavamlı məhlul hopdurulması
- Havalandırma və tüstüsovurma sistemləri
- Giriş-çıxışa nəzarət sistemləri (turniketlər)
- Kamera nəzarət sistemləri
- ANA SƏHİFƏ
- HAQQIMIZDA
- XİDMƏTLƏR
- Avtomatik yanğınsöndürmə sistemləri
- Yanğın-mühafizə siqnalizasiyası
- Layihələndirmə
- Odsöndürənlər
- Dispersiya edilmiş su ilə yanğının söndürülməsi
- Audio və video domofonlar
- Girişə nəzarət
- Audit, monitorinq və konsaltinq
- Parkinq sistemi
- Təxliyə planlarının hazırlanması
- Mülki müdafiə planlarının hazırlanması
- Yanğın təhlükəsizliyi təlimləri
- Çimərliklərin təşkili
- Dəniz təhlükəsizliyi
- Yanğınsöndürmə balonları
- Bütün növ silindrlər
- Yanğın qutuları
- Avtomatik Yanğın xəbərverici qurğular
- Avtomatik Yanğınsöndürmə sistemləri
- Yanğın qapıları
- Yanğın nişanları
- Yanğın örtükləri
- Odadavamlı məhlul hopdurulması
- Havalandırma və tüstüsovurma sistemləri
- Giriş-çıxışa nəzarət sistemləri (turniketlər)
- Kamera nəzarət sistemləri
Lideryangin.az » Xidmətlər » Mülki müdafiə planlarının hazırlanması
Mülki müdafiə planlarının hazırlanması
Mülki müdafiə – dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir;
Mülki müdafiənin məqsədi aşağıdakılardır:
1) fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi;
2) fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması;
3) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması.Xidmətlərimiz və məhsullarımızla yaxından tanış olmaq üçün kataloqumuzu yükləyin.
(+99450) 254 70 07
(+99412) 567 63 14
info@lideryangin.az
Azərbaycan, Bakı AZ1000, Nərimanov r., Dərnəgül şos., küçə 507, məhəllə 2098, bina 5
Comments are closed, but trackbacks and pingbacks are open.