Mülki Prosessual Məcəlləyə dəyişiklik edilib
İstifadə olunmuş ədəbiyyat:
Xankəndi
Son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər sırasında insanların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi mühüm yer tutur.
Şəki Apellyasiya Məhkəməsindən Azvision.az -a verilən xəbərə görə, bunun bariz nümünəsi kimi dövlət başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il 28 dekabr tarixdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində edilən mütərəqqi dəyişiklikləri göstərmək olar. Yeni qanunvericiliyin icrası məqsədilə Şəki Məhkəmə Kompleksində Şəki Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına aid birinci instansiya məhkəmələrinin hakimləri üçün təlim keçirilib. Tədbirdə təlimçi qismində Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov iştirak ediblər.
Təlimin açılışında çıxış edən Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edən məhkəmə-hüquq islahatlarından bəhs edərək mülki prosessual qanunvericiliyə edilən mütərəqqi dəyişikliklərin müstəsna əhəmiyyətini qeyd edib, keçirilən təlimin qanunvericiliyin yeni müddəalarının öyrənilməsi və düzgün tətbiq edilməsinə yönəldiyini diqqətə çatdırıb. Bildirib ki, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə edilmiş əsaslı dəyişikliklər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsinə, məhkəmə icraatının elektron qaydada aparılmasına, operativliyin və şəffaflığın təmin olunmasına, vətəndaşların məhkəmələrə müraciət imkanlarının genişlənməsinə xidmət edir.
Ali və Bakı apellyasiya məhkəmələrinin təlimçi-hakimləri mülki prosessual qanunvericiliyə edilən dəşikliklərin hər bir müddəasını təfsilatı ilə izah edərək mülki və iqtisadi mübahisələrə dair işlərə baxılan zaman tərəflərin hüquq və vəzifələrinə dair “məhkəmə bildirişi”nin və yekun məhkəmə aktından “çıxarış”ının məzmununa dair mülahizələrini bildirib, məhkəmə sənədlərinin elektron qaydada göndərilməsində, məhkəmə icraatının elektron qaydada aparılmasında “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin vacibliyini vurğulayıblar.
Yasamal Rayon Məhkəməsi ilə video-konfrans vasitəsilə tədbirə qoşulan “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə işçi qrupunun rəhbəri, həmin məhkəmənin hakimi Ramin Qurbanov məhkəmə fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına xidmət edən “Elektron məhkəmə” informasiya sisteminin, xüsusən də şəxslərin “elektron kabinet” vasitəsilə məhkəmələrə müraciət etmək imkanlarından danışıb. Qeyd olunub ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı məhkəmələrlə intensiv əlaqələr yaradılır və gələcəkdə də Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklərlə bağlı zəruri bilinən təlim və maarifləndirmə işləri həyata keçiriləcəkdir. Tədbir yeni qanunvericiliyin icrası ilə bağlı faydalı fikir mübadiləsi ilə davam edib.
Mülki Prosessual Məcəlləyə dəyişiklik edilib
Mülki Prosessual Məcəlləyə dəyişiklik edilib Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilib.
7 Fevral , 2023 18:44
https://static.report.az/photo/2a0eb39c-6a22-305d-910e-492d575feb3a.jpg
İlham Əliyev
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilib. “Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb. Dəyişikliyə əsasən, aşağıdakı hallarda videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasının aparılmasına yol verilməyəcək: – Dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi ilə bağlı məhkəmə iclasları; – İşlərə aşkar baxılması demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi baxımından, həmçinin digər xüsusi hallarla əlaqədar ədalət mühakiməsinin maraqlarına toxunarsa, məhkəmə baxışı və ya onun bir hissəsi; – Məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı, həmçinin şəxsi və ailə hәyatının intim məsələlərinin qorunması məqsədi ilə məhkəmə baxışını qapalı keçirməyi tələb edəcəyi hallar.
