Mülki prosessual məcəllənin kommentariyası
XİN BƏYANAT YAYDI: “Azərbaycanın daxili işlərinə müdaxiləyə heç zaman imkan verilməyəcək”
Mülki prosessual məcəllənin kommentariyası
25.03.04 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
QƏRARI
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
254.1.4-cü maddəsinin şərh edilməsinə dair
25 mart 2004-cü il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), B.Qəribov, F.Babayev, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova (məruzəçi-hakim) və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ə.Mirzəliyevin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının əməkdaşı İ.Babayevin,
ekspert Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müəllimi M.Əliyevin iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məsəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2004-cü il 16 fevral tarixli, 8-1/2004 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələri Ə.Mirzəliyev və İ.Babayevin çıxışlarını, ekspert M.Əliyevin rəyini dinləyib müzakirə edərək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusunda göstərilir ki, Mülki Prosessual Məcəllənin həmin maddəsinin tətbiqində fikir ayrılığı mövcuddur. Məhkəmələrin bir qismi mülki işlərin icraatlarını dayandırarkən həmin işlərlə əlaqəsi olan yalnız məhkəmələrdə baxılan, digər qismi isə ibtidai istintaqda olan cinayət işlərinə də istinad edirlər. Bu halın vahid məhkəmə təcrübəsinin yaranmasına mane olduğuna əsaslanaraq Ali Məhkəmə həmin maddənin şərh olunmasını xahiş edir.
İşin materiallarında Azərbaycan Respublikası Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82, 254, 255, 256-cı maddələrinin rəsmi mətnləri vardır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Məhkəmə müdafiəsi hüququ beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır.
Belə ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7-ci maddəsinə əsasən bütün insanlar qanun qarşısında bərabərdir və heç bir fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdir. Həmin Bəyannamənin 10-cu maddəsinə əsasən, hər bir insan öz hüquq və vəzifələrinin bərqərar olunması, ona qarşı irəli sürülən cinayət ittihamının əsassızlığının müəyyən edilməsi üçün onun işinə tam bərabərlik əsasında, açıq və ədalətin bütün tələblərinə riayət olunmaqla, müstəqil, qərəzsiz məhkəmədə baxılması hüququna malikdir.
Bu müddəa həmçinin Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində də təsbit olunmuşdur.
Mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək təxirəsalınmadan davam etdirilməlidir. Lakin mübahisə üzrə ədalət mühakiməsinin tezliklə başa çatdırılması həmişə mümkün olmur.
Belə ki, məhkəmə prosesii zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır.
Qanunverici Mulki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır.Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın.
İş üzrə icraatın dayandırılması – məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir.
İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.
Belə ki, qanuni qüvvəyə minmiş məhkəmənin qərarı ilə vurulmuş ziyana görə yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti müəyyən edilmişdirsə, onda belə mənbənin sahibi tərəfindən bilavasitə ziyan vuran şəxsə reqress iddia verildiyi halda, birinci prosesdə məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar preyudisial əhəmiyyət kəsb edir və qəbul edilməyə bilməz. Şəxsin əmlak oğurluğuna görə məhkum olunmasına səbəb olan faktlar, həmin oğurluq nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair iddia üzrə məhkəmə qərarının çıxarılması üçün də əsas ola bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar, habelə hüquqi münasibətlər digər prosesdə mübahisə edilə bilməz.
Mülki Prosessual Məcəllənin 82.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir.
Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir.
Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən isə cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.
Mülki Prosessual Məcəllənin 256-cı maddəsi icraatın dayandırma müddətlərini nəzərdə tutur. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qanuni qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır.
Göründüyü kimi qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir.
İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65, 66, 67 və 69-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədrlik edən Fərhad Abdullayev
Mülki prosessual məcəllənin kommentariyası
Videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasının aparılmasına yol verilməyən hallar müəyyənləşir.
Teleqraf.com bildirir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəlləyə dəyişiklik edilib.
Dəyişikliklə Məcəllənin 10.2-10.4-cü maddələrində nəzərdə tutulmuş hallarda videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasının aparılmasına yol verilməyəcək. Bu hallar aşağıdakı kimidir: – Dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi səbəbləri istisna olmaqla, bütün məhkəmələrdə işlərə aşkar baxılır. Öz vəzifələrinin icrası zamanı hakimlər dövlət sirri ilə işləməyə qanunvericiliklə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar. – İşlərə aşkar baxılması demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi baxımından, həmçinin digər xüsusi hallarla əlaqədar ədalət mühakiməsinin maraqlarına toxunarsa, məhkəmə baxışı və ya onun bir hissəsi qapalı keçirilə bilər. – Məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı, həmçinin şəxsi və ailə hәyatının intim məsələlərinin qorunması məqsədi ilə məhkəmə baxışını qapalı keçirməyi tələb edə bilər.
Dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Mülki prosessual məcəllənin kommentariyası
LAÇIN YOLUNDAKI AKSİYANIN 98-ci GÜNÜ: yol açıqdır
18:20 19.03.2023
Azərbaycanda daha 48 nəfər koronavirusa yoluxub
16:44 19.03.2023
XİN BƏYANAT YAYDI: “Azərbaycanın daxili işlərinə müdaxiləyə heç zaman imkan verilməyəcək”
14:36 19.03.2023
Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq
18:04 18.03.2023
Trampın “Dərin dövlət”lə Baydenə meydan oxuması başına bəla oldu: “Məni həbs edəcəklər”
17:53 18.03.2023
Ağdamda traktor minaya düşdü, sürücü yaralandı – DİN açıqlama yaydı
17:40 18.03.2023
Bakıda əməliyyat: “Salamat Ramil” saxlanıldı
17:32 18.03.2023
Şirvan şəhərində Novruz bayramı qeyd olunub – FOTOLAR
16:01 18.03.2023
LAÇIN YOLUNDAKI AKSİYANIN 97-ci GÜNÜ: etirazlar davam edir
14:20 18.03.2023
Prezident və ailəsi Talış kəndində: “Bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək” – Ölkə başçısı Qarabağdan mühüm mesajlar verdi (Yenilənib)
12:20 18.03.2023
Sabah hava necə olaacaq? – Proqnoz
09:07 18.03.2023
“Gələcək üçün kodlaşdır” hakatonunun qalibləri mükafatlandırıldı – FOTOLAR
00:11 18.03.2023
Bu gün sizi nə gözləyir? – BÜRCLƏR
23:58 17.03.2023
AK Partiyanın seçki düsturu : spiker dəyişir, Akar isə.