Mülki prosessual mcllnin kommentariyası
Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi
Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası adından çıxarılan və ədalət mühakiməsinin yekun aktı olan məhkəmə qətnaməsinin hüquqi, nəzəri, təcrübi cəhətdən düzgün tərtib edilməsi və onun hüquqi qüvvəsinin vaxtında alınmasına, habelə onun icrasına nəzarət vətəndaşların məhkəmə orqanlarına olan inamını artırır, onların hüquqi vasitələrlə tərbiyə olunmasına xidmət edir. Lakin bununla yanaşı, bəzən prosessual hüquq normalarının pozulmasına da təsadüf olunur.
Son zamanlar məhkəmə təcrübəsində mübahisələndirilən hüquq normalarının tətbiqi ilə əlaqədar olaraq məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi müddəti və qaydası aktual mövzuya çevrilmişdir.
İlk öncə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi üçün nəzərdə tutulmuş müddət barəsində araşdırma aparaq. 01 iyun 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 233.1-ci maddəsinin tələbinə əsas ən, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmçinin MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilən normada nəzər də tutulan müddət əvvəlki qanunvericilikdə daha az nəzərdə tutulurdu. Belə ki, 01 mart 1965-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin 297-ci maddəsinə görə, kassasiya şikayəti və ya protesti, qətnamənin məhkəmə tərəfindən bütöv formada çıxarıldığı gündən on gün müddətində verilə bilərdi . On günlük müddətin bir aylıq müddət ilə əvəz olunması təbii ki, dövlət tərəfindən vətəndaşların hüquq və azadlıqlarının məhkəmə tərəfindən səmərəli qorunması, ədalətli məhkəmə araşdırması h üququnun məhkəmə sistemində daha geniş tətbiqinə xidmət edir.
İndi isə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi üçün nəzərdə tutulmuş müddətin hesablanması (başlanması və bitməsi tarixi) qaydasına nəzər yetirək.
Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi üçün mühüm məsələlərdən biri müvafiq prosessual müddətin axımının başlanma vaxtının düzgün müəyyən edilməsi və bu müddətin tətbiqidir.
Yuxarıda göstərdiyimiz kimi MPM-in 233.1-ci maddəsinə görə, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Lakin bəzi hallarda konkret prossesual hərəkətlərin edilməsi üçün müddətin müəyyən edilməsi olduqca zərurətli olsa da, hətta qanunvericilik prosessual müddətin məhkəmə tərəfindən müəyyən edilməli olmasına dair müvafiq bir göstəriş təsbit etsədə, bu sahədə məhkəmələrdə kargüzarlığın aparılmasında müəyyən fərqlər meydana çıxır.
MPM-in 128.3-cü maddəsinə əsasən, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Beləliklə MPM-in 128.3-cü maddəsinin təhlilindən çıxış etdikdə illərlə, aylarla, həftələrlə və günlərlə hesablanan prosessual müddətlərin axımının başlanğıcının həmin müddətin təyin edildiyi təqvim tarixindən sonrakı gündən və ya hadisənin baş vermsindən sonrakı gündən hesablanmalı olduğu aydın olur.
Bəzi hüquq ədəbiyyatlarında şərh edilən maddədə göstərilən 1 aylıq müddətin hesablanması müxtəlif mövqedən yanaşılır. Belə ki, bir qrup hüquqşünasların fikrincə qanunvericilikdə nəzərdə tutulan 1 aylıq müddət qətnamənin qəbul edildiyi gündən başlayaraq növbəti ayın həmin günündə tamamlanır. Lakin 1 aylıq müddətin sona yetməsi qətnamənin qəbul edildiyi gündən başlayaraq növbəti ayın müvafiq günündən sonrakı günü tamamlanması daha düzgündür. Misal üçün, birinci instansiya məhkəməsinin qətnaməsi 03 noyabr 2009-cu il tarixdə qəbul edilmişsə, ondan nəzərdə tutulan şikayət vermə müddəti 04 noyabr 2009-cu il tarixdə sona çatır. Belə ki, burada məhkəmə qətnaməsindən şikayət vermə müddəti 03 noyabr 2009-cu il tarixdən deyil, 04 noyabr 2009-cu il tarixdən hesablanır.
Nəzəri və təcrübi cəhətdən müəyyən olunur ki, həm qanunla, həm də məhkəmə tərəfindən prosessual hərəkətlərin edilməsi üçün müddətlər üç üsulla müəyyən edilir: a) hökmən baş verməli hadisə göstərilməklə; b) dəqiq təqvim tarixi ilə; c) hərəkətin edilə biləcəyi vaxt dövrü ilə. Məlumat üçün bildiririk ki, göstərilən bütün üsullar qüvvədə olan MPM-də kifayət qədər öz əksini tapmışdır.
Daha sonra məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi üçün nəzərdə tutulmuş müddətin tətbiq edilməsinə dair müvafiq araşdırma aparaq.
Bir daha vurğulayırıq ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmçinin, MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
Bundan başqa, məhkəmə qətnaməsinin işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməsi MPM-in 227.3-cü maddəsinə nəzərdə tutulub.
Şəxsə məhkəmə qətnaməsini rəsmi qaydada verildiyi gündən onun şikayət vermək üçün nəzərdə tutulan müddəti başlanır.
Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsində MPM-in 233.1 və 360-cı maddələrinin təhlili müxtəlif fikirlərlə qarşı-qarşıya dayanır. Bəzi hallarda konkret prosessual hərəkətlərin edilməsi üçün hərəkətin müəyyən edilməsi zərurəti olsa da, qanunvericilik prosessual hərəkətin məhkəmə tərəfindən nə vaxt həyata keçirməsinə dair kifayət qədər göstəriş təsbit etməmi şdir. Bu səbəbdən də, müəyyən qrup müəlliflərin münasibətinə görə şəxsin məhkəmə qətnaməsindən şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətinin başa çatmaması qətnamənin qanuni qüvvəyə minməsini təsdiq etmir və qətnamə yalnız şəxsin ondan şikayət vermə müddətinin sona çatmasından sonra qanuni qüvvəyə minir. Belə ki, məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayəti verilməsi müddəti proses iştirakçılarının hərəkətləri üçün qanunla müəyyən edilmiş müddətlərə aiddir. Əslində məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi qanunvericilikdə nəzərdə tutulan 1 aylıq müddətin başa çatmasından sonra mümkün olur. Bu şəxsin apellyasiya şikayəti vermək hüququnu əsla məhdudlaşdırmır.
Beləliklə şəxsin şikayət vermə müddətinin bitməsindən asılı olmayaraq məhkəmə qətnaməsi 1 aylıq müddət başa çatdıqdan sonra qanuni qüvvəyə minir və müvafiq olaraq icra hərəkətləri aprılır. MPM-in 234-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. �icra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə� Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 14 yanvar 2003-cü il tarixli, 1 nömrəli qərarı ilə qərara almışdır ki, birinci instansiya məhkəmələti tərəfindən baxılan və apellyasiya şikayəti verilməyən işlər üzrə icra vərəqələri qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin məhkəmələr tər əfindən verilir.
Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsindən sonra onun icrası həyata keçirilir. Amma bu məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermə müddətini dayandırmır. Şəxs məhkəmə qətnaməsindən şikayət vermə müddəti ərzində istənilən vaxt şikayət verə bilər. Bu zaman məhkəmə qətnaməsi icraya yönəldilmişdirsə hakim, məhkəmə qətnaməsindən şikayət daxil olduğu barədə icraçılar şöbəsinə məlumat xarakterli məktub göndərir. Məktubda məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayətinin məhkəmə tərəfindən qəbul edilməsi göstərilməli, həmçinin şikayətin surəti əlavə olunmalıdır. icraçılar şöbəsi isə öz növbəsində �Məhkəmə qərarlarının icrası haqqında� Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra vərəqəsini geri qaytarır (məlumat üçün qeyd edək ki, �Məhkəmə qərarlarının icrası haqqında� Azərbaycan Respublikası Qanununda belə bir müddəa nəzərdə tutulmayıb).