23:49 17.03.2023
Ərdoğan finlandiyalı jurnalistə ayaqqabı hədiyyə edib
23:49 17.03.2023
Azərbaycanda COVİD-19: daha 4 nəfər ölüb
23:28 17.03.2023
“Konyaspor” “Qalatasaray” matçından sonra belə paylaşım etdi: “Oyun bitdi”
23:17 17.03.2023
Prezidentliyə namizəd aparıcılara ismarıc göndərdi: “Daha çox təəccüblənəcəksiniz”
22:52 17.03.2023
Yolu kəsən lüt kişini bir yumruqla yerə sərdi – VİDEO/FOTO
22:45 17.03.2023
Daha bir serialın oyunçuları evlənir
22:36 17.03.2023
Canlı yayımda TV rəhbərinin ailəsinə səsləndi: “Onun telefonunu alın. “
22:16 17.03.2023
UFC yarışmasında heyrətamiz an: qadın döyüşçülər matçdan sonra sinələrini açdı (FOTOLAR)
22:05 17.03.2023
Məşhur aktrisa şəxsi həyatına “burun soxanlar”ı hədələdi
21:47 17.03.2023
Dursun Özbəkdən “Çempion masada müəyyənləşəcək” deyən “Fərənbağça”nın baş məşqçisinə cavab gecikmədi
20:44 17.03.2023
PUTİNİN HƏBSİNƏ QƏRAR VERİLDİ – Beynəlxalq Cinayət Məhkəməsi hökmünü açıqladı, rəsmi Moskva operativ reaksiya verdi
20:38 17.03.2023
Dənizdə paraşütlə üzən turist köpək balığının hücumuna məruz qalıb: “Ayağının ətini qoparıb. “
20:19 17.03.2023
Sel bir andaca qadını və 12 yaşlı qızı ölümə belə sürüklədi – VİDEO
19:50 17.03.2023
Türkiyə Finlandiyanın NATO üzvlüyünə “hə” dedi: “İsveçə gəldikdə isə. “
19:47 17.03.2023
İlham Əliyev xalqı təbrik edib – Novruz bayramı ilə bağlı
19:10 17.03.2023
LAÇIN YOLUNDAKI AKSİYANIN 96-cı GÜNÜ: Komitənin maşınları erməni ailələrini maneəsiz İrəvana aparır (Yenilənib)
19:03 17.03.2023
Komitə sədri: “Şəffaflıq olmayan yerdə pis rəqabət, korrupsiya və. “
18:47 17.03.2023
“Yalı Çapkını”nın aktrisası yenə də yataq otağında – FOTOLAR
18:41 17.03.2023
Azərbaycan millisinin heyəti açıqlandı
18:28 17.03.2023
İSBAM sədri: “Burada narahatedici məqam daxildə siyasi ideoloji hazırlığın olmamasıdır”
17:53 17.03.2023
Ceyhun Bayramovla Çavuşoğlu telefonda danışdı: nələ rmüzakirə edilib?
17:30 17.03.2023
Deputatlar Əli Əsədovun hesabatına “hə” deyib
17:24 17.03.2023
Konfrans Liqası: 1/4 finalın püşkü atılıb
17:18 17.03.2023
Milli Preventiv Qrupun üzvləri ermənii məhbuslarla görüşüb
17:08 17.03.2023
AVRO-2024: Türkiyə millisi Ermənistana qarşı bu heyətlə oynayacaq – SİYAHI
17:00 17.03.2023
Dollar neçəyə olacaq? – Mərkəzi Bank 10 günlük rəsmi məzənnəni açıqladı
16:50 17.03.2023
“Muğanbank”ın filial müdirinə cinayət işi açılıb
16:34 17.03.2023
Deputatdan yeni məmurlara etiraz: “”Sən keçmiş nazirlə, yaxud icra başçısı ilə işləmisən” bəhanəsi ilə kimisə vəzifədən çıxarmayın”
16:25 17.03.2023
Prezident bu ölkə ilə Anlaşma Memorandumunu təsdiqləyib
16:18 17.03.2023
İCRA BAŞÇISI VƏZİFƏDƏN ÇIXARILDI – Sərəncam
16:09 17.03.2023
Prezident İlham Əliyev fərman imzaladı – Dəyişiklik
16:02 17.03.2023
İlham Əliyev Rəhim Məmmədova orden verdi – Sərəncam
15:54 17.03.2023
Prezident İlham Əliyev daha bir qanunu imzalayıb
15:49 17.03.2023
“Bakcell”dən rəqəmsal yeniliklər!
15:32 17.03.2023
Müsavat Partiyasının parçalanma planı: kimdir günahkar? – Müsavatçıdan açıqlamalar
15:17 17.03.2023
Çempionlar Liqası: püşkü atıldı – “Real” “Çelsi” ilə, “Mançester Siti” isə “Bavariya” ilə “döyüşəcək”
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Comments are closed, but trackbacks and pingbacks are open.