� G ö st ə ril ə n hal şə xsin m ə hk ə m ə q ə tnam ə sinin t ə kzib edilm ə zliyi hal ı na riay ə t edilm ə si deyil ( Q ə tnam ə nin t ə kzib edilm ə zliyi dedikd ə, ondan apellyasiya v ə yaxud kassasiya ş ikay ə ti verm ə imkan ı n ı n t ü k ə nm ə si v ə ona apellyasiya v ə yaxud kassasiya qaydas ı nda bax ı lmas ı n ı n qeyri – m ü mk ü n olmas ı anla şı l ı r ).
Azərbaycan Respublikasının Məhkəmələrində kargüzarlığın aparılmasına dair təlimata əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda isə məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Çox təəssüf ki, məhkəmə q ə tnaməsinin şəxsə � rəsmi qaydada təqdim olunması göstərilsə də, MPM-in 134.1-ci maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərə sənədləri rəsmi qaydada verilməsi siyahısına məhkəmə qətnaməsinin adı göstərilməmişdir.
Bundan başqa məhkəmə qətnaməsinin alınmamasına, yaxud alınmamasının səbəblərinə dair MPM-də heç bir müddəa nəzərdə tutulmamışdr. Qanunda müəyyən edilən hallar nəzərdə tutulsaydı mövcud vəziyyətdə məhkəmə qətnamsənin qanuni qüvvəyə minməsində heç bir çətinlik yaranmazdır.
Məsələyə müxtəlif mövqedən yanaşdığımız halda müəyyən fikir ayrılığına səbəb olan hallara aydınlıq gətirək. Qeyd etdiyimiz kimi bir qrup müəlliflər hesab edirlər ki, qanunvericilikdə nəzərdə tutulan şikayət vermə müddəti şəxsin qətnaməni aldığı andan başlayır və məhkəmə qətnaməsi yalnız şəxsin həmin müddətdə şikayət vermədiyi andan sonra qüvvəyə minir. Bəs məhkəmə qətnaməsini məlumat üçün tərəfə göndərən hakimin məktubu şəxsə çatdırılması poçt xidməti tərəfindən mümkün olmaması (məsələn, şəxsin uzun müddət Azərbaycan Respublikası hüdudlarından kənarda yaşaması, şəxsin ünvanını d ə yişməsi və sair) necə? Bu anda ortaya başqa bir məsələ çıxır. Belə ki, şəxsin məhkəmə qətnaməsini rəsmi almaması və həmin qətnamədən şikayət verməsi müddətinin ötürülməməsindən sonra məhkəmə qətnaməsi necə qüvvəyə minməliddir? Bu, özlüyündə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini böyük çətinliklə üz-üzə qoyur. Həmçinin bu hal iddiaçı (ərizəçi) tərəfin hüquqlarını məhdudlaşdıraraq, onun məhkəməyə müraciət hüququnu qismən pozur. �İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında� Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli srülərkən, qanun əsasında yaradılmış müstəqil qərəzsiz məhkəməvasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşd ırılması hüququna malikdir. Bu mövqedən çıxış edən Avropa Məhkəməsi, Hornsbi Yunanıstana qarşı məhkəmə işində belə qənaətə gəldi ki, razılığa gələn dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəfl ərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı.
M ə hk ə m ə q ə tnam ə sinin q ü vv ə y ə minm ə sinin qar şı s ı n ı alan , ondan ş ikay ə t verilm ə sin ə dair q ı sa bir ara ş d ı rma aparmaq olduqca z ə ruridir .
Məhkəmə qətnaməsindən şikayət verilməsi, bu şikayətin məhkəmə qətnaməsinin qüvvəyə minməsinə təsir etməsi qanunvericilikdə müxtəlif dövrlərdə müxtəlif cür normalarda təsbit edilmişdir. Misal üçün bir neçə normanı göstərək; 01 iyun 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti ilə ləğv edilməmiş qətnamə apellyasiya instansiyasının qərar qəbul etdiyi andan qanuni qüvvəyə minir. Həmçinin MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. MPM-in 393-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edildiyi andan qanuni qüvvəyə minir. MPM-in 405.1-ci maddəsinə əsasən, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə və qərardad qəbul edildikdən sonra 3 ay müddətində verilə bilər. MPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiya məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir.
26 may 2009- cu il tarixli Az ə rbaycan Respublikas ı M ü lki Prosessual M ə c ə ll ə sin ə d ə yi ş iklikl ə r v ə ə lav ə l ə r edilm ə si haqq ı nda Az ə rbaycan Respublikas ı n ı n Qanununa ə sas ə n , 233.2- ci madd ə çı xar ı lm ış, 360- c ı madd ə d ə � t ə qdim olunan ( al ı nan )� s ö zl ə ri � r ə smi qaydada verildiyi � s ö zl ə ri il ə ə v ə z edilmi ş, 393- c ü madd ə yeni redaksiyada ; apellyasiya instansiyas ı m ə hk ə m ə sinin q ə tnam ə sind ə n ş ikay ə t verilm ə mi ş dirs ə, q ə bul edildiyi g ü nd ə n 2 ay ke ç dikd ə n sonra qanuni q ü vv ə y ə minir ; kimi verilmi ş dir .
Beləliklə şərh olunanları nəzərdən keçirərək hesab edirik ki, məhkəmə qətnaməsinin qəbul edildiyi gündən 1 ay keçməsi yalnız o halda onun qanuni qüvvəyə minməsi üçün əsasdır ki, qətnamədən apellyasiya şikayəti verilməsin. � Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmişdirsə və bu şikayət əsasında qətnamə ləğv olunmamışdırsa, yəni apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, şikayəti isə təmin etmədən saxlamışdırsa, apellyasiya instansiyası məhkəm əsinin bu barədə müvafiq qərar qəbul etdiyi andan deyil birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin sona çatması ilə qüvvəyə minir. Eyni hal apellyasiya instansiya məhkəməsinin qətnaməsi üçün də nəzərdə tutlmalı və tətbiq edilməlidir.
Onu da qeyd etm ə k laz ı md ı r ki , m ə hk ə m ə q ə tnam ə si qanuni q ü vv ə y ə minm ə si il ə ə laq ə dar t ə kzibedilm ə zlik v ə m ü st ə snal ı q kimi h ü quqi xass ə y ə malik olur .
Son olaraq bildirmək istəyirik ki, maraqlı tərəfin məhkəmə qətnaməsindən şikayət vermək müddətinin bitməsindən asılı olmayaraq qanunvericiliklə nəzərdə tutulmuş 1 ay (apellyasiya instansiya məhkəməsinin qətnaməsi üçün bu müddət 2 ay nəzərdə tutulur) müddət ərzində məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə o qanuni qüvvəyə minməli və müvafiq olaraq icraya yönəldilməlidir.
İstifadə olunmuş ədəbiyyat:
1. Hakimlərin etik davranış kodeksi, Azərbaycan Respublikasının Məhkəmələrində kargüzarlığın aparılmasına dair təlimat. Bakı, �Qanun� 2010, 172 səhifə.
2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin elmi-praktik kommentariyası. Bakı, �Patronat-S� şirkəti, 2003, 560 səhifə.
3. Nula Moul və Katarina Harbi, Ədalətli məhkəmə araşdırması hüququ: insan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tətbiqinə dair məlumat kitabçası.
4. Azərbaycan SSR Mülki Prosessual Məcəlləsi. Bakı, �Azərbaycan� dövlət nəşriyyatı 1988, 190 səhifə.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun Qərarlar Məcmuəsi (1991-2008), Bakı, �Hüquq ədəbiyyatı� nəşriyyatı 2008, 380 səhifə.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, Bakı, �Digesta� nəşriyyatı 2009, 312 səhifə.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kommentariyası, Bakı, �Digesta� nəşriyyatı 2002, 790 səhifə.
Yasamal Rayon Məhkəməsi
məsləhətçi (məhkəmə iclas katibi)
Paritet.- 2010.- 13-14 iyul.- S. 13.
Comments are closed, but trackbacks and pingbacks are open.